Ruhani işdə «Tövrat insanın qüvvəsini tükəndirir» nə deməkdir
Məqalə 29, 1990-cı il
Müdriklər demişlər: «R. Xanan dedi: Niyə o [yəni Tövrat] “tuşiya” hikməti adlanır? Çünki o, insanın qüvvəsini “mateşet” – tükəndirir». Və anlamaq lazımdır, məgər müdriklər deməyiblərmi: «Tövrat böyükdür, çünki onu yerinə yetirənlərə həyat verir… Necə ki deyilib: “Çünki onlar [yəni Tövrat sözləri] onu tapan üçün həyatdır və bütün bədəni üçün şəfadır”». Həmçinin deyilib: «Başın ağrıyırsa – Tövratla məşğul ol, … qarnın ağrıyırsa – Tövratla məşğul ol, … necə ki deyilib: “Və bütün bədəni üçün – şəfadır”». Əgər belədirsə, bu, yuxarıda deyilənə ziddir.
Bunu anlamaq üçün əvvəlcə Tövratın nə olduğunu anlamaq lazımdır. Yəni, Yaradan bizə Tövratı hansı məqsədlə verib. Müdriklər demişlər: «Mən şər başlanğıcı yaratdım və ona ədviyyə kimi Tövratı yaratdım». Buradan belə çıxır ki, əgər şər başlanğıc olmasaydı, Tövrat yaradılmazdı. Necə ki deyilib: «Ona ədviyyə kimi Tövratı yaratdım». Məgər belə demək olarmı ki, Tövrat şər başlanğıc üçün yaradılıb?
Zoarda deyilir: «Tövratın ehkamları Zoarın dilində “pkudin” – əmanətlər adlanır, lakin onlar həmçinin altı yüz on üç “eytin” – məsləhət adlanır və onların fərqi ondadır ki, hər şeydə “üz tərəf” – “panim” və “arxa tərəf” – “axor” var və nəyəsə hazırlıq “axor”, onun dərk edilməsi isə “panim” adlanır. Eyni şəkildə Tövratda və ehkamlarda “edəcəyik” və “eşidəcəyik” anlayışı var… Və Tövratı və ehkamları “Onun sözünü yerinə yetirənlər” xüsusiyyətində, hələ “Onun sözünün səsini eşitmək” xüsusiyyətinə layiq olmadan yerinə yetirdikdə, bu ehkamlar 613 məsləhət adlanır və onlar “axor” xüsusiyyətindədir. Lakin “Onun sözünün səsini eşitmək” xüsusiyyətinə layiq olduqda, 613 ehkam “pkudin” – “əmanətlər” olur, “pikadon” – “əmanət” sözündən. Çünki 613 ehkam var və hər ehkamda müəyyən bir dərəcənin nuru yerləşir ki, bu da ruhun və bədənin 613 üzvünə “evarim” və bağlarına “qidim” uyğun gəlir».
Deyilənlərdən belə çıxır ki, Tövrat və ehkamlar iki pilləyə bölünür:
- Məsləhət formasında və bu barədə yazılıb – 613 məsləhət “eytin”. Yəni Tövratı və ehkamları yerinə yetirməklə şər başlanğıcı ləğv etmək üçün qüvvə əldə edirlər. Və bununla izah etmək lazımdır: «Mən şər başlanğıcı yaratdım və ona ədviyyə kimi Tövratı yaratdım». Yəni Tövrat – şər başlanğıca qarşı ədviyyədir. Zoarda bu 613 məsləhət adlanır.
- Tövrat Tövrat naminə, yəni 613 əmanət, və bu Tövrat Yaradanın adları xüsusiyyətidir. Bu Tövratın dərəcəsinə öz əməllərini islah etdikdən sonra çatırlar, artıq öz mənfəəti üçün deyil, vermək naminə işləyə bildikdə.
Lakin vermək üçün kelimə layiq olmaq üçün getməyə başladıqda və bunun üçün yuxarıda deyilən məsləhət kimi Tövrat – 613 eytin lazım olduqda, şübhəsiz ki, bundan əvvəl də bir iş var ki, bu da ilk pillədir və Tövrat və ehkamların yerinə yetirilməsinə bununla başlayırlar. Bu “lo lişma” adlanır. Və bu birinci pillədir.
