<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə insan qürurdan nə zaman istifadə etməlidir

 

Ruhani işdə insan qürurdan nə zaman istifadə etməlidir

 

1990-cı il, 6-cı məqalə

 

Müqəddəs Yazı deyir: “Və Yaradanın yollarında onun qəlbi qürurlandı”. Mişnada isə [müdriklər] dedilər: “Son dərəcə təvazökar (hərfi mənada «ruhən aşağı») ol”. Belə çıxır ki, bu, yazılmış: “Və onun qəlbi qürurlandı” ifadəsinə ziddir.

Və Zoar soruşur: «“Və Yaradan ona Eloney-Mamredə göründü”. .. niyə başqa yerdə deyil, məhz Eloney-Mamredə? Və cavab verir: çünki Mamre ona sünnət barədə məsləhət verdi. Axı Yaradan İbrahimə özünü sünnət etməyi buyurduqda, İbrahim öz yoldaşları ilə məsləhətləşməyə getdi. Aner ona dedi: “Sənin artıq doxsandan çox yaşın var – və sən özünü əzablara məruz qoyacaqsan?!”»

«Mamre ona dedi: “Xaldeylərin səni alovlu kürəyə atdıqları həmin günü, və dünyanı bürüyən həmin aclığı xatırla... Və sənin adamlarının arxasınca düşdüyü həmin padşahları, və sən onlara zərbə vurdun. Yaradan səni onların hamısından xilas etdi... Qalx və öz Ağanın əmrini yerinə yetir”. Yaradan Mamreyə dedi: “Mamre, sən ona sünnət barədə məsləhət verdin. And içirəm ki, Mən ona yalnız sənin sarayında açılacam”».

Bunu anlamaq çətindir. Əgər Yaradan ona özünü sünnət etməyi buyurmuşdusa, o, Yaradana itaət edib-etməməli olduğunu soruşmaq üçün niyə dostlarının yanına getdi? Bəs əgər Mamre başqa cür desəydi, o, Yaradanın səsinə deyil, Mamrenin məsləhətinəmi qulaq asacaqdı? Belə bir şeyi necə demək olar? Və həmçinin Mamrenin ona dediyi, Yaradana itaət etməyə dəyəcəyi, çünki O, səni kürədən xilas etdiyi kimi mütləq xilas edəcək sözünü də anlamaq çətindir. Belə çıxır ki, Mamrenin ona Yaradana itaət etməyi buyurmasının əsası Onun onu xilas edəcəyindən ibarətdir, eynilə onu kürədən xilas etdiyi kimi, əks halda itaət etmək lazım deyil?

Məgər bizim müdriklərimizin dediyi şeydə də (Raşi müdriklərimizin izahını gətirir) biz eyni şeyi görmürükmü: «“Atası Teraxın hüzurunda” – atasının sağlığında. Bəziləri deyirlər ki, o, atasının ucbatından öldü, çünki Terax oğlu İbrahimdən Nimroda şikayət etdi ki, o, onun bütlərini sındırıb, və [Nimrod] [İbrahimi] alovlu kürəyə atdı. Aran isə gözləyirdi və öz-özünə deyirdi: “Əgər İbrahim qalib çıxsa, mən onun tərəfindəyəm. Əgər Nimrod qalib gəlsə, mən onun tərəfindəyəm”. İbrahim xilas olduqda, Arandan soruşdular: “Sən kimin tərəfindəsən?” Aran onlara dedi: “İbrahimın tərəfində!” Onu alovlu kürəyə atdılar və o yandı».

Aranda biz görürük ki, o, Yaradanın onu xilas etməsi şərti ilə fədakar olacağını dediyinə görə yandı. Beləliklə, niyə İbrahimın halında, Mamre ona “sən Yaradana itaət etməlisən” dedikdə, çünki O, İbrahimı kürədən xilas etmişdi, İbrahimın keçmiş nümunəsini nəzərdə tutaraq, O, özünü sünnət etdikdə bu gün də İbrahimi xilas edərdi? Əgər belədirsə, onda Aran və İbrahimın kürə ilə olan bu nümunələri çox bənzərdir. Buradakı yeganə fərq ondan ibarətdir ki, eyni şey haqqında, lakin bir bədəndə, yəni İbrahimin iki vəziyyətində danışılır.

