<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Yenidən doğulmasına ehtiyac qalmasın deyə insan hansı səviyyəyə qədər çatmalıdır

Yenidən doğulmasına ehtiyac qalmasın deyə insan hansı səviyyəyə qədər çatmalıdır

Məqalə 10, 1984-cü il

Sual: Yenidən doğulmasına ehtiyac qalmasın deyə insan hansı səviyyəyə qədər çatmalıdır?

«Dövriyyələr qapısı»  kitabında yazılıb: «ki, bütün İsrail oğulları Naranxay-da tam mükəmməlliyə çatana qədər yenidən doğulmalıdırlar». «Lakin insanların əksəriyyətində Naranxay adlanan beş hissənin hamısı yoxdur, yalnız Asiya aləminə aid olan nefeş vardır».

Buradan belə çıxır ki, hər kəs yalnız öz hissəsini və öz ruhunun kökünü islah etməlidir, daha artıq deyil. Və bununla da onun islah etməli olduğu öz  (nəsibi) başa çatır.

Və məsələ burasındadır ki, bilmək lazımdır ki, bütün ruhlar Adam Rişonun  ruhundan gəlir, axı o, İdrak Ağacı günahını törətdikdən sonra, onun ruhu 600 000 ruha bölündü, yəni Adam Rişon üçün Zoar kitabının dilində «ali şəfəq» adlanan və cənnət (Eden) bağında eyni vaxtda mövcud olan vahid bir nur olan şey, bir çox hissələrə paylanır.

Və «Panim masbirot» kitabına (səh. 56) bax, və orada deyilib: «Və bu ona görədir ki, xeyir və şər bir-birinə qarışdıqdan sonra (yəni günahdan sonra), klipotda böyük bir tikili yarandı, çünki onların müqəddəslikdən yapışmaq gücü var, və onlardan qorunmaq üçün yaradılışın yeddi gününün nuru çox kiçik hissələrə bölündü ki, klipot öz kiçikliyinə görə onlardan qidalana bilməsin.

Bu, dəniz kənarındakı ölkədə olan oğluna böyük məbləğdə qızıl dinarlar göndərmək istəyən padşah haqqında məsələ bənzəyir. Lakin onun ölkəsinin bütün sakinləri oğru və fırıldaqçıdır, onun isə etibarlı bir elçisi yoxdur. Bəs o nə etdi? Götürüb dinarları qəpiklərə xırdaladı və onları çoxlu sayda elçi vasitəsilə göndərdi ki, dövlətin şərafətinə xələl gətirmək bahasına talançılıqdan gələn zövq onlar üçün mənfəətli olmasın».

Eyni şəkildə, zamanların nizamına görə ruhların çoxluğunda, günlərin şəfəqi vasitəsilə İdrak Ağacı günahı səbəbindən klipot tərəfindən qarət edilmiş bütün müqəddəs qığılcımları aydınlaşdırmaq  olar, necə ki yuxarıda deyilib.

Ruhların çoxluğunun mənası daxili nurlara bölünmədir, çoxlu günlər isə xarici nurlara bölünmədir, və sikkə sikkəyə yığılaraq Adam Rişonun günah işlətdiyi böyük nurun hesabına toplanır və o zaman İslahın Sonu  gələcəkdir.

Buradan belə çıxır ki, doğulan hər bir kəs, Adam Rişonun ruhunun payından yalnız kiçik bir hissə ilə doğulmuşdur və o, öz hissəsini islah etdikdə, artıq bir daha yenidən doğulmalı (təkrar təcəssüm etməli) olmur. Buna görə də insan yalnız öz payına aid olanı islah edə bilər və bu barədə Arinin «Həyat Ağacı» kitabında deyilib: «Heç bir gün digərinə bənzəməz, heç bir an digərinə bənzəməz, və heç bir insan digərinə bənzəməz, və  lebonu 'ladan'ın  islah etməyəcəyi şeyi, xalbanı 'qalban'  islah edər. Axı hər kəs öz payına aid olanı islah etməlidir».

Lakin bilmək lazımdır ki, doğulan hər bir insanın seçim etmək üzrə bir işi var, çünki insan saleh olaraq doğulmur, necə ki müdriklərimiz deyiblər: «Axı r. Xanina bar Papa izah edir: hamiləliyə cavabdeh olan və adı «Gecə» olan həmin mələk nütfəni götürür və onu Yaradanın hüzuruna gətirərək Onun qarşısında deyir: «Dünyanın Rəbbi! Bu nütfə, ondan nə olacaq? Güclü, yoxsa zəif? Ağıllı, yoxsa axmaq? Zəngin, yoxsa yoxsul?» Lakin onun günahkar, yoxsa saleh olacağını soruşmur».

Belə olan halda buradan belə çıxır ki, insan saleh olaraq doğulmur, çünki «günahkar, yoxsa saleh olacağını soruşmur», lakin bu,  insana seçim üçün verilmişdir. Hər kəs Tövrat və ehkamlardakı öz səylərindən asılı olaraq qəlbini təmizləməyə və öz ruhunun kökündən ona verilmiş olan öz xüsusiyyətini islah etməyə layiq görülür, və o zaman o, mükəmməlliyə çatır.

