Ruhani işdə böyük və ya kiçik günah nə deməkdir
Məqalə 2, 1989
Əvvəlcə biz bilməliyik ki, «iş» nə adlanır. Yəni istifadə etdiyimiz iş sözü hansı mənanı daşıyır, bu nə deməkdir? Bilmək lazımdır ki, bizə Tövratın 613 əmrini və müdriklərin 7 əlavə əmrini yerinə yetirmək verilmişdir. Həmçinin İsraelin adətləri var ki, İsraelin böyük müəllimləri hər yerdə onun ənənələrinə uyğun olaraq onları təsbit etmişlər. Və onlar bizə nəyin böyük əmr, nə böyük günah olduğunu müəyyən etmişlər.
Məsələn, müdriklər dedilər: «Ata və anaya hörmət böyükdür, çünki Yaradan ona Özünə hörmətdən daha böyük əhəmiyyət vermişdir»1. Və ya: «Xeyirxah əməllər sədəqədən böyükdür»2. Və müdriklərdə belə deyimlər çoxdur. Eyni şeyləri günahlarda da görürük. Axı müdriklər: «Böhtanın cəzası bütpərəstliyin cəzasından böyükdür» deyiblər.
Belə çıxır ki, onlar bir-birinə nisbətdə nəyin böyük əmr və nəyin kiçik əmr olduğunu müəyyən etmişlər. Və eyni şəkildə günah barədə də müəyyən etmişlər ki, nə böyük günahdır və bununla müqayisədə nə kiçik günahdır. Və onlar müəyyən etdikləri üçün biz buna inanmalıyıq, və «müdriklərin inamı» anlayışının mənası budur ki, biz onların dediklərinə inanmalıyıq. Və buna şübhə etmək olmaz. Bunların hamısı «Tövrat» kateqoriyasına aiddir, yəni insanın buna toxunmaq haqqı yoxdur.
«İş» insanın etdiyi şey adlanır. Və işləyən insan olduğuna görə, onun yerinə yetirilməsinin dərəcələrini o müəyyən edir. Başqa sözlə, burada nəzərdə tutulmur ki, əməl baxımından insanın hakimiyyətində orada hansısa dəyişikliklər etmək var. Nəzərdə tutulan odur ki, o, Tövratı və əmrləri hansı səbəbə görə yerinə yetirir. Burada insan tərəfindən müxtəlif dərəcələr [yerinə yetirmə] var.
Və bu, Rambamın «Qayıdış qanunları»nda dediyi kimidir: «Buna görə də, kiçikləri, qadınları və bütün savadsız kütləni öyrədəndə, onlara yalnız qorxudan və mükafat almaq üçün işləməyi öyrədirlər, ta ki onların ağlı,bilikləri artsın və daha böyük müdrikliklə dolsunlar, onda bu sirri onlara tədricən açırlar».
Görürük ki, Rambam səbəb baxımından müxtəlif dərəcələrin olduğunu deyir. Yəni «qadınlar, uşaqlar və bütün savadsız kütlə» üçün səbəb «lo lişma»dır.
Bəs çox biliyi olan və böyük müdriklik əldə edənlərə başqa səbəb verirlər, onların səbəbi «lişma»dır. Bunlar Öz Yaradanına həzz çatdırmaq üçün işləməli olanlardır, öz mənfəətləri üçün deyil.
Belə çıxır ki, buna uyğun olaraq, əməl nöqteyi-nəzərindən kiçiklə böyüyün arasında fərq yoxdur. Halbuki niyyət nöqteyi-nəzərindən, yəni Tövratı və əmrləri yerinə yetirmələrinin səbəbi nöqteyi-nəzərindən, insanlar kateqoriyaları arasında fərq var. Yəni «ümumi»yə aid olan insanlar var. Rambamın dediyi kimi: «bütün savadsız kütləyə». Deməli, ümumi ilə fərdi arasında fərqləndirmə var. Bu o deməkdir ki, ümumi axında getmək istəməyən, öz mənfəəti üçün işləmək istəməyən xüsusi insanlar var və onların qəlbində əta etmə üçün işləməyə qarşı alovlu arzu oyanır.
