<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə "Ey İsrail öz Yaradanına qayıt" nə deməkdir?

Ruhani işdə "Ey İsrail öz Yaradanına qayıt" nə deməkdir?

Məqalə 2, 1991

Yazı belə deyir: «Ey İsrail, öz Yaradanına [hərfi mənada: Yaradana qədər] qayıt, çünki günahın ucbatından büdrədin; sözləri özünüzlə götürün və Yaradana qayıdın, Ona deyin: "Bütün günahları bağışla və bu nemətləri qəbul et; öküzlərin əvəzinə isə dodaqlarımızın sözlərini qurban gətirəcəyik"»¹.

Başa düşmək lazımdır ki, «çünki günahın ucbatından büdrədin» ilə «ey İsrail, öz Yaradanına qayıt» arasındakı əlaqə nədən ibarətdir? Həmçinin «Ona deyin: "Bütün günahları bağışla"» nə deməkdir?

Müdriklərin dediklərini də dərk etmək lazımdır: «Şöhrət taxtına qədər çatan qayıdış çox böyükdür, necə ki, deyilir: "Sənin Yaradanına qədər"»².

Məlumdur ki, ruhani işin qaydası iki kateqoriyaya bölünür:

 

  1. Ümumi kateqoriyaya aid olanlar. Cəmiyyətin işi əməllər xassəsində yerinə yetirilir, niyyət üzərində isə işləmirlər, yəni əta etmək xatirinə niyyət yoxdur. Buna görə də əməllər kateqoriyasında hər kəs az-çox hər şeyin qaydasında olduğunu düşünür. Və hər kəs inanır ki, əlbəttə, insanın kamil olması qeyri-mümkündür. Adətən insan özünü kamil hesab edir, lakin yoldaşlarına baxdıqda onların çatışmazlıqlarını və nəyinin səhv olduğunu görür. Ancaq onun özündə hər şey qaydasındadır.
  2. Hətta əgər onda hər hansı bir çatışmazlıq varsa, o özünə belə haqq qazandırır ki, «Yer üzündə elə bir saleh yoxdur ki, yaxşılıq etsin və günah işləməsin»³ desinlər. Buna görə də o da, əlbəttə ki, çatışmazlıqlara malikdir. Həmçinin o, alçaldılmaqdan çox ehtiyat edir, necə ki, müdriklər demişlər: «Ruhən bacardığınız qədər təvazökar olun»⁴. Lakin o, digərlərindən nə qədər uca olduğunu görür və buna baxmayaraq müdriklərin inancına inanır. O, bilik üzərində inanır ki, ehtiyac halındadır və başqalarından pisdir. Lakin bu, onda bilik üzərində inam xassəsindədir.

 

Deməli, ümumi kateqoriyaya aid olan o insanlar Tövratla məşğul olarkən günahın vəhdətini və digərlərindən pis olduqlarını hiss etməyə qadir deyillər. Ümumiyyətlə, onlar öz işlərindən razıdırlar. Buna görə də Elul ayı və tövbənin on günü gəldikdə, tövbə vaxtı gəlib çatanda onların çoxlu işi olur — özlərində günahlar tapıb onlardan tövbə etməlidirlər.Əks təqdirdə, onlar ali mühakimə qarşısında dayanacaqlar və onları, düşünməsi belə dəhşətdir, əməllərinə görə cəzalandıra bilərlər. Onlar anlayırlar ki, bəlkə də öz fikirlərinə görə layiq olduqları mükafatı onlara verməyə bilərlər. Yəni, qoy mükafatlar az olsun. Ancaq təki cəza olmasın, bundan söhbət belə gedə bilməz. Onların özləri bilirlər ki, Tövratla çox məşğul olublar və çoxlu ehkamlar yerinə yetiriblər.

Ancaq şəxsi kateqoriyada işləyənlər, yəni Yaradanla qovuşma xassəsinə layiq olmaq istəyənlər anlayırlar ki, riayət etdikləri Tövrat və ehkamlar yalnız 613 məsləhətdən ibarətdir — Yaradanla qovuşmağa necə nail olmaq olar. Başqa sözlə, onların Yaradana həzz əta etməkdən başqa heç bir qayğısı yoxdur, öz şəxsi qazançları barədə isə narahat olmurlar.

