<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Əməldə yağın “yaxşı əməllər” adlandırılması nə deməkdir

Əməldə yağın “yaxşı əməllər” adlandırılması nə deməkdir

Məqalə 32, 1989-cu il

Zoar kitabında deyilib: ««Müdrikin gözləri başındadır». Və [Zoar] soruşur ki, bəs insanın gözləri hansı yerdədir? Bəlkə onlar bədəndədir və ya əldədir? Axı o bizə deyir ki, müdrik bütün aləmdən ucadır. … Axı biz öyrənmişik ki, «insan başıaçıq dörd dirsəkdən- 'ama'dan çox getməməlidir», çünki Şxina onun başı üzərində məskunlaşıb. Nə üçün? Çünki Şxina onun başı üzərində məskunlaşıb. Müdrikin gözləri və nitqi isə başındadır. Yəni, eyni səviyyədədir. Və o, başının üzərindədir, yəni Şxina. İnsanın gözləri orada, başında, yəni Şxinada olduqda, o bilir ki, başının üzərində yanan nurun yağa ehtiyacı var. Axı insanın bədəni – fitildir, nur isə yuxarıda, fitildə yanır. Şlomo padşah isə nida etmişdir: «Qoy başından yağ əskik olmasın». Axı başının üzərindəki nurun yağa ehtiyacı var. Bu isə yaxşı əməllərdir. Və buna görə deyilib: «Müdrikin gözləri başındadır», başqa yerdə değil». Sitatın sonu.

 

Və anlamaq mütləqdir ki, nə üçün Yaradan Öz nurunu insana vermək istəyirsə, insana yağ kimi yaxşı əməllər lazımdır? Yəni, fitildə nə qədər yağ varsa, şam bir o qədər yanır. Yəni, maddi aləmdə gördüyümüz kimi, fitil yalnız daxilində olan yağın miqdarına uyğun nur saça bilər. Lakin bunun ruhaniyyətlə nə əlaqəsi var? Nə üçün yaxşı əməllər çatışmadıqda, Yaradan insana nurun onun üçün kəsilməyəcəyi bir şey verə bilmir? Məgər Yaradanın insana nur verməsi – yaradılışın məqsədi olan yaratdıqlara həzz vermək səbəbindən değilmi? Əgər belədirsə, Yaradana aşağıdakının Ona yaxşı əməllər verməsi nə üçün lazımdır?

Və soruşduğumuzu anlamaq üçün – əgər Yaradanın istəyi yaratdıqlara xeyir və həzzlər vermək idisə, yaratdıqlarının Ona yağ verməsi nə üçün lazımdır? Cavab: məlum olduğu kimi, Onun əməllərində kamilik olması üçün yoxolma və gizlənmə lazım idi ki, Yaradanın idarəetməsi aşkar idarəetmə kimi hiss olunmasın, lakin yalnız varlıqlar öz kelim-lərini özü üçün alma istəyindən Yaradana formaca oxşarlıq xüsusiyyəti adlanan ətaetmə istəyini qazanacaq şəkildə islah etdikdən sonra, bunun sayəsində Əta edəndən formaca ziddiyyətdən irəli gələn utanc hissiyyatı islah olunacaqdır.

Buradan belə çıxır ki, Əta edən tərəfdən ali xeyrin kəsilməsi olmasa da, deyildiyi kimi: «Mən, Yaradan, dəyişmədim», lakin «Sonsuzluq Malxutu» adlanan ilk alıcıda edilmiş islah tərəfindən bu islah davam edir və aşağıdakı hər şeyi Əta  etmək naminə almağa qadir olmadığı müddətcə, nur aşağıdakına nur saçmağı kəsir. Buna görə nurun insanın başı üzərində saçması üçün yaxşı əməlləri, yəni Əta etmə əməllərini icra etmək lazımdır ki, bu da insanı hər şeyi Əta  etmək naminə olan niyyətlə etməyə gətirəcəkdir və o zaman nurun [onun üzərində] daimi məskunlaşması üçün yer olacaqdır.

