Rabaş

Müqəddəslik hansı təməl üzərində qurulur?

16.Müqəddəslik hansı təməl üzərində qurulur?

Məqalə 16, 1988-ci il

Maddi bir bina tikərkən görürük ki, hər kim bina tikmək istəyirsə, əvvəlcə təməl qazmalıdır. O, binanı bu təməl üzərində tikir. Təməl qazarkən görürük ki, bir mərtəbəli bina, yəni yalnız bir mərtəbə tikmək istədiyimizi, yoxsa çoxmərtəbəli bina tikmək istədiyimizi müəyyən etmək lazımdır. Bu o deməkdir ki, binadakı mərtəbələrin sayına uyğun olaraq torpaqda təməlin dərinliyi olmalıdır. Onu birdəfəyə qazmırlar, hər gün işləyirlər ki, o, daha dərin olsun və yalnız bundan sonra onun üzərində hündür bina ucaltmaq olar...

Eyni qayda ruhani aləmdə də mövcuddur. İnsan bir mərtəbəli bina tikmək istədikdə, çox dərin qazmağa ehtiyac duymur. Bir az qazdıqdan sonra o, artıq Tövrat və ehkamların yerinə yetirilməsi üzrə öz binasını tikə bilər. Ruhani aləmdə qazmaq (hofor) nədir? Bu, ürəkdə xisaron (tələbat) qazmaqdır, yəni ürəkdə xisaron qazılır. Çünki istək ürək adlanır, malxut ürək adlanır, torpaq və ya yer də ürək adlanır.

Necə ki maddi aləmdə torpaqda xisaron (boşluq) qazılır. Bu o deməkdir ki, bina tikməyə başlamazdan əvvəl torpağı qazıb çıxarmalıyıq. Başqa sözlə, qazıntı yerində olanı kənarlaşdırmalıyıq. Tikmək istədiyimiz həmin yer boşaldıqdan sonra tikintiyə başlayırıq. Əgər yer torpaqla doludursa, onda bina tikmək qeyri-mümkündür, çünki, o yıxılacaq.

Eyni şəkildə, ruhani aləmdə də torpaqda, yəni ürəkdə [boşluq] qazmaq, ürəkdə olan "torpağı" ordan çıxarmaq lazımdır. Və o zaman ürək heç bir dolğunluq olmadan boş qalır. Və bundan sonra tikinti dövrü başlayır. Deməli, ürək maddi şeylərlə dolu olduqda, bu torpaq üzərində heç bir bina tikmək mümkün deyil, çünki, hər hansı bir bina yıxılacaq, çünki əgər orada ehtiyac yoxdursa, heç nəyin mövcudluq hüququ yoxdur.

Lakin yalnız o yerdə ki, ehtiyac var və xisaron hiss olunur – çünki onda həsrətlə arzuladığı şey yoxdur – o, arzusuna nail olduqda, artıq mövcud ola bilər. Çünki bu, ona lazımdır. Və o zaman o bilir ki, xisaron-un ölçüsü ilə vaciblik dərəcəsi müəyyən edilir. Və düşmənlərin onu xarab etməməsi üçün binanı necə qorumaq lazım olduğunu bilir.

Və buradan təməl üçün qazıntı qaydası başlayır ki, bu da torpağın qazılma dərinliyinin insanın tikmək istədiyi binanın hündürlüyündən asılı olduğunu bildirir. Çünki bəzən elə olur ki, insan bir mərtəbəli binanın ona bəs etdiyini deyir. Yəni o, Tövrat və ehkamlara əməl etmək istəyir ki, bunun sayəsində bir mərtəbəli binaya layiq olsun, yəni torpaqdan uzaqlaşmır.

 

Bu o deməkdir ki, o, maddi aləmdə, yəni alan kli-də qalmaq istəyir. Yəni bu, onun mükafatıdır və o, bunda yaşamaq istəyir. Necə ki yaşayış üçün bina tikirlər, ona bənzər şəkildə mükafat da içində yaşadığı bina hesab olunur. Yəni məlumdur ki, insan yalnız mükafatla yaşamaq istəyir. Mükafat isə o deməkdir ki, o, öz işinə görə insanın həyatı olan zövq və həzz alır, çünki insan yalnız zövq və həzz naminə yaşamaq istəyir.

 

Tövrat və ehkamlar üzrə iş qaydası lo lişma-dan başlandığı üçün, Zoar kitabında deyildiyi kimi: «Elələri var ki, bu dünyada mükafatları olsun deyə Tövrat və ehkamları yerinə yetirirlər, elələri də var ki, gələcək dünyada mükafatları olsun deyə Tövrat və ehkamlarla işləyirlər». Lakin onun bütün mükafatı yerli xassə olan alan kelim-lərinə alacağı şeydədir və bu xassə «savadsız kütlə» («torpaq xalqı») adlanır, başqa sözlə, onlar almaq istəyi adlanan torpaq səviyyəsindən tərpənmirlər.

 

Rambam dediyi kimi: «Buna görə də azyaşlılara, qadınlara və bütün savadsız kütləyə («torpaq xalqına») öyrədəndə, onları yalnız qorxudan və mükafat almaq üçün işləməyi öyrədirlər».

 

Lakin mürik şagirdi olmaq üçün – atam və müəllimimin dediyi kimi – müdrik şagirdi o şəxs adlanır ki, müdrikin sahib olduğu xassələri öyrənir. Yaradan isə Müdrik adlanır. Buna görə də kim əta yolları ilə gedirsə, həmin şəxsin Müdrikdən öyrəndiyi deyilir. Buna görə də o, müdrikin şagirdi adlanır.

 

Deməli, Tövrat və ehkamlarla «bu dünyada və ya gələcək dünyada şəxsi mənfəət üçün mükafat» adlanan binaya layiq olmaq üçün məşğul olan insanlar torpaq xalqına aiddir. Bu o deməkdir ki, [belə bir insan] yalnız birinci mərtəbəni tikmək istəyir. Buna görə də o, təməl üçün dərin çuxur qazmalı deyil, yəni çuxurun dərin olması üçün hər gün qazmalı deyil. O, bir dəfə qazır və bu çuxur ona bəs edir.

 

Başqa sözlə, o başa düşəndə ki, mükafatı olsun deyə Tövrat və ehkamları yerinə yetirmək istək və tələbatına malikdir, bu tələbat, yəni başa düşdüyü səbəb ucbatından o, artıq mükafat binasını əldə etmək naminə işləməyə qadirdir. Çünki insan özünü sevməkdən çıxmaq istəmədikdə, bədən ona müqavimət göstərmir. Buna görə də o, hər gün qazmalı deyil, yəni Tövrat və ehkamlarla məşğul olmaq üçün tələbat və istək axtarmalı deyil, çünki insan şəxsi mənfəət üçün işləməyin lazım olduğunu başa düşəndə bədən onun tələbatına müqavimət göstərmir.

 

Bu o deməkdir ki, onun o qədər də dərin qazmağa ehtiyacı yoxdur. Tövrat və ehkamlarla məşğul olmağın lazım olduğunu başa düşmək zərurəti – iş üçün enerjisi olması baxımından bu zərurət ona artıq kifayət edir. Deməli, bir dəfə qazdığı çuxur işini davam etdirə bilməsi üçün həmişəlik onda qalır. Belə çıxır ki, onun çuxuru dərin olmamalıdır.

 

Lakin əgər o, çoxmərtəbəli bina tikmək istəyirsə, yəni bütün Naranxay-ı (Nefeş, Ruax, Neşama, Xaya, Yexida) özünə daxil edən ruha layiq olmaq istəyirsə, o, buna məhz niyyətinin əta etmək olması halında layiq ola bilər. Başqa sözlə, o zaman onun bütün düşüncə və istəkləri şəxsi mənfəət üçün deyil, yalnız Yaradanın xeyri üçündür. Belə olan halda, o, belə bir bina tikmək üçün təməl yaratmaq istədikdə, çuxurun qazılması, yəni bunun üçün tələbat birdəfəyə yerinə yetirilmir.

 

Və bu ona görədir ki, insan öz üzərində işlədikdən və bədənə başa saldıqdan sonra ki, əta etmək naminə işləmək lazımdır, bu qazıntı ona asanlıqla başa gəlmir. Çünki qazıntı zamanı o, daşlarla rastlaşır və bunlarda boşluq yaratmaq çətin işdir, daşda hətta kiçik dəlik açmaq da çətindir. Başqa sözlə, o başa düşmək istədikdə ki, böyük istəyi var, o, heç bir şeyi əta etmək naminə edə bilmədiyini gördükdə və Yaradandan təvəqqe etmək istədikdə ki, ona istədiyini versin, Tövrat nurunu əta etsin və onu Mənbəyə qaytarsın – qazıntının ortasında o, nəhəng daşı aşkar edir.

 

Bu o deməkdir ki, ona belə bir düşüncə gəlir ki, o, nə üçün özü üçün deyil, Yaradan naminə işləməli olduğunu anlamaq istəyir. Məgər «sənin həyatın və yoldaşının həyatı söhbət mövzusu olduqda – sənin həyatının daha üstün olması» məlum deyilmi? Və bu xəbərə qarşı onun heç bir cavabı yoxdur. O zaman o, qazıntıda dayanır, çünki daş onda xisaron (boşluq) yarada bilməyəcək qədər çox sərtdir.

 

Buna görə də o, daşı deşə biləcək qiymətli alət götürməlidir. Bu alət «bilikdən üstün inam» adlanır və yalnız bu alət «xarici bilik» adlanan daşı deşməyə qadirdir. Bu o deməkdir ki, belə bilik müqəddəslikdən kənardadır, çünki, o, müqəddəsliyə yalnız «bəhrədən əvvəl gələn klipa» qismində xidmət edir.

 

Buna görə də, yalnız bilikdən üstün inamla daşı deşmək mümkün olduğundan, burada yüksəlişlər və enişlər baş verir. Çünki insan hər zaman bilikdən üstün inamla getməyə qadir deyil. Deməli, qazıb çıxardığı və Yaradandan onu əta yolu ilə getməyə qüvvə verməsini təvəqqe etmək üçün hər hansı bir xisaron tapdığı hər şey – yenidən daşla bağlanır.

 

Buna görə də o, bir daha və yenidən qazmağa məcbur olur. Və o, hər dəfə qazmağa və torpaq çıxarmağa başlayır və qazıntının ortasında yenidən daş aşkar edir. Və o, yenidən bilik daxilində suallar verməyə başlayır. Və yenidən güclənir və bilikdən üstün inamdan istifadə edir. Və yenidən xisaron yeri tapır və Yaradandan onu işə yaxınlaşdırmasını təvəqqe etməyə başlayır. Yəni Yaradanın işini şəxsi mənfəət üçün deyil, göylər naminə yerinə yetirsin.

 

Lakin bina bilikdən üstün qalxmaqla tikildiyindən, təməlin qazılması hər dəfə dayanır. Başqa sözlə, insanın yenidən istəyi yox olur və yenidən təvəqqe edəcək heç nəyi yoxdur, çünki o, Yaradanın onu yaxınlaşdırması üçün tələbat hiss etmir. Buna görə də o, təməli yenidən qazmağa – Yaradana müraciət edib təvəqqe etmək və tikilisini başa çatdırmaq üçün əsas olacaq istəyi axtarmaq üzrə işləməyə məcburdur.

 

Qazıntı zamanı, torpağı qazarkən biz torpaq və daşları çıxarırıq. «Torpaq» ürək xassəsi olan liba adlanır. Yəni özü üçün almaq istəyi. Və bu hələ qorxulu deyil, çünki, insan böyük səylərlə torpağı hələ də çıxara bilər. Lakin qazıntının ortasında o, daşlar tapdıqda, ağıl suallar verməyə başladıqda, o zaman inamı bilikdən üstün gücləndirmək üçün göylərin mərhəməti lazımdır.

 

Buna görə də təməlin yaradılmasında böyük iş var, çünki, qazıntı bir gündə başa çatmır. Qazıntıdan dərhal sonra isə daşlar gəlib başına düşür – o, kənar düşüncələr alır. Və bilikdən üstün inama əsasən artıq gücləndikdən sonra o, özünü saxlaya bilmir və sonra yenidən eniş alır. Və o, yenidən hər şeyə başlamağa məcbur olur. Lakin insan inanmalıdır ki, heç bir iş hədər getmir və hər şey qalır. Və yalnız işin ortasında artıq görülmüş işi görməmək üçün islah mövcuddur.

 

Buna görə də hesab olunur ki, hər gün təməl üçün çuxur qazan insan dünən gördüyü işi yenidən yenidən görmür, əksinə, torpağın içərisinə doğru daha da dərin qazır. Çünki irəliləyiş dərinliyə doğrudur. Və lazımi qazıntı dərinliyi – əta etmək üçün işləmək istəyi olsun deyə Yaradanın kömək etməsi üçün Yaradanın köməyinə həqiqi tələbat əldə edənə qədərdir. Və «qəpik-qəpik yığılıb böyük hesab əmələ gətirir» ki, o, bütün bu qazıntılar nəticəsində elə bir dərinliyə çatsın ki, artıq orada bina qurmaq mümkün olsun və bununla da ruhun NARANXAY səviyyəsinə (Nefeş, Ruax, Neşama, Xaya və Yexida) layiq olsun. Axı insanın nail olmalı olduğu da məhz budur.

 

Müqəddəslik (əta) tikintisi bizə 2 aspektdə başa düşülür:

 

1.Kli.

 

2.Nur.

 

Kli o deməkdir ki, Yaradan ona Yaradana əta etmək istəyi və canatması bəxş etmişdir. Nur o deməkdir ki, onda əta etmək istəyi, yəni qovuşma artıq mövcud olduqdan sonra, o, NaRaNXaY qəbul etməyə layiq olana qədər ruh səviyyəsi alır. TES-ə ön sözdə deyildiyi kimi: «Eynilə, kamil salehlərin işində də belədir. Çünki Simanın gizlədilməsi zamanı mövcud olan seçim, Aşkar İdarəetmənin dərk edilməsinə aparan qapılar açıldığı andan etibarən, əlbəttə ki, artıq mövcud olmur».Və həqiqətən də [o zaman] simanın açılmasına aid olan Yaradanın əsas  işinə başlayırlar. Və o zaman saysız-hesabsız pillələrlə addımlamağa başlayırlar... Necə ki deyilib: "Salehlər uğurdan uğura gedəcəklər", ... Və bu işlər onları Yaradanın istəyinə hazırlayır ki, Yaradanın məxluqlarına həzz əta etməkdən ibarət olan varlıqdakı Yaradan niyyəti onlarda həyata keçsin».

 

Deyilənlərdən görünür ki, Yaradanla qovuşma-a layiq olmaq pilləsi, yəni əta etmək istəyi səviyyəsinə çatmaq var. Və bundan sonra NaRaNXaY adlanan nura layiq olmaq qaydası gəlir və bunlar nurun açılması pillələridir.

 

Və deyilənlərlə yazılanı izah etmək olar: «Və İbrahimin günlərində atasının qullarının qazdığı bütün quyuları... pliştimlilər doldurdular... Və İtsxaq atasının, İbrahimin günlərində qazdıqları və pliştimlilərin doldurduqları su quyularını yenidən qazdı. Və İtsxaqın qulları dərədə qazırdılar... Və Qrar çobanları İtsxaqın çobanları ilə mübahisə edib dedilər: "Su bizimdir!"... O, başqa quyu qazdı və onun üstündə mübahisə etmədilər, və onun adını Rexovot qoydu,: "Budur, indi Yaradan bizə genişlik verdi və biz torpaqda artacağıq"deyərək. Və o, ordan Beer-Şevaya getdi».

 

Qazıntının mahiyyəti, yəni qazarkən Yaradanın xilasında istək və tələbat tapmaq deməkdir və bu kli-dir. Başqa sözlə, Yaradandan onlara əta etmək tələbatı verməsini təvəqqe etməkdir. Və onlar görürlər ki, bacarmırlar, çünki bədən təbii şəkildə buna müqavimət göstərir, çünki, o, yalnız almaq istəyi ilə doğulmuşdur.

