<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə "yarım şekel" nə deməkdir? - 2

Barux Şalom Alevi Aşlaq (Rabaş)

Ruhani işdə "yarım şekel" nə deməkdir? - 2

Məqalə 20, 1990-cı il

Yazılmışdır: "İsrail oğullarının ümumi siyahısını apararkən [hərfi mənada: "İsrail oğullarının başını ucaldarkən"]... qoy hər kəs canı üçün Yaradana fidyə versin və siyahıya alınarkən onları heç bir bəla vurmasın. Budur, onların verəcəyi: siyahıdan keçən hər kəs yarım şekel, müqəddəs şekel versin... varlı artıq verməsin, kasıb isə yarım şekeldən az verməsin – Yaradana ətaiş olaraq – canlarınızın kəffarəsi üçün".

Ruhani iş nöqteyi-nəzərindən başa düşmək lazımdır ki, nə üçün məhz dörddə bir və ya üçdə bir deyil, məhz yarım şekel bizə nəyə işarə edir – bütün məsələ İsrailin sayını bilməkdən ibarətdir. Bu halda məhz yarımın nəyə işarə etdiyini [anlamalıyıq]. Həmçinin "varlı artıq verməsin və kasıb az verməsin" – mənə bunu eşitmək nə üçündür, axı hətta azyaşlı uşaq da başa düşür ki, əgər kimdənsə az və ya çox götürürüksə, biz İsrailin sayını bilmərik. Həmçinin "onları bəla vurmasın" ifadəsinin mənası nədir.

Məlumdur ki, dünyanın yaradılmasının məqsədi Onun öz varlıqına xeyir vermək istəyi idi. Lakin bu xeyrin kamil olması, yəni xeyir və həzz alınan zaman utanc olmaması üçün "ixtisar" (tsimtsum) və "gizlənmə" adlanan islah meydana gəldi. Bu o deməkdir ki, insan öz əməllərini əta etmək üçün olmaq üzrə istiqamətləndirə bilənə qədər xeyir və həzz hiss olunmayacaq, yalnız Tövrat və ehkamlarla məşğul olmaqda məqsəd bundan Yaradana həzz gəlməsi olduqda [hiss olunacaq].

Və sonra artıq əta etmək kelimləri olacağı zaman, Tövrat və ehkamlarda girov kimi olan xeyir və həzz aşkar olur. Və o zaman yaradılışın məqsədində qoyulmuş, Onun dünyanı yaratmasına səbəb olan xeyir və həzzi alır.

Və insan təbiətcə yalnız öz xeyrinə çalışmaq üçün yaradıldığına görə, bu halda insan Yaradana əta etmək niyyəti üzərində necə işləyə bilər – buna insanın Yaradan bundan həzz alsın deyə hər cür işdə səy göstərəcəyi deyilir. Çünki o zaman bədən soruşur: "Yaradanın həzz almasından sənə nə olacaq? Axı sən elə əməllər etməlisən ki, sən həzz alasan. Və nə üçün birdən müdriklər bizə dedilər: 'Bütün əməllərin göylər naminə olsun', təbiətinin əleyhinə necə hər hansı bir şey etmək olar?"

Bədən həm də soruşur: "Və Yaradanın üçün nə fərqi var ki, varlıqlar özləri üçün nə edəcəklər, yəni həqiqətən həzz alacaqlar, axı Onun istəyi varlığına xeyir verməkdir. Belə çıxır ki, bir tərəfdən insana həyatdan həzz almaq – yəni özü üçün işləmək verilib ki, bu da təbiidir, digər tərəfdən isə deyirlər ki, insan doğulduğu təbiətlə getməməli, Yaradan naminə işləməlidir."

Və müxtəlif izahat növlərində nə qədər başa düşsələr də, bədən bunu başa düşə bilmir. Baxmayaraq ki, bəzən bədən Yaradan naminə işləməyin lazım olduğuna razılaşır, lakin o, praktiki əmələ gəldikdə, yəni qarşısında bədənin həzz alacağı bir şey duyduqda və o bundan imtina etməli olduqda- çünki bundan heç bir fayda olmayacaq, yalnız Yaradana fayda olacaq – o zaman bədən öz xeyrini seçir və Yaradanın xeyrindən imtina edir.

