Barux Şalom Alevi Aşlaq (Rabaş)
Kəşfiyyatçılar haqqında məqalə
Məqalə 28, 1985-ci il
Zoar kitabı Musanın [İsrail] torpağını tədqiq etmək üçün göndərdiyi kəşfiyyatçılarla bağlı vəziyyəti ruhani torpaq baxımından izah edir. Və o deyir: «Deyildiyi kimi, yəni Yaradan onlara deyir: «Bura ilə, cənubdan qalxın»1 – Tövratda səy göstərin, … və onun sayəsində o aləmi dərk edərsiniz. «Və torpağı nəzərdən keçirin, o necədir »2 – yəni onun sayəsində o aləmi görərsiniz, … hansına ki, Mən sizi daxil edirəm. «Və onda yaşayan xalq»2 – bu, Eden bağındakı salehlərdir»3.
««O qüvvətlidirmi, yoxsa zəifdirmi»2 – yəni onda siz onların öz şər başlanğıclarını bütün qüdrətlərilə dəf edərək və onu sındıraraq bunlara layiq olduqlarını, yaxud da süstlüklə, səy göstərmədən layiq olduqlarını görərsiniz. Onlar gecə və gündüz onunla məşğul olaraq Tövratda möhkəmlənirdilərmi, yaxud da onda cəhd göstərmədən layiq oldular.
«O azsaylıdırmı, yoxsa çoxsaylıdır»2 – Mənim işimlə məşğul olanlar çoxsaylıdırmı və Tövratda möhkəmlənirlərmi və bütün bunlara layiq oldular, ya yox?»4
««Və bu torpaq necədir: məhsuldardır (bərəklətlidir), yoxsa kasaddır»5 – Tövratın köməyi ilə bu torpağın necə olduğunu bilirsiniz, yəni o aləm nədir, onda yaşayanlar üçün ali xeyir boldurmu, yaxud da onda nə isə çatışmır»6.
«Və cənubdan qalxdılar və Xevrona qədər çatdılar»7. ««Cənubdan 'ba-negev' qalxdılar» o deməkdir ki, insanlar onda, Tövratda, «qurumuş» 'ba-negev' halda qalxırlar, – yəni süst qəlblə, əbəs yerə, boşuna (sözün əsl mənasında «quruluqda») cəhd edən kimi, çünki düşünür ki, onda mükafat yoxdur. O görür ki, bu aləmin var-dövləti onun üçün itirilib və hər şeyin artıq itirildiyini düşünür. «Qurumuş» 'ba-negev' – deyildiyi kimi: «Su tükəndi»9»10.
««Və Xevrona qədər çatdılar»7 – yəni o, Tövratla birləşməyə 'leitxaber'11 gəlir. … «Xevron isə yeddi ilə tikilmişdir»7 – bu, Tövratın yetmiş üzüdür»12.
««Və Eşkol vadisinə qədər çatdılar»13 – bu, inam tərəfindən asılı olan rəvayət və təfsir sözləridir.
«Və orada bir budaq kəsdilər»13 – orada əsas məzmunu, əsas müddəaları öyrəndilər.
İnama malik olanlar bu sözlərə şadlanırlar və bu sözlər onların daxilində bərəkətlənir və onlar bunlara tək bir kökü və tək bir əsası olan kimi baxırlar və onların arasında heç bir bölünmə yoxdur.
İnama malik olmayanlar və Tövratı lışma-da öyrənməyənlər inamı, yəni malxutu Zeir Anpindən ayrılmağa gətirirlər, … belə ki, onların tək bir əsasa və tək bir kökə malik olduqlarına inanmırlar. Deyildiyi kimi: «Və onu ağacda iki nəfər daşıyırdı»13 – yəni onlar yazılı Tövratla şifahi Tövrat arasında bölünmə aparırdılar.
