<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə dua zamanı və minnətdarlıq zamanı nə vaxtdır

Ruhani işdə dua zamanı və minnətdarlıq zamanı nə vaxtdır

 

Məqalə 7, 1990

Müdriklərimiz demişlər: “İnsan həmişə əvvəlcə Yaradana tərif verməli, sonra dua etməlidir”. Onlar həmçinin demişlər: “Ravvin Elazar dedi: «İnsan həmişə əvvəlcə öz duasını qurmalı, sonra dua etməlidir»”.

Və anlamaq lazımdır ki, niyə biz əvvəlcə Yaradana tərif verməliyik. İnsan xisaron vəziyyətində olduqda və Yaradana dua etmək, onun xisaronunu doldurmasını istədikdə, onda ona Yaradanın köməyi lazımdır. Bəs niyə o əvvəlcə Yaradana tərif verməlidir?

Ətdən və qandan olan padşahdan söhbət gedəndə başa düşmək olar ki, əvvəlcə padşaha hörmət göstərmək lazımdır ki, padşah onun Yaradanı sevənlərdən olduğunu görsün və bu səbəbdən padşah onun arzusunu yerinə yetirsin. Lakin bunu Yaradan haqqında necə demək olar? Məgər Yaradana lazımdır ki, insan Ona Yaradanı sevənlərdən olduğunu göstərsin və onda Yaradan ona kömək edəcək, əks halda yox?

Axı Yaradan mərhəmətli və rəhmli olandır, və insan layiq olmasa belə, Yaradan Ona dua edənlərə kömək edir, Baal Sulamın “Şmone Esre” duasında dediyimiz sözləri izah etdiyi kimi: “Axı Sən bütün ağızların duasını eşidirsən”. Yəni hansı ağızların dua etməsi vacib deyil, lakin hər cür ağızların duasını, hətta bu ağızlar əhəmiyyətli olmasa belə, yenə də Yaradan onları eşidir. Belə halda, niyə biz əvvəlcə Yaradana tərif verməliyik?

Bunu izah etmək üçün əvvəlcə Zoar kitabından sözləri gətirməliyik: “Çıx və gör: «Və belə oldu ki, o hələ danışmağı bitirməmişdi, Rivka çıxır». Və [Zoar] soruşur, demək lazım idi: «Yaxınlaşır», necə deyildiyi kimi: «Budur, onun qızı Raxel yaxınlaşır». Bəs niyə «çıxır» deyilib? Və o deyir ki, bu, Yaradanın onu hamısı günahkar olan şəhər sakinlərinin arasından çıxardığına işarə edir, və Rivka çıxır və onun bütün sakinlərindən ayrılır, çünki o saleh idi”.

Raşi “Bəlkə ‘ulay’, qadın getməz” ayəsini belə izah edir: “Deyilmişdir: «mənə» ‘elay’. Eliezerin qızı var idi və o, İbrahimin ona müraciət etmək, qızını ərə vermək istədiyini deməsi üçün bir bəhanə axtarırdı. İbrahim ona dedi: «Mənim oğlum mübarəkdir, sən isə lənətlisən, lənətli olan isə mübarək olana qovuşmaz»”.

Və İtsxaq və Rivka haqqında deyilənlərin, həmçinin Eliezerin qızı haqqında ruhani iş baxımından mahiyyətini izah etmək lazımdır. Zoar kitabında yazılıb: “Dedi [r. Yosi r. Xiya]: «Qoy ağam desin, o, Mişna müəlliflərinin bu fəsli necə nəql etdiklərini eşidibmi, axı onlar onu ruh barəsində izah edirdilər, İbrahim – ruhdur, Sara isə – bədəndir?»”

Eyni şəkildə İtsxaq və Rivkanın hekayəsini də izah etmək lazımdır, necə Zoar kitabında yazılıb: “Ravvin Yehuda dedi: «Saranın, anasının» deməkdir ki, İtsxaqın görünüşü İbrahimin görünüşünə bənzədiyi kimi,… Eləcə də Rivkanın görünüşü Saranın görünüşünə tamamilə bənzəyirdi. Buna görə deyilib: «Saranın, anasının»”.

