<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Hər zaman mövcud olan inamın mühümlüyü

Hər zaman mövcud olan inamın mühümlüyü

1987-ci il, 6-cı məqalə

 

Zoar kitabında (Vaetse, v. 38, Sulam şərhi, bənd 75) belə bir sual verilir: «Ravvin Yeuda dedi: Yaradan ona [Yaquba] bütün bunları vəd etdikdən sonra, deyərək: “Budur, Mən səninləyəm və gedəcəyin hər bir yerdə səni qoruyacam”, – bəs o niyə inanmadı, əvəzində isə: “Əgər Rəbb mənimlə olarsa” dedi? Və o cavab verir: məsələ burasındadır ki, Yaqub dedi: “Mən yuxu gördüm, yuxular isə doğru və  qeyri-doğru ola bilər. Əgər o çin olarsa, mən bunun doğru bir yuxu olduğunu biləcəm”. Və buna görə də o dedi: “Əgər Qüdrətli Rəbb, yuxuda gördüyüm kimi, mənimlə olarsa, o zaman Yaradan mənim üçün Qüdrətli Rəbb olacaq”». Sitatın sonu.

Və ruhani iş mənasında bizə birbaşa aidiyyəti olan sualı və həmçinin ona verilən cavabı anlamaq [lazımdır]: yuxu nədir? Və Yaradanın verdiyi bu vəd nədir? Və Yaqubun: “Əgər Qüdrətli Rəbb, yuxuda gördüyüm kimi, mənimlə olarsa, o zaman Yaradan mənim üçün Qüdrətli Rəbb olacaq” dediyi bu şərt nədir, – o zamanmı o, əhdini yerinə yetirəcək?

Və bütün [bunları] ruhani iş mənasında aydınlaşdırmaq üçün, Yaradanın yaratdığı yaradılışın məqsədindən başlamaq lazımdır, – bu isə Öz məxluqlarına xeyir verməkdir. Və bu, Yaradanın məxluqlara bütün xeyirləri verəcəyinə dair vəd etməsi adlanır. Və şübhəsiz ki, anlamaq lazımdır ki, Onun məxluqlara bütün xeyirləri verəcəyini vəd etməsi, əlbəttə ki, Onun insanlara yalnız onlara uyğun gələn xeyirləri verəcəyi nəzərdə tutulur.

Məsələn, biz görürük ki, pişiklər üçün xeyir nədir – onlar siçanları tutub yeyəndə, bu onlar üçün xeyirdir. Və biz deyə bilmərik ki, Onun sürünənlərə və həşəratlara verdiyi həmin xeyri, O insanlara da versin. Və “insan” adlanan danışan kateqoriyasında, onların arasında da elələri var ki, onda cansız, bitki və heyvan səviyyəsində xeyir adlanan şeydən daha böyük bir anlayış yoxdur. Və sözsüz ki, heyvanlara, məsələn, onlara uyğun gələn həmin xeyir verilib. Əgər onlara başqa bir xeyir verilsəydi, bu şər adlanardı, axı onlarda bunda dad hiss edə biləcək kelim yoxdur. Və analoji olaraq bitki və cansızlarla da elədir. Yəni danışan kateqoriyasının özündə cansız, bitki, heyvan səviyyələrini fərqləndirmək lazımdır.

Və bu, Zoar kitabına Ön Sözdə (bənd 33) deyildiyi kimidir: “Və bilməyin lazımdır ki, bizim Yaradanımızın bütün həzzi Öz məxluqlarının həzz almasındadır – o ölçüdə ki, məxluqlar Onu, Onun əta edən olduğunu və Onun onları həzzləndirən olduğunu hiss etsinlər, və o zaman Onun onlarla, əziz oğlu ilə oynayan ata kimi böyük bir şadlığı olar – o ölçüdə ki, oğul atanın əzəmətini və ləyaqətini hiss edir və tanıyır, ata isə ona onun üçün hazırladığı bütün xəzinələri göstərir”.

Və deyilənlərdən biz görürük ki, yaradılışın məqsədi olan “Öz məxluqlarına xeyir vermək”, onların ilahi olanın açılmasına nail olmalarından ibarətdir. Və maddi həzzlər nəzərdə tutulmayıb, axı məxluqların əta edən kelim-lərini qazanmazdan əvvəl qidalandıqları bütün maddi həzzlər, Zoar kitabında deyildiyi kimi, müqəddəslik qığılcımlarının klipot-ların daxilinə düşməsindən olan yalnız “incə bir parıltıdır”. Onların bütün həyat qüvvəsi bundadır. Halbuki əsas xeyir və həzz Tövrat və ehkamlara bürünmüşdür.

