3.Yaradanın adı -«həqiqətdir » nə deməkdir ?
Məqalə 3, 1988-ci il
Zoar kitabında deyilir: «Xoş o kəsin halına ki, padşahı çağırır və onu düzgün şəkildə çağırmağı bilir. Əgər o çağırırsa, lakin kimi çağırdığını bilmirsə, Yaradan ondan uzaqlaşır, necə ki deyilib: "Yaradan Onu çağıran hər kəsə yaxındır"1. kimi yaxındır o? O təkrar edir: "Onu həqiqətlə çağıran hər kəsə"1. Məgər Onu yalanla çağıranlar da var? Ravvin Aba dedi: "Bəli, bu, kimi çağırdığını bilmədən çağırandır. Haradan bilirik bunu? Çünki deyilib: "Onu həqiqətlə çağıran hər kəsə"". "Həqiqətlə" nə deməkdir? Yəni hər şeyin kamilliyi olan padşahın möhürü ilə möhürlənmişdir»2.
Zoar kitabının «Məgər Onu yalanla çağıranlar da var?» sualına verdiyi cavabı başa düşmək çox çətindir. Buna cavab olaraq deyilir: «Ravvin Aba dedi: "Bəli, bu, kimi çağırdığını bilmədən çağırandır"». Bu, çox anlaşılmazdır – kimi çağırdığını bilməyən şəxs niyə «yalançı» adlanır? Demək olarmı ki, bu insan səhv edir, lakin o, yalançı deyil. Həmçinin o, «həqiqət» sözünün mənasına dair belə bir sübut gətirir: «Yəni hər şeyin kamilliyi olan Padşahın möhürü ilə möhürlənmişdir». İnsanın kimi çağırdığını bilməsinin zəruri olduğuna dair bu nə sübutdur? Əks halda, bu, yalan adlanır.
Yuxarıda deyilənləri başa düşmək üçün – belə ki, bunu başa düşmək mütləq zəruridir, çünki Zoarın sözlərinə görə, Yaradana dua edən, lakin kimi çağırdığını bilməyən şəxsdən Yaradan uzaqlaşır. Məgər bunu başa düşmək olarmı? Və insan kimi çağırdığını necə bilə bilər? Hər bir insan şübhəsiz ki, Yaradanı çağırır. Bəs o kimi dua edir? O halda «kimi çağırır» nə deməkdir? Və bundan daha anlaşılmaz olanı budur ki, deyilib: «Və kimi çağırdığını bilmir». Axı biz öyrətmişdik ki, insan kimi çağırdığını bilməli deyil, inanmalıdır.
Və bizə əvvəlcə yaradılışın məqsədini və yaradılışın islahını gətirmək lazımdır. Və o zaman biz biləcəyik ki, insan nəyi düzəltməlidir. Məlum olduğu kimi, yaradılışın məqsədi aşağıdakılara xeyir və həzz verməkdir və bu səbəbdən O, onlarda həzz almaq istəyi yaratdı, çünki əks halda onlar dünyada mövcud ola bilməzlər. Və bu istək onlara həzzə nail olmaq üçün bacardıqları hər şeyi etməyə məcbur edir, çünki məhz bunun sayəsində onların dünyada mövcud olmaq hüququ var.
Lakin bununla belə, ön sözlərdə yazıldığı kimi, bu almaq istəyində – birbaşa deyil, dolayısı ilə qəbul etdiyi həzzin qəbulu zamanı utanc xassəsi (utanc çörəyi) doğuldu. Və bunu islah etmək üçün ixtisar və gizlilik xassəsi yarandı, o zaman ki, ruhani həzz bizdən gizlənir və yalnız o ölçüdə açılır ki, özü üçün almaq istəyi aradan qalxır – məhz bu ölçüdə ruhani həzz açılır. Əgər almaq istəyi hər hansı bir yerdə qalırsa, ali xeyir dərhal o yerdən çıxır və onlar eyni yerdə ola bilməzlər.