 

Lakin burada da iki aspekti ayırmaq olar:

 

  1. O, Yaradandan almaq istəyini üstələmək və əta etmək naminə işləmək üçün güc verməsini dua edir. Və o, Yaradanın ona bu gücü verməsini istəyir.
  2. Bəzən elə olur ki, insan Yaradandan əta etmək istəyi verməsini təvəqqe edə bilmir, çünki bədən duaya da müqavimət göstərir. Bədən qorxur, bəlkə Yaradan ona kömək edəcək və o, almaq istəyini tərk edəcək. Deməli, o, Yaradanın almaq istəyini üstələmək və əta etmək naminə işləmək üçün Yaradanın ona kömək etməsini təvəqqe etmək gücü olsun deyə bədəni dəf etmək gücü verməsi üçün dua etməlidir.

 

Belə çıxır ki, o, dua ucaldır. Onun duası nədən ibarətdir? Dua edə bilsin deyə. Və bu, dua haqqında dua adlanır. Və bu o deməkdir ki, Yaradan ona kli əldə etməkdə kömək etməlidir. Yəni başa düşsün ki, onun əta etmək qüvvəsi çatışmır. Deməli, Yaradan ona kömək edir və istək əta edir ki, insan ürəyində və ağlında yalnız əta etmək istəyinin çatışmadığını dərk etməyə can atsın.

 

Və sonra, əta etmək üçün işləmək istədikdə, lakin bacarmadıqda onun tələbatı olduqda, Yaradan ona nur əta edir. Başqa sözlə, kli-nin islahı üçün nur. Yəni əta etmək naminə işləmək imkanı olsun deyə. Və bu nur kli-nin adı ilə adlanır. Məlum olduğu kimi, nur əməlin adı ilə adlanır. Nur ona kli adlanan istək verdiyindən, bu o deməkdir ki, Yaradan ona əta edən kli bəxş edir. Və bu, «təməl» adlanır. Və bu təməl üzərində çoxmərtəbəli bina tikmək olar. Yəni təməli, yəni əta edən kli-ni əldə etdikdən sonra o, ruhunun tam NaRaNXaY səviyyəsinə layiq olmağa başlayır.

 

Lakin pliştimlilərin Atası İbrahimin günlərində qullarını qazdıqları quyuları doldurmalarına gəldikdə, biz bunun ruhani işdə nə demək olduğunu izah etməliyik. İbrahim – xesed [mərhəmət] xassəsidir. İbrahimin qulları – xesed xassəsinin yolu ilə gedənlərdir, yəni «xesed» adlanan əta yolu ilə getmək istəyənlərdir. Özləri üçün qazdıqları bu xisaron – əta edən kelim-lərə ehtiyac deməkdir. Lakin onlar xisaron axtarışında nə qədər çox qazdılarsa, bu xisaronu bir o qədər çox qapayırdılar və yuxarıda deyildiyi kimi, həmişə yenidən işləməyə, daha çox qazmağa məcbur olurdular və beləcə yenə və yenə.

 

İndi biz Qrar çobanları ilə İtsxaqın çobanları arasındakı mübahisəni izah edə bilərik, necə ki yazılıb: «Və İtsxaqın qulları qazırdılar... Və Qrar çobanları İtsxaqın çobanları ilə mübahisə edirdilər... Və o, quyunun adını Esek 'çəkişmə' qoydu, çünki, onlar onunla itasku 'çəkişmə' aparırdılar. Və onlar başqa quyu qazdılar və onun üstündə də mübahisə etdilər, və onun adını Sitna 'böhtan' qoydular... O, başqa quyu qazdı və onun üstündə mübahisə etmədilər, və onun adını Rexovot qoydu... Və o, ordan Beer-Şevaya getdi».

 

Və ruhani aləmdə «çobanlar» sözünün mənasını başa düşmək lazımdır. Və işdə «Qrar çobanları» ilə «İtsxaq çobanları» arasındakı fərq nədən ibarətdir. Və ilk iki quyunun qazılması üzrə nə üçün mübahisə düşdü, üçüncü quyunun qazılması üzrə isə necə ki yazılıb: «Və onun üstündə mübahisə etmədilər» mübahisə olmadı.

 

Məlumdur ki, insan ruzi olmadan mövcud ola bilməz. Yəni ruzi – insanı qidalandıran, onun sayəsində mövcud olduğu şeydir. Və o deyir ki, məhz buna görə yaşamağa dəyər. Və təbii ki, insanın ruzisində saysız-hesabsız pillələr var. Elələri var ki, azla kifayətlənirlər. Yəni əgər insanda heyvanların qidası kimi qida varsa, yəni heyvanların kifayətləndiyi şey varsa, o deyir ki, bu ona bəs edir və bunun üçün yaşamağa dəyər. Başqalarında olan ruzi növlərinə gəldikdə isə, bu o deməkdir ki, o, azla kifayətlənir.

 

Və elələri də var ki, deyirlər ki, kiçik uşaqların kifayətləndiyi, heyvan səviyyəli qidanın əlavəsi olan qidaları varsa, bu onlara bəs edir. Və onlar gizlənqaç, müxtəlif oyuncaqlar və s. ilə oynayırlar. Və onlar bundan kifayətlənirlər. Və onlar deyirlər ki, həzz aldığımız şey mütləq həqiqi şey olmalı deyil. Və hətta bu yalan şey olsa belə, onlar bundan qidalanırlar. Və əksinə, həqiqi şeylərdə onlar heç bir dad tapmırlar.

 

Məsələn, bir çox dəfə danışdığım kimi, reallıqda görürük ki, valideynlərin oynamaları üçün parça kuklalar aldıqları kiçik qızlar var. Və bəzən ana mətbəxdə olur, şənbə üçün nəsə bişirir. Və evdə ağlayan bir yaşlı körpəsi var. Və ana kiçik qızdan təvəqqe edir ki, körpə ilə oynasın, deyir ki, əgər o razı qalsa, mən də hər şeyi şənbəyə hazırlaya biləcəyimdən razı qalacağam. Və reallıqda görürük ki, qız getməyəcək. Əgər qızdan soruşsaydılar: «Niyə körpə ilə oynamaq istəmirsən, yalnız öz kuklanla oynayırsan və onu öpürsən? Niyə parça körpə ilə deyil, əsl körpə ilə oynamaq istəmirsən? Məgər görmürsən ki, anan tam əksini edir, o, heç vaxt sənin kuklanı öpmür, yalnız əsl körpəni öpür?». Şübhəsiz ki, qız belə cavab verərdi: «Mənim anam həyatdan həzz almaq istəmir, buna görə də o, kukla ilə oynaya bilmir. Mən isə hələ həyatdan həzz almaq istəyirəm, buna görə də əsl körpə ilə oynamaq qabiliyyətində deyiləm».

 

Eyni şey ruhani işdə də baş verir. İnsan həqiqi işdən həzz almaq qabiliyyətində deyil, məhz yalandan ilhamlanır və ondan həzz və həyat qüvvəsi alır. Əgər ona desələr ki, işdə qeyri-həqiqi şeylərdən həzz almaq yaxşı deyil, o cavab verir: «Mən hələ də dünyadan həzz almaq istəyirəm, buna görə də Tövrat və ehkamları yerinə yetirməkdə azla kifayətlənirəm».

 

Və qayda olaraq, ruhani işlə məşğul olanların, Tövrat və ehkamları yerinə yetirənlərin bir çoxu Tövrat və ehkamlara həsr edə biləcəyi ölçünü hər biri özü üçün müəyyən edir. Hər biri öz fikrincə ona bəs edən keyfiyyət və kəmiyyəti təsəvvür edir. Və deyir ki, o, azla kifayətlənir. Və o, böyük sərvətə sahib olan varlılar arasında olmalı deyil. Hər biri öz zövqünə və rəyinə görə Tövrat və ehkamları yerinə yetirmə ölçüsünün nə olduğunu başa düşür.

 

Və Zoarın ayə haqqında dediyi məhz budur: «Onun əri qapılarda tanınır» – «Hər kəsin ürəyində təsəvvür etdiyinə uyğun olaraq». Bu o deməkdir ki, Yaradanın əzəmətini ürəyində necə təsəvvür etməsinə uyğun olaraq, buna əsasən o bilir ki, Tövrat və ehkamlara nə qədər vaxt sərf etməlidir və əgər Tövrat və ehkamları yerinə yetirmək ona çətindirsə, nə qədər səy göstərməlidir.

 

Lakin xüsusi seçilmişlər var ki, əksəriyyətin qidalandığı şeylərlə kifayətlənmirlər. Və onların hiss etdikləri bu narazılıq Arinin sözlərinə görə ruhlarının kökündən asılıdır. O, ümumi əksəriyyətdən daha çox irəliləməlidir. Və o başa düşməyə başlayır ki, işdə əsas odur ki, kiçik uşaqlara verilən və ya heyvani qida ilə deyil, yetkin insanın qidası ilə qidalanmaq lazımdır. Rambam dediyi kimi: «Azyaşlıları öyrədəndə, onları mükafat naminə işləməyə öyrədirlər və onlara lişma-nın nə olduğunu açmırlar».

 

Lakin burada əsas səy başlayır- o, şəxsi mənfəət üçün deyil, Yaradana əta etmək yolu ilə getmək istədikdə. Və bədən buna müqavimət göstərir. Və o, istisna olmamalı olduğunu ona başa salan düşüncələr almağa başlayır. Və necə ki ümumi əksəriyyət ruzi ilə – bu dünyada və gələcək dünyada Tövrat və ehkamlar üzrə səylərə görə mükafatla kifayətlənir, sən də bununla kifayətlənməlisən. Və sən məhz əta etmək naminə işləmək istəməklə aləmləri nə üçün coşdurursan? Axı görürsən ki, bu, çətin işdir, yoxsa bir çoxları əta etmək sahəsində işləyərdilər. Və bu iddia və düşüncələr «qazılmışı», yəni xisaronu və əta etmək istəyini əldə etmək tələbatını qapayır.

 

Deyilənlərin işığında Qrar çobanlarının nə olduğunu, İtsxaq çobanlarının nə olduğunu və onlar arasındakı mübahisənin nə demək olduğunu izah edəcəyik. Çoban – ruzi verən deməkdir. Qrar çobanları o deməkdir ki, onların ruzisi ümumi əksəriyyətin ardınca canatmaqdadır. Başqa sözlə, onlara işləməmək barədə düşüncələr gəldikdə, həqiqəti, yəni lişma-nı və ya əta etməyi dərk etmək istəyən xüsusi seçilmişlər kimi işləməmək lazım olduğu gəldikdə, onlara bu dünyada və ya gələcək dünyada mükafat almaq üçün Tövrat və ehkamlarla işləmələri və onları yerinə yetirmələri bəs edir. Başqa sözlə, o, Tövrat və ehkamları yerinə yetirərkən azla kifayətlənərək burada da irəliləyə bilər.

 

Və İtsxaqın çobanları, yəni İtsxaq xassəsini qidalandıranlar o deməkdir ki, onlar İtsxaq xassəsini – əta xassəsini qidalandırırlar. Və o, Yaradana əta edə bildiyi hər zaman – bu, onun qidasıdır və bu, ona həyat verir.

 

Və Qrar çobanları ilə mübahisə məhz bundan ötrü idi, çünki onlar ona deyirdilər ki, bütün qazıntılar yalnız əta etmək istəyi və tələbatı tapmaq üçündür – belə xisaron-lar qazmaq və axtarmaq lazım deyil. Və onlar xisaronu bununla qapayırdılar ki – biz istisna olmamaq üçün əksəriyyətin ardınca canatmalıyıq (nigrarim).

 

İtsxaqın çobanları isə əta etmək niyyəti ilə əməlləri yerinə yetirə bilməməkdən ağrı və iztirab tapmaq üçün istək və tələbat qazıb axtarırdılar. Bu o deməkdir ki, əsas işin əta etmək naminə olması başa düşülsə də, bu çatışmazlıqdan ağrı və iztirab hiss olunmurdu. Buna görə də onlar iztirabı necə hiss etmək barədə məsləhət qazıb axtarırdılar. Və Qrar çobanları gəlib onların tapdıqları xisaron-ları qapayırdılar (doldururdular). Başqa sözlə, başa salırdılar ki, bu qorxulu deyil, biz əksəriyyətin ardınca can ata bilərik, onların «Biz azla kifayətlənirik» dediklərinə uyğun olaraq.

 

Və bu, İtsxaq çobanlarına iztirab verirdi. Çünki onlar xisaron-un əta etmək sahəsində işləyə bilməməkdən ibarət olduğunu, bundan iztirab çəkməli olduqlarını tapmaq üçün böyük səylər göstərdikdən sonra. Və onların ürəyin dərinliyindən dua etmək üçün artıq yerləri var idi. Və Yaradanın işində əsas olan çatışmazlıq yerini onlara açdığına görə Yaradana şükür etmək üçün, yəni xeyir-dua üçün artıq yerləri var idi. Başqa sözlə, əgər onlar öz əməllərini Yaradanın xeyrinə istiqamətləndirə bilmirlərsə, onlar Yaradanın işçiləri hesab olunmurlar, əksinə, özləri üçün işləyirlər. Və qəflətən Qrar çobanları gəlir və onları yuxarıda deyildiyi kimi, bir çoxlarının kifayətləndiyi ruziyə can atmağa cəlb edirlər. Deməli, bununla onlar İtsxaq çobanlarının bütün quyularını basdırırdılar. Və quyuları qazarkən onlar arasındakı mübahisə bundan ibarət idi.

 

İndi isə soruşduğumuzu aydınlaşdıraq – nə üçün ilk iki quyu üzrə Qrar çobanları mübahisə etdi, üçüncü üzrə isə yox? Məlumdur ki, iş qaydası üç xətdə baş verir: bir-birinə əks olan sağ və sol, və sonra orta xətt gəlir və barışıq yaranır.

 

Həmçinin dediyimizdən məlumdur ki, əksəriyyət bir xəttə aiddir. Buna görə də onun əleyhinə çıxan və iddia irəli sürən yoxdur, çünki, onun yalnız bir xətti var. Buna görə də onların demək olar ki, yüksəliş və enişləri yoxdur. Sağ xəttə isə sol xətt qarşı durur, buna görə də sağ xətdə artıq yüksəlişlər və enişlər baş verir.

 

Sağ xətt, məlum olduğu kimi, həqiqət xəttidir. Bir xətt isə tam həqiqət deyil. Və məlumdur ki, həqiqətdən uzaq olan hər şeyi yerinə yetirmək daha asandır. Buna görə də bir xətt ilə getməyə öyrədilən əksəriyyətin yolu o deməkdir ki, onlar hələ əməllərdən daha böyük bir şeyin olduğunu bilməyə və dərk etməyə gəlib çıxmayıblar. Onlar 613 ehkamı Yaradanın bizə onları yerinə yetirməyi əmr etdiyi niyyəti ilə və buna görə mükafat alacağıq deyə yerinə yetirdikdə – [onların anlayışına görə belə bir insan] kamil salehdir.

 

İşçilərin bütün fərqləri kəmiyyətə görə, yəni hər birinin Tövrat və ehkamlarla məşğul olmağa ayırdığı vaxtın miqdarına görədir. Buna görə də, o, həqiqətə o qədər də yaxın olmadığı və lo lişma-da olduğu üçün, «kütlələrin ruzisi» adlanan belə hallarda o qədər də çox yüksəliş və enişlər olmur, çünki, əgər o, yalnız mükafat və cəzaya inanırsa, bu inamının ölçüsündə bədən Tövrat və ehkamların yerinə yetirilməsi üçün işləməyə və səy göstərməyə razılaşır, çünki, alan kelim-lərində almağı gözlədiyi mükafat «özü üçün almaq istəyi» adlanan bədənlə ziddiyyət təşkil etmir. Beləliklə, onlar böyük səylə işləyə bilərlər.