İkinci pillə – lişma ilə getmək istədikləri zamandır. Və bu vaxt lişmaya çatmaq üçün əllərindən gələn hər şeyi etməlidirlər. Yəni hər şeyi vermək naminə etməyə çatmaq imkanı olsun.
Daha sonra üçüncü hala gəlirlər, Tövratın Yaradanın adları adlanan xüsusiyyətinə layiq olurlar ki, Zoarda bu 613 pkudin adlanır.
Buna görə də Tövratı və ehkamları birinci pillədə yerinə yetirməyə başladıqda, bu – lo lişmadır, mükafat almaq naminədir. Zoarda deyildiyi kimi (“Əmanətlər” məqaləsində), insanın Tövrat və ehkamlarla işə başlaması – bu dünyada mükafat və cəza və gələcək dünyada mükafat və cəza üçündür. Belə çıxır ki, bu vəziyyətdə o, hələ Tövrata və ehkamlara məsləhət kimi ehtiyac duymur. Çünki mükafata və cəzaya inandığına görə, mükafat və cəza onu Tövratı və ehkamları yerinə yetirməyə məcbur edir.
Məsləhət səbəbilə deyil, yuxarıda deyildiyi kimi: «Mən şər başlanğıcı yaratdım və ona ədviyyə kimi Tövratı yaratdım». Yəni Tövrat insandakı şər başlanğıca qarşı məsləhətdir. İnsan onun hakimiyyətindən çıxmaq istəyir, yəni özünə sevgi halından çıxıb hər şeyi Yaradan naminə etmək istəyir və buna görə Tövratı və ehkamları yerinə yetirir. Lakin özünə almaq istəyi onu Tövratı və ehkamları yerinə yetirməyə məcbur edir.
Əgər belədirsə, onda «lo lişmadan lişmaya gəlirik» nə deməkdir? Axı biz görmürük ki, insanın mükafat naminə Tövratı və ehkamları yerinə yetirməsi ilə bunun ona lo lişmadan lişmaya keçmək üçün tramplin olmasının arasında bir əlaqə var. Müdriklər demişlər: «Onun içindəki nur mənbəyə qaytarır». Yəni Tövratda olan nur insana işıq saçır ki, o hiss etsin ki, o, bütün canlılara kimi insan səviyyəsində deyil. Və bu barədə deyilib: «Siz insan adlanırsınız, amma dünya xalqları insan adlanmır».
Və bununla izah etmək lazımdır ki, biz soruşduğumuz şey nə deməkdir – Tövrat “tuşiya” hikməti adlanır, çünki o, insanın qüvvəsini “mateşet” – tükəndirir, məgər əksinə deyilməyibmi: «Və bütün bədəni üçün şəfadır»?
Bu o deməkdir ki, insan lo lişmada öyrəndikdə, bu Tövrat onu elə bir hissə gətirir ki, onda olan insanlıq çox zəifdir, yəni ondakı insan qüvvəsi tükənmişdir və o, bütün digər heyvanlara bənzəyir. Lakin insan özündə insan xüsusiyyətinin nə qədər zəif olduğunu hansı formada görür?
Məlumdur ki, insanı heyvandan fərqləndirən əsas xüsusiyyət odur ki, heyvanda yaxınını hiss etmək yoxdur və bu, yalnız öz xeyri üçün almaq istəyi adlanır. Bu həmçinin şər adlanır. Yəni özü üçün almaq istəyi şər adlanır və buna görə də onun üzərinə gizlətmə və ixtisar edilmişdir ki, bu istəyə heç bir müqəddəslik nuru daxil ola bilməsin.
Və bu ,həmin almaq istəyi Yaradanın məxluqlara vermək istədiyi xeyir və həzzi almağa mane olduğuna görə, o, şər və ya şər başlanğıc adlanır. Lakin bunu anlamaq çətindir: niyə insan «Mən şər başlanğıcı yaratdım və Tövratı ona ədviyyə kimi yaratdım» niyyəti ilə Tövratı və ehkamları yerinə yetirdikdə, artıq öz şərini hiss etdikdə, yəni yüksəliş zamanı ona yaxşı olduqdan sonra eniş aldıqda və öz şərini hiss etdikdə, niyə onda çoxlu enişlər olur?
