<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Özünə Rav yarat və yoldaş satın al -1

Özünə Rav yarat və yoldaş satın al -1

Özünə Rav yarat və yoldaş satın al-1

Məqalə 1,1985

Mişnanın Avot traktatında Yeoşua ben Praxiya deyir : “Özünə Rav yarat və yoldaş satın al və hər bir insanı qazan mühakimə et.”Biz burada üç şey görürük:

1.Özünə Rav yarat

2.Və yoldaş satın al

3.Və hər bir insanı məziyyətlərinə görə mühakimə et.

Aydın olur özünə Rav yaratmazdan əvvəl insan məhz cəmiyyətə qarşı daha bir şey etməlidir.Yəni yoldaşlarına sevgi üzərində çalışırsa,bu hələ kifayət deyil və o,həmçinin hər bir insanla hesablaşaraq onu məziyyətlərinə görə mühakimə etməlidir.

Və “yarat”, “ qazan” , “ məziyyətlərinə görə”  ifadələrini anlamaq lazımdır.Belə ki,” yarat “dedikdə təcrübədə həyata keçirilən nəzərdə tutulur.Başqa sözlə orada düşüncə deyil, yalnız əməl var.Yəni düşüncə əməllə qətiyyən razı deyil, əksinə ona qarşıdır.Bu yarat adlanır,yəni biliklə ziddiyyət təşkil edən düşüncəsiz qüvvə.

Burada izah etmək lazımdır ki,insanın ali malxutun boyunduruğunu qəbul etməli olması əməl adlanır.Bu öküzün istəməməsinə baxmayaraq boynuna boyunduruq geyindirərək,onu torpağı şumlamağa məcbur etməmizə bənzəyir.

Biz də Ali malxuta nisbətən eynilə,yəni  özümüzü səbəbsiz və məntiqsiz olaraq  Yaradanın ehkamları xatirinə qul etməliyik.Və bunu hər hansı bir mənfəət əldə etmək naminə deyil,Yaradana zövq vermək üçün etməlidir.

Bəs vücud buna necə razı olsun? Bunun üçün əməllərimiz bilik üzərindən inam xüsusiyyətində olmalıdır.Və bu “Özünə Rav yarat” adlanır.Belə ki,ali malxut  Yaradanın böyüklüyü səbəbindən qəbul olunmalıdır.Zoarda deyildiyi kimi insan Yaradanın qarşısında Onun uca və hər şeyin sahibi ,aləmlərin mənbəyi və əsası olması səbəbindən  ilkin qorxu hiss edir.Yəni o,qorxur, çünki Yaradan ucadır və hər şeyi idarə edir….O ücadır çünki bütün aləmlərə yayılan hər bir şeyin köküdür və böyüklüyü əməllərində təzahür edir……hər şeyi idarə edir ,yəni yaratdığı bütün yuxarı ,aşağı aləmlər Onun qarşısında heç nədir, yəni Onun mahiyyətinə heç nə əlavə etmir.

Ona görə də əməllərin ardıcıllığı “Özünə Rav yarat”-maqdan başlamalıdır ki, insan ali malxutu səbəbsiz və məntiqsiz olaraq qəbul etsin.Və bu “yarat” adlanır,yəni yalnız vücudin razı olmadığı əməllər halı.Sonra isə  “yoldaş satın al” gəlir.Qazanmaq  o deməkdir ki, insan bir şey almaq istədikdə o, artıq əldə etdiyi şeylərdən imtina etməlidir.Yəni çoxdan sahib olduğu şeyləri verərək onların əvəzinə yenilərini almalıdır.

Analoji olaraq Yaradan naminə əməllərdə  də Onunla “O, mərhəmətlidir,sən də mərhəmətli ol”  şəklindəki vəhdətə gəlmək üçün insan sahib olduğu şeylərdən imtina etməlidir. Və” yoldaş satın al” sözlərinin mənası bundan ibarətdir.

