<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

17-2 yığıncağın qaydaları

                                                         Məqalə 17-2

Başlanğıcda hamı toplandıqda, yığıncağın qaydası olmalıdır.Yəni,hər kəs bacardığı qədər qrupun əhəmiyyətindən danışmalıdır.Qrupun ona nə qədər fayda verə biləcəyini qeyd etməlidir.Və bu istiqamətdə ümidi nə dərəcədə böyükdürsə,o dərəcədə də qrupu qiymətləndirir.

Müdriklərimizin dediyi kimi: «Ravi Simlay belə öyrədir: «İnsan həmişə Yaradanı vəsf edib,sonra dua etməlidir.Biz bunu haradan bilirik?-Musa deyir. Çünki deyilir: «Yaradana məhz o zaman dua edirdim»  Və deyilir: «Uca Yaradan! Sən başladın…» Sonra isə yenə deyilir: «Yol ver keçim,və mən o gözəl məmləkəti görəcəyəm»»

 

Bunun səbəbi isə ondadır ki, əvvəlcə Yaradanı vəsf etmək lazımdır.Çünki dünyada belə bir qayda var ki,biri kimdən isə nə isə istəyirsə,o zaman burada iki şərt var.Birincisi,onda mənim istədiyim var,yəni məsələn,dövlət və ya imkan  və o həmin dövləti və böyüklüyü ilə məşhurdur.Həmçinin onun xeyirxah qəlbi var,yəni başqalarına vermək istəyi var.

Belə insandan iltifat istəmək olar.Ona görə də deyilir: «İnsan həmişə Yaradanı vəsf edib,sonra dua etməlidir». Belə ki, insan Yaradanın böyüklüyünə inandıqdan sonra-yəni Onun öz məxluqlarına verəcək cürbəcür həzz növlərinə və Onun xeyir vermək kimi istəyə  malik olduğuna inandıqda,artıq onda demək olar ki,insan Yaradana dua edir.Və əlbəttə ki,Yaradan ona kömək edəcək,çünki xeyirxahlıq törətmək Onun istəyidir və insanın ürəyindən gələn arzusunu yerinə yetirməyə qadirdir.Belə olan halda insan daha əminliklə dua edir,çünki duanın qəbul olunacağına inanır.

Eynilə də yoldaşlar arasında sevgiyə münasibətdə.Yəni bir yerə toplandıqda ilk növbədə yoldaşları vəsf etmək,onların hər birini ucaltmaq lazımdır.Və qrupun böyüklüyünü nə dərəcədə qiymətləndirirsə,o dərəcədə də onlara hörmət etməlidir.Sonra o,dua etməlidir.Yəni hər kəs qrup naminə nə qədər qüvvə sərf etdiyini yoxlamalıdır.Və görəndə ki,buna gücləri yoxdur,duaya yer yaranır ki,Yaradan onlara kömək edərək,yoldaşlara sevgi yolunda onlara güvvə versin. 

Sonra isə,«Şmone-esre»(On səkkiz xeyir-dua) duasının axırıncı üç duasındakı kimi davranmalıdır.Yəni, Zoarda deyildiyi kimi, o hər şeyi Yaradana ötürdükdən sonra,«Şmone-esre»(On səkkiz xeyir-dua) duasının axırıncı üç duası onun üçün elə olacaq ki,sanki Yaradan ona bütün istədiklərini artıq verib və o,Ondan uzaqlaşıb.

Eynilə də yoldaşlar arasında sevgiyə münasibətdə də belə davranmaq lazımdır.Yəni özünü yoxlayıb məlum nəsihətə əməl etdikdən sonra,indi elə düşünməlidir ki,duası artıq qəbul olunub və o,yoldaşları ilə sevinc içində oturaraq ,onları bir vücud kimi hiss edir.Necə ki,bədən bütün orqanlarının həzz almasını istəyir,O da indi bütün yoldaşlarının həzz almasını arzu edir.

Ona görə də bütün bu haqq-hesablardan sonra,yoldaşlara sevgidən yaranan sevinc hissi gəlir.O zaman insan özünü xoşbəxt hiss etməlidir,sanki elə bir sözləşmə imzalayıb ki,çoxlu pul qazanacaq.Və belə bir qayda var ki, bu halda yoldaşlarla birgə badələr qaldırılır.

Eləcə də burada,hər kəs yoldaşının qayğısına qalaraq,diqqət etməlidir ki,yoldaşları nə isə yesin,içsin və sair, çünki insan o qədər xoşbəxtdir ki,yoldaşlarının da özlərini yaxşı hiss etmələrini arzulayır.Ona görə də yığıncaq başa çatdıqda hamı sevinc və yüksək əhval-ruhiyyə içində dağılışmalıdır. 

 

Eynilə  «Tövrat zamanı» və «dua zamanı» olduğu kimi.Belə ki, «Tövrat zamanı» heç bir əksikliyin olmadığı mükəmməllik halıdır.Və bu «sağ xətt»adlanır.Deyildiyi kimi: «onlara qanunun alovu onun sağ əlindəndir». «Dua zamanı» isə «sol xətt»adlanır. Belə ki,əksiklik yeri,islaha ehtiyac olan yerdir.Və bu «kelimin islahı» adlanır.Halbuki, sağ xətt adlanan «Тövrat» halında islah yerləri yoxdur.Ona görə də Tövrat «hədiyyə»adlanır.

Və sevdiyinə hədiyyə vermək kimi bir qayda var.Adətən dünyada əskikliyi olan adamı sevmirlər.Ona görə də «Tövrat zamanı» islah haqqında düşünməyin yeri yoxdur. Və yığıncaqdan gedəndə,yuxarıda qeyd edildiyi kimi,«Şmone-esre»(On səkkiz xeyir-dua) duasının axırıncı üç duasındakı kimi olmalıdır.Nəticədə hamı mükəmməllik hiss edəcək.