<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / İnsanın böyüklüyü gələcəyə olan inamının böyüklüyündən asılıdır

Barux Şalom Levi Aşlag (Rabaş)

İnsanın böyüklüyü gələcəyə olan inamının böyüklüyündən asılıdır

Məqalə 9, 1987

Zoar kitabında ("Beşalax" fəsli, səh. 64, "Sulam" şərhi, b. 216) deyilir: "«O zaman Musa nəğmə oxuyacaq»1. Gərək «Musa nəğmə oxudu» deyilərdi. Və [Zoar] cavab verir: Məsələ burasındadır ki, bu, uzaq gələcəkdən asılıdır, yəni o, həmin vaxt üçün tamamlayır, uzaq gələcək üçün tamamlayır, çünki İsrail uzaq gələcəkdə bu nəğməni ucaltmalı olacaq". "«Bu nəğmə» – qadın cinsindədir. Gərək «Bu himn» – kişi cinsində deyilərdi. Və [Zoar] cavab verir: «Bu, həqiqətən nəğmədir – çünki Xanım Hökmdarı mədh edir»3. «Ravvin Yeuda dedi: Əgər bu, həqiqətən Xanımın Hökmdara olan nəğməsidirsə, bəs niyə «Musa və İsrail oğulları» deyilmişdir? Axı Xanım mədh etməli idi? Və [Zoar] cavab verir: Çünki Musa və İsrailin qisməti nə bəxtiyardır ki, onlar Hökmdarı Xanımın adından lazımi şəkildə mədh etməyi bacarırlar».

Və gələcək zamanda yazılanın Qmar Tikunu ifadə etdiyinə dair verdiyi cavabı anlamaq lazımdır. Bu, ruhani iş baxımından bizə nəyi öyrədir? Bundan əlavə, niyə qadın cinsində «nəğmə» deyilməsinə verdiyi cavabı anlamaq lazımdır ki, o bunu malxutun nəzərdə tutulması, yəni malxutun Hökmdarı mədh etməsi ilə izah edir. Və Ravvin Yeuda bu barədə soruşur: Elə isə, əgər malxut nəzərdə tutulursa, bəs niyə «Musa və İsrail oğulları» yazılmışdır? Və buna görə də o izah etməlidir ki, Musa və İsrailə münasibətdə onların Hökmdarı malxutun adından mədh etməyi bacardıqları nəzərdə tutulur. Və bunu da anlamaq lazımdır ki, Musa və İsrailin Hökmdarı malxutun adından mədh etməyi bacarması nə deməkdir. Və niyə onlar Hökmdarı özlərinə görə deyil, məhz malxuta görə mədh etməlidirlər?

Məlumdur ki, Musa «sadiq çoban» adlanır. Və mənim ağam, atam və müəllimim izah edirdi ki, Musa İsraili inam xassəsi ilə bəsləyirdi, inam isə «malxut» adlanır. Yəni o, İsrail xalqının daxilinə «göylərin malxutu» adlanan göylər qorxusunu yeritmişdi. Və buna görə də Musa inamın adına görə «raya neemna»5, «sadiq çoban» adlanır. Deyildiyi kimi: «Və onlar Yaradana və Onun qulu Musaya inandılar».6 Bu, Musanın onlara Yaradana inamı yeritməsi haqqındadır.

Məlumdur ki, insan neqativlə yaşaya bilməz, [yalnız] pozitivlə yaşaya bilər. Axı insanın əldə etdiyi və əldə etdiyindən zövq aldığı şey «qazanc» adlanır. Və bu, «Öz yaratdıqlarına xeyir vermək» adlanan yaradılışın məqsədindən irəli gəlir. Buna görə də insan zövq və həzz almalıdır ki, bədənini nə ilə səmərələndirəcəyi olsun. Və bu «pozitiv» adlanır, yəni öz ehtiyaclarını doldurduğu o doluluq.

Lakin (xisarona) da insanın ehtiyacı var. Əks halda onun həyat nurunun daxil ola biləcəyi bir yeri olmazdı. Və xisaron qab (kli) adlanır, yəni əgər onun kelimi (qabları) yoxdursa, o, heç nə əldə edə bilməz. Və xisaron istək adlanır, yəni onun bir şeyə istəyi var və o hiss edir ki, bu ona çatmır, və o bu xisaronu doldurmaq istəyir. Və xisaronun hiss edilməsinin böyüklüyü və onun doldurulması ehtiyacı insanın xisaronunun ölçüsü rolunu oynayır. Yəni «böyük xisaron» və ya «kiçik xisaron» adlanan şey, bu xisaronu doldurmaq ehtiyacının hiss edilməsinin böyüklüyündən asılıdır.

Yəni əgər insan ona bir şeyin çatmadığı hissiyatına gəlibsə və o bu hissiyatı bütün 248 orqanında hiss edirsə, lakin bu xisaronu doldurmaq üçün güclü istəyi yoxdursa, bu xisaronu doldurmaq üçün böyük istəyin olmamasının bir çox səbəbi var:

1.Yoldaşlarına ona nəyin çatmadığını və bunda ehtiyac hiss etdiyini danışmışdır. Lakin yoldaşları ona başa salmışlar ki, çatmayan şeyi əldə etməyin heç bir imkanı yoxdur. Deməli, öz rəyləri ilə ona təsir etmişlər ki, o, olduğu vəziyyətlə barışmalıdır. Çünki onlar arzuladığına çatmasına mane olan maneələri dəf etməyə imkan verən dəf etmə gücünü zəiflətmişlər. Və avtomatik olaraq, arzuladığına heç vaxt çatmayacağını görməsi səbəbindən xisaron da, canatma da zəifləmişdir. Və buna görə də, yəni öz xisaronunu doldurmaq üçün heç bir imkan görmədiyindən, məqsədə çatmağın qeyri-mümkünlüyü onun xisaronunun zəifləməsinə səbəb olur. Belə çıxır ki, böyük istək ümidsizlik ucbatından azalmışdır.