Ona görə də iki şey ortaya çıxır:

  1. Müdriklərin hər şeyi göylər naminə etmək lazımdır sözlərinə inanmaq gərəkdiyi üçün, və baxmayaraq ki, bədən ona verilən bütün izahatdan sonra bunu başa düşmür, buna görə də müdriklər dedilər və Rambam da belə təsdiq etdi ("Tövbə qanunları", hissə 10): "Buna görə də azyaşlılara, qadınlara və hər hansı cahil insana öyrədəndə, onlara yalnız qorxudan və mükafat almaq üçün işləməyi öyrədirlər – ta ki ağılları artana və daha böyük müdrikliklə dolana qədər, bu sirri onlara çox tədricən açırlar".

Və sual verilir: "Ağılları artana və daha böyük müdrikliklə dolana qədər" nə deməkdir, yəni müdriklik nə adlanır və böyük müdriklik nədir ki, biz artıq o sirri ona tədricən aça biləcəyimizi ayırd edə bilək.

Lakin insanın işinin başlanğıcında o, işə başlayanda bədənə deməlidirlər ki, maddi həzzlərdən imtina etməyə dəyər, çünki bu, Tövrat və ehkamlarda olan xeyir və həzzə nisbətən kiçik bir parıltıdır. Belə çıxır ki, inandığı ölçüdə və inam ona parıldadığı zaman bədən kiçik həzzi böyük həzzə dəyişməyə razıdır. Maddi həyatda olduğu kimi, insan öz səylərini göstərir və səylərinin əvəzi olaraq əldə etdiyini evini təmin etmək üçün dolanışığa sərf edir, çünki evinə ərzaq aldığı zaman, səyləri vasitəsilə əldə etdiyi puldan daha böyük həzz alır.

 

Həmçinin inamın ona parıldadığı və Tövrat və ehkamlarla məşğul olmaqdan daha böyük həzz alacağını hiss etdiyi ölçüdə, o, böyük həzzlərə çatmaq üçün maddi həzzlərdən imtina etməyə hazırdır. Lakin bəzən olur ki, insan inamda eniş alır, [və ödəniş] almaq [istəyir]. O zaman, əlbəttə ki, ona maddi həzzlərdən imtina etmək çətindir. Lakin əgər o özünü qoruyursa və yaxşı mühitdədirsə, o zaman bədən belə işə müqavimət göstərmir, çünki bu, təbiətin əleyhinə adlanmır, çünki o deyir ki, böyük mükafat alacaq, yəni Tövrat və ehkamları yerinə yetirməsindən daha böyük həzz alacaq. Belə çıxır ki, bu səbəb insanı Tövratnın qadağan etdiyi maddi həzzlərdən imtina etməyə məcbur edə bilən güclü səbəbdir. Və bunların hamısı daha böyük həzzlər almaq üçündür.

  1. İnsan "bütün əməllərinin göylər naminə olması"na, yəni təbiətin əleyhinə olmasına gəlib çıxmalı olduğundan və bu, varlığın utanc olmadan xeyir və həzz ala bilməsi üçün yaradılışın islahı səbəbindəndir. Buna görə də islah verildi ki, insan hər həzz aldığı şeyin yalnız Yaradanın xeyri üçün olduğunu niyyət etməlidir. Yəni Yaradan varlığın həzz almasından həzz alır, çünki bu, Yaradılışın Məqsədi idi. Lakin bəzən bədən hiss edir ki, müqəddəs işlə məşğul olmağa başladığı vaxtda sahib olduğu düşüncə və anlayışla qalması olması mümkün deyil və bütün bu müddət ərzində də eyni düşüncə və anlayışdadır, heç bir irəliləyişi yoxdur, yalnız kəmiyyət baxımından irəliləyiş var.

 

Və o, bununla bağlı suallar verməyə başlayanda, bu, bizim soruşduğumuz şeydir – müdriklik nədir və əlavə müdriklik nədir. Müdriklik o zaman adlanır ki, o, artıq Tövrat və ehkamları yerinə yetirir. Əlavə müdriklik isə o zaman adlanır ki, o, Tövrat və ehkamların mənasını, bunun insanı hansı vəziyyətə gətirib çıxarmalı olduğunu başa düşmək istəyir ki, bu da niyyət adlanır, yəni Tövrat və ehkamların icrasında onun hansısa pilləyə gətirib çıxarması üçün niyyət etmək. Və bu, əlavə müdriklik adlanır. Və o zaman ona bu sirri açmağa başlayırlar, yəni lişma işinin nə olduğunu başa salırlar ki, mükafat almaq üçün deyil, yalnız hər şeyin Yaradan naminə olması işləmək lazımdır.

