İnsanın sınağa tab gətirdiyini bilmək kimə lazımdır
Rabaş, 28-ci Məqalə, 1989-cu il
Müqəddəs Zoar kitabında deyilmişdir:
«Tövrat və Səyyar Məbəd (Mişkan) qurulduqda, Yaradan Tövratın güclərini, Tövratın – yəni Zeir Anpinin nə qədər ordusu olduğunu və Səyyar Məbədin nə qədər ordusu olduğunu saymaq istədi». «Buna görə də, Zeir Anpinin və Malxutun ordusu olan İsrail övladları saya daxil edilirlər ki, onlarla birlikdə onlar haqqında bilsinlər». (Sitatın sonu).
Anlamaq lazımdır ki, Yaradanın nə qədər gücün olduğunu "bilmək" üçün İsraili saymaq istəməsi nə deməkdir. Bunu kim bilməlidir? Yaradanmı? Axı hər şey Onun hüzurunda aşkardır və Ona məlumdur. Məgər Yaradanın onların sayını bilməsi üçün aşağıda onları sözün hərfi mənasında saymaq lazımdır? Əgər belədirsə, Yaradanın İsraili — Zeir Anpin və Malxut ordularının sayını bilmək üçün saymağı buyurduğunu kimin haqqında demək olar, necə ki yazılıb: «Yaradan Tövratın güclərini, Tövratın nə qədər ordusu olduğunu saymaq istədi».
Atam və müəllimim Baal Sulam, İbrahim haqqında deyilən bu kəlamla bağlı oxşar bir sual vermişdi:
«Və o dedi: “Əlini oğlana tərəf uzatma və ona heç bir şey etmə, çünki indi bildim ki, sən Yaradandan qorxursan ”».Və soruşdu: məgər Yaradan bu sınaqdan əvvəl İbrahimın Yaradandan qorxan biri olduğunu bilmirdi? Əgər bilirdisə, «indi bildim» ifadəsi nə deməkdir? Və izah etdi ki, «indi bildim» kəlamının mənası budur: indi sən özün bilirsən ki, Yaradandan qorxursan, çünki sən sınağa tab gətirdin.
Lakin anlamaq lazımdır ki, insan özünün Yaradandan qorxduğunu nə üçün bilməlidir? Məgər bunun köməyi ilə onun işdə məmnunluq əldə etmək imkanı olacaq? Axı dünyada daha nə etmək olar? Məgər müdriklərimiz buyurmayıblarmı: «Ravvin Xanina dedi: “Hər şey göylərin əlindədir, göylərin qarşısındakı ehtiramla qorxudan başqa”».Yəni hər şeyi Yaradan edir. İnsanın öhdəsinə düşən isə yalnız göylərin qarşısındakı ehtiramla qorxudur, necə ki deyilib: «Və indi, İsrail, Rəbbin olan Yaradan səndən ehtiramla qorxmaqdan başqa nə istəyir ki?» Belə olan halda, insan özünün Yaradandan qorxduğunu bilsin deyə nə üçün bu sınaqdan keçməlidir? Axı onun Yaradandan qorxub-qorxmadığını bilməməsi daha yaxşı olardı. Bu ona imkan verərdi ki, «Yaradandan qorxan» dərəcəsinə gəlmək üçün müqəddəslik işində səylərini artırsın.
Lakin biz müdriklərin belə dediyini görürük:
«Ravvin dedi: “İnsan özü haqqında saleh yoxsa günahkar olduğunu bilməlidir”».
Və burada da eyni sual yaranır. İnsan öz vəziyyətini nə üçün bilməlidir? Axı o, bu bilikdən məmnunluq əldə edəcək. Belə olan halda, bu biliyin işə nə faydası var?
Bütün bunları anlamaq üçün ruhani işdə mövcud olan iki prinsipi xatırlamaq lazımdır:
1). Yaradılışın məqsədi. Bu, Yaradanın Öz yaratdıqlarına həzz verməsindən, yəni varlıqların xeyir və həzz almasından ibarətdir. Onlar bu xeyir və həzzi qəbul etmək xüsusiyyətinə gəlməmişdən əvvəl öz kamilliyinə, yəni yaradılışın məqsədinə çata bilməzlər.