Deyilənlərlə yazılanı izah etmək lazımdır: «Müdrikin gözləri başındadır». «Müdrik» anlayışına gəldikdə isə, atam və ustadım dedi ki, müdrik olmaq istəyən kəs artıq «müdrik» adlanır. Və buna uyğun olaraq izah etmək lazımdır ki, müdrik olmaq istəyən kəs başının daxilində görməlidir, yəni Şxinanın onun başı üzərində məskunlaşdığına inanmalıdır. Və buna görə müdriklər dedilər: «İnsan başıaçıq 4 dirsək getməməlidir». Və biz aydınlaşdırdıq ki, insanın başı insanın ağlı deməkdir, onu isə açmaq olmaz, bu o deməkdir ki, ağlı və biliyi örtmək lazımdır, sanki onun biliyi yoxdur və bilik üzərində getmək lazımdır. Məhz bilik üzərində o hər şeyi Əta  etmək naminə almağa qadirdir və bu şəkildə insan Şxinanın onun başı üzərində, yəni bilik üzərində olduğunu hiss etməyə layiq ola bilər və bunun sayəsində o hissiyyata gələcəkdir.

Və bu atam və ustadımın dediyi kimidir ki, insan indi yüksəlişdə olduğunu hiss etdikdə, qoy indi Yaradanın idarəetməsinin xeyirxah və xeyir verən olduğuna inanmağa ehtiyacı olmadığını deməsin, çünki indi mən bunun belə olduğunu hiss edirəm. Belə çıxır ki, [bu şəkildə] o yenidən biliyin içinə daxil olur və o zaman dərhal öz pilləsindən düşür, belə ki, o, bilik üzərində inanca zərər vuraraq, indi mənə artıq bilik üzərində getmək lazım değildir dedi.

Və bu onun yenidən özünə olan eqoist sevgiyə düşməsi adlanır, bu xüsusiyyət üzərində isə ixtisar və gizlənmə var idi və avtomatik olaraq nur ondan uzaqlaşdı və o qaranlıqda qaldı. Və bu haqda deyilir – «gözləri başındadır», yəni o başının daxilində olan göylər  Malxutu xüsusiyyətinə baxır və bu məhz başı açıq olmadıqda, örtülü olduqda baş verir. Və o bilik üzərində gidir. Və bu yaxşı əməllər adlanır. Bəs yaxşı əməl nədir? Bu o deməkdir ki, o bilik üzərində getməklə başını örtür.

Belə çıxır ki, insanın bədəni – başının daxilində olan nura ehtiyacı olan «fitildir». Nur isə yağ olduğu bütün vaxt ərzində nur saçır. Onda yağ olmadığı anda nur fitildən yox olur. Və yuxarıda deyildiyi kimi, «yağ» yaxşı əməllər adlanır. Yəni, «yağ əlavə etdiyi bütün vaxt ərzində - şam yanır», yəni, «başının örtüyü», yəni öz hissiyyatını örtdüyü bütün vaxt ərzində. Bu o deməkdir ki, o indi biliyin daxilində nur hissiyyatı olduqda bu yüksəlişi əsas kimi qəbul etmir.

Bu o deməkdir ki, [əgər] indi onun göylər  Malxutunu əsaslandıracağı bir şey varsa, belə çıxır ki, indi onun «yağı», yəni «bilik üzərində» adlanan yaxşı əməlləri yoxdur. Və avtomatik olaraq «fitil yağın olmamasından sönür». Və bu bizim soruşduğumuzu, yağın yaxşı əməllər adlandırılmasının nə demək olduğunu izah edir.

Cavab isə yuxarıda deyildiyi kimidir ki, yaxşı əməllər fitil üçün yağ kimidir. Yağ tükəndikdə isə nur sönür. Eynilə yaxşı əməllər dayandıqda, yuxarıda deyildiyi kimi, nur yox olur və o yenidən alçaqlıq yerinə enir.

