Rabaş

İnsanın şəxsi mülkiyyəti nədir?


İnsanın şəxsi mülkiyyəti nədir?

Məqalə 20, 1987-ci il

Zoar kitabı "Və Korax aldı" ifadəsini izah edir. "[Zoar] soruşur: 'Almaq' nə deməkdir? Və cavab verir: 'Pis məsləhətdən istifadə etdi: başqasının arxasınca qaçan şəxsdən o, qaçıb uzaqlaşır. Və hətta: onda olanı da itirir. Korax başqasının arxasınca qaçdı, özünkünü itirdi, başqasını isə qazanmadı'."

Və ruhani işdə başa düşmək lazımdır ki, nəyə demək olar ki,o insana məxsusdur— yəni onun olduğunu söyləmək olar — və nəyə [Zoarın müəllifləri] onun olmadığını demək istəyirlər. Axı Zoar kitabı başqasının arxasınca qaçıb özünkünü itirən Koraxdan danışır. Ruhani işdə bu hallar bizə nəyi göstərir ki, insan Koraxın cəzasından qoruna bilsin?

Məlumdur ki, yaradılışda əsas yenilik elementi almaq istəyidir, necə ki (TES, Daxili Təfəkkür, hissə 1) deyilir: Yaradanın Öz məxluqlarına həzz vermək istəyi Yaradan ilə məxluqlar arasındakı əlaqədir, çünki O, xisaron xassəsini, yəni [insanın] həzz və zövq almaq üçün istəyinu və canatmasını yaratdı — əks halda heç nədən həzz almaq mümkün deyil.

Məlumdur ki, yaradılışdan əvvəl olanlar haqqında danışmaq olmaz. Haqqında danışdığımız hər şey yalnız "Sənin əməllərindən Səni tanıdıq" səviyyəsində danışılır. Yəni biz yaradılmış varlıqlarda mövcud olan şeylər haqqında danışırıq. Lakin Yaradanın bunu nə üçün belə yaratdığı, yəni bu cür reallıq yaratdığı haqqında danışmaq olmaz, çünki O, bunu başqa cür də yarada bilərdi.

Və biz məxluqda qoyulmuş təbiətdə görürük ki, əgər canatma yoxdursa, heç nədən həzz almaq olmaz. Və daha doğrusu, obyektə olan canatma həzzin ölçüsünü müəyyən edir, həmin obyektdən ala biləcəyimiz o həzzi ki, ona can atırıq.

Və buna görə də hesab edirik ki, "həzz və zövq almaq istəyi" adlanan bu kli — Yaradan tərəfindən yaradılmış klidir. Və bizim bu klini ləğv etmək və almaq istəyini korlamaq üçün nə hakimiyyətimiz, nə də imkanımız var. Və bu kli yaradıldıqdan və Yaradanın ona vermək istədiyi dolğunluğu aldıqdan sonra, kli hiss etdi ki, [onun] kökü əta edəndir, kli isə alandır və burada forma bənzərliyi yoxdur. Ona görə də kli öz kökü kimi əta edən olmaq istədi. Və o, almaq istəyi üzərində ixtisar (tsimtsum) həyata keçirdi, hansındakı, kli alacaq, Yaradan isə əta edən olacaq. Və o bildirdi ki, yalnız əta etmək naminə ala biləcəyi ölçüdə alacaq.

Yalnız "əta etmək naminə" şəklində alan bu kli, yaradılışa aid edilir, çünki bu, Yaradanın yaratdığına əks olan əməldir. Yaradan aşağıdakını həqiqətən də alması üçün yaratdı ki, bu da yaradılışın məqsədi adlanır, hansı ki, "Öz məxluqlarına həzz vermək istəyi"dur ki, məxluqlar həzz alsınlar. Aşağıdakı isə əks əməli yerinə yetirir, çünki o, Yaradanın həzz almasını istəyir. Və bu onun ölçüsüdür, o özü haqqında, özünün həzz alması haqqında düşünmür. Və hər bir əməldə o hesab aparır ki, bu əməli yerinə yetirməyə dəyər, yoxsa yox.

Yəni əgər bundan Yaradana həzz əmələ gələcəksə, o bunu edəcək. Və əgər bundan Yaradana həzz çıxacağını görmürsə, bu əməli etməkdən çəkinir. Yəni hər bir əməldən əvvəl apardığı bütün hesablamalar Yaradana əta etmək imkanının olacağı ölçüyə əsaslanır.