2). Yaradılışın islahı. Məlumdur ki, utanc hissinin olmaması üçün, yəni varlıqlar xeyir və həzzi qəbul edərkən xoşagəlməz hisslər (utanc) keçirməsinlər deyə, ixtisar (tsimtsum) və gizlənmə baş verdi. Bu ona görə də belə oldu ki, onlar yaradılışın məqsədində mövcud olan xeyir və həzzi [birbaşa] hiss etməsinlər və öz şəxsi mənfəətləri üçün deyil, Yaradanın naminə işləmək üçün onlarda yer yaransın. Və o zaman utanc hissi insanı avtomatik olaraq tərk edir, çünki onun dünyada daddığı hər bir həzzdə niyyəti özü üçün deyil, Yaradanın varlıqların dünyada həzz almasını istədiyi üçündür. Və onlar yalnız bu səbəbdən həzz alırlar. Özü üçün isə, yəni sadəcə həzz almaq istədiyi üçün o, almaq istəmir və dünyadakı bütün həzzlərdən imtina edir.
O, özü üçün heç nə qəbul etmək istəmir və hər bir şey barəsində belə düşünür: əgər hazırda daddığı həzzi qəbul etməklə yuxarıda sevinc yaranacaqsa, o, yalnız bu halda həzzi qəbul edir, əks halda isə imtina edir. Və bu, yaradılışın islahı adlanır. Yəni yaradılışın məqsədi bir örtüyə (levuş) bürünür və bu örtük həzzi qəbul edən zaman utanc xüsusiyyətinin daxil olmasına imkan vermir. Bu örtük əta etmək istəyi adlanır.
Deyilənlərdən biz ehtiramla qorxunun nə olduğunu və bunun işdə nəyi ifadə etdiyini anlayacağıq, çünki ehtiramla qorxu haqqında deyilmişdir: «Hər şey göylərin əlindədir, göylərin qarşısındakı ehtiramla qorxudan başqa». Və bu nə üçün göylərin əlində deyil? Öyrəndiyimiz kimi, biz əta etməklə bağlı olan hər şeyi Yaradana aid edirik, yəni hər şeyi Yaradan varlıqlara verir. Halbuki "əta etməmək" Yaradana aid deyil, çünki Onun istəyi varlıqlara həzz verməkdir.
Ehtiramla qorxu isə Zoar kitabının Ön sözündə yazılanları ifadə edir:
«Ehtiramla (qorxu) — insanın öz Yaradanına həzz verməyi azaldacağından qorxmasıdır».
Buna görə də o, Yaradandan ona xeyir və həzz verməsini təvəqqe etməkdən qaçır. Çünki ola bilsin ki, bu, Yaradanın naminə deyil, insanın öz şəxsi mənfəəti naminə olar, yəni bu dolum klipotlara gedər. Belə çıxır ki, almaqdan qorxduğu üçün yaranan ehtiramla qorxu insana aiddir. Yəni insan qorxu səbəbindən qəbul etmək istəmir, axı ola bilsin ki, bu, göylər naminə olmasın. Və bu iş insana aiddir, yəni «almaq naminə almamaq» anlayışını biz aşağıdakılara aid edirik, çünki Yaradan tərəfindən yalnız əta etmək mövcuddur.
Bu, «Avaya» adı ilə adlandırılır ki, orada heç bir halda dəyişiklik yoxdur, necə ki yazılıb: «Mən, Avaya, dəyişmədim», O, hər zaman əta etmək istəyir. Buna görə də almaqdan qorxmaq xüsusiyyəti varlıqlara aiddir və onların bütün işi, dünyada mövcud olan bütün islahlar bu nöqtəyə aiddir — yəni özünü islah etmək və öz şəxsi mənfəəti üçün heç nə almamaq dərəcəsinə gəlmək, necə ki müdriklərimiz buyurmuşlar: «Sənin bütün əməllərin göylər naminə olsun».
