Barux Şalom Levi Aşlaq (Rabaş)
Ruhani işdə «uğursuzluq» nə deməkdir?
2-ci məqalə, 1990-cı il
Deyilmişdir (Hoşea, 14): «Eşit, ey İsrail, öz Yaradanına tərəf qayıt, çünki sn öz günahların səbəbindən büdrədin». RaDak (Ravvin David Kimxi) «günahların səbəbindən büdrədin» sözlərini belə izah edir: çünki sən görsən ki, öz günahların səbəbindən büdrəmisən, Ona tərəf qayıtmaqdan (tövbə etməkdən) başqa səni bu enişdən qaldıracaq heç kim yoxdur. Və burada deyilən «... qədər / tərəf» kimi işlənmişdir. Müdriklər də demişlər: «İzzət Taxtına çatan tövbə (qayıdış) nə qədər böyükdür», necə ki deyilib: «öz Yaradanına tərəf [qayıt]».
Və «günahların səbəbindən büdrədin» nə demək olduğunu anlamaq lazımdır. Bu o deməkdir ki, insan nə isə etmiş və uğursuzluğa düçar olmuşdur. Yəni burada əvvəlcədən bunu görə bilmədiyi üçün bir diqqətsizlik, nəzərdən qaçırma olmuşdur. Lakin insan günah işlədirsə, bu necə uğursuzluq ola bilər? Axı o, ən başdan uyğun olmayan bir şeyə gedir, çünki edilməsi qadağan olunan bir şeyi pozub.
Uğursuzluğun mənası isə odur ki, insan uğursuzluğa düçar olmasında o qədər də təqsirkar deyildir. Həmçinin təkdə deyildiyi kimi «öz Yaradanına tərəf» sözünün, eləcə də «İzzət Taxtına çatan» ifadəsinin nə mənaya gəldiyini anlamaq lazımdır.
Və «günahların səbəbindən büdrədin» anlayışını izah etmək lazımdır. Burada Adam Rişonun (İlk İnsanın) Bilik Ağacında işlətdiyi ilkin günah nəzərdə tutulur. Oradakı diqqətsizlik (səhv) onda idi ki, Yaradan ona Bilik Ağacından yeməməyi əmr etdiyi halda, o, ilanın məsləhətinə qulaq asdı – ilan ona demişdi ki, əgər əta etmək xatirinə işləsə, ondan yemək olar.
İlan dedi ki, Yaradan Bilik Ağacından yeməməyi əmr edib, çünki o, hazırda olduğu vəziyyətdə hələ ondan yeməyə hazır deyil. Lakin əgər o öz əməllərini islah edərsə, bu halda, əlbəttə ki, Yaradan ona Bilik Ağacından yeməyi qadağan etməz.
Buna uyğun olaraq belə çıxır ki, Adam Rişon burada bir diqqətsizlik və uğursuzluqla qarşılaşdı. Yəni o, Yaradanın istəyinə qarşı olan bir əməl etmədi. Əksinə, ilanın məsləhəti ilə o, indi böyük bir islaha doğru getdi; necə ki ilan ona məsləhət verib demişdi: əksinə, Yaradan bu əməldən həzz alacaq (bax: «Panim Masbirot»un müqəddiməsi, orada Bilik Ağacı günahının mahiyyəti izah olunur).
Adam Rişonun uğursuzluğu da bundan ibarət idi – o, ilanın məsləhətinə qulaq asdı, hansı ki ona bu işin (Bilik Ağacından yeməyin) günah deyil (Allah eləməsin), ehkam (mitzva) sayılacağını demişdi. Lakin sonda o, günah işlətdiyini gördü, necə ki yazılıb: «Və onların hər ikisinin gözləri açıldı və çılpaq olduqlarını anladılar».
Raşi izah etmişdir: «Çılpaq olduqlarını anladılar – axı kor da çılpaq olduğunu anlayıy. Lakin çılpaq olduqlarını anlamalarının mənası nədir? Onlara tək bir ehkam verilmişdi və onlar bundan azad oldular (bu söz həm də «soyunmaq», «çılpaqlaşmaq», «libassız qalmaq» mənasına gəlir)».