Və deyilənlərdən yaradılışın islahının nədən ibarət olduğunu anlayacağıq. Yəni varlığın yaradıldığı məqsədə çatması üçün hansı islahlar edilməlidir. Başqa sözlə, varlıq «utanc çörəyi» olmadan, kamil şəkildə xeyir və həzz alacaq.Biz işin qaydasını öyrənmişik. Başqa sözlə, insan Yaradan tərəfindən xeyir aldığı anda utanc xüsusiyyətinin ondan uzaqlaşması üçün nə etməlidir?Çünki insan bu kliyə — yəni əta etmək niyyəti ilə almağa — yiyələnməzdən əvvəl, utanc mövcuddur... Başqa sözlə, aldığı anda forma fərqliliyinə görə onda xoşagəlməz hiss yaranmayacaq.
Başqa sözlə, hələ aşağıda olanın almaq istəyi yoxdur, bu almaq istəyi nura və xeyirə münasibətdə heç bir forma dəyişikliyi yaratmır, üzərində hələ də ixtisar və gizlilik qalır, yəni ali xeyir açılmır və müqəddəslikdə nəyə baxsa, nur deyil, zülmət görür. Lakin bu, həqiqətən müqəddəsliyə yaxınlaşmaq istəyən insanlarla baş verir. Onlara münasibətdə belə bir qayda tətbiq olunur, çünki Yuxarıdan onların vaxtı boş yerə itirməmələri istənilir. Çünki onlar müqəddəslikdə, saflıqla işləməyə, yəni «əta naminə» çalışmağa qadir ola bilərlər.Bu insanların niyyətləri əta naminə qurulmadıqda, onlar nur deyil, qaranlıq görürlər.
Bununla belə, bütün kütləyə aid olan insanlarda ümumi nur işləyir, hansı ki, onlara ətraf nur şəklində parıldayır və onlar bundan məmnunluq alırlar, düzəltməli olduqları çatışmazlıqlarını hiss etmirlər. Və bu nur lo lişma-da parıldayır.
Lakin insan bütün cəmiyyətin xüsusiyyətindən çıxmaq və bilikdən üstün inam təməli üzərində dayanan Yaradanın işçisi olmaq istəyirsə, yəni fani insanların hədiyyəsini almaq istəmirsə...Biz aydınlaşdırdıq ki, bəzən insanda olan inam onu Tövratı və ehkamları yerinə yetirməyə məcbur etmək üçün kifayət etmir. Lakin o, bütün yoldaşlarının Tövrat və ehkamları yerinə yetirdiyi bir mühitdə olduğuna görə, yoldaşlarından bir hədiyyə alır. Sanki yoldaşları ona öz istəklərinin bir hissəsini verirlər. Yoldaşlarından aldığı bu istək hissələrinin hədiyyələri sayəsində o da indi Tövratı və ehkamları yerinə yetirməyə başlayır.Belə çıxır ki, onun yerinə yetirdiyi Tövrat və ehkamlar Yaradanın təməli üzərində deyil, fani insanların hədiyyəsi üzərində qurulur. Yəni insanda olan Yaradanına inam qüvvəsi onu Tövratı və ehkamları yerinə yetirməyə sövq etmir. Onu Tövratı və ehkamları yerinə yetirməyə sövq edən səbəb isə fani insanların hədiyyəsidir.
Və deyilənlərdən izah etmək lazımdır ki, «Yemək üzərinə xeyir-dua»da nə deyirik: «Və bizi, Yaradan, Rəbbimiz, nə fanilərin hədiyyələrindən, nə də onların borclarından [asılı olmağa] məcbur etmə– yalnız Sənin xeyirlərlə dolu, səxavətli əlin [qoy bizə ruzi bəxş etsin] ki, heç vaxt rüsvay olmayaq və utanc hiss etməyək».
Çünki insan Yaradana xeyir-dua verərkən və Ona verdiyi ruziyə görə təşəkkür edərkən, yemək üzərinə xeyir-dua zamanı insan diqqət yetirməli və düşünməlidir ki, məhz bu ruzi sayəsində o, dünyada mövcuddur, və əgər ruzisi olmasaydı, o, aclıqdan əziyyət çəkərdi, indi isə Yaradan ona qida verir və bunun üçün o, Yaradana təşəkkür edir – insanın Yaradanın ona verdiyini hiss etdiyi xeyirə görə.
