<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Alanların  mükafatı barədə


Məqalə 32, 1985

Məlumdur ki, insan mükafatsız işləyə bilmir. Yəni əgər ona mükafat verilməsəydi, o heç bir hərəkət belə etməzdi. Və bu, yaradılışların kökündən irəli gəlir ki, onlara, hərəkət xas deyil. TES-də deyildiyi kimi: «Biz sakitliyi sevirik və hərəkətə çox güclü şəkildə nifrət edirik – hətta elə dərəcədə ki, biz sakitliyə nail olmaq üçün heç bir hərəkət etmirik. Və bu, ona görədir ki, bizim kökümüzə hərəkət yox, sakitlik xasdır. Çünki onda ümumiyyətlə hərəkət yoxdur. Buna görə də bu, təbiətimizə ziddir və bizə nifrətamizdir»1. Sitatın sonu.

Və buna uyğun olaraq bilmək lazımdır ki, bizim mükafatımız nədir ki, onun naminə işləməyə dəyər. Bunu aydınlaşdırmaq üçün bizə bir az araşdırmaq lazımdır: Yaradılış Məqsədi nədir və yaradılışın islahı nədir.

Yaradılış Məqsədi Yaradan tərəfindən [müəyyən edilib], yəni biz deyirik ki, Yaradanın yaradılışı yaratması Onun Öz məxluqlarını sevindirmək istəyindən baş verib. Və bununla əlaqədar məlum sual yaranır: niyə məxluqlar xeyiri və həzzi almırlar? Axı kim Yaradanın əleyhinə gedib deyə bilər ki, o xeyir və həzz istəmir, axı O, məxluqlara elə bir təbiət yerləşdirib ki, hər kəs almaq istəsin.

Çünki biz öyrənirik ki, yalnız almaq istəyi “varlıq” adlanır, çünki yaradılışın mənası – “yoxdan var” adlanan yeni bir şeydir. Beləliklə, O bu təbiəti məxluqlarda yaratdı. Bu halda aydındır ki, hamı almaq istəyir, O isə vermək istəyir. Onda buna kim mane olur?

Və buna izah verilir ki, bu izah Ari-nin sözlərində ( «Həyat Ağacı» kitabının əvvəlində) gətirilir: «Öz əməllərinin kamilliyini üzə çıxarmaq üçün, elə bu zaman [Eyn Sof] Özünü ixtisar etdi»2. Və [Baal Sulam] orada Or Pnimi-də aydınlaşdırır ki, bu nə deməkdir: çünki verənlə alan arasında fərq var və bu, formaca fərqliliyə, yəni alanlarda narahatlığa gətirir – bunu islah etmək üçün islah baş verdi, belə ki, ali xeyir yalnız vermək niyyəti olan yerdə nur saçır, məlum olduğu kimi, çünki bu, formaca bənzərlik adlanır. Və bu, Yaradanla qovuşmə adlanır.

Və o zaman , o xeyiri və həzzi alanda,  narahatlıq hiss etmir. Və onda ali xeyir alanın yanına gələ bilər, çünki alan o zaman xeyiri alarkən heç bir çatışmazlıq hiss etməyəcək, yuxarıda deyildiyi kimi. Yəni o, alan olmasından irəli gələn çatışmazlığı hiss etməyəcək, çünki onun niyyəti özünün həzz almaq istəyi ilə yox, Yaradanı sevindirmək istəyi ilə müəyyən olunur.

Buna görə də belə deməli, əgər biz özümüzə hesabat versək ki, xeyiri və həzzi almaq üçün nə etməliyik, – bu yalnız ikinci təbiət olan kelim əldə etməkdir, hansı ki, “vermək kelimi” adlanır. Və bu, yaradılışın islahı adlanır. Buna görə, biz Tövrat və ehkamdakı səylərimizə görə Yaradandan hansı mükafatı tələb etməliyik ki, O bizə versin? Yəni O bizə vermək kelimi bəxş etsin.

Və “Panim masbirot” kitabına girişdə yazıldığı kimi, kök və mükafat – ekran və əks olunan nurdur. Buna görə də iş üçün mükafat kimi həzz və ali xeyiri tələb etmirik, yalnız vermək kelimi tələb edirik. Çünki xeyiri və həzzi almaq üçün bizə yalnız bu çatmır. Və vermək kelimi əldə etməzdən əvvəl, insan həyatında əzab çəkir, çünki onda xeyiri və həzzi ala biləcək kelim yoxdur.

Və işimizin qaydasında biz görürük ki, hərəkətlərimizdə üç növü ayırd etməliyik, hansı ki: (1) qadağan şeylər, (2) icazə verilən şeylər, (3) ehkamları yerinə yetirmə hərəkətləri adlanır.

Və beləliklə, qadağan edilmiş şeylərdə göylər naminə niyyətlər haqqında söhbət yoxdur – ki mən qadağan edilmiş əməli hətta lişma (Onun naminə) ilə belə edə bilərəm. Həmçinin onları "yerinə yetirmək" haqqında danışmaq olmaz. Və bu, müdriklərimizin sözlərində belə adlanır: "Pozuntu yolu ilə yerinə yetirilən əmr".

Və yalnız icazə verilən hərəkətlər barədə danışmaq olar ki, göylər naminə niyyət qurmaq lazımdır. Yaxud o niyyət qura bilmir və o zaman onda ehkam yoxdur. Amma o, vermək niyyəti qura biləndə, bu hərəkət “ehkam” adlanır.

Ehkamın yerinə yetirilməsi üzrə hərəkətlərdə, məsələn, matsa yemək, sukkada yemək və s. kimi, hətta o onları vermək naminə yönəltməsə də, bu da «ehkam» adlanır, çünki hətta «lo lişma»da da – bu ehkamdır. Amma o, həqiqətən, onu vermək naminə yönəldəndə, bu ehkam onu, onun daxilində olan nura layiq edir.