 

Onların o qədər də çox enişlərinin olmamasının başqa bir səbəbi də var – onlar işdə uğur görürlər. Başqa sözlə, onlar Tövrat və ehkamlarda hər gün irəlilədiklərini görürlər. İnsan təbiəti belədir: hər hansı bir işdə uğur qazandığımızı gördükdə, işləmək üçün motivasiya yaranır. Bütün bunlar bir xətt hesab olunur.

 

İnsan əta etmək üçün işləməyə başladıqda, yəni əməyinin müqabilində gözlədiyi mükafat Yaradanla qovuşmağa çatmaqdan ibarət olduqda, Tövrat və ehkamlara riayət etməkdə niyyəti yalnız şəxsi mənfəət üçün deyil, Yaradana əta etmək istəyinə sahib olmaq olduqda isə bu, belə deyil. Və o zaman əta edən kelim-ləri əldə etmək üçün nə qədər səy göstərsə də, o, yerdən bir addım da olsun irəliləmir. Əksinə, görür ki, işdə uğur qazanmır. Beləliklə, o, işi davam etdirmək üçün həyat qüvvəsini haradan alacaq?

 

İslah isə həqiqəti dərk etməkdən ibarətdir: o, hələ də özünə olan sevgiyə batıb və Yaradandan hələ də uzaqdır. Lakin o zaman o, özünə deməlidir: «Hələ də işdə heç bir irəliləyiş görməsəm də, mənim böyük imtiyazım var – Tövrat və ehkamlarda nəsə etmək imkanına sahibəm».

 

O zaman o, bilikdən üstün inanmalıdır ki, hələ Yaradanın əzəmətini hiss etməsə də, Tövrat və ehkamlarda ən kiçik bir şey etməsi – hətta məcburiyyət qarşısında olsa belə – onu Tövrat və ehkamlarla kiçik bir əlaqəsi olduğuna görə xoşbəxt edir. Və buna görə o, Yaradana şükür edir. Və bu o deməkdir ki, Yaradana verdiyi şükür həqiqidir.

 

Başqa sözlə, o, həqiqəti bilir – ki, o, Yaradandan uzaqdır – lakin o, ürəkdən etməsə də, Tövrat və ehkamlarda nəsə etməyə qüvvəsi olduğuna görə xoşbəxtdir. Lakin onun üçün vacib olan odur ki, hələ Yaradanın əzəmətini hiss etməsə də, Yaradana xidmət edir. Buna baxmayaraq, o, Onun üçün nəsə etməyə icazə verdiyinə görə Yaradana şükür edir. Və bu həqiqətdir ki, o, Yaradana xidmət edənlərə aid olduğunu düşünərək özünü aldatmır, çünki, o, etdiyi hər şeyin ürəyin əmri ilə deyil, tamamilə məcburiyyət qarşısında baş verdiyi həqiqətini bilir.

 

Bir xətt ilə gedənlər və onları Tövrat və ehkamlarla məşğul olmağa layiq gördüyünə görə Yaradana şükür edənlər isə iki çatışmazlığa malikdir:

 

  1. İnsan özünü Yaradanın işçisi hesab edir, bu isə həqiqət deyil, çünki, o, özü üçün işləyir.
  2. Onun gözündə Yaradan vacib deyil və buna görə də ona Yaradan üçün işləmək lazımdır. Onun bütün işinin önəmi əməyinə görə alacağı mükafatdan ibarətdir. Başqa sözlə, o, ona ödəyənin vacib olub-olmadığına deyil, əhəmiyyətli mükafat alıb-almayacağına baxır.

 

Lakin sağ xətt ilə gedənlər işi Əta edənin onların gözündə nə qədər vacib olduğuna baxırlar. Onların istəyi həmişə işi Əta edənin onlar üçün vacib olmasıdır və onların mükafatı bundadır. Hesab olunur ki, onlar həmişə Yaradanın əzəmətini görməyə həsrətdirlər.

 

Buradan belə belə çıxır ki, onlar əməklərinə görə alacaqları mükafatın arxasınca qaçmırlar. Əksinə, onlar Onun ehkamlarına riayət edərkən həmişə əmrləri Əta edənin hər dəfə onların gözündə daha vacib olmasına baxırlar və bu, onların Tövrat və ehkamlardakı səylərinə görə mükafatıdır. Buna görə də onlar deyirlər ki, Tövrat və ehkamlarla hətta kiçik bir əlaqə belə böyük işdir və onlar sevinir, həyat qüvvəsi alırlar.

 

Bununla biz birinci quyunun qazılması üzrə mübahisəni izah edə bilərik, çünki, bu 3 quyunun qazılması bütün iş qaydasını ehtiva edir. Başqa sözlə, sağ xəttə aid olan bir çox qazıntılar, sol xəttə aid olan bir çox qazıntılar və orta xəttə aid olan bir çox qazıntılar var. Səbəb odur ki, bütün qazıntıları dərhal başa çatdırmaq mümkün deyil. Hər bir xəttdə xəttlər tam əldə olunana qədər çox qazmaq lazımdır.

 

Qazdıqları birinci quyu haqqında yazılıb: «Və o, quyunun adını Esek 'çəkişmə' qoydu, çünki, onlar onunla itasku 'çəkişmə' aparırdılar». İzah etmək lazımdır ki, "Esek" o deməkdir ki, sağ xəttə işarə edən birinci quyu ilə onlar onu qazarkən Tövrat və ehkamlarla məşğul olurdular. Çünki sağ xətt «kamillik», sol xətt isə «xisaron» adlanır. Sağ xətt «kamillik» adlanır, bu o deməkdir ki, sağ xətdə yuxarıda qeyd olunan səbəbə görə Tövrat və ehkamlarla sevinclə məşğul olmağa qüvvələri var idi: Tövrat və ehkamlarla hansı əlaqəyə malik olsalar da, bunun onlara alidən gəldiyinə, Yaradanın onlara Tövrat və ehkamlarla ən azı bir az məşğul olmaq imkanına sahib olmaq üçün istək və canatma əta etdiyinə inanırlar. Buna görə də İtsxaqın çobanları iddia edirdilər: «Hansı əlaqəmiz olsa da, o, bizim üçün vacibdir və biz buna görə Yaradana şükür edirik».

 

Və əksinə, Qrar çobanları kütlələrin dediklərinə əməl edirdilər: «Biz Tövrat və ehkamları öz gücümüzlə qoruyuruq və buna görə də Yaradandan Tövrat və ehkamlar üzrə əməyimizə görə ödəniş tələb edirik». Bununla onlar İtsxaq qullarının qazdıqları quyunu basdırırlar. İtsxaq qulları isə demişdi: «Biz buradan həyat qüvvəsi ala bilərik, çünki, hətta kiçik bir şey belə bizim üçün vacibdir, yəni Yaradan bizə Yaradanın işində nəsə etmək üçün istək və canatma əta etmişdir. Lakin görürük ki, elə insanlar var ki, Yaradan onlara bu istəyi vermədiyinə görə işdə nəsə etmək üçün istək və canatmaları yoxdur».

 

Buna görə də İtsxaqın qulları bu quyudan həyat alırdılar. Qrar çobanları gəlib bu quyunu basdırdılar ki, onlar ordan həyat ala bilməsinlər. Onlar onlara deyirdilər: «Sizin bu cüzi işdəki inadkarlığınız faydasızdır. Siz bundan heç bir mükafat almayacaqsınız, çünki bu iş qətiyyən vacib deyil, çünki, bu, cüzi bir şeydir – əksəriyyət belə hesab edir».

 

Buna görə də Esek adlandırdıqları birinci quyuda dedilər: «Bu şübhəsizdir, məşğul olduğunuz bu cüzi işə sevinməyə dəyməz. Çünki özünüz də dediyiniz kimi, baxılacaq heç nə yoxdur, bu, cəmi çox kiçik bir işdir. Verənə diqqət yetirməyinizə gəldikdə isə – bu bizə aydın deyil».

 

Bundan sonra İtsxaq qullarının çobanları özlərinin hələ də özünə olan sevgiyə batdıqlarını və Yaradan naminə işləmək qabiliyyətində olmadıqlarını tənqidi qiymətləndirmək üçün sol xətdə işə keçdilər. Buna görə də onlar xisaron və ağrı tapmaq üçün ürəklərinin dərinliyində qazırlar. Başqa sözlə, onlar əta yolundan uzaqlaşmaqdan iztirab çəkməyin yollarını axtarırlar. Və onlar iztirab çəkdikdə şübhəsiz ki, Misirdən çıxışda olduğu kimi Yaradandan kömək alacaqlar, necə ki yazılıb: «Və İsrail oğulları işdən inildədilər... Və Qüdrətli Yaradan onların iniltisini eşitdi».

 

Buna görə də ürəklərinin dərinliyində qazıntı nəticəsində onlar quyunu, yəni dua edə biləcəkləri yeri tapdılar. «Və onun üstündə də mübahisə etdilər, və onun adını Sitna 'böhtan' qoydular». Bu o deməkdir ki, Qrar çobanları Yaradanın onların istəyini yerinə yetirməsi, yəni Yaradanın alan kelim-ləri üstələmək və şəxsi mənfəət üçün deyil, Yaradan üçün əmək sərf etməyə onlara güc verməsi üçün dua etmələrinə imkan verməyərək onları biabır etməyə başladılar.

 

Deməli, onlar mübahisələrinin nəticəsi olaraq sol xətdə Yaradanın onların xeyirli istəklərini yerinə yetirməsi üçün tələbatları olsun deyə qazılmış boşluqları doldururdular. «Xeyir» – «əta etmək naminə» deməkdir, necə ki yazılıb: «Ürəyim xeyri hiss edir... əməllərim Padşah üçündür». «Əməllərim Padşah üçündür» ifadəsinin mənası odur ki, etdiyi hər şey Padşah üçün olacaq və onun niyyəti Padşaha əta etməkdir.

 

Qrar çobanları isə onlara böhtan atırdılar, buna görə də onlar dua edə bilmirdilər, çünki, onlar əksəriyyətin: «Əməl – vacib olan şeydir, onu yerinə yetirmək niyyəti isə, lişma – bizim işimiz deyil. Əksinə, bu, saf ürəkli və anadangəlmə istedadlı insanlar üçündür. Əta işi isə bizim üçün deyil» – dediklərinə əməl edirdilər. Və bununla onlar duaya olan ehtiyacı avtomatik olaraq bağlayırdılar. Buna görə də ikinci quyunu satandan («böhtan» mənasını verən) götürülmüş Sitna adlandırdılar. Həmçinin bu xətdə də onlar ikinci quyunu bir dəfəyə deyil, hər xətdə bir çox dəfə qazaraq düzəltdilər. Lakin bütün bu qazıntılar «üç quyunun» adında ehtiva olunur.

 

Lakin sonradan, iki xətdə iş prosesini başa çatdırdıqdan sonra onlar orta xəttə layiq oldular. Əvvəlki məqalələrdə dediyimiz kimi, sağ xətt «onun atası», sol xətt «onun anası», orta xətt isə yazıldığı kimi «Yaradan» adlanır: «Üç nəfər insanın yaranmasında iştirak edir – onun atası, onun anası və Yaradan».

 

«Onun atası ağ rəng verir». Bu o deməkdir ki, orada heç bir xisaron yoxdur, bütün «ağ» – o, ruhaniyyətlə kiçik bir əlaqəyə malik olmasından, taleyindən razıdır deməkdir.

 

«Onun anası qırmızı rəng verir». Bu o deməkdir ki, o, yaxşı vəziyyətdə deyil, əksinə, bir çox çatışmazlıqlara malikdir və o zaman onun dua etmək üçün yeri olur.

 

Və sonra: «Yaradan ruh verir». Yaradan ona ruh əta etməklə kömək etdikdə, satana artıq yer qalmır, deməli, böhtan atmağa heç nə yoxdur. Sözlərin mənası budur: «Və o, başqa quyu qazdı və onun üstündə mübahisə etmədilər, və onun adını Rexovot qoydu: "Budur, indi Yaradan bizə genişlik verdi və biz torpaqda artacağıq"  deyərək. Və o, ordan Beer-Şevaya getdi».

 

Biz soruşduq: «Nə üçün Qrar çobanları üçüncü quyu üzrə mübahisə etmədilər?» Müqəddəsliyin çatışmadığı yerdə Sitra Axranın yeri var. 

Yəni, insan sağ xətt ilə gedəndə, özünə olan  sevgiyə batdığını və bütün əməllərinin Yaradan üçün deyil, özü üçün olduğunu bildiyi halda, hələ də özü üçün işləsə də, Yaradanın işçisi olmaq istədikdə. Və içində olduğu bütün alçaqlığa baxmayaraq, Yaradana şükür etmək istəyir ki, O, ona – hətta bu "lo lişma" olsa belə – Yaradanın işi ilə hər hansı bir şəkildə təmasda olmaq imkanı bəxş etmişdir.

 

Və o, bilikdən üstün inamla inanır ki, Yaradan ona ruhani işlə bir az məşğul olmaq üçün düşüncə və istək bəxş etmişdir. O, bilikdən üstün inamla, bacardığı qədər Yaradanın əzəmətinə və vacibliyinə inandığı üçün, baxmayaraq ki, bilik daxilində bu vacibliyin hiss olunmasına layiq görülməyib, o, yenə də sadə işlər görməyə layiq görülüb. O, Yaradana şükür edir və həmd edir, sevinir və bir xətdə olan o insanlar kimi Yaradana şükür etmək istəyir.

Yəni, bunlar gördükləri işin həqiqətən kamil olduğunu hiss edən insanlardır. Onların fikrincə, işlərinə əlavə etməli olduqları yeganə şey kəmiyyətdir. Keyfiyyət baxımından isə özlərini o qədər kamil hiss edirlər ki, təvazökarlıq üzərində işləməli olurlar. Müdriklərimizin dediyi kimi: «Ruhən son dərəcə təvazökar ol».

Onlar özlərində hansısa bir alçaqlıq və çatışmazlıq tapmaq üçün bu istiqamətdə çox çalışırlar. Bütün bunlar ona görədir ki, onlar yalnız bir xətti tanıyırlar. Bu isə ümumi çoxluğun (klal) işidir.

Lakin kim ki, sağ xətt ilə getmək istəyir, o bilir ki, sağ xətti zəiflədən sol xətt də mövcuddur. Buna görə də o, böyük səylər göstərməlidir ki, bilikdən üstün inansın: ruhaniyyətdə hətta kiçik bir iş – özlərinin hiss etdiyi kimi kamil olmasa belə – vacibdir. Və Yaradana şükür edərək xoşbəxt olmalı, indi yaşamağa dəyər bir həyatı olduğunu hiss etməlidir.

 

Bu o deməkdir ki, o, Yaradanın əzəmətinin hüdudsuz olduğuna və Padşaha xidmət edə bilməsi üçün bunun ona çox vacib olduğuna bilikdən üstün inandığı sayəsində – buna «sağ xətt» deyilir. Bu, böyük bir işdir və insan sağ xətdə işin vacibliyini hiss etməlidir. Və o, bir xətdə işlədiyi vaxtkı həyat qüvvəsi səviyyəsinə, ya da heç olmasa sağ xətdə işə başlamazdan əvvəl bir xətdə işlədiyi vaxtdakından az olmayan səviyyəyə malik olmağa çalışmalıdır.

 

Lakin burada, sağ xətdə böyük iş var. Və o, bir xətdə işlədiyi kimi asanlıqla başa gəlmir. Bunun səbəbi odur ki, orada o, gördüyü işlərin böyük və vacib olduğunu bilirdi, buna görə də işləmək ona daha asan idi. Sağ xətdə isə o, özü görür ki, əməllərinin öz-özlüyündə heç bir qiyməti yoxdur, çünki o, bütün qəlbi ilə işləmir. Beləliklə, o deyə bilməz ki, böyük işlər görür və Yaradan mütləq onun əməyinə görə ona mükafat verəcək.