Və atam və ustadım dedi ki, o yüksəliş vəziyyətinə gəldikdə, yəni onda Yaradanına həzz çatdırmaq naminə işləməyə dəyər hissiyyatı olduqda, qoy indi üzərində -göylər  Malxutumu (göylər səltənətini) quracağım əsasım var -deməsin, çünki indi mənə artıq bilik üzərində getmək lazım değildir. Lakin qoy desin: «İndi mən məhz bilik üzərində getməli olduğumu görürəm. Və buna sübut ondadır ki, məhz bilik üzərində getməyim sayəsində Yaradan məni yaxınlaşdırır və məni sevir. Bəs mən Yaradanın məni sevdiyini haradan bilirəm?»

Bu haqda atam və ustadım qaydanı dedi ki, əgər insanda Yaradana sevgi varsa, o bilməlidir ki, bu Yaradanın onu sevməsinə görədir, deyildiyi kimi – «Yaradan – sənin kölgəndir». Buna görə də o andan etibarən mən yalnız bilik üzərində getməyi öz üzərimə götürürəm, çünki bu şəkildə Yaradanın məni yaxınlaşdırdığını görürəm. Belə çıxır ki, o yüksəlişi indi hissiyyatının olması əsasında getmək üçün təməl kimi qəbul etmir və buna görə Yaradanın işçisi olmaq istəmir. Lakin o bu yüksəlişi Yaradanın yolunun məhz bilik üzərində yol olduğuna sübut kimi qəbul edir və o bu gündən etibarən yalnız bilik üzərində getməyə çalışacaqdır.

Deyilənlərdən Zoarın söylədiyini anlayacağıq: ««O torpağın çörəyindən yedikdə, Yaradana töhfə verin» … Bu «yelləmə tayası-  'omer'» haqqında deyilib. Nə üçün yelləmə? Çünki koen onu yuxarı qaldıraraq yelləyirdi və bu yelləmədir. Bunun bizə nə aidiyyəti var, o onu yelləyirdi ya endirirdi? Yelləmə 'tnufa', öyrəndiyimiz kimi: «ağız verin»- 'tnu pe' deməkdir, çünki bunlar «yelləmə» 'tnufa' sözü ilə eyni hərflərdir. Bunun mənası belədir: «Yaradanınız olan Qüdrətliyə izzət verin». Çünki «ağız» (pe) ,yəni «izzət» adlanan Malxutu Yaradana vermək lazımdır,belə ki biz onu yuxarı qaldırmalıyıq. Çünki Ali Padşah — Zeir Anpin üçün yalnız o zaman həmd vardır ki, İsrail bu izzəti, yəni Malxutu bərqərar edir və onu İzzət Padşahına verir.Buna görə də deyilir: «ağız verin» (tnu pe), yəni izzət verin. Bu isə, şübhəsiz ki, yüksəliş deməkdir, yəni Malxutun Zeir Anpinə yüksəlməsi.

 

Bu o deməkdir ki, yelləmə anlayışı bizə işi göstərir, yəni sadə mənada tayanı (omerı) qaldırmalı olduqları yazılsa da, deyildiyi kimi: «yelləmə tayası (omerı)», lakin Zoar soruşur – bu bizə [ruhani] işdə nə öyrətməlidir? Və o bunu izah edir ki, biz Malxutu Yaradana qaldırmalıyıq, çünki «pe (ağız)» Malxut adlanır və «izzət» adlanır, deyildiyi kimi: «İzzət verin Yaradana, Qüdrətlinizə» və biz «pe (ağız)», yəni Malxutu Yaradana verməliyik.

Və anlamaq mütləqdir ki, «Malxutu Yaradana verməli» olmaq nə deməkdir. Və həmçinin «pe (ağız) vermək», yəni Yaradana izzət vermək nə deməkdir. Lakin biz Tövrat və Ehkamların «prat» kimi icrasından bəhs etdikdə, bu onun sayəsində Yaradanla qovuşmağa gəlmək üçün deməkdir, bu isə formaca oxşarlığa çatmaq, yəni öz mənfəətindən imtina etmək və az da olsa yalnız Yaradan naminə işləmək deməkdir – bu iş «küldə olan Şxina» və ya «Sürgündə olan Şxina» adlanır.