Və bu kli üzərinə yayılan o ali xeyir, hansı ki, "əta etmək naminə" "xəttin nuru" adlanır. Bu o deməkdir ki, bu nur xəttə uyğun olaraq və alan şəxsin əta etmək naminə niyyət qura biləcəyi ölçüdə parıldayır ki, bu da forma bənzərliyi deməkdir. Lakin o, öz şəxsi həzzinə baxmır, çünki o, dvekut arzulayır. Və buna görə də buradan belə çıxır ki, bütün aləmlər, partsufim və sfirot çoxluğu alanların ucbatından əmələ gəldi.

Bu o deməkdir ki, nur Yaradanın kli-sində – «almaq naminə almaq istəyi» adlanan və «Malxut» adlandırılan kli-də parlayarkən, bu kli-də yaradılış niyyətində nəzərdə tutulan xeyir və həzzi qəbul etmək qabiliyyəti var idi.Və şübhəsiz, O, vermək istədiyi xeyir və həzzin ölçüsünə uyğun olaraq kli-nin ölçüsünü də yaratmışdır. Hər halda, bu kli bütün nuru qəbul etdi və orada yalnız vahid, sadə nur var idi. «Həyat ağacı» kitabında deyildiyi kimi: «İxtisardan əvvəl ali sadə nur bütün yaradılışı doldururdu».

Başqa sözlə, vermək istədiyi bütün xeyiri almaq istəyi adlanan malxut qəbul etdi. Çünki bu kli Yaradandan qaynaqlanır və şübhə yoxdur ki, O, klini, vermək istədiyi hər şeyi almağa qadir olan kamil şəkildə yaratdı. Başqa məsələdir ki, sonradan malxut Yaradana məxsus olan klidə almaq istəmədiyini bildirdi, onun özünün klisi, yəni özünün yaratdığı kli var idi. Və aşağıdakı, yəni məxluq Yaradan kimi dərhal kli xəlq etməyə qadir deyil, çünki aşağıdakı etməli olduğu işdə məhduddur, bu kli çox tədricən meydana gəldi. Yəni əta etmək naminə niyyət qura bildiyimiz ölçüdə.

Və buradan bizdə pillələr çoxluğu alınır. Başqa sözlə, nur aşağıdakıların kelimlərinin hazırlığına uyğun olaraq parıldayır. Və buna bənzər şəkildə o [yəni Baal Sulam] (TES, hissə 1) "Həyat ağacı"nda deyilənləri izah edir ki, nur tədricən yayıldı. O soruşur: "ruhaniyyətə münasibətdə 'tədricən' demək necə olar, axı orada zaman faktoru yoxdur, 'tədricən' isə zaman faktorunu nəzərdə tutur?" O, "Or pnimi"də izah edir ki, "tədricən" dedikdə nurun dərhal deyil, pillələrin səviyyələrinə uyğun olaraq, aşağıdakıların əta etmək naminə nə qədər ala biləcəyinə əsasən yayılması nəzərdə tutulur. Bu, "tədricən" kimi müəyyən edilir. Və deyilənlərdən belə çıxır ki, bizim iki klimiz var.

1.Yaradana aid etdiyimiz kli, və bu kli "almaq naminə almaq istəyi" adlanır. Və bu kli kamil şəkildə çıxdı, çünki Yaradandan olanın kamilliyi var.

2.Məxluqa aid etdiyimiz kli, və bu, əta etmək istəyidir. Və bu kli tədricən qurulur, çünki aşağıdakılar bu klini bir anda yaratmağa qadir deyillər.

Və bilmək lazımdır ki, bütün işimiz yalnız bir nöqtəyə əsaslanır, yəni yerinə yetirilməsi əmr olunduğu Tövrat və ehkamlar [ona görədir ki,] islah etməli olduğumuz kliyə çata bilək. Və bu klini yalnız Tövrat və ehkamlar sayəsində islah etmək mümkündür. Ravvin Xananiya ben Akaşiya dediyi kimi: "Yaradan İsraili təmizləmək istədi, buna görə də onlar üçün Tövratı və ehkamları çoxaltdı, necə ki deyilir: 'Yaradan Öz həqiqəti naminə Tövratı ucaltmağı və şöhrətləndirməyi arzuladı'." Və "Kabalа elminə giriş"də deyildiyi kimi: "Və məlumdur ki, təmizlik — təmizlənmə sözündəndir. Və bu, müdriklərimizin dediyi kimidir ki, ehkamlar yalnız İsraili onlarla təmizləmək üçün verilmişdir."