 

Lakin bir xətdə bədən tərəfindən müqavimət mövcud deyil, buna görə də o, asanlıqla, maneəsiz işləyə bilər. Lakin sağ xətdə onun çox işi var, çünki o deyir ki, bədən üçün deyil, Yaradan naminə işləmək istəyir, buna görə də bədən təbii olaraq müqavimət göstərir və o, daim bədənlə mübarizə aparmalı olur. Beləliklə, o, həmişə onunla işləməli və ona qalib gəlməlidir.

 

Və başqa bir problem də var. Əgər o, işləmək üçün qüvvəsi olsun deyə daim sağ xətt ilə getmək istəyirsə, o, daim Yaradanı ucaltmalı və Yaradanın əzəmətini və vacibliyini necə əldə etmək barədə məsləhət axtararaq böyük səylər göstərməlidir. Çünki əgər insan əməllərinə dəyər verərsə, yəni: «Mənim əməllərim yuxarıda çox qiymətlidir», – deyərsə, bu, mütləq yalan olar. Çünki onun əməlləri «lişma» deyil. Belə ki, onun etdiyi hər şeydə Yaradana məhəbbət deyil, özünə məhəbbət mövcuddur.

 

Lakin bir xətdə onlar əməlləri qiymətləndirirlər, çünki bir xətdə yalnız əməllərdən danışırlar, niyyətdən deyil – niyyətinin əta etməyə yönəlib-yönəlməməsindən asılı olmayaraq, orada əməllərə diqqətlə yanaşmaq kimi iş qaydası yoxdur. Lakin nə zaman ki «sağ xətt» adlanan əta etmək naminə niyyət üzərində işləməyə başlayırlar, o zaman onun əməlləri qaydasındadır, o, etdiklərindən razıdır-demək olmaz .

 

Lakin əgər o, bilikdən üstün olaraq bacardığı qədər Yaradanı ucaltsa, o, heç vaxt Yaradanın əzəmətinə olan inamını şişirdə bilməz. Çünki biz mütləq deməliyik ki, Yaradan insanın Onu ucalda biləcəyindən daha uludur. Nəticədə, Yaradanın vacib olması haqqında sözlər həqiqətə çevrilir və beləliklə o, həqiqət yolu ilə gedir.

 

Və o zaman insan maddi aləmdəki kimi deyə bilər: «Biz görürük ki, vacib bir şəxsə münasibətdə hətta kiçik bir xidmət göstərmək belə onu sevindirir və ona yüksək əhval-ruhiyyə bəxş edir». Bu o deməkdir ki, əsas əməl, yəni göstərdiyi xidmət deyil, kimə xidmət etməsidir. Beləliklə, insan sağ xətt ilə gedərkən bu, həqiqət xəttidir.

 

Lakin sağ xətt həqiqət xətti olduğundan, dünyanın islahına aparan həqiqət yolu ilə getməyə imkan verməyən Sitra Axra tərəfindən böyük müqavimət mövcuddur. Bunun səbəbi odur ki, klipot sistemi dağıntı və korlanmış aləmlərdən qaynaqlanır. Buna görə də dünyadakı bütün şeylər, əgər onlar dağıntı və çürüməyə məhkumdursa, öz işlərini yerinə yetirmək gücünə malikdir. Biz bunu kiçik qız misalında olduğu kimi, əşyaları sındırıb xarab etməyə qadir olan, lakin islaha gətirib çıxaran şeylər üzərində işləməyə qadir olmayan kiçik uşaqların timsalında aydın görürük.

 

Bu, ali alətlərdə baş vermiş dağıntı üzündən baş verir. Buna görə də maddi budaqlar həmin yollarla gedirlər. Buna görə də dağıntı və məhv olmaq üçün işləməyə enerji var. islaha gəldikdə isə, yuxarıda hələ islah başa çatmadığından, dünyanın islahına gətirib çıxaran şeylər üzrə maddi budaqlarda işləmək çətindir.

 

Buna görə də sağ xətt ilə getmək çox çətindir. Başqa sözlə, insan bir xətt yolunda insanların necə səy göstərdiklərini görməlidir. Və sağ xətt ilə getdiyi vaxt da ən azı həmin qüvvələr və ruh yüksəkliyi olmalıdır.

 

Və insan sağ xətti qiymətləndirmək istədikdə, Qrar çobanları gəlib mübahisəyə başlayırlar. Yəni ona başa salırlar: «Bu səhv yoldur. Belə kiçik əməyə görə Yaradana necə şükür etmək istəyirsən? Yaradana faydasız bir şeyə görə nə üçün şükür etməlisən? Əksinə, bir xətt ilə gedənlər bilirlər ki, onların etdikləri vacibdir və buna görə də Yaradana şükür edə bilərlər. Lakin cüzi şeylərə görə şükür etməkmi? Axı özün deyirsən ki, əməllərin heç bir qiyməti yoxdur, çünki onlar sadəcə havanı bulandırır, çünki özün deyirsən ki, göylər naminə işləmirsən. Əgər belədirsə, sənin şükrün tərifə oxşar yaltaqlığa bənzəyir və sən yalandan necə sevinc və ruh yüksəkliyi ala bilərsən?»

 

Və Qrar çobanları onu ümumi əksəriyyətin biliyinə sürükləyirlər (qorerim), o əksəriyyət ki, Yaradana yalnız vacib işlərə görə şükür edə bilər və deyirlər: «Bu həqiqətdir. Sən isə yalanla gedirsən». Və bu klipa – insana xoşbəxt olmağa və həqiqətdən həyat qüvvəsi almağa imkan verməyən çox böyük klipadır. Bunun əvəzinə o, insanı kədər və depressiyaya salmaq istəyir. Bəzən bu onu elə bir vəziyyətə gətirib çıxarır ki, həyatı mənasızlaşır və o zaman insanı sevindirə biləcək tək şey – yuxudur, çünki o yatarkən ümidsizlik və həyatın mənasızlığı vəziyyətində olmamaq ona xoş gəlir.

 

Bu, xəstəxanada əməliyyat gözləyən insana bənzəyir. «Anestezioloq» adlanan xüsusi həkim var. Bu, ən azı üç ay necə yatmaq barədə ona məsləhət verməsi üçün müraciət etmək istənilən həkimdir. Bu klipa müqəddəsliyi tamamilə dağıdır, çünki Yaradanın Xeyirxah və Xeyir törədən adlandığını demək qeyri-mümkündür. İnsan bu vəziyyəti eniş adlandırır. Və sual yaranır: «O, hara enir?»

 

Cavab budur ki, o, cəhənnəmə (uçuruma) düşür. Əgər insan bu vəziyyətdə güclənirsə, o zaman (Hanuka nəğməsində) belə deyir: «Yaradan, Sən mənim ruhumu cəhənnəmdən (uçurumdan) qaldırdın».Buna görə də insan bilməlidir ki, Qrar çobanları onun yanına gəlib onu çoxluğun hakimiyyətinə cəlb etmək istədikdə, yəni onlar insanın kiçik bir iş gördüyünü müşahidə etdikdə, həmin işin kiçik olduğunu bildikləri və belə bir əmələ dəyər vermədikləri üçün ona belə deyirlər:«Sən necə olur ki, bir-birinə zidd olan iki şeyi edirsən? Bir tərəfdən, sən belə bir hərəkəti etməyi qəbul edirsən, digər tərəfdən isə onu edərkən bu əməlin çatışmazlıqlarla dolu olduğunu dərk edirsən».Çünki əməl zamanı çoxlu kənar fikirlər yaranır və bu, hər kəsin öz ruhani dərəcəsinə uyğun olaraq baş verir.

Məsələn, Yaradana xeyir-dua verərkən və şükür edərkən deyirlər: «...Öz ehkamları ilə bizi müqəddəsləşdirən». Lakin xeyir-dua zamanı onlar bilirlər ki, ehkamı yerinə yetirərkən heç nə hiss etmirlər və buna görə böyük şükür edirlər. Beləliklə, o deyir ki, etdiyi xeyir-dua və şükür vacib bir şey etdiyinə görə baş vermir. Və bundan sonra sən deyirsən ki, insan ehkamı yerinə yetirməyə layiq görüldüyü üçün – hətta bu vacib olmasa belə – həyat qüvvəsi almalı və xoşbəxt olmalıdır, onu buna layiq gördüyü üçün Yaradana şükür etməli və deməlidir: «Bizi seçən». Və bundan da artıq, siz deyirsiniz: «Əbədi məhəbbət, Sənin xalqın, İsrail evi, Tövrata və ehkamlara məhəbbət».

 

Sual yaranır: «Əgər yerinə yetirdiyin ehkamda heç nə görmürsənsə, nə üçün deyirsən ki, Yaradan bizi sevdiyi üçün bizə yaxşı şeylər verib? Sizin dediyinizə görə Onun sizə sevgidən verdiyi bu ehkamın mənası nədir? Biz, əksəriyyət, deyirik ki, O, bizi sevdiyi üçün bizə Tövrat və ehkamları verib. Ravvin Xananya ben Akaşiyanın dediyi kimi: "Yaradan İsraili layiq görmək istədi, buna görə də onlara Tövrat və ehkamları çoxaltdı"».

 

Bunun mənası odur ki, Yaradan bizi mükafatlandırmaq istədiyinə görə, bizim həm gələcək dünyaya, həm də bu dünyaya nail olmağımızı, yəni böyük mükafat almağımızı, lakin bununla yanaşı, utanc hiss etməməyimizi arzulayıb. Çünki məlumdur ki, insan mərhəmət çörəyi yedikdə utanır.Buna görə də «Onlara Tövratı və ehkamları çoxaltdı». Bunun sayəsində biz böyük mükafata nail ola biləcəyik.Lakin biz bilirik ki, kamilliyi olmayan kiçik bir əməl «utanc çörəyi» xüsusiyyətinə malik olacaq.

 

Buna görə də insan sağ xətt ilə gedəndə və kiçik bir şey etdiyindən həyat qüvvəsi və yüksək əhval-ruhiyyə almaq istədikdə, və Yaradana ona Yaradan üçün nəsə etməyi nəsib etdiyinə görə şükür etdikdə, və bilikdən üstün inandıqda ki, Padşah – «Böyük, qüdrətli və zəhmli Yaradan» adlanan böyük Padşahdır.

 

Deyilir ki, Padşahın böyüklüyünün vacibliyini hiss etdiyi ölçüdə, insana Padşaha yalnız kiçik bir xidmət göstərməyə icazə verilsə belə, hətta bu xidmət əhəmiyyətsiz və çoxlu çatışmazlıqlarla dolu olsa da, Padşahın böyüklüyünü hiss etdiyi ölçüdə, Padşahla müəyyən qədər təmasda olmaq belə onun gözündə çox qiymətlidir. Çünki o, mükafat axtarmır.

 

Çünki qayda belədir: əgər kimsə kiməsə nəsə gətirirsə və mükafat almaq istəyirsə, qayda budur ki, bu şeyə görə tələb olunan mükafata dəyib-dəymədiyini görmək üçün həmin şey yoxlanılır. Lakin sağ xətt ilə gedənlər heç bir mükafat arzulamırlar. Padşah üçün etdikləri şey – onların bütün mükafatı məhz bundan ibarətdir. Nəticə etibarilə, onlar bilikdən üstün inanırlar ki, Padşaha hansısa bir xidmət göstərirlər və bu, onlara həyat qüvvəsi, sevinc və yüksək əhval-ruhiyyə verir, çünki onlar Padşaha hansısa bir xidməti yerinə yetirməklə mükafatlandırılmışlar.

 

Və bu həqiqət olduğundan, həm Yaradanın çox vacib olduğunu və bizim Onun əzəmətini qiymətləndirmək gücündə olmadığımızı deyənlər tərəfindən, həm də əksinə, əməl nöqteyi-nəzərindən etdiklərindən daha kiçik və daha vacib əməl ola bilməyəcəyini deyənlər tərəfindən. Buradan belə çıxır ki, bu, hər iki tərəfdən doğrudur və hər şey bilikdən üstün inam əsasında qurulur. Və Baal Sulam demişdir: «Bilikdən üstün qurulan hər şey müqəddəsliyə daxil olur və daxili hesab olunur, bilik daxilində olan isə zahiri hesab olunur».

 

Buna görə də, sağ xətt həqiqət əsasında qurulduğundan, Qrar çobanları dərhal oyanır və insanı əksəriyyətin biliyinə sürükləmək istəyirlər. O zaman bu klipa insana hücum etməyə başlayır və ona əksəriyyətin rəyini başa salır — guya onların dedikləri həqiqətdir. Və insan onu öldürmək, ondan bütün müqəddəslik həyat qüvvəsini çəkib çıxarmaq və onu cəhənnəmə atmaq istədiyi bir vaxtda bu klipaya inanmağa başlayır. Çünki bu klipa ikiüzlülük libasına bürünür və deyir ki, sənə indi dediyi hər şey – yalnız insanın yalançı yolla özünü aldatmaması üçündür.

 

Nəticə etibarilə, edilə biləcək tək şey – Qrar çobanlarının düşüncələri zəhərə batırılmış dişli oxlar kimi onun başına gələrkən keşiyində durmaqdır, hansı ki, insanı anında öldürür və onu müqəddəslik həyat ruhundan məhrum edir.

 

Bu klipa insanın yanına gəlir və ona öz baxışlarını və ideyalarını göndərir. Və onlar, əlbəttə ki, ona Yaradanın işçisi olmağa mane olmaq üçün gəlmirlər. Əksinə, onlar başa salırlar: «İndi həqiqi işin nədən ibarət olduğunu, niyyətin göylər naminə olmalı olduğunu aydın bildiyin üçün, sən isə özün haqqında bilirsən ki, göylər naminə niyyətə sahib ola bilməzsən. Belə olan halda, sənin duan şübhəsiz ki, faydasızdır. Öyrəndiyin Tövrat da həmçinin. Və sən öz səylərini boşuna sərf edirsən. Buna görə də etməli olduğun niyyət üzərində işləməyin daha yaxşıdır. Beləliklə, dua etmək, oxumaq və faydasız işlər görmək əvəzinə, hər şeyi lişma etmək daha yaxşıdır». Və o, onun mülkiyyətində olduğundan, əlbəttə ki, lişma-da nəsə etməyə gücü yoxdur və bununla da onu öldürərək deyir: «Yaxşısı budur işin məqsədi haqqında düşün və əməllə deyil, düşüncə ilə məşğul ol. Buna görə də hər şeyi lişma-da etmək lazım olduğu barədə niyyət üzərində işləməklə məşğul olmağın daha yaxşıdır».

 

Və o, onun hakimiyyəti altında olduğundan, lişma-da nəsə etməyə gücü qətiyyən yoxdur. Və bununla onu öldürür. «Buna görə də dua edərkən, dua vaxtı kiminləsə danışmaq istəsən özünü dəf etməyə ehtiyac yoxdur, çünki sənin duanın və sənin Tövratının heç bir dəyəri yoxdur. Buna görə də oxumadığın vaxt danışmağa kimsə varsa və ya duanın ortasında danışmağa kimsə varsa, söhbətdən çəkinməyə çalışmaq faydasızdır, çünki onsuz da heç nə itirməyəcəksən, çünki həm sənin duanın, həm də sənin Tövratının heç bir dəyəri yoxdur. Çünki duada görürsən ki, tələffüz etdiyin sözlərlə heç bir əlaqən yoxdur».

