Rabaş

Dua zamanı «ayaqları düzləndirmək və başı örtmək» nə deməkdir?


Barux Şalom Levi Aşlaq (Rabəş)

Dua zamanı «ayaqları düzləndirmək və başı örtmək» nə deməkdir?

32-ci məqalə, 1986-cı il

Zoarda (Veetxanan, səh. 3, b. 10) yazılmışdır: «Dua edən kəs ayaqlarını düzləndirməli və başını örtməlidir – Padşahın hüzurunda dayanan şəxs kimi, və Şxinanı müşahidə etməmək üçün gözlərini qapamalıdır». Və bundan sonra soruşur: «Sən deyirsən ki, "dua saatında Şxinanı müşahidə edən kəs" – Şxinanı necə müşahidə etmək olar?». Və cavab verir: «Lakin bilmək üçündür ki, əlbəttə, dua saatında Şxina onun qarşısındadır. Və buna görə də ona gözlərini açmaq qadağandır».

Və başa düşmək lazımdır ki, dua zamanı ayaqlarımızı düzləndirməyimiz şərti bizə nəyi göstərir və bunda hansı vacib məna cəmlənmişdir. Həmçinin başa düşmək lazımdır ki, dua zamanı başı örtmək nə deməkdir. Və burada dua zamanı başı talit ilə örtmək nəzərdə tutulmur, çünki bu, yalnız səhər duasına aid edilir. Lakin minxa və axşam dualarında, talitsiz dua etdiyimiz zaman – orada başı örtmək nə deməkdir, bu nəyə işarə edir? Və gözləri qapamaq nə deməkdir?

Adətən, «Şma İsrail» duasını deyərkən gözlərimizi qapayırıq. Burada isə deyilir ki, qalan dualarda da gözləri qapamaq lazımdır. Deməli, bu anlayışların nəyə işarə etdiyini bilmək lazımdır. Və Zoarın «Şxinaanı necə müşahidə etmək olar?» sualına verdiyi cavabı başa düşmək lazımdır.

Və izah olunur: «Lakin bunu bilmək üçündür ki, əlbəttə, Şxina dua saatında onun qarşısındadır». Lakin bu izah aydın deyil: gözləri qapamaq ilə Şxinanın onun qarşısında olmasını bilmək arasında əlaqə nədən ibarətdir? Və yuxarıda deyilənlərin hamısını başa düşmək üçün Yaradılışın Məqsədinin nədən ibarət olduğunu və yaradılışın nəticədə hansı səviyyəyə çatmalı olduğunu aydınlaşdırmaq lazımdır.

Məlumdur ki, Yaradılışın məqsədi – məxluqlara həzz verməkdir. Və burada məlum sual yaranır: «Niyə o zaman məxluqların hər biri həzz və zövq hiss etmir, əksini görürük ki, az bir həzz və zövq əldə edənə qədər bütün dünya bəlalar və iztirablar çəkir?». Və adətən, insan öz həyatını təhlil edərkən müdriklərin dediyi kimi deyir: «Belə yaşamaqdansa, ümumiyyətlə doğulmasaydı daha yaxşı olardı» (İruvin, 13).

Cavab budur ki, «havayı çörək» almaqdan yaranan utanc hissi olmasın deyə, bizə «xüsusiyyətlərin oxşarlığı» adı verilən islah verilmişdir; bunun mənası odur ki, insanın həzz və zövq aldığı hər şeyin «əta etmək xatirinə» niyyəti olsun. İnsanın həzzi əta etmək naminə almağa özünü alışdırmaq imkanı olsun deyə, Tsimtsum və gizlənmə baş verdi. Yəni Tövrat və mitsvalarda (ehkamlarda) gizlənmiş nəhəng həzzləri bir dəfəyə almamaq üçün.



