Barux Şalom Halevi Aşlaq (Rabaş)
12.Dua edilməsi vacib olan əsas xisaron nədir
Məqalə № 12, 1986-cı il
Məlumdur ki, varlıq xisaron adlanır. Buna görə də o, "yoxdan var" adlanır. Yaradılmış insan isə xisaronlar — ehtiyaclar ilə doludur. Buna görə də, insanın öz xisaronlarını doldurmaq işində uğur qazanması üçün əvvəlcə bütün digər xisaronların önünə qoymalı olduğu əsas xisaronun nə olduğunu bilməlidir. Ruhani xisaronlar və maddi xisaronlar mövcud olduğundan, o, əvvəla, nəyin ruhani xisaron, nəyin isə maddi xisaron adlandığını aydınlaşdırmalıdır.
"Kabala elminə giriş" kitabında deyilir: "Və bununla yanaşı, ruhaniyyəti maddidən fərqləndirməyən həqiqi tərifini anlayın. Çünki bütün hallarda özündə tamlığa çatmış almaq istəyi, yəni bxinot dalet olan hər şey maddi adlanır və o, gözlərimiz önündə sərilmiş bu dünyanın bütün kainat elementlərində mövcuddur. Almaq istəyinin bu yüksək ölçüsündən yuxarıda yerləşən hər şey isə 'ruhaniyyət' sözü ilə təyin olunur".
Buna əsasən məlum olur ki, maddi adlanan şey bizim almaq istəyimizin doldurulması ilə əlaqədardır. Yəni insanın öz şəxsi xeyri üçün etdiyi hər şey maddi adlanır. Yaradan üçün etdiyi şey isə ruhani adlanır.
Və deyilənlərdən avtomatik olaraq aydın olur ki, maddi üçün kli (qab), yəni şəxsi xeyrini doldurmaq ehtiyacı baxımından biz özümüzə almaq üçün almaq istəyi klisi yaratmaq qayğısına qalmamalıyıq, çünki bu kelimi (qabları) Yaradan varlığın yaradılışından dərhal sonra bizə vermişdir. Məlum olduğu kimi, "Öz məxluqlarını həzz almaqla sevindirmək istəyi" adlanan yaradılış məqsədi xeyir və həzz almaq üçün can atsın deyə, yoxdan var kimi almaq istəyini yaratdı. Yaradan isə şübhəsiz ki, bu klini Öz istəyinə uyğun olaraq doldurur. Belə çıxır ki, alan kelim üçün dua etmək lazım deyil.
Buna görə də maddi üçün olan dua yalnız doldurulmaq üçün edilən duadır, yəni Yaradanın bizə hiss etdiyimiz və çatışmadığını duyduğumuz hər şeyi doldurması üçün edilən dua. Çünki xisaronun hiss olunması bizə əzab verən şeydir. Duyğularımızdakı əzablar isə xisaronlarımızı doldurmaq üçün əlimizdən gələni etməyimizin səbəbidir.
Yaradanın xisaronlarımızı doldurması üçün-ruhaniyyət üçün dua etməli olduğumuz zaman — vəziyyət başqadır. Çünki ruhaniyyət olan xisaron Yaradanın istədiyimizi doldurması üçün dua etməyimizə səbəb olacaq, çünki biz bu xisaronun hələ dolmamasından əzab çəkirik. Çünki bu xisaron hələ içimizdə doğulmayıb — yəni "əta edən kli" adlanan klinin dolmasının bizə çatışmaması — yuxarıda deyildiyi kimi, ruhani ilə maddi arasındakı fərq budur. Çünki maddi kli deyildikdə, insanın öz şəxsi xeyrini doldurmaq istədiyi alan kli başa düşülür. Ruhani kli isə məhz "Yaradanın xeyrini" doldurmaq istəyən və şəxsi xeyri ilə ziddiyyətdə olan kli adlanır.
Və varlığın təbiətində bu kli yoxdur. Çünki insan təbiətdən yalnız şəxsi mənfəət klisi ilə doğulur. Bədənimizə Yaradanın "xeyri" üçün işləməli olduğumuzu söylədikdə isə, o, ümumiyyətlə nə haqqında danışıldığımızı bilmir. Çünki onun ağlına belə gəlməzdi ki, şəxsi xeyrə baxmayaraq, bütün gün Yaradanın xeyri haqqında düşünmək olar. Xüsusilə də o eşidəndə ki, Yaradanın xeyri naminə eqoist sevgi ilə əlaqəli həzzlərdən imtina etmək lazımdır.
