<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani əməldə hər bir ot çöpünün üzərində "böyü" deyərək onu vuran yuxarıdan bir idarəedicinin olması nə deməkdir?

Ruhani əməldə hər bir ot çöpünün üzərində "böyü" deyərək onu vuran yuxarıdan bir idarəedicinin olması nə deməkdir?

Rabaş, Məqalə 27, 1990-cı il

Müdriklər demişlər: “Aşağıda elə bir ot çöpü yoxdur ki, yuxarıda onun keşiyini çəkən, ona vuran və “böyü” deyən bir idarəedicisi olmasın”. Zoarda və Bereşit Rabada deyilir: “Ravvin Şimon dedi: “Sənin Göylərdə taleyi olmayan elə bir ot çöpün yoxdur ki, o, ona vurub “böyü” desin”.

Anlamaq lazımdır ki, bu hikmətli sözlər bizə ruhani işdə nəyə işarə edir. Biz dünyamızda görürük ki, bütün məxluqlar rahatlığı sevirlər. Necə ki yazılmışdır (TEs, səh. 20, b. 19): “Məlumdur ki, hər bir budaq kökə bənzərdir, ona görə də kökdə olan hər şey budaq tərəfindən xoş, sevimli və arzuolunan hiss olunur. Kökdə olmayan hər şey isə budaq tərəfindən rədd edilir, dözülməz və nifrətə layiq bilinir. Buna görə də Yaradanda olan və birbaşa Ondan bizə enən hər şey bizim üçün xoşdur. Ona görə də biz rahatlığı sevirik, çünki kökümüzdə hərəkət yoxdur”.

Sual yaranır: Nə üçün o zaman sevmədiyimiz şeyləri edirik? Bizi səy göstərməyə məcbur edən kimdir? Cavab budur ki, yuxarıda əlində çubuq olan, məxluqlara əzab verərək onları vuran bir idarəedici var. Əzabları dözülməz hesab etdiyimiz üçün bu, bizi istirahəti dayandırıb işləməyə məcbur edir. Belə çıxır ki, bu, “məcburi əməkdir”. İnsan aldığı əzablar üzündən əmək sərf etməyə məcbur qalır. Buna görə də biz, bizi böyüməyə məcbur edən İdarəedicinin ehkamlarıni yerinə yetiririk. Əks təqdirdə, insan doğulandan sonra nə fiziki, nə də ruhani cəhətdən inkişaf etmədən elə yerdəcə uzanıb qalardı. Ona görə də məxluqları vuran İdarəedicinin əlindəki çubuq onların inkişaf faktorudur.

Belə çıxır ki, məxluqun inkişafı sayəsində aldığı həzzlərin əldə edilməsi səbəbi, yuxarıda hər bir ot çöpünün böyüməsi üçün, yəni “vuran və böyüməyi əmr edən” bir İdarəedicinin olmasının nəticəsidir. Beləliklə, dünyadakı insanlar tarladakı ot çöplərinə bənzəyirlər və hər biri böyüməlidir.

Ruhani iş nöqteyi-nəzərindən izah etmək lazımdır ki, İdarəedici məxluqlara nə üçün zərbələr endirir. Məxluqlar əzab çəkdikdə irəliyə hərəkət etməyə məcbur olurlar və insanda təbiətən mövcud olan və onun kökündən gələn rahatlıq halında qala bilmirlər. Çünki kök mutləq rahatlıq içindədir. Belə çıxır ki, işə bütün cəhd yalnız əzablar vasitəsilə yaranır.

Lakin anlamaq lazımdır ki, bu əlində çubuq tutan, bütün məxluqların rahatlıq içində qalmaması üçün onlara zərbələr endirən İdarəedici kimdir? Hər kəsi döyülən və böyüməyə məcbur edilən ot çöpü adlandırmaq olar. Bu da kökümüzdə ayırd etdiyimiz ikinci xüsusiyyətdir.

Yaradan bizim həzzlərlə dolu olan kökümüzdür. Ona görə də həzzlərin olmaması bizə əzab gətirir, çünki budaqlar kökdə olana bənzəmək istəyirlər. TES-də deyildiyi kimi: “Kökdə olan hər şey budaq üçün xoş, sevimli və arzuolunan hiss olunur”.

