Rabaş

«Bəyin ziyafəti» nə deməkdir

Barux Şalom Levi Aşlaq (Rabaş)

12.«Bəyin ziyafəti» nə deməkdir

Məqalə 12, 1989-cu il

Müdriklərimiz demişdilər: «Bəyin ziyafətindən həzz alan və onu sevindirməyən beş səsi pozur». Biz başa düşməliyik ki, bu süfrə nə üçün «gəlin ziyafəti» deyil, məhz «bəyin ziyafəti» adlanır. Tövratda Yaqubla bağlı tapırıq ki, Lavan ziyafət təşkil etmişdi, Yaqub yox, necə ki yazılıb: «Və Lavan o yerin bütün adamlarını yığıb ziyafət qurdu».

Toyda rəqs etməyə gəldikdə isə əksini görürük, müdriklərimiz «Bəyin qarşısında necə rəqs edirlər?» deyə soruşmamışlar, əksinə: «Gəlinin qarşısında necə rəqs edirlər?» soruşmuşlar. Onlar dedilər: «Gəlinin qarşısında necə rəqs edirlər? Şamay məktəbi deyir: gəlin necə varsa, odur. Gilel məktəbi isə deyir: gəlin gözəl və sevimlidir. Şamay məktəbi Gilel məktəbindən soruşur: “Hətta o, axsaq və kor olsaydı belə, onun haqqında “gəlin gözəl və sevimlidir” demək lazımmıydı? Axı Tövrat deyir: “Yalan sözdən uzaq dur””. Gilel məktəbi Şamay məktəbinə cavab verdi: “Sizin sözlərinizə görə, əgər insan bazarda pis bir sövdələşmə edibsə, onu onun qarşısında tərifləmək lazımdır, yoxsa pisləmək? Demək lazımdır ki, onu tərifləmək gərəkdir”. Buna görə də müdriklər dedilər: “İnsanın rəyi həmişə başqa insanları nəzərə almalıdır”»³. Sitatın sonu.

Və bu iki ifadəni başa düşmək üçün bunun ruhani işdəki mənasını izah edək. Deməli, «gəlin» dedikdə sürgün vaxtı [vəziyyət] nəzərdə tutulur- yəni insanın Yaradanın sevgi, hörmət və əzəmətinin onun gözləri önündə hər zaman olmaması, öz pilləsindən düşməməsi, əksinə daim yuxarı və yuxarı qalxması üçün ona nur saçmadığı, s inamın gizlədilməsi (ester panim) şəraitində işlədiyi vaxt. Lakin insan «sürgün vaxtı» adlanan inamın gizlədilməsindədir. Yəni o, hələ də «dünya xalqlarının» – özü üçün almaq istəyinin hakimiyyəti altındadır.

Bu o deməkdir ki, o, almaq istəyinin hakimiyyətindən çıxmadığı müddətdə, ixtisar və gizlədilmə hələ də onun üzərində hökmranlıq edir. Və o, hər dəfə Yaradanın idarəçiliyini, yəni Onun həqiqətən də Xeyir və Xeyir Törədən olduğunu və Yaradandan aldığı hər şeyin yalnız xeyir olduğunu görsün deyə gizlədilmənin öhdəsindən gəlməlidir. Və o, Yaradanın ona yalnız xeyir verdiyinə görə bütün ürəklə həmd və minnətdarlıq bildirməlidir.

Və bu aspekt üzrə bəzən gördüklərinin öhdəsindən gəlmək və yazıldığı kimi: «Onların gözləri var, lakin görmürlər» demək üçün onda güc olur. Lakin bu, yalnız yüksəliş zamanı olur.

Lakin sonradan almaq istəyinin düşüncələri ona gəlir və bilikdən üstün bunun həqiqətən də belə olduğuna, Yaradandan yalnız xeyir aldığına inanmağı görməyi və razılaşmağı tələb edir, bədən isə ona buna inanmağa imkan vermir və o, avtomatik olaraq öz pilləsindən aşağı düşür.

Və hərçənd onun eniş vəziyyətindən çıxış yolunun dua vasitəsilə olduğu ona məlumdur, lakin o zaman onun dua etməyə gücü olmur. Və hərçənd insanın ehtiyac duyduğu hər şey barədə Yaradana dua etməli olması, həmçinin dua edə bilməmə bacarıqsızlığı barədə də dua etməsinin lazım olduğu qaydası mövcuddursa da, bəs bəzən onun hatta bunun üçün də dua etməyə gücü olmur. Deməli, bu vəziyyətdə insan mütləq enişdədir.