«Və nar çəyirdəklərindən və əncirlərdən»13 – bu anlayışları bütövlüklə Sitra Axraya, inamsızlıq tərəfinə və bölünmə tərəfinə aid edirdilər. Çünki «nar çəyirdəkləri» 'rimonim' «inamsızlıq» 'minim' sözündən yaranır, «əncirlər» 'teenim' isə: «Və Yaradan onun üçün 'ina' bunu etməyi hazırladı»14 ifadəsindən yaranır, sanki bu təsadüfdür, yəni onlar İdarəetməyə inanmırlar və hər şey haqqında bunun təsadüf olduğunu deyirlər və [bununla] Yaradanı aləmdən ayırırlar»15.
««Və torpağı tədqiq edərək qayıtdılar»16 – yəni şər tərəfə qayıtdılar və həqiqət yolundan sapdılar. Yəni onlar dedilər: «Bizdə nə alındı? Bu günə qədər biz aləmdə xeyir görmədik, biz Tövrata səylər qoyduq, ev isə boşdur. Və biz xalqın arasında ən düşgünlərin arasında yaşadıq. O aləmə isə kim layiq olar və kim ona daxil olar? Bizim üçün belə səylər qoymamaq daha yaxşı olardı». «Və ona [yəni Musaya] danışaraq dedilər»17: «Axı biz sənin bizə məsləhət gördüyün kimi, o aləmin payını dərk etmək üçün zəhmət çəkdik və öyrəndik. Hətta «o [yəni bu torpaq] süd və balla axırsa»17, – o yaxşıdır, o ali aləm, Tövratdan bildiyimiz kimi, – lakin kim ona layiq ola bilər?»18 ««Yalnız xalq qüvvətlidir…»19 – yəni o aləmə layiq olan xalq qüvvətlidir, axı o nəhəng var-dövlətə malik olmaq naminə onunla məşğul olmaq üçün bütün aləmə ümumiyyətlə dəyər vermir. Lakin kim ona layiq olmaq üçün belə edə bilər? Şübhəsiz: «Yalnız bu torpaqda yaşayan xalq qüvvətlidir»19 – ona layiq olmaq istəyən kəs, var-dövlətdə qüvvətli 'az' olmalıdır. Yazı dediyi kimi: «Var-dövlətli kəs isə qudurğanlıqla 'azut' cavab verir»20.
«Və şəhərlər böyükdür, möhkəmləndirilmişdir»19 – yəni daxilində heç bir şeydə çatışmazlıq olmayan, bütün xeyirlərlə dolu evlər. Və bununla birgə: «Və həmçinin Anakın övladlarını [nəhəngləri] biz orada gördük»19 – yəni şir kimi qüvvətli və qüdrətli bədən lazımdır, çünki «Tövrat insanın qücünü tükəndirir»21. Kim ona layiq ola bilər?»22.
«Və daha da: «Amaleq ölkənin cənubunda yaşayır»23 – yəni əgər insan bütün bunlarla belə dəf etməyə layiq olacağını deyərsə, «Amaleq ölkənin cənubunda yaşayır», yəni şər başlanğıc, insana qarşı çıxış edən ittihamçı, daim [onun] bədənindədir.
…Və bu sözlərlə «İsrail oğullarının qəlbini [bu ölkəyə getməməyə] əydilər»24, çünki onun haqqında şər şayiələr yaydılar»25.
«İnama malik olanlar isə. İnama malik olanlar isə, nə dedilər? «Əgər Yaradan bizə lütf edərsə, o zaman … onu bizə verər»26. Başqa sözlə, insan qəlbinin cəhdində Yaradana can atdıqda, o ona layiq olar, çünki O ondan yalnız qəlbi istəyir»27.
«Amma əsla « Yaradana qarşı üsyan etməyin»28. Lakin Tövrata qarşı üsyan etməmək lazımdır, çünki Tövratın nə var-dövlətə, nə də gümüşdən və qızıldan olan qablara ehtiyacı var. «Və o torpağın xalqından qorxmayın»28 – çünki sınmış bədən, əgər Tövratla məşğul olarsa, hər şeydə şəfa tapar. … Və insana hücum edən bütün ittihamçılar onun köməkçiləri olurlar»29. Sitatın sonu.