 

«Tövrata gəldikdə isə – öyrənmənin ortasında dayansan, nə itirəcəksən? Özün de, axı sən deyirsən ki, əsas məsələ göylər naminə niyyətdir. Belə olan halda, Qmaranın bir neçə səhifəsini və ya Tövratın digər sözlərini bilsən, nə qazanacaqsan? Eyni şəkildə əməllərdə də: niyə əməllərə bu qədər diqqətlə yanaşmaq lazımdır? Mən sənə qadağan olunmuş şeyləri yeməyi demirəm; daha çox adət-ənənələrə ciddi əməl etməkdən, bu yolla getmək istəməyindən danışıram. Axı özün bilirsən ki, əsas məsələ – göylər naminə niyyət qurmaqdır. Ona görə də bu əməlləri burax və başa düşdüyün kimi vacib olanı et. Adət-ənənələrə ciddi əməl etmək isə sənlik deyil. Bu əməllər həqiqi işin nə olduğunu bilməyən və düşünməyən sadə insanlar üçündür. Buna görə də sənin üçün ən yaxşısı Yaradana necə əta etmək barədə düşünməkdir».

 

Və insan «Qrar çobanları» adlanan bu klipanın səsini dinlədikdə – onlar guya yalnız həqiqi işin xeyrinə danışdıqları üçün – insan onların dediklərinə inanır və dua rejimini, Tövrat dərslərini saymamağa başlayır, bu klipanın səsini dinləməyə başlayır. İnsanın artıq həyat qüvvəsi olmadığından, müqəddəslik həyat qüvvəsini ala biləcəyi bir əməli qalmadığından, o, göylər naminə nəsə etməyi düşünməyə başlayanda bədən ona gülür və göylər naminə işin yalnız tutqun mənzərələrini göstərir.

 

Beləliklə, insan həyat qüvvəsindən məhrum qalır və artıq bilikdən üstün olaraq Yaradanın xeyirxah  və xeyir törədən olduğunu deyə bilmir. O, imansızlığın hakimiyyəti altına düşür və ruhaniyyət haqqında düşünməyə qüvvəsi qalmır. Sonra o, dünyanın onun üçün qaraldığı bir vəziyyətə gəlib çıxır. Yazılanların mənası budur ki, Qrar çobanları İshaqın çobanları ilə mübahisə edirdilər. Başqa sözlə, onlar öz baxışları ilə İshaqın işçilərini qidalandırırdılar, nəticədə onları öz hakimiyyətləri altına çəkərək öldürür və bütün həyat qüvvələrini alırdılar.

 

Başqa sözlə, onlar içlərindəki o azacıq inamı da sorub alırdılar və çılpaq, yoxsul qalırdılar. Buna «sağ xəttin klipası» deyilir; bu klipa onlara həqiqət yolu ilə getməyə və deməyə imkan vermir ki, əməlləri qüsurlu olsa belə, onlar bilikdən üstün inanırlar ki, Yaradan o qədər vacibdir ki, Padşah üçün hətta ən kiçik bir xidmət belə onlar üçün böyük iş hesab olunur.

 

Çünki bu kiçik əməl həqiqidir və Yaradanın uca və vacib Padşah olduğuna dair bilikdən üstün inamları da həqiqidir; bundan belə çıxır ki, o zaman onlar həqiqət xassəsini qoruyub saxlayırlar. Və həqiqət özlüyündə böyük bir şey olduğundan, onlar heç olmasa bir az Ağalarının iradəsini yerinə yetirərək şənlikdə və sevincdə qala bilərlər.

 

Buna görə də sağ xətt ilə getməyə başlayanda bu klipadan ehtiyat etməliyik. Yalnız insan sağ xəttin klipasını dəf etməkdə güclü olduqda sol xətdə iş başlayır. Bu o deməkdir ki, insan klipa deyil, özü özündə tənqidi baxış oyadır.

 

Deməli, insan sağ xətti götürə biləcək həyat qüvvəsinə malik olana qədər sağ xətt ilə getməməlidir. Yalnız sağ xəttin işindən həyat və sevinclə dolduqdan sonra onun üçün sol xətt ilə məşğul olmaq vaxtı gəlib çatır. Yəni öz vəziyyətinin alçaqlığını və Yaradanın onu padşah sarayına daxil olmağa nə üçün hələ də layiq görmədiyini görmək [vaxtı gəlir].

 

Baal Sulam ayə haqqında belə deyib- «Oyan, şöhrətim... Mən sübhü oyadacağam»Müdriklərimiz belə deyiblər: «Sübhü mən oyadıram, sübh məni oyatmır».

O belə izah edib: «Sadə mənası budur ki, Davud  padşah ona gələn sübhü — “şaxar”ı (שחר), “qara” mənasını verən “şaxor” (שחור) sözündən götürülmüş sübhü və onunla birlikdə gələn qaranlığı qəbul etmir. O, qaranlıqdan oyanmır. Əksinə, “mən qaranlığı oyadıram” deyir. Yəni insan özü, hər şeyin qaydasında olduğunu hiss etdiyi zaman qaranlığı oyadır».

Onun sözlərini yuxarıda deyildiyi kimi izah etmək lazımdır: insan tənqidi – əməllərinin yaxşı olmadığını və etdiyi hər şeyin heç nəyə dəymədiyini qəbul etmir, bu vaxt klipa onun yanına gəlir və salehlik libasına bürünür, guya insanın işdə özünü aldatmamasını, göylər naminə işləməsini istəyir.

 

Və belə düşüncələr gələndə və o bunları özü oyatmadıqda, o bilməlidir ki, bunlar müqəddəslik tərəfindən gəlmir. Qrar klipası isə görür ki, insan az şeydən həyat qüvvəsi alır, az şeylə razılaşır və deyir ki, o, bilikdən üstün olaraq Yaradanın vacibliyinin hüdudsuz olduğuna inanır, və deyir ki, bu,Yaradana xidmət etmək üçün heç olmasa kiçik istək və düşüncə bəxş etmiş Yaradan tərəfindən mükafatlandırıldığı böyük imtiyaz hesab olunur, və o görür ki, dünyada bu imtiyaza malik olmayan çox insanlar var. Buna görə də o, şükür edir, həmd edir və Padşaha hədsiz minnətdardır. O, bu vəziyyətdən sevinir və ruh yüksəkliyi alır.

 

Bu zaman yuxarıda adı çəkilən klipa gəlir və onda olan bütün müqəddəslik havasını sorub almaq üçün onu öldürmək istəyir. O, Yaradana həmd etməyə imkan vermir, əksinə, onu cəhənnəmə atır və malik olduğu bütün inamı əlindən alır. O zaman insan ölmüş hesab olunur, çünki onun müqəddəslik həyatı yoxdur. Və bütün bunların səbəbkarı kim idi? Yalnız insanın yanına yalan görkəmində gələn və yalnız müqəddəsliyin xeyrinə danışan klipa. Buna "Səhərqabağı zülmət məni oyatmır" deyilir. Bu o deməkdir ki, o, klipadan zülmət və qaranlıq almaq istəmirdi.

 

Və "Mən sübhü oyadıram". Bu o deməkdir: «Mən, istədiyim zaman sübhü oyadıram». Başqa sözlə, mən öz içimdə zülmət və qaranlığı özüm oyadıram – ki, mən hələ də özünə olan sevgiyə batmışam və hələ də Yaradana sevgim yoxdur. Mən hələ də Tövratın şöhrətindən məhrumam və Tövratın işığını əldə etmək üçün hər şeyi etməyin lazım olduğunu, həmçinin Yaradanın bizə əmr etdiyi ehkamların yerinə yetirilməsinin vacibliyini necə qiymətləndirməyi bilmək üçün mənə hələ Tövratın vacibliyi çatışmır.

 

Mənə hər hansı bir ehkamı yerinə yetirmək lazım gəldikdə və bunu əta etmək niyyəti ilə etmək niyyətində olduqda, dərhal bədəndə bütün gücü ilə müqavimət oyanır. Və hər hansı bir şey etmək üçün onun böyük savaşı olur, o, hər dəfə yüksəlişlər və enişlər görür. Və o zaman onun dua etmək üçün yeri olur. Bu belədir, çünki insan özünü lazım olan vaxtda, yəni qaranlıq ona kədər və depressiya gətirəcəyi, həmin zülmət barədə dua etmək imkanının olmayacağı vaxtda deyil, dərhal dua edə biləcəyini hiss etdiyi zaman özü oyadır.

 

İnsan bunun onun qarşısına klipa tərəfindən çıxarılıb-çıxarılmadığını özü görə bilər. Bunun əlaməti odur ki, müqəddəslikdən gələn hər şey həmişə «müqəddəslikdə qaldırırlar, endirmirlər» xassəsində olur. Başqa sözlə, insan həmişə Yaradandan onu olduğu pillədən daha yüksək pilləyə qaldırmasını xahiş edir. Lakin qaranlıq klipa tərəfindən gəldikdə, insan Yaradandan onu öz vəziyyətindən yuxarı qaldırmasını xahiş edə bilmirdi.

 

«Və endirirlər», yəni onu cəhənnəmə endirirlər və o, malik olduğu azacıq inamı da itirir, həyat ruhu olmadan guya ölü kimi qalır. O zaman onun yeganə həyat qabiliyyəti – yatmaq imkanıdır, yəni qaçmaq və içində olduğu depressiya vəziyyətini unutmaqdır.

 

Yuxarıda deyilənlərə əsasən, “Zoar” kitabının: «Dua və təvəqqe olmadan əlləri qaldırmaq qadağandır» sözlərini izah etmək lazımdır. Və başa düşmək lazımdır ki, müdriklərimizin əlləri boş yerə qaldırmağı qadağan etməsi nə deməkdir. Yalnız əgər [insan] dua edə və xahişlə müraciət edə bilərsə, onda qadağa yoxdur, yalnız boş yerə [qaldırdıqda] qadağa mövcuddur.

 

Yuxarıda deyilənlərə əsasən izah etmək lazımdır ki, “əllər” sözü «Əgər əli çatarsa» ifadəsindən qaynaqlanır. Bu o deməkdir ki, insan Yaradanın işində nə əldə etdiyini – Tövratının, göylərdən qorxusunun və yaxşı əməllərinin olub-olmadığını görmək üçün əllərini qaldırarkən, əgər o, Yaradanın xeyirxah olduğuna və xeyir işlər gördüyünə tam inamla (tam imanla) etiqad edirsə...

 

Əgər o, hazırdırsa və nəfsə qalib gəlmək gücünə malikdirsə, onda əgər görsə ki, Tövrat və əmrlər üzərindəki zəhməti ilə əldə edəcəyini sandığı şeylərin heç biri onda yoxdur, o, ümidsizliyə qapılmayacaq. Əksinə, Yaradanın ona kömək etməsi üçün dua etməyə gücü olacaq.

 

Və onun özünə deməyə gücü olacaq: «Mən görürəm ki, əllərimdə heç bir yaxşı şey yoxdur, çünki Yaradan mənə indi həqiqəti görməyə icazə verdi ki, mən həqiqətən də boş bir qabam (kli) və məndə nə Tövrat, nə göylərdən qorxu, nə də yaxşı əməllər var. Əksinə, etdiyim hər şey yalnız öz xeyrim üçündür, indi isə mənim qabım (kli) və Yaradanın mənim istəyimi yerinə yetirməsi üçün ürəkdən gələn əsl ehtiyacım var, çünki Ondan aldığım kömək artıqlıq deyil, zərurətdir. “İndiyə qədər mən düşünürdüm ki, Yaradanın köməyinə həyati vacib olan şeylər üçün deyil, artıqlıq üçün ehtiyacım var, çünki bilirdim ki, mən mənəviyyatla heç bir əlaqəsi olmayan digər insanlara bənzəmirəm; lakin indi dərk daxilində görürəm ki, mənim vəziyyətim digər insanlardan daha pisdir, çünki hiss edirəm ki, məndə heç nə yoxdur. Ona görə də vəziyyətimə görə əziyyət çəkirəm və ağrı hiss edirəm. Ümumi əksəriyyətə isə o qədər də pis deyil, çünki onlar mənim hiss etdiklərimi hiss etmirlər. Buna görə də mən onların da heç nəyə malik olmadığını görüb məmnunluq tapa bilmərəm, çünki mən belə düşünürəm və ağılımın mənə başa saldığı budur ki, başqalarının vəziyyəti belədir.”»

 

Yəni, ola bilər ki, onların yaxşı halları var, çünki insan yoldaşının ürəyində nə olduğunu bilmir. Lakin insan yoldaşının vəziyyətini öz gözləri ilə gördüklərinə əsasən müəyyən edir və bundan özünü necə aparmalı olduğu barədə nəticələr çıxarır. Məsələn, əgər onun yoldaşı gizli salehdirsə, o, onun haqqında düşünür ki, o, o qədər də dindar deyil.

 

Və insan bu gizli saleh adamdan nə öyrənə bilər? Yalnız yüngülxasiyyətlilik. Ona görə də insan əksəriyyətə baxdıqda, əksəriyyətin real pilləsinin necə olmasının fərqi yoxdur. Vacib olan odur ki, insan əksəriyyət haqqında nə düşünür. Odur ki, həmin vaxt insan görür ki, onun vəziyyəti başqalarından pisdir; deməli, o deyir ki, Yaradan ona kömək etməlidir, çünki o, əksəriyyətdən daha çox əziyyət çəkir.

 

Buradan belə nəticə çıxır ki, əgər o, əllərində nə olduğunu görmək üçün əllərini qaldırarkən dua edə biləcəyini təxmin edə bilsə, onda biləcək ki, onun hesabatı müqəddəslik tərəfindən gəlib. Və onda ona sağ xətdən sol xəttə keçməyə icazə verilir. Əks təqdirdə, əgər o, ürəyində dua etmək gücünə malik olduğunu bilmirsə, o, sol xəttə keçməməlidir, çünki onda yuxarıda deyildiyi kimi, «Gerar çobanları» adlanan klipa ilə qarşılaşacaq.

 

“Zohar” kitabında deyilir: «Rebi Yehuda [nitqinə] başladı və dedi: „Onda ona günahını bildir“». Və soruşur: «Bildir ona – kimin tərəfindən? Ona kim bildirir? Gərək deyiləydi: onda günahını biləcək. Bəs “Ona bildir” nə deməkdir?» Və cavab verir: «Bu, Yaradanın Knessets İsrailə insanın törətdiyi günahı bildirmək əmridir».

 

“Zohar” kitabında deyilir: «Eləcə də burada Yaradan dedi: „Ona günahını, etdiyi günahı bildir“26. … Gecə qalxıb Tövratla məşğul olan şəxsə isə Tövrat onun günahını bildirir, özü də məhkəmə vasitəsilə deyil, ananın öz oğluna yumşaq sözlərlə bildirdiyi kimi; və o, … Öz Ağasının qarşısında tövbə edib qayıdır (тешува)».

 

Başa düşmək lazımdır ki, nə üçün məhz Yaradan ona günah işlətdiyini xəbərdar etdikdə, onun artıq günahı dərk etdiyi hesab olunur. Əgər onun dostu onun günah işlətdiyini görsə və dostu onun hələ tövbə etmədiyini görüb ona günah işlətdiyi barədə xəbərdarlıq etsə, belə çıxır ki, onun [günahı] dərk etdiyi hesab olunmur. Və səbəb nədədir ki, əgər məhz Yaradan ona günah işlətdiyini xəbərdar edirsə, o, günah işlətdiyini bilir və qayıdış (тешува) etmək vaxtı gəlib çatır, yox əgər Yaradan ona xəbərdarlıq etmirsə, deməli, onun günahına görə tövbə edib qayıtması üçün hələ vaxt deyil?

 

Həmçinin Zoharın dediyini də başa düşmək lazımdır ki, gecə qalxıb Tövratla məşğul olanı Tövrat xəbərdar edir. Bəs nə olsun, bütün gün oxuyana Tövrat onun günah işlətdiyini bildirmirmi? Əgər o, gündüz oxumasa belə, gecə oxuyursa, Tövrat bunu ona açır. Bu halda biz gecə vaxtı oxumağın gündüz vaxtı oxumaqdan üstünlüyünün nədən ibarət olduğunu başa düşməliyik. Həmçinin yazılanları da başa düşmək lazımdır ki, Tövrat ona günahı «məhkəmə vasitəsilə deyil, ananın öz oğluna yumşaq sözlərlə bildirdiyi kimi» bildirir28. Mühakimə ilə yumşaq sözlər arasında nə fərq var?