Lakin bəzən insan o dərəcədə tənəzzül edir ki, enişdə olduğunu unudur və hiss etmir. Və biz dəfələrlə dediyimiz kimi, insan o qədər aşağı düşür ki, huşsuz vəziyyətdə qalır. Yəni bu zaman o, «cəhənnəmdə» olduğunu dərk etmir. Və yalnız sonradan özünə gələndə görür ki, o, ən aşağı nöqtədədir və hətta dua etməyə belə gücü yoxdur.

Lakin o zaman insan özündə güc toplamalı, möhkəmlənməli və deməlidir: «İndi mən tam səslə deyə bilərəm: «Yüksəliş nəğməsi. Dərinliklərdən Səni çağırdım, ey Yaradan». Axı mənim vəziyyətimdən daha dərində – torpaqda olmaq qeyri-mümkündür, və əlbəttə ki, əgər mən həqiqi vəziyyətdən təvəqqe etsəm...». Və o zaman görür ki, əgər Yaradan ona kömək etməsə, o məhv olacaq və o heç nə edə bilməz, məhz buna görə də o zaman Yaradana deməlidir: «Hətta məni xilas etməyin üçün Sənə dua etməyə belə gücüm yoxdur. Buna görə də yalnız Sən məni xilas edə bilərsən». Sonradan o deyir: «Dar gündən Yaradana dua etdim, Yaradan mənə cavab verdi, məni genişliyə çıxardı». Enişlər və yüksəlişlər vasitəsilə insanda Yaradanın köməyinə olan tələbat və xisaron formalaşır. Və hər dəfə Yaradanın onları doldurması üçün insana kelim açılır.

Və bu barədə Sulam şərhində yazılmışdır: «Sürgün vaxtları «gecə» adlanır, çünki bu, Yaradanın simanın İsrail oğullarından gizlədildiyi vaxtdır. Və bu vaxt bütün çəkişmə qüvvələri Yaradanın işçiləri üzərində hökmranlıq edir. Lakin bununla yanaşı, məhz bu vaxt gəlin Tövrat və ehkamlar vasitəsilə Tövratı dəstəkləyənlər adlanan salehlərin [sayəsində] öz əri ilə birləşir. Və «Tövratın sirləri» adlanan bütün uca pillələr onlar vasitəsilə açılır. Axı buna görə də onlar- onları yaradanlar adlandırılır, yəni onlar sanki Tövratı yaradırlar».

Və beləliklə, biz görürük ki, «gəlin» dedikdə Onun simasının gizlədilməsi mövcud olan sürgün vaxtındakı iş başa düşülür. Bu zaman bütün ayrılıq qüvvələri insanı idarə edir, bu o deməkdir ki, ona özünü Yaradandan ayrı hiss etməyə məcbur edən düşüncələr gəlir. Bu zaman o, seçim qarşısında qalır:

  1. ya o, işdən qaçacaq və o zaman müqəddəslikdən tamamilə ayrılmış olur,
  2. ya da Yaradanın onu bu düşüncələrdən xilas etməsi üçün əlindən gələni edir. Yəni ki, Yaradan ona Öz siması ilə nur saçsın və o zaman ayrılıq qüvvələri üçün heç bir yer qalmasın.

Bu o deməkdir ki, o, bu düşüncələrin ondan uzaqlaşması üçün dua etməli deyil. Bunun əvəzinə o, Yaradanın ona Öz siması ilə nur saçmasını, Öz simasını ondan gizlətməməsini xahiş etməlidir. Yəni əgər o, ayrılıq qüvvələrinin ondan uzaqlaşması üçün Yaradana dua edərsə, o zaman ayrılıq qüvvələrindən heç nə əldə etməyəcək, əksinə ayrılıq qüvvələri gəlməzdən əvvəl olduğu vəziyyətə qayıdacaq. Beləliklə, o, heç nə qazanmamış olacaq. Və bu, onun əbəs yerə əziyyət çəkdiyi deməkdir. Lakin əgər o, ayrılıq qüvvələrinin məğlub olması üçün Yaradandan Öz siması ilə nur saçmasını xahiş edərsə, belə çıxır ki, o zaman Yaradana yaxınlaşmağa layiq görülməsi sayəsində bir pillə yuxarı qalxacaq.

Belə çıxır ki, «gəlin» xüsusiyyəti – işdir, və bu, «Yaradana inam» xüsusiyyəti adlanan «ali malxutun boyunduruğunu qəbul etmək» xüsusiyyətidir. Bunun əksi isə insana bilikdən üstün Yaradana inanmağa imkan verməyən ayrılıq qüvvələridir. Və zahiri ağlın əmr etdiyinə görə, ayrılıq qüvvələri insanı Yaradandan ayırır. Buna görə də bu vəziyyətlərdə yüksəlişlər və enişlər mövcuddur, inamın bütün təməli bilikdən üstün olduğundan, ayrılıq qüvvələrinin yeri var, yəni onlar insana bilik əleyhinə getməyə imkan vermirlər.