Lakin, Yaradanın məxluqlara vermək istədiyi həzzin tam olması üçün ixtisar (tsimtsum) ilə bir islah baş verdi, və bu, Tövrat və ehkamlara daxil olan xeyir və həzzin gizlənməsidir. (Lakin dünyanın onlar xeyri ala bilməzdən əvvəl mövcud ola bilməsi üçün, qoy onlar hələlik klipot-ların daxilinə düşən incə parıltıdan həzz alsınlar. Və bundan dünyada məskunlaşanlar qidalanırlar.)

Və gizlənmə sayəsində elə bir yer mövcuddur ki, orada insan etdiyi hər bir şeyin Göylər naminə olmasına özünü vərdiş etdirə bilər, çünki o, Padşaha heç bir ödəniş olmadan xidmət etmək istəyir, zira o, həqiqi xeyir və həzz adlanan nurun hər hansı bir açılması olmadan Tövrat və ehkamları yerinə yetirir.

O isə, özünün bütün niyyətinin əta naminə olmasına özünü vərdiş etdirdikdən sonra, və o zaman, əgər o xeyir və həzz alarsa, bunda "utanc çörəyi" olmayacaq, axı o xeyir və həzzi öz şəxsi mənfəəti üçün almır, çünki özü üçün o həzzlərdən imtina etməyə hazırdır və Yaradanı həzzləndirmək istədiyinə görə, indi o görür ki, Yaradanın yalnız bir şeydə çatışmazlığı var, –  əməldə Öz məqsədini reallaşdıra bilsin, yəni məxluqlar Ondan alsınlar. Və buna görə də o indi Yaradanı həzzləndirmək üçün xeyir almağa hazırlaşır, çünki Yaradan aşağıdakılardan yalnız bunu ala bilər, yəni onların Ondan xeyir və həzz almalarını. Yaradan məxluqları həzzləndirmək istədiyinə görə, məxluqlar da Yaradanı həzzləndirməlidirlər, və bu, “forma etibarilə bənzərlik” adlanır.

Lakin, bütün əməllərin yalnız Göylər naminə olması adlanan forma etibarilə bənzərliyə gəlmək üçün böyük zəhmət tələb olunur, çünki bu təbiətə ziddir, axı insan özü üçün həzz almaq istəyi ilə yaradılıb. Və insana deyirlər ki, o, bu almaq istəyini ləğv etməlidir və “əta etmək istəyi” adlanan yeni bir kli qazanmalıdır. Və hər bir insan buna layiq olmur, yəni belə ki daxilində ali nurun bərqərar olması üçün yararlı olan bu kelim-ləri qazana bilsin.

Və insanın əta etmək istəyinə gələ bilməsi üçün, bizim müdriklərimiz dedilər (Kiduşin traktatı, 30:2): «Mən şər başlanğıcı yaratdım, və Tövratı ona qarşı ədviyyat kimi yaratdım». Və məhz Tövrat sayəsində o, əta kelim-lərinə gələ bilər. Və həmçinin müdriklərin belə bir ifadəsi mövcuddur (Sukka traktatı, 52:1-2): «Ravvin Şimon ben Lakiş dedi: İnsanın şər başlanğlcı hər gün ona üstün gəlir və onu öldürməyin yollarını axtarır. Necə ki deyilib: “Günahkar saleh olana baxır və onu öldürməyin yollarını axtarır”. Və əgər Yaradan ona kömək etməsəydi, o dözməzdi. Necə ki deyilib: “Yaradan onu [insanı] onun [şər başlanğıcının] əlində buraxmaz”».. Və bu almaq istəyi nəzərdə tutulur, çünki o Yaradandan ayrılıb, axı məlum olduğu kimi, ruhani olanda forma fərqliliyi ruhani obyekti ayırır, onu iki yerə bölür.

