<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani əməldə “xeyir-dua sayılmış şeyin üzərində olmur” nə deməkdir

 

Ruhani əməldə “xeyir-dua sayılmış şeyin üzərində olmur” nə deməkdir

Məqalə 18, 1989

Zoar kitabında deyilir: “Gəl və gör: [müdriklər] müəyyən etmişlər ki, ali xeyir-dua sayılmış şeyin üzərində olmur. Əgər soruşsan: “Bəs İsrail necə sayıldı?”, – məsələ ondadır ki, [Yaradan] onlardan ruh üçün fidyə aldı və onlar qərara aldılar ki, bütün fidyə toplanıb sayılmayınca sayım aparmasınlar. Belə çıxır ki, əvvəlcə fidyəni alarkən İsrailə xeyir-dua verdilər, sonra fidyəni saydılar, sonra isə yenə İsrailə xeyir-dua verdilər. Və belə çıxır ki, İsrail başlanğıcda və sonda xeyir-dua aldı və onların arasında vəba olmadı. Və [Zoar] soruşur: niyə sayım səbəbindən vəba yaranır? Və cavab verir, … çünki xeyir-dua sayılmış şeyin üzərində olmur. Xeyir-dua getdikdə isə onun üzərində Sitra Axra olur və o zərər vura bilər”2.

Və başa düşmək lazımdır:

1.Əgər sayılmış şeyin üzərində xeyir-dua olmursa, insanları saymaqla insanların yerinə fidyəni saymaq arasında nə fərq var? Axı nəticədə biz insanların sayını bilirik – belə halda, [insanları] fidyə ilə əvəz etməyimizin nə faydası var? Axı sonda biz onların sayını bilirik.

2.Niyə fidyə məhz yarım şekeldir, bütöv və ya dörddə bir deyil? Məhz yarım bizə nəyə işarə edir?

3.Yazı nəyə görə deyir: “Varlı çox verməsin, kasıb isə az verməsin”3. Məgər elə bir kəs varmı ki, bilməsin: əgər sayını bilmək lazımdırsa və insanların sayılması əvəzinə onların yerinə başqa bir şeyi saymaq üçün əvəz edilirsə, aydındır ki, hamıda eyni şey olmalıdır, əks halda sayını bilmək mümkün olmayacaq? Belə halda, bu bizə nə öyrədir?

4.Əgər ortada sayım varsa, onların əvvəlində və sonunda xeyir-dua almalarının bizə nə faydası var? Məgər xeyir-dualara görə say pozulurmu, əgər sayılmış şeyin üzərində xeyir-dua ola bilmirsə?

Bütün bunları ruhani iş baxımından başa düşmək üçün insanın çatmalı olduğu məqsədə diqqət yetirmək lazımdır. Məlumdur ki, qayda belədir: insan çatmaq istədiyi hər bir məqsəd üçün səy göstərməlidir. Axı işsiz heç nəyə çatmaq mümkün deyil. Belə olan halda, insanın ruhani işdə çatmalı olduğu və onun uğrunda səy göstərdiyi məqsəd nədir?

Cavab isə budur: Yaradanla qovuşmağa gəlmək, bu da forma bənzərliyi adlanır. Bu o deməkdir ki, Yaradanın aləmi yaratmaqda məqsədi Öz varlıqlarına həzz əta olduğu kimi, insan da gözləri qarşısında məqsəd olaraq Yaradana həzz əta etməyi saxlamalıdır. Başqa sözlə, insan Yaradanı həzzləndirən şeylər etməlidir və bu, forma bənzərliyi adlanır. Yəni bu iki forma bənzər olduqda, Yaradanın məqsədi varlıqların məqsədinə bürünür.