Axı Tövrat şər başlanğıca ədviyyədir. Əgər belədirsə, niyə görünmür ki, şər başlanğıc öz qüvvəsini itirir? Əksinə, hər dəfə şər yenidən aşkarlanır. Çünki biz görürük ki, bütün əməlləri vermək naminə yerinə yetirmək yolu ilə getməyə başlayanda çoxlu enişlər olur. Yəni hər dəfə şər, bütün əməllərin göylər naminə olması vəziyyətinə çatmaq niyyəti ilə işləməyə başlamazdan əvvəlkindən daha israrlı şəkildə üzə çıxır.
Məsələ ondadır ki, özü üçün almaq istəyinin “şər” adlanan bu hissəsi artıq onda ləğv olunub. Lakin elə hissələr də var ki, o, hələ Tövratın nuru vasitəsilə onları ləğv etməyib. Bunu aşağıdakı bənzətmə ilə anlamaq olar.
Tutaq ki, almaq istəyində 100 kiloqram həzz almaq istəyi var. Lakin insan hələ yüz kiloqramlıq istəyi bir anda ləğv edə bilmir. Əgər insan öz şərinin böyüklüyünü görsə, dərhal döyüş meydanından qaçar. Buna görə də bu proses ardıcıllıqla və tədricən baş verir.
Yəni əvvəlcə insan hiss edir ki, maddi həzzlərdən bir kiloqram həzz ala bilər. Sonra ruhani yüksəliş alır, elə bir hiss alır ki, bu, heyvani həzzlərə meyli neytrallaşdırır. Yəni bu vəziyyətdə o, artıq 1 kiloqramlıq eqoist istəklərə qalib gələ bilir. Lakin əgər insanın daxilində gizli olan bütün eqoist istəklərin miqdarı 100 kiloqramdırsa, onda ona istəklərinin daha 1 kiloqramı açılır.
Və avtomatik olaraq o, eniş alır, çünki onda yalnız bir kiloqramı dəf etməyə güc var idi. Ona daha böyük həzzə meyl əlavə ediləndə isə, daha böyük həzz qarşısında təslim olduğu üçün eniş alır. O bunu dəf etdikdə və bu, yüksəliş adlandıqda, ona artıq 3 kiloqram maddi həzzə meyl göndərilir. Bu, maddi həzlərdə vermək naminə işdə olan bütün dəf etmələri tamamlayana qədər davam edir.
Deyək ki, o artıq bütün maddi ehtirasları vermək naminə istifadə etmək üçün dəf edə bilir. Və əlbəttə, bunun üçün hər dəfə yuxarıdan kömək lazımdır, əks halda hətta kiçik bir həzzi belə dəf etmək mümkün deyil. Necə deyilib: «İnsanın şər başlanğıcı onu hər gün məğlub edir… Və əgər Yaradan ona kömək etməsəydi, o, dözə bilməzdi».
Lakin insan həmişə kömək istəməlidir. Əgər başlanğıcdan ona almaq istəyindəki bütün ehtirasın böyüklüyü açılsaydı, o dərhal görərdi ki, bu iş onun üçün deyil. Buna görə əvvəlcə ona maddi həzzlərə kiçik bir dad göstərilir. Lakin sonra, maddi ehtirasları dəf etmək gücü aldıqdan sonra, insan ruhani ehtiraslar almağa layiq olur. Və orada artıq masaxlar var, yəni ruhani həzz nurunu dəf etmək var.
Orada da hər şey qaydaya uyğun baş verir. Yəni, məsələn, kiçik bir dərəcədən, yəni nefeş nurundan başlayırlar. O artıq vermək naminə ala bildikdə, ona ruax nuru verilir, ta ki bütün NARANXAY səviyyəsinə layiq olana qədər. Zoar kitabında deyildiyi kimi: «Doğulduqda ona nefeş ruhu verilir… Daha artıq layiq olduqda – ona ruax verilir».
Və bu barədə deyilib: «Yoldaşından daha böyük olanın şər başlanğıcı da ondan böyükdür». “Böyük” anlayışı o deməkdir ki, o artıq ruhani yüksəlişə layiq olub, yəni artıq müəyyən həzz ölçüsünü dəf edib onu vermək (əta etmək) naminə ala bilir. Və yenə ona elə bir həzz göndərilir ki, onun ölçüsünü o hələ dəf edə bilməmişdi.
