<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə şər başlanğıcın yüksəlməsi və kənara çəkməsi nə deməkdir

Ruhani işdə şər başlanğıcın yüksəlməsi və kənara çəkməsi nə deməkdir

Məqalə 20, 1989-cu il

Zoar kitabında («Tsav» fəsli, səh. 6, Sulam, bənd 20-21) deyilir: ««Bax, qanun budur» – bu Kneset İsrael-dir, malxut-dur, «yandırma qurbanı ayini haqqında»(ola) – bu insanın ağlında yüksələn pis fikirdir ki, onu haqq yolundan kənara çəksin. «Bu yandırma qurbanı ayini» – yüksələn və insanı azdıran qurbandır və onu odda yandırmaq lazımdır ki, kənara çəkməyə imkanı olmasın. Buna görə də [deyilib]: «Ocağının üzərində, qurbangahda bütün gecəni». «Gecə» nədir? Bu Kneset İsrael-dir, malxut-dur, o ki insanı bu arzudan təmizləmək üçün ortaya çıxır». «Buna görə də lazımdır ki, onu heç vaxt söndürməsinlər. Lakin od həmişə onun üzərində yanmalıdır».

Və anlamaq lazımdır ki, şər başlanğıcın yüksəlməsi və insanı kənara çəkməsi nə deməkdir, bundan əlavə, anlamaq lazımdır ki, gecənin «malxut» adlandırılması nə deməkdir və daha bir şey: pis fikri odla yandırmaq ki, o yuxarıda kənara çəkməsin – nə deməkdir və bu od haqqında deyilib ki, o sönməyəcək – bu nə oddur?

Ruhani işin təməli inamdır. Başqa sözlə desək, müdriklərin bizə dedikləri hər şeyi hiss etməsək və anlamasaq belə, biz inanmalıyıq və inam olmasa, danışmağa belə bir şey yoxdur. Başqa sözlə, onların bizə dediklərinə inanmalıyıq: «Zəhmət çəkdi və tapmadı – inanma». Çünki insan tələb olunan səyləri göstərdikdən sonra, biz müdriklərimizin bizə dediklərinə gəlib çıxacağıq.

Yəni, hər şeydən əvvəl biz inanmalıyıq ki, varlıqın məqsədi – öz yaratdıqlarına həzz əta etməkdir, baxmayaraq ki, varlıqlar dərhal o yerdə xeyirə və həzzə çatmırlar, yəni hər kəs deyə bilsin: «Mübarəkdir O, ki buyurdu və dünya yarandı», – yəni hər kəs sevinir və şadlanır ki, o yaradılıb və bütün nemətlərlə dolu dünyadan zövq ala bilər. Lakin biz görürük ki, bütün varlıqlar əziyyət çəkir – kimisi çox, kimisi az. Və hamı soruşur ki, Yaradanın bizə əta etmək istədiyi bu xeyir və həzz haradadır.

Cavab bundan ibarətdir ki, Onun əməllərinin mükəmməlliyini üzə çıxarmaq üçün islah baş vermişdir. Başqa sözlə, yaradılanların əldə etdikləri xeyir və həzz ucbatından utanc hiss etməmələri üçün. Buna görə də ixtisar və gizlənmə həyata keçirilmişdir, yəni xeyir və həzz hələ də bizdən gizlədilib – o vaxta qədər ki, biz heç bir çatışmazlıq, necə ki məlumdur, «utanc çörəyi» adlandırılan halı hiss etmədən xeyri qəbul etməyə qadir olan kelimlər qazanacağıq.

Ona görə də biz inanmalıyıq ki, hələ bu xeyri görməsək də, əgər özümüzü hazırlasaq, bunun üçün yararlı kelimlər əldə etsək, həqiqətən də bu xeyri alacağıq, necə ki müdriklərimiz dedilər: «Zəhmət çəkdi və tapmadı – inanma». Çünki əta edən kelimləri əldə etmək üçün səy göstərən hər kəs xeyir və həzz alacaq. Buna görə də insan qərar verməməlidir ki, onun artıq əta etməklə məşğul olduğu dövrü keçib və o, bunda səy göstərib, amma hələ də yuxarıdan əta edən kelimləri almayıb. Lakin o, inanmalıdır ki, görünür, o, hələ bunun üçün tələb olunan səyləri göstərməyib, ona görə də hələ bu kelimləri almayıb.