Və o, əlavə müdrikliyə çatdığı vaxtda, yəni başa düşməyə başlayır ki, Tövrat və ehkamlar, – əlbəttə ki, bunda "xalqların gözündə sizin müdrikliyiniz və bəsirətiniz budur" deyilən şey var, – lakin buna bir gizlənmə var və o zaman ona deyirlər ki, bu doğrudur, islah səbəbindən buna bir gizlənmə var. Çünki məqsəd odur ki, insan Yaradanla qovuşmağa gəlib çıxmalıdır. Və buna "bütün əməlləri əta etmək üçün olacaq" adlanan forma oxşarlığı vasitəsilə nail olurlar.

Və burada insan artıq Yaradanın işçisi olmağa başlayır. Və işdə Yaradanın işçisi o deməkdir ki, o, öz şəxsi xeyri üçün deyil, Yaradanın xeyri üçün işləyir. O zaman onun işlədiyi iş – yəni Yaradanın xeyri üçün işləmək istəməsi, özü üçün deyil – insanın özü üçün almaq istəyinin hakimiyyəti altında, qul olaraq girməyə başlamasının başlanğıcıdır.

Və onun bu sürgündən çıxmaq üçün heç bir ümidi yoxdur, yalnız göylərin mərhəmətinə ehtiyacı var, yəni özünün Yaradanın onu sürgündən, Qalutdan çıxarması üçün – Misirdə olduğu kimi, necə ki yazılmışdır: "Və Yaradan onu Misirdən mələyin köməyi ilə deyil, şəxsən Özü – Yaradan çıxardı". Lakin insanın sürgündə, özü üçün almaq istəyinin hakimiyyəti altında olduğunu hiss etməsi – o, bunu birdən, yəni onun hakimiyyətindən çıxmaq üçün işləməyə başladığı vaxt hiss edə bilməz.

Lakin belə bir kli xisarondur, yəni özünün almaq klisindən çıxmaq üçün güc əldə etməyə olan xisarondur. Bu, bir dəfəyə baş vermir, lakin səylər göstərmək üçün vaxt tələb olunur və yalnız böyük bir zaman keçdikdən sonra insan özünün təkbaşına çıxmağa qadir olmadığını hiss edə biləcək bir vəziyyət yaranır. Lakin bu, insanı iztirablara gətirir ki, sürgündən çıxmasının onun üçün nə qədər yaxşı olacağını və sürgündə nə qədər olduğunu hiss etsin.

Və bu, insanda enişlər və yüksəlişlər yaradır və o başa düşməlidir ki, enişlər və yüksəlişlər arasında, hər ikisi yuxarıdan gəlir, və bununla birlikdə insan iş zamanı deməlidir: "Əgər mən özüm üçün etməyəcəmsə, kim mənə edəcək". Və o zaman ki, insan xisaronunun artıq tam xisaron olduğu vəziyyətə gəlib çıxır – bu o deməkdir ki, onun xisaronunu doldurmaq üçün artıq kli və dolğunluğu var. O zaman Ali [qüvvə] onun klisini doldurduğu vaxt gəlir.

Məlumdur ki, kli olmadan nur yoxdur, xisaron olmadan dolğunluq yoxdur. Buna əsasən belə çıxır ki, kamil (bütöv) şey "nur və kli" adlanır ki, onlar da iki hissəyə bölünür:

  1. birinci hissə – kli, yəni xisaron.
  2. ikinci hissə – nur, yəni dolğunluq.

Buna uyğun olaraq belə çıxır ki, insan Yaradana onun xisaronunu doldurması üçün dua etdikdə – bu, yarı adlanır, yəni xisaronun yaradılması Yaradan onu doldurduğu klidir . Bu, müdriklərin dediyi kimidir: "Dua yarı edir", bunu izah etmək lazımdır ki, dua odur ki, insan Yaradana çatışmayan şeyi ona doldurması üçün dua edir – bu artıq yarı adlanır, yəni insanın əlində olan birinci yarı, ikinci yarı isə Yaradanın əlindədir, yəni Yaradan nur verməlidir və o zaman bu, kamil şey, bütöv olacaq.

