<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Tövratın sayəsində insanın salehliyə və sülhə layiq görülməsi nə deməkdir

Tövratın sayəsində insanın salehliyə və sülhə layiq görülməsi nə deməkdir

 

Məqalə 3, 1986

 

Zoar kitabında Ravvin Aba aydınlaşdırır: «Nə üçün İbrahim öz nəslindəki bütün qalan kəslərdən daha çox, Yaradanın ona: «Get [öz torpağından]» deməsinə layiq görüldü?», və orada yazılıb: «Ravvin Aba [nitqini] açdı və dedi: «Mənə qulaq asın, ey daş qəlblilər, salehlikdən uzaq olanlar!» «Mənə qulaq asın, ey daş qəlblilər» o deməkdir ki, günahkarların qəlbi nə qədər sərtdir ki, Tövratın yollarını və cığırlarını görürlər, lakin onlara baxmırlar. Və onların qəlbləri sərtdir, çünki onlar öz Sahiblərinə doğru tövbə etmirlər. Və buna görə də onlar: «daş qəlblilər» adlanırlar. «Salehlikdən uzaq olanlar» o deməkdir ki, onlar Tövratdan uzaqlaşırlar və buna görə də salehlikdən uzaqdırlar».

 

«Ravvin Xizkiya dedi ki, onlar Yaradandan uzaqlaşırlar və buna görə də «daş qəlblilər» adlanırlar. Və bu sözlərin mənası: «salehlikdən uzaqdırlar». Niyə? Çünki onlar Yaradana yaxınlaşmaq istəmirlər, axı onlar daş qəlblidirlər, və buna görə də salehlikdən uzaqdırlar. Madam ki onlar salehlikdən uzaqdırlar, sülhdən uzaqdırlar, axı onlara sülh yoxdur, necə ki deyilib: «Günahkarlara sülh yoxdur, – dedi Yaradan». Niyə? Çünki onlar salehlikdən uzaqdırlar, buna görə də onlara sülh yoxdur».

Və anlamaq lazımdır ki, Ravvin Abanın dediyi: «salehlikdən uzaqdırlar» sözü nə üçün onların Tövratdan uzaqlaşdıqları mənasına gəlir. Və buna görə də onlar salehlikdən uzaqdırlar, axı, bir tərəfdən, o deyir ki, salehlik Tövrat adlanır, sonra isə o deyir ki, onlar Tövratdan uzaqlaşdıqları üçün salehlikdən uzaqdırlar. Deməli, Tövrat salehliyin səbəbidir. Lakin biz Tövratla salehlik ('tsdaka') arasında heç bir əlaqə görmürük.

Axı biz dünya xalqlarında görürük ki, onlarda Tövrat yoxdur, necə ki müdriklərimiz buyurublar: «O, Öz sözünü Yaquba bəyan etdi», lakin buna baxmayaraq, onlar sədəqə ('tsdaka') verirlər. Məgər sədəqə əta etmək üçün Yaradana inanmaq, Tövratı və əmrləri yerinə yetirmək lazımdır və yalnız o zaman sədəqə əta etmək olar? O isə deyir: «Onlar Tövratdan uzaq olduqları üçün salehlikdən (sədəqədən) uzaqdırlar».

 

Bir də onun dediklərindən belə çıxır ki: onlar Tövratdan uzaq olduqları üçün sədəqədən ('tsdaka')-dan uzaqdırlar. Belə çıxır ki, sanki Tövrat sədəqə verməyin mümkün olmasına bir səbəbdir, yəni bizim üçün ən vacibi – sədəqəyə gəlməkdir. Bəs bu cür böyük bir pilləyə necə gəlmək olar? Yalnız Tövratın köməyi ilə.

Belə olan halda anlamaq lazımdır ki, sədəqənin əzəməti və vacibliyi nədədir, axı belə çıxır ki, Tövrat sədəqədən daha aşağı bir pillədir, axı Tövratın sayəsində sədəqəyə (salehliyə) gəlmək olar. Və bunu anlamaq lazımdır.

 

Həmçinin Ravvin Abanın sözlərinə əlavə edərək: «Yaradana yaxınlaşmaq istəməyən daş qəlblilər nədir? Onlar Yaradana yaxınlaşmaq istəmədikləri üçünmü salehlikdən uzaqdırlar?» deyən Ravvin Xizkiyanın sözlərini anlamaq daha da çətindir. Bunu necə anlamaq olar? Axı Yaradana yaxınlaşmağın sayəsində onlar daha böyük bir pilləyə, yəni salehliyə layiq görüləcəklər.

