<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani əməldə insanın yaradılmasına qədər torpağın bəhrə verməməsi nə deməkdir

 

Ruhani əməldə insanın yaradılmasına qədər torpağın bəhrə verməməsi nə deməkdir

Məqalə 5, 1990-cı il.

Zoar kitabında yazılıb: «Ravvin Xiya [nitqi] açdı: «Cücərtilər torpaqda göründü, bülbülün vaxtı gəldi». Bu o deməkdir ki, Yaradan dünyanı yaratdıqda, O, torpağa ona aid olan bütün gücü verdi və hər şey bu torpağın daxilində idi. Lakin Adam varlıqa qədər o, dünyaya bəhrə vermirdi. Adam yaradıldıqdan sonra hər şey dünyada peyda oldu, yəni torpaq onun daxilinə qoyulmuş həmin bəhrələri və gücləri aşkar etdi. Və o zaman buyurulub: «Cücərtilər torpaqda göründü. Bülbülün vaxtı gəldi. Və qumrunun səsi torpağımızda eşidilir»¹. Bu, Yaradanın nitqidir, hansı ki Adam varlıqa qədər dünyada yox idi. Adam peyda olduqda, hər şey peyda olur». Sitatın sonu.

Və anlamaq lazımdır ki, nə üçün Adam varlıqa qədər torpaq öz bəhrələrini vermirdi. Torpaqla Adam arasındakı əlaqə nədən iba o, Adam var olmazdan əvvəl öz bəhrələrini vermir. Və həmçinin, «Adam varlıqa qədər dünyada Yaradanın nitqi yox idi»² demək nə mənaya gəlir? Axı bir neçə dəfə yazılıb: "Və Yaradan buyurdu, qoy nur olsun!".

Və bunu ruhani iş müstəvisində izah etmək lazımdır. Müdriklər: «Başlanğıcda Yaradan yaratdı» ayəsi barəsində buyurublar – "başlanğıc" adlandırılan İsrail naminə, necə ki buyurulub: «İsrail – Yaradanın müqəddəsliyi, Onun məhsulunun başlanğıcıdır». Və bunun mənası, deyildiyi kimidir: yaradılışın məqsədi Öz yaratdıqlarını həzzləndirmək idi. Başqa sözlə, O, varlıqların daxilində xeyir və həzz almaq istəyi yaratdı. Və bu istəklə, yəni bu istəyin onu xeyir və həzz almağa can atmağa məcbur etməsi ilə, bununla həzz və zövq ölçülür,cünki insan oradan həzz çıxara bilər.

Və bu «Yaradanın əməli» adlanır. Yəni, O, onlara vermək istədiyi həmin zövqdən həzz almaq üçün almaq istəyi yaratdı. Və buna uyğun olaraq görürük ki, dünyada heç bir şeyin çatışmazlığı yoxdur. Yəni, almaq istəyi üçün nəzərdə tutulmuş bolluq (bərəkət) var. Digər sözlərlə, O, xeyir və həzz vermək istədiyinə uyğun olaraq, bu ölçüdə kli yaratdı. Yəni almaq istəyi, Yaradanın vermək istədiyini qəbul edə biləcəyindən artıq deyil. Belə çıxır ki, xeyir və həzz var, almaq üçün kli də var, bəs onda daha nə çatışmır?

Məlumdur ki, torpaq "Malxut" adlanır, — bu o deməkdir ki, "Yaradanın bolluğunu almaq istəyi" "Malxut" adlanır. Başqa sözlə, "Malxut" ruhlar üçün ali xeyri qəbul edir və bu səbəbdən Malxut «Kneset İsrail» adlanır. Yəni, bu, bütün ruhların məcmusudur . Və buna uyğun olaraq belə çıxır ki, "Malxut" artıq ruhlar üçün olan bütün nuru qəbul edib. Və sual olunur ki, nə üçün varlıq, Malxutun varlıqlar üçün qəbul etdiyi həmin bolluğu ondan qəbul etmir, bəlkə dünyada gizlilik gücü var? Axı qumrunun səsi torpağımızda eşidilmir, yəni dünyada Yaradanın nitqi eşidilmir, bəlkə hər kəs gizliliyi hiss edir. Və Yaradanın varlıqları idarə etməsinə inanmaq üçün böyük bir əməl var, və xeyirlə həzz dünyada aşkarlanmayıb.