Buna görə də biz Zoarın dilində «zəif parıltı» adlanan, yəni çox zəif nur olan adi maddi şeylər üzərində əta etmək xatirinə işin qaydasını öyrənə bilərik. Ruhani qığılcımlar mövcud ola bilsinlər deyə, murdar eqoist istəklərin içərisinə düşmüşlər. Və maddi həzzlərin içində olan bu kiçik nur üzərində biz onları əta etmək xatirinə necə qəbul etməyi öyrənə bilərik. Çünki kiçik həzzlər üzərində öyrənmək və əməlləri əta etmək xatirinə niyyətlə yerinə yetirməyə özünü öyrəşdirmək daha asandır. O zaman demək daha asandır ki, əgər mən onları əta etmək xatirinə istiqamətləndirə bilmirəmsə, onlardan imtina edirəm və bu həzzləri qəbul edə bilmərəm, çünki onlar məni Yaradandan uzaqlaşdırırlar.

Məlumdur ki, Yaradanın arzusu yalnız əta etməkdir, məxluq isə məhz almaq istəyir. Belə olduqda, burada xüsusiyyətlərin uyğunluğu yoxdur. Axı məxluq Yaradanla bağlı olmaq istəyir, halbuki almaq əməli Tsimtsum və gizlənmə səbəbindən onu Yaradanı hiss etməkdən ayırır. Bunlar insanın əta etmək naminə hərəkətlər etməyə özünü alışdırmaq imkanı olması üçün baş verib.Amma Yaradanın idarəetməsi aşkar olsaydı, xeyir və həzz açıq şəkildə görünərdi və insanın öz almaq istəyinə qarşı durmaq üçün heç bir imkanı olmazdı.

Və bununla da müdriklərin insanın dua zamanı ayaqlarını düzləndirməli olduğu barədə dediklərini başa çatdırarıq. İvrit dilində «ayaqlar» (reglaim) sözü Tövratda İsrail xalqına müqəddəs «Eretz İsrail»ə daxil olmaq üçün səy göstərməməyi təbliğ edən və iki arqument gətirən «kəşfiyyatçılar» (meraglim) sözü ilə eyni kökdəndir:

1.İnsanın eqoizmi yalnız Padşaha aparan bu yolla gedəcəyi təqdirdə nə qazana bilər? Əgər Padşah naminə işləyərək səy göstərsə, almaq istəyi qazanmayacaq, əksinə itirəcək. Yalnız əta etmək istəyi qazanacaq. Bəs yaradılışın təməli olan almaq istəyi necə olacaq?

2.Və hətta yenə də -Padşah üçün işləmək lazımdır -desək belə , çünki bu, insana böyük həzz gətirir – əlbəttə ki, hər insan buna qadir deyil və şübhəsiz ki, bunun üçün xüsusi şərtlər tələb olunur; bu, Ruhaniyyətə aparan yolda yaranan bütün maneələri aşmağa qadir olan böyük qabiliyyətlərlə və cəsur ürəklə doğulmuş insanlar üçündür.

Bizə isə bütün xalqla eyni səviyyədə olmaq kifayətdir və hər kəsdən daha yüksək pillələr axtarmağa ehtiyac yoxdur. Mən istisna olmalı deyiləm və mənə Tövratı və ehkamları heç bir niyyət olmadan yerinə yetirmək kifayətdir. Və əlbəttə ki, bu iş daha asan olacaq, çünki o, bizim almaq istəyimizə daha yaxındır.

Və əsas işin Yaradan naminə olduğunu deyən bir neçə insana niyə baxmalıyam? Əlbəttə ki, hamı Yaradan naminə işləyir, mən də onlardan biri kimi olacağam. Və buna «kəşfiyyatçılar» deyilir.

Buna görə də deyilir ki, dua zamanı ayaqları düzləndirmək lazımdır; yəni insan «kəşfiyyatçıların» ona göstərdiyi şeyə – yalnız bir ovuc insanın bu yolla getmək lazımdır dediyi, məhz bu yolun həqiqi olduğunu, başqa heç bir yolun olmadığını söylədiyi yola cavab verməlidir.