Buna görə də bütün məxluqlar həzzlərə can atırlar və həzsız yaşaya bilməzlər, çünki həzz kökümüzdə qoyulmuşdur. Bu, vuran və böyüməyə məcbur edən idarəedicidir. Necə ki yazılmışdır (bənd 21): “Lakin qazanclar və nemətlərlə dolmamasızlıq içində qalmaq da qeyri-mümkündür. Ona görə də biz qazanclarla dolmağa nail olmaq üçün hərəkətin çoxalmasından gələn əzaba üstünlük veririk”. Belə çıxır ki, insan bu əzabları onu vuran və böyüməyə məcbur edən idarəedicidən alır.

Bu, həm maddi, həm də ruhani aləmdə belədir. Yeganə fərq odur ki, maddi aləmdə ört-basdır yoxdur. Yəni maddi həzzlərdə “göz görür, ürək istəyir”. Əzablarımızın mənbəyi odur ki, biz həzzləri görürük (gözlərimizlə və ya ağlımızla) və buna görə də onları hiss etməyə çalışırıq. Həzz alana qədər keçən bütün müddət ərzində isə biz əzab çəkirik.

Əzablar arzulanan şeyə olan istəyin ölçüsü ilə ölçülür. Dünyamızda olduğu kimi, insan uğursuz sevgi ucbatından özünü öldürür, çünki arzu olunana nail ola bilməməyin gətirdiyi dözülməz əzabları yaşamaq istəmir. Buna görə də o deyir: “Belə həyatdansa ölüm yaxşıdır” – və özünü öldürür. Lakin bu, yalnız maddi dünyada baş verir.

Ruhani aləmdə isə islah məqsədilə elə ixtisar və gizlilik yaradılmışdır ki, insan Tövrat və ehkamlara bürünmüş xeyri və həzz görməsin. Bu, əvvəlcədən belə düşünülmüşdür ki, insanın Yaradan naminə işləmək imkanı olsun, əks halda heç bir seçim azadlığı olmazdı və insan əta etmək naminə işləmək üçün güc tapa bilməzdi. Çünki ürək gözlərin gördüyünə can atır və əzabları susdurmaq üçün insan həzz almaq məqsədilə Tövrat və ehkamları yerinə yetirməyə məcbur olardı, necə ki heyvani ehtiraslar dünyasında baş verir.

Amma indi hər şeyi inamla, bilik üzərində olaraq etmək və demək lazımdır ki, Tövrat və ehkamlar bizim həyatımızdır. Necə ki deyilir: “Qızıldan və çoxlu xalis qızıldan daha arzu olunandır, baldan və şam balından şirindir...”. Əgər hər şey açıq olsaydı, əlbəttə ki, almaq istəyi bu həzzə can atardı və o zaman Tövrat və ehkamları yerinə yetirməyən heç kəs qalmazdı. Yaradanla qovuşmağa layiq olmaq üçün isə hər şeyi əta etmək naminə etmək lazımdır. Ona görə də Tövrat və ehkamlardakı həzz gizlədilmişdir və burada “göz görür, ürək istəyir” demək olmaz.

Belə çıxır ki, ruhani aləmdə əvvəlcə inancı qazanmaq, yəni mükafat və cəzaya inanmaq lazımdır, çünki artıq insanın üzərində onu vurub böyüməyi əmr edən nəzarətçi yoxdur – lakin onu “vuran və böyüməyə məcbur edən” Yaradandan uzaq düşdüyü üçün hiss etdiyi əzabdır, hansı ki Onunla birləşməyi arzulayır, lakin bunu etməyi bacarmır. Məhz bu əzab onu Yaradanla birləşməyə nail olmaq üçün əlindən gələni etməyə məcbur edir.

