Ruhani əməldə «böyükləri kiçiklər barədə xəbərdar etmək» nə deməkdir
Məqalə 28, 1990-cı il
Müdriklər buyurublar: «“Bildir... və de”¹ böyükləri kiçiklər barədə xəbərdar etmək üçün»². Və Raşi izah edir: «Aronun oğulları olan koenlərə “bildir” və “de” – bu iki xəbər, böyükləri kiçiklər barədə nə üçün xəbərdar etmək lazım olduğunu [izah edir], belə ki, onlar murdarlanmasınlar»³.
Və anlamaq gərəkdir ki, ruhani işdən danışarkən, axı o zaman hər şey tək bir bədəndə deyilir, «böyükləri kiçiklər barədə xəbərdar etmək»də yeni olan nədir. Belə olan halda, bu «böyükləri kiçiklər barədə xəbərdar etmək» bizə nəyi göstərir? Yəni, biz bunu tək bir bədəndə öyrəndiyimiz zaman «kiçik» kimdir? Və «böyük» kimdir, – böyükləri kiçiklər barədə xəbərdar etmək lazım olduğunu söyləyərək bununla bizə nə demək istəyirlər?
Məlumdur ki, Tövrat və ehkamlarda qoymalı olduğumuz (səyləri) özümüz üçün almaq istəyi təbiəti ilə doğulmağımızdan qaynaqlanır. Buna görə də etdiyimiz hər bir şeydə, almaq istəyi bundan həzz aldığı zaman, burada səylərin olduğunu söyləmək olmaz. Maddi dünyamızda gördüyümüz kimi, insan ac olduqda və qoxusunu hiss etdiyi yeməyi olduqda heç vaxt kədərlənməz. Məgər o deyərmi ki, indi o, yemək üzrə ağır bir iş görəcək və böyük səylər qoyacaq. Çünki həzz və məmnunluğun olduğu yerdə işin və səylərin olduğunu söyləmək olmaz.
Və buna əsasən anlamaq lazımdır: əgər Tövrat «çünki onlar bizim həyatımız və ömrümüzün uzunluğudur»⁴ adlanırsa, o halda, nə üçün insanın Tövratda səylər qoymalı olduğunu söyləyirlər? Məgər yaşamaq və həyatdan zövq almaq istəməyən kimsə varmı? Necə ki yazılıb: «Onlar qızıldan, təmiz qızıldan daha arzulunandır; pətəkdən süzülən baldan daha şirindir...»⁵ Belə olan halda, Tövrat və ehkamlara riayət etməyimiz nə üçün "səylər" adlanır?
Cavab isə ondan ibarətdir ki, əgər Tövrat və ehkamlardan alınan həzz hər kəsə aşkarlansaydı, əlbəttə, bütün dünya Tövrat və ehkamlara riayət edərdi. Və bu, On Sfirotun Tədrisinə (TES) Müqəddimədə yazıldığı kimidir: «Gəlin misal üçün fərz edək ki, Yaradan Öz yaratdıqlarını aşkar bir idarəçiliklə idarə etsin. Belə ki, məsələn, qadağan olunmuş hər hansı bir şeyi yeyən hər kəs dərhal yerindəcə boğulsun, hər hansı bir ehkamı yerinə yetirən hər kəs isə onun daxilində bu maddi dünyanın ən gözəl zövqlərinə bənzər möcüzəvi bir həzz tapsın. Axı o zaman qadağan olunmuşun dadına baxmaqla dərhal buna görə öz həyatını itirəcəyini bilən hansı axmaq bunun dadına baxmaq barədə düşünərdi? Necə ki o, tonqala tullanmaq barədə düşünmür. Və hansı axmaq hər hansı bir ehkamı dərhal tam bir çevikliklə yerinə yetirmədən qoyub gedərdi – necə ki o, əlinə gələn hər hansı bir böyük maddi həzzi dərhal əldə etmədən yubana və ya qoyub gedə bilməz? Buna görə də qarşımızda aşkar bir idarəçilik peyda olsaydı, dünyada yaşayanların hamısı tam salehlər olardılar»⁶.