Lakin cavab – o səbəbdəndir ki, Yaradan utancın olmasını istəmədi. Buna görə də, ali idarəçiliyin aşkarlanmaması üçün «ixtisar (tsimtsum) və gizlilik» adlandırılan islah meydana gəldi, biz isə Yaradanın dünyanı xeyirxah, xeyir verən kimi idarə etdiyinə inanmalıyıq. Və bu, bizdə olan bütün iş üçün bir səbəbə çevrildi ki, hərçənd bu, bizim bütün reallığımızı təşkil etsə də, biz öz (özümüz üçün) almaq istəyindən imtina etmək üçün səylər göstərməliyik.

Başqa sözlə, varlıqlara aid etdiyimiz hər bir şey — bu, yalnız və yalnız almaq istəyidir. Lakin hər bir halda almaq istəyindən təbiətdən gəldiyi həmin şəkildə istifadə etmək olmaz, bəlkə biz təbiətin fövqünə yüksəlməliyik. Yəni bizim təbiətimiz — (özü üçün) almaq istəyidir. Belə çıxır ki, insana öz xatirinə almaq istəyindən imtina etmək lazım olduğunu söylədikdə, insanda bunu anlaya biləcək belə bir orqanı yoxdur. Və bədən "kim və nə?" suallarını verməyə başlayır. Yəni, Yaradanın Ondan təvəqqe edən hər kəsin səsini doğrudan da eşidib-eşitmədiyini bilmək üçün bilikdə cavab tələb edir.

Və bədən insana qarşı iddialar irəli sürür: "Məgər sən görmürsənmi ki, artıq neçə dəfə sən Yaradandan, sənə çatışmayan şeylərdə kömək etməsini təvəqqe etmisən. Və sən hələ də görürsən ki, duana qarşı hələ heç bir cavab almamısan. Belə olan halda, nə üçün sən hər gün: «Axı Sən bütün ağızların duasını eşidirsən» deyirsən. Belə olan halda, O nə üçün sənə kömək etmir"? görürük ki, bilik bədənin tərəfində (ədalətin) olması ilə razılaşmağı məcbur edir, yəni iddialar idraka və biliyə uyğundur.

Və buna bədənə cavab vermək lazımdır ki, bilikdən yuxarı getmək gərəkdir. Yəni, biliyin Yaradanın — düşünülməsi belə dəhşətlidir — hər cür ağızların duasını qəbul etmədiyini söyləməsinə baxmayaraq, yəni o belə izah edə bilər ki, Yaradanın ona cavab verməməsi, onun hələ Yaradandan (nicat) almağa layiq olmaması səbəbindəndir. Lakin əslində Yaradan doğrudan da İsrailin duasını eşidir. Sadəcə O, sənin duana qarşı sənə dolum vermək istəmir,belə ki sən İsrail xüsusiyyəti adlanmırsan.

Və bədən yenidən soruşur: "Məgər sən görmürsənmi ki, biz duada söylədiyimiz kimi, «axı Sən bütün ağızların duasını eşidirsən»⁷ [kəlamına], «Sən bütün ağızların duasını eşidirsən»⁷ deyə inanmalıyıq. Belə olan halda Yaradan sənin duanını da eşitməlidir. Və hətta, əgər O, hər cür ağızların duasını eşitmirsə, belə olan halda dua etmək sənin nəyinə lazımdır ki?