Bununla da bizdən soruşulanı izah etmək olar ki, nə üçün müdriklərimiz gəlin haqqında: «Gəlinin qarşısında necə rəqs edirlər?»³ deyə soruşdular. Axı rəqsdə görürük ki, insan rəqs edərkən qalxır və dərhal enir, bəzən isə şərqə, qərbə, şimala və cənuba tərəf yıxılır. Yəni rəqs zamanı enişlər dünyanın hər tərəfində baş verir. Enişlər ona görə gəlir ki, insan Yaradanın köməyinə olan tələbatı hiss etsin. Yəni bu, qəsdən edilib ki, insan Yaradanın köməyi olmadan öz daxilindəki «dünya xalqlarının» hakimiyyətindən çıxa bilməsin.

Bəs nə üçün Yaradan istəyir ki, insan Ondan kömək istəsin? Atam və müəllimim Baal Sulamın dediyi kimi, bunun səbəbi odur ki, insanın Nefeş-Ruax-Neşama (NaRaN) əldə etməyə, yəni Yaradanın insana vermək istədiyi şeyə həyati ehtiyacı yoxdur. İnsan azla kifayətləndiyinə görə, ondan kömək istəməsi vasitəsilə Yaradan ona yardım edir. Yaradanın insana verdiyi kömək isə NaRaN-dır. «Zoar» kitabında yazıldığı kimi: «Təmizlənməyə gələnə kömək edirlər». Bəs ona nə ilə kömək edirlər? – Müqəddəs ruhla.

Bu o deməkdir ki, o, hər dəfə daha çox təmizlənmək istədikdə, ona daha uca ruh vasitəsilə kömək edilir. Belə çıxır ki, o, yuxarıdan kömək üçün etdiyi xahişə əsasən hər dəfə daha uca pillə əldə etməyə nail olur və bununla da öz NaRaN-ını alır. Buna görə də Yaradanın bizim Ondan kömək istəməyimizi istəməsi insanı hər dəfə daha uca pilləyə qalxmağa məcbur edir.

Deyilənlərdən biz başa düşə bilərik ki, nə üçün bəydən deyil, məhz gəlin haqqında: «Gəlinin qarşısında necə rəqs edirlər?»³ deyə soruşurdular. Çünki rəqs – ayrılıq qüvvələrinin hökmranlıq etdiyi «Yaradanın üzünün gizlədilməsi» adlanan sürgün zamanı baş verən yüksəlişlər və enişlər deməkdir. Lakin sual yaranır: yüksəlişlərin və enişlərin mövcudluğunun səbəbi nədir? Burada Şamay məktəbi ilə Gilel məktəbi arasındakı mübahisə dayanır.

Şamay məktəbi deyir: «Gəlin necə varsa, odur»³. Yəni işdə hiss etdiyi dada uyğun olaraq o, öhdəsindən gəlməli və deməlidir: «Hətta mən onun vacibliyini hiss etməsəm belə, mən yenə də bilikdən üstün ali malxutu qəbul edirəm». Və deməlidir: «Mən işləmək və Padşaha xidmət etmək istədiyimdən, bu işdə hansı dadı hiss etməyimin mənim üçün heç bir əhəmiyyəti yoxdur». Və hər şey bilikdən üstün olmalıdır. Yəni insan deməlidir ki, hətta ömrümün sonuna qədər bu dadla qalsam belə, mən müqəddəslik işini görməyə razıyam. Bu, «gəlin necə varsa, odur»³ adlanır.

Atam və müəllimimin dediyi kimi («İşin qaydası» məqaləsində qeyd olunub), inanıq ki, Yaradan yalnız inama nisbətdə İdarəedicidir. Yəni, hərçənd inam [onda] bilik daxilində dərk edəcəyi şeydən vaciblik baxımından daha aşağıdadır, o, bu yolla getməyi seçir. Üstəlik, o, heç bir seçimi olmadığı üçün bilikdən üstün getmir.