Deməli, bizə yalnız "əta edən kli" adlanan klini islah etmək lazımdır. Və başqa heç bir çatışmazlığımız yoxdur. Və bu, deyildiyi kimidir: "Və etdiyin hər əməldə sənə xeyir-dua verdi". İzahı: "etdiyin" dedikdə kli nəzərdə tutulur. Və əgər biz klini yaratsaq, Yaradan onu bizə xeyir-dua ilə, yəni "Öz məxluqlarına həzz vermək istəyi" adlanan ali xeyirlə dolduracaqdır.

Və əta edən kli həm ürəkdə, həm də ağılda bizim üçün hazırdır. Və bu ona görədir ki, Yaradan bizə alan kli verdi. Və buna görə də hər şeyi öz ağlımızla dərk etmək istəyimiz var. Axı bu arzu bizə müdrikliyi tanımaq susuzluğu verdi, bu isə bizdə Tövratı və ehkamları dərk etmək istəyi oyadır. Bununla yanaşı, biz Ali İdarəetməni anlamağa can atırıq, çünki insan Yaradanın «xeyirxah və xeyir törədən» idarəetmə prinsipi baxımından onunla necə davrandığı barədə özünə hesabat verir.

Və burada bilikdən üstün inamla inanmaq lazımdır. Çünki bədəndə dərk etmək və tanımaq istəyi qoyulub və aydındır ki, insanda da Yaradanın yollarını dərk etmək istəyi oyanır. Lakin dərk etmək və tanımaq haqqında olan bu arzu Tövrat xassəsinə münasibətdə deyilənə aiddir, ali idarəetməyə münasibətdə deyil. Başqa sözlə, bizə bu anlamaq istəyi ilə bu qüvvə əsasında hər şeyi yalnız Tövrat xassəsinə münasibətdə dərk etmək lazımdır, ali idarəetmə haqqında deyil.

Və atam və müəllimim bir dəfə sadə səviyyədə xeyir-duasında dediklərimizi izah etdi ki, "Mübarəksən, Ey… Yaradanımız, … insanı yaradan … və onda boşluqlar və dəliklər yaradan. Sənin izzət taxtın qarşısında məlumdur ki, əgər onların biri açılsa və ya biri bağlansa, yaşamaq və Sənin qarşında [bir saat belə] durmaq qeyri-mümkün olardı". O dedi ki, "dəliklər" ilə "boşluqlar" arasındakı fərq odur ki, dəliyi bağlamaq lazımdır, boşluq isə boş qalmalıdır.

İzahı ondan ibarətdir ki, "qanun" və "hüquq" kateqoriyaları var. "Qanun" odur ki, bunu bilikdən üstün inam qanunu kimi qəbul etmək lazımdır. Və bu, inam xassəsidir və inamın qəbulu agıldan üstün olmalıdır. Deməli, bilik çatışmazlığı, anlama və məsələni dərk etmə bilik olmadan boş məkan kimi qalır. Və insan hər dəfə bu boşluğun dolmaması üçün ehtiyatlı olmalıdır.

Və bu, "İnsanı yaradan" xeyir-duasında dediyimiz kimidir: "…və ya onların biri bağlansa, yaşamaq qeyri-mümkün olardı". Lakin boşluqlar, yəni bilik çatışmazlığının yeri dolmamalıdır, həmişə bilikdən üstün getmək lazımdır. Və bu, əta etmək üçün [çalışan] "ağıl"- moax xassəsi adlanır.

Ədalət xassəsi və ya Tövrat xassəsi isə məhz o yerdir ki, insan Tövratı dərk etmək üçün öz imkanları daxilində hər şeyi etməyə çalışmalıdır. Axı Tövrat "Yaradanın adları" adlanır. Və biz [onları] dərk etməyə və qavramağa borcluyuq. Və burada, yəni Tövratda "dəlik" adlanan o çatışmazlığı bağlamaq lazımdır. Başqa sözlə, heç bir çatışmazlıq («хисарон») olmasın. «Kim çoxaldırsa, bu, təqdirəlayiqdir».