“Özünə Rav yarat”,yəni “ali malxutu yarat “ deməzdən əvvəl, “yoldaş satın al” necə demək olar? Yəni o,ravı ilə birləşməlidir.Hələlik isə  ravı yoxdur.Lakin özünə Rav yaratdıqdan sonra vücuddan müəyyən şeylərdən imtina etməyi tələb edə bilər.Belə ki,o,Yaradana zövq vermək naminə Onunla birləşmək istəyir.

Həmçinin anlamaq lazımdır ki, özünə yoldaş satın al qaydasına əməl edilməsi üçün lazım olan güc ravın böyüklük dərəcəsindən asılıdır.Belə ki,rava qarşı hiss etdiyi mühümlük səviyyəsinə uyğun olaraq ,onunla birləşmək naminə nələrdənsə imtina etməyə hazırdır.Çünki o zaman anlayır ki,Yaradanla vəhdətə gəlmək xatirinə hər şey etməyə dəyər.

Buradan məlum olur ki,insanın vücudunun istəklərini dəf etməyə gücünün çatmamasını, kiçik gücə malik olduğunu,zəif xasiyyətli doğulduğunu düşünməsi doğru deyil.Çünki bunların səbəbi ravın böyüklüyünü hiss etməməsindədir.Yəni onda ali malxutun vacibliyi yoxdur.Buna görə də mühüm olmayan bir şey üçün dəf etmə gücü yoxdur.Eyni zamanda mühüm olan bir şey üçün vücud sevdiyi şeylərdən imtina edərək,ona lazım olanı almağa hazırdır.

Məsələn,deyək ki,insan çox yorulub və axşam saat on birdə gedir yatmağa.Onu gecə saat üçdə oyandırırlar. Aydındır ki, yorğun olduğunu,dərsə getməyə gücünün olmadığını söyləyəcək.Üstəlik bir az hərarəti olsa,özünü zəif hiss etsə,şübhəsiz vücudunun adətən qalxdığı vaxtda durmağa halı olmayacaq.

Lakin əyər insan çox yorğun halda gecə saat on ikidə yatmağa gedib və saat birdə onu oyandırıb deyirlərsə ki,həyətdə yanğın var, tezliklə sənin otağını bürüyəcək,tez qalx və bu səyinə görə sən həyatını qazanacaqsan,o zaman insan yorğun ,xəstə və gücsüz olması kimi bəhanələr gətirməyəcək.Əksinə,hətta həqiqətən xəstə olsa belə həyatı naminə bütün gücünü toplayacaq.Şübhəsiz ki, ona vacib olanı almaq naminə vücudu güc tapacaq.

Ona görə insan özünə rav yarat xüsusiyyətində çalışdıqda və onlar bizim həyatımız və uzun ömrümüzdürlər -deyiminə inandıqda,artıq hiss edir ki,bu onun həyatıdır və vücudunun yuxarıdakı misalda deyildiyi  kimi istənilən maneəni dəf etməyə gücü var.Bu səbəbdən insan istər Tövratda,istərsə də duada bütün əməllərini ravın mühümlüyünə və böyüklüyünə çatmağa yönəltməlidir. Və yalnız bunun üçün çox böyük işlər görərək duasını artırmalıdır.

Buna Zoarın dilində “Şxinanı küldən qaldırmaq” deyilir.Yəni kül halına qədər alçaldılmış ali malxutu qaldırmaq.Necə deyərlər,mühüm şeyi yerə qoymurlar,mühüm olmayanı isə yerə atırlar. Belə ki,Şxina adlanan ali malxut cəhənnəmin dərinliklərinə qədər alçaldıldığına görə istənilən ruhani əməldən əvvəl Şxinanı küldən qaldırmaq üçün dua edilməlidir, yəni ali malxut bizim üçün vacib olmalıdır ki,onun naminə çalışmağa gücümüz olsun.

Və burada Roş a-Şana üçün olan duada dediyimiz “Xalqına Yaradanın şöhrətini ver”  sözlərinin mənası aydın olur.İlk baxışda bunu anlamaq çətindir : şöhrət haqqında necə dua etmək olar? Axı müdriklərə görə: “Bacardığın qədər ruhunda müti ol”-deyilir..Biz necə Yaradan bizə şöhrət versin deyə dua edə bilərik?