Buradan belə nəticə çıxır ki, insan hər hansı bir şeyə nail olmaq istəyindən əzab çəkir, özü də yalnız o şeyin onun üçün nə qədər vacib olduğu ölçüsündə. Buna görə də sual yaranır: əgər əzablar olmadan insan irəliləyə bilmirsə, çünki rahatlıq istəyir, o zaman əta etmək naminə işləməyin vacibliyini haradan götürəcək, yəni Yaradanı sevindirməyə necə can atacaq? Əgər o, Onu sevindirməyə gücü çatmadığını görərsə, əzab çəkəcək. Və bu əzablar onu Yaradanla həqiqi qovuşmağa layiq olmaq üçün güc əldə etmək məqsədilə mümkün olan hər şeyi etməyə məcbur edəcək. Bunun haqqında deyilir (Teilim, 94): “Nə bəxtiyardır o insan ki, sən, ey Yaradan, ona əzablar verirsən və öz Tövratını öyrədirsən”.

Buradan anlamaq lazımdır ki, Yaradanın ona əzab verməsi ilə xoşbəxt olan kimdir? İzah etmək lazımdır ki, Yaradan ona Tövratının vacibliyini başa düşməyi bəxş edir və o, Tövrat ilə Yaradanın eyni şey olduğunu, Tövratın Yaradanın adları olduğunu hiss etməyə başlayır. Yaradanın insana hiss etdirdiyi vacibliyin ölçüsündə o, bütün ruhaniyyətdən uzaq düşdüyü üçün əzab hiss etməyə başlayır.

Onda o, buna layiq olmaq üçün ruhaniyyətə can atmağa başlayır. Həmin an uzaq olduğunu hər gördükdə, onu əlindən gələni etməyə məcbur edən əzablar hiss etməyə başlayır, çünki ruhaniyyət olmadan həyatın mənası olmadığını hiss etməyə başlayır.

Belə çıxır ki, ruhani aləmdə də yuxarıda onu vuran, yəni əzablar göndərən nəzarətçi var. Lakin hər kəs Yaradanın ona Tövratın vacibliyini dərk etdirməsinə və bunun onda əzab doğurmasına layiq olmur. Bundan başa düşmək lazımdır ki, “Yaradanın əzablar göndərdiyi insan nə bəxtiyardır” nə deməkdir. Yəni Yaradan ona Tövratın vacibliyini dərk etdirir ki, o, ona tərəf can atsın. “Yuxarıdakı idarəedici onu vurur və böyüməyə məcbur edir” – dedikdə məhz bu əzablar nəzərdə tutulur. Bu, həm maddi, həm də ruhani aləmdə belədir.

Zoar kitabında da bu barədə yazılmışdır: “Yer üzündə elə kiçik bir ot çöpü də yoxdur ki, yuxarıda, ali aləmlərdə onun üzərində Ali qüvvə olmasın. Hər kəsin etdiyi hər şey və hər kəsə edilən hər şey, onun üzərinə təyin edilmiş Ali qüvvənin getdikcə güclənən təsiri nəticəsində baş verir. Onlarda qəbul olunan hər şey hökmlə müəyyən edilir, hökmlə hərəkətə gətirilir və hökum sayəsində mövcuddur. Öz mövcudluğunun çərçivəsindən çıxan heç kəs yoxdur”.

İzah etmək lazımdır ki, hər şey Fərdi İdarəetməyə uyğun olaraq baş verir və aşağıdakıların Ali İdarəetmənin hərəkət etdiyi qanunların çərçivəsindən çıxmasına imkan verən heç bir azadlığı yoxdur. Ruhani işdə -hər bir insan kiçik bir dünyadır və “aşağıda elə bir ot çöpü yoxdur ki, yuxarıda onun idarəedicisi olmasın” o deməkdir ki, insana gələn elə bir arzu və ya fikir yoxdur ki, o, Ali qanunlara uyğun olmasın. Buna görə də Yaradana işləyərkən hiss etdiyimiz bütün ağırlıq qarşılaşdığımız ziddiyyətlərdən ibarətdir. Yəni, bir tərəfdən deyirik ki, hər şey insanın işindən asılıdır və əvvəlcə o deməlidir: “Əgər mən özüm üçün etməyəcəyəmsə,kim mənim üçün edəcək?”. Belə çıxır ki, hər şey insanın əlindədir və bu, cəza və mükafat məsələsidir.