Müdriklər bununla bağlı demişlər: «Həmişə qoy insan Tövrat və ehkamlarla hətta "Yaradan naminə deyil" niyyəti ilə də məşğul olsun, çünki bunun sayəsində "Yaradan naminə" niyyətinə gəlib çıxacaq». Və şübhəsiz ki, müdriklərin dedikləri həqiqətdir. Və birbaşa Yaradana aparan, «öz təməlində həqiqət» adlanan bu yolla getməyə çalışmaq lazımdır. Yəni «kəşfiyyatçıların» onun səhv hərəkət etdiyi barədə sözlərinə o, belə cavab verməlidir: «Mən indi Yaradandan təvəqqe etməyə gedirəm ki, mənim seçdiyim və yalnız bu yolun düzgün olduğunu dediyim yolla – öz yolumla getməyimdə mənə kömək etsin».

Və bu, dua zamanı nə üçün ayaqları düzəltməyin vacibliyinin izahıdır. Belə çıxır ki, onun Yaradana tərəf apardığı dua – çatışmayan şey üçündür. Çünki əgər çatışmazlıq yoxdursa, təvəqqe etməyə və dua etməyə də bir şey yoxdur. Və mənim çatışmazlığım nədən ibarətdir? Bu ondan ibarətdir ki, mən «kəşfiyyatçıların» mənə rahatlıq vermədiyini görürəm, mən isə onların yolu ilə getmək istəmirəm. Lakin o zaman görürəm ki, bütün düşüncə və arzularım yalnız şəxsi xeyrimə yönəlib və mən Yaradan naminə heç bir şey etməyə qadir deyiləm.

Belə çıxır ki, mənə çatışmayan şey — hansı barədə ki Yaradandan təvəqqe etməliyəm — mənə yalnız “kli”, yəni “istək” adlanan bir qab verməsidir. Çünki mənə Padşaha xidmət etmək istəyi çatışmır. Mənim bütün can atmağım və istəyim məhz bu olmalıdır. Bununla əlaqəsi olmayan başqa heç nəyə görə narahat olmamalıyam.

Lakin insanın Padşaha xidmət etməyə can atmamasının əsl səbəbi onun Buna xidmət etmək arzusunun olmaması deyil, Baal a-Sulamın dediyi kimidir: «Səbəb odur ki, o, Padşahın hüzurunda durduğuna inanmır. Lakin Padşahın qarşısında durduğunu hiss etdiyi anda isə o, seçim imkanından məhrum olur və "məşəlin fonunda şam kimi" özünü ləğv edir».

Və buna görə də insanın öz işində əldə etməli olduğu əsas şey – yalnız inama, yəni müdriklərin dediyi kimi («Pirkey Avot»): «Görən göz və eşidən qulaq» – Yaradanın mövcudluğu hissinə layiq olmaqdır. İnsan öz eqoizmindən çıxmazdan əvvəl – ona gizlilik yayıldığı müddətdə – o, almaq istəyi olan yerdə nursuz zülmət olan, «ali nurdan azad edilmiş məkan» adlanan İxtisarın təsiri altındadır.

Və buna görə də o, Yaradandan gözlərini açmasını təvəqqe edir ki, Padşahın qarşısında durduğunu hiss etsin. Və bütün bunları o, Padşahın qarşısında durmasından həzz almaq istədiyi üçün deyil, Yaradana əta etmək istədiyi üçün tələb edir, lakin o, Yaradanın əzəmətini hiss etmədikcə bunu etməyə gücü çatmır. O, Yaradan naminə nəsə etmək və şəxsi xeyri barədə düşünməmək üçün öz düşüncələrində ruhlandıqda, «dünya onun üçün qaranlığa bürünür», yəni ona elə gəlir ki, guya bu dünyadan uzaqlaşıb və gedib.

Başqa sözlə, o, bütün reallığın heçliyə çevrildiyini və dəyərsiz olduğunu hiss etməyə başlayır. Və buna görə də bu vəziyyətə daxil olmazdan əvvəl o, dərhal bundan qaçmaq istəyir, çünki bu vəziyyətin onda yaratdığı inamsızlığı hiss edir. Və onun bu yolla getməyə davam etmək imkanı yoxdur, çünki düşünür ki, əgər «yalnız Yaradan üçün» yolu ilə getməyə başlasa, şübhəsiz ki, xoşbəxtlik və həyat dolğunluğu yaşamalıdır. Və qəfildən əksini görür. Soruşulur: niyə belədir?