Lakin izah etmək lazımdır ki, biz Yaradanın Öz xalqına Onun şöhrətini verməsi üçün dua edirik,çünki bizdə Yaradanın şöhrəti yoxdur və “Yaradanın məmləkəti cəhənnəmin dərinliyinə qədər alçaldılıb”-hansı ki, ”Şxina küldədir” adlanır.Həmçinin bizdə ”öxünə Rav yarat” anlayışının vacibliyi olmadığına görə,Ali Malxutun qəbulu dövrünə aid olan Roş a-Şana zamanı Yaradana bizə Öz şöhrətini verməsi üçün dua edirik ki,İsrael xalqı Onun şöhrətini hiss etsin.Yalnız o zaman biz Tövratın ehkamlarını və qanunlarını mükəmməl olmaqla yerinə yetirə bilərik.

Və bu səbəbdən deyildiyi kimi:“Beləliklə,Yaradanın şöhrətini Sənin xalqına ver”.Yəni O İsraelin şöhrətini İsrael xalqına deyil,Yaradanın şöhrətini İsrael xalqına verdi.Çünki Yaradanla vəhdət adlanan Onun böyüklüyünün və vacibliyinin hiss edilməsi,bizim yeqanə əksikliyimizdir.Belə ki, bu vaciblik bizdə olsa,o zaman hər kəs güvvəsini sərf etməyi bacarar. İnsan bu dünyada həzz ala biləcəyi və çox vacib olan bir şeyin olduğunu hiss edirsə, öz həyatını qəbul etməyə gücünün olmadığını və buna görə də heyvani səviyyədə qalmaq istədiyini deyə bilməz.

lakin təəsüf ki, insanların arasında həyatın dadını hiss etmədikdə ölməyi seçənlər var.Belə ki,insan öz həyatında əzablara tab gətirməyə qadir deyil,çünki bu yaradılışın məqsədinə ziddir.Bu məqsədə görə məxluqlar həyatdan zövq almalıdırlar. Ona görə də insan indi və ya gələcəkdə yaxşı bir şey görmürsə,o zaman həyatına son qoyur.

Burdan məlum olur ki,Yaradanın böyüklüyünü hiss etmək üçün biz yalnız «Özünə Rav yarat» tövsiyəsini yerinə yetirməliyik.Çünki bundan başqa əksikliyimiz yoxdur. O zaman hamı məqsədimiz olan Yaradanla vəhdətə gələcək.

Həmçinin ravvin Yoşua ben Praxiyanın dediyi 1).Özünə Rav yarat 2) yoldaş satın al və 3) hər bir insanı əməllərinə görə mühakimə et -anlayışlarını yoldaşlara sevgi baxımından izah etmək lazımdır.

Baxın, ağıl bizə deyir ki, yoldaşlar haqqında o zaman danışmaq olar ki,həm xeyirxah əməllərində,həm də istedadında eyni səviyyədə olan iki insan olsun. Belə olanda onlar öz aralarında ümumi dil taparaq birləşirlər.Və  «insan yaxınına yardım edər.» Bu iki insanın eyni vəsait,güc və əmək sərf edərək tərəfdaşlıq münasibətinə girməsinə bənzəyir.O zaman gəlir də onlar arasında bərabər bölünür.

Lakin onlardan biri digərinə nisbətən daha çox vəsait, güc və ya professionallıq sərf edirsə,o zaman bu” üçdə bir” və ya “dörddə bir tərəfdaşlıq” adlanır. Deməli bu həqiqi tərəfdaşlıq deyil,çünki biri digərindən böyüklüyünə görə üstündür.

Buradan belə məlum olur ki,həqiqi yoldaşlıq,özünə yoldaş qazanmaq üçün vacib olan vəsaiti ödəyərək əldə etmək ,yalnız hər iki tərəfin eyni böyüklüyə malik olaraq,eyni məbləği ödədikləri halda mümkündür.Biznesdə olduğu kimi,hər kəs bərabər pay verir.Əks halda həqiqi yoldaşlıq ola bilməz. “Özünə yoldaş satın al” bu səbəbdən deyilir.Yəni hər kəsin özünə yoldaş satın almaqla birləşməsi ,yalnız hər iki tərəfin bərabər olduğu halda mümkündür.