 

Rəşi «Ona bildir»26 ayəsini belə izah edir: «O, günah işlədəndə elə bilirdi ki, bu, icazəlidir. Sonra ona bildirdilər ki, bu, qadağandır». Biz bunu işdə (avoda) başa düşməliyik. Bu nə günahdır? Məlumdur ki, aşağılara verilən bütün iş, deyildiyi kimidir: «Hansi ki, Uca Yaradan etmək üçün yaratmışdır».

 

Məlumdur ki, məxluq ona görə belə adlandırılmışdır ki, Yaradan onu yoxdan var etmişdir və o, «almaq istəyi və həzz almaq istəyi» adlanır. Və birləşmə (zivuq) adlanan forma bənzərliyi zərurətindən irəli gələrək, həzz nurunu ala bilməyimiz üçün başqa bir qab (kli) yaratmaq lazımdır. Başqa sözlə, biz ona əta etmək naminə (lişma) niyyət əlavə etməliyik, əks halda ali bolluğu almaq qadağandır.

 

Hətta istəsək belə, necə olursa-olsun, verməyəcəklər, çünki əgər biz yalnız almaq üçün almaq istəyiriksə, bu, artıq işdə «günah» adlanır. Belədir, çünki belə bir arzu vasitəsilə insan Yaradandan daha çox uzaqlaşır və insanın «Kökə» – yəni Əta edənə qayıdış» adlanan tövbəni (тешува) etməsi çətinləşir.

 

Axı insan öz Mənbəyinə qayıtmalıdır, çünki formaca uyğunsuzluq onu xüsusiyyəti əta etmək olan kökündən uzaqlaşdırmışdır. Buna görə də, insan əta etmək məqsədi güdmədən əməllər törətdikdə, bunun əvəzinə niyyəti yalnız özü üçün almaq olduqda, o uzaqlaşır və onun günahı da bundan ibarətdir.

 

Lakin işin qaydasına görə, biz işə başlayarkən lo lişma ilə başlayırıq. Ona görə də o zaman biz başqa cür başa düşürük, yəni o zaman insana elə gəlir ki, işin qaydası yalnız iki şeydən ibarətdir:

 

  1. etmək, yəni 248 icra ehkamını yerinə yetirmək;
  2. etməmək, və bunlar 365 qadağanedici ehkamlardır. 

 

Başqa sözlə, günah var vəehkam var. Onda insan Yaradana və Onun Tövratına inanarkən nəyin günah, nəyin isə günah olmadığını yaxşı bilir. Əgər o, hər hansı bir əməldə unudarsa və ya səhv edərsə, çünki bunun qadağan olduğunu bilmirdi, və əgər yoldaşı bunu görərsə, yoldaşı ona günah işlətdiyini xəbərdar edə bilər. Beləliklə, o özü bilmirdi, amma görən yoldaşı ona danışa bilər və onda insan etdiyi günaha görə peşman olur.

 

Lakin həqiqət yolu ilə işdən, yəni əta etmək niyyətindən – hansı ki, sadəcə bir niyyətdir – söhbət gedəndə, bu, yoldaşdan gizlidir, çünki onun ürəyində nə olduğunu bilmək qeyri-mümkündür. Bu səbəbdən yoldaşı ona günah işlətdiyini bildirə bilməz, çünki [yoldaş] əta etmək naminə niyyət qura bilməz.

 

İndi biz soruşduğumuz şeyi izah edə bilərik: məhz Yaradanın ona günah işlətdiyini xəbərdar edə bilməsi, yoldaşının isə ona günah işlətdiyini deyə bilməməsi nə deməkdir, çünki yoldaş yoldaşın niyyətini görə bilməz. Beləliklə, yalnız Yaradan Tövrat və ehkamlarla məşğul olarkən onun hansı niyyətə malik olduğunu bilir.

 

Lakin burada Zoarın izah etdiyi məsələdə dərin bir məna var ki, Yaradan ona günah işlətdiyini bildirir. Və insan Tövratda icra və qadağanedici ehkamlara əməl etməyin lazım olduğunu gördükdə və nəyin günah, nəyin günah olmadığını artıq bildikdə, bu, onun təhsilinin əvvəlində məhz belə baş verir. Rambamın dediyi kimi: «...qadınları və yetkinlik yaşına çatmayanları öyrədərkən, onları ... mükafat almaq üçün öyrədirlər»11. Yalnız bundan sonra, «onlar müdriklik topladıqdan sonra onlara açılır» ki, onlar lişma (əta etmək naminə) öyrənməlidirlər.

 

Buradan belə nəticə çıxır ki, insan başa düşə bilməz ki, əgər onun əta etmək niyyəti yoxdursa, bu, həqiqət yolu üzərindəki işdə günah hesab olunur, çünki əksəriyyət hələ də lo lişmadadır, o isə lişmada irəliləmək istəyir. Məsələn, əgər onun əta etmək niyyəti yoxdursa, bu günah hesab olunur, lakin insan bunu özündə hiss edə bilməz. Bu, insanın Tövratla qadağan olunmuş bir əməl etməsinə, məsələn, şənbə gününü murdarlamasına və ya qadağan olunmuş yemək yeməsinə və s. bənzəyir, yəni o, əta etmək niyyəti olmadan hər hansı bir əmri yerinə yetirərkən sanki ağır bir günah törətmiş kimi eyni hiss keçirəcək.

 

Belə olan halda sual yaranır: «Kim insana xəbərdarlıq edə bilər ki, əgər o, əməlləri əta etmək naminə yerinə yetirmirsə, bu günah hesab olunur və o, bundan ötrü tövbə etməlidir, yəni Yaradandan xahiş etməlidir ki, bir daha günah işlətməsin?» Başqa sözlə, burada başa düşmək lazımdır: a) əgər əta etmək niyyəti yoxdursa, bu günahdır, b) onun günah işlətməmək üçün tövbədə qayıdış etmək arzusu olmalıdır, necə ki müdriklərimiz demişdilər: «Tövbə – keçmişə görə peşmançılıq və gələcəyi qəbul etməkdir».

 

İnsanın bunun günah olduğunu hiss etməsini yalnız Yaradan ona başa sala bilər. O, bunun ümumi günah olduğunu, insanda mövcud olan bütün şər olduğunu hiss etsin deyə. Və bizə verilən Tövrat və əmrlər «özü üçün almaq arzusu» adlanan o şəri düzəltməyə çağırılmışdır. Və məxluqları Yaradandan ayıran bütün şərin bundan ibarət olduğunu başa düşmək bizim gücümüzdə deyil.

 

Və Zoharın bu ayə haqqında dediyi də budur: «Onda ona günahını, törətdiyi günahı bildir»26. Başqa sözlə, «ona günahını, törətdiyi günahı aç» o deməkdir ki, Yaradan ona hansı günahı töratdiyini bildirir, çünki insanın özü bunu qəbul etməsi və deməsi çətindir ki, əgər o, öz xeyri üçün işləyirsə, həqiqət yolu üzərindəki işdə bu, günah hesab olunur.

 

Yalnız Yaradan ona bu dərk etməni verərsə, o, bunun günah olduğunu hiss edə bilər. Məsələn, bir insan başqa bir insanı öldürəndə, o, əlbəttə ki, ağır günah töratdiyini hiss edir. Məsələn, əgər insanın şoferi varsa və bu şofer maşınla kimisə vurub öldürübsə, özü də gecə vaxtı olub və heç kəs bundan xəbərdar deyil. Təkcə şofer adam öldürdüyünü hiss etmir, həmçinin onunla birlikdə gedən işəgötürən də bu günahı hiss edir. Mənəvi aləmdə isə, Yaradan ona günah işlətdiyini və almaq arzusu ilə hər gün insanın xassəsini öldürdüyünü bildirdikdə, mənəviyyatda belə bir hissi yalnız Yaradan verə bilər. Lakin insanın özü bunu bilə və başa düşə bilməz.

 

İndi biz başa düşə bilərik ki, Rəşi «Ona günahını bildir»26 ayəsini necə izah edir. Onun sözləri budur: «O, günah işlədəndə elə bilirdi ki, bu, icazəlidir. Sonra o bildi ki, bu, qadağandır». Onun işdəki sözlərini başa düşmək üçün biz «O, günah işlədəndə» sözlərini «O, Tövrat və əmrlərlə almaq naminə niyyətlə məşğul olanda» kimi başa düşməliyik. O hələ bilmirdi ki, bu qadağandır. Və o, Tövrat və ehkamlara yalnız əməldə riayət edərkən hiss edirdi ki, bu, icazəlidir. Yalnız sonradan ona məlum oldu ki, burada qadağa var idi, onun niyyəti mükafat almaqdan ibarət idi. Lakin ona kim bildirdi ki, bu qadağandır, alan qablardan (kelim) istifadə etmək qadağandır? Zohar izah edir ki, bunu Yaradan ona bildirdi, çünki Yaradanın köməyi olmadan bunu hiss etmək qeyri-mümkündür, yuxarıda deyildiyi kimi.

 

Buradan belə nəticə çıxır ki, mənəvi işdə əsas şər və günah almaq arzusudur; o, Yaradanın məxluqlara əta etmək istədiyi xeyri almağımıza və Yaradanla birləşməyə layiq olmağımıza mane olan yeganə səbəbdir. Və öyrəndiyimiz kimi, Nəşama nuru NARANXAY adlanan beş bixnota bölünür ki, onlar da yalnız əta etmək qablarına (kelim) bürünürlər.

 

Beləliklə, insanda şər və zülmət hissinin yaranması üçün ki, bütün bunlar «özü üçün almaq arzusu» adlanan bu zərərvericidən qaynaqlanır, bunun günah olduğunu yalnız Yaradan ona xəbərdar edə bilər. Bu ona görədir ki, insan hətta Yaradanın işinə başlayarkən də almaq arzusundan istifadə etməyə öyrəşib.

 

Necə ki müdriklərimiz dedilər: «Həmişə lo lişma öyrənmək lazımdır». Beləliklə, onun artıq müdriklərimizin təhsil almaq üçün icazəsi var, çünki bununla o, lişmaya gəlib çıxacaq. Ona görə də, müdriklərimizin lo lişma öyrənməli olduğumuzla bağlı icazəsi olduğundan, insana demək çətindir ki, bu, günahdır, çünki onlar lo lişma öyrənməyin icazəli olduğunu demişdilər. Beləliklə, bunun həqiqətən də ən böyük günah olduğunu güman etməyə heç bir əsas yoxdur, çünki yalnız o, Yaradanla birləşməyə nail olmağa mane olur.

 

Yuxarıda deyilənləri nəzərə alaraq biz Zoharın gecə qalxıb Tövratla məşğul olana Tövratın onun günahı barədə xəbərdarlıq etməsi barədə yazılmış sözləri haqqında soruşduqlarımızı izah edə bilərik. Biz soruşduq ki, nə üçün məhz gecələr oxuyanlar və məhz Tövrat ona günahı barədə xəbərdarlıq etməlidir?

 

Cavab odur ki, məhz Tövrat vasitəsilə insan hiss edə bilər ki, özü üçün almaq «günah» adlanır, yəni özü üçün almaq arzusu «günah» adlanır. Lakin savadsız kütlələr bunu bilə bilməz, necə ki Rambam deyir ki, lişmanın mahiyyətini nə qadınlara, nə uşaqlara, nə də təhsilsiz adamlara açmırlar. Açmırlar sözünün mənası odur ki, onlar başa düşə bilmirlər. Məhz Tövrat vasitəsilə, çünki Tövrat insanda elə bir hiss oyada bilər ki, o, özü üçün almağın günah hesab olunduğunu görə bilsin.

 

Lakin nə üçün məhz gecə öyrənilən Tövrat ona günahını bildirmək qüvvəsinə malikdir? Başqa sözlə, gecənin gündüzdən üstünlüyü nədəndir ki, məhz gecə vaxtı – çünki yazılıb ki, gecə qalxıb Tövratla məşğul olana Tövrat onun günahını açır? Bunu başa düşmək üçün əvvəlcə işdə “gün” və “gecə” mənasını başa düşmək lazımdır.

 

«Gecə» – müdriklərimizin ayə haqqında dedikləri kimidir: «İşıqla qatil qalxır... və gecə o, oğru kimidir». «Aydındır ki, “işıq” sözü günə işarə edir. Bu [ayə] deyir: əgər sənin üçün gündüz kimi aydındırsa ki, o, həyatı almağa gəlib, deməli, o, qatildir... Lakin əgər gecə kimi şübhə edirsənsə, sən onu oğru hesab etməlisən». Beləliklə, biz görürük ki, müdriklərimiz “əmin” və “şübhəli” mənalarını bildirmək üçün “gün” və “gecə” sözlərindən istifadə edirlər.

 

Və bununla izah etmək lazımdır ki, işdə “gün” o deməkdir ki, insan Tövrat və əmrlərlə məşğul olarkən əmin ola bilər ki, zəhmətinin qarşılığında mükafat alacaq. Onda o, razıdır və onun üçün Yaradanın kömək etməsi barədə dua etməyə yer yoxdur, axı onun nəyi çatmır? Lakin ola bilər ki, kimsə desin: «Mən daha çox etməliyəm», lakin onun yəqin ki, bəhanələri olacaq ki, bəzi səbəblərdən və ya sağlamlıq problemlərinə görə vaxtı çatmır. Ancaq ümumilikdə onun hər şeyi qaydasındadır, çünki o, mükafatlandırılacağına inanır. O, bu dünyada və gələn dünyada mükafata və cəzaya inanır və buna «gündüz vaxtı Tövratı öyrənmək» deyilir.

 

«Gecə vaxtı Tövratı öyrənmək» o deməkdir ki, o, şübhə edir, çünki şübhə «gecə» adlanır. Bu o zaman baş verir ki, insan həqiqət yolu ilə, yəni əta etmək niyyəti ilə getmək istəyir. Yəni o, Tövratda və əmrlərdə əksəriyyətin yolu ilə işlədiyi vaxtkından – bu dünyada və gələn dünyada mükafat almaq niyyətindən – fərqli bir keyfiyyət səviyyəsində işləmək istəyir. Bunun əvəzinə o, Tövrat və əmrlərlə mükafat almaq üçün deyil, [əta etmək üçün] məşğul olmaq istəyir. Lakin bədən bu yola müqavimət göstərir. Buna görə də ona mütəmadi olaraq yad fikirlər gəlir və işdə ona daimi şübhələr gətirir.

 

Şübhələr nədən ibarətdir? Bəzən o düşünür ki, vermək yolu ilə getməlidir və o zaman bədən müqavimət göstərməyə başlayır. Onda ona belə fikirlər gəlir ki, ola bilsin, əksəriyyət haqlıdır, bu o deməkdir ki, onun vermək naminə (lişma) işləməyə ehtiyacı yoxdur, çünki bədənlə mübarizə aparmaq çətindir. Buna görə də əksəriyyətin rəyinə tabe olmaq daha yaxşıdır, çünki əksəriyyət şübhəsiz ki, daha layiqdir və dünyada daha mühüm yer tutur. Və onlar elə bir niyyət yolunu seçiblər ki, yalnız əməllər səmalar naminə olsun, vermək niyyəti deyil. Bu o deməkdir ki, onlar Tövratı və əmrləri ona görə yerinə yetirirlər ki, Yaradan bizə Onun əmrlərinə və qanununa riayət etməyi əmr etmişdir, pul və ya şərəf naminə deyil, yəni ona görə yox ki, Tövrat və əmrlərlə məşğul olduğuna görə onu hörmətlə qarşılayacaqlar və ya «rav» adlandıracaqlar. Əksinə, onlar Tövratı və əmrləri Yaradan naminə yerinə yetirirlər, çünki O bizə əmr etmişdir və əvəzində mükafat alacağıq. Və bu, şübhəsiz ki, ən düzgün yoldur.