Zoar kitabının kəşfiyyatçılarla bağlı vəziyyəti insanın ümumilikdə «ali malxut boyunduruğunu öz üzərinə götürmək» adlanan müqəddəs işə daxil olması ilə əlaqədar izah etməsinə uyğun olaraq, bunun sayəsində Sinay dağı yanında dayandıqda, «edəcəyik və eşidəcəyik» dedikləri kimi Tövratı almağa layiq olurlar, – Tövratı almağa layiq olmaq istəyən hər kəsin «edəcəyik» adlanan dövrü keçməli olduğu kimi, sonra isə o «eşidəcəyik» vəziyyətinə layiq ola bilər.
«Edəcəyik» anlayışında isə çoxlu dərəcələr var. Ümumilikdə o iki hissəyə bölünür.
1. Açıq hissə, hansı ki o praktiki olaraq Tövrat və ehkamları icra edir, yəni gecə və gündüz öyrənir və ehkamları bütün incəliklərində və təfərrüatlarında diqqətlə icra edir, belə ki əməl baxımından onun əlavə edəcəyi bir şey qalmır. Və onun niyyəti – hər şeyi Padşahın əmrini icra etmək üçün Göylər naminə etməsidir və buna görə də o bu aləmdə və gələcək aləmdə mükafat alacaqdır. Və bu baxımdan o saleh adlanır.
2. Gizli hissə. Bu, Tövratın gizli hissəsidir, yəni niyyət xüsusiyyətidir. Çünki insanın hərəkəti zamanı özünü nəyə yönəltdiyi insanlardan gizlidir. Ən başlıcası isə budur ki, bu, insanın özündən də gizlidir, çünki bu iş ağıldan yuxarı aparılmalıdır.Beləliklə, ağıl onun işinə nəzarət edə bilməz – o, Yaradanla birləşməyə aparan yolla gedirmi, yəni «əta etmək naminə» adlanan yolla gedirmi, hansı ki, «mükafat almaq üçün deyil» adlanır.Buna görə də bu gizlidir, çünki o, mükafat gözləmədən çalışır. Çünki mükafat ondan gizlədilmişdir.
Bu o deməkdir ki, mükafat üçün işləyən insan yaxşı işlədiyini bilir, çünki mükafat alır. Lakin Yaradanına həzz çatdırmaq üçün – Yaradanın onun işindən həzz alması üçün – işləyən kəs, Yaradanın onun işindən həzz alıb-almadığını görə bilmir. Və o, Yaradanın həzz aldığına inanmalıdır. Belə çıxır ki, mükafat da «əta naminə» adlanır və o da bilik üzərindədır.
Və onun «gizli hissə» adlandırılmasının başqa səbəbləri də var. Və bu iş bütün cəmiyyətə deyil, xüsusi insanlara aiddir, Rambam dediyi kimi: «Müdriklər dedilər: insan daim «lo lışma»da olsa belə Tövratla məşğul olmağa borcludur, çünki «lo lışma»dan «lışma»ya gələcəkdir. Buna görə də azyaşlılara, qadınlara və bütün savadsız kütləyə öyrətdikdə, onlara bilikləri çoxalana və daha böyük müdrikliklə dolana qədər yalnız qorxudan və mükafat almaq üçün işləməyi öyrədirlər, onlara bu sirri çox tədricən, təzyiq göstərmədən vərdiş etdirərək açırlar, o vaxta qədər ki onlar Onu dərk edərlər və Onu tanıyanlar və Ona sevgidən qulluq etməyə başlayanlar»30.
Kəşfiyyatçıların vəziyyəti isə əsasən insanda o qovuşma yolu ilə, yəni əta etmək xüsusiyyətində getmək istədikdə başlayır, axı o zaman kəşfiyyatçılar öz ağıllarına görə ədalətli olan dəlilləri ilə gəlirlər, yəni rasionallıq baxımından haqlı olduqlarını başa salırlar.