Digər tərəfdən demək lazımdır ki, hər şey yuxarıdan gəlir, necə ki Zoar kitabında yazılmışdır: “Yer üzündə elə kiçik bir ot çöpü də yoxdur ki, onun üzərində Ali qüvvə olmasın”. Bu o deməkdir ki, hər şey Ali İdarəetməyə uyğun olaraq baş verir və aşağıdakıların hər hansı bir şeyi dəyişmək üçün heç bir imkanı yoxdur. Və bu iki ziddiyyət RAMBAM-ın sözləri ilə həll olunur ki, bunu anlamaq bizim gücümüz daxilində deyil, lakin bunun belə olduğuna inanmalıyıq.Ruhani işdə biz məqsədin vacibliyini dərk etmək hesabına irəliləyirik, bu da müdrikərin dediyi kimi, Tövrat vasitəsilə gəlir. Çünki insan “lo lişma”da olduğunu görsə belə, hər halda Tövratda olan nur onu Mənbəyə qaytarır. Yəni nurun sayəsində o, Tövratnın vacibliyini əldə edir.

Və onda insan “hər bir ot çöpünü idarə edən, onu vuran və böyüməyə məcbur edən idarəedici” anlayışını dərk etməyə gelir. Yəni o, Yaradanla birləşməkdən uzaq düşdüyü üçün əzab hiss etməyə başlayır. Və bu əzablar onu Yaradanla qovuşmağa nail olmaq üçün əlindən gələni etməyə sövq edir.

Belə çıxır ki, insan “lo lişma” ilə başlamalıdır (baxmayaraq ki, “lişma”ya çata bilmədiyini görür), çünki inanır ki, bununla “lişma”ya gəlib çıxacaq. Əgər o, “lo lişma”da olursa, Tövratın nurunu alır və bununla “lişma”ya çatmağa layiq olur.

Əzablarla bağlı isə Zoarda yazılanları burada qeyd edək: “Çünki müdriklər dedilər: Onun göyü və yeri yaratdığı gün olduğu qədər heç vaxt sevinci olmamışdır”. Lakin insan tam və mükəmməl qayıdışa – “sevgidən qayıdışa” layiq olana qədər bu böyük sevinci Yaradanla bölüşə bilməz.

Lakin bundan əvvəl nə onun özü, nə də dünyadakı bütün məxluqlar sevinməyəcək. Əksinə, insanın törətdiyi günahlar ucbatından qarşısında bəla və ağrılarla – həm cismani, həm də ruhani ağrılarla dolu bir dünya görəcək. Bütün bunlar ona gətirib çıxarır ki, dünya yalnız əta etmək naminə, yəni özünə deyil, Yaradana həzz vermək üçün Tövrat və xeyirli əməllərlə məşğul olmaq üçün yaradılmışdır.

Lakin əvvəlcə “insan çöl eşşəyi kimi doğulur”, yəni onun bütün marağı özünün həzz almasıdır. Ona görə də Yaradan elə etdi ki, insan doğulduğu anda özü üçün almaqdan ağır və acı əzablar hiss etsin – həm cismani, həm də ruhani ağrılar. Əgər Tövrat və ehkamlarla məşğul olsalar, hətta öz həzzləri üçün olsa belə, hər halda ondakı nurun köməyi ilə özü üçün almaq istəyinin təbiətinin nə qədər qorxunc dərəcədə alçaq və xarab olduğunu hiss edəcəklər. Və o zaman ürəyini bu eqoist təbiətdən azad edəcək və onu tamamilə Yaradana əta etmək işinə həsr edəcək. Və o zaman Yaradan onun gözlərini açacaq və o, qarşısında tam mükəmməlliklə dolu bir dünya görəcək.

