<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə yandırma qurbanı olaraq gətirilən hər kəsin kişi cinsindən olması nə deməkdir

Baruch Shalom Alevi Ashlag (Rabaş) / Məqalələr

Ruhani işdə yandırma qurbanı olaraq gətirilən hər kəsin kişi cinsindən olması nə deməkdir

 

1990-cı il, 24-cü məqalə

Zoar kitabında deyilmişdir: «“Əgər onun qurbanı yandırma qurbanıdırsa”. Rabi Xiya bəyan etdi: “Zira Mənim düşüncələrim – sizin düşüncələriniz deyil”. “Yaradanın düşüncəsi alidir və hər şeyin başlanğıcıdır”. “Və bu düşüncədən yollar və cığırlar yayıldı ki, Müqəddəs Ad bərqərar olsun”. “Və bu düşüncədən yarandı, yəni onun vasitəsilə yaradıldı yazılı Tövrat və şifahi Tövrat, yəni Malxut”. “İnsanın düşüncəsi – hər şeyin başlanğıcıdır”, və bu düşüncədən onun bu dünyada və gələcək dünyada yollarını azdırmaq üçün yollar və cığırlar yayılır. Və bu düşüncədən şər başlanğıcın çirkinliyi qaynaqlanır ki, ona və hamıya şər etsin. Və bu düşüncədən pozuntular, günahlar və cinayətlər, bütpərəstlik, qohumla cinsi əlaqə və qan tökmək baş verir. Və Müqəddəs Yazı bu barədə deyir: “Zira Mənim Düşüncələrim – sizin düşüncələriniz deyil”».

 

Və orada, 73-cü bənddə deyilmişdir: « yandırma qurbanı olaraq gətirilən hər kəsin kişi cinsindən olmalıdır, nekeva (qadın) deyil, çünki ucalan qurban (ola עוֹלָה) qəlbin üzərində ucalır (ola עוֹלָה), yəni qəlbdən uca olan düşüncəyə. Çünki düşüncə – xoxma-dır və zaxar hesab olunur, qəlb isə – nekeva-dır, yəni bina-dır, və “qəlb anlayır” ifadəsinin mənası bundadır».

Və ruhani işdə "Yaradanın düşüncəsi"nin nə olduğunu, və Müqəddəs Yazının Zoar kitabına uyğun olaraq: “Zira Mənim Düşüncələrim – sizin düşüncələriniz deyil” dediyi ruhani işdə "insanın düşüncəsi"nin nə demək olduğunu anlamaq lazımdır. Həmçinin anlamaq lazımdır ki, verilən qurbanın kişi cinsindən (zaxar) olması bizə nəyə işarə edir, çünki o, kişi xüsusiyyəti (zaxar) olan düşüncəni kəffarə edir. Və bu, işdə bizə nəyə işarə edir ki, özümüzü necə aparacağımızı bilək.

Məlumdur ki, yaradılışın məqsədi varlıqlara həzz ətadir ki, varlıqlar xeyir və həzz alsınlar, buna baxmayaraq, Onun əməllərinin kamilliyini təzahür etdirmək üçün, xeyir və həzz üzərində "ixtisar və gizlənmə" adlanan bir islah baş verdi. Və bütün varlıqlar həzz və ləzzət almaq istəyində yaradıldığına görə, elə alınır ki, insan özünə fayda gətirəcəyini bildiyi şeydən başqa heç nə edə bilməz, əks təqdirdə o, heç bir hərəkət etməyə qadir deyil, çünki bu, yaradılışın kökünə zidd olacaq.

Və bəzən insan bu əməllərdən həzzi olmadığı zaman da əməllər yerinə yetirir, və bu ona görədir ki, o bilir ki, bunun köməyi ilə o, sonra öz işinin müqabilində ona veriləcək şeydən, yəni yerinə yetirdiyi, heç bir həzz almadığı əməllərin əvəzindən həzz və ləzzət alacaq. Və yalnız işdən sonra alacağı həzz sayəsində o, indi həzz almadığı, lakin sonra gələcəkdə alacağı işi yerinə yetirmək üçün güc qazanır.