Belə çıxır ki, Onun Öz yaratdıqlarına həzz əta arzusu, yaradılışın məqsədi olan bu arzu, öz Yaradanına həzz əta arzusuna bürünür və bu, əta etmək naminə almaq adlanır. Buradan belə çıxır ki,insanın öz səylərinə görə aldığı mükafat nədir? Demək lazımdır ki, mükafat məqsədə çatmaqdır – maddi işlərdəki mükafat kimi, insan səy göstərir və onların əvəzində çatmağa çalışdığı və səysiz verilməyən məqsədi əldə edir.

Və buradan belə çıxır ki, nə zaman ki insan Yaradanla qovuşma adlandırılan öz məqsədinə çatmaq üçün həqiqət yolu ilə getmək istəyir, yəni onun bütün işlərinin (əta etmək) naminə olması üçün, o, əzablar adlandırılan səylər göstərməlidir, hansı ki bu insanın öz təbiətinə qarşı getməli olması deməkdir. Digər sözlərlə, insan özünü-həzzləndirmə kelimində yaradılıb, və o, öz şəxsi mənfəətinə doğru deyil, Yaradanın həzzinə aparan yolla getməlidir, buna isə bədən müqavimət göstərir.

Və bu barədə mübarizə gedir – bəzən əta etmək istəyi üstün gəlir, bəzən isə almaq istəyi güc gəlir. Və bilmək lazımdır ki, insanda olacaq və ona [öz] almaq istəyinə qarşı getməyə imkan verəcək bütün gücləri, insan Tövratdan almalıdır. Müdriklərimizin söylədikləri kimidir: «Mən şər başlanğıcı yaratdım və Tövratı ona ədviyyat olaraq yaratdım»4.

Yəni nə zaman ki o, Tövratla məşğul olmağa hazırlaşır və Tövratda səylər göstərir – o hansı mükafatı gözləyir? Söyləmək lazımdır ki: Yaradana əta istəyinə layiq görülmək üçün niyyət qurmağı. Və bu, onun «lişma»ya gəlmək üçün Tövratı öyrənməsi adlanır, və bu «əta naminə» adlanır, hansı ki «Onun xüsusiyyətlərinə (birləş)»5 vəziyyəti deməkdir.

Və belə çıxır ki, buna müvafiq olaraq Tövratdakı səylərin 2 növü var.

 

1.Nə zaman ki o, bunun sayəsində öz şəxsi mənfəətinə çatmaq üçün, yəni onu «ravvin» çağırmaları üçün yaxud pul ödənişi naminə və s. üçün Tövratın öyrənilməsində səylər göstərir.

2.Öz şəxsi mənfəətinə qarşı getmək üçün güc almaq naminə Tövratdakı səylər. Belə çıxır ki, burada başqa bir səy növünü görmək lazımdır. Yəni insan bədənə qarşı yönəlmiş niyyətlə Tövratda çalışmaq üçün güclərinin olması naminə böyük səylər göstərir. Və əksinə, bədən mümkün qədər ona müqavimət göstərir və bu niyyətlə Tövratda səylər göstərməsi üçün ona güc əta etmək istəmir. Eyni zamanda «lo lişma»da, yuxarıda deyildiyi kimi, əgər bədən əvəzində almağa can atdığı şeyə nail olacağını görürsə, bədən ona Tövrat və ehkamlarda səylər göstərə bilməsi üçün enerji verir. Axı onun almağı gözlədiyi kompensasiya bədənin təbiətinə zidd deyil. Buna görə də bədən ona iş üçün güc verə bilər.

Buna görə də, nə zaman ki insan səylərin köməkliyi ilə öz şəxsi mənfəətinə çata biləcəyini görür, o zaman onda əməllər törətmək və böyük səylər göstərmək üçün güc olur, və onun əllərinin işi zəifləmir. Və bu şəkildə «qadınların və azyaşlıların, və bütün savadsız kütlənin» tərbiyəsinə başlayırlar, çünki insanı Tövrat və ehkamlarla məşğul olmağa yalnız «lo lişma» vasitəsilə inandırmaq olar.