Deyilənlərlə insanın Yaradandan qorxduğunu bilməsini belə izah etmək olar: İnsan bunu bilməlidir ki, indi onda gedib Yaradandan ona həqiqi həzzi ehtiva edən Tövratın nurunu verməsini təvəqqe etmək istəyi olsun, hansı ki bu "Öz yaratdıqlarına həzz vermək istəyi" adlanır. Çünki o özü görür ki, artıq bir neçə sınaqdan keçib və onlara tab gətirib, və buna görə də onda artıq göylərin qarşısındakı ehtiramla qorxu mövcuddur. Yəni o artıq özünə əmindir ki, qəbul edəcəyi hər şey əta etmək naminə olacaq, əks halda o, sınaqlara tab gətirə bilməzdi. Axı insanın sınağa tab gətirə bilməməsi onun hələ də özü üçün qəbul etmək istəyinə batmasından irəli gəlir. Halbuki özü üçün həzz qəbul etməkdən uzaqlaşan insan hər bir həzzə ilk öncə Yaradanın bundan nə qədər həzz alacağı baxımından baxır və yalnız bu halda həzzi qəbul edir.
Və bu, «çünki indi bildim ki, sən Yaradandan qorxursan» adlanır, yəni insanda artıq bu bilik var. O zaman belə bir vəziyyət «əta etmək naminə əta etmək» adlanır. Daha sonra, o artıq yuxarıda qeyd olunduğu kimi göylərin qarşısındakı ehtiramla qorxu dərəcəsini — "insanın işi" adlanan şeyi əldə etdikdə, insan irəli getməli və Yaradandan ona Yaradanın Öz varlıqlarına həzz vermək istəyində gizlənən xeyir və həzzi verməsini xahiş etməlidir. Çünki o, Yaradana həzz vermək istəyir. Onun həzzi isə Ondan gələn düşüncənin əməldə gerçəkləşməsindədir, yəni Onun yaratdıqlarının Ondan xeyir və həzz almasındadır — onun bütün həzzi bundadır. Buna görə də insana bu bilik lazımdır.
Deyilənlərlə Zoar-ın bu kəlamında soruşduğumuz sualı izah etmək olar: «Tövrat və Səyyar Məbəd qurulduqda, Yaradan Tövratın güclərini, Tövratın nə qədər ordusu olduğunu və Səyyar Məbədin nə qədər ordusu olduğunu saymaq istədi». Və biz soruşduq: "Bu bilik kimə lazımdır"? Və məgər Yaradan bunu biz sözün əsl mənasında əməli olaraq saymasaq bilmir? Cavabı biz İbrahimdə tapırıq, çünki «indi bildim» o deməkdir ki, Yaradan da indi bilir, həmçinin İbrahim də bilir ki, o, Yaradandan qorxandır.
Yuxarıda deyilənlərə analoji olaraq burada da izah etmək lazımdır ki, İsrail xalqı bu bilik haqqında bilməlidir ki, indi hansı dərəcəyə — Tövratamı, yoxsa Səyyar Məbədəmi aid olduqlarını bilsinlər. Çünki orada deyilir ki, Tövrat və Səyyar Məbəd — Zeir Anpin və Malxutdur, bu isə Yaradanın Şxina ilə birliyini ifadə edir. Buna görə də Zoarda deyilmişdir: «Tövratın nə qədər ordusu olduğunu». Yəni, hansı dərəcəyə aid olduqlarını bilsinlər, və «Səyyar Məbədin nə qədər ordusu olduğunu», yəni onlardan neçə nəfərin Şxinaya aid olduğunu bilsinlər. Belə çıxır ki, bütün bu say yalnız insanın bilməsi üçündür, halbuki Yaradan, əlbəttə ki, hər şeyi əməli olaraq saymadan da bilir.