Və maddi ruzidən insan özünə ruhani ruzi haqqında hesabat verməlidir ki, Yaradandan hansı ruhani qidanı almışdır. Çünki insan bilməlidir: necə ki maddi qida olmadan insan maddi dünyada mövcud ola bilmirsə – eynilə «yəhudi həyatı» adlanan ruhaniyyətdə də, bunun bir çox adları var. Bəziləri bunu «Tövrat həyatı» və ya «müqəddəslik həyatı» adlandırır, bəziləri isə ruhani həyatı «Yaradanla əlaqəsi olan həyat» sözləri ilə adlandırır, başqa sözlə, o deyir ki, hər şeyi ona Yaradan verir.
Və bəzən elə olur ki, Yaradan insanın Ondan xahiş etməsini, sonra isə istədiyini verməsini istəyir. Və bunun səbəbi odur ki – düşünülməsi belə dəhşətdir – Yaradan məxluqların Ondan xeyir istəməsini, sonra isə fanilər kimi onlara verməsini istəyir. Lakin müdriklərimizin sözlərini başa düşmək lazımdır: «Yaradan salehlərin duasını arzulayır»3.
Və bunun səbəbi odur ki, «kli olmadan nur yoxdur». O halda, Yaradan onlara tələbat və istək olmadığı vaxt əta edə bilməz. Deməli, Onun «salehlərin duasını arzulaması» – O, onların ali xeyir üçün tələbat və kelimlərinin olmasını arzulayır, çünki, salehlərin istəyi və tələbatı – Yaradana əta etməkdir, və bu kli və tələbat ali xeyri saxlamağa qadirdir və xeyir kənar şəxslərə getməyəcək, necə ki kelimlərin qırılmasında baş verdi. Eyni zamanda, O, günahkarların dualarına can atmır, çünki onların klisi və ehtiyacı heç bir nəticə verməyəcək. Belə ki, O, xeyir verə bilməz, çünki bu xeyir klipotun əlinə keçər. Halbuki Yaradanın bütün qazancı əta etməkdədir.
Və deyilənlərdən belə çıxır ki: insanin sahib olmaq istədiyi həyat – Yaradanla əlaqəsinin olması, istər Ondan nəsə verməsini xahiş etdiyi dua şəklində olsun, istərsə də artıq verdiyi şeyə görə Yaradana təşəkkür etdiyi zaman olsun, nəticə etibarilə o, o zaman Yaradanla danışır. Bu əlaqədə, o, Yaradanla danışarkən, həmin söhbəti dəyərləndirirsə, ona həyat gətirir və o, bunun sayəsində həyatı davam etdirir, çünki o zaman onun heç nədə çatışmazlığı yoxdur.
Əgər insanın diqqətini buna yönəltmək və özü üçün belə təsəvvür etmək imkanı varsa: sanki hamının ehtiram göstərdiyi yer üzündəki bir padşahla danışa bilər. Axı insanın təbiəti elə qurulub ki, padşahla danışmaq üçün əlində olan hər şeyi verməyə hazırdır.Əgər bu insan Yaradanla danışdığına və Onun hər kəslə danışmadığına dair inamını gücləndirə bilsə, onda, dediyimiz kimi, burada üç növü fərqləndirmək lazımdır.
1.İnsan ümumiyyətlə bu ölkədə padşahın olduğunu bilmir.
2.Hətta padşahın olduğunu bilsə də, padşahın şəhərə gəldiyini bilmir.
3.Hətta padşahın şəhərə gəldiyini bilsə də, öz padşahının bütün dünya üçün əhəmiyyətini bilmir – ki, dünyadakı bütün padşahlar və nazirlər onun padşahı ilə danışmağı arzulayırlar. Və onun bəxti gətirmişdir və o, padşahın yanına daxil olmaq və onunla danışmaq icazəsi almışdır. Və ona daha nə çatışmır? Başqa sözlə, ona Yaradanın istədiyini verməsi lazım deyil, çünki padşahla danışmağa layiq görüldüyü şey kifayətdir. Və Bu ona həyat verir. Və padşahdan nəsə xahiş etməsi isə o demək deyil ki, padşah ona istədiyini versin, çünki duanın özü ona kifayətdir, elə bil O, artıq ona istədiyini veribdir.