Və o zaman, insan belə bir vəziyyətə gəldikdə, bu, insanın onun bilikdən yuxarı getdiyini söyləyə biləcəyi həmin vaxtdır. Yəni, biliyin — vacib bir şey olmasına baxmayaraq, o görür ki, bədən biliklə danışır, lakin insan deməlidir ki, biz bilikdən yuxarı getməliyik. Yəni, yuxarıda deyildiyi kimi, ziddiyyətləri görməyimizə baxmayaraq, məsələn, insanın dəfələrlə dua etməsi və öz duasına qarşı hələ heç bir cavab almaması kimi. Və o zaman, o bunu dəf etdikdə və bilikdən yuxarı getdikdə, bu, bilikdən yuxarı inam adlanır.

Və həmçinin, insan «liba» (qəlb) xüsusiyyətindən imtina etməli və: «Mən öz şəxsi mənfəətimdən imtina edirəm və yalnız və yalnız Yaradanın mənfəəti barəsində qayğı göstərirəm» deməli olduğu zaman, əlbəttə ki, bu, bilikdən yuxarıdır. Başqa sözlə, bilikdən yuxarı o mənaya gəlir ki, insan onda olan inamın bilikdən daha vacib bir səviyyədə durduğunu söyləməlidir. Buna görə də o, biliyin səsini deyil, inamın səsini eşidir. Və belə ki bu, biliyə ziddir, o səbəbdən ki, biz görürük ki, bizə idrak verilib və biz hər bir insanı onun idrakının xüsusiyyətinə görə ölçürük, yazıldığı kimi, idrakına görə insan mədh olunur, kimdə ki daha çox bilik var, o, daha vacib insandır. Belə olan halda, bizə bilikdən yuxarı getməli olduğumuz söylənildikdə, bu, bizim biliyimizə ziddir.

Buna görə də, insan bədənin "kim və nə?" suallarını verməyə başladığı vəziyyətə gəldikdə, burada əsl iş başlayır, və o zaman biz Yaradandan bizə bu gücü verməsi üçün kömək təvəqqe etməliyik ki, biz Fironun bu "kim və nə?" suallarını eşitməyək. Və bu barədə buyurulub: «Əgər Yaradan ona kömək etməsəydi, o, dəf edə bilməzdi», belə ki insanın öz gücü ilə onların hakimiyyətindən çıxması və «mən bilikdən yuxarı gedirəm» söyləməsi qeyri-mümkündür, çünki bu, təbiətə ziddir.

Deyilənlərdən biz soruşduğumuz şeyi anlaya biləcəyik: «Adam yaradılana qədər öz bəhrələrini verməyən torpaqla [Adam] arasındakı əlaqə nədən ibarətdir?» Çünki işə münasibətdə o kəs insan adlanır ki, heyvani başlanğıcın hakimiyyətindən çıxıb. Axı heyvan o adlanır ki, bir heyvan kimi öz şəxsi qazancına (mənfəətinə) qərq olub, insan isə o adlanır ki, Ali Olana qarşı ehtiramla (qorxusu) var və o, Zoarda buyurulduğu kimi, ehtiramla qorxudan çıxış edərək çalışır: «Çünki O, böyükdür və hər şeyi idarə edir», ki o, yalnız Yaradanın ucakığı naminə çalışır və öz şəxsi qazancının deyil, yalnız Yaradanın xeyrinin qayğısına qalır. Müdriklərin: «Hər şeyin sonunda hər şey eşidiləcək: Yaradandan qorx və Onun ehkamlarına riayət et, çünki bütün insan – bundadır» ayəsi barəsində buyurduqları kimi – «“Çünki bütün insan- bundadır ” nə deməkdir? Ravvin Elazar dedi: «Yaradan buyurdu, bütün dünya yalnız bunun naminə yaradılıb»»

Belə çıxır ki, Göylər qarşısında  ehtiramla qorxusu olan kəs insan adlanır. Bəs Göylər qarşısında ehtiramla qorxu nədir, yəni bu necə bir qorxudur? Və bu, deyildiyi kimidir (Zoar kitabına Ön sözdə): «Lakin həm birinci, həm də ikinci qorxu onda – düşünülməsi belə dəhşətlidir – öz şəxsi qazancı naminə deyil, bəlkə müstəsna olaraq qorxudan irəli gəlir: təki Yaradanına həzz əta etmək azalmasın».