 

Və bu, özünə sevgiyə zidd olmadığı üçün bu yolla getmək o qədər də çətin deyil. Lakin vermək yolunda həmişə şübhələr yaranır, çünki bu yol əksəriyyət tərəfindən qəbul olunmur və bədən təbii olaraq yalnız almağa yönəlmiş klipotların rəyinə meyil edir. Buna görə də o, bu fikirlərlə daim mübarizə aparmalı olur.

 

Və hətta insan bədənə qalib gəlib ona başa saldıqda ki: «Axı sən görürsən ki, təbiətcə insan uca varlığa mükafat olmadan, yalnız saf verməkdə xidmət etmək istəyir». Onda bədən ona qarşı çıxır və düzgün bir dəlil gətirir: «Maddi aləmdə sən görürsən ki, o, „ucadır“ və görürsən ki, hamı ona hörmət edir. Beləliklə, sən onu uca qiymətləndirən əksəriyyətin təsiri altında ola bilərsən. Odur ki, orada vermək sahəsində işləmək dəyər. Burada isə sən gizlində (hester) qalırsan, çünki Yaradanın əzəməti və vacibliyi açılmır və sən sadəcə olaraq inanmaq istəyirsən ki, bu belədir, Yaradan vacibdir və heç bir mükafat olmadan xidmətə layiqdir».

 

Beləliklə, bu zaman insan bədən qarşısında zəifləyir və heç bir cavabı olmur. Və onda yalnız bir şeyi demək lazımdır – ki, o, daatdan (bilikdən) yuxarı gedir. Buradan belə nəticə çıxır ki, o, bədənin dəlillərini öz ağılı ilə üstələyə bilməz və onda döyüş meydanından qaçmamaq üçün göylərin mərhəmətinə ehtiyacı olur.

 

Buna «gecə» deyilir, çünki insan bədənin dəlillərinə görə şübhələr yaşayır. Və onda Tövrat ona öz günahını, yəni əzəli və dərində kök salmış günahını açır, çünki həmin vaxt o görür ki, onun Yaradana inamı çatışmır. Başqa sözlə, o, inana bilmir ki, Yaradan ucadır və hər şeyi idarə edir, Ona xidmət etmək və vermək lazımdır ki, Ona həzz bəxş edilsin.

 

Başqa sözlə, uca Çarə xidmət etməkdən insanın məmnunluğu yoxdur. Zohar kitabında deyildiyi kimi: «İlk təməl olan qorxu – insan Yaradandan qorxmalıdır, çünki O ucadır və hər şeyi idarə edir, çünki O, bütün dünyaların yayıldığı kökdür və Onun əzəməti Onun əməllərində təzahür edir».

 

Yəni, Tövrat olmadan insan çatışmayanı hiss edə bilməz, çünki belə bir qayda var: yoxluq (hisaron) varlığa əvvəl gəlməlidir; və nəyinsə çatışmadığı yoxluğunu hiss etmək qeyri-mümkündür, hələ ki o, dünyada ona çatışmayan yaxşı bir şeyin olduğunu hiss etməsin. Yalnız o zaman yoxluqdan danışmaq olar. Başqa sözlə, yoxluğunu hiss edən biri olanda, demək olar ki, çatışmayanı doldurmağa çalışmaq lazımdır.

 

Bəs ilk yoxluğu (hisaron) kim yaratdı? Yaradan bunu Eyn Sof (Sonsuzluq) aləmində etdi. Biz öyrənirik ki, O və Onun Adı Birdir. İlk yoxluq – nurun çəkildiyi və hisaronun qaldığı Tssumtsumdur (məhdudiyyət). Və xəttin nuru mövcud olan Yaradanın yaratdığı hisaronu doldurmalıdır və O, yeni bir şey yaratdı – yoxluq yaratdı.

 

Beləliklə, insan Tövrat öyrəndikdə, Tövrat vasitəsilə o hissə gəlib çıxır ki, Yaradan və İdarəedici var, çünki Tövratı öyrənərkən o, onu dəyişdirən Tövratın nurunu alır. Onda o, Tövrat vasitəsilə hiss etməyə başlayır ki, Tövratı Verən var və onda o, başa düşməyə başlayır ki, Ona xidmət etmək böyük imtiyazdır.

 

Və o, bu barədə bədənlə danışmağa başlayanda, hiss etməyə başladığı kiçik hiss – Yaradana xidmət etməyə dəyər – «Ondakı nur» xassəsində yuxarıdan almaq hissiyatına qəzəblə müqavimət göstərən bədənin müqavimətilə qarşılaşır. Başqa sözlə, insan bədəni dəyişdirmək üçün Tövratın nurunu dərhal lazımi dərəcədə almır. Bu, tədricən gəlir. Buna görə də enişlər və yoxuşlar (aliot ve-yeridot) olur və onun əldə etdiyi və vermək yolu ilə getməli olduğunu anlamağa başladığı hər bir yoxuşa bədənin təbiəti dərhal müqavimət göstərir. Lakin bu, Yaradan tərəfindən qəsdən belə edilib.

 

Bunun səbəbi odur ki, «qabsız nur yoxdur». Yuxarıdan gələn şey «yuxarıdan oyanış» (hitorurut de-leʻela) adlanır. Başqa sözlə, ehtiyac və dolğunluq birlikdə gəlir. Bu zaman onun Yaradana layiqincə xidmət etmək istəyini oyatmaq üçün öz ehtiyacı yoxdur. Buna görə də, yuxarıdan gələn hiss gedəndə, onun ürəyində tədricən vermək naminə işləmək ehtiyacı formalaşır və onda o, Yaradandan ona bunun üçün güc verməsini xahiş etməyə başlayır. Onda bu hal «nur və qab (kli)» adlanır.

 

Aşağıdan oyanışın zəruri olmasının başqa bir səbəbi də var: ali aşağı tərəfdən hazırlıq olmadan verdikdə, alan bunu vacib kimi hiss edə bilməz. İnsanın həzz almaq istədiyi hər şeyin onun vacibliyindən asılı olması qaydasına görə. Odur ki, ali ona nəsə hiss etməyə imkan verməzdən əvvəl, demək olmaz ki, o, nəsə istəyir.

 

Və insan Yaradanın işinə müəyyən oyanış yaşadıqdan sonra inanmaq lazımdır ki, insanın Yaradanın işi ilə məşğul olmaq zərurətinə oyanması Yaradanın heç bir elçi olmadan ona bu fikirləri göndərməsinin nəticəsidir. Başqa sözlə, heç kəs ona işlə məşğul olmasının lazım olduğunu demədikdə, insan əlbəttə ki, bunun yuxarıdan gəldiyini deyir. Lakin hətta kimsə gəlib onu ağıllandırıbsa və izah edibsə ki, Yaradana xidmətdən başlamaq lazımdır və o, bundan oyanıbsa belə, demək olmaz ki, kimsə ona Yaradanın işində olan faydanı göstərib. Həmin adam da Yaradan tərəfindən onu oyatmaq üçün göndərilmiş elçi idi. Beləliklə, bəzən insan deməlidir ki, Yaradan ona istəyi elçilərsiz verib, bəzən isə insan deməlidir ki, bu istək elçi vasitəsilə Yaradandan gəlib.

 

Və bu istək ona heç bir şəxsi hazırlıq olmadan gəldiyi üçün o, bunun vacibliyini qiymətləndirə bilmir. Beləliklə, insan o qədər də təsirlənmir və bu şeydən həzz ala bilmir, çünki onun dəyərini bilmir. Bu, dostuna hədiyyə göndərən, lakin həmin dostun onu necə qiymətləndirəcəyini bilmədiyi insana bənzəyir.

 

Tutaq ki, məsələn, hədiyyəni alan onun təxminən 100 dollar dəyərində olduğunu düşünürdü, lakin verən onun üçün 10 000 dollar ödəmişdi. Verən bilir ki, alan hədiyyənin dəyərini yalnız öz dərrakəsinə görə qiymətləndirir. Beləliklə, biz başa düşürük ki, verən hədiyyəni alanın onun dəyərini başa düşməsi üçün məsləhət və üsul axtarır ki, o, verənin istədiyi qədər hədiyyədən həzz ala bilsin.

 

İşdə «gün» və «gecə» adlanan eniş və yoxuşların səbəbi budur. Biz Tövratı «gecə» öyrəndikdə, bu qələbədə insan öz sevgisindən (ahavat atzmit) çıxmaq imkanı olmadan Yaradandan nə qədər uzaq olduğunu görür və Tövrat ona vaciblik hiss gətirir. O, yoxuşda olarkən deməlidir ki, Yaradan onu yaxınlaşdırır, yəni Yaradan Özünü ondan gizlətmir və buna görə də o, Yaradan ilə birləşmək dəyərində olduğunu hiss edir.

 

Və bu, «On səfiratın təlimi»ndə öyrəndiyimiz kimidir, orada o, düz nurun dörd mərhələsi haqqında izahat verir və deyir: «Düz nurun Hoxma səfirası ilə düz nurun Malxut səfirasının fərqi nədədir? Əgər Hoxma səfirasında və Malxut səfirasında eyni nur varsa, onda nə üçün biri Hoxma, digəri isə Malxut adlanır?».

 

Cavab odur ki, Hoxma səfirasında hələ aşağı tərəfdən hazırlıq yox idi, çünki hələ aşağı tərəfin reallığı mövcud deyildi ki, o, özünü ali səviyyədən çatışmazlığını dolduracaq nəsə almağa ehtiyacı olan aşağı kimi hiss etsin. Buna görə də aşağı, alinin aşağı Onunla həzz almasını istədiyi dərəcədə alidən bolluq almaqdan həzz almır. Alinin istəyi – Öz məxluqlarına həzz verməkdir, yəni aşağı həzz alsın. Lakin aşağıların qeyri-hazırlığı üzündən – çünki aşağı bolluqla birlikdə doğulmuşdu – onun ali xeyri ehtirasla almaq üçün öz hisaronunu hazırlamağa vaxtı olmamışdı.

 

Halbuki Malxut – onun vəziyyəti ondan yuxarıdakı səfirotdan ali bolluq çəkildikdən sonra gəlir. Beləliklə, onun artıq hazırlığı, yəni Hoxma səfirasında parlayan nura ehtiyacı var idi. Beləliklə, yalnız Malxut verənin aşağı həzz alsın deyə istədiyi kimi bolluqdan həzz ala bilər. Deyilənlərdən biz verənin hədiyyəsində fərqləndirilməli olan iki şeyi görürük:

 

  1. İnsan nəyi arzuladığını, yəni nəyə ehtiyacı olduğunu bilməlidir.
  2.  
  3. O, bu hisaronunu doldurmaq istəməlidir, yəni hədiyyəni almaq imkanına malik olmaq üçün bütün hazırlıqları görməlidir.
  4.  

Beləliklə, əgər insan Yaradanın işi haqqında ümumiyyətlə heç nə bilmirsə, onun ümumiyyətlə mövcud olduğundan xəbərsizdirsə, o, necə Yaradanın işinə qarşı ehtiyac hiss etməyə başlaya bilər? Başqa sözlə, əgər o, bu barədə bilmirsə, onda ona qarşı istək necə oyan bilər?

 

Cavab odur ki, necə ki Hoxma səfirasında öyrəndiyimiz kimi, «xeyir vermək arzusu» adlanan Yaradan nuru və klini birlikdə yaratdı. Eləcə də mənəviyyatın hissiyyatı insana yuxarıdan gəlir. O, nuru və nur arzusunu eyni vaxtda alır. Ya oyanış birbaşa Yaradandan gəlir, ya da iş üçün oyanış Yaradanın insana başa salmaq üçün göndərdiyi və insanın Yaradanın işçisi olmağa dəyməsi təsiri altında olduğu elçi vasitəsilə gəlir. Lakin hər şey oyanış vasitəsilə, aşağı tərəfdən heç bir hazırlıq olmadan gəlir. Və burada deyildiyi kimi, aşağı hazırlığın olmaması səbəbindən Yaradanın işindən əsl həzz ala bilmir.

 

Və Malxut haqqında dediyimiz kimi, o, Hoxma səfirasında olan bolluğu arzulayır. Buna görə də aşağı tərəfdən hazırlıq olduqda, o, verənin vermək istədiyi həzz aldı. Eynilə burada, insanın işində, onda olan oyanışdan ona eniş gəlir və o, əvvəllər sahib olduğu şeyi istəməyə başlayır. Onda aşağının bolluğu almağa hazırlaşmaq imkanı olur.

 

Lakin əsl birləşməyə arzu və səy, almağa hazır olmaq, Yaradanın istədiyi ölçüdə bunun vacibliyinə sahib olmaq – dərhal baş vermir. Buna görə də burada yüksəlişlər və enişlər çoxdur. Lakin alinin ilkin oyanışı olmadan aşağının nə olduğunu bilmədiyi bir şeyi istəməsi heç vaxt mümkün olmazdı.

 

İndi biz soruşduğumuzu izah edəcəyik: Tövratın ona günahını məhkəmə yolu ilə deyil, ananın öz oğluna yumşaq sözlərlə bildirməsi kimi bildirməsi nə deməkdir? Və «məhkəmə» və «yumşaq sözlər» nə deməkdir? Və Gerar çobanları ilə İshaqın çobanları arasındakı mübahisə ilə bağlı izah etdiyimiz kimi, dolanışığı təmin edən şey «çobanlar» adlanır.

 

İshaqın çobanları deyirdilər: «Biz ruzini yalnız həqiqətdən ala bilərik, yalandan yox». Buna görə də, onlar sağ xətdə işləmək istədikdə deyirdilər: «Biz azla kifayətlənirik, baxmayaraq ki, əslində etdiyimiz əməllər heç bir şeyə dəymir, çünki onlar əsl niyyətlə yerinə yetirilmir. Buna baxmayaraq, əgər biz baxsaq ki, kimə vermək istəyirik – hər şeyi idarə edən uca Çarə – bizim üçün hər hansı bir iş kifayətdir və biz belə uca və mühüm Çarəyə xidmət etməyimizi böyük imtiyaz hesab edirik. Buna görə də, Çarəyə xidmət etmək üçün bizə nə qədər versələr də, biz Ona şükür edir və tərifləyirik, hətta bu kiçik xidmət olsa belə».

 

Buna «İshaqın çobanları» deyilir ki, onlar İshaqın sədaqətilə Yaradana xidmət etmək istəyirlər, lakin bədən bununla razı deyil. Lakin yenə də onların İshaq kimi xidmət etməli olduqlarını bilmələri, bundan razı qalmaları və buna görə Yaradana şükür etmələri [əsasdır].

 

Və Gerar çobanlarının klipası onların Yaradanla xoşbəxt olduğunu gördükdə, dərhal İshaqın çobanları ilə mübahisə etməyə başlayaraq deyirlər: «Niyə Yaradandan razısınız? Özünüz deyirsiniz ki, etdiyiniz xidmət Çarənin xidməti olmalı olduğu kimi deyil. Yol hər şeyi mükəmməl şəkildə etməkdən ibarətdir».

 

«O halda, onlar soruşurlar: „Bu sevinv nədəndir? Əksəriyyətin ardınca gedən bizim sevinməyə səbəbimiz var, çünki biz deyirik ki, Yaradanın bizə əmr etdiyi əməlləri yerinə yetirməklə kifayətlənirik. Və əvəzində inanırıq ki, Tövratın və əmrlərin yerinə yetirilməsinə görə mükafat alacağıq və sevinirik. Amma siz ki deyirsiniz əsas olan lişmadır və özünüz də görürsünüz ki, vermək üçün işləyə bilmirsiniz, görürsünüz ki, heç nə etmirsiniz. Özünüz baxın, artıq nə qədər səy sərf etmisiniz, amma bir addım belə irəliləməmisiniz. Nə üçün boş yerə işləyirsiniz? Siz Yaradana yaxınlaşmağa layiq deyilsiniz, çünki özünüsevgiyə həddən artıq qərq olmusunuz və vaxtınızı hədər yerə sərf edirsiniz“».