Lakin nur və kli üçün çoxlu izahatlar var. Və əgər klinin nə olduğunu təyin etsək, demək olar ki, bu xisarondur və nəyin çatışmadığı önəmli deyil. Məsələn, bəzən insan hiss edir ki, dolğunluq almaq üçün onun klisi çatışmır, çünki dolğunluq əta etmək üçün niyyət edə bilmədikdə kliyə gələ bilməz və o, özü üçün almaq istəyinin hakimiyyəti altında olduğunu hiss etdiyinə görə, buna əsasən belə çıxır ki, dolğunluğun alına biləcəyi kli ona çatışmır.

Deməlii, o, ona dolğunluq verilməsi üçün deyil, əta etmək istəyi adlanan klinin verilməsi üçün dua edir. Belə çıxır ki, dua yarı etdi və bu, o cür izah olunur ki, dua klinin yarısını etdi, Yaradan isə klinin ikinci yarısını verməlidir. Belə çıxır ki, bu iki yarı əslində nur deyil, kamil klidir.

Və digər tərəfdən demək lazımdır ki, insanın əlində olan xisaron klinin birinci yarısı adlanır. Və klinin dolğunluğu, yəni əta etmək istəməsinin olması klinin ikinci yarısı adlanır, [bu] nur sayılır, çünki əta etmək istəyi – yəni Alinin ona verdiyi şey xisaronun dolğunluğu adlanır və hər hansı dolğunluq xisaron qarşısında nur adlanır.

Deyilənlərdən biz soruşduğumuz şeyi izah etməliyik ki, Tövrat məhz yarı dediyi və varlının artıq etməyəcəyi, kasıbın da az etməyəcəyi zaman yarım şekel nəyə işarə edir. Və məsələ ondan ibarətdir ki, yazılanları izah etmək lazımdır: "İsrail oğullarının başını ucaldacaqsan", çünki başı o cür izah etmək lazımdır, necə ki yazılıb: "Qoy quyruq yox,baş olmaq arzusu olsun". Yəni İsrail xassəsi olasınız ki, bu da hərflərin mənasını verir: "Li roş (mənə baş)".

Və bu, "hər kəs özü üçün fidyə verdi" adlanan şeydir ki, insan Qalutdan çıxmalıdır – bu, Sitra Axradan canının fidyəsidir. Buna görə də yazılıb: "Siyahıdan keçən hər kəs versin". Bu o deməkdir ki, almaq istəyinin hakimiyyəti altında olduqlarına görə Tövratın göstərişlərini pozduqlarını hiss edənlər. Yarım şekel – yəni onlar Yaradanın onları sürgündən çıxarması üçün dua etməlidirlər.

Və dua yarı böldü, yəni kli və buna olan istək – bu, yarı adlanır, bunun vasitəsilə onlarda kamil şey olacaq, yəni müqəddəs şekelə layiq görüləcəklər, yəni onlarda kli yarım şekel olacaq və buna Yaradan nur verir və o zaman bu artıq kamil şey adlanır. Və bu, yazılan şeydir: "Siyahıdan keçən hər kəs versin". Yəni Tövratın göstərişlərini pozduqlarını hiss edən və canlarının müqəddəsliyə daxil olması – yəni hər şeyi göylər naminə etmək qüvvəsinə sahib olmaları üçün canlarının fidyəsini vermək istəyənlər yarım şekel verməlidirlər.

Yəni yuxarıda deyildiyi kimi, dua, yəni onlar dua verməlidirlər və xisaronun və sürgündən çıxmaq istəyinin tam ölçüsü olana qədər dua etməkdən yayınmamalıdırlar. Yəni onlar özü üçün almaq istəyinin hakimiyyəti altındadırlar və öz yarım şekellərini vermələri vasitəsilə o zaman onlar müqəddəs şekelə layiq görülürlər ki, duanın dolğunluğu olan ikinci yarı müqəddəs şekellə birlikdə olsun, yəni bir bütöv müqəddəs şekel olsun.

Və bundan biz soruşduğumuz şeyi başa düşəcəyik ki, "varlı çoxaltmayacaq və kasıb azaltmayacaq" deyən şey bizə nə deyir. Və azyaşlı uşaq da başa düşür ki, əgər nəsə bir şeyin sayını bilmək istəyirlərsə, əlbəttə ki, hər kəs eyni məbləği verməlidir. Və iş nöqteyi-nəzərindən bunu başa düşmək lazımdır ki, Tövrat burada bizə bilməli olduğumuz böyük bir şey deyir: "Yaradanda kiçik və böyük bərabərdir", necə ki yazılıb: "Bərabər tutan kiçiyi və böyüyü bərabərləşdirir".