Halbuki, əgər mükafat şübhə altındadırsa, artıq işi yerinə yetirməyə güc olmur, çünki insan bundan həzz almır. Və o halda ki, məsələn, ana öz uşaqlarına yemək verir, hərçənd bu işdir, yəni məhsulları almaq və onları yeməyə yararlı hala gətirmək üçün hazırlamaq, həmçinin onları yedizdirmək lazımdır. Və burada əməllərin 2 növünü fərqləndirmək lazımdır:

  1. imtina edə biləcəyi əməllər,
  2. imtina etməyə hazır olmadığı əməllər.

Yəni, məhsulları almaq və onları yeməyə yararlı hala gətirmək üçün hazırlamaq, bu əməllərdən o imtina edə bilər. Və biz görürük ki, varlılarda məhsulları alan var, və aşpaz qadın var, və bu o deməkdir ki, ana bu əməllərdən imtina edə bilər. Lakin ananın uşaqların necə yeməyinə baxması, hərçənd baxdığı bu vaxtda uşaqlar yeyir, özü isə yemir, lakin ana bu vaxt özündən keçir və uşaqlarının necə yeməyini görməkdən həzz alır. Və anada heç vaxt belə bir düşüncə yaranmaz ki, mən balaca uşaqlarımın necə yeməyinə baxmaqdan nə alacam.

Və o, bunun üçün nə gələcək dünyanı, nə də bu dünyanı istəmir. Və bu belədir, çünki onun bu əməldən həzzi var, və onun artıq əvəzində heç nəyə ehtiyacı yoxdur. Buna görə də, əgər "Tövrat və ehkamların" dadları açılsaydı, necə ki müdriklər deyirlər ki, 613 ehkam 613 eytin (məsləhət) adlanır, necə ki Sulam şərhində izah olunub ki, hər bir ehkamda onun daxilində parıldayan xüsusi bir nur var, və əlbəttə ki, əgər bu açılsaydı və buna inanmaq lazım gəlməsəydi, əlbəttə ki, bütün dünya yalnız Tövrat və ehkamlarla məşğul olardı.

Lakin xeyir və həzz üzərində gizlənmə baş verdiyinə görə, və bu, insan əta etmək kelim-lərinə layiq olmazdan əvvəl açılmadığına görə, buna görə də bədən tərəfindən maneələr var, hansı ki qışqırır: "Niyə sən Yaradanın insanı daxilində yaratdığı, həzz və ləzzət alması üçün olan təbiətə qarşı getmək istəyirsən, sən isə bundan keçmək istəyirsən?" Və hərçənd insan bədənə Tövratın ehkamlarına riayət etdiyinə görə mükafatının olacağını vəd edir, və elə alınır ki, o həqiqətən ödəniş alacaq, və o zaman bədən sanki soruşur: "Mən mükafatı hansı kelim-lərə alacam, almaq kelim-lərinə, yoxsa əta kelim-lərinə"?

O zaman, əgər insan ona mükafatı almaq kelim-lərinə alacağını deyirsə, onda bədən soruşur ki, Yaradan niyə bizə bu qədər çox ehkam verib? Axı O "rəhmli ata" və "Xeyirxah və xeyir verən"-dir. Niyə O bizə bütün 613 ehkamın icrasına görə əta istədiyi bütün mükafatı, 613 ehkamın yarısının icrasına görə vermir? Onun üçün nə fərqi var, əgər bütün mükafatı Tövrat və ehkamların kiçik bir hissəsinin icrasına görə versəydi, və biz niyə bu qədər ağır işləməli və bütün 613 ehkama riayət etməliyik?

Və bu, uşaqlarını yemək-içməklə bəsləyən və onlara əta edən ana nümunəsinə bənzəyir, lakin o, məhsulları almalı və onları hazırlamalıdır və sairə, və bütün bunlardan o imtina edə bilər. Lakin o nədən imtina etmir? Ondan ki, o, uşaqlarının necə yeməyinə baxır və görür. Balaca uşaqları isə o özü yedizdirir, və bundan onun həzzi var. Və bu işdən o imtina etmək istəmir, çünki işin özündən o həzz alır, və bu iş üçün heç bir ödənişə ehtiyacı yoxdur.