Deməli, burada da izah etmək lazımdır ki, İtsxaq ruh deməkdir, Rivka isə bədən. İnsanın iş qaydasında, o Yaradanla qovuşmağa çatmaq istədikdə, həmişə iki xətdə – sağ və sol xətdə getməlidir. “Sağ xətt” kamillik deməkdir, insan işdə məmnunluq hiss etdikdə və Yaradana tərif və minnətdarlıq etdikdə ki, O onu Padşahın xidmətçiləri arasında olmağa layiq edib. Və o görür ki, Yaradanın digər işçilərində olmayan ruhani pilləyə çatıb. Və ona öz alçaqlığı məlumdur və o bilmir ki, niyə Yaradan onu hələ bu pilləyə çatmamış digər insanlardan üstün tutdu. Və buna görə o Padşaha təşəkkür edir və tərif verir. Və o yazılanı yerinə yetirə bilər: “Yaradana sevinclə xidmət edin”. Və onda onun Yaradana dua edəcəyi, Ondan kömək istəyəcəyi bir şey yoxdur, çünki öz vəziyyətində çatışmazlıq hiss etmir.

Lakin insan sonra sol xəttdə işləməyə keçdikdə, yəni olduğu vəziyyəti tənqidi şəkildə yoxladıqda, o görür ki, həm ağıl, həm də ürəkdə qaydasında deyil. Hətta bəzən o görür ki, adi haldan daha çox özünə eqoist  eqoist məhəbbətə batıb. Bəzən insan elə bir alçaqlığa çatır ki, Yaradanın ona kömək etməsini və onu alçaqlığından çıxarmasını istəmir. Əksinə, o, maddi həyatdan həzz və ləzzət almadığına görə qəzəblənir. Belə çıxır ki, bəzən sol xətt ona hətta dua etməyə və Yaradandan xahiş etməyə də imkan vermir. Onda o özünü necə kamil insan kimi hiss edə və Yaradana minnətdarlıq edə bilər?

Lakin bilmək lazımdır ki, iş əsasən yüksəliş zamanı baş verir, çünki yalnız yüksəliş zamanı insanın iki xətdə — sağ və sol xətdə işi haqqında danışmaq olar. Eniş zamanı isə insan ölü sayılır. Ölü ilə danışmaq, yaxud ölüdən nəsə tələb etmək olarmı ki, o nəsə etsin?

Buna görə də insan iş vəziyyətində olduğu zaman demək olar ki, insan iki üsulla işləməlidir: sağ xəttdə və sol xəttdə. “Sağ xətt” əsasən o deməkdir ki, ondakı kamillik bilikdən yuxarı qurulur. Sol isə onda əksinə, məhz bilik və ağıl üzərində qurulur. Yəni bu zaman o özünü gördüyü kimi mühakimə edir, necə ki, müdriklərimiz demişlər: “Hakimin gözlərinin gördüyündən başqa heç nəyi yoxdur”.

Belə çıxır ki, o sol xəttdə işlədikdə və həqiqəti, özünə eqoist məhəbbətə nə qədər batdığını gördükdə, onda necə deyə bilər ki, kamillik vəziyyətindədir və Yaradana minnətdarlıq edir ki, O ona belə böyük hədiyyə verib, o müqəddəslikdədir? Axı bu, onun gördüyü həqiqətə tamamilə ziddir. Onda o həqiqəti gördüyü zaman necə hələ də sevincdə ola bilər?