Və buna əsasən soruşmaq lazımdır ki, nə üçün bizdə aşkar İdarəçilik yoxdur, bəlkə biz mükafat və cəzaya inanmalıyıq. Məgər hər şey aşkarlansaydı, daha yaxşı olmazdımı? Cavab isə belədir: madam ki biz Yaradanla qovuşmağa (dvekuta), xüsusiyyətlərin bərabərliyinə gəlib çıxmalıyıq, buna görə də biz hər şeyi göylər naminə, yəni əta etmək üçün, öz Yaradanımıza məmnunluq bəxş etmək üçün etməliyik. Əgər Tövrat və ehkamlarda mükafat və cəza aşkarlansaydı, göylər naminə etmək üçün heç bir imkan olmazdı. O səbəbdən ki, həzz insanı Tövrat və ehkamlara riayət etməyə məcbur edərdi.
Və biz görürük ki, maddi aləmdə aşkarlanan həzz, — hərçənd bu, Tövrat və ehkamlarda mövcud olan həzzlə müqayisədə yalnız «nazik bir şam» kateqoriyasındakı bir həzz olsa da, — insanın etdiyi hər şeyin əta naminə olduğunu söyləməsinin nə dərəcədə çətin olduğunu [görürük], əks halda, əgər o, Yaradana əta naminə niyyət qura bilməsəydi, maddi həzzlərdən imtina edərdi.
Tövrat və ehkamlarda ehtiva olunan böyük həzzlərdə isə, əlbəttə ki, əgər o, əta üzrə niyyət qura bilmirsə, onlardan imtina etdiyini ona söyləmək üçün heç bir imkan olmazdı. Buna görə də islah baş verdi: insan maddi şeylərdə olan kiçik həzzlər barəsində, onları yalnız əta üzrə niyyət qura biləcəyi şərti ilə qəbul etdiyini söyləməyə qadir olana qədər, o, ixtisar (tsimtsum) və gizlilik altında yerləşir və heç bir həzz görmür. O, yalnız bunun belə olduğuna inanmalıdır. Yəni, insan inanmalıdır ki, Yaradan bütün yaradılanları Xeyirxah və Xeyir verən olaraq idarə edir.
Bu, Şamati məqaləsində yazıldığı kimidir: «İnsan özünə sanki artıq Yaradana qarşı kamil inama layiq görülüb və onun bədən üzvlərində artıq Yaradanın bütün dünyanı “xeyirxah və xeyir verən” xüsusiyyəti ilə idarə etdiyinə dair bir hiss olduğunu təsəvvür etməlidir. Yəni bütün dünya Yaradandan yalnız və yalnız xeyir qəbul edir»⁷.
Deyilənlərdən belə çıxır ki, insanın Yaradana qarşı inamla məşğul olduğu həmin vaxtda, insan Yaradanın yaxınlığına layiq görüldüyü və ona, həmçinin bütün yaradılanlara gələn xeyri və həzzi öz gözləri ilə gördüyü zaman özünü necə hiss edəcəyini, o zaman ruhun hansı uca vəziyyətində yerləşəcəyini təsəvvür etməyə müəyyən vaxt ayırmalıdır. Və onun necə şən və şad olacağını [təsəvvür etməlidir].
Və bu tablonu təsəvvür etməyə davam etmək lazımdır ki, onun inamı da biliyin və görməyin nümunəsi olsun. Yəni inamın dərəcəsi şahidliyin və biliyin nümunəsi olmalıdır. Və bu, böyük bir işdir, çünki o, həqiqət yoludur. Və bu, «həqiqət və inam»⁸ deyiləninə uyğundur, hansı ki onun inamının, məhz bu tablonu təsəvvür etmək səbəbindən, sanki bunu aşkar şəkildə görür və öz gözlərinə inanırmış kimi bir dərəcədə inamın əzəmətinə inanmağa borclu olduğu həqiqət yolunda olması mənasına gəlir.
Başqa sözlə, sanki bunu gözləri ilə görürmüş kimi olan həmin ruh yüksəkliyi ölçüsündə, o görmədiyi, bəlkə yalnız bunun belə olduğuna inanığı zaman da eləcə ruhlanmalıdır. Buna görə də bu, «həqiqət yolunda olan inam» adlanır. Yəni, onun inamı əslində biliyə bənzəyir. Elə məhz bu "həqiqi inam" adlanır, necə ki yazılıb: "həqiqət və inam".