.

Və buna görə də deyirik ki: " əgər açılsa … yaşamaq qeyri-mümkün olardı". "Açılsa" dedikdə "dəlik" nəzərdə tutulur , yəni Tövratı dərk etməkdə dəlik və çatışmazlıq açılacaq. Onda insanın yaşayışı və sabitliyi yoxdur və o, dərhal bu çatışmazlığın Tövrat nuru ilə dolmasını izləməlidir, "çünki onda olan nur mənbəyə qaytarır", çünki bu, ali xeyri qəbul etməyə qadir olan klidir. Və bundan sonra ona Tövratda bürünmüş, "613 ianə" adlanan nur gəlir, necə ki Zoar kitabının Ön sözündə (səh. 242) deyilmişdir.

Lakin dünyada əksinə qəbul olunub. Yəni bilikdən üstün inamla qəbul edilməli olan ali malxut boyunduruğu — məhz burada hər kəs Yaradanın məxluqları necə idarə etdiyini anlamaq istəyir və insanlar bunu bilikdə anlamaq istəyirlər. Tövrata münasibətdə isə — burada onu yetərincə dərk etməyə diqqət yetirmədən bilikdən üstün getməyə razıdırlar.

“Zoar” kitabında deyilir: «“Bu, Tövratın qanunudur”[14]. Həmçinin yazılıb: “Və bu, Tövratdır”[15] – “qanun” sözü olmadan. ...“Bu, Tövratın qanunudur” ifadəsi hər şeyin vahid bir bütövlükdə olduğunu göstərmək və İsrail İcmasını, yəni Malxutu, Yaradana, yəni Zeir Anpinə daxil etmək üçün deyilib ki, hər şey vahid və bölünməz olsun.“Və-zot” – “və bu” ifadəsi ümumi ilə xüsusinin birlikdə olmasını, yəni Zaxar və Nukvanın birlikdə olmasını bildirir. Çünki “Vav” Zaxardır, yəni Zeir Anpin, başqa sözlə, ümumidir; “Zot” isə Nukvadır, yəni Malxut, başqa sözlə, xüsusidir.Lakin “Vav” əlavə edilmədən işlənən “Zot” sözü “Tövratın qanunu” deməkdir. Yəni bu, şübhəsiz ki, “qanun” adlandırılan və “Tövrat” adlanan Zeir Anpindən çıxan Malxutdur. ... Bu, yalnız Tövratın hökmüdür, Tövratın qərarıdır, yəni Malxutdur»[16].

Və başa düşmək lazımdır ki, Zeir Anpinin "Tövrat", "ümumi", "zaxar" və "vav" adlanması nə deməkdir. Malxut isə "Tövratın hökmü", "Tövratın qərarı", "xüsusi" adlanır və o, "nukva" və "İsrail Cəmiyyəti" -Kneset İsrael adlanır.

Və yuxarıda deyilənlərdən izah etmək olar ki, Yaradan Arinin dediyinə uyğun olaraq Zeir Anpin adlanır, hansı ki, dünyada idarəetmə Zeir Anpin və malxut xassəsində baş verir, burada Zeir Anpin "ümumi" adlanır, yəni hər şey ondan çıxır, lakin ondan alan hər zaman yalnız xüsusi elementləri götürür. Yəni hər dəfə ondan ümuminin yalnız bir hissəsi xüsusi elementlər kimi açılır. Və buna görə də malxut "İsrail Cəmiyyəti" adlanır, çünki o, hər dəfə özündə Zeir Anpin adlanan İsrailin hissələrini yığır. Və bu ona görədir ki, malxut Zeir Anpindən ali xeyri alandır.

Lakin digər izah da var: malxutun "İsrail Cəmiyyəti" adlanması ondan ibarətdir ki, o, bütün ruhların ümumiliyidir. Və bu mənada izah etmək olar ki, malxut Zeir Anpindən xeyri alır və İsrail ruhuna ötürür. Lakin Zeir Anpinin "Tövrat" adlanan təsirini malxutun "Tövratın hökmü" və ya "Tövratın qərarı" , "qanun" adlanan təsirindən fərqləndirmək lazımdır.