Eynilə, Yaradana verdiyi şeyə görə təşəkkür edərkən də o, hədiyyənin böyüklüyü ilə deyil, yalnız indi padşahla danışmaq və ona təşəkkür etmək imkanının olması ilə hesablaşır, bütün əhəmiyyəti məhz bundadır.
Yəni o, Yaradanın artıq ona verdiyi hədiyyə ilə və ya insanın Yaradanın verməsini istədiyi şeylə hesablaşmır, bütün əhəmiyyət – onun indi Padşahla danışığına inanmasındadır.
Belə bir vəziyyətdə olan insan, yəni malik olduğu şeylərin heç bir dəyərinin olmadığı insan, alan kelimə daxil olanları nəzərə almır, əhəmiyyəti isə əta edən kelimə daxil olanlarla ölçür. Bu, «ruhani həyat» adlanır, çünki onun bütün düşüncələri öz mənfəəti naminə deyil, Yaradanla qovuşmağa nail olmaq üçündür.
Belə insanlar haqqında deyirlər ki, onlar yüksəlişlər və enişlər yaşayırlar. Bəzən Yaradanla qovuşmağın vacibliyini hiss edirlər, bəzən isə ixtisar və gizlilik xüsusiyyətində olurlar və olduqları vəziyyətdə ruhani həyat qüvvəsi olmadan ölümün dadını hiss edirlər.
İndi isə «Yaradanın adı həqiqətdir» deyə soruşduğumuz məsələni aydınlaşdıraq. Buna görə də Onu yalanla çağıran kəs Ondan uzaqlaşır. Ravvin Aba yalanın nə olduğunu izah etdi: insanın kimi çağırdığını bilməməsi yalan adlanır.
Biz isə soruşduq: Nə üçün bilməyən insan yalançı adlanır?
Və «həqiqət» sözünün nə demək olduğunu anlamaq üçün burada TES-də deyilənləri gətirək. Orada «saqqalın» 13 islahından yeddinci islahı izah edir. Belə deyilir:
«Buna görə də bu islah onun tərəfindən “Həqiqət” adı ilə adlandırılır. Çünki aşağıda iki müqəddəs almanın açılması ilə Yaradanın həqiqiliyi və aşağıdakılar üzərindəki idarəçiliyi açılır. Buna görə də Onun idarəçiliyinin açılması “həqiqət” adlanır. Çünki bu, Onun istəyinin həqiqiliyidir. Dünyada mövcud olan müxtəlif gizliliklər yalnız Onun Öz yaratdıqlarına həzz verməkdən ibarət olan bu idarəçiliyinin həqiqiliyini açmaq üçündür, məlum olduğu kimi»[4].
.Və deyilənlərdən alınır ki, «Yaradanın adı həqiqətdir» sözləri o deməkdir ki, yaradılışın məqsədinin məxluqlarına həzz vermək olması həqiqəti qəbul olunur. Və buna görə də Ravvin Aba deyir: «"Həqiqətən" nə deməkdir? Yəni hər şeyin kamilliyi olan padşahın möhürü ilə möhürlənmişdir»2. Və başa düşmək lazımdır ki, həqiqətin hər şeyin kamilliyi olmasına nə işarə edir.
Lakin öyrətdiyimiz kimi, yaradılışın kamilliyi ondan ibarətdir ki, məxluqlar gəlib Yaradanın istəyinin məxluqların xeyir və həzz alması olmasından ibarət olan yaradılışın məqsədini dərk etməlidirlər. Və hər şeyin kamilliyi isə – onlar Yaradandan xeyir və həzz aldıqda, «forma bənzərliyi» adlanan dvekut-u dayandırmamalarıdır, bu isə məhz o zaman baş verə bilər ki, onlar xeyir və həzz aldıqda onların niyyəti əta etmək olsun, və bu, «hər şeyin kamilliyi» adlanır.
Buna əsasən belə çıxır ki, insan Yaradandan Onun xahişini yerinə yetirməsini istədikdə, Onu çağırarkən Yaradanın adını bilməlidir, əks halda bu, «həqiqət» deyil, yalnız «yalan» adlanır və Yaradan ondan uzaqlaşır.