Və madam ki bütün əsas inam təməli üzərində qurulmalıdır, lakin bununla bərabər hər hansı bir şeyi öz ağlımızla dərk etmək üçün bizə idrak və bilik verilib. Deməli, inam bizim təbiətimizə ziddir, hansına ki əsasən biz idraka) tabe ola və dərk olunmaz axmaqlıqlar etməyə bilərik. Belə çıxır ki, bir tərəfdən, insana idraklı yol ilə getmək və digər insanlarla da eynilə bu cür davranmaq öyrədilir.
İnsan Tövrat və ehkamları yerinə yetirməyə başladıqda isə ona deyirlər - hərçənd insan idraka tabe olmalı olsa da, yenə də Yaradana münasibətdə bizə inam verilib və biz müdriklərə inanmağa, məhz bu cür yol ilə getməyə borcluyuq, hərçənd o, idraka zidd olsa da, necə ki buyurulub: «Və onlar Yaradana və Onun qulu Musaya inandılar»⁹. Yəni biz öz idrakımıza (ağılımıza) (baxmadan), müdriklərin bizə söylədiklərinə inanmalıyıq.
Lakin bu, bizim idrakımıza zidd olduğu üçün, buna görə də biz yüksəlişlər və enişlər yaşayırıq. Başqa sözlə, bəzən biz müdriklərin sözlərinə inanmağa və həqiqətlə inamı təsəvvür etməyə qadir oluruq, hansı ki inam bu halda daxilində idrak qarışığı olmayan həqiqi inamdır və ondakı hər şey bizim şüurumuza və anlayışımıza ziddir. Və buna görə də bu, daxilində anlaşılası heç nə olmayan, bəlkə ondakı hər şeyin bilikdən yuxarı olduğu «həqiqi inam» və ya «sadə inam» adlanır.
Buna görə də, hər zaman eyni bir pillədə yerləşmək insanın gücü daxilində deyil. Bəlkə o, yüksəlişlər və enişlər içində olur. Atam və müəllimimin buyurduğu kimi, Ali Malxutun boyunduruğunu qəbul etmək nə üçün inam (emuna) xüsusiyyəti adlanır? Çünki o, «omen» (tərbiyəçi), «omenet» (dayə) sözündəndir, və bu, uşağı tədricən böyüdən dayə kimidir. Buna görə də, inam təməlində çalışıldığı həmin vaxtda, daimi inama layiq görülənə qədər, inam hər zaman qismən olur.
Buna görə də iş zamanı yüksəlişlər və enişlər var. Yəni bəzən insan Tövratın və ehkamların əzəmətini və vacibliyini, eləcə də Tövratı Verənin əzəmətini və vacibliyini təsəvvür edə bilir. Başqa sözlə, o, Tövratı Verənin əzəmətini və vacibliyini təsəvvür edə bildiyi həmin vaxtda, o zaman insan yüksəliş vəziyyətində olduğunu hiss edir. Yəni o, maddi dünyanın fövqündə olduğunu hiss edir. Və o, maddi həzzlərin ardınca qaçan bu insanlara, heyvani mövcudluqları üçün zəruri olan bu qida ilə kifayətlənən heyvanlar və vəhşi heyvanlar kimi baxır. Halbuki o özü hiss edir ki, həyatda məmnunluq tapması üçün lazım olan qidanı o, yalnız «danışan» səviyyəsinə yaraşan şeydən ala bilər.
Və Müqəddimələrdə deyildiyi kimi, insandakı «danışan» səviyyəsinin sahib olduğu bütün üstünlük, onun Yaradanın hissiyatını qəbul etməyə qadir olmasından [ibarətdir]. Və bunun heyvani səviyyəyə heç bir aidiyyatı yoxdur. Lakin sonra o, öz vəziyyətindən yenidən aşağı enir və çoxluğun hakimiyyəti altına düşür. Yəni o, indi əvvəlki kimi deyil, özünün hakimiyyəti altında yerləşir. Buna görə də yüksəliş zamanı, — dünyada Yaradanın hakimiyyətindən başqa heç bir şeyin olmadığını, özünün isə heç bir əhəmiyyət kəsb etmədiyini hiss etdikdə, axı o, heç bir şərt olmadan Yaradanın qarşısında özünü ləğv etmək istəyir, — buna görə də yüksəliş zamanı insan Tək Olanın hakimiyyətində yerləşir, eniş zamanı isə insan çoxluğun hakimiyyətində yerləşir, yəni onda artıq iki hakimiyyət var olur.