Beləliklə, əsas odur ki, insan hansı vəziyyətə aid olduğunu bilməlidir. Raba insan haqqında danışarkən, — nəzərdə tutulur ki, əgər biz onu Yaradana nisbətdə digər bütün ruhlarla birləşdiririksə, o özünü bir insan kimi hiss edir, — və Rabanın dediyi kimidir: «İnsanın özü haqqında saleh yoxsa günahkar olduğunu bilməsi üçün». Və bütün bunlar insanın doğru yolla gedib-getmədiyini, yəni onun yaradıldığı məqsədə çatmaq üçün nə etməli olduğunu bilməsi üçündür. Necə ki deyilib: «Boş yerə işləməmək üçün».
İnsanın ümumi çoxluğun ardınca getməyə nə dərəcədə alışdığını, həmçinin onda ümumi çoxluq arasında qəbul olunmuş yanaşmadan çıxıb fərdi şəkildə işləmək gücünün necə yaranmalı olduğunu başa düşmək üçün, yəni insanın özü üçün nə etməli olduğunu fərdi şəkildə dərk etməsi, nə qədər əlavə ehtiyatlı olmağa ehtiyacı olduğunu və yalnız öz şəxsi mənfəəti naminə işləmək vərdişindən necə xilas ola biləcəyini izah etmək məqsədilə burada Lyublinli Bəsirətçinin hekayəsini gətirəcəyəm. Bu hekayə «Həyat haqqında söhbətlər» kitabında verilmişdir.
«Moqilnitsalı ravvin danışırdı ki, bir dəfə Lyublin ravvini şənbə ərəfəsində öz otağında olarkən birdən qapını açdı. Evdə isə onun ən yaxşı şagirdlərindən olan bir çox mühüm ravvinlər və müdriklər var idi. Ravvin onlara müraciət edərək dedi: “Budur, yazılmışdır: «Və Özünə nifrət edənlərin əvəzini dərhal onun üzünə vurur ki, onu məhv etsin», bu o deməkdir ki, Yaradan Ona nifrət edənlərə bu dünyada etdikləri yaxşı əməllərin əvəzini ödəyir ki, onları kökündən kəssin, gələcək dünyaları olmasın. Belə olan halda mən sizdən soruşuram: əgər günahkar var-dövlət ehtirası ilə yanırsa, bunu başa düşmək olar, ona böyük var-dövlətlə əvəz ödənilir. Əgər günahkar şöhrət həsrəti ilə qovrulursa, ona böyük hörmət qoyulur. Lakin əgər günahkar nə hörməti, nə də var-dövləti sevmirsə, rütbələri sevir, yaxud ravvin və ya rebe olmaq istəyirsə, ona əvəz necə ödənilir? Bu dünyada yaxşı əməllər edən həmin insanlara əvəz necə ödənilir ki, onların gələcək dünyası olmasın? Lakin bu, şübhəsiz ki, məhz belədir: rebe yaxud ravvin olmağı sevən kəsə bu, yuxarıdan verilir, rütbələri sevən kəsə isə rütbələr verilir ki, o — deməsi belə qorxuludur — gələcək dünyasını itirsin”. Və dərhal qapını bağladı». (Hekayənin sonu).
Bu hekayədən biz görürük ki, elə insanlar var ki, ehtiraslardan, hörmətdən imtina etməkdə özlərini kamil hesab edirlər və ehtirasa, hörmətə batan insanlara baxaraq düşünürlər ki, onlara baxmağa, xüsusən də onlarla danışmağa dəyməz. Yəni onlar görürlər ki, insanlar öz almaq istəklərini doldurmaq üçün Tövrat və ehkamlara riayət edirlər, və əlbəttə ki, söhbət qadağan olunmayan ehtiraslardan gedir, əks halda onların yaxşı əməllər etdikləri deyilməzdi. Həmçinin Tövrat və ehkamlara onlara hörmət göstərilməsi üçün riayət edənlər, və bu insanlar, yəni yüksək dərəcədə, yaxud ravvin və ya rebe olmaq istəyənlər, əlbəttə ki, bunu ümumi xeyir üçün istədiklərini düşünürlər.