Və o, artıq niyyəti saxlaya bilməyəndə və ehkamı «lo lişma»da yerinə yetirəndə, müdriklərimiz dedilər: «İnsan hər zaman Tövrat və ehkamlarla hətta «lo lişma»da da məşğul olmağa borcludur, çünki «lo lişma»dan «lişma»ya gələcək»». Deməli, hətta o niyyət qurmasa belə,  yenə də Yaradanın ehkamını yerinə yetirir. Halbuki icazə verilən şeylərdə, o onları edəndə, bu «vacib olmayan hərəkət» adlanır və  ehkamların hesabına daxil ola bilməz.

Amma qadağan olunmuş şeylərdə, əgər o, düşünmək belə qorxuludur, onları edərsə, onun hesabına günah yazılır. Deməli, o zaman o, Tövrat yolundan geri çəkilir, çünki o, Yaradandan daha uzaq olur. Amma o, ehkamların yerinə yetirilməsi üzrə hərəkətləri «lo lişma»da edəndə, o da Yaradana yaxınlaşır. Lakin bu, yavaş yoldur, yəni bunun sayəsində o, Yaradana uzun yol ilə yaxınlaşır, ta ki onda Yaradanla birləşmək imkanı yaranana qədər.

Halbuki o, ehkamların yerinə yetirilməsi üzrə hərəkətləri lişmada edəndə, bunun sayəsində o, Yaradana hər dəfə daha çox və daha çox birləşir, ta ki Tövrat dadlarına və ehkam dadlarına layiq olana qədər.

Və burada da ayırd etmək lazımdır: o, ehkamdan həzz alır, ya yox. Yəni o, zeytun qədər matsa yeyəndə – əgər o həzz almırsa, bu ehkamı yerinə yetirmək mümkün deyil. Çünki zeytun qədər matsa yeyib həzz almayan, borcunu yerinə yetirməmişdir, çünki həzz almaq lazımdır, yoxsa xeyir-dua vermək olmaz.

Həmçinin şənbədən həzz almaq ehkamdır. Və əgər o, şənbə süfrəsindən həzz almırsa, o borcunu yerinə yetirməmişdir. Buna görə də, qanun var ki, şənbə ərəfəsində günortadan sonrakı dua (minxa)dan sonra insan qaranlıq düşənə qədər yeməməlidir ki, süfrədən həzz alsın, müdriklərin dediyi kimi: «Axı biz öyrəndik: insan şənbə və bayram ərəfəsində minxadan başlayaraq yeməməlidir ki, şənbəyə iştaha ilə daxil olsun. Bunlar ravvin Yehudanın sözləridir»7.

Və buna baxmayaraq, hətta o, vermək naminə niyyət qura bilməsə belə, yenə də matsa yeməyin əmrini və s. yerinə yetirir. Eynilə icazə verilmiş şeylərdə də – hətta o, vermək naminə niyyət qura bilməsə belə, buna baxmayaraq, bu, belə adlandırılır ki, o,icazə verilmiş şeyi yediyi zaman, əgər bu zəruri şeylərdirsə, yəni onlarsız insan mövcud ola bilməzsə, daha böyük maddiləşməyə batmır. Və bu şeyləri hər halda almağa icazə verilir. Yəni hətta o, vermək naminə niyyət qura bilməsə belə.

 

Zəruri olmayan icazə verilən şeylər isə başqa cürdür. İnsan onlardan istifadə edəndə, o, daha çox maddiliyə batır, baxmayaraq ki, o, onları yeyəndə heç bir günah etmir. Və bir tərəfdən demək olar ki, zəruri şeylər, «lo lişma»da yerinə yetirilən ehkamlı şeylərdən bir pillə aşağı səviyyədədir.

Və buradan belə nəticə çıxır ki, aşağıdan yuxarı [aşağıdakıları] ayırd etmək lazımdır.

Qadağan olunmuş şeylər.

İcazə verilən şeylər, hansıları ki, o, vermək naminə yönəldə bilmir.

İcazə verilən şeylər, hansılar ki, bununla belə, zəruridir.

Ehkamla əmr edilən şeylər, hansıları ki, o, vermək naminə yönəldə bilmir.

Vacib olmayan şeylər, hansıları ki, o, vermək naminə yönəldir. (Lakin niyyətsiz ehkam və vermək naminə vacib olmayan şeylər, hansının daha vacib olduğu barədə aydınlaşdırma tələb edir, çünki bunda səhv etmək olar. Buna görə mən bunu aydınlaşdırmaq istəmirəm).

Ehkamla əmr edilən şeylər, hansıları ki, o, vermək naminə yönəldir.

Buradan belə nəticə çıxır ki, əsas mükafat yalnız vermək kelimlərinin əldə edilməsidir. Və bu kelimləri əldə etməklə, o artıq hər şeyi əldə edir.


  1. Baal Sulam, TES (Talmud Eser Sefirot), hissə 1, Daxili təfəkkür, bənd 19.↩
  2. Ari, "Həyat ağacı", qapı 1, budaq 2.↩

  3. Talmud anlayışı, əvvəlki günah sayəsində mümkün olan əmrin yerinə yetirilməsini ifadə edir.↩

  4. Rambam, Mişne Tövrat, Tövbə Qanunları, fəsil 10, qanun 5.↩

  5. Pesax süfrəsi zamanı matsa yemək əmri mövcuddur, yeməli olduğu minimum ölçü "zeytun böyüklüyündə"dir.↩

  6. Yəni icra əmrini yerinə yetirmədi.↩

  7. Traktat Psaxim, 99:2.↩