Və deyilənlərə görə belə çıxır ki, bizdə iki şey var:

  1. Bu, ağıldan o qədər də uzaq olmadıqda, yəni mükafatı almaq kelim-lərinə almaq istəyən kəsdə, lakin o sual verir ki, Yaradan bizdən niyə bu qədər çox ehkama riayət etməyimizi istəyir? Yəni O, əta istədiyi bütün mükafatı, yalnız ehkamların yarısının icrasına görə verməli idi, çünki yerinə yetirdiyi işdən o həzz almadığına görə, məhz sonra alacağı ödənişdən alır. Və bu, onun mükafatı "gələcək dünyada" alması adlanır. Yəni iş zamanı o heç bir həzz hiss etmir, və işləmək istədiyi hər şey, sonra gələcək mükafatdadır.
  2. Mükafatı, o mükafatı əta  kelim-lərinə almaq istədikdə fərqləndirmək lazımdır. Yəni ki onda Yaradana qarşı sevgi olsun, və o, Padşaha xidmət etdiyini hiss etsin. Belə çıxır ki, o, mükafat almağa ümid edir, hansı ki onda sonra "bu dünyada", yəni hal-hazırda olan kelim-lərdə alınacaq. Və o zaman, o 613 pkudin (əmanət) xüsusiyyətinə layiq olduqda, o, hər bir əmri "bu dünya" xüsusiyyətində yerinə yetirdikdə, o zaman demir ki, niyə bizə bu qədər çox ehkam verilib.

Və bu, maddi dünyada olmayan şeyə bənzəyir. Əgər kimsə Yaradana qəzəblənsə ki, niyə O bizim üçün bu qədər çox maddi həzz hazırlayıb, eyni şey, insan 613 əmanət xüsusiyyətinə layiq olduqda da baş verir, axı o zaman hər bir ehkamda o başqa bir dad hiss edir, və insanda bundan imtina etmək düşüncəsi yaranmaz.

Lakin 613 eytin (məsləhət) qismində iş zamanı onda böyük bir çatışmazlıq var. Yəni o vaxt ki Tövrat və ehkamlar, onlar onun üçün yalnız əta kelim-lərinə necə gəlmək və almaq üçün məsləhətlər qismindədir. Çünki bədən tərəfindən müqavimət çox böyükdür, o səbəbdən ki, bu, onun almaq istəyinə həqiqi mənada ziddir, çünki bu [almaq] təbiətində insan doğulub. Belə çıxır ki, onlar (iş və mükafat) bir-birindən ayrılmış iki xüsusiyyətdir. Çünki, mükafat, almaq kelim-lərində olduqda, mükafat almaq səbəbindən onda [işləməyə] enerji var. Lakin onda hər zaman səylər var, çünki aldığı mükafat, o "gələcək dünyada"-dır. Yəni indi deyil, bəlkə başqa bir vaxtda, o gələndə, o zaman o mükafat alacaq. Yəni o, sonra alacağı ödənişə baxdıqda. Belə çıxır ki, o, daha az işlə daha böyük mükafat alsa daha çox razı olardı, çünki o ödənişə baxır. Belə çıxır ki, onda hər zaman səylər var, çünki onda mükafat onun Tövrat və ehkamlarda işləməsini məcbur edən səbəbdir. Buna görə də bu, maddi dünyada işə görə mükafat aldıqları və o zaman işin yalnız bir vasitə olduğu kimidir. Və əgər daha az işə görə mükafat almaq imkanı olsaydı, əlbəttə ki, hər kəs daha böyük mükafat və daha az iş verilən yeri seçərdi.