Lakin, nə zaman ki insan məqsədi dəyişməlidir, yəni onun Tövrat və ehkamlardakı işinin əvvəlində öz səylərinin əvəzində çatmaq istədiyi məqsəd öz şəxsi mənfəəti idisə, lakin indi o məqsədi dəyişməyə hazırlaşır, yəni: «Mən öz almaq istəyimin naminə olan məqsədə nə zaman çatacağam ki, həzz ala bilim?» deyə düşünmək əvəzinə, – indi o [başqa bir] məqsədə can atır və söyləyir: «Mən Yaradanı nə zaman həzzləndirə və öz şəxsi mənfəətimdən imtina edə biləcəyəm?»

Və bu məqsəd [onun] təbiətinə zidd olduğuna görə, o, Yaradana daha böyük inama ehtiyac duyur, yəni o, hər zaman Yaradanın əzəmətinə çatmağa can atmalıdır. Başqa sözlə, Yaradanın əzəmətinə inandığı ölçüdə, o, bu niyyətlə hərəkətlər edə bilər. Buna görə də insan hər gün dua etməyə borcludur ki, Yaradan onun gözlərini nurlandırsın və Yaradanın əzəmətini və əhəmiyyətini dərk etməyə versin, belə ki, onda əta etmə niyyəti ilə səy göstərmək üçün enerji olsun.

Və burada iki məqamı ayırd etmək lazımdır.

Onda Yaradana həzz əta arzusu olsun və bu, onun bütün can atması olsun.

O, elə niyyətlə hərəkətlər etsin ki, bu hərəkətlər ona Yaradana həzz gətirən hərəkətlər etmək istəyi gətirsin.

Başqa sözlə, o, nur və kli əldə etmək üçün hərəkətlər etməli və böyük səylər göstərməlidir. Nur o adlanır ki, o, Yaradandan bütün gün Yaradana həzz verməyə can atmaq arzusu aldı. Qab (kli) arzu adlanır, yəni onda Yaradana əta etmək arzusu olsun. Və bu iki şeyi o, Yaradandan almalıdır, yəni həm nuru, həm də klini. Lakin insan bunu tələb etməlidir və bu barədə deyilir: “Tsion – heç kim onu tələb etmir”6. Və müdriklərimiz izah edirlər: “Buradan belə çıxır ki, tələb olmalı idi”7, – yəni aşağıların tərəfindən tələb olmalıdır ki, Yaradan onlara həm nur, həm də kli versin.

Və buradan bu sözləri izah etmək lazımdır: “Və uzaqlar eşidəcək və gələcək, Sənə padşahlıq tacı verəcəklər”8.

Məlumdur ki, işin qaydası, deyildiyi kimi: “Edəcəyik və eşidəcəyik”, – və “edəcəyik” xüsusiyyəti varlıqlara aiddir, və bu, “Yaradanın etmək üçün yaratdığı”9 adlanır, – yəni “etmək” xüsusiyyəti bizə aiddir və bunun vasitəsilə biz “eşitmək” xüsusiyyətinə layiq olacağıq, bu isə Yaradanın eşitdirməsi deməkdir. varlıqların özləri isə Yaradana xidmət etməyi yalnız təkcə Yaradan üçün, buna öz faydasını qarışdırmadan, öz üzərlərinə qəbul etməyə qadir deyillər.

Axı “eşitmək” Yaradan tərəfindən gəlir, Tövratın bəxş edilməsi zamanı olduğu kimi, İsrail xalqı Yaradandan eşitdi: “Mən … [və] səndə olmasın”10, – lakin bundan əvvəl Tövratı almağa hazırlıq var idi, müdriklərimizin dediyi kimi11, ixtisar və ayrılma vəziyyəti var idi, necə deyilir: “Və onları müqəddəs et [yəni hazırla] bu gün və sabah”12, – bundan sonra isə onlar Tövratı eşitməyə layiq oldular.