Cavab odur ki, bu vəziyyətdə o, «Şxina kül içindədir» ifadəsinin nə demək olduğunu hiss edə bilər. Yəni o, o qədər aşağı düşdüyünü və kül səviyyəsinə qədər alçaldığını hiss edir. Və bu vəziyyəti hiss etdikdən sonra o, artıq Yaradana dua edə bilər və Yaradanın «Şxinanı küldən qaldırması» üçün yaxşı əməllər görə bilər.

Yaradanın hakimiyyətini üzərinə götürərək, şəxsi xeyir üçün deyil, yalnız Yaradan naminə işləmək qərarına gələrək, o, dərhal külün dadını hiss edir və Yaradandan gizliliyi üzərindən götürməsini təvəqqe edir, və o zaman «Şxinanın Yaşam Torpağı adlandığını» görməyə layiq olur. Məhz hər şeyi özü üçün deyil, Yaradan naminə etmək arzusu sayəsində əsl həyata layiq görülürlər və «Yaşam Torpağı» anlayışının izahı da budur – bütün həyat bu torpaqdan cücərir. Eyni zamanda, eqoist gücün torpağı «öz sakinlərini yeyən torpaq» adlanır.

Məlumdur ki, almaq istəyi Ruhaniyyətdən ayrılmağa aparır. Və buna görə də «günahkar hələ sağlığında ölü adlandırılır». Eyni zamanda əta etmək «qovuşma» adlanır, necə ki yazılıb: «Və siz, Yaradana qovuşanlar, bu gün hamınız dirisiniz». Bu o deməkdir ki, insan Yaradanın onun gözlərini açmasını istəyir və o zaman inama layiq olacaq, yəni Onun mövcudluğunun reallığını hiss edəcək. Bu o demək deyil ki, o, Padşahın qarşısında durmasından həzz almaq üçün can atır, o, sadəcə olaraq Yaradana sevgi ehkamlarını yerinə yetirmək istəmədiyi üçün günahkar olmamağa çalışır; hədsiz sevgi həzz olmadan ola bilməz, məsələ ondadır ki, insan onu birbaşa əldə etmək istəyir.

Məsələn, insan öz övladlarını sevir, çünki bu, ona həzz verir. Demək olmaz ki, insan nəyisə sevir, amma bundan həzz almır. Çünki insanın əzab hiss etdiyi yerdə məhəbbətə yer yoxdur.Bəzən yalnız elə hallar olur ki, biz əzab çəkməyimizə sevindiyimizi deyirik. Bu isə yalnız əzab vasitəsilə nəsə qazandığımız zaman baş verir.Məsələn, xəstəxanada əməliyyat olunan və həkimə çoxlu pul ödəyən insanı götürək. O, əməliyyatı sevdiyini demir, lakin vacib bir şey — yəni öz həyatını xilas etmək — naminə qazanc əldə edəcəyinə sevinir.

Lakin biz deyə bilmərik ki, insan övladlarını sevmək və onlardan ötrü işləmək istəyir ki, bunun müqabilində həzz alsın. Bu, onun yaradıldığı təbii sevgidir və onun həzz ilə heç bir əlaqəsi yoxdur. Lakin onları sevdiyi üçün o, həm də həzz alır. Beləliklə, uşaqlara olan sevgidən gələn həzz birbaşa gəlmir.

Buna bənzər şəkildə, insan Yaradandan onu yaxınlaşdırmasını və Yaradanın mövcudluğunu hiss etmək imkanı verməsini təvəqqe etdikdə, o zaman o, özünü Yaradan qarşısında ləğv edir. Və əlbəttə ki, o zaman həzz alır. Lakin o, bunu gözləmir, yuxarıda göstərildiyi kimi, onun niyyəti ondadır ki, Yaradan onu yaxınlaşdırsın, çünki o, özünü günahkar görür və şəxsi xeyrindən başqa heç nə edə bilmir. Belə çıxır ki, onun niyyəti – özünə olan sevgidən çıxmaqdır, daha böyük həzz almaq istəyi deyil.