Başqa sözlə, insan öz mənfəəti naminə işlədikdə, yəni işinə görə mükafat almaq üçün, o zaman insanın işləmək üçün yanacağı var, çünki insan mükafata baxır. Lakin insan mükafat almaq naminə işləmək istəmədikdə, onun bədəni soruşur: «Sizə bu iş nə üçün lazımdır?». Buna görə də o zaman bu iş onda kül dadı verir. Və özünü dəf etməsinə və Tövrat və ehkamları icra etməsinə baxmayaraq, o böyük zəhmətlə işləyir, çünki bədən bundan həzz almır.

Əksinə, əgər insan öz bədəninə deyirsə: «Əgər məndən nə üçün Tövrat və ehkamların icra etdiyimi soruşsan?» İnsan deməlidir: «Çünki indiyə qədər mən sənin üçün işləyirdim, indi isə Yaradana işləmək lazım olduğunu anladım. Və mən səninlə müharibə apara bilmədiyim üçün, çünki sən məndən güclüsən, deyildiyi kimi: «Və onu özündən güclü olanın əlindən xilas etdi», buna görə mən Tövrat və ehkamların icra etmək istəyirəm və müdriklərə inanıram, hansılar ki dedilər: «Ondakı nur öz Mənbəyinə qaytarır», Tövrat və Ehkamların icrası sayəsində mən sənə üstün gələ biləcəyəm. Buna görə də səndən xahiş edirəm ki, mənə mane olma, əks halda mən səni ləğv edə bilməyəcəyəm».

Və sözsüz ki, bədən buna ona nə cavab verir? Məlum qayda deyir: «səni öldürməyə gələni, ilk sən öldür». Və öz-özlüyündə aydındır ki, bədən əlindən gələn hər şeyi edir. O ona o dərəcədə çoxlu pis fikirlər gətirir ki, o onları dəf edə bilmir. Və o zaman insan özbaşına bunu dəf etməyə qadir olmadığını görür. Bəs o zaman insan nə etməlidir? Müdriklərimizə inanmaqdan başqa onun heç bir məsləhəti yoxdur, hansılar ki dedilər: «Təmizlənməyə gələnə kömək edirlər». Yəni o zaman o Yaradana dua etməlidir ki, O ona yuxarıdan kömək versin ki, öz bədəninə qalib gəlmək üçün onda güc olsun.

Bəs insan nəyə görə kömək istəməlidir ki, Yaradan ona yardım etsin?İnsan  daxilindəki «öz mənfəəti üçün alma arzusu» adlanan şəri məğlub edə bilmir. Çünki Şxina kül içindədir.Başqa sözlə, təbiətdə belə bir qanun var ki, kiçik böyük qarşısında ləğv olunur, necə ki, şam məşəl qarşısında sönür.Buna görə də insanın Yaradan naminə işləyə bilməməsinin səbəbi odur ki, Padşah onun gözündə kifayət qədər əhəmiyyətli deyil. Məhz buna «Şxina kül içindədir» deyilir.

Belə çıxır ki, o Yaradandan Şxinanı küldən qaldırmağı təvəqqe edir. Başqa sözlə, Şxina «göylər  Malxutu» adlanır və onun dəyəri və əhəmiyyəti külün dəyəri kimidir. Necə ki, yeməkdən sonrakı xeyir-duada deyirik: «Rəhmdil Olan Davudun süqut etmiş sukkasını bizim üçün bərpa etsin». Burada «Davudun sukkası» göylər Malxutunu bildirir, hansı ki, kül içindədir.Biz Yaradandan Malxutu bərpa etməsini diləyirik, yəni onun əhəmiyyətini görməyə layiq olaq, onun bizə göründüyü – torpaq içində yatmış vəziyyətdəki kimi deyil.Məhz buna görə biz özümüzdəki şəri ləğv edə bilmirik.