Və hətta ona bilik versələr belə, o, bilikdən üstün getməyi seçir. Bu, «gəlin necə varsa, odur»³ adlanır. Başqa sözlə, o, uca və vacib Padşaha xidmət edərkən hiss olunmalı olan vaciblik hissiyyatına malik olmasa belə, göylər malxutunu qəbul edir. Və o, yenə də nə hiss etdiyinə fikir vermir, hər şeyi böyük sevinclə qəbul edir. Lakin hər şey bilikdən üstün olduğundan, bu işdə yüksəlişlər və enişlər var. Buna görə də gəlinin vəziyyətində işləyərkən «rəqslər» adlanan yüksəlişlər və enişlər baş verir.

Gilel məktəbi isə deyir ki, rəqs mütləq Şamay məktəbinin dediyi kimi olmalı deyil ki, «gəlin necə varsa, odur»³ – yəni o, onun üçün böyük əhəmiyyət kəsb etmədiyi halda bunu qəbul edir və yalnız bu cür «rəqslər» adlanan yüksəlişlər və enişlər baş verir. Bizim baxımımızdan isə, inamı bu qədər aşağı vaciblik vəziyyətində qəbul etmək istəyən o işçilərə qarşı o qədər sərt olmağımız lazım deyil.

İnamı o şəkildə qəbul etmək lazımdır ki, o, nə hiss etdiyinə fikir verməsin, əksinə desin ki, gəlin həqiqətən gözəl və sevimlidir («sevimli» o deməkdir ki, xesed- mərhəmət toru onun üzərinə çəkilib). O ki qaldı onun bunu hiss etməməsinə, bu ona görədir ki, o hələ bunu hiss etməyə layiq deyil, lakin sonradan o, həqiqətən də onun nə qədər gözəl və sevimli olduğunu görəcək. Və bununla belə, indi bu hissiyyata malik olmadığı üçün onda yüksəlişlər və enişlər baş verir ki, bu da işdə «rəqslər» adlanır.

Deyilənlərdən belə çıxır ki, bu, yalnız iş «gəlin» vəziyyətində olanda baş verir. Buna görə də müdriklər: «Bəyin qarşısında yox, gəlinin qarşısında necə rəqs edirlər?»³ deyə soruşdular. Süfrəyə gəldikdə isə, o, «gəlin ziyafəti» deyil, «bəy ziyafəti» adlanır. Bu ona görədir ki, müdriklərin dediyi kimi: «Şənbə ərəfəsində zəhmət çəkən şənbə günü yeyəcək; şənbə ərəfəsində zəhmət çəkməyən şənbə günü haradan yeyəcək?», çünki Şənbə – «göylərin və yerin yaradılışının son məqsədidir».

«Şənbə» xeyir və həzzi qəbul etmək vaxtı deməkdir ki, bu da yaradılışın son məqsədidir. Bu səbəbdən də Şabat «göylərin və yerin yaradılışının son məqsədi»12 adlanır. Xeyir və həzzin əta edilməsi bəyə aiddir və bu, məxluqlara xeyir və həzz əta edən Yaradana aiddir. Yaradan isə müdriklərimizin dediyi kimi «bəy» adlandırılır: «Səviyyəni aşağı sal və özünə zövcə al». «Bəy» o deməkdir ki, o, səviyyəni aşağı salmalı və zövcə almalıdır, necə ki «Tövratın əta Edilməsi» («Matan Tora») kitabında yazılıb: «Və Yaradan dağın zirvəsinə endi». Və bu enişə görə Yaradan «xatan» – «səviyyəni aşağı salan» (naxit darqa) sözündən götürülmüş «bəy» adlanır.

Və Yaradanın enməsinin mənasını izah etmək lazımdır. Arinin dediyi kimi, məxluqların Onun nurunu qəbul edə bilməsi üçün, nur aşağıların dərk etməsi üçün yararlı hala gələnə qədər çoxlu ixtisarlar və nurun azalmaları baş verdi. Çünki əgər nur həddindən artıq böyükdürsə, aşağılar Onun bolluğunu qəbul edə bilməzlər, çünki onlar «məşəl qarşısında şam kimi» nur qarşısında ləğv olurlar.

Və Yaradanda «və endi» adlanan məhz budur – Öz əzəmətindən endi. Başqa sözlə, aşağılar Onun əzəmətini görməyə layiq deyil, hər kəs öz qabiliyyətinə görədir, məhz bu ölçüdə ondan gizlədilmə uzaqlaşır və nur açılır. Bu baxımdan Yaradan, İsrail xalqını ona lazım olan hər şeyi vermək üçün «gəlin» kimi götürəndə «bəy» adlanır, necə ki bəyin gəlinə verdiyi nikah müqaviləsində (ktuba) yazılıb: «Mən zəhmət çəkəcəyəm, hörmət edəcəyəm, qidalandıracağam və təmin edəcəyəm».