Və bu, bədənə o qədər qəribə gəlir ki, o, yalnız əta etmək naminə işləmək lazım olduğunu eşidən kimi dərhal ağıllı olmağa çalışaraq soruşur: "Mən bilmək istəyirəm, sən bu xəttə sadiq qalan və sənin kimi əməl etmək istəyən insanları görürsənmi? Bu düzdür, mən səninlə razılaşardım, amma özün de, bütün həyatı boyu bütün düşüncələri yalnız şəxsi xeyir haqqında deyil, məhz Yaradanın xeyri haqqında qayğıya yönəlmiş neçə nəfər görürsən? Və əgər tutaq ki, bilirsən ki, bu xəttə sadiq olan insanlar var, bəs bütün işlərini əta etmək naminə istiqamətləndirmək qabiliyyətinə sahib olmaq üçün onlar nə qədər səy və vaxt sərf ediblər? Ən əsası isə bu, nə qədər vaxt aparmalıdır? Bir ay? İki ay? Bir il? İki il?" Və o, daha da ağıllı sual verir: "Vaxt və səy sərf edən hər kəs bütün işlərində əta etmək üçün niyyət qurmaq bacarığı səviyyəsini əldə edə bildimi?" Və bu sözlər insanı əta etmək yoluna aid işdən uzaqlaşdırmağa qadir olan gücə malikdir.
Yuxarıda deyilənlərin hamısından belə çıxır ki, "Öz Yaradanına həzz vermək" adlanan ruhaniyyət ilə əlaqədar olaraq insanın belə bir xisaronu yoxdur. Əksinə, əgər insanda hər hansı bir düşüncə yaranırsa ki, heç bir əvəz gözləmədən Yaradana əta etmək üçün bir şey etmək lazımdır, dərhal bədənin bütün düşüncələri və istəkləri ona qarşı üsyan qaldırır və qışqırırlar: "Axmaq və dünyada qəbul olunmuş qaydalara qarşı çıxan istisna olma, çünki bütün dünya bilir ki, işləməyə məcbur edən əsas səbəb şəxsi xeyirdir".
Və yalnız bu gücün köməyi ilə o, Tövrat və ehkamlarla məşğul ola bilər. Hərçənd o bilir ki, lişma üçün işləmək lazımdır, lakin bunun üçün ümumi bir cavab mövcuddur ki, o, müdriklərin dediklərini yerinə yetirir: "Həmişə insan Tövrat və ehkamlarla məşğul olmağa borcludur, hətta lo lişma-da olsa belə, çünki lo lişma-dan o, lişma-ya layiq olacaq". Lakin bu barədə qayğılanmağa, yəni özünü yoxlamağa ehtiyac yoxdur ki, o, həqiqətən də lişma xassəsinə bir qədər yaxınlaşır ya yox. O bilir ki, sonda hər şey yaxşı olacaq, yəni şübhə yoxdur ki, o, lişma xassəsinə gəlib çıxacaq. Və əlbəttə ki, hətta lişma-nın nə demək olduğunu düşünməyə belə ehtiyac yoxdur, çünki etməli olmadığı şeylərdə düşünməyə və təfərrüatlara vararaq bunun nə demək olduğunu öyrənməyə ehtiyac yoxdur. O, bütün cəmiyyət — klal kimi yaşayır.
Buna görə də maddiyyat üçün dua edilən dua ilə ruhaniyyət üçün edilən dua arasında böyük fərq var. Çünki ruhaniyyətə gəldikdə, əvvəlcə kli üçün dua etmək lazımdır. Başqa sözlə, xisaron üçün — yəni o, istək adlanan bu klinin, Yaradana həzz verməyə can atmasının olmadığı üçün əzab və iztirab hiss etməlidir.
Buna əsasən belə çıxır ki, onun bu xisaronun doldurulması üçün dua etməyə ehtiyacı yoxdur, necə ki, xisaronu olan və xisaronun doldurulması üçün xahiş edən maddiyyətdə olduğu kimidir, çünki yuxarıda deyildiyi kimi, onun hələ ruhaniyyət üçün heç bir klisi yoxdur. Buna görə də ruhaniyyət üçün dua etmək niyyətində olan insan kli üçün dua etməlidir ki, Yaradan ona Yaradana əta etmək istəməsi üçün kli versin. Və sonra, ruhaniyyətə aid olan klisi artıq mövcud olduqda, o, ruhani klinin içərisinə daxil olması üçün ali xeyir naminə dua edə bilər.