Cavab — iki üsulla:

  1. Necə deyildiyi kimi (“Şamati”dən 40-cı məqalədə), Müəllimə inam haqqında Baal Sulamın sözlərindəki kimi, insan müdriklərə inamla getməlidir, necə ki, onlar bizim üçün müəyyən ediblər. Budur, o başqa sözlərlə nə deyir: “Şagird müəllimin ona dediyinə inanmalıdır ki, sağ xəttdə və kamillikdə getmək lazımdır. Və şagird özünə elə təsəvvür etməlidir ki, sanki artıq Yaradana tam inama layiq olub və artıq öz orqanları ilə hiss edir ki, Yaradan bütün dünyanı Xeyirxah və xeyir  verən kimi idarə edir. Başqa sözlə, bütün dünya Ondan yalnız xeyir alır, baxmayaraq ki, o özünə baxdıqda, çılpaq və yoxsul olduğunu görür. Həmçinin dünyaya baxdıqda, bütün dünyanın iztirab çəkdiyini və hər kəsin öz səviyyəsinə uyğun əzab çəkdiyini görür, – bu barədə o deməlidir, necə ki yazılıb: «Onların gözləri var, lakin görmürlər». Başqa sözlə, insan «onların» vəziyyətində olduğu müddətdə, «onlarda» isə iki hakimiyyət var, «onlar» həqiqəti görə bilməzlər. Buna görə də insan bilikdən yuxarı inanmalıdır ki, o kamillikdədir, həmçinin bütün dünya da”.

Belə çıxır ki, bu şəkildə o, Yaradana yalnız xeyir verdiyi üçün təşəkkür edə bilər və etməlidir. Bu “sağ xətt” adlanır, o isə sol xəttin tam əksidir. Yəni sol xəttdə biz bilik daxilində gedirik, deyildiyi kimi, “Hakimin gözlərinin gördüyündən başqa heç nəyi yoxdur”. Başqa sözlə, məhz bilikdə, bilikdən yuxarıda deyil. Lakin “sağ xətt” xüsusiyyətində işləməyə keçdikdə, belə çıxır ki, sol, sağın bilikdən yuxarı əsasında qurulmasının səbəbidir.

Və bu, müdriklərimizin dediyi kimidir: “Sol uzaqlaşdırır, sağ isə yaxınlaşdırır”. Başqa sözlə, “sol xətt” vəziyyəti insana Yaradanın işindən nə qədər uzaqlaşdırıldığını və ayrıldığını göstərir. “Sağ yaxınlaşdırır” isə o deməkdir ki, ona Yaradanın işinə yaxın olduğunu göstərir. Bu o deməkdir ki, o sol xəttdə işlədikdə, bu onu elə bir yerə gətirməlidir ki, o uzaqlaşdırılma vəziyyətini, necə uzaqlaşdırıldığını və işdən ayrıldığını görsün. Sağ xəttdə işlədikdə isə, o elə bir vəziyyətə gəlməlidir ki, Yaradana yaxın olduğunu görsün. Və sağ xəttdə o, Yaradana minnətdarlıq etməlidir, solda isə – Yaradana dua yüksəltməlidir. Axı yalnız iki ayaq üzərində insan maddidə yeriyə bilər. Və bu ruhanidən qaynaqlanır və ona işarə edir ki, insan iki xətdə getməlidir.

Kamilliyə gəldikdə isə, daha bir üsul var. Əgər insan elə bir vəziyyətə gəlirsə ki, o həm ağlı, həm də ürəyi ilə çılpaq və yoxsul olduğunu görür, yəni o görür ki, özünə eqoist məhəbbətə batıb və onda Yaradan naminə işləmək üçün hər hansı arzuya malik bircə orqan belə yoxdur, və indi o görür ki, “şərin dərki” adlanan öz həqiqi vəziyyətinə gəlib.

Və o deyir ki, indi şərin dərkinin görməsi – yuxarıdan bir hədiyyədir, ona həqiqəti açdılar. Əks halda o özünü aldadardı və yolunu dəyişməyə ehtiyac olmadığını düşünərdi, çünki şübhəsiz həqiqət yolu ilə gedir, və belə olan halda öz şəri ilə həmişəlik qala bilərdi. Lakin indi ona yuxarıdan aşkarlanma gəldi ki, həqiqəti görə bilsin.