2. Bəzən isə, o, yoldaşlarına nə istədiyini danışmasa belə, sadəcə yoldaşlarından birinin digərinə necə dediyini eşidir və onların artıq ümidsizliyə qapıldıqlarını eşidir, və o da onların təsiri altına düşür, yəni onların ümidsizliyi ona keçir və onda ən qısa zamanda qovuşmağa gələcəyinə dair əvvəlki coşğunluq itir və onda bu istək gücü yox olur.

3. Bəzən insan hər hansı bir kənar bəd dillər olmadan özü düşünür. Və o görür ki, hər dəfə müqəddəsliyə yaxınlaşmağa çalışdıqda və baş verənləri tənqidi şəkildə təhlil etməyə başladıqda, görür ki, əksinə, irəli deyil, geriyə gedir. Və buna görə də onda işləməyə [imkan verən] güc yox olur.

 

Belə çıxır ki, bu halda o, öz yükünün altında yıxılır, çünki qidalanma alacağı bir yer yoxdur, axı o yalnız neqativi və qaranlığı görür. Buna görə də, sanki «ruhun canlanması» adlanan bir qədər qidalanması olduğu halda, indi həyat gücünü itirir. İndi isə o, özünü ruhani mənada ölü hiss edir. Yəni o, ruhani işdə sanki doğrudan da ölmüş kimi bircə hərəkət də edə bilmir.

Yəni hazırda həqiqəti, yəni şərin dərk olunmasını görməsinə baxmayaraq, bu – neqativdir ki, insan ondan heç bir həyat ala bilməz, çünki bədənin qidalanması yuxarıda deyildiyi kimi məhz pozitivdən baş verir. Buna görə də insan sağ xətlə getməlidir. İki səbəbə görə:

1.Yəni bəd dilləri eşitməsi səbəbindən istəyinin zəifləməməsi üçün. 

2. Məhz pozitivdən baş verən həyatı almaq üçün. Yəni bu pozitivdir, çünki burada (kamillik) var.

 

Lakin işinin nizamını tənqidi şəkildə nəzərdən keçirib həqiqəti, özünə olan sevgiyə nə dərəcədə batdığını gördükdə və bunun həqiqət olduğunu bildikdə, ona «müqəddəslik» adlanan sağ xətlə getməsini deməyin necə mümkün olduğunu anlamaq çətindir. Axı bu, doğru təhlildən sonra gördüyü kimi tamamilə yalandır.

Məlumdur ki, ümumi və xüsusi bir-birinə bərabərdir. Yəni ümumidə mövcud olan şeylərin nizamı, xüsusidə də baş verir. Ümumiyə münasibətdə isə bizə Məsihin gəlişinə inam verilmişdir, deyildiyi kimi («Ani maamin» duasında): «Mən Məsihin gəlişinə tam inamla inanıram və onun gecikməsinə baxmayaraq, mən yenə də… onun gələcəyini gözləyəcəyəm»7.

 

Buna görə də insan ümidsizliyə qapılmamalı və deməməlidir: «Mən görürəm ki, Yaradanla birləşməyə qadir deyiləm». Bu birləşmə isə insanın xalqlar arasında sürgündən – eqoist sevgi adlanan vəziyyətdən çıxması və müqəddəsliyin hakimiyyəti altına daxil olması deməkdir ki, öz ruhunun kökünü islah etməyə və Həyat Mənbəyi ilə birləşməyə çatsın.

Və buradan belə çıxır ki, əgər insan ümumi (klal) baxımından baş verəcək Qurtuluşa inanırsa, xüsusi (prat) baxımından da qurtuluşun onda baş verəcəyinə inanmalıdır. Belə çıxır ki, insan gələcək mənasında müqəddəsliyi öz üzərinə götürməlidir. Belə ki, insan bütün xisaronlarına doluluq aldıqda əldə edəcəyi xeyirin, həzzin və sevincin ölçüsünü özünə təsəvvür etməlidir. Və şübhə yoxdur ki, bu, ona ümid etdiyi o məqsədə çatmaq üçün qəlb rahatlığı və işləmək üçün güc verir.

Və buradan belə çıxır ki, əvvəlcə insan nəyə ümid etdiyini təsəvvür etməlidir. Ki, əgər buna çatarsa, bu, gözlədiyinə çatması baxımından ona xoşbəxtlik və sevinc bəxş edəcək. Lakin bundan əvvəl insan çatmaq istədiyi o məqsədi yaxşıca bilməlidir. Əgər insan diqqət yetirmirsə və həyatından nə gözlədiyinə fokuslanmırsa, qoy özünə desin: «İndi mən bu dünyada nail oluna biləcək həyat sevincini təhlil edərək, nəyi arzuladığıma dair qərara gəldim».

Əgər onun buna çatmaq imkanı olarsa, onda o, belə demək üçün güc və ağıl əldə edəcək: «İndi mən aləmin Yaradanına Onun Öz dünyasını yaratdığı üçün şükür edə bilərəm». Yalnız indi o, bütün qəlbi ilə deyə bilər: «Dünya yaransın deyən və yaranan dünya Mübarəkdir», çünki mən xeyir və həzzi hiss edirəm və həqiqətən də mənim və yaradılmış bütün varlıqların, yaradılışın məqsədi adlanan – «Onun yaratdıqlarına xeyir vermək arzusu»ndan – mənim indi aldığım xeyir və həzz almağa layiq olmaları dəyərlidir.