O zaman Lyublin Bəsirətçisi onlar haqqında dedi ki, onlar «Yaradanın nifrət edənləri» adlanırlar. Lakin onlar, nəticə etibarilə, Tövrat və ehkamlarla məşğul olduqları üçün, Yaradan onlara istədiklərinə uyğun olaraq, yəni Yaradandan onlara verməsini xahiş etdikləri (dua etdikləri) şeyə uyğun olaraq əvəz ödəyir. Və belə çıxır ki, Yaradan onların istəyini doldurur. Lakin onlar bilməlidirlər ki, Yaradan onların tələblərini doldurduğu üçün onlar bunu alırlar. Amma onlar bilməlidirlər ki, Yaradanın onların tələblərini doldurmasını istəməklə onlar gələcək dünyanı itirirlər, çünki bu şəkildə onlar «Yaradana nifrət edənlər» adlanırlar, necə ki yazılıb: «Və Özünə nifrət edənlərin əvəzini dərhal onun üzünə vurur ki, onu məhv etsin». Yəni onlar bilməlidirlər ki, öz tələblərini almaqla, yəni istədikləri şeyin dolması ilə onlar buna görə gələcək dünyanı itirəcəklər.
Və burada iki şeyi anlamaq lazımdır:
1). Əgər onlar bu dünyada mükafat alırlarsa, nə üçün gələcək dünyanı itirməyə borcludurlar? Axı müdriklərimiz buyurmuşlar:
«Öz əllərinin zəhmətindən həzz alan kəs göylərin qarşısında ehtiramla (qorxandan) daha üstündür. Axı göylərin qarşısında ehtiramla qorxan haqqında deyilmişdir: “Yaradanın qarşısında ehtiramla qorxan insan xoşbəxtdir”. Öz zəhmətindən həzz alan haqqında isə yazılmışdır: “Əgər öz əllərinin zəhməti ilə qidalanırsansa, xoşbəxt olacaqsan — bu dünyada, və sənə yaxşı olacaq — gələcək dünyada”».
Budur, biz görürük ki, bu dünyada mükafatı olan kəs gələcək dünyanı itirməyə borclu deyil. Bəs nə üçün Yaradana nifrət edənlərin bu dünyada aldıqları üçün gələcək dünyanı itirirlər yazılmışdır?
2). Anlamaq lazımdır ki, əgər o, yaxşı əməllər adlanan bəzi ehkamlara riayət edirsə, nə üçün Yaradanın nifrət edəni adlanır? Budur, biz görürük ki, şər başlanğıc düşmən adlanır, necə ki yazılıb: «Əgər düşmənin acdırsa, ona çörək yedizdir».
Və anlamaq lazımdır ki, nə üçün şər başlanğıc insanın düşmənidir (ona nifrət edəndir). Axı əksinə, o, insana cinayət törətməyi məsləhət görür ki, insan özünə əziyyət verməsin, həzz alsın. Belə olan halda, insana həzz verən kəs, əlbəttə ki, sevən adlanmalıdır, bəs nə üçün nifrət edən adlanır?
Biz isə müdriklərin inamı ilə inanmalıyıq ki, bu dünyadakı bütün işimiz Yaradanla qovuşmağa layiq görülmək üçündür. Yəni Yaradanın varlıqlara xeyir və həzz vermək istəməsi yaradılışın məqsədi adlanır. Və biz öz almaq istəyimizi əta etmək istəyinə doğru islah etməyənə qədər bunu bizə vermək qeyri-mümkündür. Əks halda, məlum olduğu kimi, bizdə utanc hissi olar.