Və buradan bu sözləri izah etmək lazımdır: “Və uzaqlar eşidəcək və gələcək”13. Yəni onların “uzaq” olması – başqa sözlə, “həyat Tövratı” anlayışı var, və bu, deyildiyi kimi adlanır: “Çünki həyat mənbəyi Səndədir”14, – yəni Yaradanla qovuşmaq. Lakin insan bundan uzaqdır. Və bu uzaqlıq da Yaradandan gəlir, çünki insanın bir şeydən uzaq olması mümkün deyil, yalnız o zaman mümkündür ki, insanın bunun mövcud olduğuna dair aydın biliyi olsun və yalnız o, hansısa səbəblərə görə bundan uzaq olsun.

Belə olan halda, lazımdır ki, bundan əvvəl insanda Yaradana olan inam xüsusiyyəti olsun, lakin bundan sonra o söyləyə bilər ki, Yaradandan uzaq olduğunu hiss edir. Belə çıxır ki, uzaq olduğuna dair bu hissiyyat, onda Yaradanın dünyanı idarə etdiyinə, hökmün və hakimin var olduğuna dair bir hissiyyat olmalıdır, lakin o, bunu uzaqdan hiss edir. Əks halda, ona Yaradandan uzaqda yerləşdiyini kim söyləyir?

Buna görə də, insanın Yaradandan uzaq olduğunu hiss etməsi — Yaradanın insana uzaqdan görünməsi vasitəsilə bunu ona bildirməsidir. Yəni Yaradan ondan gizli olduğu zaman, insan uzaqlaşma vəziyyətində ola bilməz, axı ona uzaq olduğunu kim söyləyir? Lakin yuxarıda deyildiyi kimi baş verir: Yaradan ona bir azca aşkarlandığından, onda uzaq olduğuna dair hissiyyat yaranır.

Buyurulduğu kimidir: «Və uzaq olanlar eşidəcəklər» – yəni Yaradan onlara «eşitmək» xüsusiyyəti göndərir ki,  yaxınlaşmaq üçün onlar uzaq olduqlarını hiss etsinlər «və gəlsinlər». Yəni onlar Yaradandan, Onu yaxınlaşdırmasını tələb edirlər, başqa sözlə, forma bənzərliyinə, yəni əta keliminə gələ bilsinlər. Lakin insan bu kelimi yalnız yuxarıdan gələn köməkyin sayəsində ala bilər. Və bu, kli, yəni bu gücün istəyinə bürünən nur adlanır.

Və bu, buyurulduğu kimidir: «Əgər Yaradan evi tikməsə, onu tikənlər nahaq yerə zəhmət çəkdilər»15, – hansı ki bu o deməkdir, əgər Yaradan «evi» tikməsə, – yəni qəlb müqəddəslik binasına çevrilsin deyə, – «nahaq yerə zəhmət çəkdilər» – səylər hədər yerə xərcləndi, – «onu tikənlər» – yəni müqəddəslik binasını tikmək istəyənlər bilməlidirlər və inanmalıdırlar ki, hər şey Yaradanın köməkliyinin sayəsində baş verir, axı yuxarıda deyildiyi kimi, əta istəyini və canatmanı təşkil edən klini də, əta naminə əməllər törətmək üçün insanın aldığı güc olan nuru da O verir. Hər şeyi O verir. Lakin bundan əvvəl insan əməllər törətməlidir, yəni işdən əvvəl insan söyləməlidir: «Əgər mən özüm üçün etməyəcəyəmsə, bəs kim mənim üçün edəcək?» Lakin bundan sonra o söyləməlidir: «Əgər Yaradan evi tikməsə, onu tikənlər nahaq yerə zəhmət çəkdilər»15.