Başqa sözlə, o gördü ki, hatələn ilanın ona dediyi hər şeyin şəxsi xeyri üçün deyil, Yaradanın naminə olduğunu başa salmasına baxmayaraq, ilanın məsləhətinə qulaq asmamalı idi; necə ki o, ona demişdi ki, əgər özünü təmizlənməyə və Yaradan naminə olan niyyətə hazırlayıbsa, bu, yuxarıda deyilən Yaradanın əmrinə aid deyildir («Panim Masbirot»un müqəddiməsi, fəsil 17).
Müdriklərin dediyi bu sözləri də onunla izah etmək lazımdır (Sanhedrin, 38): «Adam Rişon dinindən dönmüş idi». Raşinin izah etdiyi kimi: «O, bütpərəstliyə meyl etdi». Yaradanla danışan Adam Rişon haqqında necə belə demək olar – bunu anlamaq lazımdır. Biz onun haqqında necə bütpərəst kimi danışa bilərik?
Bizim öyrəndiyimizə görə, inam – insanın öz biliyindən üstün inanmasıdır. Adam – Bilik Ağacından yeməmək qadağasını Yaradanın Özündən eşitdiyi üçün burada Yaradanın göstərişinə inanmağın vacibliyindən danışmaq yersizdir.
Lakin ilan onun yanına gəlib Yaradanın «yemə!» dediyini ağılla izah etdikdən sonra, Adam ilana belə cavab verməli idi: «Ağıl nöqteyi-nəzərindən haqlı olsan da ki, əgər mən Yaradana əta etmək xatirinə yesəm, bununla Ona həzz verəcəyəm və mən sənin yüz faiz haqlı olduğunu görsəm də – buna baxmayaraq mənağıldan yuxarı hərəkət edirəm. Mən Yaradanın göstərişini heç bir ağıl və idrak olmadan yerinə yetirmək istəyirəm, çünki inama əlavə edilən hər bir şey «bütpərəstlik» adlanır».
Lakin Adam Rişon Yaradanın göstərişinə ağıl əlavə etdi. Və bunun haqqında deyilib ki, Adam Rişon bütpərəst oldu. Bunun nəticəsində bizim işimizə gizlilik gəldi və buna görə də özümüzə olan sevgidən çəkinmək bizim üçün son dərəcə çətindir, xüsusilə də Yaradanın xeyirli idarəetməsinə inanmaq çətindir ki, insanın hiss etdiyi hər şeyə görə Yaradanı mütləq bir xeyir kimi həmd və minnətdarlıq etməyə gücü olsun.
Yaradanın xeyirli idarəetməsinə inamın olmaması Yaradandan uzaqlaşmağa gətirib çıxarır. Axı insan kimə işlədiyini hiss edərsə, öz gücündən də artıq xidmət etməyə və səy göstərməyə qadirdir. Lakin insan öz eqoizmində olduğu müddətcə, onda Ona qarşı daimi bir inam yaransın deyə Yaradanı hiss etmək iqtidarında deyildir.
Və deyildiyi kimi («Zohar Kitabına Müqəddimə», səh. 138): «İnsan Yaradanın aləmində özünü pis hiss edən kimi, dərhal eyni dərəcədə Yaradanın idarəetməsinə inanmağı dayandırır; yəni insanda Yaradanla xüsusiyyət bənzərliyi olmayınca inamın olması mümkün deyildir. Çünki belə bir qanun var ki, insan Yaradandan aşkar şəkildə şər qəbul edə bilməz, çünki insan Onu pis hiss edərsə, bu, Yaradanın əzəmətinə bir qüsurdur. Axı bu, Yaradanın mükəmməlliyinə tamamilə ziddir».
