<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Salehlerin günahkarlardan fərqləndirilməsi

Salehlerin günahkarlardan fərqləndirilməsi

Məqalə 15, 1989

 

«Zoar» kitabında (Şmot fəsli, səh. 117 və «Sulam» şərhi, bənd 370) deyilir: «Sevgilim mənimdir, mən də Onun, qızılgüllər arasında otlayan. Qızılgüllər nədir? — onların içində tikanlar var; Yaradan da dünyanı salehlər və günahkarlar vasitəsilə elə bu cür idarə edir. Qızılgüllər nədir? — əgər tikanlar olmasa, qızılgüllər olmaz, eləcə də günahkarlar olmadan salehlər fərqlənməz».

Buradan belə başa düşülür ki, günahkarlar yalnız salehlərin fərqləndirilməsi (tanınması) üçün lazımdır. Sual yaranır — bu fərqləndirmə kimə lazımdır? Yaradan haqqında bunu demək olmaz, çünki O, bütün gizli yolları bilir. Dünya haqqında da bunu demək olmaz, çünki «öz Yaradanının hüzurunda təvazökarlıqla gəzmək» buyurulub. Yəni insan öz əməllərini insanlardan gizlətməlidir. Deməli, söhbət insanın özündən gedir.

Sual doğur: insanın nəyinə lazımdır ki, özündə salehləri günahkarlardan fərqləndirə bilsin? Bu fərqləndirmə mənə nə üçün lazımdır? Yəni, günahkarlar ilə salehlər arasındakı fərqi bilmək və ayırd etmək vasitəsilə nə baş verir? Bu o deməkdir ki, insanın sadəcə salehlərin əməllərini etməsi bəs eləmir; o, salehlərin fərqini məhz günahkarlar vasitəsilə dərk etməlidir, sanki başqa cür saleh olmaq qeyri-mümkündür.

Məlumdur ki, ruhani işdə biz tək bir insan haqqında danışırıq, yəni həm günahkarlar, həm də salehlər eyni bir insanın daxilindədir. Və sual yaranır: «Zoar» kitabının «Yaradan dünyanı salehlər və günahkarlar vasitəsilə idarə edir» dediyi halda, bir insanın daxilində günahkarlar və salehlər nəyə lazımdır? Axı hər bir insan kiçik bir dünyadırsa, sözsüz ki, dünyanın yalnız salehlər tərəfindən idarə olunması daha yaxşı olardı. Bəs günahkarlar mənim nəyimə lazımdır? Cavab: salehlərin fərqləndirilməsi üçün. Onda salehləri günahkarlar vasitəsilə fərqləndirməyin faydasını, yəni bu fərqləndirmədən nə qazandığımızı anlamaq lazımdır.

Məsələ burasındadır ki, ehkamın icrası var, bir də ehkamın niyyəti var. Yəni, insan Tövrat və ehkamlar yolunda çəkdiyi zəhmət və əmək müqabilində nə qazanmaq istəyir. Biz öyrənmişdik ki, bunun üçün iki cür mükafat var:

Birincisi «lişma» (Onun naminə) adlanır.

İkincisi isə «lo lişma» (öz xeyri naminə) adlanır.

«Lo lişma» o deməkdir ki, insan sanki çəkdiyi zəhmət müqabilində həm bu dünyada, həm də gələcək dünyada bir mükafat alacaq. Necə ki «Zoar» kitabında bu işin əsas olmadığı deyilir (Zoar kitabına müqəddimə, səh. 185 və «Sulam» şərhi, bənd 190): «Lo lişma qorxusu — əsl qorxu deyil». Bənd 191-də isə deyilir: «İnsanın əsas qorxusu — Yaradanın hüzurunda ehtiramla qorxmaqdır, çünki O, uca və qüdrətlidir, Onun qarşısında hər bir şey heç nədir; qoy insan öz canatmasını ehtiramla “qorxu” adlanan məqama yönəltsin».

Buradan belə aydın olur ki, həm Tövratı öyrənərkən, həm də ehkamları icra edərkən, əməlin yerinə yetirilməsi zamanı iki cür niyyət mövcuddur. Ümumi kütlənin işi mükafat almağa yönəlib, xüsusi (fərdi) iş isə Göylər naminə yerinə yetirilir və onların mükafatı elə hökmdara xidmət edə bilmələrinin özüdür. Yəni, onlara əta etmək naminə işləmək stimulu verən bütün həzzləri ondan ibarətdir ki, onlar hökmdara həzz yaşatdıqlarını hiss edirlər. Və hökmdara çəkdikləri zəhmət müqabilində başqa bir mükafat almaq üçün deyil, onlara Onun üçün işləmək fikrini və istəyini əta etdiyinə görə təriflər deyib şükür edirlər.