Və Tövratın bəxş edilməsindən əvvəl necə idisə, – yəni İsrail xalqı Sinay dağında bəxş edilən Tövratı eşidə bilsin deyə, İsrail xalqı tərəfindən hazırlıq var idi, hansı ki bu onlara ixtisar və ayrılma xüsusiyyəti verdi, bu da aşağıda olan tərəfindən hazırlıq adlanır, – lakin bundan sonra Yaradan tərəfindən Tövratın alınması imkanı var olur.

Lakin hazırlıq vaxtı – yəni insan kli adlandırılan tələbata, bütün əməllərinin əta naminə olması üçün onda gücün olmasına olan ehtiyaca layiq görülməzdən əvvəl, – bu tələbat onda gah artır, gah da azalır. Başqa sözlə, bəzən o ehtirasla arzulayır ki, Yaradan ona güc versin, hər şeyi Yaradan xatirinə etmək qabiliyyəti olsun, və o, Yaradandan ona kömək etməsini xahiş edir. Lakin bəzən bundan sonra onda eniş baş verir, hansı ki o deməkdir ki, o, Yaradana sevinc əta etməyə dair heç bir tələbat hiss etmir, axı yalnız özü üçün almaq istəyini həzzlərlə doldurmağın yollarını və fəndlərini axtarır.

Əgər eniş zamanı onda ruhaniyyət haqqında, yəni əta etmək naminə əməllər etmək lazım olduğu barədə düşüncə yaranırsa, o, Yaradan haqqında düşünməyə başlayır: O niyə belə etdi, yəni niyə öz faydası naminə işləmək olmaz? Və insan həqiqətən öz faydası naminə işləyirsə, bunun Yaradana nə fərqi var?

Və onda o, ümumiyyətlə Tövrat və ehkamlar barədə şübhəyə düşür. Niyə O bizi əzab çəkməyə məcbur etmək istəyir və bizə yerinə yetirilməsi çətin olan qanunlar verdi? Əgər O həqiqətən “mərhəmətli ata”dırsa, niyə bizə Öz ehkamlarını çoxlu qadağalar və s. ilə yerinə yetirməyi verdi? Bəzən isə yüksəliş zamanı da o, Yaradandan şübhələnməyə başlayır, axı O bizə “canlarınızı qoruyun”a aid olan ehkamları yerinə yetirməyi nə üçün verdi?

Yəni insanın içməyə, yeməyə və s. borclu olması – Yaradan bu şeyləri hansı ehtiyac üçün yaratdı? Məgər bu şeyləri yerinə yetirməklə insan daha ağıllı və daha Allahdan qorxan olacaq? Belə halda insan soruşur: bütün bu maddi həzzlər nəyə lazımdır, axı o bundan ruhani fayda olduğunu görmür.

Beləcə insan yüksəlişlər və enişlər yaşayır. Yəni bəzən o başa düşmür ki, ümumiyyətlə bizə maddi həzzlər nə üçün verilib, çünki indi o anlayır ki, insanın əsas məqsədi Yaradanla qovuşmaqdır. Belə olan halda bütün bu maddi ehtiraslar niyə yaradılıb? Eniş zamanı isə tam əksinə – o özündən soruşur: niyə bizə çox şey qadağan edilib və ümumiyyətlə, niyə öz faydamız naminə işləmək olmaz, biz guya yalnız Yaradan naminə işləməliyik? Əks halda isə biz bu dünyada və gələcək dünyada əzab çəkməyə borcluyuq.

Hazırlıq mərhələsində işin qaydası belədir. Yəni insan daimi inama layiq olmazdan əvvəl sanki sapandakı [daş] kimidir, yəni insan bir ucdan o biri uca atılır və görür ki, onun seçim hüququ yoxdur, yuxarıdan nə istəyirlərsə, onunla onu edirlər, o isə dulusçunun əlində gil kimidir və onun heç bir müstəqil fikri yoxdur.