Və hərçənd ki, o, hələ məqsədə çatmaqdan uzaqdır, yenə də əgər o, gələcəkdə öz xoşbəxtliyini nədən əldə edə biləcəyini tam dəqiqliklə bilirsə necə ki deyilib (Avot traktatı, 6-cı fəsil, 1-ci Mişna): «Ravvin Meir deyir: Hər kəs Lişma naminə Tövrat ilə məşğul olarsa, çox şeyə layiq olar. Və təkcə bu deyil – bütün dünya onun üçün mənalı olar, ona Tövratın sirləri açılar və o, yerdən fəvvarə kimi püskürən bir bulağa bənzəyər».

Və o, buna diqqət yetirdikdə, yəni nəyə çata biləcəyini düşündükdə, başqa sözlə, məqsədin əhəmiyyətini hiss etdikdə və hansı xoşbəxtliyə və kamilliyə çata biləcəyini təsəvvür etdikdə, heç bir şübhə yoxdur ki, buna nail olduğu anda onda yaranacaq sevinc və şadlığı təsəvvür etmək mümkün deyil, yuxarıda deyildiyi kimi.

Buna görə də, onun məqsədin vacibliyinə olan inamına görə və «onun gecikməsinə baxmayaraq, mən… onun gələcəyini gözləyəcəyəm» inamının ölçüsündə, o, gələcək məqsəddən həyat nurunun doluluğunu ala bilər. Məlum olduğu kimi, daxili nur və əhatə edən nur var. Və mənim ağam, atam və müəllimim izah edirdi ki, daxili nur onun indiki zamanda aldığı şeyi bildirir, əhatə edən nur isə gələcəkdə parlamalı olan, lakin hələ ki onun bu nuru almadığı şey adlanır. Lakin əhatə edən nur müəyyən dərəcədə indiki zamanda da parlayır – insanın onu alacağına dair olan arxayınlığı və inamı ölçüsündə.

 

Və o dedi ki, bu, bazardan mal alan bir adama bənzəyir. Və bu malı bazara gətirən insanların çox olması ucbatından, bu malın qiyməti düşdü və bütün tacirlər onu nə qiymətə olursa-olsun satmaq istəyirdilər. Lakin alıcı yox idi, çünki hamı bəlkə daha da ucuzlaşar deyə almağa qorxurdu.

 

Və bir nəfər bütün bu malı su qiymətinə satın aldı. Evə gəlib evdəkilərə bazarda nə baş verdiyini danışdıqda, hamı ona güldü: «Sən nə etmisən? Axı bəllidir ki, bütün tacirlər anbarda nə qədər malları qalıbsa hamısını satmaq istəyəcəklər və o zaman hər şey daha da ucuz olacaq. Belə çıxır ki, sən bütün pulunu uduzacaqsan».

Lakin o, bir sözü təkrarlayaraq deyir: «İndi mən həmişəkindən daha çox şadam, çünki indi mən bu maldan adi vaxtlardakı kimi 20% qazanmalı olduğumu bildiyim halda qazanmayacağam, indi mən 500% qazanacağam. Lakin mən bu malı indi satmayacağam, onu anbara yerləşdirəcəyəm və 3 ildən sonra bazara çıxaracağam, çünki o zaman ölkədə bu maldan artıq olmayacaq. Və o zaman mən anladığım qiyməti alacağam». Belə çıxır ki, indiki zamanda, yəni bu il nə qədər qazandığını yekunlaşdırdıqda, onun heç nəyi yoxdur. Və bu, indiki zamanda onun sevinməli heç bir şeyinin olmaması adlanır.

 

Və bu, indiki zamanda parlayan daxili nur haqqında bir nümunədir. Lakin əhatə edən- «məhz gələcəkdə parlayan nur» adlanır. Lakin o, indiki zamanda da parlayır. Və bu, onun gələcəyə, o zaman ümid etdiyi mükafatı alacağına nə dərəcədə inanmasına müvafiqdir. Və o zaman onun sevinci kamil olacaq, indi isə o, gələcəkdə alacağı şeydən sevinc və yüksək əhval-ruhiyyə əldə edir.

Və bu nümunə bəhs edir ki, hamının tərəfindən lağa qoyulan bu tacir, bazardan məhz dəyərini itirmiş o malı almamalı idi, çünki heç kim onu almaq istəmirdi. O isə, yalnız digərləri onu tərk etdiyi üçün, qiymətini itirdiyi üçün aldı. Və o, indi məmnundur və şaddır, çünki o, 100% inanır və əmindir ki, 3 ildən sonra bu mal olmayacaq və o zaman o, varlanacaq. Belə çıxır ki, gələcəkdə olacaq şeydən o, indiki zamanda həzz alır.

Buradan belə çıxır ki, insan gələcəkdə ona nəsib olacaq şeyə nə dərəcədə inanırsa və ümidsizliyə qapılmırsa, yuxarıda deyildiyi kimi: «Baxmayaraq ki, o gecikir, yenə də ... onun gələcəyini gözləyəcəyəm», o, gələcəkdə baş verməli olan hər şeydən indiki zamanda həzz ala bilər.

Beləliklə, buna əsasən, insana deyildikdə ki, baxmayaraq ki, o, sol xətt üzrə getmişdir, yəni tənqidi təhlillə məşğul olmuş və özünün ən aşağı vəziyyətdə olduğunu görmüşdür, o, bu həqiqəti görür, çünki özünü aldatmaq və öz düşüncə və əməllərinə bəraət qazandırmaq istəmir, əksinə, həqiqəti tələb edir və onun acı olub-olmaması onu maraqlandırmır, çünki o, doğulduğu məqsədə çatmağa can atır. Lakin bütün bu həqiqət səbəbindən o, öz mövcudluğunu davam etdirə bilmir, çünki «həyat və həyat qüvvəsi» adlanan həzz olmadan yaşamaq mümkün deyil.

