<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Barux Şalom Alevi Aşlaq (Rabaş)

Saranın həyatı

Məqalə 7, 1985-ci il

 

Zoar kitabında, Xaey Sara fəslində deyilib: «Başqa bir izah: «padşah» – Yaradandan qorxan zövcədir, necə ki buyurulub: «Yaradandan qorxan qadın vəsf olunacaqdır». Başqa sözlə, bu Şxinadır. «Becərilmiş sahənin yanında» – bu, yad qadındır, yəni Sitra Axradır, necə ki buyurulub: «Səni yad qadından qorumaq üçün». Çünki sahə var və sahə var. Elə sahə var ki, orada bütün xeyir-dualar və müqəddəsliklər hökm sürür, necə ki buyurulub: «Yaradanın xeyir-dua verdiyi sahənin qoxusu kimi», yəni Şxina. Və elə sahə var ki, orada bütün dağıntı, murdarlıq, məhv olma, qətllər və müharibələr hökm sürür, yəni Sitra Axra». Sitatın sonu.

Və bizim yolumuza əsasən bu o deməkdir ki, bizim iki yolumuz var: ya Yaradana doğru gedənlərin yolu ilə getmək ki, onların yolu əta yoludur, ya da – insanlara aparan yol, yəni almaq yolu. Axı məxluqlar yalnız almaq və özünə sevgi baxımından məxluq adlanırlar ki, bu da bizə yaradılışın mərkəzi nöqtəsindən gəlir.

Və bu xüsusiyyət üzərində ixtisar və gizlənmə baş verdi, axı bu yerdə bütün yer üzünün Onun şöhrəti ilə dolu olduğu hiss edilmir, çünki yalnız almaq yerindən çıxdıqda bütün yer üzünün Onun şöhrəti ilə dolu olduğunu dərk etmək mümkündür, lakin almaq xüsusiyyətindən çıxmazdan əvvəl bunun belə olduğuna yalnız inanmaq olar.

Biz isə bunu hiss edə bilək deyə, insana məsləhət verilir: almaq yerindən, yəni qaranlıq və ölüm yerindən çıxsın, – başqa sözlə, həyat nuru [orada] mövcud olsa da, aşkar ola bilməz, hərçənd o orada bərqərardır, lakin insandan gizlədilmişdir. Və bu yerə gələn kəs Həyat Mənbəyindən ayrılır.

Buna görə də bu yer qaranlıq və ölüm adlanır, və ən müxtəlif bəlalar orada yerləşir, və bu «Sitra Axra» 'digər tərəf' adlanır, çünki o, müqəddəsliyə qarşı durur. Axı əta yeri adlandırılan müqəddəslik yerində forma bənzərliyi yerləşir, buna görə də bu yerdə bütün xeyir və zövq açılır, çünki bura xeyir-dua və müqəddəslik yeridir. Və bu, «Yaradandan qorxan qadın» adlanır. Və bizim bütün işimiz yalnız ali malxutun boyunduruğunun qəbul edilməsi adlandırılan Yaradan qarşısında (ehtiramla qorxu) xüsusiyyətinə gəlməkdən ibarətdir.

Və buradan bu ayə haqqında müdriklərimizin söylədiklərini anlarıq: «Quzğun kimi qara»: «Sən [Tövratın sözlərini] kimdə tapırsan? … Rava deyir: öz oğullarına və digər ev əhlinə qarşı quzğun kimi amansız (rəhmsiz) olanda». Bəziləri isə belə hesab edir: sən Tövratın nizamlarını kimdə tapırsan. Və Raşi izah edir: «Quzğun öz oğullarına qarşı amansızdır, necə ki buyurulub: «Quzğunun fəryad edən balalarına»».

«Quzğun» 'orev' sözü «şirin» 'arev' sözündən gəlir, necə ki buyurulub: «Çünki səsin şirindir». Və bu, göyərçinə əks olan bir şeydir, axı müdriklər bu ayə barəsində deyiblər: «Və göyərçin onun yanına uçub gəldi …, və budur, o, dimdiyində bir zeytun yarpağı qoparmışdı»: «Və ravvin İrmiya ben Elazar dedi, niyə buyurulub ki: «Və budur, o, dimdiyində bir zeytun yarpağı qoparmışdı»? Göyərçin Yaradanın hüzurunda dedi: «Dünyanın Rəbbi! Qoy mənim qidam zeytun kimi acı olsun, amma Sənin əllərində olsun, və qoy fanilərin (ölümlülərin) əllərində bal kimi şirin olmasın»».