Və bilmək lazımdır ki, insan vermək niyyəti ilə əməl edirsə,bu iş adlanır. Halbuki mükafat almaq üçün işdə Yaradan verici olur. Və burada çox böyük fərq var. Çünki işin səbəbi onun əvəzində nə isə almaqdırsa, belə çıxır ki, insan əmrlərin böyüklüyünü alınan mükafatın ölçüsü ilə müəyyən edir. Yəni əgər iş üçün böyük və vacib mükafat varsa, bu, insanda «böyük əmr» adlanır, çünki o, mükafata baxır.
Amma vermək etmə naminə olan işdə, insan əta edən olanda, onda alanın böyüklüyünə baxırlar, yəni insanın kimə verdiyinə. Və alan nə qədər daha əhəmiyyətlidirsə, bu əta etmə də bir o qədər böyük və daha əhəmiyyətlidir, necə ki müdriklər demişlər: «Əhəmiyyətli insan barəsində, əgər o [hədiyyə] verib deyirsə ki: “Budur, sən mənə həsr olmusan”, — bu, sanki o ona verdi kimidir, çünki o bu həzzi ondan aldı».
Beləliklə, biz görürük ki, hədiyyənin dəyəri kimə verdiyimizdən asılıdır. Bununla biz əməlın böyüklüyünü ölçürük. Yəni, əgər böyük bir insana verirlərsə, bu «böyük əta etmə» adlanır. Amma kiçik bir insana verirlərsə, bu «kiçik əta etmə»dir.
Və bununla biz əta etmə üzərinə işin dərəcəsini ölçə bilərik. Yəni, əgər insan kiçik padşaha verirsə, bu kiçik işdir, başqa sözlə, verən, kiçik padşaha verdiyi vaxt o qədər də heyran olmur. Halbuki insan böyük padşaha verirsə, o zaman əta etmə əməli böyük əməl olur, «onun ondan qəbul etməsindən doğan həzzə görə». Bu, böyük həzzdir, çünki o, böyük padşaha verir.
Beləliklə, biz görürük ki, bəxş etmənin böyüklüyü dərəcəsi məsələsi — onun böyük olması, ya kiçik olması — işçinin özündən asılıdır. Başqa sözlə, yuxarıda deyildiyi kimi Tövrat və əmrlərdə işləyən, özü müəyyən edir ki, o, hansı növə aiddir. Əgər insan hələ tərbiyə mərhələsindədirsə, bu da «onlara öyrətdikləri əmrlər» adlanır, başqa sözlə, o hələ də Tövrat və əmrlərdə özü üçün almaq məqsədilə işləyir, yuxarıda gətirilən Rambamın sözlərinə uyğun olaraq: «Uşaqları, qadınları və bütün savadsız kütləni öyrədəndə, onları mükafat almaq üçün öyrədirlər», bu da «lo lişma» adlanır.
Və «onlara öyrətdilər» o deməkdir ki, o, indiyədək «lo lişma» vəziyyətində olduğu zaman necə işləməyə vərdiş etmişdisə, eləcə də kiçik və böyük halları mükafatın ölçüsünə uyğun olaraq ölçür. Halbuki əta etmə üçün işləyənlər, yuxarıda deyildiyi kimi, bu işi qəbul edənin böyüklüyü ölçüsünə görə ölçürlər.
Deyilənlərdən anlayacağıq ki, iki insan eyni işi edə bilər. Və birində bu böyük əmr adlanır, çünki o, öz işini böyük padşaha verir və buna görə də o hiss edir ki, böyük padşaha xidmət edir. Və o məmnundur və sevinir, və ruhən yüksəlmiş vəziyyətdə olur, çünki o, böyük şərəfə nail olub: ona böyük padşahın yanına girmək və xidmət etmək hüququ verilir. Və onun sevincinin həddi yoxdur.