Başqa tərəfdən,biri digərində ondan öyrənə biləcəyi bir şey görəndə yoldaşını özündən üstün sayır. Və belə olan halda o, yoldaş deyil-şagird ,digəri isə ona nisbətdə Rav ola bilər.Yəni ondan yaxşı xüsusiyyətlər və müdriklik əldə etmək imkanı olar.

Ona görə də  «Özünə Rav yarat və yoldaş satın al» deyilir,yəni onların hər ikisinin iştirakı olmalıdır ki,hər biri digərini özünə yoldaş hesab etsin.O zaman qazanmaqdan danışmaq olar.Yəni hər biri digərini qazanmaq üçün nədənsə imtina etməlidir. Bu atanın öz istirahətindən imtina edərək oğlunun xatirinə pul qazanmağa getməsinə bənzəyir.Səbəbi isə sevgidir.

Lakin bu təbii sevgidir,belə ki,Yaradan övladları böyütmək üçün,dünyanın mövcud olması üçün bizə bu təbii sevgini verib.Məsələn,ata övladını ehkamlara görə böyütsə idi,yəni bu əmələ bir öhdəlik kimi yanaşsaydı,o zaman uşaqların vacib olan hər şeyləri-qidaları,geyimləri və digər əşyaları olardı. Demək ki, belə olan halda o,bəzən ehkamlara riayət edər,bəzən isə sadəcə olaraq öhdəlik kimi əməl edərdi və övladları aclıqdan ölə bilərdilər.

Ona görə Yaradan valideynlərə təbii ,instinktiv elə bir sevgi verib ki,onlar öz övladlarını sevsinlər və dünya var ola bilsin.Lakin yoldaşa olan sevgi üzərində hər kəs özü əmək sərf etməlidir ki,qəlbində onlara qarşı məhəbbət yaransın. Məhz burada «Özünə yoldaş satın al» prinsipindən danışmaq olar.Yəni heç olmasa ağlı səviyyəsində yardıma ehtiyacı olduğunu və müqəddəs əməllləri yerinə yetirməyə qadir olmadığını dərk etdikdən sonra. O zaman o, anladığı səviyyədə yoldaşının xatirinə nələrdənsə imtina etməyə başlayır ki,onu qazansın.

Səbəb isə onun, Yaradana vermək istəyi istiqamətində səy göstərməyin ən əsas olduğunu anlamasıdır. Lakin bu onun təbiətinə ziddir,çünki insan yalnız öz xeyri üçün almaq istəyi ilə yaradılıb.Ona görə də bizə xüsusi bir “zqula” adlanan və bizi eqoistik sevgidən çıxararaq, yaxınına olan sevgiyə gətirən vasitə verilmişdir.Və bunun sayəsində insan Yaradana olan sevgiyə qovuşa bilər.

Ona görə də onunla bir pillədə olan yoldaşı tapa bilər. Lakin sonra yoldaşını özünə  nisbətən Rav səviyyəsinə qaldırdıqda,artıq onu daha yüksək pillədə hiss edir və bunu görə bilmir,çünki yoldaşı Rava,o isə şagirdə bənzəyir.Digər tərəfdən yoldaşına Rav kimi yanaşmasa,o zaman ondan necə öyrənə bilər? Məhz bu «yarat» adlanır,çünki zəkasız əməldir.Yəni o,yoldaşının daha yüksək olduğunu  bilik üzərində qəbul etməlidir.Və bu «yarat»,yəni bilikdən yüksəkdə əməl adlanır.

«Tövratın bağışlanması» kitabında deyildiyi kimi : «İlkin şərti qəbul etmək üçün,hər bir şagird özünü yoldaşlarının hamısından kiçik hiss etməlidir və o zaman o,böyüklüyün ölçüsünü qəbul edə bilər.»

Beləliklə,o, aydın surətdə deyir ki,hər kəs özünü bütün şagirdlərdən kiçik görməlidir.Lakin bu necə mümkündür? Anjaq bilik üzərində inam sayəsində.Və bu  «Özünə Rav yarat»adlanır. Yəni hər kəs ona nisbətdə Rav adlanır,o isə sadəcə şagirddir.