 

Belə çıxır ki, bu klipa nə etdi? O, bu insana mühakimə (din) xassəsini cəlb etdi və onu öldürdü. Bu o deməkdir ki, klipa günahı mühakimə xassəsində xəbər verir və onda onun ümidsizliyə qapılmaqdan və döyüş meydanından qaçmaqdan başqa yolu qalmır. O, sahib olduğu bütün imanı ondan alır və o, mənəvi həyatdan məhrum qalır. Lakin o, işə başlamazdan əvvəl olduğu kimi maddi məmnuniyyət əldə etməyə də qadir deyil. Beləliklə, o, hər şeyi qara işıqda gördüyü kədər vəziyyətində qalır. Və bütün bunlar ona görədir ki, bu klipa onun yanına salehlik bəzəyi altında və yalnız onun rifahının qayğısına qalan görkəmdə gəlmişdi.

 

Və yazılanların mənası budur: «klipa ona günahını mühakimə şəklində açır. Lakin gecə qalxıb Tövratla məşğul olana Tövrat onun günahını, ananın öz oğluna yumşaq sözlərlə bildirdiyi kimi açır və o, Öz Ağasının qarşısında tövbə edir».

 

Və «yumşaq sözlər»in nə demək olduğunu başa düşmək lazımdır. Kəlamın sonunda deyilir: «o, Öz Ağasının qarşısında tövbə edir». Başqa sözlə, o, günahı ona ona görə bildirmir ki, Gerar klipası kimi, günahı mühakimə xassəsində xəbər verərək onu Yaradanın işindən uzaqlaşdırmaq istəyir. Yəni, nə zaman ki, tövbə etmək və qayıdış (teşuva) etmək və vermək naminə işləmək qeyri-mümkündür və bununla o, onu uzaqlaşdırır.

 

Amma o, bunu «anasının öz oğluna [bildirdiyi] kimi» bildirir, yumşaq sözlərlə ona başa salır ki, o, tövbə edə bilmədiyini və vermək naminə işləyə bilmədiyini düşünməməlidir. «Yumşaq sözlər» o deməkdir ki, bu, göründüyü qədər çətin deyil, çünki Yaradan insana çətinlik çəkdiyini hiss etdikdə kömək etmək istəyir.

 

Lakin başa düşmək lazımdır ki, Yaradan Özü bunu çətinləşdirir, necə ki yazılıb: «Fironun yanına gedək, çünki Mən onun ürəyini sərtləşdirdim... ki, Öz əlamətlərimi yerinə yetirim». Başqa sözlə, Tövrat insana başa salır ki, vermək yolu ilə getməyin çətin olduğunu hiss etməsi onun bacarmadığı üçün deyil, «Mən onun ürəyini sərtləşdirdiyim» üçündür. Nə üçün? «Ki, bu Mənim əlamətlərimi yerinə yetirim».

 

Baal Sulam bunu belə izah edir ki, Tövrat hərflərinə ehtiyac duymaq üçün Yaradan ürəyin sərtləşməsini etdi ki, bununla da insan Tövraata ehtiyac duysun. Əks halda onun Tövraata ehtiyacı olmazdı. Lakin insan vermək yolu ilə getmək istədiyindən və Tövrat ona xəbərdarlıq edir ki, özü üçün almaq arzusu günahdır, bu, əsl şər başlanğıcdır (yetzer ha-ra) və vermək yolu ilə getmək istəyən insan üçün yazılmışdır: «Nə mutlu o insana ki, pis adamların məsləhəti ilə getmədi və günahkarlar yolunda dayanmadı».

 

Və «pis adamların məsləhəti ilə getmədi» sözlərini izah etmək lazımdır, yəni vermək yolu ilə getməyin dəyərsiz olduğunu ona başa salmaqla onların ardınca getməsini istəyən Gerar çobanlarının [məsləhəti ilə]. Bunun əvəzinə onlar İshaqın çobanlarını eşitmək istəyirlər ki, onlar deyirlər: «Mükafat almaq yolu ilə gedən şəxs „günahkar“ adlanır». Və onlar bunun günah olduğunu başa düşdükdə, dərhal Yaradandan xahiş edirlər ki, onları bu vəziyyətdən çıxarsın və onlar yazılanları yerinə yetirmək istəyirlər: «Və günahkarlar yolunda dayanmadı».

 

Başqa sözlə, onlar günahkarlar vəziyyətində qalmaq istəmirlər, əksinə Yaradandan kömək istəyirlər ki, O, onlara Tövratın nurunu versin, çünki «ondakı nur Mənbəyə qaytarır» və o da Çarəyə xidmət etmək və Yaradanın əsl işçisi olmaq istəyir. Və Zohar deyir ki, Tövratın yollarını bilmək lazımdır, çünki «Ali səviyyənin əmrini bilməyən şəxs Ona necə xidmət edəcək?». Buradan belə nəticə çıxır ki, öz almaq arzusundan çıxa bilməmək və Yaradanın köməyinə ehtiyacı olduğu hissi onda Yaradanın köməyinə ehtiyac yaradır.

 

Onun köməyi iki şeyin olduğu Tövrat vasitəsilə həyata keçirilir:

 

  1. «Ondakı nur Mənbəyə qaytarır», yəni o, vermək qabları (kelim) alır.
  2.  
  3. Onda vermək qabları olduqda və o, Yaradana vermək istədikdə, lakin Yaradana nə lazım olduğunu bilmədikdə. Zohar kitabında buna «Ali səviyyənin əmrini bilməyən şəxs Ona necə xidmət edəcək?» deyilir.
  4.  

Və burada fərqləndirmək lazımdır: a) Məqsədi insanı işdən uzaqlaşdırmaq olan, mühakimə (din) xassəsində insana günahkar olduğunu bildirən klipanı; b) İnsana «anasının öz oğluna yumşaq sözlərlə bildirdiyi və onun Öz Ağasının qarşısında tövbə etdiyi kimi» günah işlətdiyini xəbərdar edən Tövratı.

 

Tövrat xəbərdarlıq edir ki, o, bu günahı yuxarıda qeyd olunan iki xassə vasitəsilə Tövratla düzəldə bilər:

 

  1. «Mənbəyə qaytaran ondakı nur» vasitəsilə;
  2.  
  3. Tövratın dadına və əmrlərin dadına layiq görüldükdə, çünki: «Ali səviyyənin əmrini bilməyən şəxs Ona necə xidmət edəcək?».
  4.  

Buna görə də Zohar belə nəticə çıxır: «Və o, Öz Ağasının qarşısında tövbə edir». Lakin klipa ona günahı barədə xəbərdarlıq etdikdə, o, tövbə etməyə qadir deyil. Bunun əvəzinə o, ümidsizliyə qapılır və Yaradanın işindən tamamilə uzaqlaşır.

 

Buradan belə nəticə çıxır ki, insan sağ xətlə gedərkən müdriklərimizin dediyi kimi, Davudun «Dan yeri məni oyatmaz» dediyi Gerar çobanları klipasının fikirlərinə qulaq asmaq ona qadağandır. Lakin sonra «Dan yerini mən oyadıram» adlanan sol xəttə keçmək zəruridir.

 

Bu o deməkdir ki, o, səhər açılandan əvvəlki qaranlığı oyadır. Yəni insanın elə xüsusi hazırlığı olur ki, o, qaralığı oyatmaq istəyir. Bu o deməkdir ki, o, bunu, klipanın onun qaydasında olmadığını bildirərək yaratdığı qaralıq fikirlərini deyil, özü çağırır. Buradan belə nəticə çıxır ki, o, əməllərini necə düzəltməli olduğunu görmək üçün – forma bənzərliyindən uzaqlıq ölçüsünü və ağrı və iztirab ölçüsünü görmək üçün – sol xətti çağırır; o, öz vəziyyətinin alçaqlığını görəndə bütün bunları hiss edir. Və bəzən o görür ki, onun Yaradanla birləşmədən uzaq olmasına umursamaz yanaşır. Və onda Yaradandan onu içində olduğu sürgündən çıxarmasını xahiş etmək vaxtı gəlib çatır.

 

Həmçinin burada iki tərkib hissəsini fərqləndirmək lazımdır:

 

  1. O, özünü sürgündə hiss etmir. Başqa sözlə, onun özünüsevgidən qaçmaq istəyi yoxdur. Əksinə, o, Zoharın «gav, gav» – yəni «ver, ver» adlandırdığı, iti xatırladan vəziyyətdədir; bu, «Zəlinin iki qızı var ki, iti kimi qışqırıb deyirlər: „Bizə bu dünyanın səadətini ver, gələcək dünyanın səadətini ver“» sözlərinə işarədir.
  2.  

Bu o deməkdir ki, onlar Tövratı və əmrləri yerinə yetirmək istəyirlər, lakin hər şeyi almaq arzusu ilə almaq üçün. Bu o deməkdir ki, o, sürgündən qurtuluş arzulamaq üçün heç bir sürgün hiss etmir. O, bütün bunları sol xəttə daxil olduqda hiss edir. Lakin sağ xəttlə gedərkən ona öz işinin mükəmməl olub-olmadığını tənqidi şəkildə yoxlamaq qadağandır. Və onun hər hansı bir əlaqəyə malik olmasına görə o, Yaradana şükür edir.

 

Bu vəziyyət «gizlilik içində gizlilik» (hester bə-hester) adlanır, necə ki yazılıb: «Mən isə həmin gün Üzümü gizlədəcəyəm». Biz bunu belə izah etməliyik ki, o gizləndikdə özünü sürgündə hiss etmir. Sürgün nədir? Belə yazılıb: «Günahlarımıza görə biz öz torpağımızdan sürgün olunduq və torpağımızdan uzaqlara göndərildik».

 

Yazılıb: «Günahlarımıza görə». Günah özü üçün almaq arzusunun istifadəsinə aiddir. Məhz bundan bizim «öz torpağımızdan» uzaqlığımız qaynaqlanır. Məlumdur ki, «arzu» və «torpaq» Malxut (krallıq), yəni göylərin səltənəti adlanır. Göylərin səltənəti o deməkdir ki, insan üzərinə yükü götürmək və özünü «göylərə», yəni «göylər» adlanan Yaradana tabe etmək öhdəliyini götürür, necə ki yazılıb: «Gözlərinizi hündürlüyə qaldırın və baxın: onları kim yaratdı?».

 

«Biz öz torpağımızdan sürgün olunduq» sözlərinin mənası budur ki, göy səltənəti naminə xidmət etmək və əmək sərf etmək üçün «Göylərin Səltənəti» adlanan torpağımızdan sürgün olunduq; biz bu arzudan sürgün olunduq. Lakin biz hansı arzuya daxil olduq? «Almaqpərvərlik» (ləkabel al menat ləkabel) adlanan «dünya xalqlarının» arzusuna.

 

Yazılıb: «[Biz] torpağımızdan uzaqlara göndərildik». Adama (torpaq) sözü Edame le Elyon (Uca Allaha bənzəmək) sözündən gəlir ki, bu da forma bənzərliyidir. Və biz almaq arzumuzla məşğul olduğumuz üçün öz torpağımızdan, Ali ilə forma bənzərliyində olmaqdan uzaqlaşdıq. Və insan sürgündə olduğunu, gizlilikdə olduğunu hiss etmədikdə, «gizlilik» adlanan sürgün ondan gizlənir. Beləliklə, o, gizlilik içində gizlilik vəziyyətində olur.

 

Lakin gizlilik içində gizlilik müəyyən dərəcədə açılış da deməkdir. Həqiqətən də, gizlilik içində gizlilik mövcuddur, lakin biz soruşmalıyıq: «Onun gizlilikdə olması dərki haradan gəldi?» Demək lazımdır ki, bu dərk də ya birbaşa Yaradandan, ya da elçi vasitəsilə gəlmişdir.

 

Bu işıqda biz «Nur yaradıram və qaranlıq yaradıram» ayəsini izah etməliyik. Bu qaranlıq insanın gizlilik içində olması, Yaradanın ondan gizləndiyini hiss etməməsi və Onun harada olduğunu axtarmaq istəyinin olmaması hissinə aiddir ki, bu yerdən Ona səcdə etsin və Ona xidmət etdiyinə görə böyük mükafat alsın.

 

O həmçinin Tövratın Yaradanın bürüncəyi (ləvuş) olması mənasında gizliliyi hiss etmir və buna görə təəssüflənmir. Bunun əvəzində o, tamamilə başqa bir dünyadadır, yəni Yaradanın olması və Yaradanın məxluqlara həzz və ləzzət bəxş etmək istəməsi faktı onu qətiyyən maraqlandırmır. «Gizlilik içində gizlilik» adlanan bu hiss «qaranlıq» adlanır və Yaradan bu qaranlığı yaratmış və ona vermişdir.

 

Lakin biz görürük ki, insan adətən özündə neqativ görmür. O, dindar olub-olmamasından asılı olmayaraq həmişə bilir ki, hər şey qaydasındadır. Necə ki yazılıb: «Rüşvət görənlərin gözünü kor edir». Və insan özünə yaxın olduğundan, o, heç vaxt həqiqəti görə bilməz. Beləliklə, özündə hər şeyin qaydasında olmadığını görən insan deməlidir ki, ona bu barədə yuxarıdan məlumat verilib.

 

  1. O, tək gizlilikdədir. Başqa sözlə, o hiss edir ki, gizlilikdədir. Bu o deməkdir ki, o, Yaradandan uzaq olduğuna görə ağrı çəkir – bu o deməkdir ki, Yaradan ondan gizlənib və o, Yaradanı qarşısında ləğv olmaq istədiyi ölçüdə hiss etmir. Və yenə də uzaqlaşdırıldığına görə ağrı çəkir. Onda onun üçün Yaradanın ona Yaradana yaxınlaşmaq qabiliyyətinə sahib olması üçün kömək etməsindən başqa yolu yoxdur və buna «birləşmə və forma bənzərliyi» (zuvq ve-dimuy tsurat) deyilir.
  2.  

Və onun apardığı və «sol xətt» adlanan bütün bu tənqidi təhlil müəyyən vaxtda olmalıdır. Yəni, məhz həmin gün sağ xəttlə getdikdən və Yaradana heç olmasa nəsə ilə Ona xidmət etmək imkanı verdiyinə görə şükür etdikdən sonra və bundan o, şad və sevincli olur. Yuxarıda deyildiyi kimi, bu, həqiqət yoludur. Bundan sonra o, qısa müddətə sol xəttə keçə bilər, amma qısa müddətə. Yəni, o, Tövrat və dua ilə məşğul olarkən diqqət yetirməlidir ki, sol xəttə çıxmasın, məhz sağ xəttdə olsun, çünki yuxarıda deyildiyi kimi, buna «Mübarək olan mübarək olanla birləşir» deyilir.

 

Və onda elə bir zaman gəlib çatır ki, o, daha yüksək pilləyə layiq ola bilər, necə ki yazılıb: «Şexina... yalnız sevinclə enir». Lakin o, sol xəttdə olarkən, tənqid zamanı yalnız çatışmazlıqları görmək olar. Və sol xətdə iş ona dua etmək ehtiyacı verməlidir. Və dua məhz çatışmazlığın olduğu yerdə baş tutur, çatışmazlıq yeri isə «lənətlənmiş» adlanır. Və onda: «Lənətlənmiş mübarək olanla birləşmir». Və buna görə də daha yüksək pilləyə qalxmaq qeyri-mümkündür. Əksinə, sağ xətt – yüksəliş yeridir, çünki o zaman o, kamillik vəziyyətində olur.