İnsanın doğulduğu ilk səviyyə

Zoar kitabında, Mişpatim fəslində deyilib: «Bax, insan doğulduqda, ona təmizlik tərəfindən, «müqəddəs ofanim» adlandırılanların tərəfindən, yəni Asiya dünyasından olan «heyvan» xüsusiyyətindən bir ruh 'nefeş' verirlər. Daha çoxuna layiq olduqda – ona müqəddəs varlıqlar tərəfindən, yəni Yetsira aləmindən bir ruh 'ruax' verirlər. Daha çoxuna layiq olduqda – ona taxt-tac tərəfindən, yəni Briya aləmindən bir ruh 'neşama' verirlər». «Daha çoxuna layiq olduqda – ona Atsilut yolunda bir ruh 'nefeş' verirlər… Daha çoxuna layiq olduqda – ona orta sütun tərəfindən [Atsilut aləminin] bir ruhunu 'ruax' verirlər və o, Yaradanın oğlu adlanır, necə ki buyurulub: «Siz Tanrınız Yaradanın oğullarısınız». Daha çoxuna layiq olduqda – ona ruh 'neşama', yəni binanı verirlər. ... hansılar ki barəsində buyurulub: «Hər bir ruh -'neşama' Yaradanı 'yud-hey' vəsf edər». Və onlarda Avaya adı tamamlanır».

Axı ruhun 'neşama' mükəmməlliyi – onda BYA-dan Naran və Atsilutdan Naran olduqdadır. Və bu mükəmməllik günahdan əvvəl Adam Rişonda var idi, və yalnız günahdan sonra o, öz pilləsindən aşağı düşdü və onun ruhu 'neşama' 600 000 ruha bölündü, necə ki yuxarıda deyilib.

Və buna görə də insanın ruhaniyyəti, onda daxildə yalnız nefeş de-nefeş olduqda belə «neşama» adı ilə adlandırılır, çünki belə bir qayda var ki, hər hansı bir keyfiyyətdən danışarkən hər zaman [onun] ali xüsusiyyətindən danışırlar. Və madam ki insanın ali xüsusiyyəti «neşama» səviyyəsidir, onda insanın ruhaniyyətini ümumilikdə hər zaman «neşama» adı ilə adlandırırlar.

Lakin hər bir insan ən aşağı pillədə doğulsa da, bununla yanaşı belə deyilmişdir: “Axı hər bir insan, əgər əməllərini təmizləmək istəsə, müəllimimiz Musa kimi ola bilər, çünki o, öz üzərinə başqa bir daha yüksək olan ruhu {руах}  Yetsira [aləminin] yüksəkliklərindən qəbul edə bilər, həmçinin Briya [aləminin] yüksəkliklərindən  {нешама} – ruhu ala bilər. Burada müdriklərimizin sözlərindən də tanınmış olan bir şeyi anla: salehlərin canı {руах} və ya onların ruhu {нешама} insanda bir hadisə şəklində yaranır ki, buna “törədilmə” {ибур} deyilir və bu da ona Yaradanın xidmətində  kömək edir.”

Həmçinin Sulam şərhində deyilir: «Və «eşşəkləri qovan » adlandırılan bu təzahür, salehlərin ruhlarına onları pillədən pilləyə yüksəltmək üçün yuxarıdan göndərilən bir köməkdir. Çünki Yaradanın salehlərə göndərdiyi bu kömək olmadan, onlar öz pillələrindən çıxa və daha yuxarıya yüksələ bilməzdilər. Buna görə də Yaradan hər bir salehə yuxarıdan ali bir ruh göndərir, – hər kəsə öz səviyyəsinə və pilləsinə uyğun olaraq, – hansı ki onun öz yolunda ona kömək edir». Və bu, salehin ruhunun «rüşeymi» 'ibur' adlanır, və bu, salehlərin ruhunun aşkarlanması adlanır.

Buradan belə çıxır ki, İbrahim, İtsxaq və Yaqub kimilərin olmadığı bir nəslin olmadığını söylədikdə, bu, onların elə doğulduqları və seçimlərinin olmadığı mənasına gəlmir; lakin həqiqət yolu ilə getməyə çalışan və göstərilməsi lazım olan səyləri göstərən həmin insanlar, hər zaman salehlərin ruhunun «iburu» vasitəsilə yuxarıdan kömək alırlar, yəni onlar ali pillələrə yüksəlmək üçün güc alırlar.

Belə çıxır ki, yuxarıdan verilən hər şey – bir kömək kimidir, lakin müəyyən bir iş və seçim olmadan deyil.

Və dünya yuxarıdan bərəkət (xeyir) cəzb edən bu salehlərin sayəsində mövcuddur, və bunun sayəsində dünya bərqərardır.