Axı məlumdur ki, Zoar «hər bir insan – kiçik aləmdir»31 deyir, yəni o yetmiş xalqdan, həmçinin İsrail xüsusiyyətindən ibarətdir, bu o deməkdir ki, yeddi ölçü, yəni yeddi sfira olduğu üçün, onların qarşısında isə Sitra Axrada yeddi ölçü var və onların hər biri ondan ibarətdir, – beləliklə yetmiş alınır. Və hər bir xalqın öz şəxsi ehtirası var və o öz ehtirasını hamının üzərində hökmranlıq etməyə qoymaq istəyir. Və insandakı İsrail xalqının da Yaradana bağlanmaqdan ibarət olan xüsusi ehtirası var.
Qayda mövcuddur ki, insan özü ilə mübarizə apara bilməz, bunun üçün insana öz şəxsi fikirlərinə qarşı getməyə imkan verən xüsusi qüvvə lazımdır. Eyni zamanda, başqası ilə müharibə etməyə də, belə ki, əgər öz fikrinin həqiqət olduğunu anlayırsa, onda qüvvə və qüdrət var. Və o heç vaxt başqasının fikri qarşısında boyun əymək istəmir.
Və buna uyğun olaraq, əgər yetmiş xalq insanın öz daxilindədirsə, o özü ilə necə mübarizə apara bilər? Yəni bəzən yetmiş xalqın üzərində xalqların biri öz ehtirası ilə üstün gəlir və o zaman insan bu ehtirasın hakimiyyəti altında olur. Və o zaman insan özü haqqında düşündükdə, bunun onun öz şəxsi ehtirası olduğunu görür və yetmiş xalqdan birinin onun üzərində hökmranlıq etmək istədiyini demir, lakin bunun özü olduğunu düşünür, özü ilə mübarizə aparmaq isə çox çətindir.
Buna görə də insan bədənində aləmin yetmiş xalqının, həmçinin İsrailin olduğu belə bir surət yaratmalıdır. Və o özü üçün hansı xalqa aid olduğunu müəyyən etməlidir. Axı qanun var ki, hər bir insan öz vətənini sevir və onun üçün müharibə etməyə hazırdır. Bu halda o, İsrail xalqına, yoxsa yetmiş xalqdan birinə aid olduğuna özü qərar verməlidir. Və əgər o özü üçün İsrail xalqına aid olduğuna qərar veribsə, o zaman yetmiş xalqın müharibə etməyə toplaşdıqlarını gördükdə, yetmiş xalqla müharibə apara bilər.
Və o zaman o yetmiş xalqın İsrail xalqını məhv etmək istədiklərini görür, Pasxa Aqqadasında yazıldığı kimi: «Və bu atalarımızı və bizi müdafiə etdi, çünki bizi məhv etmək üçün təkcə [Firon] üzərimizə qalxmadı, hər nəsildə bizi məhv etmək üçün üzərimizə qalxırlar, lakin Yaradan bizi onların əlindən xilas edir»32. Və əgər o özü İsrail xalqına aid olduğunu bilirsə, onda yetmiş xalqla müharibə etmək üçün qüvvələr var. Çünki təbiətdə vətən üçün müharibə etməyə imkan verən qüvvələr qoyulub, belə ki o özünün – «İsrail» olduğunu bilir və onların onu məhv etmək istədiklərini bilir. Belə çıxır ki, sanki bir-biri ilə müharibə edən iki bədən var. Və o zaman onda müharibə etmək üçün qüvvələr var.
Belə çıxır ki, burada, Yaradanın işindən bəhs etdikdə, İsrail xalqı Yaşar-El 'Yaradana' doğru [yönəlmiş] adlanır. O, Yaradanla qovuşmaq istəyir, yəni malxutu istəyir, başqa sözlə, ali malxut boyunduruğunu öz üzərinə götürmək istəyir. Malxut isə «El» 'Qüdrətli' adlanır, Zoar kitabında deyildiyi kimi: ««Və Qüdrətli hər gün qəzəblənir»33 – bu malxutdur»34. Ondakı yetmiş xalq isə buna qarşı çıxır və ondakı İsrail xüsusiyyəti ilə müharibə edir və cürbəcür hiylələrlə insanın bədənində olan İsrail xüsusiyyətini ləğv etmək və yox etmək istəyirlər.