Belə çıxır ki, onun niyyəti özünü sevməkdən çıxmaqdır, daha böyük həzz almaq istəyi deyil. Onun xahişi maddi həzzlərin onu təmin etməməsi və buna görə də öz qarşısına daha böyük həzz almaq məqsədi qoyması ilə bağlı deyil ki, eqoizmi daha çox qazanc əldə etsin. Əksinə, tamamilə bunun tərsidir: o, ümumiyyətlə, öz eqoizmindən çıxmaq istəyir.

Və Yaradandan onu eqoizmdən çıxarmasını və ona inam nuru verməsini təvəqqe etməyinin yeganə səbəbi odur ki, o, yəhudidir və Tövratı və ehkamları yerinə yetirməyə borcludur, çünki Yaradan bizə Öz arzusunu yerinə yetirməyi əmr etmişdir. Və o görür ki, onun Yaradana əta etmək istəyi yoxdur və bütün qayğıları, bütün dünya xalqları kimi, yalnız özünə olan sevgidir. Və bu, ona dünya xalqlarından biri deyil, yəhudi olmaq imkanını təvəqqe etmək üçün təkan verdi.

Lakin yuxarıda göstərildiyi kimi unutmaq olmaz ki, insan həzz hiss etmədən Yaradanın mövcudluğunu hiss edə bilməz. Lakin ona gələn bu həzz birbaşa gəlmir. Yəni onun bunu əldə etmək niyyəti yoxdur, lakin bu ona öz-özünə gəlir: çünki o, Padşahın qarşısında durduğunu hiss etdiyi zaman Padşahın əzəmətini hiss etməsi təbiidir və bu ölçüdə o, həzz alır.

Yuxarıdakılardan belə nəticə çıxır ki, insanın Padşahın qarşısında durması, Ona qarşı özünü ləğv etmək istəməsi və eyni zamanda ikrah hiss etməsi qeyri-mümkündür. Əgər insan görürsə ki, əta etmək naminə işləməyə başlayanda və Yaradan qarşısında özünü ləğv etməsi səbəbindən ikrah hiss etdiyini duyanda, deməlidir ki, bu, Yaradanın xüsusiyyəti deyil. Əksinə, bu hiss ona “sürgündə olan Şxina”nın və ya “kül içində olan Şxina”nın nə demək olduğunu dərk etməsi üçün gəlib.

Bu, Yaradana dua etmək və Ondan özünü Ona yaxınlaşdırmasını xahiş etmək üçün münasib zamandır. Çünki əks halda insan görür ki, öz qüvvəsi ilə ruhani aləmə daxil olmaq üçün heç bir imkanı yoxdur.O hiss edir ki, bədəninin bütün orqanları Padşaha xidmət etmək və öz mahiyyətini ləğv etmək niyyətinə müqavimət göstərir. Bu, o dərəcədə olmalıdır ki, bütün istəkləri yalnız bir məqsədə — Padşaha xidmət etməyə yönəlsin.Məhz bu zaman insan “ehtiyac duyan” adlanır, çünki dünyada ona Yaradanın özündən başqa kömək edə biləcək heç kim yoxdur.

Lakin çatışmazlığa gəldikdə, insan Yaradandan kömək istədikdə onun dolğunluğa layiq olması üçün bir neçə xüsusiyyəti fərqləndirmək lazımdır:

İnsanın nəyi isə çatışmır, lakin o, bu çatışmazlığı hiss etmir. Məsələn, altı nəfərlik ailə başçısı iki otaqlı mənzildə yaşayır. Eyni cür böyük ailələri olan dostları isə üç otaqlı mənzillərdə yaşayırlar. Lakin o, əlində olanla kifayətlənir və çatışmazlıq hiss etmir, başqa bir otaq əldə etmək üçün səy göstərmir. Belə bir çatışmazlıq üçün duaya yer yoxdur və «istək olmadan nur yoxdur, çatışmazlıq olmadan dolğunluq yoxdur» qaydasına əsasən belə duaya cavab yeri də yoxdur.