Və deyilənlərdən biz artıq bilirik ki, "insan" nə deməkdir – bu o deməkdir ki, onun daxilində Göylər qarşısında ehtiramla qorxu var, o qorxur ki, hər şeyi əta naminə etmək onun gücü daxilində olmayacaq. Və bu, insan adlanır. "Heyvan" isə əksini ifadə edir, nə zaman ki o, yazıldığı kimi, yalnız öz şəxsi mənfəətinin qayğısına qalır: «Kim bilir, insanın ruhu yuxarıya doğru ucalırmı, bəs heyvani ruh – aşağıya, torpağa doğru enirmi?» Və bunu belə izah etmək lazımdır ki, insanın ruhu «yuxarıya doğru ucalırmı», yəni onun etdiyi hər bir şey – bütün bunlar Yaradan naminədir. Və bu «yuxarıya doğru» adlanır, yəni onun niyyəti – hər şeyin yalnız əta naminə olmasıdır. Və bundan insanın daxilində həzz var olur.

«Heyvani ruh» isə o mənaya gəlir ki, etdiyi hər bir şeydə o, hər şeyin "aşağı" üçün, yəni "aşağıda, torpaqda" olan nə varsa – dünyəvi (torpaq) xüsusiyyəti üçün olmasını istəyir, belə ki öz xatirinə almaq istəyi "torpaq" adlanır. Və belə bir insan hər hansı bir əməli icra etdikdə, o baxır ki, bu, yalnız və yalnız öz xatirinə olsun. Və bundan o «ruh», yəni öz həzzini alır, axı o, öz əməllərindən yalnız o halda həzz alır ki, bundan onun özü üçün bir mənfəət çıxsın. Əgər o görsə ki, öz xatirinə almaq istəyi bundan həzz ala bilməz, onun işləmək üçün gücü olmur. Və əgər o, hər hansı bir səbəbdən işləməyə borcludursa, o zaman bu işdə onun heç bir (həvəsi) olmur.

Deyilənlərdən biz indi insanla (Adamla) torpaq arasındakı əlaqəni anlayarıq. Bizim soruşduğumuz şey, — ona aid olan tələb edilən bütün gücün və hər şeyin [nə lazımdırsa] artıq torpağın daxilində olmasına baxmayaraq, «Adam yaradılana qədər torpağın dünyaya bəhrə verməməsi» nə mənaya gəlir. Və məsələ burasındadır ki, yuxarıda deyildiyi kimi, ruhani işdə torpaq ali Malxut, yəni varlıqlar üçün ali xeyri qəbul edən Kneset İsrail adlanır, belə ki bütün ruhlar ondan törəyir . Və Yaradan tərəfindən hər şey artıq ən yaxşı şəkildə islah olunub.

Necə ki [Baal Sulam] buyurur: «Və məsələ burasındadır ki, əslində, ruhları yaratmaq (fikri) meydana gəldikdə, Yaradanın düşüncəsi hər şeyi dərhal tamamlaya bilərdi, axı O, bizə bənzər icra alətinə ehtiyac duymur. Və dərhal bütün ruhlar və yaradılmalı olan bütün dünyalar çıxdı və formalaşdı, hansı ki bütün xeyirlə, həzzlə və naz-nemətlə dolu idi... hansını ki ruhlar Son İslahda qəbul etməli olacaqlar, yəni ruhların daxilində yer alan almaq istəyi artıq özünün bütün islahını tam şəkildə aldıqdan və xalis əta etməyə çevrildikdən sonra... Və bu, Yaradanın əbədiliyində keçmişin, gələcəyin və indinin tək bir şey olması səbəbindəndir».