 

Həmçinin Ravvin Xizkiyanın dediyi bu sözü də anlamaq lazımdır: «Madam ki onlar salehlikdən uzaqdırlar, sülhdən uzaqdırlar». Və bunu anlamaq daha da çətindir, axı onun bizə salehliyin vacibliyini izah etməsindən sonra, Ravvin Abanın rəyinə görə, salehlik Tövratdan böyükdür, Ravvin Xizkiyanın rəyinə görə isə, salehlik Yaradana yaxınlaşmaqdan daha böyükdür, – indi o birdən-birə deyir ki, əgər onlarda salehlik pilləsi yoxdursa, onlar sülh pilləsinə gələ bilməzlər.

Belə olan halda anlamaq lazımdır ki, sülh pilləsi nədir, axı belə çıxır ki, bütün bu işlərdən sonra o, sülh pilləsinə nail olacaq. Yəni birinci pillə – bu Tövrat və ya Yaradana yaxınlaşmaqdır, ikincisi – salehlik, üçüncüsü – sülhdür. Və bunu aydınlaşdırmaq lazımdır.

Biz görürük ki, salehlik (inam) adlanır, necə ki İbrahim barəsində deyilib: «Və Yaradana inandı, və O, bunu ona salehlik saydı». Madam ki inam salehlik adlanır, biz artıq bilə bilərik ki, salehliyin ('tsdaka') vacibliyi – bu, dildən hərfi şəkildə qavranıldığı kimi deyil, belə ki «tsdaka» inama işarə edir.

 

Bəs salehlik hesab olunan inam nədir? Biz görürük ki, kasıba sədəqə verən kəs, kasıbın ona [bunu] qaytaracağına və ona verdiyi həmin sədəqə müqabilində hər hansı bir kompensasiya bəxş edəcəyinə ümid etmir. Xüsusilə də gizlin verilən sədəqə halında, o, şübhəsiz ki, hər hansı bir kompensasiya almağı düşünmür. Belə olan halda, o, hər hansı bir kompensasiya olmadan nə isə etdikdə, bu sədəqə ('tsdaka') adlanır.

Madam ki öz üzərimizə götürməli olduğumuz inam hər hansı bir kompensasiya almadan olmalıdır, başqa sözlə, Yaradanın əzəmətinə inanmaq lazımdır, hansı ki Zoar kitabının dilində belə adlanır: «Çünki O, böyükdür və hər şeyi idarə edir». Və qoy onun daxilində ali malxutun yükünü öz üzərinə götürəcəyinə və bunun sayəsində Ondan hər hansı bir mükafat alacağına dair heç bir düşüncə olmasın, bəlkə o, bütövlüklə əta etməyə yönəlsin. Və buna görə də inam sədəqə adlanır – bizə öz üzərimizə götürdüyümüz inamımızın hansı növə malik olmalı olduğunu izah etmək üçün.

Lakin biz əta etməyə yönəlmiş bu cür inama necə gəlmək mövzusuna diqqətlə yanaşmalıyıq. Axı bizim təbiətimiz – əta etmək deyil, yalnız almaqdır. Belə olan halda, insan əta etmək xüsusiyyətinə gəlmək üçün nə edə bilər? Və burada o bizə deyir ki, bu məhz Tövratın sayəsində baş verir, necə ki müdriklərimiz buyurublar: «Mən şər başlanğıcı yaratdım və ona ədviyyat olaraq Tövratı yaratdım».

Və TES-ə (On Sfirotun Tədrisinə) ön sözdə deyildiyi kimi: «Lakin biz Talmud müdriklərinin sözlərində görürük ki, onlar Tövrat yolunu bizim üçün Mişna müdriklərindən daha çox yüngülləşdiriblər. Axı onlar buyurublar: «İnsan hər zaman Tövrat və ehkamlarla, hətta «lo lişma»da (öz mənfəəti naminə) olsa belə məşğul olmağa borcludur, çünki «lo lişma»dan «lişma»ya (Yaradan naminə) gəlirlər». Axı onun daxilindəki nur insanı Mənbəyə qaytarır. Beləliklə, onlar bizim üçün Mişnada, «Avot» [traktatında] yuxarıda deyildiyi kimi gətirilən əziyyətlərin əvəzinə yeni bir şey icad etdilər. Və bu, Tövratın nurudur ki, onda insanı Mənbəyə qaytarmaq və onu Tövrat və ehkamlarla lişma əməlinə gətirmək üçün kifayət qədər güc var».