Lakin bəzən insan ikihakimiyyətlilikdən daha pis olan bir vəziyyətə düşür, çünki insanın iki hakimiyyətin, iki idarəçiliyin olduğunu söylədiyi həmin vaxtda, insan dünya Yaradanının var olduğuna inanır və bu, Tək Olanın hakimiyyətidir. Yəni Yaradan, O, sahibdir və O, nə istəyirsə onu da edir. Lakin daha bir idarəçilik, daha bir hakimiyyət də var ki, insan özü də sahibdir və o da dünyada nə istəyirsə onu edir. Və insan o zaman istəyir ki, Yaradan insanın istəyinə uyğun olaraq insana qulluq etsin, yəni Yaradan insanın ixtiyarına verilsin və Yaradan o zaman insanın göstərişlərinə əsasən insana qulluq etsin.
Lakin bundan da betəri odur ki, — düşünmək belə qorxuludur, — o, ümumiyyətlə Yaradanın var olduğuna və Onun dünyanı idarə etdiyinə inanmır. Belə çıxır ki, belə bir insanın özünün tək hakimiyyətindən başqa heç bir şeyi yoxdur. Lakin insan görür ki, bir çox insanlarda belə bir rəy var ki o, öz üzərində yeganə sahib olandır. Yəni hər kəs özünə nə lazımdırsa onu edir, qalanlarına aid olanlar isə onun üçün vacib deyil. Çünki bəzən insan yaxını naminə hər hansı bir şey etdikdə, bunu yoldaşının ona qarşılıq olaraq nə isə qaytaracağını və onun nankor olmayacağını gözlədiyi üçün edir.
Və bu, Zoar kitabında yazıldığı və Ptixada (bənd 57) «Xalqların mərhəməti isə – günahdır»¹¹ ayəsi barəsində deyildiyi kimidir: «Çünki etdikləri hər şeyi onlar (özləri üçün) edirlər»¹². Yəni əvəzində hər hansı bir xeyir qəbul edirlər, və bu, «çoxluğun hakimiyyəti» adlanır, yəni bir çox ayrı-ayrı insanlar var olur.
Belə çıxır ki, bu, ikihakimiyyətlilik, yəni Yaradanın hakimiyyəti və insanın hakimiyyəti adlanmır. Belə çıxır ki, insan hələ Yaradanın idarəçiliyinə inanırdı. Halbuki insan bir çox ayrı-ayrı insanların çoxluq hakimiyyətinə düşdükdə, belə çıxır ki, o, Yaradanı ümumiyyətlə hesaba almır. Və bu, sözsüz ki, ən pis vəziyyətdir.
Və deyilənlərdən belə çıxır ki, insan daimi inama layiq görülməzdən əvvəl, — hansı ki bu, Yaradanın bir töhfəsidir və insanın ixtiyarında deyil, — o, hər zaman yüksəlişlər və enişlər içində olur, və o zaman döyüş meydanından qaçmaması üçün insana yuxarıdan rəhm lazımdır. Və o zaman iş nizamı yalnız yüksəliş vaxtı, yəni onun müqəddəslik hakimiyyətində yerləşdiyi həmin vaxtda ola bilər.
Və o zaman insan çalışmalı, diqqətli olmalı və eniş vaxtı hansı vəziyyətdə olduğu barədə düşünməlidir. Yəni yüksəliş vaxtı o, özünə hesabat verə və nur ilə qaranlıq arasındakı fərqi görə bilər, necə ki buyurulub: «nurun qaranlıqdan olan üstünlüyü»¹³. Başqa sözlə, o zaman o, müdriklərin: «Ehkamın [pozulmasından doğan] ziyanını onun [icra edilməsinə görə olan] mükafatı ilə, və ehkamın pozulmasına görə olan mükafatı onun [pozulmasından doğan] ziyanı ilə müqayisə et»¹⁴ buyurduqlarını yerinə yetirməyə qadirdir.