Lakin əta edən kelimləri əldə etmək üçün əks iş görmək lazımdır. Başqa sözlə, dünyada qayda belədir ki, hər hansı bir ixtisası öyrənən insan hər gün bir az irəlilədiyini görür – kimisi çox, kimisi az. İxtisası atanların hamısı isə irəliləmədiklərini gördükləri üçün onu atmırlar. Sadəcə, onlar çox ləng irəliləyirlər və görürlər ki, bu ixtisası uzun illər öyrənməli olacaqlar. Və çox ləng irəlilədikləri üçün ixtisası atırlar.

Ancaq əta etməyi öyrənəndə bunun əksi baş verir. [İşləyənlər] işdə irəliləyiş görməməklə yanaşı, həm də geriyə getdiklərini görürlər. Və həqiqətən də sual yaranır: nə üçün geriyə getmək lazımdır? Yəni özü üçün almaq istəyinin onu müqəddəslikdən ayırdığını görmək və hər dəfə şərdən iyrənmək, yəni öz mənfəəti üçün işləmək istəyinin yaranmaması, əksinə, həmişə göylər naminə işləmək istəməsi əvəzinə, o indi görür ki, egoistik sevgisinə daha böyük istəkalıb və əta edənə nə isə etməyə qadir deyil.

Mənim sahibim, atam və müəllimim bu haqda deyirdi ki, əslində insan doğrudan da irəliləyir, yəni hər dəfə öz həqiqi vəziyyətini, özünə olan sevgisində nə dərəcədə batdığını görməkdə irəliləyir. Çünki yuxarıdan belə bir islah var ki, insan onu düzəltməyə qadir olana qədər öz həqiqi vəziyyətini görmür. Buna görə də, yuxarıdan onun özünə olan sevgisindən çıxmağa çalışdığını nə qədər görürlərsə, içindəki şəri də bir o qədər ona açırlar ki, dünyada ən pis insan olduğunu bilsin. Başqa sözlə, başqa insanlarda şər onunku dərəcədə açılmayıb. Buna görə də o, nəyinin çatışmadığını görür və o zaman Yaradana müraciət etmək imkanı olur ki, içindəki şərdən çıxmağa ona kömək etsin.

Buradan «Yaradan Onu çağıranların hamısına, Onu həqiqətlə çağıranların hamısına yaxındır» sözlərini izah etmək lazımdır. Yəni onlar öz rəzalətlərini, başqa insanlardan nə qədər aşağı olduqlarını həqiqətən görürlər, lakin öz qüvvələri ilə içlərindəki şərin hakimiyyətindən çıxa bilmirlər. Buna görə də bu: «Onu həqiqətlə çağıran» adlanır – və bu, egoistik sevgisinin hakimiyyətindən çıxmağa heç bir imkan görmədiklərinə görədir. Buna görə də onların bütöv bir şeyi, yəni Yaradanın onlara kömək etməsi üçün bütöv bir istəyi var.

Və bu, mənim sahibim, atam və müəllimimim dediyi kimidir: «Dua yarısını edir». Başqa sözlə, insanın aşağıdan oyatdığı şey «dua işin yarısını edir» adlanır, yəni Yaradanın doldurmasını istədiyi [arzu] adlanan kli. Kli ilə bağlı olan yarısı artıq tamamlandıqda isə dolğunluq ortaya çıxır. Və burada yarı adlanan şey odur ki, o, əta edən kelimlərinin olmaması şəklində özündə bir çatışmazlıq görür.