Bu o deməkdir ki, insan özünün yaxşı əməllərdə varlı olduğunu düşünür və buna görө də hesab edir ki, Yaradan ona kömək etməlidir və Yaradan onun xisaronunu doldurması üçün o qədər də uzun müddət dua etməməlidir. Buna görə də, əgər o, onda olan xassələrə, dəyərlərə uyğun olaraq artıq dua etmişdirsə, o zaman Yaradan dərhal ona istədiyini verməli idi, və əgər Yaradan onun başa düşdüyünə görə dərhal kömək etmirsə, onda o, dua etməyi dayandırır və deyir: digər insanlar ki, ondan aşağıdırlar, onlar Yaradanın onlara kömək etməsi üçün çoxlu dua etməlidirlər, buna görə də o, döyüş meydanından qaçır.

Buna görə də yazılıb: "Varlı çoxaltmayacaq", bu o deməkdir ki, varlı düşünməməlidir ki, o, başa düşdüyünə uyğun olaraq həddindən artıq çox dua edir, lakin xisaron və ehtiyacda müəyyən pay var ki, məhz insanın artırması, duanı artırması vasitəsilə o, özündə olandan daha böyük xisaron alır. Yəni böyük nur böyük xisaron tələb edir ki, onda xisaronun hiss olunması olsun, çünki o, almaq istəyinin hakimiyyəti altında sürgündədir və çıxa bilmir.

Və həqiqi əzablar olmayana qədər hər zaman həqiqi xisaron adlanmır ki, bu yarım şekel hesab olunacaq duaya deyilsin. Və bilməliyik ki, işə gəldikdə dua xisaron adlanır – yəni insanın ürəyində hiss etdiyi və çatışmayan şey dua adlanır, ağzı ilə dediyi şey deyil. Çünki müdriklərin dediyi budur ki, dua ürəkdə olan işdir, yəni ürəyin çatışmadığını hiss etdiyi şeydir. Və ürəyin xisaronu hiss etdiyinə uyğun olaraq, onda nəyin çatışmadığı duanın ölçüsü ilə ölçülür.

Və şekelə gəldikdə Zoarda izah olunur ki, bu, çatışmazlıqları və dolğunluqları ölçən tərəzi deməkdir, çünki onlar nur və kli hesab olunurlar. Buna görə də nur yalnız buna uyğun gələn kliyə gələ bilər, çünki doldurulmalı olan çatışmazlıq ürəkdədir, buna görə də nur da ürəyin hissiyatına gəlir və dua zamanı dodaqların nə dediyinin fərqi yoxdur.

Məlum oldu ki, insan duada öz yarısını verdikdə, ürəkdə çatışmazlıq hiss olduqda, Yaradan müqəddəslik olan nuru verir. Və hər ikisi, yəni çatışmazlıqdan və nurdan bir müqəddəs şekel olacaq. Və yarım şekel yazılıb, çünki o zaman bu yarı hələ müqəddəs deyil. Lakin Yaradanın ona "Mənbəyə qaytaran nur" kimi işıq verdiyi vaxtda iki yarıdan bu- müqəddəs şekeldir. Və "müqəddəs şekeldə" yazılmışdır.

Və yuxarıda deyilənlərdən başa düşəcəyik ki, yazılıb: "Və kasıb azaltmayacaq". Yəni özünü istedadsız və yaxşı xüsusiyyətlərdən məhrum hiss edən və anlayışının çatmadığını, xaraktercə zəif olduğunu düşünən insan, buna görə də dua etdikdə ki, Yaradan ona kömək etsin və daxilindəki şəri dəf edə bilməsi üçün ona güc versin və təsir göstərmək üçün çalışa biləcək gücə sahib olsun, cünki o kasıb olduğu üçün Yaradanın onun duasını qəbul etməməsinə görə Yaradana haqq qazandırır.

Əgər belədirsə, işdən qaçmaqdan və yalnız varlılara aid olduğunu deməkdən başqa nə etməlidir? Müqəddəs Yazı bizə bundan xəbərdarlıq edir: "Kasıb azaltmayacaq", yəni yuxarıda göstərildiyi kimi, elə odur ki, "və insan canı üçün fidyə verdi", Qalutdan çıxmaq və kəffarə olunmaq üçün, və Yaradanda hamı bərabərdir, necə ki yuxarıda yazılıb: "Və Onun Xeyirxah olduğuna , və kiçiyi böyüklə bərabərləşdirdiyinə inananların hamısı".