Bədən isə, əlbəttə ki, əsaslandırılmış iddialar irəli sürərək buna etiraz edir və təsdiq edir ki, onun iddia etdiyi hər şey düzgündür. Və insana bütün dünyadan sübutlar təqdim etməyə başlayır ki, heç kim özü üçün almaq istismarından əl çəkib yalnız Yaradan xatirinə hərəkət etmək üçün öz istəyinu ləğv etmək yolu ilə getmir. Və insan arzu etmənin onun fikirlərinə gətirdiyi və inanca zidd olan bu günahı dəf etmək istəyir. Bu da Fironun: « Yaradan kimsidir ki, mən onun səsini dinləyim?»⁵ dediyi iddialardır.

Və beləliklə, insan inamsızlıq günahına büdrəyir. Və insan bunu nə qədər dəf edirsə, bu, onda bir o qədər yenidən güclənir. Yəni, insan Yaradana, Onun xeyirxah və xeyir verən xassəsindəki idarəetməsinə inanmaq istədikdə, bədən ona bunun əksini göstərir. Və necə olursa olsun, o, həmişə uğursuzluğa düçar olur və görür ki, bunun sonu görünmür, o, yüksəlişlər və enişlər içindədir və bundan sonra nə edəcəyini bilmir.

Və bu barədə deyilir: «Ey İsrail, sənin Yaradanına qədər qayıt». Niyə məhz «sənin Yaradanına qədər» demək lazım idi? Ona görə ki, «günahın ucbatından büdrədin». Yəni, inadkar inam günahı ucbatından büdrədiyinə görə, sən indi özünü bütün dünyada ən aşağı insan kimi hiss edirsən, çünki səndə olan fikirlər və arzular heç kimdə yoxdur və heç kim belə aşağı vəziyyətdə deyil. Və sən hiss edirsən ki, ruhaniyyətdən çox uzaqsan..

Yəni dünyəvi insanlar ruhaniyyətdən uzaq olduqlarını demirlər, çünki ümumiyyətlə dünyada ruhaniyyətın olduğuna inanmırlar. Həmçinin Tövrat və ehkamlara inanan dindarlar da uzaqlaşdıqlarını hiss etmirlər, çünki hər kəs özünü az-çox qaydasında hiss edir. Əgər özündə hər hansı bir çatışmazlıq görürsə, əlbəttə ki, özünə haqq qazandırır.

Əsasən də insan görür ki, bütün dünya rahatlıq içindədir, o isə uğursuzluqlar və günahlarla dolu vəziyyətdədir. Və o, belə bir vəziyyətdən çıxış yolu görmür. Və buna görə də ona «qayıt, ey İsrail»dən başqa heç bir yol qalmır. İnsan Yaradana qayıtmalı və nə qədər ki, O, «sənin Yaradanın» olmağa layiq görülməyib Orucundan əl çəkməməlidir. Başqa sözlə, tam inama layiq olmasa, əks halda öz uğursuzluqları ilə qalacaq. Ona görə də yuxarıdan ona mərhəmət edib «əta etmək istəyi» adlanan gücü verənə qədər, insan əlindən gələni etməyə çalışmalıdır.

Və bundan «özünüzlə sözlər götürün» ifadəsini başa düşəcəyik. Yəni bədənin sizə dediyi, Yaradan xatirinə işləməyə dəyməz deyə iddia etdiyi o sözləri — məhz bu şeyləri Yaradana qayıtdığınız zaman özünüzlə götürün. Ona dedilər: «Bütün günahları bağışla». Çünki bədənin bəhs etdiyi bu şeyləri biz dəf etməyə qadir deyilik. Yaradana qayıtdığınız zaman onları özünüzlə götürməlisiniz.

Və deyirlər «hamı», çünki yalnız Sən hər şeyi edə bilərsən, Sən bizə «əta etmək istəyi» adlanan ikinci təbiəti verə bilərsən. Sən «günahı bağışlayırsan», yəni Sən bizim günahlarımızı qəbul edib onları düzəldə bilərsən. Yalnız Sən bizim günahlarımızı bağışlayırsan, bizim isə buna heç bir gücümüz yoxdur.

Lakin biz inanırıq ki, bədənin bəhs etdiyi bütün bu şeyləri ona Sən vermisən və əlbəttə ki, bütün bunları bizə Sən göndərmisən. Və bütün bunlar, şübhəsiz ki, bizim xeyrimiz üçündür. Buna görə də deyilmişdi: «Bütün günahları bağışla və bu nemətləri qəbul et». Yəni Sənin bizə göndərdiyin bu neməti geri götür. Yəni bədənin Yaradana qarşı dediyi o şeyləri. Sən bizə «əta etmək istəyi» adlanan başqa bir təbiət verməyə borclusan. Əks halda biz məhv olacağıq, çünki günahlarla doluyuq.