Burada isə, niyyətlə olan işdə, o niyyəti məhz əta etmək xüsusiyyətinə yönəltmək istədikdə, burada kəşfiyyatçıların dəlilləri başlayır, Zoar kitabının onların dəlillərini Tövratda yazılmış ayələrə uyğun olaraq təhlil etdiyi kimi, – onlar razılaşmırlar və ondakı İsrail xüsusiyyəti ilə müharibə edirlər və onları yer üzündən silmək istəyirlər. Yəni insan təsəvvür etməməlidir ki, onunla mübarizə aparan müxtəlif dəlilləri əldə etməklə arzuladığı məqsədə çatacaq.Çünki yetmiş xalqın əsası alma arzusuna söykənir, İsrail xüsusiyyəti isə məhz heç bir qarşılıq gözləmədən tamamilə Yaradan qarşısında özünü ləğv etməkdən ibarətdir.Buna görə də insan məhz onların fikrinin əksinə getmək istədiyi zaman, casusların əsas iddiaları başlayır. Onlar məntiqə əsaslanaraq insana başa salmağa çalışırlar ki, onun qarşısına qoyduğu məqsədə çatmaq üçün heç bir şansı yoxdur.
Lakin bəzən elə olur ki, kəşfiyyatçılar insana iddia etdikləri hər şeydən daha çətin olan şeyi başa salırlar. Yəni onlar insana deyirlər: «Bil ki, sənin kimi alçaq olan bir insana Yaradan kömək edə bilməz». Bu isə hər şeydən çətindir, çünki qayda belədir ki, insan bəlada olduğu hər an onun dua etmək imkanı var. O halda ki onlar insana sənin işinə heyifdir, çünki Yaradan kömək edə bilməz arqumentləri ilə gəldikdə, – belə çıxır ki, onlar ondan dua etmək imkanını aldılar. Çünki o indi nə edə bilər və ona kömək etməsi üçün kimə müraciət edə bilər?
Zoar kitabında isə deyilib: «Ravvin Yosi dedi: «Onlar hər şey haqqında şayiə yaymaq üçün məsləhətləşdilər. «Hər şey» haqqında nə deməkdir? Bu, [İsrail] torpağı haqqında və Yaradan haqqında deməkdir». Ravvin İtsxaq dedi: «Torpaq haqqında – bu doğrudur. Lakin Yaradan haqqında olduğunu haradan bilirik?» O ona cavab verdi: «Sözlərin mənası bundadır: «Yalnız xalq qüvvətlidir, [bu torpaqda yaşayan]»19. Bu o deməkdir: «Kim onlara qalib gələ bilər?» «Yalnız xalq qüvvətlidir» – məhz belə. Başqa sözlə, hətta Yaradan da onlara qalib gələ bilməz. Və onlar Yaradan haqqında şayiə yaydılar»35.
Və kəşfiyyatçıların insana gələn bütün sözlərinə qarşı, ağla söykənərək onlarla mübahisə etməyə, yaxud onlara cavab verəcəyi şey olana qədər gözləməyə, hələlik isə onların hakimiyyəti altında qalmağa imkan verən heç bir məsləhəti yoxdur. Çünki o zahiri ağla söykənərək onların suallarına heç vaxt cavab verə bilməyəcəyini bilməlidir. Lakin məhz daxili ağla layiq olduqda, o zaman onda onlara [öz haqlılığını] izah edə biləcəyi dil olacaqdır. Hələlik isə o bilik üzərində getməlidir, yəni deməlidir: ağıl çox vacib bir obyekt olsa da, hər halda inam vacibliyinə görə ağıldan yuxarıda durur. Buna görə o ağla uyğun deyil, müdriklərimizin bizə dediklərinə inanmağa imkan verən inam yolu ilə getməlidir – insan ali malxut boyunduruğunu bilik üzərində inam şəklində öz üzərinə götürməlidir. Və o zaman kəşfiyyatçıların dəlilləri üçün heç bir yer yoxdur, çünki onlar yalnız zahiri ağlın biliyinin daxilində danışırlar.