Və Zoar kitabına Ön Sözdə (bənd 10) izah edildiyi kimidir: “Lakin əvvəlcə murdarlığın və klipa-nın mahiyyətinin mövcudluğunun nə olduğunu anlamaq lazımdır. Və bil ki, bu – dediyimiz kimi, böyük bir almaq istəyidir, ... və onu [yəni almaq istəyini] ABYA qeyri-müqəddəs dünyalar sisteminə ötürdü. Və belə alınır ki, onun ucbatından onlar Yaradandan və bütün müqəddəslik dünyalarından ayrılıblar. Və bu səbəbdən klipot-lar “ölülər” sözü ilə adlanır, necə ki deyilib: “Ölülərə olan qurbanlar”. Öz arxasınca gedən günahkarlarla da eynidir, necə ki bizim müdriklərimiz dedilər: “Günahkarlar sağlığında ölü adlanırlar”. Axı onlarda Yaradanın müqəddəsliyinə münasibətdə forma etibarilə əkslikdə qurulmuş almaq istəyi, onları həyat Mənbəyindən ayırır, və onlar Yaradandan sanki müxtəlif qütblərdə yerləşirmiş kimi uzaqdırlar. Axı Yaradanda tamamilə heç bir alma mövcud deyil, və yalnız əta etmək mövcuddur. Klipot-larda isə əta etməkdən heç nə yoxdur, yalnız öz şəxsi mənfəəti üçün və öz şəxsi həzzi üçün almaq var. Və bundan daha böyük bir əkslik yoxdur”.

Və deyilənlərdən belə çıxır ki, insanın forma etibarilə bənzərliyə malik olması üçün, yəni Yaradandan xeyir və həzz ala bilsin deyə, insanın öz daxilindəki şəri, yəni almaq istəyini məğlub edə bilməsi üçün, və onu əta etmək  niyyəti ilə istifadə etmək qabiliyyətinə malik olması üçün insandan böyük zəhmət və yuxarıdan böyük kömək tələb olunur. Və çoxlu insanlar var ki, buna layiq olmurlar. Buna hər halda layiq olan kəs isə – bu sadəcə möcüzələr silsiləsindəndir.

İndi isə Yaqub barəsində yazılmış olan şey haqqında sualımızı aydınlaşdırmaq lazımdır, bu Tövratın bizə onun yuxusunu və verdiyi əhdi, və həmçinin bu əhdin onun: “Əgər olarsa” dediyi kimi [müəyyən bir] şərtlə verilməsini danışması ilə bizi Yaradanın yoluna necə öyrədir.

Müqəddəs Yazıda deyilib: “Və Yaqub yuxusundan ayıldı ... və başının altına qoyduğu daşı götürdü”. Məlumdur ki, “daş” malxut adlanır. Malxut isə inam adlanır. Yəni insanın anlamaq istədiyi şey, anlamaq isə “baş” adlanır, və o, başındakı həmin anlamağı götürür və onu başının altına qoyur, yəni inamı başa yerləşdirir, öz anlamağını və biliyini isə başının altına qoyur. Belə alınır ki, belə bir düzülüşdən sonra, inam – yuxarıda, bilik isə – aşağıdadır.

Və bu, “bilik üzərində olan inam” (Ağıldan uca olan inam) adlanır. Və bu sözləri belə izah etmək olar: “Və həmin yerin daşlarından götürdü, və başının altına qoydu”. Və: “Və onu bir abidə (maceva) kimi ucaltdı” sözləri isə – o deməkdir ki, o, “bilik üzərində olan inamın” onun vəziyyəti olmasını etdi. “Abidə” (“matseva”) “vəziyyət” (“matsav”) sözündəndir. Yəni onun vəziyyəti – o, müqəddəslik binasını qurmaq istəyir – bilik üzərində olan inam xüsusiyyətində olmaqla.

Və bu, deyildiyi kimidir: “Və Yaqub əhd edərək dedi: "Əgər Qüdrətli Rəbb mənimlə olarsa ... o zaman Yaradan mənim üçün Qüdrətli Rəbb olacaq"”.

Zoar kitabı isə bu barədə soruşur: O niyə inanmadı, əvəzində isə: “Əgər olarsa” dedi? Və cavab verir: məsələ burasındadır ki, Yaqub dedi: “Mən yuxu gördüm, yuxular isə doğru və qeri-doğru olur. Əgər o çin olarsa, mən bunun doğru bir yuxu olduğunu biləcəm”.