O bu həzzi də dəf etməyə layiq olduqda və yenidən ucaldıqda, yəni “yüksəliş” adlanan böyük vəziyyətə keçdikdə, ona yenə daha yüksək bir dərəcə verilir ki, onu hələ heç vaxt dəf etməyib. Buna görə də o görür ki, indi əvvəlkindən daha pisdir. Yəni bu dərəcəni dəf edə bilmir. Lakin burada da eyni qayda var: o, Yaradanın ona yuxarıdan güc verməsini xahiş edir ki, bu almaq istəyinin ölçüsünü də dəf edə bilsin. Və bu, aşağı olanın masax(ekran) gücü istəmək üçün yuxarı olana qalxması adlanır.
Bununla müdriklərin dediyini izah etmək lazımdır: niyə Tövrat “tuşiya” adlanır – çünki o, insanın qüvvəsini tükəndirir. Yəni, yuxarıda deyildiyi kimi, hər dəfə öz səviyyəsinə uyğun olaraq o, daha böyük şər ölçüsü alır. Yəni həzz nə qədər böyükdürsə, onu dəf etmək bir o qədər çətindir.Belə çıxır ki, insanın səviyyəsi – vermək, əta etməkdir. Məlum olduğu kimi, “insan” gematriyada MA-dır və MA Zeir Anpin adlanır – verən. BON isə Malxutdur – alan. MA kişi xüsusiyyətidir, zaxar, insan, verən. Halbuki “heyvan” gematriyada BON-dur və bu, qadın xüsusiyyətidir, yəni alır və vermir.
Belə çıxır ki, böyük vəziyyətdə, daha böyük nur parladıqda, ona qarşı durmaq daha çətindir. Deməli, “insan” xüsusiyyəti hər dəfə daha zəif olur, çünki hər dəfə daha böyük nur var.Bununla biz soruşduğumuzu izah etmək lazımdır: «Başı ağrıyırsa – Tövratla məşğul ol». Və mənim atam və müəllimimin dediyinə görə bunu belə izah etmək lazımdır: başı ağrıyır – yəni onun düşüncələri qaydasında deyil.
«Qarnı ağrıyır» isə o deməkdir ki, qarnına daxil olan hər şey – hamısı yalnız onun almaq istəyi üçündür.
«Tövratla məşğul ol, … necə ki deyilib: “Və bütün bədəni üçün – şəfa”». Yəni Tövratın vasitəsilə o, gadlut adlanan böyük vəziyyətə layiq olur, çünki «Onda olan nur mənbəyə qaytarır». Və o, böyük olmağa layiq olur.
Sonra isə o, daha yüksək bir dərəcəyə layiq olur ki, onun üçün hələ dəf etmə gücü olmayıb. Və o, Yaradanın ona kömək etməsini xahiş etməlidir ki, onu dəf edə bilsin. Belə çıxır ki, hər dəfə iki zidd şey haqqında danışmaq lazımdır. Və hər dərəcədə həmişə iki tərəfi ayırd etmək lazımdır:
- Aşağı olan gadlut – “böyük vəziyyətə” qalxdıqda, bu, bir pillə yuxarı qalxmaq deməkdir. Yaradanla yaxınlaşmanın nə olduğunu dəyərləndirmək hissini aldıqda, başa düşür ki, yalnız Yaradanın xeyrini düşünmək lazımdır, özünün isə heç bir dəyəri yoxdur. Yəni özü üçün ona heç nə lazım deyil. Və o, həm maddidən, həm də ruhaniyyətdən imtina edə bilir. Və şəxsi faydasına aid olan hər şeydən imtina edir. Və etdiyi bütün hərəkətlər yalnız Yaradanı məmnun etmək naminə olur. Və bu o deməkdir ki, Tövrat hər şeyə həyat verir. Necə ki,deyilib: «Böyükdür Tövrat, çünki onu yerinə yetirənlərə həyat verir… “və bütün bədəni üçün şəfa”».
- «Yoldaşından daha böyük olanın şər başlanğıcı da böyükdür». Yəni bundan sonra o, daha böyük həzz alır. Yəni hələ əta edən kelimə layiq olmayana qədər, maddi həzzlərə bağlı vəziyyətdə qalır. Onda hər dəfə maddi həzzlərə daha böyük dad alır, çünki o, özü üçün almaq istəyini dəf etməlidir. Və insana maddidəki həzzin bütün ölçüsünü göstərmirlər, çünki onu dəf edə bilməz. Lakin hər kəsin maddi həzzlərdə hiss etdiyi müəyyən bir ölçü var.