Və bu, Zoar kitabında “Günahını bildikdə” ayəsi haqqında yazıldığı kimidir. Yəni Yaradan ona günah etdiyini bildirdi, yəni ona yuxarıdan xəbər verildi ki, o günah edib. Başqa sözlə, şərin dərki – yuxarıdan aşkarlanmadır. Bu səbəbdən o sevinir ki, Yaradan onun qayğısına qalır və onu yönəldir, və ona öz həqiqi vəziyyətini göstərir. Bundan o kamillik alır. Yəni Yaradanın əlindən həqiqətin aşkarlanmasına layiq olduğundan, və bu vəziyyət o deməkdir ki, o kamillik alıb, yəni bu, Yaradanın onu yaxınlaşdırdığını və ona həqiqəti göstərdiyini bildirir.

Belə çıxır ki, indi o elə bir vəziyyətdə deyil ki, özünü pis hiss etməsi ilə Yaradanın onu müqəddəslikdən uzaqlaşdırdığını deyə bilsin. Əksinə, bu ona hiss etdirir ki, Yaradan onu yaxınlaşdırır. Və bu “sağ yaxınlaşdırır” adlanır. Və əlbəttə, o belə bir vəziyyətdə, hər şeyin onda pis olduğunu gördüyü zaman, bunun üzərinə yüksələ və bu şərdən necə çıxmaq barədə məsləhətlərə əməl edə bilər. Buna görə də o, Yaradana təşəkkür edir və Onu tərifləyir.

Belə çıxır ki, indi o mübarək sayılır, çünki görür ki, şərin dərki haqqında yuxarıdan bilik alıb. Və o Yaradana təşəkkür etdikdə, əlbəttə, mübarək adlanır, çünki Yaradandan xeyir-dua alıb. Və onda o, Yaradanla qovuşmağa gələ bilər, çünki “mübarək olan Mübarək olana qovuşur”.

Və bu, Baal Sulamın müdriklərimizin dediyini izah etdiyi kimidir: “Dünya ya tam günahkarlar üçün, ya da tam salehlər üçün yaradılmışdır”. Və soruşdu: “Tam salehlər üçün – bu aydındır. Lakin tam günahkarlar üçün – bunu necə demək olar?”

Və izah etdi ki, insan özü haqqında günahkar olduğunu bildikdə, şübhəsiz, qayıdış etmək üçün əlindən gələni edəcək. Və “tam salehlər üçün” sözlərini izah etmək lazımdır ki, onda onlar dünyadan həzz alırlar, çünki dünyanın yaradılışı zamanı Yaradanın arzusunda olan həzzə və ləzzətə layiq olurlar, çünki onlarda artıq Yaradanın nurunu əta etmək naminə almaq üçün kelim var, axı bu kelimdə “Öz yaratdıqlarına həzz vermək arzusu” adlanan yaradılışın məqsədi aşkarlanır.

Eynilə, o artıq şərin dərkinə layiq olduqda, bu kelimdir, çünki onda günahkarlar vəziyyətindən çıxmaq üçün əlindən gələni etmək üzrə daxili canatma var. Halbuki əgər o şəri hiss etmirsə, onu bu şər vəziyyətindən çıxmağa oyada biləcək heç nə yoxdur, çünki özünü bu vəziyyətdən çıxmaq üçün əlindən gələn hər şeyi etməli olacaq qədər pis hiss etmir.

Belə çıxır ki, onun bütünlüklə şərdən ibarət olduğunu gördüyü vəziyyətə gəlməsi – artıq böyük bir üstünlükdür. Bunun sübutu odur ki, o artıq deyə bilər ki, dünya onun üçün yaradılmışdır, necə ki deyildiyi kimi: “Dünya yaradılmışdır… ya tam günahkarlar üçün”. Halbuki ona şər vəziyyəti aşkarlanmamışdan əvvəl, onun dünyada mövcud olmaq üçün heç bir haqqı yox idi, yuxarıda deyildiyi kimi: “Dünya ya tam günahkarlar üçün, ya da tam salehlər üçün yaradılmışdır”. Belə çıxır ki, şərin dərkindən əvvəl onun dünyada mövcud olmaq üçün heç bir haqqı yoxdur.