İnsan çatışmazlıq hiss edir və onu doldurmağa çalışır, lakin ehtiyaclarını ödəmək üçün sərf etdiyi müəyyən vaxtdan sonra görür ki, lazım olanı o qədər də asanlıqla əldə edə bilmir. O, ümidsizliyə qapılır və özü-özünü inandırır ki, xalq arasında ən hörmətli insanlar arasında olmağa ehtiyacı yoxdur və ona əlində olanlar kifayətdir. İnsanın təbiəti də elədir ki, tənbəllik ona sərf olunan səylərin çatışmazlığına bəraət qazandırmağa kömək edir. Və buna görə də o, indi sükunətdədir və heç bir narahatlığı yoxdur, çünki indi heç nə istəmir.

Lakin tam ümidsizliyə gəlməzdən əvvəl o, lazım olanı əldə etmək üçün çox səy göstərirdi. Beləliklə, ona hər dəfə çatışmayan və dolğunluq almağı gözlədiyi şeylər haqqında düşüncələr gəlir. Və arzuladığını əldə etmək üçün necə çox güc sərf etmişdisə, elə bil dolğunluğun özü onu indi geri qayıtmağa və işə başlanğıcdan başlamağa sövq edir.

Onda insan elə bir vəziyyətə gəlib çıxır ki, Yaradandan çatışmazlıq hiss etməyə və səy göstərməyə sövq edən bütün düşüncələri ondan almasını təvəqqe edir. O, Yaradandan düşüncələrində heç bir narazılığın yaranmamasını və indi əldə etmək istədiyi yeganə şeyin – hər şeyin yaxşı olması, yəni heç bir çatışmazlıq hiss etməməsi vəziyyəti olmasını dua edir.

Belə çıxır ki, gözlədiyi dolğunluq – çatışmazlıq hiss etməməkdir. Və istədiyi yeganə şey budur – çatışmazlığı hiss etməməkdən həzz almaq. Və o, indi ümid edir ki, bu, həyatındakı ən yaxşı vəziyyət olacaq.

Yəni əgər dostu onun yanına gəlib soruşsa: «Sənə nə çatışmır? İstəyini doldurmağa çalışacağam». O, ona cavab verəcək: «Mənə inan ki, mən indi elə bir vəziyyətdəyəm ki, heç nədə çatışmazlıq hiss etmirəm və indi yalnız heç nədən narahat olmamaq üçün sakitlik istəyirəm. Mən sadəcə sənə deməyə utanıram, çünki sən şübhəsiz ki, mənə həzz vermək üçün gəlmisən, lakin sənə həqiqəti deyəcəyəm: sən də, səylər göstərməli olduğum və səninlə necə danışmalı olduğumu düşünməli olduğum üçün mənim sakitliyimə mane olursan. Beləliklə, sənə tam həqiqəti deyirəm: buradan get və mənə bir yaxşılıq et – bütün dostlarımıza ötür ki, gəlib mənə baş çəkməsinlər.Əgər onlar mənim onların arasında olmadığımı görürlərsə, bunun səbəbi odur ki, həyatımda hiss etdiyim bütün yaxşılıqlar mənə bütün qayğılardan uzaq olan rahatlıqdan ibarətdir.».

Və əlbəttə ki, insan tənbəllik və ümidsizlik üzərində qurulmuş belə bir çatışmazlıq üçün Yaradanın ona dolğunluq verməsini dua etdikdə, tənbəllik içində olmağa imkan verməklə Yaradan ona necə dolğunluq verə bilər? Belə bir çatışmazlıq doldurula bilməz, çünki bundan heç nə qurmaq mümkün deyil. Bütün dualar isə yalnız quruculuğa yönəlməlidir, əksinə deyil. Biz dünyanın islahı üçün təvəqqe etməliyik, tənbəlliklə isə dünyanı islah etmək olmaz.

İnsan öz çatışmazlığını hiss edir və onun tənbəllik və ümidsizliklə bağlı bütün düşüncələri onu doldura bilmir, buna görə də o, tələb olunanı necə əldə etməyin yollarını axtarmağa çalışır. Belə çıxır ki, o, dünyanın islahını arzuladığı üçün Yaradandan çatışmazlığın doldurulmasını dua edir. O görür ki, olduğu vəziyyətdə bütün tikililəri kiçik uşaqların oynayaraq qurduqları, sonra isə dağıdıb yenidən tikdikləri kubiklərdən düzəldilmiş evlərə bənzərdir. Və hər bir tikilidən onlar həzz alırlar.