Yuxarıda deyilənlərdən belə çıxır ki, insanın Yaradana dua etməli olduğu həqiqi xisaron kli üzərində olmalıdır. Və bu, "Klisiz nur yoxdur" qaydasına uyğundur. Və o, çatışmayan həqiqi xisaron üçün dua etdikdə, duaya cavab gəlir, yəni Yaradan ona yeni kli verir. Və bu, deyildiyi kimidir: "Və mən sizin bədəninizdən daş ürəyi götürüb, sizə ət ürək verəcəyəm".
Və bu xisaron haqqında mən öz atamdan və müəllimimdən eşitmişəm ki, o, Pursovlu admor olan müəlliminin adından "Haruna əmr et" ayəsi haqqında demişdir: " əmr et " -hər yerdə o deməkdir ki: 'indi və gələcəkdə sövq et [hərəkətə]'. Ravvin Şimon dedi: “Müqəddəs Yazı ən çox maddi zərərin (hərfi mənada: “cibin xisaronunun”) olduğu yerdə “sövq etməlidir”»[5]. O bunu belə izah etdi ki, «cib» pul qoymaq üçün olan kli, “qab” deməkdir. Dünyada isə pul əldə etmək üçün qayğı göstərmək və səy göstərmək qəbul olunub. Və o dedi: «İnsan ən çox cibin xisaronunun olduğu yerdə qayğı göstərməlidir, yəni kli-nin xisaronu nəzərdə tutulur».
Və bu, aydınlaşdırdığımız kimi, ondan irəli gəlir ki, ruhaniyyətdə insan Yaradanın ona ali xeyir və nurlar verməsi üçün dua etməli deyil, əvvəlcə onun klisinin, yəni Yaradana əta etmək istəyi və canatmasının olmasının qayğısına qalmalıdır, çünki təbiətcə bizim yalnız almaq istəyimiz var, əta etmək istəyimiz yoxdur.
Və deyilənlərdən belə çıxır ki, insan müqəddəslik işinə daxil olduqda və kamilliyə çatmaq istədikdə, Yaradana həzz vermək istəmək üçün istək əldə etmək məqsədilə bütün qüvvələrini sərf etməyə borcludur. Və bütün dualarını ona cəmləşdirməlidir ki, Yaradan ona kömək etsin və bu yeni klini bəxş etsin. Və o, Ona deməlidir: "Aləmlərin (Hakimi)! Necə ki, bu dünyada varlıqımın əvvəlindən mənə yalnız şəxsi xeyrim üçün almağı [bacaran] kli verdinsə, Səndən təvəqqe edirəm, mənə indi yeni kli ver, yəni elə bir istəyim olsun ki, yalnız Sənə həzz verim".
Və bu sual yoxdur ki, bizdə bu istəyin çatışmazlığı hiss olunmadığı halda, O, ona əta etmək istəyi adlanan klini versin deyə necə dua etmək olar. Çünki o, bunun çatışmadığını hiss etmir. Və belə olan halda, çatışmazlığı olmayan bir şey üçün necə təvəqqe etmək olar?
Hərçənd o görür ki, "əta etmək istəyi" adlanan bu klisi yoxdur, lakin müdriklərimiz deməyiblərmi ki, insanın sahib olmadığı hər şey, elə hesab olunurmu ki, ona çatışmır? Ali sfirot haqqında deyildiyi kimi ki, bina sfirası, yəni xafets xesed , öyrəndiyimiz kimi, Arix Anpinin roşundan çıxmasına baxmayaraq, yenə də elə hesab olunur ki, guya çıxmamışdır. Hərçənd onun xoxması yoxdur, lakin bu,əsla heç bir xisaron hesab olunmur, çünki onun çatışmazlığı yoxdur.
Biz nə zaman görürük ki, sahib olmadığı şey xisaron hesab olunur? Məhz o zaman ki, o, bundan məhrumdur. Və təkcə bu deyil, insanın bunun olmamasından əzab hiss etməsi lazımdır. Yəni hətta əgər o hiss edirsə ki, bu ona çatışmır, lakin bunun olmamasından əzab çəkmirsə, bu hələ xisaron hesab olunmur. Və belə olan halda, heç bir çatışmazlığı olmayan bir şey üçün o, necə dua edə bilər?