Yaşamaq üçün insanı canlandıran nura ehtiyac vardır. Əgər o yaşayarsa, işləmək və məqsədə çatmaq imkanı əldə edəcəkdir. Buna görə də o zaman o, «kamillik» adlanan sağ xəttə keçməlidir.

 

Lakin hazırda bədənini bəslədiyi həyat gücünü aldığı o müqəddəslik «həqiqət dayaqları» üzərində qurulmalıdır. Və sual yaranır: o, həqiqəti – başdan ayağa eqoist sevgiyə batmış, hansı aşağı vəziyyətdə olduğunu və onda heç bir əta etmək qığılcımının olmadığını gördüyü halda müqəddəsliyi necə ala bilər?

Buna o deməlidir: gördüyü hər şey doğrudur, lakin bu, daxili nur baxımından belədir. Hansı ki indiki zamana münasibətdə onun rəzalət içində olması və sevinc və həyat alacağı bir yerinin olmaması deməkdir. Lakin əhatə edən nur baxımından, yəni gələcək baxımından, onun, yuxarıda deyildiyi kimi, «onun gecikməsinə baxmayaraq, mən onun gələcəyini gözləyəcəyəm» bəndinə inanması ilə, belə çıxır ki, uzaq gələcək xassəsində parlayan əhatə edən nurun sayəsində, o, indiki zamanda da parlaması üçün onu cəlb edə bilər. Və xüsusi planda (prat) Məsihin gəlişinə malik olduğu inam və arxayınlıq ölçüsündə, o, indiki zamanda parlayacaq həyatı və sevinci cəlb edə bilər.

 

Və belə çıxır ki, indi, o, müqəddəsliyi əldə etmək üçün sağ xətlə getdikdə, bu, əsl həqiqətdir. Çünki əhatə edən nur yuxarıda deyildiyi kimi indiki zamanda parlayır. Və bunun həqiqət yolu olmasından əlavə, xüsusi planda Məsihin gəlişinə inanması səbəbindən bu, böyük bir squladır [yəni möcüzəvi vasitədir], çünki inam əmri sayəsində gələcək onda indiki zamana yaxınlaşacaq, bu isə əhatə edən nurun daxili nura çevrilməsi deməkdir, hansı ki bu nurun doğrudan da indiki zamana bürünməsi adlanır, və bu «əhatə edən daxili olmalıdır» adlanır.

 

Və buradan, yəni inam xassəsindən o, dərk baxımından hər dəfə məqsəddən irəli deyil, geriyə uzaqlaşdığını görməsinə baxmayaraq, nəhayət məqsədə çatacağına inanır, o, yenə də üstün gəlir və bilikdən uca inamla gedir. Və ya inamın özü hər dəfə «qəpik-qəpik böyük hesaba böyüyür»9 xassəsində artır. Ta ki kamil və daimi inama, yəni Sulam şərhində yazıldığı kimi, xoxma parıltısı ilə xasadim nurunun alınmasına layiq görülənə qədər.

Və deyilənlərdən Zoarın, niyə «nəğmə oxuyacaq» sözünün gələcək zamanda deyildiyini necə izah etdiyinə dair sualımızı anlayacağıq. Bununla da İsrailin uzaq gələcəkdə bu nəğməni ucamltmalı olacağına işarə edilir. Bu, bizə ruhani işdə nəyi öyrədir? İşə münasibətdə biz bilməliyik ki, indiki zamanda nəyimiz var. Nə etməli olduğumuzu bilməliyik. Belə olan halda, uzaq gələcəkdə olacaq şeydən biz nə öyrənə bilərik?

Və izah etdiyimiz kimi, müqəddəslik xassəsi olan sağ xətlə getmək və bundan həyat almaq lazımdır, axı neqativlə yaşamaq qeyri-mümkündür. Buna görə də gələcəkdə olacaq şeydən müqəddəsliyi hiss etmək tövsiyəsi verilir. Və bu, salehlərin dediyi kimidir: «Bu nəğmə uzaq gələcəyədir». Yəni biz indi, indiki zamanda, onların gələcəkdə alacaqları şey haqqında nəğmə söyləyirik. Başqa sözlə, onlar gələcəkdə alacaqları xeyir və həzzi özlərinə nə dərəcədə təsəvvür edirlərsə, [o dərəcədə] əgər gələcəyin olduğuna və gələcəkdə hamının islah olunacağına inamları varsa, bunu indiki zamanda da hiss edə bilərlər.

Buna görə o, artıq indiki zamanda Yaradana şükr ucalda bilər; onun hissiyyatı ölçüsündə, indiki zamanda verə biləcəyi mədhin ölçüsüdür. Və hazırda həyat almasından əlavə, o, mütləq ondan qazanır ki, ümumi mənada məqsəd onda vaciblik kəsb edir, axı indi o, məxluqlar üçün alınmağa hazır olan xeyir və həzzin nə olduğunu təsəvvür etməyə borcludur.

Və hər dəfə o buna öz diqqətini yönəltdikdə, tədricən gələcəkdə nə ala biləcəyini getdikcə daha yaxşı görür. Yəni yaradılışın məqsədi mənasında bizim üçün nəyin hazırlandığını. O, olduğu vəziyyətdə ondan məqsədə qədər olan məsafənin hələ ki böyük olduğunu görsə də, lakin bu, yuxarıda təsvir olunan nümunədəki kimi onun məqsədə olan inamının böyük dərəcəsindən asılıdır. Və bu, qaydaya müvafiqdir: «Alınmalı olan hər şey, sanki artıq alınmışdır» (Yevamot traktatı, 38:2).