Və bu dünyanı və gələcək dünyanı ruhani iş mənasında izah etmək lazımdır. Bu dünya yuxuya bənzəyir, yəni onu necə yozurlarsa, o elə də çin olur, necə ki bizim müdriklərimiz dedilər (Braxot traktatı, 55:2): “Bütün yuxular dillərin (ağzın) ardınca gedir”, – necə ki deyilib: “O bizə necə yozdusa, elə də çin oldu”. Və sadə mənada bunu anlamaq çətindir – yəni insanlar onu [yəni yuxunu] necə yozurlarsa, o elə də çin olur. Və belə bir halda, pis bir yuxuya görə oruc tutmaq mənə niyə lazım olsun ki? Axı belə sadə bir fikir var ki, yoldaşların yanına getmək olar, və onlar yuxunu mütləq xeyirə yozacaqlar, necə ki müdriklər dedilər: “Bütün yuxular dillərin ardınca gedir”. Və şübhəsiz ki, sadə mənada izahatlar da mövcuddur.

Və bunu ruhani iş mənasında izah edək. Beləliklə, Yaradan dünyanı Öz məxluqlarına xeyir vermək üçün yaratdı. Və xeyir və həzzdən utanc hissinin olmaması üçün, insan iş üçün bir yer olan bu dünyada yerləşir ki, o əta kelim-lərini qazana bilsin, hansıların ki sayəsində o hər şeyi əta etmək  naminə alacaq, və bunun sayəsində burada utanc üçün yer olmayacaq, çünki o hər şeyi əmrə görə alır, necə ki yuxarıda deyilib.

Və bu, Zoar kitabında deyildiyi kimidir: Yaradan Yaquba bütün xeyirləri vəd etdi. Lakin O bunu ona bir yuxu vasitəsilə, yəni yuxuya bənzəyən bu dünyada dedi, yəni insanın onu yozduğu şəkildə, yəni əgər insan Tövrat yolu ilə gedirsə, belə çıxır ki, o Yaradanın dünyanı Öz məxluqlarına xeyir vermək niyyəti ilə yaratmaqla vəd etdiyi şeyə yaxşı bir yozum verir. Lakin bu vəd yuxu kimi müəyyən olunur, yəni insanın “xeyir vermək” vədini Yaradanın vermək istəməsi kimi yozması ilə, o yozum verəcək ki, Yaradan əta edən  olduğu kimi, insan da hər şeyi yalnız əta etmək  naminə edəcək.

Və bu, Yaradanın verdiyi “xeyir vermək” vədinin, – insanın da bu yozumu verməsi şərti ilə olması adlanır, yəni xeyir vermək, və bu, müdriklərin dediyi kimidir: “O necə rəhmlidirsə, sən də elə rəhmli ol”. Əks halda belə alınır ki, əgər insan yuxunu Yaradanın vədinin Öz məxluqlarına əta etmək  olması kimi yozmursa. O isə əksini istəyir, yəni almaq naminə almağı arzulayır.

Belə alınır ki, o bunu şərə yozur. Yəni, Yaradanın vermək istədiyi xeyir yerinə yetirilə bilməz, çünki o daxilinə xeyir və həzzin daxil ola biləcəyi uyğun kelim-ləri hazırlamayıb ki, onların arasında ayrılıq olmasın – axı, məlum olduğu kimi, forma fərqliliyi ruhani obyektləri iki yerə bölür.

Və burasından anlayacağıq ki, yuxu niyə yozumun ardınca gedir. Nəzərdə tutulur ki, Yaradanın Öz məxluqlarına xeyir verməyi vəd etməsi insanın bu dünyadakı işindən asılıdır, zira bu dünya sadəcə bir yuxuya bənzəyir, və hər şey ona verilən yozumdan asılıdır. Yəni əgər bu dünyadakı yozum – xeyirədirsə, yəni insanın etdiyi hər bir şey xeyir gətirirsə, yəni əta etmək  naminədirsə, o zaman Yaradan tərəfindən verilən vəd yerinə yetiriləcək. Əgər yozum – şər başlanğlca uyğundursa, o zaman yuxu – yəni Yaradanın bütün xeyirləri verəcəyinə dair bu dünyadakı iş – yerinə yetirilə bilməz.

Və burasından müdriklərin: “Bütün yuxular dillərin ardınca gedir” sözlərini anlamaq olar. Nəzərdə tutulur ki, əgər insan öz dili ilə yaxşı şeylər tələffüz edirsə, yəni hər zaman yaxşı əməllər etmək lazım olduğunu, hər şeyin öz şəxsi mənfəəti üçün deyil, Göylər naminə olduğunu deyirsə, o zaman yaxşı yuxu çin olacaq, yəni o layiq olur, necə ki müdriklər dedilər (Braxot traktatı, 17:1): “Öz dünyanı sən öz sağlığında görəcəksən, sənin sonun isə – gələcək dünyanın həyatındadır”.