Və bununla insan (Adam) və torpaq arasındakı əlaqəni izah etmək lazımdır. Yəni əgər Adam varsa, torpaq "öz bəhrələrini verir". "Torpaq" — artıq özünün bütün islahını kamil şəkildə almış almaq istəyi nəzərdə tutulur. Və bu o mənaya gəlir ki, Yaradan tərəfindən hər şey tam kamilliklə bitib və buna əlavə ediləsi heç nə yoxdur. "Və dərhal bütün xeyir və həzzlə dolu olan bütün ruhlar çıxdı və formalaşdı". Lakin varlıqların Malxutun artıq qəbul etdiyi həmin bəhrələrindən həzz almaları üçün, "torpaq" adlandırılan Malxut, formada bənzərlik (uyğunluq) olması üçün edilmiş həmin islah səbəbindən, varlıqlar öz almaq istəklərini əta naminə olan niyyətlə islah etməyənə qədər [bu bəhrələri] onlara vermir.

Belə çıxır ki, insan “Adam” adlanan insan pilləsinə çatmadığı bütün müddət ərzində, bu isə ali olana əta etmək xüsusiyyəti adlanır, yuxarıda deyildiyi kimi, “insanın ruhu yuxarı qalxır”, yəni “insan” o kəs adlanır ki, onun bütün hərəkətləri Yaradan naminə olsun, halbuki “heyvani ruh aşağı enir”, yəni öz faydası naminə, “torpaq” adlanan Malxut yaradılanlar üçün aldığı xeyir və həzzi göstərə bilmir.

Və bu, Zoar kitabında buyurulduğu kimidir: «Cücərtilər torpaqda göründü». Yəni hər şey torpağın daxilində idi, Lakin Adam yardılana qədər o, dünyaya bəhrə vermirdi. Axı varlıq "Adam"- insani səviyyəsinə nail olmazdan əvvəl, "torpaq" adlandırılan Malxutdan heç bir bəhrə görmür.

Deyilənlərdən biz Zoar kitabının söylədiyi: «Və qumrunun səsi torpağımızda eşidilir. Bu, Yaradanın nitqidir, hansı ki Adam yardılana qədər dünyada yox idi»² barəsində olan sualımızın cavabını anlayarıq. Axı Tövratda hələ Adam yaradılmazdan əvvəl dəfələrlə yazılıb: "Və Yaradan buyurdu". İzahat isə belədir ki, insan "Adam"- insani səviyyəsinə nail olmazdan, yəni "heyvan" kateqoriyasından çıxmazdan əvvəl, gizlilik daxilində olur və Yaradanın səsini eşitmək qeyri-mümkündür.

Və bu, Adam yardılana  qədər dünyada Yaradanın nitqinin olmaması adlanır. Və yalnız sonra, insan "Adam" insani səviyyəsinə nail olduqda, o zaman o, "Yaradanın nitqini" eşidir, Yaradanın nitqi isə Tövrat adlanır. Və o zaman o, "Yaradanın isimləri" adlandırılan Tövrat xüsusiyyətinə layiq görülür. Və bu «Yaradanın nitqi» adlanır. Və Tövrat digər elmlər kimi bilik kateqoriyasına aid deyil, Tövrat isə – Yaradanın nitqidir.

Lakin insan asanlıqla insani səviyyəyə nail ola, «heyvan» kateqoriyasından çıxa bilməz. Və bu, Yaradana olan qulluğun (ibadətin) xüsusiyyətlərinə görə hər zaman ona zidd olması səbəbindəndir. Və yalnız iki ifrat dərəcədən orta xətt doğulur, necə ki Arinin nəğməsində yazılıb: «Sağ və sol, və onların arasında gəlin», yəni sağ və solun vasitəsilə, yəni iki ziddiyyətin vasitəsilə, onlardan «gəlin» adlandırılan «ali (səmavi) Malxut» xüsusiyyəti doğulur. Və məlumdur ki, Malxut inam xüsusiyyəti adlanır və inam xüsusiyyətinə layiq görülmək üçün, ilkin olaraq eqoist sevgi adlandırılan «heyvani» xüsusiyyətdən çıxmaq lazımdır, yuxarıda deyildiyi kimi, «heyvanın ruhu aşağıya doğru enir», "aşağıya" isə "vacibliyinə görə aşağıya" deməkdir, və bu, yalnız öz şəxsi mənfəəti naminə çalışa bilən «heyvanın» xüsusiyyətidir.