Buna uyğun olaraq belə çıxır ki, əgər o şərin dərkinə gəlibsə, o artıq dünyada mövcud sayılır. Və bu baxımdan o, kamilliyə malik sayılır və buna görə də artıq Yaradanı tərifləyə və Ona minnətdarlıq edə bilər, və onun artıq Yaradanla əlaqəsi var, artıq demək olar ki, o “mübarək” adlanır, “mübarək olan Mübarək olana qovuşur”18, yuxarıda deyildiyi kimi.

Və onda o mövcud ola bilər, və bu, onun daha yüksək pilləyə qalxa biləcəyi zamandır. Yəni öz çatışmazlıqları haqqında yüksəltdiyi bütün duaların cavabını o, sevinc zamanı ala bilər, yuxarıda deyildiyi kimi, müdriklərimizin dediyi kimi: “Şxina yalnız sevinc sayəsində enir”, necə ki yazılıb: “Və musiqiçi çaldıqda, Yaradanın ruhu onun üzərində idi”. Belə çıxır ki, insanın Şxinanın mövcudluğuna layiq olduğu əsas zaman məhz kamillik zamanıdır, çünki məhz kamillik zamanı – onun öz ruhunun xüsusiyyətini ala biləcəyi zamandır.

Yuxarıda deyilənlərə uyğun olaraq, müdriklərimizin dediklərini izah edə bilərik: “Eliezerin qızı var idi. Və o istəyirdi ki, o, İtsxaqın arvadı olsun”. Sadə anlayışda bunu başa düşmək çətindir. Axı Eliezerin qızı müdrik şagirdinin qızı idi, necə ki, müdriklərimiz demişlər: “«Və İbrahim öz quluna, evində ən yaşlı olana, sahib olduğu hər şeyə rəhbərlik edənə dedi». Ravvin Elazar dedi ki, öz ağasının təliminə sahib olan – bu, Dəməşqli Eliezerdir”. Orada həmçinin deyilir: “İbrahimin qulu Eliezer yaşlı idi və təlim evində otururdu”25.

İbrahim bu elçiliyə razı olmadı və cavab verdi: “Lənətli olan mübarək olana qovuşmaz”. Lakin bu, Betuelin qızı və günahkar Lavanın bacısı olan Rivka ilə evlilikdə belə deyildi. Müdriklərimiz demişlər ki, Betuel sərvət onlara qalsın deyə, Eliezerə ölüm zəhəri ilə yedirtmək istəyirdi. Başqa sözlə, o sadəcə günahkar deyildi; o həm də qatil idi. Və Qavriel gəldi, qədəhi dəyişdi və onu Betuelə verdi, o da öldü. Yəni Rivka da günahkarların mühitindən çıxmışdı, lakin bu izdivac layiqli idi, necə yazıldığı kimi: “Və Rivka çıxır”. Başqa sözlə, Yaradan onu şəhərin günahkar sakinləri arasından çıxardı. “Rivka çıxır”, çünki o saleh idi. Sadə anlayışda, əgər insana iki gəlin təklif etsələr, biri müdrik şagirdinin qızı, digəri isə günahkarlar evindən və günahkarlar şəhərindən olsa, o, əlbəttə, müdrik şagirdinin qızını seçər.

Lakin ruhani iş baxımından izah etmək lazımdır ki, Eliezerin vəziyyəti – sol xətt vəziyyətidir, çünki o daim qışqırırdı: “Eli [Rəbbim], ezer [kömək et!]”, çünki mən şərin hakimiyyəti altındayam. Belə çıxır ki, bu qadın, yəni solun qızı, ona “neşama” (ruh) adlanan İtsxaq xüsusiyyətinin “zövcə”, yəni bədən kimi verilməsi,ruhu almaq  üçün dua edir. İbrahim buna razı olmadı, çünki insan sol xəttdə olduqda və: “Yaradan, mənə şərdən çıxmağa kömək et”qışqırdıqda , belə bədən “lənət” vəziyyətində olur. Buna görə də o ona dedi ki, İtsxaq, yəni ruh, o “mübarəkdir”, “lənətli olan isə mübarək olana qovuşmaz”.