Lakin insan vermək naminə hərəkət etmək, şəxsi faydası üçün deyil, hər şeydə əta etmək yolu ilə irəliləməyə başladıqda, yuxarıdan ona özünə olan eqoist sevgidə daha böyük dad və şirinlik hiss etdirirlər. Belə çıxır ki, o, ruhani işin böyüklüyünə daxil olmağa başladıqda, yəni vermək naminə işləyənlərin sırasında olmaq istədikdə, ona hər dəfə özünə olan eqoist sevgidə daha böyük dad əlavə olunur. Və əlbəttə, hər dəfə o görür ki, onun daxilində daha böyük şər var.
Deyilənlərdən görürük ki, hətta hazırlıq dövründə belə, insan əta etmək naminə işə daxil olmaq istədikdə, hələ buna layiq olmasa da, artıq belə bir xüsusiyyət üzə çıxmağa başlayır: «Yoldaşından daha böyük olanın şər başlanğıcı da böyükdür». Yəni, artıq deyildiyi kimi, insan vermək naminə hərəkət edən böyüklərin işinə daxil olmaq istədiyinə görə, o, dəfələrlə «Onda olan nur mənbəyə qaytarır» xüsusiyyətindən yüksəlişlər alır. Və onda o, “böyük” xüsusiyyətində olur.
Sonra isə ona şərin bir az daha böyük dadını hiss etdirirlər ki, Yaradandan kömək istəsin və O da ona kömək etsin. Beləliklə, burada yuxarıda deyildiyi kimi iki şeyi ayırd etmək lazımdır:
a) Tövrat ona həyat qüvvəsi verir və o, böyük olur;
b) sonra isə ona şər verilir, necə ki deyilib: «Yoldaşından daha böyük olanın şər başlanğıcı da böyükdür».
Belə çıxır ki, Tövratın vasitəsilə o, “böyük” olur. Və o, həqiqəti görməyə gəlir ki, onda “insan” xüsusiyyətinin qüvvəsi zəifləyir və o, özünü heyvana bənzədir, çünki özü üçün almaq istəyi onda dəfələrlə və getdikcə daha böyük ölçüdə güclənir – Tövratdan aldığı xeyirin ölçüsünə uyğun olaraq, hansı ki onu Mənbəyə qaytarır. Buna görə də izah etmək lazımdır ki, Tövrat “tuşiya” adlanan hikmət sayılır, çünki Tövratın sayəsində o görür ki, onda “insan” xüsusiyyətinin qüvvəsi zəifdir, “heyvan” xüsusiyyətinin qüvvəsi isə güclənir.
Ruhanilikdə də eyni qayda ilədir. İnsan əta edən kelimə layiq olduqdan sonra, onda hər dəfə aviyut güclənir. Və hər dəfə o, öz yuxarı olanına qalxıb kömək istəməlidir ki, indi onda olan, əvvəl aldığı dəf etmə gücündən daha böyük olan almaq istəyini dəf edə bilsin. Yəni o, indi daha böyük aviyut alıb. Buna görə də orada da, yəni artıq əta edən kelimə layiq olduqdan sonra, o, hər dəfə irəli getməlidir ki, almaq istəyini onun ölçüsünə uyğun olaraq islah etsin.
Deyilənlərdən belə çıxır ki, insan əta etmə işinə daxil olmaq istədikdə, onda yalnız azacıq şər olduğunu görür. Belə çıxır ki, onda olan şər onun öz biliyindən gəlir. Buna görə də insan başa düşür ki, öz gücü ilə onu dəf etməyə qüvvəsi var. Və buna görə də, yuxarıda deyildiyi kimi, «Yoldaşından daha böyük olanın şər başlanğıcı da böyükdür».
Belə çıxır ki, yuxarıdan ona şərin dərki verilir. Yəni indi onda açılan şər yuxarıdan gəlir. Onda o düşünməyə başlayır: bu şər ona haradan gəlir, axı qayda budur ki, «Tövratda olan nur mənbəyə qaytarır»? Və o, əvvəl artıq bir az hiss etmişdi ki, ruhanilikdə yüksəliş alıb. Əgər belədirsə, niyə indi onda daha böyük şər hiss olunur?