Adamın cənnətdən gizlilik və cəhalət vəziyyətinə qovulması da bununla izah olunur. Buna görə də onun bütün gələcək nəsillərini dünyanı idarə edən Xeyirli Bələdçinin olmasına inanmaq kimi böyük bir iş gözləyir.
İnsanda bu inamın olmaması onun etdiyi bütün günahların və şər əməllərin səbəbidir. Çünki Adamın ilkin günahından insanda eqoist xüsusiyyət yarandı və buna görə də o, inam yükünü üzərinə götürməyə qadir deyildir.
Deməli, hər şey Adam Rişonun eqoist vəziyyətə düşdüyü ilkin səhvdən qaynaqlanır. Bu, inam üzərində işləməli olan bütün sonraki nəsilləri də öz arxasınca apardı. Özünə olan sevginin hakimiyyəti altında olduğu üçün insan ixtisar (tsimtsum) və gizlilik altındadır, buna görə də ali nur ona saçmır. Və buna görə də insan Yaradana ağıldan yuxarı haldan başqa cür inanmağa qadir deyildir, axı almaq istəyi, yuxarıda göstərildiyi kimi, onda inamsızlıq yaradır.
Buradan belə çıxır ki, Adamın Bilik Ağacı günahındakı uğursuzluğu bizdə bütün günahlarımızın səbəbi olan inamsızlığı doğurdu. Buna görə də insanın can atmalı olduğu yeganə şey – inam xüsusiyyətinə layiq olmaqdır ki, hər bir insan fərdi şəkildə Yaradanı hiss etsin, inanan kütlələrin inamına ehtiyacı qalmasın və insan Yaradan onun Hökmdarı olacaq dərəcədə tövbə etsin – «öz Yaradanına tərəf», yəni Yaradanı şəxsən hiss etsin. Və bununla Bilik Ağacı günahının qüsuru islah olacaqdır.
«Öz Yaradanına tərəf» ifadəsinin mənasını izah etmək lazımdır. Onun uğursuzluğu ilanın ona Yaradanın niyyəti haqqında ağılla dediyi məsləhətinə qulaq asmasında olduğu üçün, insanın tövbəsi də heç kəsin arxasınca getmədən, şəxsi şəkildə «öz Yaradanına tərəf» vəziyyətinə çatanadək olmalıdır.
Başqa sözlə, ruhani iş haqqında və onun hansı üsulla aparıldığı barədə kütlələrin niyyətləri və anlayışlarının arxasınca getmədən. Yəni insan məqsədə çatmaqda ümumi kütlənin arxasınca qaçmamalıdır. Və şəxsi olaraq Yaradanı öz Hökmdarı kimi dərk etməyə layiq olana qədər fərdi qayıdış (tövbə) lazımdır.
Və deyildiyi kimi (TES-ə Giriş, 54-cü bənd): «Lakin Yaradan insanın öz səylərinin ölçüsünü bitirdiyini və seçim gücü və Yaradana olan inamı möhkəmləndirməklə etməli olduğu hər şeyi başa çatdırdığını gördükdən sonra, Yaradan ona kömək edir və insan aşkar idarəetməni dərk etməyə, yəni simanın Aşkarlanması kəşfinə layiq olur. Və o zaman aşkar idarəetmənin dərk edilməsindən öz-özünə gəldiyi kimi, bütün ürəyi və ruhu ilə Yaradana qayıtmaq və Onunla quvuşmaq adlanan mükəmməl tövbəyə layiq olur». Buradan müdriklərin bu sözlərini anla: «Tövbə nə deməkdir? – Sirləri Bilən insan haqqında onun bir daha öz axmaqlığına qayıtmayacağına şəhadət verənə qədər». Başqa sözlə, insan mükəmməl tövbəyə layiq olduğuna əmin olduqda, Sirləri Bilən onun haqqında şəhadət verdikdə – yəni o, Simanın Aşkarlanmasına layiq olur. Və o zaman Yaradanın Özünün göndərdiyi xilas onun bir daha öz axmaqlığına qayıtmayacağına şəhadət verir.