Və insan inanmalıdır ki, yaşadığı bütün vəziyyətlər onun xeyrinədir. Yəni məhz yüksəlişlər və enişlər vasitəsilə o arzu olunan kamilliyə gələcək, necə ki deyildiyi kimi: “Öldürən və dirildən Padşah və xilası yetişdirən”16. Yəni ruhani işdə ölüm vəziyyəti adlanan enişlər sayəsində, “və dirildən” – bu isə işdə yüksəliş vəziyyəti adlanır, yəni məhz bunun sayəsində: “və xilası yetişdirən” – insan öz kamilliyinə gələcək.

Və buradan soruşduğumuzu anlayacağıq: İsraili ümumiyyətlə niyə saymaq lazımdır, yəni sayım təhlükəli bir iş olduğu halda, sayı bilmək kimə lazımdır, necə ki deyilir: “Xeyir-dua sayılmış şeyin üzərində olmur”17? Onlara fidyə verməyə imkan verən islah isə nəyi dəyişir? Axı sonda İsrailin sayı məlum olur. Bundan başqa, əvvəlində və sonunda xeyir-dua əta bizə nə əlavə edir?

İş baxımından, hər şey bir insanın daxilində nəzərdən keçirildikdə, İsrailin sayının nə olduğunu bilmək lazımdır. Lakin yuxarıda deyildiyi kimi, “lişma”ya, yəni əta etməyə aparan iş qaydası sağ xətdən başlayır, bu kamillik adlanır və bu, onun üzərində xeyir-dua olan insan adlanır. Və bu mənada insan sevinc hiss etməli, Yaradana həmd və şükür etməlidir ki, O onu müqəddəsliklə müəyyən bir əlaqəyə layiq gördü – onda nə qədər olduğunun fərqi yoxdur, çünki o bilir ki, buna da layiq deyildi. Və bu, onun azla kifayətlənməsi adlanır.

Belə olan halda, onun İsrail xüsusiyyətinə aid olan nə qədər xüsusiyyətinin var olduğunu yoxlayaraq hesablama aparmalı bir şeyi yoxdur, yəni öz işinin hansı faizi barəsində o söyləyə bilər ki, bu «İsra-El»dir («Yaşar-El», birbaşa Yaradana doğru), hansı ki bu: «göyün adı» adlandırılan müqəddəslik üçün  nə qədər güc verməyə hazırdır- bu tamamilə maraqsızdır, axı o söyləyir: «Mənim Tövrat və ehkamlarla müəyyən bir əlaqəmin olması, dünyada mövcud olan bütün həzzlərdən daha vacibdir».

Və bu barədə sual yoxdur: əgər bu, bu qədər vacibdirsə, bəs nə üçün o, az olanla kifayətlənir? Buna o, özü-özünə cavab verir: «Mən əlbəttə ki, Yaradanın mənə məndə olandan daha böyük bir pay verməsinə layiq deyiləm. Lakin mən yalnız onu görürəm ki, elə insanlar var ki, onlarda bu da yoxdur». Belə çıxır ki, o – xeyir-duası olan bir insandır, axı onun sevinməli olduğu bir şeyi var. Və o görür ki, yerdə qalan digər insanlar axmaqlıqlara sevinir və şənlənirlər.

Ona isə Yaradan, Yaradanla birlikdə sevinməli olduğunu anlaması üçün ağil və bilik (idrak) verib. Bu, o deməkdir ki, o öz daxilindəki «Yaşar-El» xüsusiyyətini, yəni qəlbinin dərinliyində malik olduğu şeyi hesablamağa hazırlaşmazdan əvvəl, ilk öncə İsrailə xeyir-dua verirlər, yəni o söyləyir ki, onun daxilinə qapadılmış «İsrail» xüsusiyyəti, yuxarıda deyildiyi kimi mübarəkdir, çünki onun birlikdə sevinməli kəsi var, madam ki onun xeyir-duası var və o, az olanla kifayətlənir.