Başqa sözlə, Yaradan İsrail xalqını gəlin kimi götürəndə, bu, Ona lazım olan hər şeyi verəcəyinə bərabərdir. Bu, «bəy ziyafəti» adlanır ki, burada bəy olan Yaradan – «pilləcə aşağı» sözündən – məxluqları qidalandırır və təmin edir, yəni O, hər kəsə Onu dərk etmək qabiliyyətinə görə əta etmək üçün Özünü alçaltmalıdır. Və bu səbəbdən də bütün məhdudiyyətlər baş verdi və adların çoxluğunun kökü buradan qaynaqlanır.

Və aydındır ki, insan Yaradandan xeyir və həzz aldıqda, bolluğun alınması zamanı bu vəziyyətdə yüksəlişlərin və enişlərin olacağını demək qeyri-mümkündür. Bu, yalnız insan simanın gizlədilməsi vəziyyətində olanda, hiss etdiyi şeylərin öhdəsindən gəlməli və Yaradanın xeyir və xeyir törədən olduğunu deməli olduğu vaxt baş verir ki, insan da hər zaman bunun öhdəsindən gələ bilmir.

Xeyir və həzzin alınması zamanı isə «rəqslər» adlanan eniş vəziyyətləri qeyri-mümkündür. Buna görə də «bəyin qarşısında necə rəqs edirlər?» deyilmir. Çünki Yaradan «bəy» adlandırıldıqda, O, «gəlini» alır. Yəni o zaman bəy ilə gəlin arasında qovuşma baş verir, «qovuşma» anlayışı isə «formaca bənzərlik» deməkdir.

Yəni İsrail xalqı bütövlükdə və ya hər hansı bir insan formaca bənzərliyə çatdıqda, bu, «qovuşma» adlanır. Bu zaman simanın gizlədilməsi aradan qalxır və hər kəs Yaradanın üzünün açılmasını qəbul edir. Bu, «bəyin ziyafəti» adlanır. Buna görə də dedilər ki, orada, bəyin yanında iş başqa cür qəbul edilir, yəni bəyi sevindirmək lazımdır.

Lakin başa düşmək lazımdır ki, müdriklər nə dedilər: «Bəyin ziyafətindən həzz alan və onu sevindirməyən beş səsi pozur. ... Əgər onu sevindirərsə, onun mükafatı nədən ibarətdir? Ravvin Yeoşua ben Levi dedi: «O, beş səslə verilmiş Tövratı qazanmağa layiq olur»». Biz başa düşməliyik ki, «bəyin ziyafəti» işdə nəyi təmsil edir. Bəyin ziyafətindən həzz alan hər kəs onu sevindirməlidir. Maddi müstəvidə bunu başa düşmək çətindir, bəyi nə üçün sevindirməliyik? Məgər o, özü onsuz da sevinmirmi? Onu bəy olmağa kim məcbur etdi? Əlbəttə ki, o sevinir, necə ki yazılıb: «Bəy gəlinə sevindiyi kimi». Və şübhəsiz ki, maddi müstəvidə bunun cavabları var, lakin işdə bu bizim üçün nə deməkdir?

Məsələ bundadır ki, məlum olduğu kimi, bütün işimiz Tövrat və ehkamların icrası vasitəsilə formaca bənzərliyə gəlib çıxmaqdır. Yəni «insanın bütün əməllərinin öz şəxsi mənfəəti üçün deyil, Yaradanın həzz alması üçün olmasına» nail olmaqdır. Və belə bir işin xüsusiyyəti «gəlin» adlanır, yəni yüksəlişlər və enişlər – «rəqslər» mövcud olduğu vaxt.

Və daha sonra, aşağı tərəfdən olan və «əlinizdən gələn və bacardığınız hər şeyi edin»- adlanan işini bitirdikdən sonra, bu, «işin sonu» adlanır. Və bununla da «gəlin» anlayışı – aşağı tərəfdən işin sonu izah olunur. Və o zaman insan daimi inam xüsusiyyətinə layiq görülür. Bu artıq onun «bütün əməllərin göylər naminə olacaq» pilləsinə çatdığı vaxtdır. Buna görə də o, yuxarıdan «Padşahın ziyafəti» adlanan bolluğu alarkən, bu nemətləri özü üçün deyil, əta etmək üçün qəbul etməlidir. Yəni o zaman o, hazırdır ki, ona göndərilən bu həzzi özü həzz almaq istədiyi üçün deyil, Yaradana həzz vermək istədiyi üçün qəbul etdiyini desin. Çünki Yaradan dünyanı Öz məxluqlarına xeyir vermək üçün yaratmışdır. Və əgər o, Ondan xeyir və həzz almasa, Onun məqsədi həyata keçməyəcək. Və onun indi həzz alması ilə Yaradanın məqsədinin reallıqda açılmasından Yaradan həzz alır. Belə çıxır ki, bununla o, müdriklərin dediklərini yerinə yetirir: «Bəyin ziyafətindən həzz alan və onu sevindirməyən»1. Və o, həqiqətən də Onu sevindirir.