Və buna görə də insan yaradılışın məqsədi haqqında düşünməlidir ki, məlum olduğu kimi, o, Öz məxluqlarını sevindirməkdən ibarətdir. Və insan varlıqlar arasında mövcud olan bu xeyri yoxlamağa başladıqda, yəni varlıqların Yaradanın onlara vermək istədiyi xeyir və həzzdən bu dünyada nə dərəcədə həzz aldıqlarını yoxlayanda və o, bunu varlıqlar arasında tapmadıqda, buradan o dərk etməyə gəlib çıxır ki, şübhəsiz ki, varlıqların xeyir və həzz [almasına] mane olan hansısa səbəb mövcuddur və bu səbəbdən ali xeyir açıla bilmir və bunun üzündən yaradılışın məqsədi öz kamilliyinə gəlib çıxa bilmir.
Və o, özünə baxdıqda deyir ki, gördüyü şey — yəni varlıqların xeyir əldə etməyə gəlib çıxmaması — şübhəsiz ki, onların Tövratı və ehkamları Padşahın əmrinə layiq şəkildə yerinə yetirməmələrindən irəli gəlir. Və bu, müdriklərimizin dediyi kimidir: "Yaradan İsraili ucaltmaq istədi, buna görə də onlar üçün Tövratı və ehkamları çoxaltdı". Buradan belə çıxır ki, Tövrat və ehkamlar sayəsində xeyir və həzzə layiq olmaq mümkündür.
Lakin sual yaranır ki, onlar nə üçün Tövratı və ehkamları Padşaha layiq şəkildə xidmət edərək yerinə yetirmirlər. Və o zaman o deyir ki, bu, bizə Tövrat və ehkamların vacibliyinin hiss olunmasının çatışmamasından irəli gəlir. Həmçinin bizə Onun Öz Tövratını və ehkamlarını yerinə yetirməyi əmr etdiyi ehkamın vacibliyi də çatışmır.
Və o zaman insan bu qəti qərara gəlir ki, yalnız Yaradan bunu düzəldə bilər. Yəni əgər O, bizə Tövrat və ehkamlardakı nurdan bir az açarsa ki, biz onlarda ehtiva olunan həzzini hiss edək, şübhəsiz ki, hər kəs Padşahın əzəmətini hiss edənlərə layiq olaraq, bütün varlığı və canı ilə Padşaha xidmət etməyə qadir olacaq. Və buna görə də Yaradana nə üçün dua etmək lazımdır? O, biraz ali xeyir versin deyə. O zaman hər kəs heç bir səhlənkarlıq etmədən Tövrat və ehkamlarla layiqincə məşğul olacaq.
Lakin biz görürük ki, böyük Ari deyir ki, nukva orada lazımi qaydada deyildi, buna görə də şvira (qırıılma) baş verdi. "Or pnimi" isə Arinin sözlərini belə izah edir: ali xeyir əta etmək naminə o xeyri qəbul etməsi üçün kli içərisinə daxil olmalı olduğundan və nur klinin qəbul etməyə hazır olduğundan daha böyük olduğuna görə — yəni kli nuru dəqiq şəkildə əta etmək naminə niyyət qurmağa qadir olduğu ölçüdə qəbul etməlidir, belə böyük bir nur üçün isə o, əta etmək naminə niyyət qurmağa qadir deyildi — buna görə də nur almaq üçün istiqamətlənmiş kelimin içərisinə daxil olmalı idi.
Və bu, "klipa" adlanır. Belə çıxır ki, kelim qırıldı; bu o deməkdir ki, əgər ali xeyir bu kelimə gələrsə, bu xeyrin hamısı xarici qüvvələrə, yəni klopota gedəcək. Və bu, deyilən kimidir ki, bu qab qırılıb və onun içərisinə heç nə qoymaq lazım deyil, çünki hər şey çölə töküləcək.
Buna görə də insan yuxarıdan ona xeyir versinlər deyə dua etməməlidir, çünki hər şey şübhəsiz ki, xarici qüvvələrə gedəcək. Qoy o, Yaradandan ona kli, yəni Yaradana əta etmək istəyi və canatması versin deyə dua etsin. Və onun bu klisi olduqda, ali xeyir şübhəsiz ki, insana açılacaq və o, yaradılışın məqsədində öz məxluqlarını sevindirmək üçün qoyulmuş xeyir və həzzi hiss edəcək. Buna görə də insanın həqiqətən də çatışmayan şey haqqında Yaradandan xahiş etməsi lazımdır. Və bu, əta edən klidir. Qalan digər şeylər barədə isə onun dua etməsi lazım deyil.