Lakin sonra İsraili hesablayırlar, yəni o, sol xəttə keçir və Tövratının nə qədər olduğunu, göylərin ehtiramla (qorxusunun) nə qədər olduğunu və sairəni özü-özünə hesabat verməyə başlayır. Və burada o görür ki, onun çoxlu sayda qüsurları var, və o zaman qırğın vəziyyəti yarana bilər, yəni o, ümidsizliyə qapıla və fəaliyyət meydanından qaça bilər. Və söyləyə bilər ki, əta naminə olan bu iş onun üçün deyil, tək bir xətt daxilində çalışmağa başlamağa isə o artıq qadir deyil, axı o artıq bunun həqiqi iş olduğunu söyləyərək özü-özünü aldada bilmir, axı sol xətt artıq hər dəfə ona həqiqi işin nə adlandığını söyləyir.

 

Və bu, deyilən sözlərin mənasıdır: «Hesablanmış olanın üzərində xeyir-dua (yerləşmir)»18. Axı onun daxilində hər zaman qüsurlar var, buyurulduğu kimidir: «Çünki yer üzündə elə bir saleh insan yoxdur ki, xeyirxahlıq etsin və günah işlətməsin»19. Qaydaya müvafiq olaraq belə çıxır ki: daxilində qüsur olan şeyə klipotlar yapışır, – hansı ki bu o deməkdir ki, klipa ona bunun onun üçün olmadığını göstərir. Belə çıxır ki, o, belə iddialarla onu öldürür. Başqa sözlə, onun ruhaniyyətdə çoxlu şeyi olsa belə,  [klipa] bunu ondan qoparır . Və o, «günahkarlar sağlığında ölü adlandırılırlar»20 vəziyyətində qalır.

Buyurulduğu kimidir: «Hesablanmış olanın üzərində xeyir-dua yerləşmir»21. Axı o hər zaman qüsurları görür, hər hansı bir qüsurun üzərinə isə klipa yapışır. Bu isə qırğın vəziyyəti adlanır, buyurulduğu kimidir: «Və onlar hesablandığı zaman aralarında qırğın olmayacaq»22. Yəni fidyə sayəsində, hesablama səbəbindən ölüm vəziyyəti olmayacaq, hansı ki bu yuxarıda deyildiyi kimi, sol xətt daxilində çalışdıqları zaman, yəni sol xətt daxilində getmələrinə və qırğının baş verə bilməsinə baxmayaraq, fidyə sayəsində aralarında qırğın olmayacaq.

Buna görə də, bu qüsurun klipotlara məlum olmaması üçün məsləhət verilir: «Qoy hər kəs ... onlar hesablandığı zaman öz ruhu üçün fidyə versin». Başqa sözlə, insan İsrail xüsusiyyətinə neçə faizin daxil olduğunu hesabladığı zaman tapdıqları qüsurlara baxmasınlar.

Bəlkə onlar, Yaradana doğru öz ruhları üçün fidyələrinin olması naminə nə qədər islah icra etməli olduqlarını hesablasınlar. Yəni qüsurlara deyil, bu qüsurların islahına baxsınlar. Və bunun sayəsində klipotların daxilində olan onların ruhu, onlardan uzaqlaşacaq və Yaradanla qovuşacaq. Və bu, belə adlanır: «Qoy hər kəs öz ruhu üçün fidyə versin» – yəni qoy onlar etməli olduqları islahları hesablasınlar. Hər bir halda, onlar yalnız islahları görürlər, müdriklərimizin söylədikləri kimidir: «Ödəniş üçün təqdim edilmiş qəbz , sanki artıq ödənilmiş kimidir»23. Belə çıxır ki, islahlara baxıldığı zaman, o, sanki onları artıq islah etmiş kimidir, və burada qüsur üçün yer yoxdur.