Deyilmişdir: «Öküzlərin əvəzinə dilimizin sözlərini gətirəcəyik». Biz «dilimiz» vəziyyətindəyik, bu həm də «sonluqda», yəni müqəddəslikdən kənarda deməkdir. Və istəklərimizə görə müqəddəslikdən kənarda olduğumuz üçün Səndən təvəqqe edirik ki, «öküzlərin əvəzinə dilimizin sözlərini qəbul et». Yəni, kənarda, sonda ola-ola biz «öküzlər» xassəsi olan bəhrələri doldurmaq istəyirik, çünki deyilib ki, yaxşı əməllərinizdə «artın və çoxalın».

Və deyilənlərdən başa düşəcəyik ki, müdriklərin yazdıqları nə deməkdir: «Şöhrət taxtına çatan qayıdış çox böyükdür». Ümumi kateqoriyaya aid olan o insanlara gəldikdə isə — onlar günahlarla dolu olduqlarını hiss etmirlər. Günah «ilkin günah» deməkdir. Çünki onlar inanca malik olduqlarını hiss edirlər, onlarda hər şey qaydasındadır. Baxmayaraq ki, TES-ə Ön sözdə izah olunduğu kimi, onların yalnız qismən inancı var, çünki onlar bunu hiss etmirlər.

Və buna görə də hesab edirlər ki, kamil vəziyyətdədirlər. Ancaq yalnız bir hakimiyyətə — Vahidin hakimiyyətinə sahib olmaq istəyən, yəni öz şəxsi hakimiyyətini, «almaq istəyini» ləğv etmək istəyən,  yalnız Yaradanın idarəetməsinin açılmasını istəyən şəxsi kateqoriyaya aid olan insanlar isə fərqlidir. Və onlar bədənin buna nə qədər etiraz etdiyini hiss edirlər, lakin onlar tövbə etmək, yəni Yaradana qayıtmaq istəyirlər. Və bu qayıdış, tövbə şöhrət taxtına çatır..

Lakin başa düşmək lazımdır ki, ruhani işdə «şöhrət taxtı» nə deməkdir. Məlumdur ki, malxut Zoar kitabına Ön sözdə (35:21) deyildiyi kimi «şöhrət taxtı» adlanır:

«Çünki taxt iki xassəyə malikdir:

 

  1. O, Padşahı gizlədir, necə ki, deyilir: "Özünə qaranlığı örtük etdi"⁶. Və buna görə də o, kürsü, taxt (kisэ כיסה – "örtük (kisuy כיסוי)" sözündən) adlanır;
  2. O, aləmlərdə Malxutun əzəmətini açır, necə ki, deyilir: "Və bu taxtın surəti üzərində insana bənzər bir surət var idi"⁷.

 

Və biz inanmalıyıq ki, baş verən ixtisar və gizlilik yaradılışlar üçün islahdır. Yəni məhz gizlilik və örtük vasitəsilə yaradılışlar kamil olmağa nail ola biləcəklər. Və dünyanı xeyirxah və xeyir verən xassədə idarə edən Yaradanın hakimiyyətinə bilik üzərində inamla inanmaq lazımdır. Lakin biz bunu görmürük, çünki xeyirxah və xeyir verən idarəetmə bizdən gizlədilib, biz isə inanmalıyıq ki, idarəetmə həqiqətən də xeyirxahdır və xeyir verir, baxmayaraq ki, bunu gizlədən örtük mövcuddur.

Və yenə də bədən buna etiraz edərək iddia edir ki, «hakimin gözünün gördüyündən başqa heç nəyi yoxdur»⁸ və bilik üzərində inanmağa dəyməz. Lakin insan bədənin iddialarını dəf etmək istəyir. Bu iş ağırdır. Onda həm yüksəlişlər, həm də enişlər var.

Və o zaman insan Yaradana kömək üçün qışqırır ki, bu örtüyü üzərinə götürə bilsin və idarəetmənin hələ görməyə layiq olmasa da, əslində xeyirxah və xeyir verən olduğuna inana bilsin. Nəticədə bu iş sayəsində insan taxt üçün bir arabaya çevrilir, yəni tam gizliliyə baxmayaraq bu taxtı üzərinə götürür. Və o zaman bu taxt «Yaradanın şöhrət taxtı» xassəsinə çevrilir. Yəni şəxsin özü Şxinanın məhz bu taxtda əyləşməsinə layiq olur.