Sadə mənada biz görürük ki, orada, Aran və İbrahimin kürə ilə olan hekayəsində söhbət digər xalqlardan gedirdi, yəni yadlar həm İbrahimin, həm də Aranın Yaradana itaət etməməsini istəyirdilər. Lakin Yaradanın ona etməyi buyurduğu sünnətdə bu belə deyil. Yəni yadların Yaradana itaət etməməyi deməsi ilə Yaradanın ona Özünə itaət etməyi deməsi arasında fərq var.

Demək lazımdır ki, yadlar insanın bütlərə sitayiş etməsini və Yaradana olan inamdan uzaqlaşmasını istədikdə, insan qeyd-şərtsiz fədakarlıq nümayiş etdirməlidir. Bu səbəbdən, Aran İbrahim kimi sağ qalmaq şərti ilə özünü qurban verməyə hazır olduğunu dedikdə, bu, özünü qurban vermək adlanmır. Buna görə də o, alovlu kürədə yandı.

Halbuki burada, Yaradan ona özünü sünnət etməyi buyurduqda və o, dostları ilə məsləhətləşməyə getdikdə, bunu başqa cür anlamaq lazımdır. O düşünürdü ki, Yaradan ona özünü sünnət etməyi buyurub, lakin bu uca bir pillədir və o, hələ buna layiq deyil, çünki o düşünürdü ki, əgər Yaradan ona özünü sünnət etməyi buyurubsa, o isə hələ buna layiq deyilsə, onda o, həmin vaxt olduğu vəziyyətdən də düşə bilər, çünki alçaqlıqda olduğunu bilirdi, necə ki deyilib: “Mən isə – torpaq və küləm”. Buna görə də o, bu uca pilləyə çatmağa və özünü sünnət etməyə icazə verilib-verilmədiyini, yoxsa buna layiq olana qədər gözləməli olduğunu soruşmağa getdi.

Bax buna görə Aner ona dedi: “Sənin artıq doxsandan çox yaşın var və sən indi uca pillələrə yüksəlməyə başlayaraq və özünü sünnət ehkamına hazırlamaq üçün böyük iş görməyə başlayaraq özünü əzablara məruz qoyacaqsan? Sən indi uca pillələrə layiq olmaq üçün böyük səylər göstərməkdən ötrü çox qocasan. Bu, böyük gələcəyi olan gəncə uyğun gələr, doxsanı keçmiş sənə deyil. Buna görə də bu, sənin üçün deyil”.

Lakin o, Mamredən soruşmağa gəldikdə, Mamre ona cavab verdi: «Sən görürsən ki, Yaradan sənin aşağı vəziyyətinə baxmır ki, sənə desin: layiq olduğun zaman O, sənə kömək edə biləcək. Necə ki, müdriklərimiz demişlər: “Təmizlənməyə gələnə kömək edirlər”. Lakin sən özünü torpaq və kül kimi hiss etsən də və Yaradanın sənə kömək edə bilməyəcəyini düşünsən də, görürsən ki, səni kürəyə atdıqları zaman Yaradan yenə də sənə kömək etdi, çünki O, mərhəmətli və rəhimlidir».

Və bu, müdriklərin ayə haqqında dedikləri kimidir: “Lakin Mən yalnız rəhm etməyə qərar verdiyim kəsə rəhm edəcəm”, hərçənd o, buna layiq olmasa da. Buna görə də burada, sünnət əmri ilə Yaradan sənin, hərçənd buna layiq olmasan da, daha uca bir səviyyəyə çıxmağını istəyir. Buna görə də get və öz Ağanın əmrini yerinə yetir. Və öz aşağı vəziyyətinə baxma.

Və bu, mənim atam və müəllimimin Yaradanın dediyi: “Zira indi Mən bilirəm ki, sən Yaradandan qorxursan” sözü haqqında dediyi kimidir. Sual ondadır ki, məgər Yaradan gələcəyi bilmirmi ki, o: “İndi Mən bilirəm” deyib, yəni indi O bilir ki, “sən Yaradandan qorxursan”? Yəni bu o deməkdir ki, indi İbrahim özünün Yaradandan qorxduğunu bildi.

Sual ondadır ki, İbrahimin bunu bilməsinə nə ehtiyac var idi? Demək lazımdır ki, indi, o özünün Yaradandan qorxduğunu bildikdə,  İbrahim daha uca bir səviyyəyə keçə bilər və onun özü üçün çox uca ola biləcəyindən qorxmaya bilər, və o artıq daha da və daha da yuxarı yüksələ bilər.