Və buradan Ravvin Abanın: «“Salehlikdən uzaq olanlar” o deməkdir ki, onlar Tövratdan uzaqlaşırlar və buna görə də salehlikdən uzaqdırlar»- deyən sözlərini anlayacağıq. Və biz soruşmuşduq: məgər Tövrat sədəqəyə (salehliyə) aparan səbəbdirmi, və Tövrat olmadan sədəqə əta etmək olmazmı? İş ondadır ki, yuxarıda deyildiyi kimi, «salehlik» dedikdə inam xüsusiyyəti nəzərdə tutulur, və  Yaradanla forma bənzərliyi əldə etməzdən əvvəl həqiqi inam xüsusiyyətinə gəlmək qeyri-mümkündür, hansı ki bu, onun bütün əməllərinin yalnız Yaradana zövq verməyə yönəlməsi deməkdir.

Və Zoar kitabına ön sözdə deyildiyi kimi: «Çünki qanun belədir ki, məxluq Yaradandan şərin aşkar formasını qəbul edə bilməz. Axı o, – deyilişi belə qorxuludur, – məxluqun şər törədən kimi dərk etdiyi Yaradanın şərəfini təhqir edib… Və buna görə də, insan şəri hiss etdikdə, elə həmin ölçüdə onun üzərində Yaradanın idarəçiliyinin inkarı – düşünmək belə qorxuludur – bərqərar olur, və Qüdrətli Olan ondan gizlənir».

Bunun səbəbi isə ondadır ki, insan əta  keliminə layiq görülməzdən əvvəl, Yaradandan xeyir və həzz almağa qadir deyil. Belə çıxır ki, o, şəri hiss edir, və buna görə də insan, almaq naminə almaq adlandırılan öz şərini islah etməzdən əvvəl həqiqi inama layiq görülə bilməz.

 

Belə çıxır ki, onu Mənbəyə qaytaran Tövratın sayəsində – yəni o, əta kelimi alsın deyə, –  «salehlik» adlandırılan inam xüsusiyyətinə layiq görüləcək, və bu «Onun böyük olması və hər şeyi idarə etməsi ucbatından olan inam xüsusiyyətidir», elə deyil ki, onun inamının əsası hər hansı bir kompensasiya almaq naminə olsun.

Bununla yanaşı, indi Ravvin Xizkiyanın «daş qəlblilər» sözünün mənasını daha çox aydınlaşdırdığı sözləri barədə soruşduğumuzu anlayacağıq. Və o izah edir ki, onlar Yaradandan uzaqlaşırlar, və buna görə də salehlikdən ('tsdaka') uzaqdırlar. Və biz soruşmuşduq: məgər Yaradana yaxınlaşmağın sədəqə ('tsdaka') verməyə imkan yaradan bir səbəb olması mümkündürmü, axı biri ilə digəri arasında hansı əlaqə var? Və Sulam şərhində belə yazılıb: «Və Ravvin Xizkiya Ravvin Abaya zidd getmir, bəlkə ondan daha çoxunu aydınlaşdırır». Və biz soruşmuşduq: axı Ravvin Xizkiyanın aydınlaşdırmasını anlamaq daha çətindir?

Və yuxarıda aydınlaşdırdığımıza əsasən, belə çıxır ki, Ravvin Xizkiya onların daş qəlblilər adlandırılmasının və buna görə də salehlikdən (sədəqədən) uzaq olmalarının nə anlama gəldiyini daha çox aydınlaşdırır. Axı Ravvin Abanın onların Tövratdan uzaqlaşdıqlarını söyləməsi, onların sadəcə Tövratı öyrənməli olduqları və bunun sayəsində «inam» adlandırılan salehliyə layiq görüləcəkləri hesab olunacaq. Hərçənd Ravvin Aba nəzərdə tuturdu ki, Tövratın sayəsində onlar əta kelimi adlandırılan forma bənzərliyinə gələcəklər, çünki onlarda əta kelimi olmayana qədər, yuxarıda deyildiyi kimi, «Sulam» şərhində yazıldığı üzrə həqiqi inam xüsusiyyətinə gələ bilməzlər.

 

Buna görə də Ravvin Xizkiya daha çoxunu izah edir və daha sadə deyir ki, «daş qəlblilər» Yaradandan uzaqlaşanlara deyilir, yəni onlar Yaradana yaxınlaşmaq istəmədikləri üçün, «daş qəlblidirlər», – buna görə də salehlikdən uzaqdırlar. Və buna görə də, yuxarıda deyildiyi kimi, onlar Yaradana yaxınlaşmağa layiq görülməzdən əvvəl, hansı ki bu forma bənzərliyi adlanır və bunlar əta kelimidir, salehlik xüsusiyyəti olan inam xüsusiyyətinə layiq görülmək qeyri-mümkündür.