Buna görə də bizə xüsusiyyətlərin bərabərliyi adlanan qovuşma xüsusiyyəti lazımdır. Yəni Yaradandan xeyir və həzz almaq istədiyimiz hər bir şey özümüz üçün deyil, biz öz hakimiyyətimizi ləğv etmək istəyirik ki, o mövcud olmasın, yalnız Tək olanın, yəni Yaradanın hakimiyyəti olsun. Və o zaman Onun dediyi və Onun istəyinə uyğun olaraq baş tutan şeydə bizim həqiqi həzzimiz olacaq. Yəni Yaradanın istəyi həqiqi mənada kamilliyə çatacaq. Yəni varlıqlar Yaradanın onlara vermək istədiyi şeyi, yəni xeyir və həzzi ala biləcəklər.
Görürük ki, şər başlanğıc insanı Yaradanın naminə deyil, özü üçün işləməyə sövq edir. Və bununla insana pislik edir, buna görə də şər başlanğıc adlanır. Və deyilənlərdən bu sualı anlayacağıq: nə üçün insan Tövrat və ehkamlara riayət etdikdə və yaxşı əməllər etdikdə, — bunun sübutu da odur ki, Yaradan ona yaxşı əməllərinə görə əvəz ödəyir, — o hər bir halda Yaradanın nifrət edəni adlanır, necə ki yazılıb: «Və Özünə nifrət edənlərin əvəzini dərhal onun üzünə vurur ki, onu məhv etsin». Yəni o, yaxşı əməllər etsə də, lakin bu Yaradanı sevdiyi üçün deyil, Yaradanın ona buna görə mükafat verəcəyinə inandığı üçündür. Və o, Yaradanı sevdiyi üçün deyil, eqoizm səbəbindən işləyir və Tövrat ilə ehkamları yerinə yetirir.
Lakin anlamaq lazımdır:
1). Məgər öz yoldaşı üçün işləyən və mükafat almaq istəyən, ona məhəbbətindən xidmət etməyən və onun göstərişlərini onu sevdiyi üçün yerinə yetirməyən insan onun nifrət edəni adlanırmı? Axı yalnız bunu demək olar ki, o, ona məhəbbət üzündən deyil, özünü sevdiyi üçün xidmət edir. Bəs onda nə üçün o, Yaradana nifrət edən adlanır?Yəni əgər insan özü üçün işləyirsə, bu halda o, hansı mənada Yaradana nifrət edən olur?
2). Bəs Yaradana sevgi ehkamı nədir? Məgər Yaradan bizdən sevgi istəyir, Onun bizim sevgimizə ehtiyacı varmı? Məgər Onda çatışmazlıq (xisaron) var ki, buna görə bizə Onu sevməyi buyurub, necə ki yazılıb: «Rəbbin olan Yaradanı sev»? Cavab isə budur ki, Onun bizə Onu sevməyi buyurması bizim xeyrimiz üçündür, yəni Onu sevmək üçün biz Tövrat və ehkamlara riayət edirik. Yəni bizim Tövrat və ehkamlara riayət etməyimiz Ona həzz vermək, Onu məmnun etmək istədiyimiz üçündür, çünki təbiətdə belə qurulub — sevilən kəsə sevgi,ona həzz vermək istəyinə sövq edir.
Necə ki valideynlər övladlarını sevir, övladlarının həzz almasını istəyir və onlara verməyə çalışırlar, çünki onları sevdikləri üçün onların həyatdan həzz almasını istəyirlər. Və ibrət dərsi ondan ibarətdir ki, onların Tövrat və ehkamlara riayət etmələri Yaradana olan sevgiləri səbəbindəndir. Və hər bir halda, onlar mükafat kimi qarşılığında heç nə istəmirlər, və hər bir halda, Yaradanın onlara vermək istədiyi xeyir və həzzi onlar alan kelimə deyil, əta edən kelimə qəbul edəcəklər. Yəni onlar xeyir və həzzi qəbul edəcəklər, çünki Yaradanın bundan həzz aldığını bilirlər. Yəni bu yaradılışın məqsədidir — Öz yaratdıqlarına həzz vermək, və o zaman bu, Onun istədiyi kimi gerçəkləşir. Yəni onların heç bir utanc hissi olmadan xeyir və həzz qəbul etmələrində kamillik mövcuddur.