Yəni yüksəliş vaxtı insan anlayır ki, yalnız (özü üçün)almaq günah adlanır. Çünki o, onu Yaradandan uzaqlaşdırır, və bundan böyük günah yoxdur. Halbuki eniş vaxtı, əgərəta naminə niyyət qurulmursa, bunun günah adlandığını anlamağa qadir deyillər. Və hər şeyi göylər naminə etmək lazım olduğuna inanmağa onun gücü olsun [deyə yüksəliş vaxtı çalışmalıdır]. O isə yalnız yazılana inanır: "İnsan Yaradanın Musa vasitəsilə bizə etməyi buyurduğu 613 ehkama riayət etməlidir". Və o, əlbəttə ki, günah işlətməz və Tövratda yazılanların xilafına çıxmaz.
Lakin bəzən insan qəzəblənir ki, nə üçün Yaradan bizə belə edib ki, bir çox şeylər bizə qadağandır. Yəni insan deyir ki, əgər Yaradan ehkamlara riayət olunması barəsində ondan soruşsaydı, o, Yaradandan bunları bizə çox sərt etməməsini və nəfsin can atdığı bir çox şeyləri qadağan etməməsini xahiş edərdi. Lakin o, ehkamlara riayət edir.
Halbuki yüksəliş vaxtı insan, əksinə qəzəblənir: Yaradan nə üçün bizə insanın etməyə məcbur olduğu şeyləri, — yəni yeməyi, içməyi və s. — etməyi verib. Məgər O, bunları dünyada ümumiyyətlə yaratmasaydı və bunları etməyə ehtiyac olmasaydı, daha yaxşı olmazdımı?
Belə çıxır ki, yüksəliş zamanı o istəyir ki, dünyada həzzlər daha az olsun. Eniş zamanı isə insan qəzəblənir ki, niyə Yaradan bizə çoxlu şeyləri qadağan edib, halbuki Tövrat qadağan etməsəydi, insan onlardan həzz ala bilərdi. Və deyilənlərdən görürük ki, insan Yaradanla qovuşmağa layiq olmaq istədiyi zaman yüksəlişlər və enişlər var. Buna görə eniş vaxtını “kiçik vəziyyət” (katnut), yüksəliş vəziyyətini isə “böyük vəziyyət” (gadlut) adlandırmaq lazımdır.
Və bununla, müdriklərin: «“Bildir... və de” böyükləri kiçiklər barədə xəbərdar etmək üçün»¹⁵ buyurduqlarının nə anlama gəldiyini soruşduğumuz şeyi izah etmək lazımdır. Və biz soruşduq ki, tək bir insan barəsində necə "böyüklər" və "kiçiklər" demək olar? Və yuxarıda deyilənlərdən belə izah etmək lazımdır ki, "böyüklər" və "kiçiklər" dedikdə iki ayrı bədən nəzərdə tutulmur, axı ruhani işdə biz hamımız tək bir bədəndə öyrənirik. "Böyüklər" və "kiçiklər" isə tək bir daşıyıcıda iki fərqli vaxt kimi başa düşülməlidir. Yəni tək bir insanda, zamanın iki fərqli anında:
1."Böyüklər" adlandırılan yüksəliş vaxtı,
2."Kiçiklər" adlandırılan eniş vaxtı.
Və bununla onu izah etmək lazımdır ki, insan yüksəliş vəziyyətində olduğu zaman diqqətli olmalı və enişə gələ biləcəyinə dair özünə hesabat verməlidir. Eniş nədir ? Yəni, kim deyib ki, eniş bu qədər (pisdir)? Lakin o görür ki, eniş vəziyyətində yerləşmələrinə baxmayaraq, yaşayan və həyatdan zövq alan bir çox insanlar var. Buna görə də, o özü eniş vəziyyətində olduqda, onların ardınca qaçır. Və onlar kimi özü də həyatdan həzz alır.