O ki Ravvin Aba Ravvin Xizkiyanın izah etdiyi kimi izah etmir, – ola bilsin, Ravvin Aba bizə eyni zamanda iki şeyi, yəni: səbəbi və məsləhəti söyləmək istəyir. Onlarda inamın olmamasının səbəbi ondadır ki, onlarda əta kelimi yoxdur. Məsləhət isə belədir: Tövratla məşğul olmaq, axı Tövratın nurunun sayəsində onlar forma bənzərliyinə layiq görüləcəklər, hansı ki bu, onun bütün əməllərinin yalnız əta etməyə doğru olacağı mənasına gəlir. Və o zaman onlar həqiqi inam xüsusiyyəti olan salehlik xüsusiyyətinə layiq görüləcəklər.

O ki Ravvin Xizkiya əlavə edir ki, salehliyin sayəsində onlar sülhə layiq görüləcəklər, – və biz soruşmuşduq: əgər salehlik (sədəqə) inam nəzərdə tutulacaq dərəcədə bu qədər böyük bir şeydirsə, belə olan halda sülh nədir? Axı belə çıxır ki, sanki sülh daha da mühüm bir şeydir.

 

Və izah etmək lazımdır ki, «sülh» işin tamamlanması deməkdir. Axı insan əta etmək keliminə layiq görülməzdən əvvəl, onda inam üçün yer yoxdur. Ondan sonra isə, nə zaman ki onda artıq əta etmək kelimi var və o, inam xüsusiyyətinə layiq görülüb, o, Yaradanın Öz yaratdıqlarına həzz əta etməkdən ibarət olan yaradılış məqsədini dərk edir. Başqa sözlə, o zaman o, Yaradanın Öz yaratdıqlarına həzz əta etmək üçün yaratdığı xeyri və həzzi hiss edir. Və o zaman insan «sülh» xüsusiyyətinə layiq görülür.

 

Halbuki, insan əta etmək kelimi əsasında salehlik xüsusiyyətinə, yəni inam xüsusiyyətinə layiq görülməzdən əvvəl, onda xeyri və həzzi dərk etmək üçün kelim yoxdur, belə ki xeyir üçün islah, yəni «utanc çörəyi»nin olmaması çatışmır. Axı bunun üçün «Birinci İxtisar» (Tsimtsum Alef) adlandırılan islah baş verib. Və yalnız məxluqlarda «əta etmək kelimi» adlandırılan bu islah olduqdan sonra, Yaradanın «Öz yaratdıqlarına həzz əta etmək» üçün nəzərdə tutulmuş nurunun (qalması) imkanı yaranır.

 

Halbuki bundan əvvəl o, Yaradanla ixtilafdadır . Və «Sulam» şərhində deyildiyi kimi: «Sülh də etiraz etdi: “Onun hamısı ixtilaflardan ibarətdir”»¹⁴. Axı o, ehkamlarla əta etmək naminə, özünə həzz qatışığı olmadan məşğul olmağa qadir deyil. Və bax buna görə də o, hər zaman Yaradanла ixtilafdadır, axı ona elə gəlir ki, o, kamil salehdir, və o, öz çatışmazlıqlarını tamamilə hiss etmir. Yəni o, Tövrat və ehkamlarla olan bütün əməllərinin «lo lişma»da baş verdiyini hiss etmir. Və o, hər zaman, – demək belə qorxuludur, – onunla kamil salehlə rəftar edilməli olduğu kimi yaxşı rəftar edilmədiyi üçün Yaradana qəzəblənir.

 

 Beləliklə, biz görürük ki, o, salehlik xüsusiyyətinə, yəni əta etmək kelimi əsasında Yaradana olan inam xüsusiyyətinə layiq görülməzdən əvvəl – hansı ki bu, insanı Yaradana yaxınlaşmağa aparır, – sülhün olması imkanı yoxdur.

Belə çıxır ki, işin tamamlanması məqsədə nail olmaqdır, hansı ki bu, bizim «sülh» pilləsinə gəlməyimiz deməkdir. Bu sülhə isə, biz Yaradana yaxınlaşmazdan, daha sonra isə salehlik adlandırılan inamdan ibarət olan əvvəlki mərhələləri keçməyənə qədər gəlmək qeyri-mümkündür. Ondan sonra isə biz «sülh» adlandırılan məqsədə nail oluruq.