Lakin o vaxt ki insan əta kelim-lərinə layiq olur, o zaman ondan Tövrat və ehkamlar üzərinə edilən gizlənmə və ixtisar yox olur, və o, 613 pkudin (əmanət) xüsusiyyətinə layiq olur. Yəni yerinə yetirdiyi hər bir ehkamda, o ehkamın dadını dərk edir. Belə çıxır ki, mükafat bu dünyada, yəni insanın olduğu indiki vəziyyətdədir. Və əlbəttə ki, demək olmaz ki, insan bu işdən imtina edəcək, çünki işin özündə mükafat almaq yeri yerləşir. Belə çıxır ki, əta kelim-lərində 613 əmr dediyimiz kimi "iş və səylər" xüsusiyyətində deyil, "əsayiş" xüsusiyyətində təzahür edir.

Və deyilənlərlə Zoar kitabının “Zira Mənim düşüncələrim – sizin düşüncələriniz deyil” ifadəsi haqqında dediyini izah etmək lazımdır. Və biz sual verdik ki, bu bizə işdə nəyə işarə edir - o ki deyir: “Yaradanın düşüncəsindən yollar və cığırlar yayıldı ki, Müqəddəs Ad bərqərar olsun”, halbuki “insanın düşüncəsindən şər başlanğıcın çirkinliyi qaynaqlanır ki, ona və hamıya şər etsin. Və bu düşüncədən pozuntular, günahlar və cinayətlər, bütpərəstlik, qohumla cinsi əlaqə və qan tökmək baş verir”.

Və Müqəddəs Yazı bu barədə deyir: “Zira Mənim Düşüncələrim – sizin düşüncələriniz deyil”. Çünki Yaradanın düşüncəsi dedikdə, Onun varlıqlara həzz əta etməkdən ibarət olan yaradılış məqsədi nəzərdə tutulur. Yəni, O varlıqlara yalnız bütün xeyirləri əta etmək istəyir. Buna görə də, icrası üçün bizə verdiyi Tövrat və ehkamlar haqqında biz deməliyik ki, bu işi Onun üçün etməli olduğumuz və Onun işi qəbul etdiyi nəzərdə tutulmur. Axı Onun istəyi yalnız ətadir. Buna görə də O deyir ki, “Yaradanın düşüncəsindən Müqəddəs Adı tapmaq üçün yollar və cığırlar yayıldı”.

Və "Müqəddəs Adın bərqərar olması"nın nə demək olduğunu anlamaq lazımdır. Və öyrəndiyimiz kimi, yaradılışın məqsədi — varlıqlara həzz əta etməkdir. Belə çıxır ki, buna uyğun olaraq, Yaradanın Müqəddəs Adı — "Xeyirxah, xeyir verən"-dir. Və bu Ad varlıqlarda əta kelim-ləri olmadığı bütün bu vaxt ərzində onlardan gizli olduğuna görə, buna görə də bizə Tövrat və ehkamlar eytin, yəni məsləhətlər qismində verilib ki, onların köməyi ilə gəlib əta kelim-lərini qazanaq, necə ki müdriklər deyiblər ki, "daxilində olan nur kamilliyə qaytarır"

.

Belə çıxır ki, bizim Tövrat və ehkamlardakı işimiz — tamamilə Onun Öz ehkamlarının icra olunmasına ehtiyacı olduğuna görə deyil, varlıqlar Onun ehkamlarıni onların köməyi ilə varlıqların özlərini əta kelim-lərinə layiq ola bilmələri üçün islah etdiklərinə görə yerinə yetirirlər. Və "Müqəddəs Adın bərqərar olması" deyilən ifadənin mənası bundadır. Yəni bunun sayəsində hər kəs hiss edəcək ki, Yaradanın adı "Xeyirxah, xeyir edən"-dir.

 

Halbuki insanın düşüncəsindən şər başlanğıcın çirkinliyi qaynaqlanır, çünki insan "eş mi ain" (heç nədən var olan) xüsusiyyətinə malik olan bir yaranmışdır. Yəni, insanda əta haqqında deyil, yalnız necə almaq haqqında düşüncə var. Və bu insanın kökü olsa da, lakin bu almaq istəyi üzərində gizlənmə və ixtisar baş verdi. Buna görə də insanın bu düşüncəsindən şər başlanğıcı xüsusiyyəti çıxır. Başqa sözlə, insan Yaradanla "forma etibarilə eynilik" adlanan qovuşma xüsusiyyətini qazanmaq üçün əta əməlləri yerinə yetirməli olduqda, o zaman bu almaq istəyi insana öz gücünü başqaları ilə bölüşəcəyinə görə ona pis olacağına dair surətlər çəkir.