Və buna uyğun olaraq belə çıxır ki, mükafat səbəbindən Tövrat və ehkamlara riayət edən, yəni mükafat istəyən kəs Yaradanın nifrət edəni adlanır. Ona görə ki, o Yaradana mane olur, yəni Yaradanın Öz yaratdıqlarına vermək istədiyi Yaradanın həzzini gecikdirir. Belə bir insan bu məqsədin gerçəkləşməsinə mane olur. Yəni orada nurun qəbulu anında utanc hissini uzaqlaşdıran (kli) və bürünmə çatışmır. Buna görə də o, «Yaradanın nifrət edəni» adlanır.
Və insan müdriklərin bu kəlamına inanmalıdır: «Təmizlənməyə gələnə kömək edərlər». Bu o deməkdir ki, insan təmizlənməyə gəldikdən sonra, yəni özünün natəmizlikdə olduğunu və hələ də müqəddəslikdən uzaq olduğunu hiss etdikdə deməlidir ki, bu bilik yuxarıdan gəlir. Yəni onun təmizlənməyə gəlməsi onun yuxarıdan kömək alması və ona müqəddəslikdən uzaq olduğunun bildirilməsidir.
Yəni o, bu biliyi qiymətləndirməli və bunun yuxarıdan gələn bir açılış olduğunu deməlidir ki, müqəddəslikdən uzaq olmasından özündə xoşagəlməz hisslər keçirsin. Yəni adətən insan Yaradanla qovuşmağın çatışmazlığı (xisaron) barədə narahat olmur. Çünki insan hər bir şeydə çatışmazlıq hiss etməyə və onun çatışmamasından ağrı çəkməyə qadirdir. Lakin Yaradandan uzaq olmasından doğan ağrını necə aşkar etməli, axı insan uzaq olsa belə, buna diqqət yetirmir, çünki onun çatışmazlığını hiss etdiyi daha mühüm qayğıları var.
Yalnız bəzən insan belə bir aşağı vəziyyətdə olmasından utanc hissi keçirməyə başladıqda hissə gəlir. Ondan əvvəl isə, yəni daha əvvəl də bu vəziyyətdə olmasına baxmayaraq, o buna diqqət yetirmirdi. Və o zaman insan inanmalıdır ki, bu ona yuxarıdan, «təmizlənməyə gələnə...» prinsipinə uyğun olaraq verilib. Başqa sözlə, nə üçün o indi təmizlənməyə gəlib və öz aşağı vəziyyətinə dözə bilmir? O özünə deməlidir ki, bu ona yuxarıdan verilib.
Lakin insan belə deməməlidir: "Mən gözləyəcəyəm ki, mənə bu bilik yuxarıdan gəlsin. O zaman özümü islah etməli olduğumu düşünəcəyəm". Bu barədə atam və müəllimim demişdir ki, əməldən əvvəl insan deməlidir: "Əgər mən özüm üçün etməyəcəyəmsə, bəs kim mənim üçün edəcək?" Bu o deməkdir ki, yalnız mən özüm özümə kömək edə bilərəm. Yəni, əgər mən özüm özümə üstün gəlsəm və qovuşmağa aparan yaxşı əməllər etsəm, o zaman, əməldən sonra insan deməlidir ki, hər şey yuxarıdan gəlir. Və «mənim gücüm və əlimin qüvvəti mənə bütün bu var-dövləti qazandırdı» demək qadağandır.
Və biz görürük ki, bir tərəfdən insan tab gətirdiyi bütün sınaqlar haqqında bilməlidir ki, o özü bir qəhrəmandır, «çünki indi bildim ki, sən Yaradandan qorxursan», yəni insanın özü bir qəhrəmandır. Digər tərəfdən isə o deməlidir ki, Yaradan mənə kömək etdi. Lakin hansısa tərəfdən o görür ki, sınağa tab gətirib, və bu bilik insana əminlik verir ki, o indi Yaradandan ona irəli getmək və məqsədə çatmaq qabiliyyəti verməsini tələb edə bilsin.