Və biz soruşduq ki, əgər o, Onun adını bilmirsə, o niyə yalançı adlanır? Və həmçinin Yaradan nə üçün ondan uzaqlaşır?
Cavab ondan ibarətdir ki, insan Yaradana dua etməyə hazırlaşarkən Yaradanın adının «həqiqət» olduğuna inanmalıdır. Başqa sözlə, Yaradan həqiqət xassəsinin görünməsini istəyir, çünki Yaradan məxluqlarına həzz vermək istəyir. Əgər o, Yaradanı çağırır və Yaradanın adının həqiqət olduğuna inanmırsa, və O, məxluqların xeyir və həzz almasını istəmirsə,deməli, o, məxluqlarının həzz almasında ifadə olunan yaradılış məqsədinə inamır. Və, o, «yalanla» çağırır. Yəni o, kimdənsə ona xeyir verməsini xahiş edir, halbuki həmin şəxsin ona xeyir verməyə qadir olduğuna inamır.
Belə çıxır ki, insan Yaradanı ona xeyir verməsi üçün çağırdıqda, Onu «yalanla» çağırır. Çünki o, Yaradanın xeyirxah olduğuna və xeyirxahlıq etdiyinə inanmır. Buna görə də Yaradan Onu yalanla çağıran insandan uzaqlaşır.
Axı biz maddi həyatda da görürük ki, əgər insan kimdənsə yaxşılıq istəməyə hazırlaşırsa, qarşı tərəf isə onun özünə — ona yaxşılıq edə biləcəyinə — inanmadığını bilirsə və insan sadəcə elə-belə ondan xahiş edirsə, təbii ki, həmin şəxs ondan uzaqlaşar və hətta onun nə dediyini belə dinləmək istəməz.
Eynilə, Yaradan da insanın yalan danışdığını bilir. Yəni insan Onu «Həqiqət» adlanan adı ilə çağırmır. Çünki Onun həqiqi niyyəti Öz yaratdıqlarına həzz verməkdir. Təbii ki, Yaradanın belə bir insandan uzaqlaşdığı bizə aydındır.
Deyilənlərdən belə nəticə çıxır ki, insan Yaradanın ona kömək etməsi üçün dua etməyə hazırlaşarkən, əgər Yaradanın onu Özü ilə qovuşmağa yaxınlaşdırması üçün dua etmək istəyirsə, dua etməzdən əvvəl ilk növbədə kimə dua etdiyini, yəni Yaradanın hansı adına dua etdiyini yoxlamalıdır.
Yəni Yaradanın çoxlu adları var və Yaradanın adları Ondan açılan əməllərin adlarına görə adlandırılır. Müdriklər mələklər haqqında da belə deyiblər: hər bir mələk gördüyü hərəkətin adına görə adlandırılır.
Buna görə də insan, ilk növbədə, Yaradanın adının «Xeyirxah və xeyir törədən» olduğuna inanmalıdır. Yaradılışın məqsədi də məhz budur — Öz yaratdıqlarına həzz vermək. Onun adı isə «Həqiqət»dir. Çünki Son İslah zamanı Onun həqiqi adı açılacaq. Bizim çəkdiyimiz əzabların Onun niyyətində qisas almaq və kin saxlamaq kimi bir məqsədi yox idi; maddi dünyada insanlar arasında belə hallar olur. Əksinə, bütün bunlar yalnız bir niyyətlə baş verirdi: Öz yaratdıqlarına həzz vermək. Yəni onların yaşadıqları əzablar islahlar idi və bu islahlar onları xeyir və həzzi qəbul edə biləcək vəziyyətə gətirib hazırlayacaqdı.
İnsanda bu inam olduqda və o, Yaradandan onu Özünə yaxınlaşdırmasını, yəni ona Yuxarıdan bütün əməllərinin əta etmək naminə olacağı hazırlıq dərəcəsinə çatmaq üçün güc verməsini xahiş etdikdə, bunun üçün dua etdikdə, başqa sözlə, dünyada Onun izzətinin açılmasını istədikdə — indiki kimi «Kül içində Şxina» olmasını deyil, Onun izzətinin dünyada açılmasını arzuladıqda — bu, insanın Yaradanın adını tanıdığı və Onu yalanla deyil, həqiqətlə çağırdığı anlamına gəlir.