Lakin eniş vəziyyəti barəsində demək olar ki, insan yol qəzasına düşüb. O xəsarət alıb və huşsuz vəziyyətdədir. Yəni, eniş vəziyyətində olduğunu hiss etmir. Bəlkə yerləşdiyi həmin vəziyyətdə həzz alır. Və belə ya elə, indi enişi hiss etmir, madam ki o, dünyada ruhani olanın var olduğunu və Yaradanla qovuşmağa nail olmaq üçün çalışmaq lazım olduğunu ümumiyyətlə unudub. Başına gələn qəza səbəbindən hər şey onun tərəfindən unudulub. Və o, enişdə yerləşməsi səbəbindən əzab çəkmir.
Buna görə də, insan yüksəliş vəziyyətində olduqda, o düşünməli və qorxmalıdır ki, Allah eləməsin, qəzaya düşməsin. Yəni, onun indi ruhaniyyətə doğru irəlilədiyi həmin vaxtda, öz pilləsinin ortasında yıxılmasın .
Eniş vaxtı isə o artıq xatırlamır, belə ki onda ruhani olana dair heç bir hissiyyat yoxdur. Və bütün bunları o, yalnız böyük vəziyyət (gadlut) vaxtı bilə bilər. Buna görə də müqəddəs mətn bizə buyurur: «“Bildir... və de” böyükləri kiçiklər barədə xəbərdar etmək üçün»¹⁶... Yəni böyük vəziyyət (gadlut) vaxtı, o yüksəlişda olduğu zaman – kiçik vəziyyətə (katnut) münasibətdə ehtiyatlı olmaq vaxtıdır. Yəni "kiçiklər" adlandırılan enişə gəlib çıxmamaq üçün. Və yalnız yüksəliş vaxtı insan kiçik vəziyyət (katnut) barədə düşünə bilər, yəni onun kiçik vəziyyətə (katnut) düşməsinin səbəbinin nə olduğunu düşünə bilər. İnsan bilməlidir ki, şübhəsiz, onu enişə gətirən müəyyən bir səbəb var.
Və atam və müəllimimdən eşitdiyim kimi (1945-ci ilin məqaləsində gətirilib): «Lakin həmçinin bilmək lazımdır: əgər insanın hər hansı bir, lap ən kiçik bir parıltını belə qoruyub saxlamaq qabiliyyəti olsaydı və bu daimi olsaydı, – insan artıq kamil hesab olunardı. Yəni bu parıltı ilə o, artıq irəli gedə bilərdi. Buna görə də, əgər onda bu parıltı yox olursa, o buna görə kədərlənməlidir. Və bu, böyük bir ağac yetişməsi üçün torpağa toxum əkən bir insana bənzəyir. Lakin o, dərhal bu toxumu torpaqdan çıxardı. Belə olan halda, o bu toxumu torpağa əkdiyi zaman gördüyü bu işin faydası nədir ki? Və bu azmış kimi – biz deyə bilərik ki, o, sadəcə toxumu torpaqdan çıxarıb onu xarab etməyib, hətta yetişmiş meyvələri olan ağacı torpaqdan çıxarıb və onları xarab edib. Eləcə də əgər onda bu kiçik parıltı yox olmasaydı, ondan böyük bir nur yetişərdi. Belə çıxır ki, onda yox olan kiçik parıltı deyil, sanki böyük bir nur tələf olub»¹⁷.
Deyilənlərdən biz görürük ki, insan yüksəliş vaxtı hər bir üsulla özünü qorumalıdır. O zaman, hətta onda kiçik bir hissiyyat olsa belə, və əgər o, bunu itirməmək üçün əlindən gələn hər şeyi edərsə, o, hər zaman irəli gedəcək.
Və bu barədə buyurulub: «“Bildir... və de” böyükləri kiçiklər barədə xəbərdar etmək üçün»¹⁸. Yəni, yüksəliş vaxtı olan böyük vəziyyət (gadlut) vaxtı, o, kiçik vəziyyətə (katnut), yəni enişə gəlib çıxmamaq üçün bütün hesablamaları aparmalıdır. Və o, hətta ruhani olanla tamamilə kiçik bir təmas olsa belə, indi onda necə bir vacibliyin olduğunu qiymətləndirməlidir.