Və deyilənlərdən anlayacağıq ki, niyə Zoar «nəğmə oxuyacaq» sözünün gələcək zamanda deyildiyini, İsrailin uzaq gələcəkdə bu nəğməni mədh etməli olacağına işarə etmək üçün izah edir. Çünki biz bu barədə bilməliyik ki, indiki zamanda uzaq gələcəkdə olacaq şeydən sevinc və həyat gücü ala bilək. Və bunun sayəsində biz bu nəğməni indiki zamanda, sanki bütün xeyir və həzzi indiki zamanda alırmışıq kimi söyləyə bilərik.

 

Və bu, əhatə edən nurun parıltısını almağın mümkün olması adlanır. Yəni əhatə edən nur uzaqdan daxili nura parlayır, yəni insan hələ ki xeyir və həzzi almaqdan uzaq olmasına baxmayaraq, hər halda, o, əhatə edən nurun parıltısını indiki zamana da cəlb etmək iqtidarındadır.

 

İndi isə biz Zoar kitabının, niyə «Bu nəğmə» – qadın cinsində yazıldığını, Musa və İsrailin hökmdarı Xanım üçün lazımi şəkildə mədh etməyə qadir olduqları üçün izah etməsinə dair sualımızı aydınlaşdıracağıq. Və biz soruşduq ki, niyə Musa və İsrail Hökmdarı özləri üçün mədh etmirlər.

 

Lakin bundan əvvəl burada məsələnin nədən ibarət olduğunu və niyə Hökmdarı mədh etmək lazım olduğunu anlamaq gərəkdir. Maddi aləmdə biz başa düşürük ki, ətdən və qandan olan bir hökmdar ehtirama ehtiyac duyur ki, ona hörmət etsinlər. Və xalqın onu mədh etməsindən O, həzz alır. Lakin Yaradana gəldikdə, Onun qarşısında nəğmələr və himnlər oxumağımıza və Ona mədhlər ucaltmağımıza Onun nə ehtiyacı var?

 

Məlum bir qayda var ki, Yaradan haqqında dediyimiz hər şey yalnız «Sənin əməllərindən Səni tanıdıq» münasibətilə deyilir. Lakin Onun Özündə bizim heç bir dərkimiz yoxdur. Deyilən hər şey isə yalnız aşağıdakıların dərkinə nisbətdə deyilir.

Və buna görə də lazımdır ki, insan Yaradana mədh və şükr versin. Axı bununla insan Yaradanın ona verdiyi hədiyyənin böyüklüyünü və vacibliyini ölçə və qiymətləndirə bilər. Və beləliklə insan özünü yoxlaya bilər – Hökmdarın vacibliyini və əzəmətini nə dərəcədə hiss edir.

 

Çünki yaradılışın məqsədi – Öz məxluqlarına xeyir gətirməkdir ki, məxluqlar Ondan həzz alsınlar. Və verənin əzəmətindən asılı olaraq, məhz bu ölçüdə, biz insanı həzzləndirmək üçün ona verilən hədiyyənin dadını və ləzzətini hiss edirik. Və o, şükr etməyə çalışdıqda, aldığı o töhfəyə və onu kimdən aldığına diqqətlə baxmaq və nəzərdən keçirmək üçün imkanı və səbəbi olur. Yəni töhfənin böyüklüyü və verənin böyüklüyü.

 

Belə çıxır ki, aşağıdakının etməli olduğu şükr – yuxarıdakının həzz alması üçün deyil, bunun sayəsində aşağıdakının həzz alması üçündür. Əks halda bu, mənim ağam, atam və müəllimim tərəfindən bu ayə haqqında gətirilən nümunəyə bənzəyir: «[Kim] öz ruhunu hədər yerə daşımadı»10.

 

Və o soruşdu ki, insanın ona yuxarıdan verilən öz canını hədər yerə, yəni boş yerə daşıması nə deməkdir. Və dedi ki, bu, bir uşağa bir torba qızıl dinar verilməsinə bənzəyir və o, bu dinarlara sevinir və şənlənir, çünki onlar gözəldir və nəzəri cəlb edir. Lakin dinarların dəyərini uşaq qiymətləndirmək iqtidarında deyil.

Buradan biz başa düşə bilərik ki, Yaradana edilən şükür və mədh – yalnız və yalnız məxluqların xatirinədir. Yəni onun Hökmdarı mədh etməyə səbəbi var. Nəzərdə tutulur ki, onun Yaradanı mədh etməyə çalışdığı o an, töhfənin vacibliyini hiss etməyə qadir olduğu zamandır. Və töhfəni verənin vacibliyini. Və buna görə də əsas etibarilə Hökmdara edilən mədhə diqqət yetirmək lazımdır. Və bu, hər dəfə ona yeni bir töhfə verməyin mümkün olmasına gətirib çıxarır. Əks halda, əgər insan hökmdar hədiyyəsini qiymətləndirə bilmirsə, ona heç nə vermək olmaz, çünki bu, belə bir tərifin altına düşür: «Axmaq kimdir? Ona veriləni itirən kəs» (Xaqiqa traktatı, 4:1).

 

Bəs axmağın ona veriləni itirməsinin səbəbi nədir? Və bu bəllidir, axı o, əşyanın vacibliyini qiymətləndirməyi bacarmayan bir axmaqdır. Buna görə də ona verilən hədiyyəni qorumağa diqqət yetirmir. Və buna görə də, hədiyyənin vacibliyi nə qədərdirsə, o, onu elə də qoruyur. Və nə olursa-olsun, insan, ona veriləni itirmədiyini müşahidə etdiyimiz zaman, bunu qiymətləndirməyi bacardığı üçün, daimi olaraq əbədi yüksəliş vəziyyətində ola bilər.