O vaxta qədər ki, varlıq hələ öz xatirinə almaq istəyinin hakimiyyəti altında yerləşir, o, yalnız qismən inam qəbul edə bilər, yəni onda enişlər və yüksəlişlər var olur. Və eniş vaxtı onda inam gücü itir, belə ki eniş hər hansı bir qüsurdan hasil olur. Bütün qüsurlar isə varlığa, o, özünə eqoist sevgiyə qərq olduğu zaman gəlir. Buna görə də varlıq üçün islah var: Padşaha zərər vurmasın deyə, onda Yaradanın reallığına qarşı inam yox olur, Zoar kitabın Ön sözdə buyurulduğu kimidir ( "və qanun belədir" sözlərindən başlayaraq, oraya baxın).

Və  bir qayda mövcuddur ki, insan tək ayaq üstündə gedə bilməz, iki ayaq üstündə getməlidir, bu həmçinin ruhaniyyətdə baş verən şeyə də işarə edir, çünki sağ — kamillikdir, yəni varlığın Yaradanın işinə daxil olmaq istədiyi ilk başlanğıcdır. Bu o deməkdir ki, onun Yaradana qarşı inama ehtiyacı var və inamın ölçüsü vacib deyil,yəni onda nə qədər inam varsa, o artıq Tövratı və ehkamları icra etməyə başlamağa qadirdir. Və hər gün o, mümkün olduğu qədər əlavə edir.

Lakin bu vəziyyət sağın xüsusiyyəti adlanmır, «tək xətt» adlanır. Və bu, müqəddəsliyin "cansız" səviyyəsi adlanır. Və bu cansızdan bitki, heyvan və danışan adlandırılan bütün qalan səviyyələr çıxır. Buyurulduğu kimidir (Vaiz, 3): «Hər şey torpaqdan (küldən) hasil oldu». Və Zoar kitabı bunu bu sözlərlə izah edir: «Hətta günəş dairəsi də». Yəni hamı müqəddəsliyin "cansız" səviyyəsindən başlamalıdır.

Lakin bilmək lazımdır ki, maddi cansızda olduğu kimi, insanın cansızın aşkar olması üçün səy göstərməsinə ehtiyac yoxdur, çünki cansız səviyyə təbiətin inkişafına uyğun olaraq inkişaf edir. Yəni əgər insan maddi səviyyədə cansıza zərər vurmursa, o inkişaf edir. Məsələn, əgər insan torpağı korlamırsa və ya torpaqdan daşları çıxarmırsa, cansız səviyyə inkişaf edir. Müqəddəsliyin cansız səviyyəsində də belədir – əgər o, öz hərəkətlərini korlamırsa, onda onun müqəddəsliyin cansız səviyyəsi inkişaf edir. Lakin onun müqəddəsliyin cansız səviyyəsini inkişaf etdirməyə davam etmək üçün heç bir niyyətə və düşüncəyə ehtiyacı yoxdur.

Amma, əgər o, bitki səviyyəsinin xüsusiyyətinə daxil olmaq istəyirsə, — biz isə maddi aləmdə görürük ki, bitkinin artıq xüsusi qulluğa ehtiyacı var və ona qida, yəni su və günəş vermək, həmçinin daxilindən bitkinin çıxdığı cansızı islah etmək lazımdır, hansı ki bu, şumlamaqdır və sairə. Eləcə də insanın bu cansızdan böyütmək istədiyi həmin bitkiyə aid olmayan digər bitkiləri təmizləmək lazımdır, necə ki maddi aləmdə böyüməyə mane olan alaq otlarını təmizləyirlər.