Bu böyük bir şeydir.Çünki belə bir qayda var ki,özgənin qüsurları həmişə görünən,öz qüsurları isə gizlidir.Amma o,özgəsinə elə yanaşmalıdır ki,sanki o, gözəl xüsusiyyətlərə malikdir və bu xüsusiyyətləri mənimsəyərək özgəsinin əməllərindən öyrənməyə dəyər. Bununla təkcə vücud razı deyil.Belə ki,başqasından öyrənmə prosesində o,insanı vücudunun müqavimətinə qarşı səy göstərməyə vadar edir.Halbuki vücud özgənin fikir və əməllərinə etinasız yanaşır. Səbəbi isə vücudun daima sakitlik arzusunda olmasıdır.Ona görə də onun üçün ən yaxşı vəziyyət başqasının fikir və əməllərinə etinasız yanaşmaqdır.

Ona görə də bu «Özünə Rav yarat» adlanır,yəni yoldaşının sənə Rav olmasını istəyirsənsə,bunu sən özün və zəkadan kənar etməlisən,çünki zəka:” sən Ravsan,yoldaşın isə - şagird”- deyərək əksini düşünməyə vadar edir.Ona görə də bu yuxarıda deyildiyi kimi,zəkadan deyil, «əməl» sözündən irəli gələn «yarat» adlanır. 

3. «Və hər bir insanı məziyyətlərinə görə mühakimə et.».Onlar «Özünə yoldaş satın al» dedikdən sonra belə bir sual yaranır: bəs digər insanlarla necə olur? Məsələn,əgər insan ətrafından özünə bir neçə yoldaş seçərək digərləri ilə birləşmirsə,o zaman onlarla münasibətini necə qurmalıdır? Axı onlar onun yoldaşları deyillər,yəni o,onları nədən seçməyib? Sözsüz demək olar ki,o,onlarla sərfəli birləşmək üçün yüksək keyfiyyətlər tapmayıb. Yəni, onun fikrincə onlar vacibliklərinə görə daha aşağı pillədə dururlar.

Belə olan halda, o, onunla bir cəmiyyətdə olan insanlara necə münasibət göstərməlidir? Həmçinin cəmiyyətin üzvü olmayanlarla özünü necə aparmalıdır? Bu haqda ravvin Yeoşua ben Praxiya deyir: «Və hər bir insanı məziyyətlərinə görə mühakimə et.» yəni insan hamını xidmətlərinə görə mühakimə etməlidir. 

Yəni insan cəmiyyətin ləyaqətlərini görmürsə, bunda onların günahı yoxdur.Sadəcə insanda bu ləyaqətləri görmək üçün qabiliyyət yoxdur. Ona görə də ruhunun xüsusiyyətləri necədirsə,elə də görür.Və bu həqiqətə görə deyil, onun düşüncəsinə həqiqətdir. Başqa sözlə desək,həqiqət onu dərk edənlərdən asılı olmadan öz özlüyündə mövcuddur.

Yəni, hər kəsin öz dərrakəsinə uyğun dərk etdiyi həqiqət mövcuddur.Başqa sözlə,həqiqət onu dərk edənlərə,onların hallarına  nisbətən dəyişir.Lakin həqiqətin mahiyyəti dəyişmir. Ona görə də eyni bir şeyi hər kəs özünəməxsus şəkildə dərk edə bilər.Deməli,cəmiyyət ümumilikdə çox güman ki,qaydasındadır,lakin insan öz xüsusiyyətlərindən asılı olaraq onu başqa cür görür.

Və o, deyir: «Hər bir insanı məziyyətlərinə görə mühakimə et.»Yəni yoldaşlarından başqa bütün cəmiyyəti məziyyətlərinə görə mühakimə etməlidir. Və öz özlüyündə hər kəs ləyaqətlidir və onların davranışlarına heç bir irad ola bilməz.Lakin onlardan öyrənməsi üçün, insana münasibətdə bu baş vermir,çünki onlarla heç bir  quruluş bənzərliyi yoxdur.