Halbuki ikincisi isə, etdiyi hər şeylə böyük padşaha xidmət etdiyini düşünmür, əksinə, kiçik padşaha xidmət etdiyini düşünür. Yəni o görür ki, heç kim onun sözünə qulaq asmır ki, onun ehkamlarını yerinə yetirsin. Lakin o bu padşaha yazığı gəlir və ehkamları yerinə yetirir. Və onda insan belə anlayır ki, padşah onunla hesablaşmalıdır, çünki heç kim padşaha baxmaq istəmədiyi bir vaxtda insan padşaha rəhm edib. Və belə bir insan ölçür ki, Yaradan onun bu işi üçün ona nə qədər ödəyir.
Və əgər padşahın ona verdiyi ödəniş onu qane etmirsə, baxmayaraq ki, o, padşahın ona əmr etdiyi hər şeyi edir, onda o bunu tənbəl-tənbəl, həvəssiz edir, çünki onun işi əvəzində padşahın verəcəyi ödəniş ona parlamır.
Beləliklə, belə çıxır ki, eyni şeyi edən bu iki insanda, birində bu böyük əmr sayılır, çünki o, böyük padşaha xidmət etdiyindən çoxlu həyat qüvvəsi və ruhani yüksəliş alır. Amma ikincidə yüksəlmiş hal yoxdur və o bunu zərurətdən edir, çünki onun fikrincə, ona sonra veriləcək o mükafat ona parlamır.
Ona görə də onların arasındakı fərq çox böyükdür. Çünki biri etdiyi əmri kiçik hesab edir, yəni əhəmiyyətinə görə kiçik. Amma ikinci üçün bu əmr böyük sayılır, yəni o deyir ki, bu əmrin əhəmiyyətini və böyüklüyünü qiymətləndirmək üçün onda ağıl yoxdur, çünki o bunu indi onun içində hiss edir. Başqa sözlə, ona sonra veriləcək heç bir mükafata ehtiyacı yoxdur.
Və artıq indi o bu mükafatı onda hiss edir ki, onda böyük həzz var, çünki o, böyük padşaha xidmət etməyə layiq görülüb. Belə çıxır ki, o sevinir, çünki artıq mükafatı alıb. Və o, mükafat alacağına inanmağa məcbur deyil. Və onun mükafat barədə heç bir şübhəsi yoxdur ki, sevinmədiyi deyilsin, çünki o mükafat və cəza məsələsində şübhə edir, çünki o artıq mükafatı dərhal həmin yerdəcə alıb və başqa mükafat gözləmir.
Və onun böyük padşaha xidmət etdiyinə inanması ilə o həzz alır. Və böyük padşaha xidmət etmək şərəfinə nail olmaq üçün doğulmağa dəyərdi . Belə çıxır ki, insan özü müəyyən edir, nəyin «böyük əmr», nəyin «kiçik əmr» adlandığını.
Amma bəzən əksinə də ola bilər, insan bir xəttlə gedəndə və bütün hərəkətləri yalnız ona yönəlir ki, onların praktiki icrası bütün təfərrüat və incəliklərdə düzgün olsun, və Tövrat və əmrlərlə məşğul olmasının səbəbi bundan sonra bu dünyada və ya gələcək dünyada mükafat almaq olur, və o, əmri yerinə yetirəndə mükafat və cəzaya inanır. Müdriklərin dediyi kimi, hansı əmr böyükdür və hansı daha az vacibdir müəyyən etməklə, o, ən vacib əmrləri dəqiq yerinə yetirməyə çalışır.
Və o, böyük əmr kimi seçdiyi əmri yerinə yetirəndə sevinir və özünü bütün insanlardan ən vacib insan hesab edir, çünki onun mükafatı digər insanlardan daha çox olacaq və, təbii ki, o, əmri böyük həvəslə yerinə yetirir.