Anoloji olaraq biz Rabın sözlərini izah edə bilərik: “Ki insan öz daxilində tam bir saleh olub-olmadığını bilsin”. Orada da biz anlamalıyıq ki, onun bunu bilməsinə nə üçün ehtiyac var. Doğrudan da, bununla o, daha uca pillələrə getməyə çalışacaq və bunun onun üçün çox uca olduğunu düşünməyəcək. Bax buna görə Mamre ona hiss etdiyi öz aşağı vəziyyətinə, torpaq və kül olmasına baxmamağı məsləhət gördü, Yaradan isə onun sünnət əmri vasitəsilə tədricən yüksəlməsini istəyir. Get və bunu et, və heç nəyə baxma. Ayənin mənası bundadır: “Yaradan alidir, və aşağı olan görəcək”. Yazıldığı kimi: “Yaradan aşağı olanları ucaldır”.

İndi biz soruşduğumuz şeyi anlaya bilərik:  İbrahim Yaradana itaət edib-etməmək barədə niyə dostları ilə məsləhətləşirdi. Məna ondadır ki, o, sünnət ehkamının icrasından sonra mükafatlandırılacağı uca pilləyə yüksəlmək üçün gözləməli və hazırlaşmalı idimi, yoxsa o, bunu dərhal etməli və özünü torpaq və kül kimi hiss etdiyi alçaqlığına baxmamalı idimi. O, Yaradanın ehkamına riayət edib-etməməyi deyil, məhz bunu dostlarından soruşurdu.

Beləliklə biz onun kürəyə atılarkən niyə dostlarından məsləhət axtarmadığını, bəlkə səmaların adını müqəddəsləşdirmək üçün kürəyə atılmağa razı olduğunu da anlayacağıq. Və bu, inam xüsusiyyətidir ki, orada biz qeyri-şərtsiz fədakarlıq nümayiş etdirməliyik, yəni deməliyik: “Mən çox alcağam, buna görə də O, məni özünü qurban vermək xüsusiyyətinə layiq görmək istəmir”.

Bütpərəstliyə münasibətdə isə qanun fəaliyyət göstərir: “Qoy öldürülsün, lakin qanunu pozmasın”. Bu səbəbdən, Aran Yaradanı yalnız İbrahim kimi sağ qalması şərti ilə özünü qurban verərək müqəddəsləşdirmək istədikdə, bu, açıq-aşkar: “Qoy öldürülsün, lakin qanunu pozmasın” deyil, çünki onun baxış bucağı ondan ibarət idi ki, o, öldürülməməsi şərti ilə kürəyə atılmağa razı olmuşdu. Buradan belə çıxır ki, o, bütpərəstliyin “Qoy öldürülsün, lakin qanunu pozmasın” ehkamına ümumiyyətlə riayət etməmişdi. Bax buna görə də Aran kürədə yandı. Halbuki İbrahim “Qoy öldürülsün, lakin qanunu pozmasın” qaydasına tabe olmuşdu. Buna görə də əmrin tamlığı sayəsində o, kürədən xilas oldu. Xalqların onunla danışaraq, ondan bütpərəstlik tələb etmələrinin mənası bundadır.

Lakin sünnət əmri ilə, Yaradan ona özünü sünnət etməyi buyurduqda, Yaradan sözsüz ki, İbrahimdan bir pilləyə yüksəlməsini tələb edirdi. Çünki  İbrahimdən, o Yaradanı Nimrodun qarşısında müqəddəsləşdirdikdən sonra – Yaradan ondan nə istəyirdi? Əlbəttə ki, daha uca bir pilləyə yüksəlməsini. Məhz buna görə o düşündü ki, bəlkə də o hələ belə uca bir səviyyəyə yüksəlməyə layiq deyil, buna görə də nə edəcəyini soruşmaq üçün dostlarının yanına getdi, çünki sünnət ehkamının icrası sayəsində alacağı belə böyük bir qadlut vəziyyətinə hələ layiq olmadığını hiss edirdi. Buna görə də burada tamamilə başqa məsələdir.

Yuxarıda deyilənlərə görə biz görürük ki, işdə iki vəziyyət var:

  1. İnam xüsusiyyəti.
  2. Tövrat xüsusiyyəti.