Beləliklə, insan əvvəllər «Şxina kül içində» pilləsində olarkən örtük olan «taxt» xassəsində hansı dərəcədə idisə, indi eyni dərəcədə «(Yaradanın) şöhrət taxtı» pilləsində olur. Və deyilir ki, taxt Padşahı gizlədən örtükdür — necə ki, deyilib, «Özünə qaranlığı örtük etdi»⁹. Yəni taxt görünmür və o, qaranlıq xassəsindədir. Və qaranlığı dəf edib demək lazımdır: «Onların gözləri var, lakin görmürlər»¹⁰.

Buradan belə çıxır ki, «taxt» (gizlilik) zamanı bu vəziyyət «günahın ucbatından büdrədin» adlanır. Və bu «taxt» vəziyyətində yüksəlişlər və enişlər mövcuddur. Və insan bu işin sonunu görmür. O, fasiləsiz olaraq gah geri, gah da irəli hərəkət edir. Çünki gizlilik zamanı insana bunu dəf etmək və Yaradanın xeyirxah və xeyir verən xassəsində hərəkət etdiyini söyləmək çətindir.

Buna görə də insan üzərinə düşür ki, qayıdışa, yəni «Özünə qaranlığı örtük etdi» xassəsi olan gizlilikdən — izah olunduğu kimi, dünyalarda Malxutun əzəmətini açan taxtın ikinci xassəsinin: «Və bu taxtın surəti üzərində — üzərində insana bənzər bir surət var idi» açılacağı vəziyyətə gəlib çıxsın.

Deyilmişdir: «Şöhrət taxtına çatan qayıdış çox böyükdür», bu o deməkdir ki, qayıdış elə bir həddə olmalıdır ki, insan ikinci xassəyə — «taxta», yəni «(Yaradanın) şöhrət taxtına» layiq olsun. Və bu barədə deyilir: «Ey İsrail, öz Yaradanına qayıt».

«Çünki günahın ucbatından büdrədin» ifadəsini belə şərh etmək lazımdır: insan Yaradana nisbətdə Ona zidd olan almaq istəyindan ötəri Yaradandan ayrıldığı üçün tövbə etmək istədikdə və o zaman xassələrdə bənzərlik əldə etmək üçün Yaradanla birləşmək istədikdə o, görür ki, «bizim Yaradanımız gizlədilib».

Yəni o, Yaradan xatirinə, Onun xeyri üçün nəsə etmək istədikdə «gizliliyin» dadını hiss edir. Və bütün işin dadı və mənası ondan gizlədilib. Lakin «bizə və oğullarımıza» adlanan şəxsi qazanc xatirinə işlədikdə, orada dad bizim üçün açılır. Deməli, «gizli» və «açıq» «dad» deməkdir.

Yəni insan Yaradanın xatirinə, yəni «bizim Yaradana» adlanan işlə məşğul olduqda işdəki dad gizli olur. Lakin özü üçün olanda isə bu, «bizə və oğullarımıza» adlanır və o zaman dad «açıq» adlanır, işə olan dad hiss olunur. Deməli, bu da bizi günahlara gətirib çıxarır. Və bu barədə deyilmişdir: «Çünki günahın ucbatından büdrədin». Və insana Yaradana qayıtmaqdan başqa heç nə qalmır. Və bu barədə deyilmişdir: «Bütün günahları bağışla və bu nemətləri qəbul et».

Və qidanın xeyir-duasında yazılanları deyilənlərlə izah etmək lazımdır: « Yaradanın və insanın gözündə mərhəmət və lütf tapacaqsan»¹¹. Və başa düşmək lazımdır ki, insanın gözündə lütf tapmaq üçün Yaradandan nə üçün təvəqqe etmək lazımdır. İnsanların bizə hörmət etməsi və bizi ucaltması nəyi nəzərdə tutur? Bunun işlə nə əlaqəsi var? Həmçinin Onun gözündə mərhəmət tapmağı Yaradandan təvəqqe etməyimiz nə deməkdir? Biz Ondan istəyirik ki, bizə «Adam» xassəsini versin. Çünki təbiətinə görə insan gematriyada (rəqəmsal dəyərdə) «heyvan» demək olan BON xassəsinə malik «malxut» adlanan almaq arzusu ilə yaradılmışdır.