 

Və buradan belə çıxır ki, insanın hökmdar töhfəsini qiymətləndirə bilməməsi səbəbindən bir çox enişləri olur. Yəni yuxarıdan ona Yaradanın işçisi olmağa dəyər olduğuna dair fikir və istək verildiyi zaman, yaxınlaşma dərəcəsinin vacibliyini qiymətləndirə bilmir. Və o, əşyanın vacibliyini qiymətləndirə bilmədiyi üçün, yəni onu Hökmdara xidmət etməyə daxil olması üçün çağırdıqları o çağırışı. Və insan hər hansı bir şeydə zərər verməmək üçün özünü necə qoruyacağını bilmədən Hökmdarın xidmətində olarsa, nəyi isə korlaya da bilər. O zaman insanı geriyə, zibil və çirkab yerinə atırlar.

 

Və o, bu vəziyyətdə yeyir, yəni pişiklərin və itlərin özlərinə qida axtardıqları həmin tullantılarla qidalanır. O da bədənini dolandırmaq üçün orada özünə ruzi axtarır. Axı o, başqa bir yerdən qazancının olduğunu görmür. Bu o deməkdir ki, onun insan üçün yeməli olmayan, yalnız heyvan yemi üçün yararlı tullantılar olduğunu dediyi o şeylərin, indi, eniş zamanı, özü bu ruzinin arxasınca qaçır və onda insan yeməyinə qarşı tamamilə heç bir canatma yoxdur, çünki o, onda heç bir dad tapmır.

Və buna görə də yüksəliş vəziyyətlərinin daimiliyi əsasən [töhfənin] vacibliyindən asılıdır. Buna görə də əsas olan, onun yuxarıdan aldığı şey üçün etdiyi şükür və mədhin ölçüsü ilə müəyyən edilir. Çünki onun Yaradana etdiyi mədhlər, öz-özlüyündə Onun vacibliyini və əhəmiyyətini artırır. Və bu, bizə şükr ediməsinin ciddi yanaşmağın əmr edilməsinin səbəbidir. Və şükr ediməsində üç aspekt var:

 

1.Verməyin böyüklüyü. Yəni töhfənin vacibliyi nə qədərdirsə, bu töhfəyə görə verdiyimiz mədh və şükranlığın ölçüsü də o qədərdir;

 

2.Verənin böyüklüyü. Yəni verənin vacib bir insan olub-olmaması. Məsələn, əgər hökmdar kiməsə hər hansı bir hədiyyə verirsə. O zaman, hədiyyə çox kiçik bir şey ola bilər, lakin hər bir halda, bu, çox böyük bir vacibliyə malikdir. Yəni mədh və şükranlığın ölçüsü hədiyyənin böyüklüyündən asılı deyil, verənin böyüklüyü ilə ölçülür. Yəni eyni bir insan iki fərqli insana verə bilər, lakin onlardan biri üçün o daha vacibdir, çünki o, verənin əzəmətini və əhəmiyyətini bilir. Və şübhə yoxdur ki, o, verənin vacibliyini o qədər də yaxşı bilməyən ikincidən daha çox minnətdar olacaq.

3.Verənin böyüklüyü, onun verib-verməməsinin əhəmiyyəti olmadan. Yəni bəzən elə olur ki, hökmdar insanın gözündə o qədər böyükdür ki, insan yalnız onunla danışmağa can atır. Və hökmdarla onun ona bir şey verməsi üçün danışmaq istədiyinə görə deyil, – o heç nə istəmir, – onun bütün həzzi yalnız onunla danışmağa layiq görülməsindədir. Sadəcə hökmdarın yanına daxil olub ondan bir şey xahiş etməmək ədəbsizlik hesab olunur.

 

Və buna görə də o, hökmdarın yerinə yetirə biləcəyi hər hansı bir xahiş axtarır. Yəni o deyir ki, hökmdarın ona verəcəyi bir şeyə görə hökmdarın yanına daxil olmaq istəyir. Lakin, əslində, onun hökmdarın ona bir şey verməsini istədiyini deməsi – sadəcə sözlərdir. Qəlbinin dərinliyində isə o, hökmdardan heç nə istəmir. Onun hökmdarla danışmaq imkanının olması isə ona bəs edir və onun üçün hökmdarın ona bir şey verib-verməməsinin heç bir əhəmiyyəti yoxdur.

Çöldə duran, onun hökmdardan heç nə almadığını görən və onun hökmdar sarayından necə sevinərək, şənlənərək və ruh yüksəkliyi hiss edərək çıxdığına baxan insanlar ona gülürlər və ona deyirlər: «Sən nə qədər axmaqsan! Səndə nə ağıl var, nə də qavrayış. Özün də görürsən: «Heç nə ilə gəldi, heç nə ilə getdi»11. Yəni sən hökmdarın yanına ondan bir şey xahiş etmək üçün daxil oldun, hökmdar sarayından isə əliboş çıxdın. Bəs burada sevinməli nə var?»

 

Və biz bunu anlaya bilərik, insan Yaradana, Ona ondan tələb etdiyi şeyi verməsi üçün dua etdikdə – Burada fərqləndirmək lazımdır:

1.İnsanın Yaradana, Ondan tələb etdiyi şeyi verməsi üçün dua etməsi. Və əgər o, qəbul olunmuş duaya görə tələb olunanı alırsa, – yəni xahiş etdiyini aldıqda, – o, Yaradana sükr qaldırmağa hazırdır. Və Yaradandan alınan qurtuluşun böyüklüyünün ölçüsü nə qədərdirsə, sevincin, ruh yüksəkliyinin və mədh və sükr verilməsinin ölçüsü də o qədərdir, yəni hər şey Yaradandan aldığı qurtuluşun böyüklüyünün ölçüsü ilə ölçülür.