Çünki mükafat almaq üçün onlar deyirlər ki, biz hökmdarın ucalığını hiss etməyə məcbur deyilik, biz sadəcə Tövrat və ehkamlara riayət edəcəyimiz təqdirdə alacağımız mükafatın əhəmiyyətinə və böyüklüyünə baxmalıyıq; Yaradan isə onların nəzərində işlərinin əvvəlindəki ucalıq və əhəmiyyət səviyyəsində qala bilər. Əgər onların niyyəti Yaradana həzz yaşatmaqdırsa, bu, ona gətirib çıxarır ki, işi artırmaq istədikdə Yaradanın ucalığını da artırmalıdırlar, Çünki Yaradanın ucalığı dərəcəsində onlar Onun qarşısında öz mənliklərini silə və bütün əməllərini Göylər naminə edə bilərlər. Bu barədə «Zoar» kitabında deyilir: «Əri şəhər darvazalarında tanınır», hər kəs «öz qəlbinin dərki qədər».

Buradan belə nəticə çıxır ki, Göylər naminə işləmək istəyən insanlar işləmək üçün lazım olan enerjini (yanacağı) əldə etmək məqsədilə hər gün Yaradanın ucalığına olan inamı dərk etməyə çalışmalıdırlar, Çünki Yaradanın ucalığı onları Onun üçün işləməyə sövq edir və işdən aldıqları bütün həzz elə bundadır.

Buna görə də, bəzən Yaradana olan inamlarının yetərli olduğunu düşünən və özlərini artıq saleh hesab edənlər — hansı ki Yaradan onları salehlər kimi idarə etdikdə, yəni onları bir az yaxınlaşdırdıqda, onlara işə qarşı istək, canatma və dad əta etdikdə — Yaradanın ucalığına olan inamı gücləndirməyə ehtiyac duymurlar. Onlar artıq kamil insan olduqlarını və Yaradanın ucalığına olan inamda heç bir əskikliklərinin olmadığını zənn edirlər. Və yalnız əməllərdə irəliyə gedə bilirlər. Yaradanın ucalığı mövzusundan isə sahib olduqları onlara bəs edir. Bu, «Yaradan onları salehlər kimi idarə edir» adlanır.

Lakin bəzən Yaradan onlara başqa bir idarəetmə ilə yanaşır, yəni onları günahkarlar kimi idarə edir. Bu o deməkdir ki, onlar yuxarıdan gələn yaxınlığı itirirlər, işə qarşı heç bir istək və həvəsləri qalmır, ruhaniyyətin dadını hiss etmirlər. Və onda anlayırlar ki, Yaradanın ucalığına olan inamlarında böyük bir əskiklik var. Çünki əgər Yaradanın ucalığını dərk etsəydilər, ruhani işdə heç vaxt soyuqluq və süstlük hiss etməzdilər.

Məhz bu vəziyyətdə onlara günahkarlar vasitəsilə salehlərin fərqləndirilməsi aşkar olur. Yəni, insan öz daxilindəki günahkarı — ruhaniyyətə qarşı çıxan, yalnız öz mənfəətini düşünən və Yaradanın ucalığına şübhə ilə yanaşan o mənfi tərəfi görəndə başa düşür ki, onun əsl salehlik səviyyəsinə çatması üçün inamı tam deyilmiş. Beləliklə, daxildəki günahkar tərəf insana öz nöqsanlarını göstərir və onu hər gün inamın ucalığını yenidən qazanmağa, daha çox səy göstərməyə məcbur edir.

Buradan aydın olur ki, tikanlar (günahkarlar) olmadan qızılgülün (salehliyin) gözəlliyi və ucalığı fərqlənə bilməz. Məhz daxildəki o mənfi halların, enişlərin və günahkar arzuların aşkar olunması sayəsində insan yüksəlişə nail olur və Yaradanın ucalığına olan inamını daha yüksək bir pilləyə qaldırır.