Məlumdur ki, malxut "inam" adlanır, yəni ali malxutu bilikdən üstün qanun kimi qəbul etmək lazımdır. Çünki Tövratın qərarı belədir ki, inamı bilikdən üstün qəbul etsinlər. Və bu, yuxarıda deyilmiş kimidir, yəni o, "ağıl" -moax xassəsinə aiddir. "Ürək"- liba xassəsində də bilikdən üstün olmaq lazımdır və bədənin bizə nəyi edib nəyi etməməli olduğumuzu izah etməsinə baxmamaq lazımdır. Və hər şey bilikdən üstün olmalıdır.

Tövrat isə — "ümumi" xassəsidir. Yəni hər şey ondan qaynaqlanır ki, bu da "Öz məxluqlarına xeyir vermək", yəni Onun təsirinə daxil olan xeyir və həzz xassəsini bildirir. Və həmçinin bilikdən üstün almağa imkan verən qüvvə də əta edənə daxildir. Başqa sözlə, "Müqəddəs Xeyirxah" adlanan Zeir Anpin bu qüvvəni elə verməlidir ki, aşağıdakının öz biliyini üstələmək və bilikdən üstün getmək qüvvəsi olsun. Axı bu qüvvə "nur" adlanır, istənilən nur isə alidən qaynaqlanır və yalnız kli aşağıdakına aiddir. Kli isə xisaron -tələbat adlanır və xisaron aşağıdakına məxsusdur. Başqa sözlə, əgər aşağıdakı hiss edirsə ki, ona bu qüvvə çatışmır, yəni o, bilikdən üstün getmək istəyir, lakin bacarmır, bu, kli -qab adlanır. Və bu barədə deyilmişdir: "Kli olmadan nur yoxdur". Məlum olduğu kimi, "tələbat olmadan dolğunluq yoxdur".

Bu baxımdan Zeir Anpini "ümumi" -klal sözü ilə adlandırmaq olar, çünki o, hər şeyi özündə ehtiva edir. Yəni o, həm bilikdən üstün inam xassəsini verir, həm də "Yaradanın adları" adlanan Tövrat xassəsini. Və biz artıq "Müqəddəs Xeyirxahın adları" dedikdə Tövrat vasitəsilə açılan "xeyir və həzz" nəzərdə tutulduğunu danışmışdıq, çünki Yaradanın ümumi adı "xeyirxah və xeyir törədəndir"dir. Tövratda isə hər bir hərfdə xüsusi nurun necə açıldığı aydınlaşır. Və bu xassə "Tövrat, İsrail və Yaradan birdir" adlanır.

Və deyilənlərdən bizə Zeir Anpinin nə üçün "Tövrat" sözü ilə adlandırılması aydın olur. Bu, "Yaradanın adları" mənasındadır. Və bu, heç nəyi artırıb-azaltmağın mümkün olmadığı "yazılı Tövrat" adlanır. Çünki "Müqəddəs Xeyirxah" adlanan Əta Edəndə heç bir dərketmə yoxdur. Və buna görə də nəyisə artırmaq və ya azaltmaq olmaz. Əta Edəndə olan hər şey alanda açılır. Başqa sözlə, alandan görünür ki, Əta Edəndə nə var.

Bununla belə, Əta edəndə olan hər şey alanda açılmır, lakin hər dəfə alanda daha bir element açılır. Və buna görə də alan kli olan Malxut «xüsusi» («prat»), Zeir Anpin isə «ümumi» adlanır.Buna görə də Malxut «Şifahi Tövrat» adlanır. Burada «ağız» sözü açılma mənasını verir, yəni insan «Yazılı Tövrat» adlanan Zeir Anpində olanları açıb üzə çıxarır.

Lakin malxut "Tövratın hökmü" adlanır. Bu o deməkdir ki, malxutda açılan bütün Tövrat xassəsi nəyin açıla biləcəyinə dair hökmün [qərarına] tabedir. Başqa sözlə, malxut "alan" adlandığı üçün, alan kliyə yalnız bir şərtlə — əta etmək naminə niyyət qura biləcəkləri ölçüdə — ala biləcəkləri barədə hökm verilmişdi. Və buna görə də malxutda yüksəlişlər və enişlər baş verir.