O, maddi həyata da eyni şəkildə baxır. Yəni uşaq oyuncaqlarından dünyanı qurmaq mümkün olmadığı kimi, kiçik uşaqlar üçün deyil, hansısa məqsəd üçün yaradılmış dünyanı da maddi həzzlərdən qurmaq mümkün deyil. Əgər belədirsə, o, uşaqlar cəmiyyətində qalmağa necə razı ola bilər?

Buna görə də uşaqlar onunla oynamadığına görə ona gülürlər və onu başa düşmürlər. Niyə? Onlar onun haqqında belə düşünürlər: «Görünür, onda həyat duyğusu yoxdur və o bilmir ki, həyat bizə həzz almaq üçün verilib. O isə bu dünyadan deyil, elə bil həyatdan uzaqlaşmaq və səhraya getmək istəyir».

Lakin o, onlara heç nə cavab verə bilmir, çünki onların ortaq dili yoxdur. Lakin bununla yanaşı, o, Ruhani həyatı qazanmaq istədiyinə görə öz çatışmazlığından əziyyət çəkir. Və yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, yalnız üçüncü çatışmazlıq halında demək olar ki, onun təvəqqesi dua adlanır, çünki o, Yaradanın məxluqlarını həzzləndirmək arzusundan ibarət olan Yaradılışın Məqsədinə çatmaq imkanı olsun deyə, dünyanın islahı məqsədi ilə dolğunluq təvəqqe edir. Və o inanır ki, dünyada mövcud olan gizlilik və bilməməzliyin səbəbi – Yaradandan gələn arzuya – əta etmək istəyinə uyğun olan kelimlərimizin olmamasıdır.

Buna görə də insan Yaradandan ona əta etmək istəyini verməsini xahiş edir. Buna isə Padşahın böyüklüyünü və əhəmiyyətini hiss etməklə nail olmaq mümkündür.Bununla yanaşı, əgər “Şxina sürgündədirsə”, yəni insan əta etmək naminə gördüyü işdə külün dadını hiss edirsə, bu işi necə davam etdirə bilər? Buna görə də belə bir formada edilən dua qəbul olunur.

Və deyilənlərdən Zoarın sualını aydınlaşdırmaq olar: «Başını örtmək və gözləri qapamaq lazımdır deyildikdə nə nəzərdə tutulur – sanki Padşahın qarşısında durursan». Məlumdur ki, baş insanın ağlı adlanır. Və gözlər də «cəmiyyətin gözləri», yəni «cəmiyyətin müdrikləri» yazıldığı kimi ağıl keyfiyyəti hesab olunur.

Və örtmək və gizlətmək o deməkdir ki, ağlın dediklərinə diqqət yetirmək lazım deyil. İnsan dua zamanı elə durmalıdır ki, guya Padşahın qarşısında durur və hətta hələ Padşahı hiss etməsə belə, Yaradanın ona Padşahın qarşısında durduğunu hiss etdirmək üçün inam gücü verməsini dua etməlidir. O, elə bir inam gücü istəyir ki, bədən elə bir inam duyğusu alsın ki, guya o, Padşahı görüb və Ona heyran olub. Məhz belə bir inam üçün o, dua edir.

Və dua zamanı gözləri açmaq qadağandır, çünki Şxinanı müşahidə etmək qadağandır. Və Zoar soruşur: «Bəs Şxinanı necə müşahidə etmək olar?». Və cavab verir: «Bunu bilmək üçündür ki, əlbəttə, Şxina onun duası zamanı qarşısındadır və buna görə də ona gözləri açmaq qadağandır».

Və sual olunurdu: «Bəs cavab nədən ibarətdir?». Məsələ bundadır ki, yuxarıda göstərildiyi kimi, insanın inandığı inam elə bir ölçüdə olmalıdır ki, guya o, Şxinanı görür, əks halda, əgər onun inamı belə bir səviyyəyə çatmayıbsa, o, «həqiqi inam» adlanmır. Və insan məhz belə bir inam üçün dua etməlidir, yəni inam elə olmalıdır ki, sanki hər şeyi öz gözləri ilə görür.