Və indi aldığı bu şər onda “bilikdən yuxarı” gəlmiş kimi müəyyən olunur. Yəni ağıl başa düşə bilmir ki, o necə alçaqlıq vəziyyətinə – “şər” adlanan vəziyyətə düşdü, yəni indi bütün maddi xüsusiyyətlərlə əlaqəyə girdi. Halbuki əta etmə işinə girməzdən əvvəl onlardan artıq uzaq idi. İndi isə özünə olan eqoist sevgiyə daha böyük yaxınlaşma aldı.
Və bu, «Panim Meirot» kitabında yazıldığı kimidir: «Salehlər üçün yaxşı mükafat – onların bu dərəcələri özlərinin dərk etməsidir, çünki öz yaxşı əməlləri ilə nurları yuxarı ZON-a qaytardılar. Günahkarların cəzası isə, deyildiyi kimi: “Birini digərinə zidd [Yaradan yaratdı]”. Yəni insanı əbədi nurun dərkindən nə qədər uzaqlaşdırırlarsa, o da o ölçüdə tədricən klipotun murdar həzzlərinə enir, hansı ki “cəhənnəm və əzab” adlanır, çünki onda onlara qarşı müəyyən bir münasibət yaranır və onlara dözməyə imkan verir».
Belə çıxır ki, insanda açılan şər onun özündən gəlmir. O, görür ki, sanki bu ona biliyindən yuxarıdan gəlib. Və insan hiss edir ki, indi ona əlavə olunan bu şəri dəf etməyə heç bir imkanı yoxdur, halbuki bu onun işdəki səyləri nəticəsində əlavə olunub. Və nəticədə nə alındı? – Daha böyük şər aldı. Və onda o soruşur: bu nə vaxt bitəcək? İş və səylər onu şərin hakimiyyətindən, yəni özünə sevgidən azad etmir.
Cavab ondadır ki, insan bilməlidir: necə ki, şər ona yuxarıdan gəlib, eləcə də şərdən çıxmaq üçün kömək də ona yuxarıdan gələcək. Hər halda, insanın təəccüblənməsi faydasızdır , o görür ki, şərin hakimiyyətindən çıxmaq üçün onun heç bir müstəqil imkanı yoxdur. Lakin bilməlidir ki, onda olan və hər dəfə artan şər öz-özünə yaranmır, çünki o, daha böyük şərə çatmaq üçün səy göstərmir – bu, yuxarıdan, bilikdən yuxarı gəlir və insan bunu anlamağa qadir deyil.
Həmçinin insan inanmalıdır ki, bu şərdən azad olmaq üçün yuxarıdan qüvvə alacaq. Bu o deməkdir ki, hər şey bilikdən yuxarı gəldiyi kimi, ləğv olunması da bilikdən yuxarı baş verir. Və demək olar ki, insanın bilik hakimiyyəti altında sürgündə olması da onun özündən deyil, yuxarıdan gəlir. Azadlıq da eyni şəkildə yuxarıdan gəlir.
Deyilənlərdən belə çıxır ki, insan əta etmək naminə işləməyə başlayanda bilir ki, onda bir az şər var, yəni özünə sevgidə hələ böyük dad tapmır. Lakin özünə sevgini ləğv edib əta etmək naminə işləmək istədikdə, yuxarıdan ona özünü təmin etməkdə daha böyük həzz verilir, yəni ondan gizlədilmiş olanı – eqoist sevginin hakimiyyətinin böyüklüyünü və gücünü – ona bildirirlər.
Və insan görür ki, Yaradandan nə qədər uzaqdır. Çünki Yaradan tamamilə əta etmədədir, insan isə tamamilə almaqdadır. Və Yaradan ona kömək etdikdə, o, Yaradanın bütün böyüklüyünü görür – Onun onu şərin hakimiyyətindən azad etmək üçün necə qayğı göstərdiyini. Və hər dəfə insanda daha böyük şər açıldıqda, yəni insanın daha aşağı olduğu aşkar olduqda, o görür ki, Yaradan məhz bu daha aşağı olan insanla məşğul olur.
Və bunu müdriklərin dediyi kimi izah etmək lazımdır: «Ravvin Yoxanan dedi: “Harada ki, sən Yaradanın ucalığını tapırsan, orada Onun təvazökarlığını tapırsan”». İzahı budur: harada ki, insan Yaradanın ucalığını görür, orada görür ki, Yaradan təvazökardır, onunla fərdi şəkildə məşğul olur, onu şəxsən himayə edir. Buna görə də Yaradan onun gözündə nə qədər uca olursa, insan görür ki, O bir o qədər də təvazökardır.