Lakin onun eyni böyük əmri yerinə yetirən yoldaşı, mükafat almaq üçün işləmək istəmir, əta etmək üçün işləmək istəyir. Və əta etmək üçün işləmək üçün insan inanmalıdır ki, o, böyük və vacib padşaha xidmət edir və ona heç bir ödəniş olmadan xidmət etməyə dəyər. Və əgər onun Yaradan’a inandığı inam, böyük padşaha xidmət etdiyini hiss etmək üçün kifayət deyilsə, onda onun sevinclə işləməyə gücü yoxdur.
Və onda o, bədəninin ona bildirdiyi müqaviməti aşaraq, məcburən işləyir, çünki bədən ona bildirir ki, kiçik padşaha əta etmək üçün işləməyə dəyməz, və ona deyir ki, bu, mükafat almaq üçün işləyən yoldaşın vəziyyətində doğrudur. Və əgər belədirsə, padşahın böyük və ya kiçik olması heç bir əhəmiyyət daşımır, çünki əsasən mükafata baxırlar.
Və o padşahın böyük və ya kiçik olması nə fərq edir, çünki əsasən mükafat onu böyük padşah edir. Və əgər o az mükafat verirsə, bu «kiçik padşah» adlanır. Belə çıxır ki, burada başqa bir qayda var: Yaradan’a həzz çatdırmaq istəyəndə bununla bütün səbəb müəyyən olunur ki, Tövrat və əmrlərlə məşğul olsun, və eyni zamanda, Tövrat və əmrlərlə məşğul olmağa məcbur edən səbəb mükafat almaqdır.
Biz görürük ki, həqiqəti insanın hissiyyatına görə müəyyən etmək mümkün deyil, çünki insanın sevinclə və böyük həvəslə işlədiyini görməsi hələ onun düzgün yolla getdiyini demir. Buna görə də müdriklər dedilər: «Özünə Rav yarat», çünki yalnız Rav onu yönəldə və onun üçün hansı yolla getməli olduğunu müəyyən edə bilər.
Halbuki işləyən insan, hətta nəyin yaxşı, nəyin pis olduğunu hiss etsə belə, hər bir halda insan özü həqiqəti bilə bilməz, ona görə ki, hələlik insan yalnız «acı və şirin» adlanan bir aydınlaşdırmadan başqa heç nəyi anlamaq iqtidarında deyil. Çünki onda sevinc olduqda və o həvəslə işlədikdə, «şirinlik» dadını hiss edir. Buna görə də insan deyir ki, o düzgün yolla gedir. Amma insan məcburiyyət yolu ilə işləməli olanda, «acı» hiss edir. Onda insan anlayır ki, o, eniş halındadır. Və bu hissi insan özü üçün bilik kimi qəbul edir ki, bu, həqiqi aydınlaşdırmadır.
Lakin bu «acı və şirin» təhlili «bilik ağacı günahı»ndan əvvəl idi. Halbuki «bilik ağacı günahı»ndan sonra bizə «həqiqət və yalan» təhlili adlanan başqa bir təhlil verildi. Yəni mümkündür ki, insan «şirinlik» halını hiss edir, amma bu, yalandır. Və ola bilər ki, insan «acı» halını hiss edir, amma bu, həqiqətdir.
Və bu, «Panim Masbirot-a Ön söz»də (bənd 16) deyildiyi kimidir: «Və bilməlisən ki, bizdə olan iki növ aydınlaşdırmanın mənası nədir:
– birinci aydınlaşdırma yaxşı və pis aydınlaşdırmaları adlanır;
– ikinci aydınlaşdırma həqiqət və yalan aydınlaşdırmaları adlanır.
…Beləliklə, birinci aydınlaşdırma bədənə aid fəaliyyət qüvvəsidir ki, «acı – şirin» hissiyyatı vasitəsilə işləyir. Və o, acının formasını qəbul etmir və ondan uzaqlaşır, çünki bu onun üçün pisdir, və şirinin formasını sevir və ona yaxınlaşır, çünki bu onun üçün yaxşıdır və s.