2.Verənin böyüklüyünün ölçüsündə. Nəzərdə tutulur ki, onun Yaradanın əzəmətinə nə dərəcədə inanması, onun Yaradandan bir şey almasını müəyyən edir. Yəni alanın fikrincə bu əhəmiyyətsiz bir şey olsa belə, lakin hər halda, o, Yaradandan bir şey almışdır və onun artıq sevincli olmağa və Yaradana mədh və sükr qaldırmağa əsası var, çünki onun üçün Verən vacibdir, yuxarıda gətirilən nümunədəki kimi.

3. Hədiyyə olmadan, verənin əzəmətinə müvafiq olaraq. Burada da onun üçün böyük bir vaciblik var, yuxarıda deyildiyi kimi, hökmdar onun üçün o qədər vacibdir ki, onun hökmdardan heç nəyə ehtiyacı yoxdur, onun üçün hökmdarla bir neçə söz danışa bilməsi böyük bir şərəf və bütöv bir dövlət hesab olunacaq, onun hər hansı bir xahişlə gəlməsi isə, «hökmdarın yanına hər hansı bir xahiş olmadan gəlmək olmaz» səbəbindən yalnız zahiridir. Lakin o, hökmdarın onun xahişini yerinə yetirməsi üçün gəlməmişdir. Onun hər hansı bir şey tələb etdiyini deməsi isə, hökmdarla danışmağın elə ən vacib hədiyyə olduğunu anlamayan kənar olanlar üçündür, lakin kənar adamlar bunu anlamırlar.

 

Və biz «bir bədəndə» dedikdə, demək lazımdır ki, «kənar» insana kənar aləmdən gələn fikirlər adlanır. Və onların daxili olan haqqında anlayışları yoxdur, və Hökmdarın məhz daxili tərəfinin vacib olduğunu anlamaq üçün kelimləri yoxdur. Onlar isə Hökmdarı yalnız Hökmdardan onlara gələn şeyə görə qiymətləndirirlər və bu «Hökmdarın kənar tərəfi» adlanır. Lakin Hökmdarın daxili tərəfi haqqında, yəni Hökmdardan kənara çıxan şey haqqında deyil, Hökmdarın Özü haqqında onların heç bir anlayışı yoxdur. Buna görə də bu fikirlər insana gülürlər, o: «Hazırda Hökmdarla danışdığım üçün, Onun mənə xahiş etdiyim şeyi verib-verməməsinin əhəmiyyəti yoxdur», – dedikdə. Onun bütün istəyi isə – Ondan çıxan şey deyil, yalnız Hökmdarın daxili hissəsidir.

 

Buna görə də, əgər insan Yaradana dua edibsə və Yaradanın ona bir şey verdiyini görmürsə, lakin onun üçün Yaradanın daxili tərəfi vacibdirsə, o, Hökmdarla danışmağa layiq görüldüyü üçün sevinə və şənlənə bilər. Lakin onun kənar fikirləri bu sevinci ondan almaq istəyirlər, çünki onlar yalnız alan kelimlərə baxırlar – Hökmdardan öz alan kelimlərinə nə aldığını. Və o onlara deyir: «Mən Hökmdara mədh və şükrü yalnız mənə Onunla danışmaq imkanı yaratdığı üçün sevinirəm, şənlənirəm və ucaldıram. Bu mənə bəs edir».

 

Və o, öz kənar [fikirlərinə] daha da çox deyir: «Bilin ki, Hökmdardan Onun mədhlərini ucaltmaqdan başqa heç nə arzulamadığıma görə, bunun sayəsində mən hazırda Hökmdarla qovuşmuşam. Çünki mən Onu mədh etməklə Ona vermək istəyirəm. Bundan artıq isə, mənim Ona verəcək bir şeyim yoxdur. Buna görə də belə çıxır ki, indi mən özüm üçün işləyən deyil, «Yaradanın işçisi» adlanıram. Və buna görə də mən sizin mənə dediyiniz şeyi dinləyə bilmərəm: «Sən nə qazandın?

Məsələn, bütün il boyu Tövrat və dua ilə məşğul olduğun və bütün ehkamlara riayət etdiyin halda, sən bir il və iki il əvvəlki həmin pillədə durmusan. Belə olan halda, səndə haradandır belə bir sevinc ki, sən Yaradana mədhlər ucaldır və deyirsən: «Mənim qazancım ondadır ki, mən Hökmdarla dəfələrlə danışmışam, mənə daha nə lazımdır? Yəni əgər Hökmdar mənim əlimə bir şey versəydi, mən bəlkə də bunu almaq xatirinə alardım. İndi isə, əlimdə heç nə olmadığı halda, mən sevinirəm və Yaradana sükr edirəm, çünki işdəki niyyətim yalnız əta etmək xatirinə idi»».

Lakin, bu anda insan həqiqəti dediyi üçün, onda bütün niyyəti – əta etmək xatirinə olan həqiqət yolu ilə gedənə dözə bilməyən kənar [fikirlər] tərəfindən böyük bir müqavimət yaranır. Və bu vəziyyətdə o, böyük bir mübarizə içində olur və onun sevincini dağıtmaq istəyirlər. Və onlar ona başa salırlar ki, hər şey əksinədir. Yəni, onların ona dedikləri şey əsl həqiqət yoludur, o isə özünü aldadır və haqlı olduğunu düşünür.