İnam vəziyyətində onun alçaq olduğunu, və buna görə də İsrail xalqında, hətta sadə insanlar arasında qəbul edilmiş Yaradanı müqəddəsləşdirmək ehkamına riayət edə bilməyəcəyini demək olmaz, hansı ki biz onların öz ruhlarını Yaradanı müqəddəsləşdirmək üçün verdiklərini eşidirik.

Buna görə də, insan həqiqət yolunda Yaradanın işinə daxil olmağa başlayanda, o, bilik üzərində olan inam boyunduruğunu öz üzərinə götürməlidir, hətta onun bədənindəki dünyanın bütün xalqları ona gülsələr də, o, daxilində olan digər xalqların qarşısında Yaradanı müqəddəsləşdirməli və onlara Yaradana inandığını və Ona bütün qəlbi və bütün ruhu ilə xidmət etmək istədiyini deməlidir. Və hətta onlar onunla razılaşmasalar da, o onlara Yaradanı sevmək (öhdəliyini) öz üzərinə götürdüyünü deyə bilər. Və hətta dodaqları ilə tələffüz etdiyi şeydə onda heç bir hiss olmasa da, hər halda insan bədəninin orqanlarının onun rəyi ilə razılaşmamasına təəccüblənməməlidir. O isə əlindən gələni edir: sözlərlə və əməllərlə o, özünü məcbur edərək fəaliyyət göstərə bilər. Və hətta o bunda heç bir hiss keçirməsə də, hər halda o, aşağıdan olan oyanışdan çıxış edərək fəaliyyət göstərir.

Bu barədə deyilmişdi: “Və Mən səni yerinə yetirəcəyin hər bir şeydə xeyir-dua ilə bəsləyəcəm”. Yəni Yaradan sonra onun etdiyi şeyə xeyir-dua göndərəcək. Və hərçənd dəf etməkdən sonra o hər hansı bir xeyir-dua aldığını görmürsə, yəni dəf etməkdən əvvəl olduğundan daha çox Yaradana yaxınlaşma hiss etmirsə, buna görə bədən insandan soruşur: “Sən mənə deyirdin ki, əgər sən öz ağlına üstün gəlsən, Yaradan sənə xeyir-dua verəcək, deməli, bununla sən ruhani olanın mühümlüyünü hiss edəcəksən. Lakin sən görürsən ki, sən işdən əvvəl, özünü məcburiyyətlə nə isə etməyə çalışdığın həmin vəziyyətdəsən”.

Buna cavab gəlir: “Əgər mən xeyir-duanı dərhal hiss etsəydim, onda mən bunu mükafat almaq üçün edərdim”. Bu, Aranın: “Əgər mən İbrahimin kürədən xilas olduğunu görsəm, mən onunla olacam” sözünə bənzəyir. Burada da elədir, o deyəndə: “Mən bədənin iradəsinə zidd olaraq baş əyməyə və xeyirli əməllər etməyə hazıram, lakin o şərtlə ki, bundan sonra məndə mükafat almaq üçün, yəni xoş hiss üçün Yaradana xidmət etməyə dəyəcəyinə dair xoş hiss yaransın”.

Deməli, əgər insan mükafatı məcburi işdən dərhal sonra almaq istəyirsə, o sanki məcburiyyətdən başlayıb ki, sonra ona məcburiyyətlə işləmək lazım gəlməsin. Buradan belə çıxır ki, inamı qəbul edərkən o şərtlər qoyur. Lakin ali malxut-un qəbul edilməsi inamı qeyd-şərtsiz qazanılma olmalıdır. Bu səbəbdən, söhbət inamdan getdikdə, insanın özünü çox aşağı hiss etdiyini və ali malxut boyunduruğunu öz üzərinə götürə bilməyəcəyini demək olmaz. Həmçinin insan deməməlidir: “İndi mənim buna həvəsim yoxdur, mən daha yaxşı həvəsim olacağı vaxtı gözləyəcəm, və o zaman ali malxut boyunduruğunu öz üzərinə götürməyə çalışacam”. Əksinə, bu öhdəlik hər bir insanın üzərinə düşür – ali malxut boyunduruğunu hər bir yerdə və hər bir vaxtda öz üzərinə götürmək.