Buna görə də, insanın Yaradanın yolunda irəliləməsi və bütün əməllərinin Göylər naminə olmasına layiq görülməsi üçün — və o, hazırda özünü yüksəliş halında hiss edirsə, — bundan sonra nə etməlidir? Onda Yaradan dünyanı günahkarlar vasitəsilə idarə edir, yəni Yaradan ona günahkarların düşüncələrini verir ki, Onun naminə işləməyin mənası yoxdur, yalnız özümüz üçün işləməliliyik. Və buna görə də o, enişə məruz qalır; o zaman insan elə düşünür ki, ona bu eniş Yaradanın yolunda irəliləməsi və müqəddəslik elminə layiq görülməsi üçün verilib. Lakin o, əks istiqamətdə getdiyini görür, Çünki fərdi (xüsusi) səviyyədə işləməyə qadir deyil və ümumi kütlənin içində işləməlidir. Amma artıq ümumi kütlədən çıxdığı üçün ikiqat ziyanda qalır, çünki yenidən ümumi kütləyə də qayıda bilmir.

Buna görə də insan yerlə göy arasında qalır. Və o, öz vəziyyətinin digər insanlardan daha pis olduğunu hiss edir. O zaman insan bütün qəlbi ilə Yaradana yalvara və dua edə bilər, necə ki deyilib: «Rəhm et mənə, Yaradan, Çünki bədbəxtəm mən; şəfa ver mənə, Yaradan, Çünki sümüklərim titrəyir. Və Sən, Yaradan, nə vaxtadək?». Yəni, mən nə vaxtadək özümü bütün insanlardan daha pis hiss etdiyim və daxilimdə ruhaniyyətə dair heç bir duyğunun olmadığı bu vəziyyətdə qalacağam?

Ona görə də onun üçün yeganə məsləhət inanmaqdır, necə ki deyilib: «Çünki Sən hər bir ağzın duasını eşidirsən». Mənim ağam, atam və müəllimim (Baal Sulam) izah edir ki, insan Yaradanın hər bir ağzın — hətta dünyadakı ən pis ağzın belə duasını eşitdiyinə inanmalıdır; yəni, Yaradan dünyadakı ən pis və ən alçaq olanı belə yenə də eşidir. Müdriklərin dediyi kimi: «Təmizlənməyə gələnə — kömək edərlər».

«Zoar» kitabı bu barədə belə izah edir: «Ona müqəddəs bir ruh verirlər». Buradan belə nəticə çıxır ki, Yaradan ona günahkarların düşüncələrini məhz ona görə verir ki, o, hər şeyə rəğmən Yaradandan kömək istəsin, əks halda o, ömrünün sonunadək işinin əvvəlindəki vəziyyətdə eləcə qalardı.

Buradan , sualımızın cavabını belə izah etmək olar: «günahkarlar olmadan salehlər fərqlənməz» ifadəsi nə deməkdir? Biz soruşmuşduq ki, salehlər kim tərəfindən fərqləndirilməlidir və bu fərqləndirmə nə üçün lazımdır? Cavab: Çünki Yaradan «dünyanı salehlər və günahkarlar vasitəsilə idarə edir». Və bu barədə soruşmaq lazımdır: Onun dünyanı salehlər və günahkarlar vasitəsilə idarə etməsinə nə ehtiyac var, məgər yaradılışın məqsədini — yəni yaradılanlara həzz vermək qayəsini üzə çıxarmaq üçün dünyanı yalnız salehlər vasitəsilə idarə etmək yetərli deyildimi? Axı məntiqə görə, əgər O, dünyanı yalnız salehlər vasitəsilə idarə etsəydi, yaradılışın məqsədini — yaradılanlara həzz vermək qayəsini aşkar etmək daha asan olardı. Onda günahkarlar mənim nəyimə lazımdır?

Buna belə bir cavab var: «günahkarlar olmadan salehlər fərqlənməz». Bu o deməkdir ki, salehlər fərqlənməsəydi, onların kamilliyi, ucalığı və hansı məqama (pilləyə) çatdıqları bilinməzdi. Və salehlər işlərinin elə ən əvvəlindəki pillədə qalardılar, salehlik məqamına doğru heç bir irəliləyiş olmazdı.