Belə çıxır ki, o, öz çatışmazlığını islah etmək üçün üçün heç bir imkanının olmadığını özü bildikdə – yəni əta etmək istəyi qazanmaq üçün öz imkanları daxilində olan hər şeyi etdikdə – yüz faiz bildiyini deyə bilər ki, əgər Yaradan ona kömək etməzsə, o, egoistik sevgisində qalacaq. Bu, onda bütöv bir klinin, yəni xisaronun (çatışmazlığın) olması adlanır. Məhz həmin anda bu xisaronun doldurulması ortaya çıxır, yəni Yaradan ona əta etmək istəyi və canatması əta edir.

Və qayda müdriklərimizin dediyi kimidir: insanda üç şərik var – Yaradan, ata və ana. Ata ağ rəngi verir. Müdriklərimiz dediyi kimi (Nida traktatı, 31:1): «Müdriklər öyrədirdilər ki, insanda üç şərik var: Yaradan, ata və ana … ata ağ rəngi verir, … ana qırmızı rəngi verir … Yaradan isə ona ruhu (ruax) və canı (neşama) verir».

Sağ [xətt] atanın adı ilə adlanır, bu da varlıqın məqsədinin nuru olan xoxma nuru deməkdir, çünki xoxma nuru – Onun varlıqlarına həzz əta edən nurdur və bu nur məhz alan kelimlərə gəlir. Və bu nura ixtisar və gizlənmə tətbiq olunmuşdur ki, onlar islahat alana və əta etmək naminə niyyət qura bilənə qədər alan kelimlərdə parlasın.

Buna görə də, bu nur parladıqda, görünür ki, bununla bərabər ixtisarın olması da nurlanır, yəni bu nurun sayəsində biz [Yaradandan] ayrılmağa gəlib çıxa biləcəyimizi və insanın əvvəlkindən də pis olacağını hiss edirik, yəni o, ruhani Nuru almaq və onu almaq naminə ali xeyri almaq istəyən klipotlara bəxş etmək istəyəcək. Buna görə də insan üzərinə götürür ki, daha alan kelimlərdən istifadə etməyəcək və bu, xoxma adlanan atanın ağ rəngi verməsi, yəni insanı təmizləməsi (sözbəsöz: ağartması) hesab olunur ki, o, özü üçün almaq istəyindən istifadə etməsin. Çünki Nur özümüz üçün almaq istəyi ilə məşğul olduqda Yaradandan nə dərəcədə uzaqlaşdığımızı ona başa saldı. Buna görə də o, almaq istəyindən daha istifadə etməmək qərarına gəlir və bu, «ağ rəng» adlanır.

Lakin istək olmadan heç nə etmək mümkün deyil, özü üçün isə o, artıq almaq istəmir. Buna görə də ana «qırmızı rəngi» verir. Ana bina adlanır, onun xassəsi isə əta etmək istəyidir. Məlum olduğu kimi, malxut «qara» adlanır, yəni «malxut» adlanan almaq istəyi, hansına ki ixtisar tətbiq olunub, bu da nurun onun daxilində işıqlanmayacağı anlamına gəlir, buna görə də o, «zülmət» sözü ilə adlandırılır. Malxut binaya daxil olduqda isə binaya «qırmızı rəng» deyilir. Və belə izah olunur ki, ana, yəni bina, insana əta etmək istəyi xassəsini bəxş edir. Və o zaman insan artıq əta etmək üçün əməllər etməyə qadir olur. O zaman isə Yaradanın ruh (ruax) və can (neşama) verdiyi adlandırılır, bu da əta edən kelimlərə gələn ali xeyir deməkdir. Və bu, parsufun doğulması adlanır, yəni yeni bir dərəcə doğuldu.

Buradan belə çıxır ki, hər şey alidən gəlir, yəni almaq istəyini dəf etmək üçün insanın özündə güc və imkan yoxdur, bu isə yuxarıda deyildiyi kimi, atanın ağ rəngi verməsi adlanır. Həmçinin hər şeyi əta etmək naminə etmək üçün onda qüvvənin olması da insanın imkanları daxilində deyil, lakin yuxarıdan ona yalnız əta etmək naminə əməllər etməyi arzulamağa məcbur edən bir qüvvə gəlir. Və bu, ananın qırmızı rəngi verməsi adlanır.