Və buna görə də İsrail Tövratı almağa hazırlaşdıqları zaman dedilər: «Edəcəyik», sonra isə: «Eşidəcəyik». Axı zahiri ağılsız əməl -əməl adlanır, çünki o tamamilə əmr verənə arxalanaraq hərəkət edir, madəm ki əmr verənin onun üçün nəyin yaxşı, nəyin isə şər olduğunu bildiyinə şübhə yoxdur, yəni insan üçün nəyin yaxşı, nəyin isə şər olduğunu. Lakin böyük sual yaranır: bəs Yaradan nə üçün bizə zahiri ağıl verdi və biz bu ağıldan hər şeydə istifadə edirik? Burada isə, Yaradanın işində, biz doğulduğumuz ağla uyğun deyil, bu ağla qarşı getməliyik.
Bu ona görə baş verir ki, Yaradan Ondan kömək xahiş olunmasını istəyirdi. Onun verdiyi kömək isə – Tövratın nurudur. Əgər onlar Yaradanın köməyi olmadan gedə bilsəydilər, onların Tövratın nuruna heç bir ehtiyacı olmazdı, müdriklərimiz dedikləri kimi: «Mən şər başlanğıcı yaratdım və Tövratı ona ədviyyat kimi yaratdım»36. Buna görə də onda Tövratın nurunu cəlb etmək ehtiyacı olsun deyə, bizə daxili ağla möhtac olsun deyə niyyətin gizlənməsində bu iş verildi. Çünki zahiri ağıl tərəfindən Yaradan elə etdi ki, O işdə heç bir kömək verməyəcəkdir, əksinə, əta etmək naminə işdə ona mane olacaqdır. Və bu, Zoar kitabında deyildiyi kimidir: «Əgər insan təmizlənməyə gəlirsə, ona müqəddəs ruhla kömək edirlər və onu təmizləyirlər və müqəddəsləşdirirlər və o müqəddəs adlanır»37.
Və bunun sayəsində insanda öz ruhunun kökünə aid olan Naranxay [nurlarına] layiq olmaq ehtiyacı var. Buna görə də gizlənmə, yəni bilik şəklində islah baş verdi, başqa sözlə, insanın zahiri ağlı Səma naminə işə qarşı olacaqdır və bu zahiri ağlın «biliyinin daxilində» adlanır, hansı ki insan üçün əta etmək naminə işləməyə dəyməyəcəyi bütün hesablamaları aparır. O isə üstün gəldikdə və döyüş meydanından qaçmadıqda və Yaradana bilik üzərində getməyə kömək etməsi üçün, yəni almaq istəyinin hakimiyyəti altında olmamaq üçün dua etdikdə, o zaman Yaradan ona kömək etdikdə, o «daxili bilik» adlanan daxili ağıl alır. Və o zaman bu biliyin sayəsində bədən artıq Yaradana həzz çatdırmaq naminə işləməyə razı olur, deyildiyi kimi: «Əgər Yaradan insanın yollarına lütf edərsə, o zaman onun düşmənlərini də onunla barışdırar»38, yəni şər başlanğıcı.
Belə çıxır ki, o biliyin daxilində olduqda, yəni ağıl ona -bu işi icra etməyə dəyər olduğunu dedikdə, o artıq iş üçün qüc qoymağa qadirdir. Buna görə də onda zahiri ağıl olduqda, bilik onu almaq naminə niyyət [qurmağa] məcbur edir. Və bu «biliyin daxilində» adlanır. Daxili ağla, yəni daxili biliyə layiq olduqda isə, ağıl onu Yaradana həzz çatdırmaq üçün işləməyə dəyər olduğunu [hesab etməyə] məcbur edir.