Və həqiqətən də başa düşmək lazımdır:

  1. Bəyi nə ilə sevindirmək olar?
  2. Bəyi nə üçün sevindirməliyik?

Və ruhani iş müstəvisində bu nə deməkdir ki, İsrail xalqı Yaradanı sevindirməlidir? Yaradan haqqında bizim sevinməyimizə ehtiyacı olduğunu, Onu sevindirəcəyimizi iddia etmək olarmı?

  1. Və əgər Onu sevindirməzsə, o nə üçün beş səsi pozur? Nə üçün məhz beş səs?
  2. Onu sevindirən hər kəs mükafatlandırılır. Onun mükafatı nədən ibarətdir? «Ravvin Yeoşua ben Levi dedi: «O, beş səslə verilmiş Tövratı qazanmağa layiq olur»»18. Və bunu başa düşmək lazımdır. Hər bir insan bilir ki, onun mükafatı gələcək dünyadadır. Bəs o nə üçün mükafatın Tövrat olduğunu deyir? Belə çıxır ki, bu, əksini deməkdir, necə ki deyilib: «Beyt Eliyau-da öyrətdilər: «Hər gün qanunları təkrar edənə gələcək dünyaya daxil olacağı vəd olunur»». Belə çıxır ki, biz Tövrat müqabilində «gələcək dünyanı» mükafat olaraq alırıq. Burada isə Ravvin Yeoşua ben Levi deyir ki, mükafat Tövratdır.

Deyildiyi kimi, bizim bütün işimiz ondan ibarətdir ki, insan Tövrat və ehkamları yerinə yetirərkən, ayədə yazıldığı kimi formaca bənzərliyə nail olmağa çalışsın: «O mərhəmətli olduğu kimi, sən də mərhəmətli ol». Bu vəziyyət «gəlin» adlanır.

Və Yaradandan alınan hər şey – istər maddi, istərsə də ruhani olsun, Yaradandan aldığımız hər hansı bir həzz «bəyin ziyafəti» adlanır. Yəni insanın həzz aldığı hər şey «ziyafət» adlanır. Bu səbəbdən də insanın Yaradandan aldığı bütün həzzlər «bəyin ziyafəti» adlandırılır.

Və qəbul etdiyinə görə formaca uyğunsuzluğa gəlib çıxdığından, bu, ayrılığa səbəb olur. Və bu xüsusiyyət üzərində elə bir ixtisar və gizlədilmə edildi ki, Onun simasının nuru ayrılıq yerində açılmasın. Və Yaradanın ona həzz üçün nəsə verməsi – Yaradanın ona nəsə verməsi sayəsində o, bu səbəbdən pillədə yüksəliş əldə etməlidir. Yəni o, Yaradanın xeyir və xeyir törədən olduğuna daha çox inanmağa qadir olmalıdır. Buna görə də o, qidalandıran və təmin edən Yaradanı sevmək öhdəliyini üzərinə götürməlidir.

Bunun sübutu odur ki, o, indi qidalanma əldə etmişdir. Buradan belə çıxır ki, bədənin mövcud olması və xoşbəxt həyat sürməsi mütləq yemək və içki hesabına deyil. İnsan həmçinin bədənin ruhuna aid olan şeylərdən – yəni izzətdən, bilikdən və Yaradana xidmətdən qidalanmalıdır. Hər kəs öz ruhuna görə onun ruhunu qaldıracaq şeylərə ehtiyac duyur. Bütün bunlar «qidalanma» adlanır. Buna görə də insanın Yaradandan aldığı hər hansı bir həzz şübhəsiz ki, insanı müqəddəsliyə yaxınlaşdırır. Lakin həqiqətdə insan həzz almağın nəticəsində yaranan forma fərqinə görə bundan daha çox uzaqlaşır.

Buna görə də insan Yaradanından həzz aldıqda, Yaradanına həzz vermək üçün almağa çalışırsa və onun sevinci Yaradanına həzz vermək istəyindən qaynaqlanırsa, çünki bununla o, Yaradanı sevindirən əta edən kli əldə edir, çünkü yaradılışın məqsədi həzz verməkdir.