Buna görə də, insan Tövrat və ehkamları öz şəxsi mənfəətinə aid olan heç nəyi almamaq, əta niyyəti ilə yerinə yetirmək istədikdə, o zaman bu düşüncə ona necə pis olacağını təsvir edir. Və bu şəkildə o insana mane olur ki, o Yaradanla qovuşmağa gələ bilməsin.

Və “insanın düşüncəsindən şər başlanğıcın çirkinliyi çıxır” ifadəsinin izahı bundadır. Necə ki mənim atam və müəllimim müdriklərin dediyi bu söz haqqında demişdi: “İlan Həvva-nın yanına gəldi və onu çirkinliklə (zoama) təltif etdi”. Və dedi ki, zoama (çirkinlik) sözü “zo” (bu) və “ma” (nə) sözlərindən ibarətdir ki, müqəddəsliyə aid olan hər şeydə ilan, hansı ki şər başlanğıcdır, gəlir və insana deyir: “Zo-ma”? (bunda nə var ki?). Yəni öz şəxsi mənfəəti üçün deyil, bütün hər şeyi Yaradanın xeyrinə etmək və işləmək istəməyindən sənə nə olacaq? Buna uyğun olaraq belə çıxır ki, deyilmiş “Zira Mənim düşüncələrim – sizin düşüncələriniz deyil” ifadəsi Yaradanın düşüncəsinin əta, insanın düşüncəsinin isə yalnız almaq olduğunu bildirir.

Deyilənlərdən soruşduğumuz şeyi başa düşəcəyik – Zoarda yazılmış verilən yandırma qurbanının kişi cinsindən (zaxar) olması bizə nəyə işarə edir, çünki o, kişi xüsusiyyəti (zaxar) olan düşüncəni kəffarə edir, çünki düşüncə – xoxma-dır (hikmətdir) və zaxar hesab olunur, qəlb isə – nekeva-dır, yəni bina-dır (anlayışdır), və “qəlb anlayır” ifadəsinin mənası bundadır.

 

Müdriklərin “göz görür, qəlb isə istəyir” kəlamı məlumdur. Və "göz"ün bizə nəyə işarə etdiyini anlamaq lazımdır. Məlumdur ki, gözlər xoxma, yəni düşüncə adlanır. Və düşüncə zaxar, kişi xüsusiyyəti adlanır. Necə ki Zoarda deyilir ki, ali Malxut-un boyunduruğunu öz üzərinə götürməli olan insanda, insanın inandığı həmin inam "moxa" (ağıl) xüsusiyyəti adlanır, və bu düşüncə qəlbə təsir edir, və o zaman qəlb onun düşüncələrində, ağlında yaranan şeyi istəməyə başlayır. Və bu mənada "göz" düşüncə adlanır. Xoxma (hikmət) isə, yəni onun gördüyü və xoşuna gələn şey, bunu o, sonra qəlbə ötürür. Buna görə də qəlb ağlında olan şeyi istəyir.

Və deyilənlərdən belə çıxır ki, Yaradanın düşüncəsi — ətadir. Və bunu müdriklərin dediyi kimi izah etmək lazımdır (Avot 2:1): “Bil ki, sənin üzərində uzaqgörən göz var”. Və bunu belə anlamaq lazımdır ki, insan insandan uca olan şeyi dərk etməlidir. Yəni insanın düşüncəsindən uca olan yerdə, orada Zoar kitabında deyildiyi kimi Yaradanın "uzaqgörən göz" adlanan düşüncəsi var: “Göz düşüncə adlanır, düşüncə isə xoxma adlanır, və bu zaxar-dır”.

 

Və öyrəndiyimiz kimi, xoxma nuru verən tərəfdən alan tərəfə gəlir. Buna görə də insanın üzərinə "onun üzərində olan gözə" bənzəmək və Yaradana əta öhdəliyi qoyulub, və bu "forma etibarilə eynilik" adlanır, və bu həmçinin Yaradana inam adlanır, və bu "moxa" (ağıl) xüsusiyyəti adlanır, yəni insanın Yaradanla forma etibarilə eynilikdə olması haqqında olan düşüncəsi.