Zoar kitabında belə deyilir (Toldot, bənd 49): “Buna görə, Eliezer müdrik olsa da, həqiqət xüsusiyyətinin ona çatışmadığını hiss edirdi. O həmişə sol xəttdə gedirdi və həmişə iddiaları var idi: niyə Yaradan onu eşitmir və ona ruh vermir, axı «ondakı nur mənbəyə qaytarır»”. Və baxmayaraq ki, sol xüsusiyyət “iş üzrə danışır”, çünki hər şey bilik üzərində qurulub, yuxarıda deyildiyi kimi, “Hakimin gözlərinin gördüyündən başqa heç nəyi yoxdur”, lakin əslində o lənətlidir.

Buna görə də İbrahim ona dedi: “lənətli olan edə bilməz”, yəni “lənətli” vəziyyətində olan bədən Şxinanın mövcudluğu xüsusiyyətini ala bilməz, bu isə insanın fərdi ruhu sayılır. Axı Şxina Malxut adlanır, yəni bütün ruhların toplanmasıdır. Çünki Malxut “İsrailin Toplanışı” adlanır. Deməli, bu vəziyyətdə bədən “ruh” adlanan İtsxaq xüsusiyyətini qəbul etməyə qadir deyil, necə deyildiyi kimi, bədən “zövcə” adlanır, ruh isə “ər” adlanır.

Halbuki “Rivka” xüsusiyyəti işdə elə bir vəziyyət adlanır ki, bədən sol xəttin ona göstərdiyi hər şeyi görür, yəni öz həqiqi vəziyyətini, bütün orqanlarının günahkar olduğunu, onun yalnız özünə eqoist məhəbbətə aid olanı anladığını, Yaradanın faydasına aid olan məsələdə isə heç nə etməyə qadir olmadığını, sol xəttin ona göstərdiyi kimi dəqiq görür.

Və bu o deməkdir ki, “şəhərin bütün sakinləri günahkar idilər”, çünki bədən “şəhər” adlanır, necə ki yazılıb: “Şəhər kiçik idi və onda az adam var idi, və ona böyük bir padşah hücum etdi… Və orada yoxsul, müdrik bir kişi tapıldı, və o öz müdrikliyi ilə şəhəri xilas etdi”. Və Rivka, yeganə saleh qadın, şəhərin bütün sakinləri arasından çıxır.

Niyə “çıxdı” yazılıb? Və deyir ki, bu, Yaradanın onu şəhərin bütün sakinləri arasından çıxardığına işarə edir”. Bu o deməkdir ki, bu bədən özünü kamil, yəni saleh kimi hiss edirdi, çünki Yaradan ona həqiqəti bildirdi. Və bu ona sevinc verir, və bu öz-özlüyündə kamillik sayılır ki, Yaradan onu xəbərdar etdi, yuxarıda deyildiyi kimi. Yaxud yuxarıda qeyd edilən ikinci səbəbə görə, o bilikdən yuxarı inanır ki, kamilliyə malikdir, çünki öz Müəlliminə inamla inanır ki, bilikdən yuxarı getmək və demək lazımdır: “Onların gözləri var, lakin görmürlər”.

Kamillik vəziyyətində isə “İtsxaq” vəziyyətinə, “ruh” adlanan vəziyyətə layiq ola bilərik. Bu o deməkdir ki, iki ziddiyyət bir bədəndə olur, lakin iki ayrı zaman anında. Və bizə deyirlər ki, ən əsas olan – sol xəttdən bir az olduqdan sonra sağ xəttdə getməkdir. Bu da deyildiyi kimidir: “İnsan həmişə Yaradana tərif verməlidir”, bu “sağ xətt” adlanır, “sonra isə dua etməlidir”, – bu “sol xətt” sayılır. Sonra isə sağa qayıdır.