 

İnsanın Yaradana tam qayıdışına qədər çəkdiyi maddi və ruhani əzablarına iki cür yanaşma var:

 

  1. “Yaradanın etdiyi hər şey xeyir üçündür”. Çünki insan görür ki, əgər özünə həzz vermək təbiətinə qərq olduğundan yaşadığı bu qorxunc ağrılar və əzablar olmasaydı, o, heç vaxt Yaradana qayıdışa layiq olmazdı. Ona görə də o, xeyri alqışladığı kimi şəri də alqışlayır. Yəni şər xeyirə gətirib çıxarır.
  2. “Bu da xeyir üçündür”. Yəni bütün pislik təkcə yaxşı nəticəyə gətirib çıxarmır, həm də bu pisliyin özü xeyirə çevrilir. Yaradanın bütün bu pisliyi işıqlandırdığı böyük nurlar sayəsində o, dəyişir və xeyirə çevrilir.

 

Belə çıxır ki, insanın bütün irəliləyişi yalnız o zaman baş verir ki, o, indiki halında əzablar hiss edir. Çünki məhz bu onu irəliyə hərəkət etməyə məcbur edir.

Müqəddəs Arinin dediyini də bununla izah etmək lazımdır ki, “MAN – “mey nukvin” (qadın suları) yüksəlişi olmadan heç bir pilləyə qalxmaq qeyri-mümkündür”, burada “nukvin” anlayışı xisaron (çatışmazlıq) deməkdir. “Göylər” – Malxutu özündə birləşdirən Binadır, Malxut isə xisaron, “nukva” – “dəlik” (nekev) sözündəndir. Buna görə də Ali aşağıdakına ona çatışmayanı verməyə borcludur.

Və “nur bu dünyaya yalnız Sonsuzluqdan gəldiyi üçün”, Ali aşağıdakı üçün nur almaq məqsədilə pilləyə qalxır. İzah etmək lazımdır ki, ruhani işdə “ali” və “aşağı” iki vəziyyəti bildirir, burada birinci vəziyyət ali, ikinci isə aşağı adlanır. Yəni, əgər insan indiki halında heç bir çatışmazlıq hiss etmirsə və razılıq duyursa, aydındır ki, onun ruhaniyyətdə irəliləməyə heç bir ehtiyacı yoxdur. Çünki o, onu irəliyə hərəkət etməyə sövq edəcək heç bir çatışmazlıq görmür.

Ona görə də, əgər insan uğur qazanırsa, indiki halında xisaron tapır. Belə bir qayda var: “hər bir vəziyyət ali və aşağı adlanır”. Belə çıxır ki, insan cari halında xisaron aşkar etdikdə, bu, ikinci və ya “xisaron halı” adlanır. Və bu xisaronu doldurmaq ehtiyacı, “aşağı” adlanaraq, insanı əvvəlki vəziyyəti tərk etməyə və indiki zamanda hiss etdiyi xisaronu islah etməyə çalışamağa məcbur edir.

Ruhani işdə bu o deməkdir ki, aşağıdakının MAN-ı (mey nukvin) Alinin növbəti pilləyə, daha inkişaf etmiş vəziyyətə qalxmasına kömək edir. Müqəddəs Ari məhz bunu demişdir ki, aşağıdakı öz MAN-ı ilə Alinin qalxmasına səbəb olur. Belə çıxır ki, yalnız əzablar adlanan xisaronlar yüksəlişlərə gətirib çıxarır, çünki həmişə bizi irəliyə hərəkət etməyə məcbur edirlər.

Deyilənlərlə müdriklərin sözlərini izah etmək lazımdır. “Ravvin Yeoşua ben Levi dedi: “İnsana gələn və onu Tövrat sözlərindən uzaqlaşdıran bütün əzablar – cəza əzablarıdır, Tövrat sözlərindən uzaqlaşdırmayan əzablar isə – sevgi əzablarıdır. Necə ki yazılmışdır: “Yaradan kimi sevir – cəzalandırır””.

Yuxarıda deyilənləri başa düşmək çətindir. Əgər Yaradan onu sevirsə, onda niyə ona əzab verməlidir? Ağıl tələb edir ki, və necə ki biz görürük, əgər insan yoldaşını sevirsə, ona hədiyyələr bağışlayır və başqasını sevənin ona əzab verməsi mümkünsüzdür. Lakin əzablar olmadan insan rahatlıqda qalmaq istəyir, çünki kökümüz mütləq rahatlıq içindədir. Və yalnız “vuran və böyüməyə məcbur edən idarəedici”, yəni yalnız əzablar insanı rahatlıq həzzindən imtina etməyə və yeni bir şey əldə etməyə çalışamağa məcbur edir.