Buna görə də, salehlərin üstünlüklərinin və ucalığının fərqi ortaya çıxsın deyə, Yaradan dünyanı mütləq salehlər və günahkarlar vasitəsilə idarə etməlidir. Çünki bu yolla Yaradan insana salehlərin xüsusiyyətini ötürür, yəni onu Yaradanın işinə yaxınlaşdırır.

Əgər insanın enişi olmasaydı, o, ömrünün sonunadək elə bu vəziyyətdə qalar və yaradılışın düşüncəsində olan xeyir və həzzin gizləndiyi Tövratın elmini qazana bilməzdi. Salehlərin üstünlüyü də ayırd edilməzdi; axı o zaman ali pillə onun nəyinə lazım idi? Və həqiqətən də bilmək lazımdır ki, salehlərin üstünlüyü barədə müdriklər («Uktsin» traktatının sonunda) belə demişlər: «Gələcəkdə Yaradan hər bir salehə miras olaraq 320 dünyanı əta edəcək, necə ki deyilib — Məni sevənlərə miras verəcəyəm və onların xəzinələrini dolduracağam».

Buna görə də, onların salehlik pilləsini dərk etməyə ehtiyac duymaları və bu fərqliliyin aşkar olması üçün dünyanı salehlər və günahkarlar vasitəsilə idarə etməlidir. «Salehlərin fərqlənməsi üçün günahkarlar lazımdır» ifadəsi belə izah olunur: Çünki dünyanı günahkarlar vasitəsilə idarə etməklə Yaradan insana günahkarların düşüncə və istəyini verir — eynilə insana salehlərin xüsusiyyətini, yəni Özünə qarşı sevgi xüsusiyyətini verdiyi kimi.

Və bu, onun üçün edilir ki, insan Yaradanın onun mövcud vəziyyətdə qalmasını istəmədiyini bilsin; fərdi işə qədəm qoyduğu və öz xəyalında salehlik pilləsini canlandırdığı o ilkin ağlı ilə ruhani işi məhdudlaşdırmasın. Əgər Yaradan onu günahkarlar vasitəsilə idarə etməsəydi, yəni onun mütəfəkkir ağlına və qəlbinə zidd olan düşüncə və istəkləri ona verməsəydi, insan artıq salehlik pilləsində olduğunu zənn edər və salehliyin ən aşağı pilləsində qalardı, Çünki artıracaq heç bir şeyinin olmadığını düşünərdi.

Bu, «Yaradan dünyanı salehlər vasitəsilə idarə edərdi» mənasına gələrdi, yəni insana yalnız salehlik səviyyəsini əta edərdi və insan Yaradanın ona daha ali bir «salehlik» pilləsi verməsinə dair heç bir əskiklik (ehtiyac) hiss etməzdi. Bu isə salehlərin fərqlənməməsi adlanardı; necə ki deyildiyi kimi, salehin üstünlüyü onun 320 dünyanı dərk etməli olmasındadır, lakin onun buna heç bir ehtiyacı yaranmazdı.

Ehtiyac olmadan isə doldurulma vermək qeyri-mümkündür, Çünki insan onu qoruyub saxlaya bilməz və «klipot»lar onu öz hökmü altına alar. Bundan isə yalnız klipotlar mənfəət qazana bilər. Bu da müqəddəsliyə zərər vurar, necə ki müdriklər demişlər: «Tsur şəhəri Yerusəlimin dağıntıları üzərində ucaldılıb». Buna görə də, məhz «xisaron» mövcud olduqda, doldurulma elə o xisaronun içinə verilir və o zaman insan xarici qüvvələrə (klipotlara) heç bir mənfəət vermədən onu qoruyub saxlaya bilir.

Buradan belə nəticə çıxır ki, insan müdriklərin inamına — onların bizə öyrətdiklərinə və sözlərinə inanmalıdır. Və insan hər dəfə ruhani enişlərə məruz qaldığı üçün kamilliyə çatmağa layiq olmadığını deməməlidir. Bütün enişlər Yuxarıdan gəlir. Bu, insanın öz ruhunun bütün «Naranxay» səviyyələrini dərk etməyə ehtiyacı olması üçün edilir. İnsan dözümlülük nümayiş etdirməli və deməlidir ki, Yaradan ona bu enişləri öhdəsindən gəlməsi və səy göstərməsi üçün göndərir. Mənim ağam, atam və müəllimim (Baal Sulam) izah etdiyi kimi, buna «Yaradana “istəyirəm” deyənə qədər onu məcbur edirlər» deyilir.