 

Halbuki, əgər Göylərin izzəti aşkar olsaydı, bədən məşəl qarşısında şamın ləğv olduğu kimi ləğv olardı.Və Musaf duasında dediyimiz: «Günahlarımız üzündən torpağımızdan sürgün olunduq və öz yurdumuzdan uzaqlaşdıq»- ifadəsinin mənası məhz budur.Bu o deməkdir ki, «alan kelim» adlanan günahlar səbəbindən «öz yurdumuzdan uzaqlaşdıq». Adama («torpaq») sözü «Edame le-Elyon» («Aliyə bənzəyəcəyəm») ifadəsindən gəlir.Yəni Aliyə bənzəmək o deməkdir ki, aşağı olan da Ali kimi əta etmək arzusunda olmaq istəyir. Lakin o bundan uzaqlaşmışdır, çünki yalnız özü üçün almaq istəyir.Buna görə də biz Yaradana dua edərək deyirik: «Atamız, Padşahımız, səltənətinin izzətini tezliklə bizə aşkar et».Yəni Yaradan bizə Öz izzətini aşkar etdikdə, başqa sözlə, Şxinanı küldən qaldırdıqda və Malxut (Padşahlıq) izzətə yüksəldikdə, bizdə «kiçik böyük qarşısında ləğv olunur» qanununa əsasən öz alma arzumuzu ləğv etmək imkanı yaranacaq.

 

Lakin burada sual yaranır, nə üçün biz Yaradandan Malxutu küldən qaldırmağı xahiş etməliyik? Nə üçün O Özü Malxutun əhəmiyyətini göstərmir, lakin bizim gözümüzdə küldə yatan kimi görünəcək şəkildə etdi?

Cavab isə yuxarıda deyildiyi kimidir ki, əgər Malxutun izzəti açıq olsaydı, bizdə seçim etmək üçün yer olmazdı və hər şey alıcı kelimlərə daxil olardı və özünə olan alma istəyinin hakimiyyətindən çıxmaq üçün heç bir imkan olmazdı. Və o halda  əgər göylər  Malxutu gizlilikdədirsə və göylər  Malxutu boyunduruğunu bilik üzərində öz üzərinə götürmək lazımdırsa, o zaman insanda ali xeyri alıcı kelim-lərə almağın qadağan olması kök salır. Buna görə insan mükafat almaq üçün değil, Padşahın izzəti naminə işləməyə başlayır. Və o, Yaradandan Özünü aşağıdakılardan gizlətməməyi, lakin «Öz səltənətinin izzətini üzərimizdə aç» deyərək təvəqqe edir ki, bizdə özümüzü ləğv etmək və yalnız Padşahın izzəti naminə işləmək üçün qüc olsun.

Deyilənlərdən «tnufa» (yelləmə) sözünün mənasını, o bunun «tnu-pe» («ağız verin») demək olduğunu dedikdə anlayacağıq. Və izah etmək lazımdır ki, varlıqların Yaradana «ağız verməyi», yəni Malxut olmasının mənası nədir. Nəzərdə tutulur ki, aşağıdakılar göylər  Malxutunu öz üzərilərinə götürməlidirlər, yəni küldə yatan Malxutu qaldırmalıdırlar. Və onun küldə yatan alçaq xüsusiyyət deyil,  yerinin göylərdə olduğunu deməlidirlər. Bu «göylər  Malxutu» adlanır, - bu o deməkdir ki, onu küldən qaldırırlar və yenidən öz yerinə, yəni vacib yerə – səməya qaytarırlar. Və o zaman Malxut «pe» (ağız) adlanır.

Və deyilənin mənası bundadır: «izzət verin Yaradana, Qüdrətlinizə, çünki «ağız» –  «izzətdir»,… çünki Ali Padşah üçün tərif yoxdur…, yalnız İsrail bu izzəti, yəni Malxutu bərqərar edib onu izzət Padşahına verir».