Və deyilənlərlə əvvəllər verdiyimiz sualı izah edə bilərik – «öz Yaradanına tərəf» nə deməkdir? Yəni insan tövbə etməli, Yaradan ona kömək edənədək və insan aşkar idarəetməni dərk etməyə, yaxud «simanın aşkarlanmasına» layiq olanadək əlindən gələn hər şeyi etməlidir. O zaman bu, «öz Yaradanına tərəf» adlanır. Başqa sözlə, o, şəxsən özü Yaradanın simasının aşkarlanmasına çatıb. «Öz Yaradanına tərəf» ifadəsinin mənası budur; insan buna «öz Yaradanına tərəf» deyilməsi üçün müstəqil şəkildə layiq olmuşdur.
İndi isə müdriklərin dediyi bu sözlərin mənasını aydınlaşdıraq: «İzzət Taxtına çatan tövbə nə qədər böyükdür» (Yoma, 86). Məlumdur ki, qüsuru hiss etmədən heç bir islah etmək mümkün deyildir. Buna görə də insan özündə günah görmürsə, tövbə etmək mümkün deyildir. Başqa sözlə, şəri öz həqiqi cildində görmürüksə, şəri islah etmək iqtidarında deyilik.
Maddiyyatda olduğu kimi – ağırlığın bütün dərəcəsini görmürlərsə, onu qaldıra da bilməzlər. Buna görə də insan özündə olan şəri həqiqi ölçüdə görməyincə, bu şəri dəf etmək üçün güc qazanmaq barədə tam dua etməyə qadir deyildir. Axı məlumdur ki: «insanın içindəkişər başlanğıc hər gün artır və əgər Yaradan ona kömək etməzsə, insan özü bununla hesablaşmaz». Buna görə də, əgər o öz şərinin ölçüsünü görmürsə, onun duası tam olmayacaqdır.
Tutaq ki, insan Yaradandan ona bir az şəri dəf etməyə kömək etməsini xahiş edir və bununla cavab almağa layiq olur. Beləliklə, yuxarıdan gələn kömək onu özündə olan bütün şərdən deyil, yalnız kiçik bir şər ölçüsündən xilas edir. Bu, insanın həkimin yanına gəlib qızdırması olduğunu deməyinə və həkimdən qızdırmasalan həb verməsini xahiş etməyinə bənzəyir. Həkim ondan soruşur: «Qızdırman neçədir?». O cavab verir: «38 dərəcə». Həkim ona həb verir, lakin bu kömək etmir. Buna görə də həkim deyir ki, yəqin ki onun qızdırması daha yüksəkdir. Və həkim nə edir? Özü onun qızdırmasını ölçür və görür ki, qızdırma 40 dərəcədən yuxarıdır. Və o zaman həkim ona qızdırması 40 dərəcə olanlar üçün nəzərdə tutulmuş həbi verir.
Nəticə budur ki, insan xilas almaq üçün bir kli (qab) olan dua ilə Yaradana fəryad etməlidir. Lakin əgər insan özündəki bütün şərin düzəldilməsini xahiş etmirsə, özündə yalnız azacıq şər olduğunu düşünürsə, o zaman onun duası yuxarıdan köməyi bütün şərə değil, yalnız azacıq şər miqdarına cəlb edəcəkdir.
Deməli, insan həqiqətə yaxınlaşmaq yoluna başladıqda və Yaradandan kömək xahiş etdikdə, Yaradan az-az onda olan şəri ona açır. Və insan Tövratda və ehkamlarda irəlilədikcə, həqiqi işə başlamazdan əvvəlki vəziyyətindən daha da pisləşdiyini düşünməyə başlayır. Və o zaman o, «təməl prinsiplərə şübhə etdiyi» vəziyyətə gəlib çıxır. Yəni o, bu işə başladığına görə təəssüflənir. Axı o, bu işə yalnız Yaradana daha çox yaxınlaşmaq üçün başlamışdı. İndi isə görür ki, əksinə – irəli değil, geriyə gedir.