Necə deyildiyi kimi: “Qoy bunu versinlər, sayılanlardan keçən hər kəs”24 – və izah etmək lazımdır: qüsurları gördükdə, bu “sayılanlardan keçən” adlanır. “Yarım şekel” – “yarım”, “Pri Xaxam”da izah edildiyi kimi (2-ci hissə, səh. 78): “Çünki dua yarım etdi. Və özü üçün dua edənin payı budur ki, onda kamillik  yoxdur, yalnız yarım var. Çünki kamilin dua edəcək bir şeyi yoxdur. Buna görə də müdriklər bizi xəbərdar edirlər ki, mükafat üçün işləməyək, yalnız kamillik üçün [işləyək]”25.

Bu o deməkdir ki, insanın verdiyi şey yarım sayılır, yəni özü üçün almaq arzusu olan, Yaradandan uzaqlaşmış kli. Və dua etmək lazımdır ki, bu kli nur adlanan Yaradanla birləşsin. Nur klidə işıq saçdıqda isə bu, kamillik adlanır. Və “dua yarım edir” sözlərinin mənası budur, çünki yarım kli adlanır, çünki klisiz nur ola bilməz. Buna görə də, o dua etdikdə və öz çatışmazlığını hiss etdikdə, bu çatışmazlığın (xisaronun) doldurulması üçün yer var. Belə çıxır ki, “qoy bunu versinlər” – bu, yarım olan klidir, yəni aşağıdan oyanış adlanır, yuxarıda deyildiyi kimi, çatışmazlıq haqqında dua artıq islah adlanır.

Bu, aşağıdakı məsəldə olduğu kimidir. Bir insan paltarını ləkələrdən təmizlətmək üçün verdi və camaşırxana sahibinə dedi: “Mən sənin etməli olduğun islahların sayını hesablayıram ki, sənə nə qədər ödəməli olduğumu bilim”. [İşdə isə o, ləkələri sayır ki, onu islah etməyə kömək etməsi üçün Yaradana nə qədər bildirməli olduğunu bilsin, ta ki bu insan kamil olsun.]

Və o, camaşırxana sahibindən xahiş edir ki, bu ləkələri islah etsin və çıxarsın. Onda insanın çoxlu ləkələri olduqda ümidsizliyə düşəcəyindən danışmağa yer yoxdur. Axı o, paltarında nə qədər qüsur olduğunu görmək üçün ləkələri saymır, o, nə qədər islah edilməli olduğunu sayır.

Belə çıxır ki, indi o öz çatışmazlığı haqqında düşünmür, indi islahlar haqqında düşünür. Və belə çıxır ki, onların arasında vəba olacağından danışmaq olmaz, yəni o, döyüş meydanından qaçıb deməyəcək ki, həqiqət yolu ilə iş onun üçün deyil. Belə çıxır ki, burada insanlarda olan çatışmazlıqları deyil, fidyəni saymaqda böyük islah var. Necə ki müdriklərimiz demişlər: “Ödənişə təqdim edilən hesab sanki artıq ödənilmişdir”26. Yəni islahlarla məşğul olduqda, sanki o artıq islah olunmuş kimidir, çünki indi o, çatışmazlıqlara deyil, islahlara baxır.

Yuxarıda adı çəkilən, “öz ruhu üçün Yaradana fidyə” adlanan fidyə ilə islahdan əlavə – yəni söhbət Yaradanla qovuşmağa gəlməyə imkan verən islahdan gedir – sayımdan əvvəl xeyir-dua etmək lazımdır. Bu o deməkdir ki, sağ xətdə getmək lazımdır, bu da yuxarıda deyildiyi kimi, xeyir-dua adlanır. Və bu, heç nədə çatışmazlığı olmayan insandır. Sonra sol xətt vəziyyətinə keçirlər, bu da yuxarıda deyildiyi kimi, sayım adlanır. Sonra isə yenidən xeyir-dua adlanan sağ xəttə keçirlər. Buna görə də deyilir ki, başlanğıcda və sonda xeyir-dua sayəsində sayım həyata keçiriləcək və onların arasında vəba olmayacaq, əksinə, bunun sayəsində onlar həqiqi kamilliyə gələcəklər.