Və yuxarıda deyildiyi kimi,  bunun mənası,bütün işimiz «Şxinanı küldən qaldırmaq», yəni Malxutu qaldırmaq üçün bütün əməllərimizi yönəltməli olduğumuzdadır. Başqa sözlə, biz Göylər Malxutunu öz üzərimizə qəbul edirik ki, ona ehtiram göstərək, onun ucalığını dərk edək və başa düşək ki, insanın özü üçün deyil, Yaradan naminə işləməsi dəyərlidir.

Lakin bu iş çətindir, çünki təbiətə əksdir. Buna görə bu iş bizdə bəzən insan ümidsizliyə qapanana və bu işin onun üçün olmadığını deyənə qədər və işdə heç bir irəliləyiş görmədiyi üçün döyüş meydanından qaçmaq istəyənə qədər çoxlu yüksəliş və enişlərə səbəb olur. Və bundan da artıq, o irəli getmədiyini, hətta geriyə qayıtdığını görür. Yəni o görür ki, indi Əta etmək naminə işləməyə başlamazdan əvvəl bu qədər yerə bağlı olmadığı halda, indi özünə olan eqoist sevgiyə daha çox batıb.

Belə çıxır ki, indi o daxilindəki şərin daha çox olduğunu görür. Və həqiqətən sual yaranır, həqiqət nədir? Başqa sözlə, məgər Yaradana sevgiyə çatmaq üçün qoyduğu bütün səylər əbəs və faydasız idi? Və müdriklərimiz tərəfindən şərh edilən qaydaya görə: «İnsan daim özünü yarı təqsirli, yarı haqlı görməlidir. Bir əmr icra edən xoşbəxtdir, çünki özünü xidmətlər tərəfinə əydi». Əgər belədirsə, sual yaranır: madəm ki, o özünü xidmətlər tərəfinə əydi, o necə yarı təqsirli, yarı haqlı ola bilər, məgər indi o daha çox haqlı değilmi?

Və bunu müdriklərimizin dediyinə uyğun olaraq izah etmək lazımdır: «Yoldaşından böyük olan kəsin, şər başlanğıcı özündən böyükdür». Lakin nə üçün ona olduğundan daha da böyük şər başlanğıc verirlər? Cavab bundadır ki, insan hər dəfə hansısa bir şərə qalib gəldikdə və şər müqəddəsliyə daxil olduqda, onu islah etsin deyə ona daha böyük bir şər payı verilir. Belə çıxır ki, indi o əvvəlki şəri tabe etdikdə, ona yenidən, daha böyük ölçüdə şər verirlər. Yəni yaxşılıq dərəcəsində, ona şər dərəcəsi verirlər. Belə çıxır ki, «Yoldaşından böyük olan kəsin, şər başlanğıcı özündən böyükdür» qaydasına görə, yaxşılıq və şər daim eyni çəkiyə malikdir. Buradan belə çıxır ki, şər insanın yaxşılıq qazanması dərəcəsində dərk olunur, - bu dərəcədə onda şər açılır.

Buna uyğun olaraq belə çıxır ki, yalnız bir az yaxşılığı olan kəsin, müvafiq olaraq şəri də az olacaqdır, çünki əks halda o tarazlaşmayacaq və seçim edə bilməyəcəkdir, çünki şər yaxşıdan çox olacaqdır. Buna görə də insana daxilində olan şər yalnız onda olan yaxşılıq dərəcəsində göstərilir. O zaman belə çıxır ki, insan daim yarı yaxşılıq və yarı şər vəziyyətindədir.

Belə çıxır ki, enişlər və yüksəlişlər sayəsində şər tədricən islah olunur. Və insan daim müdriklərimizin dediyini xatırlamalı və inanmalıdır: «Təmizlənməyə gələnə kömək edirlər». Lakin insan aşağıdan oyanış verməlidir və o zaman o «müqəddəslik ağzına» (pe de-kduşa) layiq olur, yəni yuxarıda deyildiyi kimi: «Ağız verin, izzət verin Yaradana, Qüdrətlinizə».