Və bir qayda olaraq, bu dünyada yalan uğur qazanır, buna görə də bu zaman onun daha çox möhkəmlənməyə ehtiyacı var. Və o onlara deməlidir: «Mən həqiqət yolu ilə gedirəm və indi mən heç bir tənqid eşitmək istəmirəm. Əgər sizin sözlərinizdə həqiqət varsa, xahiş edirəm, tənqid üçün təyin etdiyim vaxtda həqiqətin nədən ibarət olduğunu mənə göstərmək üçün dəlillərinizlə gəlin. Və yalnız bu vaxtda mən sizin rəyinizi eşitməyə hazıram».

Və deyilənlərdən belə çıxır ki, insanın Yaradanın işində sevinc qıtlığı yoxdur, yalnız inam qıtlığı var. Yəni o, Yaradanın əzəmətinə inandığı zaman, Hökmdarın ona bir şey verməsinə ehtiyacı yoxdur. Yalnız Hökmdarla danışmaq imkanı, bu onun can atdığı hər şeydir. Yəni Yaradanla danışmaq, yuxarıda mədhin üçüncü növündə deyildiyi kimi.

Əgər o, Hökmdarın mədhinə daha çox diqqət yetirərsə, onun üzərinə avtomatik olaraq ali nur nazil olacaq, çünki onun Hökmdardan heç nəyə ehtiyacı yoxdur. Bu, bina sfirasına bənzəyir. Məlumdur ki, xoxma öz sonluğunda xoxma nurunu almaq istəmir, Yaradan xoxmaya verdiyi kimi, o da Yaradana əta etmək istəyir. O isə forma etibarilə uyğunlaşma istəyir.

Və o zaman avtomatik olaraq klinin adı ilə «xasadim nuru» adlanan dolum gəlir. Yəni alan mərhəmətlə (xesed) məşğul olmaq istəyir. Buna görə də bu dolum «xasadim nuru» adlanır. Bunun kimi burada da, insan Hökmdardan heç nə istəmədikdə, yalnız Ona əta etmək istədikdə. Və o, nə düşündüyünə diqqət yetirir. O zaman ona, Hökmdara xidmət və mədh ilə məşğul olduğu zamanki hazırlığına müvafiq olaraq avtomatik ali hüzur gəlir.

İndi isə anlayacağıq ki, niyə Musa və İsrail Hökmdara mədh nəğməsini Xanım üçün söyləyirdilər, Xanımın [özü üçün] deyil. Məlumdur ki, ali dünyalar haqqında deyilən hər şey canlar tərəfindən deyilir, burada malxut «İsrail ruhunun ümumiliyi» və ya «İsrail Yığıncağı» («Kneset İsrael») adlanır, TES-də (16 h.) aydınlaşdığı kimi, Adam Rişonun canı Briya, Yetsira, Asiya dünyalarının daxili hissəsi tərəfindən doğulmuşdur və oradan o, nefeş, ruax, neşama almışdır. Və onların hamısı Şxina adlanan Atsilut dünyasının malxutundan çıxmışdır. Malxuta əta edən Zeir Anpin isə «Hökmdar» sözü ilə adlanır.

Malxut canlar üçün aldığından, belə çıxır ki, malxut İsrail xalqı üçün xeyir ala bilmədiyi zaman, çünki onlar [İsrail] hələ əta edən kelimlərə malik olmağa hazır deyillər, əks halda hər şey «ölülər» adlanan Sitra Axraya gedəcək, çünki onlarda almaq xatirinə almaq baş verir, hansı ki «həyat mənbəyi» adlanan Yaradandan ayrılma və uzaqlaşma adlanır. Və buna görə də onlar «ölülər» adlanırlar.

Və Zoar kitabında bu, insanın «Şxinanın əzabına» şərik olması adlanır, və burada əzab haqqında danışmaq olar, çünki o, öz oğulları, yəni İsrail xalqı üçün doluluq almaq iqtidarında deyil. Və o «Kneset İsrail» adlanır, çünki o, bütün İsrail birliyinə ötürməli olduğu doluluğu öz daxilinə yığır. Buna görə də, İsrail xalqı formanın uyğunlaşdırılması ilə məşğul olduqda, malxutun «Əta edən» adlanan və Zeir Anpin adı ilə olan Hökmdardan ali xeyiri İsrail xalqına vermək üçün almaq imkanı olur.

Və bu, «Xanım» adlanan malxutun Ondan aldığı o xeyir üçün Hökmdarı mədh etməsi adlanır. Və yuxarıda deyildiyi kimi, o, Hökmdardan İsrail üçün xeyir ala bilmədiyi zaman, bu «Şxinanın əzabı» adlanır. Və nə olursa-olsun, o, doğrudan da xeyir almaq iqtidarında olduqda, «övladlarına sevinən ana»12 adı ilə adlanır. Və o, Hökmdara mədh ucaldır. Lakin bütün əzab və sevinc haqqında yalnız bütövlükdə bütün İsrailə nisbətdə danışılır.

Və bu, Zoar kitabında deyildiyi kimidir, Musa və İsrail Xanım üçün Hökmdara mədh ucaldaraq nəğmə söyləyirlər. Və bu o deməkdir ki, Musa və İsrail Xanım üçün Hökmdara mədh ucaldırlar, nəzərdə tutulur ki, onların Hökmdarın Musa və İsrailə verəcəyi xeyir üçün Hökmdara mədh söyləmək üçün özlərini islah etmələri  üçün deyil, malxut üçün idi. Yəni onlar Şxinanın əzabına dözə bilmirlər. Və buna görə də onlar malxutun əta etmək qabiliyyətinə malik olması üçün formanın uyğunlaşdırılması ilə məşğul olurlar. Deyildiyi kimi: «Musa və İsrailin qisməti nə bəxtiyardır ki, onlar Hökmdarı Xanımın adından lazımi şəkildə mədh etməyi bacarırlar»13.