Və əksinə, söhbət Tövratdan getdikdə, bu, insanın öz alcaqlığını hiss etməli olduğu vaxtdır. Çünki bizim müdriklərimiz dedilər: “Bütpərəstlərə Tövratı öyrətmək olmaz”,  yalnız – İsrailə olar, buna görə də o, əvvəlcə həqiqətən – İsrail olub-olmadığına baxmalıdır. Bu o deməkdir ki, o, Tövratı öyrənməyə layiq olub-olmadığına baxmalıdır. Əgər o, hələ layiq olmadığını görsə, onda layiq olmağa çalışmalıdır, və o zaman o, Tövratı öyrənə biləcək.

Bəs insanın özünü layiq hiss etməsi üçün məsləhət nədən ibarətdir? Məsləhət bizim müdriklərimizin dediyi kimidir. Yaradan dedi: “Mən şər başlanğıcı yaratdım və Tövratı ona qarşı ədviyyat kimi yaratdım”. Başqa sözlə, insan əvvəlcə Tövratı öyrənməlidir ki, Tövrat onun «İsrail» hesab olunmağa başlamasına gətirib çıxarsın. O, «İsrail» xüsusiyyətini qazandıqda isə, o zaman “Yaradanın adları kimi Yaradanın Tövratı” adlanacaq Tövratı öyrənməyə doğru bir pillə yüksələcək. Lakin «İsrail» olmağa layiq olmazdan əvvəl, o, Tövrat və ehkamlarla məşğul olmağa çalışmalıdır ki, bu onu «İsrail»ə çevirsin. O zaman kamilliyə, yəni yaradılışın məqsədi olan Öz yaranmışlarına həzz vermək mənasına gəlmək vaxtı yetişəcək.

Lakin, o, Tövrat və ehkamlarla məşğul olduqda, insan iki xətt – sağ və sol xətt üzrə getməlidir, hansı ki kamillik vaxtı və xisaron vaxtı deməkdir. Çünki, bir tərəfdən, biz Yaradana şükür etməliyik, və şübhəsiz ki, Yaradandan çoxlu xeyir aldığını hiss edən kəs daha çox şükür etməyə qadirdir. Buna görə də, insan Tövrat və ehkamlarla məşğul olduqda – bu, kamillikdə, yəni sanki Yaradan onu Özünə xidmət etmək üçün yaxınlaşdırıb kimi bir vəziyyətdə olmaq vaxtıdır. Lakin insan hələ belə bir hissi olmadığı halda, artıq Padşaha xidmət etdiyini hiss etdiyini deyərək özünü aldatmamalıdır. Əgər belədirsə, onda o, bunu hiss etmədiyi halda, Onu yaxınlaşdırdığına görə Yaradana necə həqiqi mənada şükür edə bilər?

İnsan isə hələ öz eqoizminə batdığına və hələ bilik üzərində heç nə yerinə yetirməyə qadir olmadığına görə ən aşağı vəziyyətdə olmasına baxmayaraq – Yaradanın ona Tövrat və ehkamlarla məşğul olmaq üçün düşüncələr və istəklər verdiyini deməlidir. Və həmçinin ona öz dəlillərini deyən kəşfiyyatçıların xüsusiyyətinə üstün gəlmək üçün bir az güc verib, o isə, buna baxmayaraq, ruhani olanla əlaqəni bir az saxlayır.

Bu vaxt insan buna diqqət yetirməli və Yaradanın onun qayğısına qaldığına və onu Padşahın sarayına aparan yolla apardığına inanmalıdır. Buradan belə çıxır ki, o, Yaradanın onu izlədiyinə və ona həmçinin enişlər də verdiyinə görə xoşbəxt olmalıdır. Yəni insan anlaya bildiyi dərəcədə inanmalıdır ki, Yaradan ona yüksəlişlər verir, çünki, əlbəttə ki, insan yüksəlişləri özünün aldığını deyə bilməz, bəlkə Yaradan onu yaxınlaşdırmaq istəyir; məhz buna görə O ona yüksəlişlər verir.

Həmçinin insan inanmalıdır ki, Yaradan ona enişləri də onu yaxınlaşdırmaq istədiyinə görə verir. Buna görə də, edə biləcəyi hər şeyi o, sanki yüksəliş vəziyyətindəymiş kimi etməlidir. Buna görə də, o, eniş zamanı özünə bir az üstün gəldikdə, bu “aşağıdan oyanış” adlanır. Yerinə yetirdiyi hər bir əməli o, Yaradanın iradəsi hesab edir, bununla da daha böyük yaxınlaşma ilə mükafatlandırılır, yəni insanın özü Yaradanın onu yaxınlaşdırdığını hiss etməyə başlayır.