Bunu insan nəsli tamamlayır; Yaradan onda ikinci, yuxarıda adı çəkilən aydınlaşdırma ilə işləyən intellektual fəaliyyət qüvvəsini qoymuşdur. O, onda hətta qusmağa qədər iyrənmə doğuran yalanı və boşu rədd edir və həqiqəti və hər cür faydanı böyük sevgi ilə yaxınlaşdırır. Və bu aydınlaşdırma «həqiqət – yalan» aydınlaşdırması adlanır və yalnız insan nəslində mövcuddur, hər kəsdə öz ölçüsünə görə. Və bil ki, bu ikinci fəaliyyət qüvvəsi insanın içində ilan məsləhətinin nəticəsində yaradılmış və meydana çıxmışdır, çünki yaradılışdan onda yalnız birinci fəaliyyət qüvvəsi var idi, yaxşı və pisi aydınlaşdıran, və o həmin anda onun xeyri üçün tamamilə kifayət edirdi».
Yuxarıda deyilənlərdən görürük ki, insan «acı – şirin» təhlili üzrə getmək istədiyi vaxt, bu aydınlaşdırma artıq bilik ağacı günahından sonra həqiqət sayılmır. Və ola bilər ki, insan işdə şirin dad hiss edir, amma o, yalanın içindədir. Və eləcə də, əksinə. Buna görə də deyilir: «Özünə Rav yarat və şübhədən uzaqlaş».
Lakin insan, öz-özlüyündə nə hiss etdiyini müəyyən edir, lakin yuxarıda deyildiyi kimi, insan şirin hiss edə bilər, amma bu, onun Yaradana qovuşmağa gələ biləcəyi həqiqi yol deyil. Çünki ola bilər ki, o, Yaradana qovuşmağa aparan yoldan əks istiqamətdə gedir və onun bütün səyləri formaca bənzəməyə çatmaq üçündür; bu isə bütün pillələrdə mövcuddur və bunun mahiyyəti aviyutu örtən ekrandır, və məhz ekranın yaradılması sayəsində xeyir və həzz aşkarlanır.
Və bununla biz müdriklərin dediyini izah etməliyik: «Yüngül əmrdən də, ağır əmrdən də çəkin, çünki sən əmrlərin mükafatını bilmirsən»7. Və ilk baxışdan müdriklərin sözləri arasında ziddiyyət var: onlar demişdilər: «Ata və anaya ehtiram böyükdür, çünki Yaradan ona Özünə ehtiramdan daha böyük əhəmiyyət verdi». Və ya: «Yaxşı əməllər sədəqədən daha böyükdür». Və buna bənzər çoxlu ifadələr var. Əgər onlar dedilərsə: «Yüngül əmrdən də, ağır əmrdən də çəkin», onda «böyük» nə deməkdir? Bu əmrin digərindən böyük olması nədə ifadə olunur?
Və bu, deyildiyi kimi, əmrin icrası zamanı onun kimin əmri olduğunu bilmək mümkün deyil. Və əlbəttə, böyük bir padşahın, bizə icra etməyi əmr etdiyi əmri icra edən, əlbəttə, kiçik bir padşahın Tövrat və əmrlərini icra edəndən daha vacibdir.Belə çıxır ki, ehkam yüngüldür, lakin bu, ona yerinə yetirməyi böyük padşahın əmr etdiyi ehkamdır. Əlbəttə ki, bu, kiçik padşahın sərt ehkamını yerinə yetirəninkindən daha vacibdir.
Və insan həmişə enişlərdə və yüksəlişlərdə olduğuna görə, yəni bəzən insan böyük bir padşaha xidmət etdiyinə inanır, bəzən isə əksinə, buna görə də müdriklər bizə göstərdilər ki, böyük və ya kiçik əmrdən asılı deyil, əmri icra etməyi əmr edənin böyüklüyündən asılıdır. Və buna insan diqqət etməlidir ki, hər dəfə böyük Padşahın olduğuna inansın. Yəni insan Yaradənin böyüklüyünü dərk etməyə çalışmalıdır. Və əsas da budur, başqa şeylər deyil.