Və bu, Yaradana sevinç verir, çünki indi Yaradan insana xeyir və həzz verə bilər, çünki insan artıq əta etmək üçün almağa qadirdir və o zaman ayədə deyilən yerinə yetirilir: yaradılış işini nəzərdə tutaraq «Yaradan Öz əməllərinə sevinir», çünki Onun istəyi Öz məxluqlarına xeyir verməkdir. Və ixtisara görə Yaradan Özünü məxluqlardan gizlətməli idi. Lakin insan həzz alan zaman Yaradan naminə niyyət qurarsa, bununla o, məxluqlara əta edən Yaradana həzz əta edir.

Buradan belə çıxır ki, insan Yaradan naminə niyyətlə hər hansı bir həzzi qəbul etdikdə – məhz bununla o, «əta etmək üçün almaq» adlanan kli formalaşdırır. Və bu kli hər bir ətaetmə əməlindən sonra böyüdükdə, kelimin böyüməsindən sonrakı mükafatı nə olacaq, o zaman onlar əta etmək üçün olacaqmı? Mükafat isə ondan ibarət olacaq ki, o, bundan sonra Tövratın – indi alacağı hər şeyin əta etmək üçün olacağı səbəbindən «Yaradanın adları» adlanan xüsusiyyətinə layiq görüləcək.

Belə çıxır ki, onun mükafatı Tövrat xüsusiyyəti olacaq, necə ki Ravvin Yeoşua ben Levi dedi. Yəni insan Padşaha sevinc əta etmək qabiliyyətinə malik olduğu pilləyə layiq görüldükdən sonra nə baş verəcək? Bu o deməkdir ki, o, yalnız öz Yaradanına həzz vermək istəyəcək. Və onun mükafatı nədən ibarətdir? Bu o demək deyil ki, insan Yaradana həzz verdiyi üçün mükafat almalıdır. Bəs onun mükafatı nə deməkdir? Onun mükafatı odur ki, o, Padşaha sevinç əta edə biləcək.

O, Padşahı nə ilə sevindirir? Tövratı qəbul etməklə. Axı Öz məxluqlarını həzzləndirmək – Yaradanın məxluqlara vermək istədiyi xeyirdir, bu, Onun ilahiliyinin məxluqlara açılmasıdır. Bu, «Tövrat», yəni «Yaradanın adları keyfiyyətində Tövrat» adlanır. Belə çıxır ki, onun mükafatı Yaradanın ona Tövratı bəxş edə bilməsindən ibarətdir və Yaradan bu hədiyyədən həzz alır. Və bu, Onu sevindirir.

Buna əsasən belə çıxır ki, «bəyin ziyafətindən həzz alan və onu sevindirməyən» – hələ də özünə olan sevgiyə qərq olmuşdur və etdiyi hər şeyin yalnız Yaradan naminə olduğunu deyə bilmir. O zaman Yaradan Tövratı verə bilməyəcək, çünki hər şey Sitra Axraya gedəcək. Buna görə də dedilər ki, o, «beş səsi pozur». Məlumdur ki, beş bxinot bütün aləmləri və Yaradanın adları kimi açılan bütün pillələri ehtiva edir ki, bu da Yud hərfinin ucu və Yud – Hey – Vav – Hey hərfləridir ki, aləmlərdə onlar AK və ABYA adlanır. Ruhlarda isə Nefeş, Ruax, Neşama, Xaya və Yexida adlanır.

Beləliklə, «beş səsi pozur» deməyin mənası ondan ibarətdir ki, o, yuxarıda adı çəkilən beş bxinotun açılmamasına səbəb olur, çünki onlar bütün əməllərin öz şəxsi mənfəəti üçün deyil, yalnız Yaradan naminə edilməsi üçün niyyətə çatmağa çalışmırlar. Bu, onun işləməli olduğu yerdə Yaradanı sevindirmək əvəzinə yalnız özünü sevindirməyin qayğısına qalması deməkdir. Və avtomatik olaraq o, ali xeyrin açılmasına mane olur.

Belə çıxır ki, insan ali xeyrin aşağıya keçməsinə mane olur. Məlum olur ki, insanın Yaradanın izzətinin açılması – yaradılışın məqsədi olan «İlahiliyin Öz məxluqlarına açılması» üçün səy göstərməli olduğu yerdə, insan Yaradanın izzətinin açılmasına imkan verməyən şeylər edir, əksinə Sitra Axranın izzəti açılır və Şxina küldədir.