Müqəddəsliyin bitki səviyyəsi üçün də düşüncə və arzu qoymaq lazımdır: bu cansıza necə qida vermək, yəni onu şumlamaq. Yəni onun daxilində olan almaq arzusunu əta etmək naminə niyyətə çevirmək lazımdır və sair. Və onda sağ və sol xətlərdə iş haqqında danışmaq olar. Çünki məsələ ondadır ki, bundan əvvəl bir xətt olan, hərəkət xüsusiyyəti sayılan şeyi insan sağ xətt şəklində istifadə etməlidir, başqa sözlə, sadə hərəkəti qiymətləndirməli və deməlidir ki, o, Yaradana böyük minnətdarlıq edir, çünki O, ona tam sadəlikdə sadə şeyləri etməyə layiq etdi, və deməlidir ki, buna da layiq deyil – Yaradan ona sadəlikdə Ona xidmət etmək [imkanını] hədiyyə olaraq verdi.

Bununla birlikdə sol xəttə keçmək, yəni özünü tənqidi təhlilə məruz qoymaq lazımdır: həqiqətən o, Yaradanın işçisidir, yoxsa özü üçün işləyir, yəni Yaradanın faydası naminə deyil, öz faydası naminə. Və o, eqoist məhəbbətə nə qədər batdığını görərək, bu barədə dua etməlidir. Bəzən isə o görür ki, Yaradan ona kömək etsin, onu eqoist məhəbbətin hakimiyyəti altından çıxarsın deyə dua etməyə qadir deyil. Bəzən isə o daha da pis vəziyyətdə olur, yəni o, hətta duasız belə Yaradanın onu eqoist məhəbbətdən çıxarmasını istəmir, əksinə, onda arzu var ki, Yaradan ona kömək etsin ki, o, özü üçün almaq arzusunu onu doldurmaq mümkün olan hər cür dolumla doldura bilsin. Və bu sol [xəttin] xüsusiyyəti adlanır, çünki islah olunmağa ehtiyacı olan şey ruhaniyyatda sol [xətt] adlanır.

Belə çıxır ki, burada iki ziddiyyət var. Bir tərəfdən insana deyirlər ki, iş qaydası belədir: insan bir xətti bütün kamilliyi ilə saxlamağa çalışmalıdır. Başqa sözlə, yaradılış cansız vəziyyətdə, bir xətt adlanan vəziyyətdə olduğu və özünü kamil insan kimi hiss etdiyi zaman olduğu kimi, və onda kamilliyə malik olduğunu bildiyinə görə sevinc və yaxşı ruh halı var idi, və miqdardan başqa əlavə edəcəyi heç nə yox idi.

Bunun səbəbi isə onda idi ki, onun bitki xüsusiyyəti haqqında heç bir təsəvvürü yox idi, və o düşünürdü ki, cansız xüsusiyyəti insanın həyata keçirməli olduğu kamillikdir. Buna görə o, kamillik hissindən yaxşı ruh halı hiss edirdi və bütün yaradılanların niyə onun ağlına malik olmadığını anlaya bilmirdi.

Halbuki indi, bitki xüsusiyyətinin nə olduğunu təsəvvür etdikdə, onda artıq bir xəttin kamilliyi yoxdur. Buna görə insan indi böyük səy göstərməlidir ki, sağ xətti dəyərləndirə və ondan həyat şirələri ala bilsin, necə ki, o, bir xətt şəklində olduğu zaman ondan alırdı. Bunun səbəbi isə odur ki, sol xətt ona bunun kamillik olmadığını başa salır.

Bəs həqiqətən niyə sağ xəttdə getmək lazımdır? Cavab: bu, həqiqətə görədir. Yəni insan müqəddəsliklə malik olduğu o kiçik əlaqəni dəyərləndirməlidir. Bu, çox şeyə dəyər. Və burada Yaradana minnətdarlıq etmək vaxtıdır. Sonra isə o, sol xəttə qayıtmalıdır, çünki həqiqət budur ki, səma naminə işləmək lazımdır. Və bu ikisindən, yəni sağ xəttin kamilliyi və əhəmiyyəti tərəfindən və sol xəttin xisaronu tərəfindən, insan orta xəttə layiq olur. Və bu, necə deyildiyi kimidir: “Sağ və sol, və onların arasında gəlin”14.