Və o, bu hissiyyatın yuxarıdan gəldiyinə inanmaq üçün öz üzərində çalışmalıdır. Yəni, Yaradan onu çağırır. Və Yaradanın onu çağırmasının nə qədər vacib olduğunu düşünməlidir. Yuxarıda deyildiyi kimi, əgər o, bu kiçik hissiyyatı əbədi olaraq qoruyub saxlaya bilsəydi, o zaman, şübhəsiz ki, irəli gedərdi, necə ki yuxarıda göstərilən misalda deyilib: yüksəliş torpağa əkilən bir toxum hesab olunur, lakin ondan böyük bir ağac yetişəcək və bəhrə verəcək.
Belə çıxır ki, o, yüksəliş vaxtını qiymətləndirməlidir. Və özünə sanki məqsədə bu cür baxırmış kimi təsəvvür etməlidir. Yəni, sanki onun əlində artıq bəhrə verən böyük bir ağac var. Və insanların bu böyük ağacı xarab etməməsi üçün ağacı necə qoruyardı. Bu minvalla o, hər zaman ağacı (göz bəbəyi kimi qorumaq) lazım olduğunu öz bədən üzvlərində hiss edənə qədər getməlidir. Və hətta o, ağacına göz dəyməsin deyə , onu insanlardan gizlətmək üçün əməllər icra etməlidir.
Həmçinin insan, kənar insanların gözü dəyməsin deyə, yüksəliş vəziyyətində olan bu hissiyyatı qorumalıdır. Bura qədər söhbət yüksəlişdan gedirdi. Və bu, məsələnin yalnız bir tərəfidir.
Lakin enişin alçaq vəziyyəti ilə də hesablaşmaq zəruridir. Bu o deməkdir ki, digər tərəfdən baxasan – burada nə barədə düşünmək lazımdır. Yəni, yalnız yüksəliş vaxtı insan "böyükləri kiçiklər barədə xəbərdar etmək" adlandırılan enişin rəzil vəziyyətini qiymətləndirə bilər, yəni, yuxarıda deyildiyi kimi, "gadlut" vəziyyətində "kiçiklər" barədə, "katnut" vaxtı barədə (düşünmək). Yəni, əgər enişə gələrsə, nəyi itirə bilər. Yalnız yüksəliş vaxtı o, «nurun qaranlıqdan olan üstünlüyü»nün (nəticəsini çıxara) bilər. Və bu, məhz onda nur olduğu zamandır. O zaman o, nur ilə qaranlıq arasında müqayisə apara bilər. Lakin qaranlıqda olduğu vaxt yox.
Müdriklərin buyurduğu kimi: «Dünya on kəlamla yaradıldı. Bu bizə nəyi öyrədir? Axı o, tək bir kəlamla da yaradıla bilərdi! Lakin [bu belə edildi ki], on kəlamla yaradılmış dünyanı məhv edən günahkarlardan [hesab] sorulsun (cəzalandırılsınlar). Və on kəlamla yaradılmış dünyanın mövcudluğunu qoruyub saxlayan salehlərə gözəl bir mükafat verilsin»¹⁹.
Və görünür ki, «salehlərə gözəl bir mükafat vermək» bəndinin nə üçün olduğu anlaşılmır? Onların daha böyük bir mükafata sahib olmaları üçün bunu anlamaq olar. Lakin «günahkarlardan [hesab] sorulması» – O, nə üçün belə edir? Axı «Yaradan Öz yaratdıqlarına qarşı iddialar (tələblər) irəli sürmür»²⁰? O, çoxlu əzab-əziyyətlərin olması üçün niyə belə etdi?
Lakin izah etmək lazımdır ki, ruhani əməl baxımından bu o deməkdir ki, insan hansı xeyri itirə biləcəyini və hansı əzabları keçirə biləcəyini düşünməlidir, və bu iki şey sayəsində gadlut vəziyyətini, yəni yüksəliş vaxtını qorumaq zərurəti əldə edəcək. Axı əks halda, o, eniş vəziyyətində əzab çəkə biləcəyindən qorxacaq . Və bu, «böyükləri kiçiklər barədə xəbərdar etmək» mənasına gəlir.