Yəni Yaradana münasibətdə heç bir ayrı-seçkliik yoxdur, O, hamıya cavab verir. Lakin hər kəs çatışmazlıq hissiyatı ilə təvazökar olmalı, nəyinin çatışmadığını bilməli və bundan ötrü dua etməlidir. Dua özü isə çatışmazlığı və ağrını artırır, çünki o, Yaradandan uzaqdır. Və insan açılması lazım olan bütün xırda şeyləri kəşf etdikdə o, "şəkelin ikinci yarısını" alır ki, bu da sonradan yazıldığı kimi, bütövlükdə müqəddəsdir, "müqəddəs şekeldə".

Və o zaman onları bəla vurmayacaq – bu o deməkdir ki, günahkarlar həyatda ölü adlandırıldıqları kimi, TES-də deyildiyi kimi, səbəb odur ki, Yaradandan forma dəyişikliyində olan almaq istəyinə görə bu  forma dəyişikliyi ayrılıq yaradır. Bax bu səbəbdən onlar həyatdan ayrılıblar. Ona görə də onlar ölü adlandırılırlar. Belə çıxır ki, insanın verməli olduğu şeyin yarım şekelini təşkil edən dua, və əgər əta etmək kamil olarsa, onda Yaradan ikinci yarı – yəni nuru verir ki, onun vasitəsilə insan artıq əta etmək üçün işləyə bilər, bu da o deməkdir ki, Həyatların Həyatında Yaradanla qovuşmağa layiq görülür.

Yuxarıda deyilənlərdən belə çıxır ki, hətta Yaradanla qovuşmağa layiq olmaq üçün işə başlasa belə,insanı döyüş meydanından qaçmağa vadar edən iki yol var. Çünki insan həqiqət yolunda getməyə başladıqdan sonra, yuxarıdan onun alçaqlığı açılır, yəni onun hər dəfə dəf etdiyi hər şeyin müqabilində yuxarıdan ona qəlbin ağırlaşdırılması verilir, bunun səbəbi: «Mənim bu əlamətlərimi onun daxilində göstərmək üçün»  yazıldığı kimidir. Deməli, bu, «Mənbəyə qaytaran» adlanan Tövrat nurunun, yəni hərflərin açılması üçün bir yer olacaq. Yəni kli olmadan nur yoxdur. Buna görə də qəlbin ağırlaşdırılması vasitəsilə çatışmazlıq bütün ehtiyacı ilə üzə çıxır. Və lazım olan hər şeyin ölçüsünü Yaradan artıq bilir; kli nə vaxt hazır olacaqsa, O bunu da  bilir.

Bax budur insanın bəzən döyüş meydanından qaçmasının səbəbi, eyni zamanda görür ki, o, öz fikrincə artıq çox dua edib, Yaradan isə ona məhəl qoymayıb. Belə ki, bəzən insan Yaradanın onun dualarına məhəl qoymamasına haqq qazandırır. Və o deyir ki, bu, hər cəhətdən onun xarakterində, istedadında, keyfiyyətlərində və sairədə çatışmamasındandır.

Bununla bağlı deyilir: «Və yoxsul azaltmasın», yəni insan özünü kiçiltməməli və deməməlidir ki, Yaradan onun kimi təvazökar insana kömək edə bilməz, çünki bununla bağlı deyilir: «Yaradan böyükdür və alçağı görər».

Bəzən isə insan yürüşdən çıxır, çünki bilir ki, o, varlıdır, yəni çoxlu Tövratı, çoxlu yaxşı əməlləri var və insanları ucaltdığını bilir. Buna görə də Yaradanından bütün işləri məhz əta etmək naminə görə bilmək üçün ona güc verməsini istədikdə və Yaradanın nə üçün ona müraciət etmədiyini düşündükdə, o bilir ki, artıq bunun üçün çoxlu dualar edib. Məhz buna görə deyir ki, Yaradan ona cavab vermək istəmir və buna görə də qaçır.

Lakin insan həmişə üstün gəlməlidir.

 

Lakin insan hər zaman qalib gəlməlidir. Tövrat, Şmot/ Tisa, f. 30, b. 12↩