Lakin əgər o, əzab çəkmirsə, o zaman əvvəl olduğu vəziyyətdə də qalır. Məsələn, bir otaqda yaşamış, evlənmiş, lakin təbiətən tənbəl olan, yəni rahatlığı adətindən çox sevən bir insan. O, subay olaraq bir otaqda yaşamağa razı idi və evləndikdən sonra da eyni şəkildə yaşamağa davam edir.

Lakin onun bir neçə uşağı dünyaya gələrsə, o, evdə darısqallıq hiss edir və bir otaqda yaşadığı üçün əzab çəkməyə başlayır. Onda əzablar onu əlavə vaxt işləməyə, yəni bir neçə otaqlı mənzil əldə etmək üçün adət etdiyindən daha çox səy göstərməyə məcbur edir.

Ruhani işdə də eynidir. Məsələn, insan uşaqlıqdan atasından Tövrat və ehkamların vacibliyini almışdır. Ata ona ruhaniyyətin nə olduğunu, “Yaradan naminə” işləməyin nə demək olduğunu nə qədər başa salmışdısa, bu ona Tövrat və ehkamları yerinə yetirib işləməyə bəs edirdi. Lakin o böyüdükdə, evləndikdə və müstəqil olduqda, artıq uşaqları olur və bilir ki, onları tərbiyə etməli, onlara Göylərdən qorxu aşılamalıdır; o zaman o, özü ilə hesablaşır ki, tərbiyə almağa başladığı 9 yaşlı uşaq və ya “bar-mitsva” yaşı olan 13 yaşlı uşaq olduğu dövrlə müqayisədə indi nə qədər çox anlayır və hiss edir.

Və o zaman görür ki, o, qətiyyən irəliləməyib və deyə bilməz: “İndi mən uşaqlığıma nisbətən Tövrat və ehkamların vacibliyini daha yaxşı başa düşürəm”. Əgər o, bundan əzab çəkməyə, ruhani inkişafında gecikdiyini hiss etməyə başlasa – illərə görə böyük, lakin uşaqlıqda olduğu ruhaniyyət anlayışı ilə Tövrat üzrə uşaq kimi mühakimə yürütdüyünü görsə – o zaman başa düşür ki, insanın irəliləməli olduğu kimi irəliləməyib. Belə çıxır ki, o, özünü kiçik uşaq kimi hiss edir. Və bu əzablar onu böyüyüb insan olması üçün (ruhani işdə uşaq olaraq qalmamaq üçün) özünə onu öyrətməyə qadir olan bir müəllim tapmaq məqsədilə səy göstərməyə məcbur edir.

Deyilənlərdən başa düşəcəyik ki, müdriklər insanı Tövratdan uzaqlaşdırmayan əzabları nə üçün sevgi əzabları adlandırdılar – çünki yazıldığı kimi: “Yaradan kimi sevir – cəzalandırır”. Yəni, bu əzablar insana Tövrat və ehkamlarda irəliləmək ehtiyacı verir, bu da onları uşaqlıqda başa düşdüyü kimi deyil, böyük insana layiq olduğu kimi başa düşmək deməkdir.

Belə çıxır ki, əzablar onu kiçik uşağın səviyyəsində deyil, insanın səviyyəsinə uyğun olaraq oxumağa, Tövrat və ehkamlarla məşğul olmağa sövq edir. Necə ki deyilir: “Siz xalqlar deyil, insan adlanırsınız”, burada “insan” anlayışı altında “danışan” nəzərdə tutulur. Yəni o, heyvanların qidasını özünə götürmür, insana layiq olanla qidalanır. Bu, insanı Tövratdan uzaqlaşdırmayan, əksinə onu Tövrat və ehkamları dərk etməyə istiqamətləndirən sevgi əzabları adlanır.