 

Və bu həmçinin «Tövratın Bəxş edilməsi» kitabında yazıldığı kimidir: «Eləcə də sənin bütün əməllərin əta etməyə və yaxınına fayda verməyə yönələcək. Və bu şəkildə sən öz formanı Yaradanın xüsusiyyətlərinin formasına bənzədəcəksən, hansı ki ruhani qovuşmadır. Və xüsusiyyətlərin bu bənzərliyində "moxa" ağıl və "liba" qəlb xüsusiyyətləri var. Və öz Yaradanına həzz əta etmək naminə Tövrat və ehkamlarla məşğul olmaq "moxa" xüsusiyyətində forma etibarilə bənzərlikdir: necə ki Yaradan Özü haqqında, Mövcud olub-olmaması yaxud Öz varlıqlarını idarə edib-etməməsi haqqında düşünmür, və buna bənzər şübhələr, eləcə də forma etibarilə bənzəmək istəyənə bu şeylər haqqında düşünmək olmaz, axı ona aydındır ki, Yaradan onlar haqqında düşünmür, çünki bundan böyük forma etibarilə fərqlilik yoxdur. Və buna görə də bu şeylər haqqında düşünən hər kəs, sözsüz ki, Yaradandan qopuqdur».

Və buna uyğun olaraq belə çıxır ki, əgər insan deyilmiş: “Bil ki, sənin üzərində uzaqgörən göz var” sözünə inanırsa. “Bil” – dərk etmək deməkdir, dərk etmək isə birləşmə və qovuşma adlanır. “Sənin üzərində uzaqgörən göz var” – bu Yaradanın gözüdür, və bu Xoxma, hikmət olan şeydir, yəni “bil” dedikdə qovuşma nəzərdə tutulur, elə ki insan "sənin üzərində" olanla, yəni "moxa" xüsusiyyəti ilə, yəni yuxarıda deyildiyi kimi inamla qovuşsun.

Və “göz görür, qəlb isə can atır” qaydasına uyğun olaraq, kişi hissəsi olan düşüncə, istək və canatma olan qəlbə təsir edir. Və o zaman necə ki «inam» xüsusiyyəti olan düşüncə, və orada Yaradanla eynilik var, eləcə də almaq istəyi olan qəlb, o artıq öz şəxsi xüsusiyyətindən, almaq xüsusiyyətindən istifadə etmək istəmir, bəlkə o artıq düşüncənin təsiri altındadır və düşüncədə olduğu kimi əta etmək istəyir. Beləliklə, əgər insan “moxa” xüsusiyyətində forma bənzərliyində olarsa, bu, qəlbə də təsir edir ki, qəlb də “bütün əməllərin Göylər naminə olacaq” xüsusiyyətində olsun.

Və bu müdriklərin dediyi bu sözü aydınlaşdırdığımıza uyğundur: “Daxilində Yaradana qarşı ehtiramla qorxu olan hər bir kəsin sözləri eşidilir”. Bu o deməkdir ki, "ali Malxut-un boyunduruğunu" öz üzərinə götürən, hansı ki inam adlanır, hər bir kəsin sözlərini bədən eşidir, yəni bütün bədən yuxarıda deyilən səbəbdən ona itaət edir. Çünki əgər düşüncə – yuxarıda deyildiyi kimi, forma etibarilə eynilik xüsusiyyətində, bilik üzərində olan inamdırsa, onda kişi hissəsi (zaxar) olan düşüncə, “qəlb anlayır” deyildiyi kimi qadın xüsusiyyəti (nekeva) olan qəlbə təsir edir, və bu barədə Zoarda deyilmişdir: “Bina – bu qəlbdir, və bu qadın xüsusiyyətidir (nekeva).