Halbuki əgər onun dili şəri yozubsa, yəni o öz şəxsi mənfəətinin qayğısına qalmaq lazım olduğunu deyirsə, bu pis bir yuxudur, çünki o onu şərə yozub. Buradan belə alınır ki, Yaradan xeyir və həzz vermək vədini yuxu şəklində, yəni yuxuya bənzəyən bu dünya şəklində verib.

Və indi biz şərti və əhdi, və bu əhdin mühümlüyünün nədən ibarət olduğunu, daxilində necə bir əzəmətin gizləndiyini anlaya bilərik. Onun [Yaqubun] dediyi kimi, əgər Yaradan ona vəd etdiyi hər şeyi yerinə yetirərsə, o zaman nə baş verəcək? O, böyük bir şey edəcək, necə ki deyilib: “Mənim abidə kimi ucaltdığım bu daş isə, Qüdrətli Rəbbın evi olacaq”.

Və burasından belə alınır ki, “Və həmin yerin daşlarından götürdü” sözləri o deməkdir ki, o bu daşları, yəni bu yerdən olan anlamağı, və biliyi, və rəyi götürdü. Axı hər kəsin öz şəxsi rəyi var. Və hər bir insanın anlamasına uyğun olaraq, o Yaradanın yolları ilə yalnız zəkanın onu borclu etdiyi yerdə getməlidir, lakin öz biliyinə qarşı deyil. Və deyirlər ki, bilik bizə ona görə verilib ki, biz nə etdiyimizi anlayaq. O isə gördü ki, hər bir insanın öz şəxsi zəkasının olmasına baxmayaraq, Yaradan məxluqları almaq istəyi təbiətində yaratmaqla, – burada yalnız bir rəy var, yəni özünə olan sevgi, lakin hər kəs öz eqoist sevgisini xüsusi zəkasında ifadə edir. Lakin onların hamısında eyni olan şey – almaq istəyidir və daha artığı deyil. Necə ki deyilib: “Və daşı – bir daşı götürdü”.

Yəni, yuxarıda deyildiyi kimi, daş adlanan biliyi o “öz başının altına qoyur”. Başına isə o inamı götürdü. Və bilik – inamdan aşağıdadır. Əhd isə belə idi: “Əgər Qüdrətli Rəbb mənimlə olarsa”, – yəni  ki, o Şxina-nın simasını qəbul etməyə layiq olsun, və deyildiyi kimi: “Yaradan mənim üçün Qüdrətli Rəbb olacaq”. Və hər bir halda, mən bunu bir əsas kimi götürməyəcəm, mənim Yaradan evimin bütün binası isə bilik üzərində olan inam xüsusiyyətində [əsaslanmış] olacaq. Və bu, deyildiyi kimidir: “Mənim abidə kimi ucaltdığım bu daş isə”, – yuxarıda deyildiyi kimi, – “Qüdrətli Rəbbın evi olacaq”.

 

Və indi biz əhdin mühümlüyünü anlayacağıq, onun dediyi kimi, əgər Yaradan ona yaxşı yozumda kömək edərsə, yəni o daxilinə ali xeyrin bürünəcəyi uyğun olan əta etmək kelim-lərini qazanarsa, və bu Şxina-nın simasını qəbul etmək adlanır, hər bir halda o yalnız başlanğıcda götürdüyü və onun abidəyə çevrilməsini etdiyi həmin daşdan istifadə etmək istəyir. Yəni başının altında, aşağıda olan daşdan. Və o zaman əhd ondan ibarət idi ki, hərçənd o: “Qüdrətli Rəbb mənimlə olacaq, ... və Yaradan mənim üçün Qüdrətli Rəbb olacaq” deyə layiq olsa da, mənim abidə kimi ucaltdığım həmin daş isə Qüdrətli Rəbbın evi olacaq. Yəni o, hətta onda bütün açılmalar olanda belə inam xüsusiyyətində qalmaq istəyir. Belə alınır ki, inam həm katnut-da, həm də qadlut-da var. Və buradan biz inamın mühümlüyünü görürük, axı əhd ondan ibarət idi ki, o, hətta qadlut-da belə ondan uzaqlaşmayacaq.