Və buradan soruşduğumuz bu sözlərin mənasını izah edək: «Bu, yüksələn və insanı azdıran qurbandır», – necə ki deyilib: «Bax, qanun budur», – yəni yuxarıdan ona qüvvələr verildikdə işin qaydası. Və [Zoar] deyir ki, qanun Kneset İsrael, malxut adlanır, yəni insan ali malxutu öz üzərinə götürməlidir. O zaman elə bir qayda fəaliyyətə başlayır ki, bununla insan hər şeydən əvvəl içindəki şəri hiss etməyə başlayır. Çünki əta etmək üçün işləməyə başlamazdan əvvəl ona elə gəlirdi ki, o artıq ədalətlidir (tsadikdir), çünki Şükür Allaha, o oturub Tövratı öyrənir və ehkamları yerinə yetirir. Başqa nə etməlidir ki?

Əlbəttə, daha böyük salehlər var ki, daha çox öyrənirlər və ehkamlara daha diqqətlə riayət edirlər, lakin buna baxmayaraq, o da salehdir, amma inanır ki, daha böyük salehlər var və buna görə də onlar kimi saleh olmadığı üçün öz rəzalətini hiss edir. Və öz rəzalətini yalnız bundan götürür.

Lakin insan haqq yolundadırsa, yəni əta etmək üçün işə daxil olmağa başladıqda, hər dəfə özünə olan sevgisinə nə dərəcədə batdığını və əta edənə hər hansı bir şey etməyə qadir olmadığını görməyə başlayır. Hər dəfə Tövratı və ehkamları yerinə yetirməkdən özü üçün almaq istəyinin həzz alacağını gördükdə isə işləməyə qadirdir, əks halda onun heç bir qüvvəsi yoxdur.

Və bu, belə adlanır: «Budur, yandırma qurbanı haqqında qanun (hərfi mənada: Tövrat)». Zoar kitabında deyildiyi kimi, bu, «insanı həqiqi yoldan azdırmaq üçün onun düşüncəsində yaranan pis fikirdir».Bəs kim onun düşüncəsində pis fikrin yaranmasına səbəb olur? Axı insan ruhani işə başlamazdan əvvəl saleh idi. İndi isə nə üçün onda pis fikir yaranır?

Axı ağıl bunun əksini düşünməyə vadar edir: insan həqiqi yolda işləmək istədiyi zaman onun düşüncəsində pis deyil, yaxşı fikirlər yaranmalı idi. Cavab isə budur: bu, «yandırma qurbanı haqqında qanun»dur, yəni Knesset İsrael və ya Malxut ona bu pis fikirləri göndərir. Çünki Malxut ona pis fikirləri bildirməsəydi, insan heç vaxt onları islah edə bilməzdi.Beləliklə, Tövrat insana pis fikirlər göndərir.

Lakin sonra o, ümidsizliyə qapılır və elə bir rəzalətə gəlib çatır ki, müşahidə etdiyi rəzalətə – özünə olan sevgisinə nə dərəcədə batdığına görə Yaradanın ona kömək edə biləcəyinə inanmır. Necə ki deyilib: «Yüksələn və insanı azdıran qurban», – yəni bu pis fikir insanın ağlında yüksəlir və ona başa salır ki, sən Yaradanın sənə kömək etməsinə layiq deyilsən. Yaradan isə ancaq səndən daha vacib insanlara kömək edir. Və bu, ruhani işdə [şər başlanğıcın] «yüksəlməsi və kənara çəkməsi» deməkdir. Və onu Tövratın odunda yandırmaq lazımdır. Necə ki deyilib: «Mənim sözüm od kimidir». Lakin Yaradan hər kəsə kömək edir.