Buna görə də, əgər “onun gətirdiyi yandırma qurbanı zaxar-dırsa”, və deyilirsə ki, bunun səbəbi “yandırma qurbanı”nın kişi xüsusiyyəti (zaxar), yəni xoxma olan düşüncəni kəffarə etmək üçün gətirilməsidir. Başqa sözlə, əgər insan günah edibsə, yəni bilik üzərində inam xüsusiyyəti olan öz düşüncəsinin xüsusiyyətinə zərər vurubsa, o zaman o, zərər vurduğu şeyi islah etməlidir. Və inam xüsusiyyəti “göz görür” xüsusiyyəti olduğuna görə, və bu ali hikmət (xoxma) xüsusiyyəti olduğuna görə, bu o deməkdir ki, Yaradanın düşüncəsi “Onun varlıqlara həzz əta etmək istəyi”, yəni aşağıdakılara ətadir, insan isə dünyanı İdarə edənin olduğuna və Onun varlıqları “Xeyirxah, xeyir verən” xüsusiyyəti ilə idarə etdiyinə inanmamaqla buna zərər vurub. Və [o zaman] insanın üzərinə Yaradana həmd və şükür etmək öhdəliyi qoyulub.

Belə çıxır ki, əgər insan Yaradana, Onun əta edən olduğuna inanmırsa, və bu "zaxar", kişi xüsusiyyəti adlanırsa, buna görə də insan zaxar qurbanı gətirməlidir, yəni zərər vurduğu bu xüsusiyyətə uyğun olanını. Və buna görə də düşüncədəki nöqsan — çox ciddidir, çünki bunda yaradılışın məqsədi dayanır, insan isə buna inanmır, buna görə də bu, onun günah etdiyi və düşüncəyə zərər vurduğu adlanır, və buna görə də həmin xüsusiyyətdə islah yerinə yetirməlidir.

Və deyilənlərlə Zoar kitabının “Əgər onun qurbanı yandırma qurbanıdırsa”, “Zira Mənim düşüncələrim – sizin düşüncələriniz deyil” ifadəsi barəsində dediyini izah etmək lazımdır. Və deyir: “Və bu düşüncədən yarandı, yəni onun vasitəsilə yaradıldı yazılı Tövrat və şifahi Tövrat, yəni Malxut”. Və bunu ruhani işdə Malxut-un ali Malxut, yəni inam xüsusiyyəti adlandığı, yazılı Tövratın isə Tövrat xüsusiyyəti adlandığı kimi anlamaq lazımdır. Yəni hələ inam xüsusiyyətinə layiq olmazdan əvvəl Tövratı qazanmaq qeyri-mümkündür, necə ki müdriklər deyiblər ki, “bütpərəstlərə Tövratı öyrətmək olmaz”.

Lakin iman xüsusiyyətinə layiq olduqdan sonra, Tövrat xüsusiyyətinə də layiq ola bilər. Və “bu düşüncədən” deyilən sözlərin mənası budur, yəni varlıqların “Yaradanın yaratdıqlarına əta etməsi”ndən ibarət olan Yaradılış Məqsədindən iman xüsusiyyəti və Tövrat xüsusiyyəti çıxır. Başqa sözlə, bizə iman xüsusiyyətinin verilməsi, hamının Onun nə üçün Öz İdarəsini gizlətdiyini və imana ehtiyac olduğunu soruşduğu zaman, bunun cavabı belədir ki, bu da “Yaradanın yaratdıqlarına əta etməsi” üçün zəruridir və bu, “Onun əməllərinin kamilliyini aşkar etmək üçün” adlanır.Beləliklə, insan Yaradanın fikri ilə birləşdikdə, onda hər şey olur. Halbuki insanın fikri onun daxilində danışdıqda, bu fikirdən pozuntular, günahlar və cinayətlər yaranır. Və bu barədə deyilib: “Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil”.

Buna görə də insanın üzərinə səy göstərmək və bütün işini yalnız Yaradanın fikri ilə birləşmək üçün cəmləşdirmək, həmçinin Onun dünyanı “Xeyirxah və xeyir verən” xüsusiyyəti ilə idarə etdiyinə inanmaq qoyulmuşdur. Və onda belə iman olduqda, o, hər şeyə layiq olacaq.