Hərçənd insan ruhani işdə irəlilədiyinə inanmalıdır, lakin o, həkimin qızdırmanı xəstənin özü deyil, həkim ölçdüyü yuxarıdakı misaldakı kimi, hər dəfə daha da pisləşdiyini görür. Yaradan da qızdırmanı eynilə belə ölçür. Yəni Yaradan insana hər dəfə şərin içində necə batdığını göstərir – hətta o, bunun mümkün ola biləcəyinə belə inanmayacaq dərəcədə.
Başqa sözlə, insan bunun necə ola biləcəyini başa düşmür: ona elə gəlirdi ki, Tövratda və ehkamlarda daha çox səy göstərməyə başladıqca, hər gün daha mərhəmətli/ədalətli olduğunu görməli idi. Əslində isə o, daha da pis vəziyyətlər hiss edir.
Buna cavab budur ki, həqiqət yoluna başladıqda, ruhani işdə dəfetmə ölçüsünə görə ona öz şəri açılır ki, onun həqiqətən bu şəri islah etmək üçün Yaradandan kömək xahiş etmək imkanı olsun. Bu o deməkdir ki, o zaman görür ki: əgər Yaradan ona kömək etməzsə, özü öz eqoist şərinin hakimiyyətindən çıxmaq iqtidarında deyildir, çünki şər hər gün artır və güc toplayır. Və hər şey onun içində xilas naminə Yaradandan həqiqi kömək tələbinin yaranması üçün baş verir və məhz bu halda o, Yaradanın köməyinə istək və ehtiyac qazanır.
Bu, «TES-in Müqəddiməsi»ndə (138-ci bənd) deyildiyi kimidir: «gizlilik aşkarlanmanın səbəbidir. Öz islahındən sonra, açıqlama vaxtında gizlilik aşkarlanmaya çevrilir – piltənin ona qovuşan nura çevrilməsi kimi. Gizlilik nə qədər böyük olarsa, islah vaxtı bir o qədər böyük nur açılacaq və ona qovuşacaqdır».
«İzzət Taxtına çatan tövbə nə qədər böyükdür» anlayışını bununla izah etmək lazımdır. Atam və müəllimimə görə, «taxt» (kisse) sözünün 2 şərhı var:
Bu, nəyisə örtən «örtük» (kissuy) sözündəndir.
Padşahın əyləşməsinə layiq olan «taxt» (kisse) deməkdir.
Buradan belə nəticə çıxır ki, insan şər qüvvəsini dərk etməyə nail olduğu üçün, yəni həm ağılda, həm də qəlbdə Yaradan’dan nə qədər uzaq olduğunu, hər şeyin onun qarşısında necə qapalı olduğunu və qarşıda elə bir dalanın olduğunu görür ki, oradan heç bir çıxış yolu görmür — bütün bunlar ona Yaradanla qovuşmaq imkanı verilməsi üçündür.
“Kisse” anlayışının ilk izahının mənası da budur — örtük, gizlənmə.
Bu pillə « (kli) və Yaradanın xilasına olan həqiqi ehtiyac» xüsusiyyəti adlanır. Və bu «kisse» anlayışı üzərində sonradan «təmizlənməyə gələnə kömək edərlər» qaydasına uyğun olaraq Yaradanın köməyi açılır. Belə çıxır ki, alçaqlıq və sıxıntı hissi içində olduğu bu gizlilikdən, enişdən – məhz ondan o, Padşahın İzzət Taxtında əyləşməyə layiq oldu. Deməli, həmin alçaqlığın özü «İzzət Taxtı»na çevrilir.
Və «İzzət Taxtına çatan tövbə nə qədər böyükdür» sözləri bununla izah olunur. Yəni insan tövbə etdiyini, qayıtdığını nə vaxt bilir? Bunun əlaməti odur ki, əvvəlki gizlilikdən (kisse) o, taxtda əyləşən Padşahın izzətinin aşkar olunmasınadək nurun aşkarlanmasına layiq oldu.