Axı məlumdur ki, insan almaq naminə çalışdıqda və onun bütün canatması yalnız özünə sevgiyə yönəldikdə, bu iş şirin iş adlanır. Və bax, buna görə göyərçin dedi: «Yaxşı olar ki, mənim qidam Yaradanın əllərində zeytun kimi acı olsun», bu o mənada ki, onun ruzisi, yəni özünü qidalandırdığı və bu qidalanma sayəsində yaşadığı şey, – burada onun işinin Yaradan üçün, yəni göylər naminə olmaq üzrə yönəldiyi nəzərdə tutulur, – və bu acı olsa belə, madam ki bədən onun bu qidası ilə razılaşmır, o, əta naminə niyyət qura biləcəyi ölçüdən asılı olacaqdır, axı bu, bədənin doğulduğu təbiətə ziddir.

Belə ki bədən almaq istəyi ilə doğulur və o, yalnız özünə sevgini qidalandıra biləcək şeyi istəyir, və bu, «fanilərin əllərindəki ruzi» adlanır. Və bu ruzidən bədən həzz alır,  bu da ona şirindir. Və bu – quzğun 'orev' xüsusiyyətidir, o zaman ki yalnız «fanilərin ruzisindən» ona şirindir 'arev'. Eyni zamanda, göylərdən asılı olan qidadan, yəni yalnız göylər naminə edə biləcəyi şeylərdən o qaçır, çünki əta üzrə hərəkətlərdən o, acılıq dadı hiss edir.

Buna əsasən belə çıxır ki, quzğun adlandırılan şey – eqoist sevgidəki işdir. Və madam ki almaq istəyi üzərində ixtisar, yəni yoxolma və gizlənmə baş verib və orada ali nur açılmır, quzğunun işi – «qara» bir şeydir, və bax buna görə də buyurulub: «Quzğun kimi qara». Başqa sözlə, Tövrat kimdə bərqərar olur? Yəni Tövratın nuru kimdə parıldaya bilər? Yalnız quzğunun, yəni almaqdakı işin yalnız qaraya apardığını, yəni onun nur deyil, yalnız qaranlıq ala biləcəyini dərk edən kəsdə. Və bu barədə müdriklərimiz izah ediblər: Tövrat yalnız «öz oğullarına və digər ev əhlinə qarşı quzğun kimi amansız olanda» bərqərar olur.

Axı məlumdur ki, ata və oğul – səbəb və nəticə deməkdir. Ona görə də yuxarıda gətirilən ifadəni belə anlamaq lazımdır ki, fanilər naminə çalışmaqla, – hansı ki eqoist sevgidəki işdir, – bu şirin bir iş, yəni «quzğun» olsa da, bunun sayəsində nəticələrin necə olacağını, başqa sözlə, bu işdən yalnız qaranlığın doğacağını, hansı ki «qara» adlanır, bilən kəs dərk etməyə gəlir. Və o zaman o bilir ki, «öz oğullarına qarşı amansız» olub, yəni o, bundan doğan nəticələrə rəhm etmir.

Belə çıxır ki, əgər o, quzğun səviyyəsində getməkdən amansızlaşdığını bilirsə, o, öz yolunu dəyişir və bu qidanın zeytun kimi acı olmasına baxmayaraq, Yaradan naminə çalışmağa razı olan göyərçinin yolu ilə getməyə başlayır. Lakin nəticələr, yəni oğullar, bu işdən zövq alacaqlar, çünki «əta naminə» olan səbəb bu yerə ali bərəkətin (xeyrin) göndərilməsinə gətirib çıxarır. Və yuxarıda deyildiyi kimi, öz oğullarına qarşı amansızlaşan quzğunla isə bunun əksidir.