Və o, "qanun" adlanır, çünki inam nöqteyi-nəzərindən bu, biliksiz qanundur. Və əgər biz özümüzdən soruşsaq ki, inam nə üçün qanun xassəsi olmalıdır, cavab budur ki, Yaradanın qərarı belə idi ki, biz Ona bilikdən üstün xidmət edək. Və buna görə də bu, qanundur.

Və bu baxımdan malxut "Tövratın qərarı" adlanır, yəni Tövrat qərara aldı ki, bilikdən üstün işə münasibətdə işin qaydası belə olacaq. Və Raşinin «Bu, Tövratın qanunudur»[17] ayəsinə dair izah etdiyi kimi:«Şeytan [ittihamçı] və dünya xalqları İsrailə etiraz edərək belə deyirlər: “Bu, hansı əmrdir və onun hansı mənası var?” Buna görə də onun haqqında “qanun” deyilir. Bu, Mənim hökmümdür və sən onu şübhə altına almaqda haqlı deyilsən»[18].

Ona görə də burada da sual yoxdur ki, Yaradan nə üçün bizim Ona bilikdən üstün xidmət etməyimizi arzulayır. Başqa sözlə, bu suala da cavab budur ki, bu, bilikdən üstündür, çünki sadə ağıl göstərir ki, əgər bizim işimiz bilik daxilində olsaydı, yəni bədən Yaradanın məxluqları idarəetmə yollarını dərk etsəydi, kafirlərin və ateistlərin müqəddəslikdən uzaqlaşması üçün imkan olmazdı, hamısı Yaradanın işçiləri olardı. Və bu barədə deyilmişdir: "Çünki Mənim düşüncələrim sizin düşüncələriniz deyil, və sizin yollarınız Mənim yollarım deyil, — Yaradanın sözüdür".

Zoarın dediyi kimi, buna görə də «Və bu» ifadəsi «Vav» hərfi ilə, yəni «və» bağlayıcısı ilə yazılıb. Bu, hər şeyin vahid bir bütövlükdə olduğunu göstərmək və İsrail İcmasını – Malxutu, Yaradana – Zeir Anpinə daxil etmək üçündür[20].Bunu belə izah etmək lazımdır: məlumdur ki, birlik forma oxşarlığı deməkdir. Buna görə də aşağıda olanlar Tövrat və ehkamlarla əta etmək niyyəti ilə məşğul olduqda, bununla hər biri öz ruhunun kökündə, yəni Malxutda, onun Zeir Anpinə – Zaxar adlanan, başqa sözlə, əta edənə bənzər şəkildə, əta etmək naminə olmasına səbəb olur.

Buna görə də deyilir: «İsrail İcmasını, yəni Malxutu, Yaradana, yəni Zeir Anpinə daxil etmək». Beləliklə, aydın olur ki, ümumidə («klal»), yəni Zeir Anpində, Malxuta, yəni qəbul edən Nukvaya ötürən bir qüvvə mövcuddur.Malxutda birlik sayəsində hər dəfə xüsusi («prat») olan üzə çıxır. Buna görə də Malxut «xüsusi» adlanır.

Və buna görə də deyilmişdir: "Və Kneset İsraeli, yəni malxutu Yaradana, yəni Zeir Anpinə daxil etmək", — və beləliklə aydın olur ki, ümumi- klal, yəni malxuta, yəni alan nukvaya ötürən Zeir Anpin var. Və malxutdakı vəhdət sayəsində hər dəfə xüsusi -prat açılır. Və buna görə də malxut "xüsusi" adlanır.

Və deyilənlərdən biz verdiyimiz sualın cavabını anlayacağıq: insanın şəxsi mülkiyyəti nədir və nə haqqında demək olar ki, yalnız insana məxsusdur?

İzah etdiyimiz kimi, insanın dünyada yalnız özünün yaratdığı və «əta edən kelim» adlanan kelimləri var. Yalnız bunlar insana məxsusdur. Amma alan kelimlərə daxil olan şey insana məxsus deyil, çünki bu kli-ni Yaradan xəlq edib. Buna görə də həmin kelimlərə daxil olan hər şey də insana məxsus deyil. İnsanın yalnız əta edən kelimlərə yerləşdirdiyi şeylər ona məxsusdur.

Buna görə də Korax başqasının kelimlərinə, yəni alan kelimlərə almaq istədiyinə görə, öz kelimlərini də, yəni onda olan əta etmək kelimlərini də itirdi.