Necə ki Baal Sulam demişdi, insan sevinc içində olduqda, onda ruhani olanla hansısa bir əlaqənin olduğuna layiq olduğunu hiss etdikdə, belə insanı “xeyir-dualı” adlandırırlar, və “xeyir-dualı olan Xeyir-dualı olana bağlanır”. Yəni insan Yaradanın onu indi xeyir-dua ilə bəslədiyini hiss etməyə başlayır, və o ümumiyyətlə xisaron hiss etmir. Lakin bu, o Tövrat və ehkamlarla məşğul olduqda xüsusilə mühümdür.

Bununla belə, insanın öz vaxtının az bir hissəsini sol xətt üzərindəki işə həsr etməsi lazımdır, çünki bu, ona öz çatışmazlıqları barədə dua etmək imkanı verir. Bu onun üçün lazımdır ki, kamillik vaxtı, insan Yaradana onu bir az yaxınlaşdırdığına görə minnətdar olduqda, bu, sol xətt xüsusiyyətində məşğul olarkən hiss etdiyi öz çatışmazlıqlarının dolmasını almaq vaxtıdır.

Buradan belə çıxır ki, duaya cavab insan dua etdiyi zaman olmayacaq, çünki o zaman o, “lənətlənmiş” vəziyyətindədir, yəni çatışmazlığı olan vəziyyətdədir, kamil isə çatışmazlığı olanla birləşmir. Əksinə, insan özünü kamil hiss etdikdə, lakin kamil olduğunu bildiyi üçün deyil, özünü aşağı hiss etdiyi və ruhaniyyətlə hər hansı bir əlaqəsi varsa, bunu böyük bir xoşbəxtlik saydığı üçün, bundan onda kamillik hissi yarandıqda, baxmayaraq ki, buna da layiq olmadığını deyir, — bu, onun sol xəttdə işləyərkən hiss etdiklərinə dolum ala biləcəyi zamandır.

İndi biz soruşduğumuz şeyi anlaya bilərik, niyə bir tərəfdən deyilmişdir: “Son dərəcə təvazökar ol”. Digər tərəfdən isə yazılmışdır: “Və Yaradanın yollarında onun qəlbi qürurlandı”. Bu isə bir obyektdə iki əkslikdir. Və cavab ondan ibarətdir ki, bunlar bir daşıyıcıda, lakin iki müxtəlif zaman anında olan iki əkslikdir.

Başqa sözlə, insan ali malxut ilə məşğul olduqda, o, bilik üzərində olan inam xüsusiyyətini öz üzərinə götürməlidir. Yəni, bədən bununla razılaşmayanda və ona indi bununla məşğul olmaq vaxtı olmadığına dair çoxlu dəlillər gətirəndə, və ona bilik üzərində olan Yaradana inamdakı bu işə diqqət yetirməyən digər insanların şahidliyini təqdim edəndə. Buna o deməlidir: “Və Yaradanın yollarında onun qəlbi qürurlandı”, və o heç kimə baxmır, bəlkə qətiyyətlə doludur və bunun doğru yol olduğuna əmindir, və onun baxası kimsəsi yoxdur, və bədəninin ona: “Get, digər insanlara bax, gör onların nəyi var, və Yaradanın işində nə qədər çox şey anlayırlar” dediyi şeyi dinləməyə ehtiyacı yoxdur. Və bu barədə “və onun qəlbi qürurlandı” deyilmişdir, onun hamıdan çox anladığı ilə fəxr edərək.

Lakin o, Tövrat və ehkamlarla məşğul olduqda və nəyi öyrəndiyi, nə barədə dua etdiyi haqqında heç bir anlayışının olmadığını gördükdə, bu vaxt ona fəxr etmək və əgər o anlamırsa, Tövrat və ehkamlar məsələlərindən başı çıxmırsa, kitablara hədər yerə baxmağın nə mənası olduğunu demək olmaz. Bu vaxt o, müdriklərimizin dediyi kimi təvazökarlıqda olmalıdır: “Son dərəcədə təvazökar ol”. Başqa sözlə, insan təvəkkül etməli və onda olan bu əlaqənin onu sevindirdiyini deməlidir, çünki o, nə qədər çox insanın ruhaniyyətlə heç bir əlaqəsinin olmadığını görür. Buna görə də burada o, heç nəyə layiq olmadığını hiss etməli və sevinc içində olmalıdır.