 

Və izah etmək olar ki, İsrail göyərçinə bənzədilir, çünki yuxarıda deyilənlər nəzərdə tutulur. Və bu, «Yaşar-El» 'birbaşa Yaradana' xüsusiyyəti olan Kneset İsraildir (İsrail Birliyidir) ki, bu da İsrail xalqının etdiyi hər bir şeydə onun niyyətinin birbaşa Yaradana doğru olması deməkdir. Eyni zamanda, dünya xalqları yad tanrı 'el-zar' xüsusiyyətinə aiddirlər, çünki onlar öz işlərini tanrıya, yəni Yaradana aid etmək istəmirlər.

Və buradan bu ayəni izah etmək lazımdır: «Heyvana öz yemini, quzğunun fəryad edən balalarına [ruzi] verir». Və anlamaq lazımdır ki, niyə «heyvan» «quzğunla» qonşuluqdadır. Və bu, müdriklərimizin bu ayəni izah etdikləri kimidir: «İnsanı və heyvanı [xilas edərsən Sən, Yaradan]»: «Rav Yeuda dedi, Rav dedi: «Bunlar ağılla hiyləgər olan və özlərini heyvana bənzədən insanlardır»», atam və müəllimimin izah etdiyi kimi, bu, əsası əta edən kelim olan bilik üzərində inam xüsusiyyətidir.

Quzğunun balaları isə – onun öz nəticələrinə, başqa sözlə, eqoist sevgidən doğan şeylərə baxıb gördüyü zamandır. Onlar Yaradana doğru fəryad etməyə başlayırlar ki, O onlara əta edən kelim və bilik üzərində inam xüsusiyyəti bəxş etsin. Və bu, quzğun xüsusiyyəti adlandırılan eqoist sevginin ona hansı nəticələr gətirəcəyini dərk etməyə gəldikdən sonradır. Və bu barədə demək olar ki, bu belə adlanır: «Yaradan Onu çağıranların hamısına, Onu həqiqi mənada çağıranların hamısına yaxındır».

Və bu, atam və müəllimimin şənbə nəğmələrindən olan bu sözləri izah etdiyi kimidir: «Səni tanıyanlara Öz mərhəmətini göstər, qısqanc və intiqam alan Yaradan», – burada nəzərdə tutulur ki, insan əgər əta yolu ilə getməsə, dərhal cəza alacağını dərk etməyə gəldikdə, o zaman o, büdrəməmək və eqoist sevgiyə aparan yola qədəm qoymamaq üçün artıq zəmanətli şəkildə özünü qoruyacaqdır, çünki bunun onun ruhunda olduğunu bilir. Yəni o, qaranlıq və ölüm kölgəsi yerinə düşəcəkdir. Və o zaman o deyir: «Öz mərhəmətini göstər», axı O – «qısqanc və intiqam alan Yaradandır».

Buna görə də onlar Yaradandan onlara mərhəmət bəxş etməsini xahiş edirlər. Əks halda onlar məhv olduqlarını bilirlər. Çünki yalnız Yaradanın onlara göstərəcəyi mərhəmət sayəsində onlar əta edən kelim əldə edəcəklər. Və bu, yuxarıda deyildiyi kimi göyərçin xüsusiyyətidir. Eyni zamanda, quzğundan, yəni quzğun adlandırılan və öz işlərinin şərti olaraq tələb etdikləri şirinlikdən – bundan o, amansızlaşır, yəni o, özünün bütün oğullarını öldürür. Başqa sözlə, o, öz işinin nizamını işindən hiss etdiyi şirinlik ölçüsü ilə ölçdüyü üçün özünün bütün gələcəyini itirir, axı onun bütün hesabı yalnız almaq istəyinin onu apardığı yola uyğundur.

Və «Heyvana öz yemini verir» sözlərinin mənası budur. O, onlara yuxarıda deyildiyi kimi inam xüsusiyyəti adlandırılan yemi nə zaman verir? O vaxt ki, «quzğunun fəryad edən balalarına», yəni onlar quzğundan doğan balalar adlandırılan nəticələrin ölümə məhkum olduğunu anladıqda, necə ki yuxarıda deyilib, çünki bu, Həyat Mənbəyindən ayrılmağa aiddir. Bax o zaman, onlar Yaradanı çağırdıqda ki, O onlara kömək etsin, onlar Yaradanı həqiqi mənada çağırırlar. Və bu, buyurulduğu kimidir: «Yaradan Onu çağıranların hamısına, Onu həqiqi mənada çağıranların hamısına yaxındır».