Bu, «xalqların daxilindəki Şxina sürgündədir» adlanır. Yəni insanın Xeyir və Xeyir törədən xüsusiyyətini açmağa çalışmaq və əta etmək naminə niyyət vasitəsilə gizlədilməni aradan qaldırmaq əvəzinə, o, daxilindəki dünyanın xalqlarının daha da yüksəlməsinə səbəb olur. Dünyanın xalqları – özü üçün almaq istəyidir. Biz onun üçün işlədikdə isə o, güc qazanır və öz xüsusiyyətini büruzə verir. İnsandakı İsrail xüsusiyyəti isə onun altına enir və bu, «beş səsi pozur»1 adlanır.

Əta etmək naminə işlədiyimiz halda isə müqəddəslik güc qazanır və hökmranlıq edir. «Bəyin ziyafətindən həzz alan» və niyyəti «Onu sevindirmək» olan kəsə gəldikdə isə- bu o deməkdir ki, onun mükafatı Yaradanı sevindirməyə layiq görülməsidir. Lakin mükafatın əlaməti nədən ibarətdir, yəni onun niyyətinin həqiqətən də Yaradana sevinc əta etmək üçün olduğunu haradan bilir?

Bunun barəsində Ravvin Yeoşua ben Levi dedi ki, «onun mükafatı – Tövratdır». Əgər o, Tövratı qazanmağa layiq görülürsə, deməli onun məqsədi həqiqətən də yalnız Padşahı sevindirməkdir. Və bu onun yeganə mükafatıdır. Və o zaman ixtisar və gizlədilmə təbii olaraq ondan uzaqlaşır və o, «İlahiliyinin Öz məxluqlarına açılması» adlanan Onun simasının nurunun açılması ilə mükafatlandırılmalıdır.

Deyilənlərdən belə çıxır ki, «gəlin» inamda işləmək, yəni ali malxutun boyunduruğunu qəbul etmək deməkdir. Və burada yüksəlişlər və enişlər mövcuddur. Yəni insanın Yaradana əta etməli olması. Və bu, «şərtsiz təslimiyyətdir». Başqa sözlə, əgər insan ali malxutun boyunduruğunu qəbul etməsindən heç bir hiss və heç bir coşğu duymasa belə, bilikdən üstün inamı qəbul edirsə, o yenə də bu vəziyyətlə razılaşır və deyir ki, yəqin ki, Yaradanın istəyi budur ki, o, bu təslimiyyətdə işləsin və xidmət etsin, bu inamdan hansı coşğunu hiss etdiyinə fikir verməsin, çünki o, özü haqqında – yəni öz şəxsi mənfəəti haqqında deyil, yalnız Yaradanın xeyri haqqında düşünür. Və əgər Yaradan onun bu vəziyyətdə qalmasını istəyirsə, o, bunu heç bir şərt olmadan qəbul edir. Bu, «şərtsiz təslimiyyət» adlanır.

Və bu mənada inam «çomaq» (mate) xüsusiyyəti adlanır. Yəni bu, insanda «vaciblik baxımından aşağı (mata)» olan xüsusiyyətdir. «Müdrikliyin bəhrələri» kitabında deyildiyi kimi: « inam «çomaq» (mate) adlanır, çünki o, vaciblik baxımından aşağıdır (mata). Buna görə də inamı yerə atdıqda, yəni inamın əzəməti qiymətləndirilmədikdə, o, ilana çevrilir». Başqa sözlə, o zaman, belə bir vəziyyətdə insan inamın xüsusiyyətində işə daxil olmağa başladığı zamankı halından daha pis olur. Çünki bundan əvvəl o, hələ müqəddəs cansız xüsusiyyəti hesab olunurdu və onda inamın çatışmazlığı yox idi. İndi isə, bilikdən üstün inamı qəbul etməyə başladıqda, inamı əhəmiyyətsiz oldu, çünki onun ağlı biliksiz inanmağa imkan vermir. Buna görə də o, ilanın klipasına düşür. Buna görə də o, müqəddəsliyə daxil olmaq istədikdə, onu quyruğundan tutur. Burada «quyruq» hər şeydə sonuncu xüsusiyyətdir. Başqa sözlə, o, inamı nə qədər aşağı olursa-olsun – yəni bilikdən üstün – qəbul edir. Və o zaman o, çomağa çevrilir. Orada izah edir ki, xilaskarın əlində çomaq var idi, bu da ürəkləri göylərdəki Atalarına yönəltmək üçün əlində çomaq olan «sadiq çoban» deməkdir.

«Bəy» isə əta edəndir – Yaradanın nə etdiyindən danışdıqda, Onun xüsusiyyəti məxluqları həzzləndirməkdir. Buna görə də «bəyin ziyafəti» adlanır. Və «bəyin ziyafətindən həzz alan» ifadəsinin mənası budur.