Buna görə də biz Yaradanın gözündə lütf diləyirik ki, O, müdriklərin dediyi kimi, bizə «Adam» xassəsini əta etsin: «Siz xalqlar deyil, insan (Adam) adlanırsınız»¹². Gematriyaya görə Adam M"A deməkdir ki, bu da əta etmək xassəsidir. Yəni biz Yaradanın gözündə mərhəmət tapmağı təvəqqe edirik ki, O, bizə «Adam» xassəsini versin. Və bu barədə deyilmişdir: « Yaradanın və insanın gözündə mərhəmət və lütf tapacaqsan» ki, O, bizə Adam xassəsini əta etsin.

Belə çıxır ki, insan yalnız bir şey üçün dua etməlidir — Yaradan onu yaxınlaşdırsın. Çünki ruhaniyyətdə «yaxınlaşma»- xassələrin bənzərliyi adlanır. Yəni o, istəyir ki, Yaradan ona «ikinci təbiət» adlanan əta etmək istəyini versin.

Və bununla da «Sınıq ürəkləri sağaldan»¹³ kəlamını izah edəcəyik. Və «sınıq ürəkləri sağaldan» nə deməkdir-başa düşmək lazımdır. Məlumdur ki, insanda əsas şey ürəkdir, necə ki, müdriklər demişlər: «Yaradan ürəyi arzulayır»¹⁴. Yuxarıdan müqəddəslik alan qab, kli «ürək» adlanır. Və kelimlərin sınağından öyrəndiyimiz kimi, əgər kli sınıbsa, ona düşən hər şey çölə çıxır.

Həmçinin sınıq ürəklə də, yəni almaq istəyinin ürəyə hakim olduğu zaman elə olur ki, onun evinə heç bir xeyir daxil ola bilməz, çünki almaq istəyinin qəbul etdiyi hər şey klipotlara gedir. Və bu, «sınıq ürək» adlanır. Buna görə də insan Yaradana dua edərək deyəndə ki: «Sən mənə kömək etməyə borclusan, çünki mən hamıdan pisəm, çünki hiss edirəm ki, almaq istəyi ürəyimə hakimdir və buna görə də müqəddəslikdən heç nə ürəyə daxil ola bilmir. Mənə heç bir ifrat şey lazım deyil, təki Yaradan xatirinə heç olmasa nəsə edə bilim, mənim isə heç bir imkanım yoxdur. Ona görə də yalnız Sən məni xilas edə bilərsən».

Və bununla da «Yaradan sınıq ürəklilərə yaxındır»¹⁵ kəlamını izah etmək lazımdır. Deməli, bu, ürəklərinin sınıq deyil, kamil və bütöv olması üçün Yaradandan kömək istəyən o insanlardır. Və bu, yalnız insan əta etmək istəyinə layiq olacağı təqdirdə mümkündür. Və buna görə də o, Yaradandan təvəqqe edir ki, O, ona əta etmək istəyinə bəxş etsin, çünki görür ki, bu dünyada onun heç nədə çatışmazlığı yoxdur, yalnız Yaradan xatirinə əməllər etməyə gücü çatmır. Deməli, o, yalnız Yaradana yaxınlaşmağı təvəqqe edir. Və bir qayda mövcuddur: ölçüyə görə ölçü («Ləyaqətə görə əvəz»). Buna görə də Yaradan ona yaxınlaşır. Və bu barədə deyilmişdir: «Yaradan sınıq ürəklilərə yaxındır».

Və deyilənlərdən «O, bütün sümüklərini qoruyur, onların heç biri sınmayıb»¹⁶ kəlamının mənasını başa düşəcəyik. İnsanın sümüyü (həmçinin «mahiyyəti») — ürəkdir, yəni onun ürəyində yerləşən arzudur. Və hər dəfə yüksəlişlərdə və enişlərdə insanın arzuları dəyişir. Və Yaradan bu arzuları qoruyur ki, almaq istəyi ruhani arzularla qarışmasın.

Və yazılan «Onların heç biri sınmayıb» — kəlamı o deməkdir ki, almaq istəyi kelim-lərin sınmasına kömək edir və Yaradan onları qoruyanda, yəni insana «əta etmək istəyini» verərək onu «xassələrə görə bənzərlik» adlanan şeylə yaxınlaşdıranda — buna «Yaradan qoruyur» deyilir, necə ki, deyilib: «Yaradan sadəlövhləri qoruyur»¹⁷. Yəni özünü sadəlövh hiss edən, Sitra Axranın (almaq istəyinin) hakimiyyəti altında yıxılmaqdan özünü qorumaq üçün ağlı olmayan, Yaradandan onu qorumasını təvəqqe edən kəsi. Belə çıxır ki, insan aşağıdan «istək» və kli adlanan oyanış yaradır və o zaman Yaradan ona nur göndərir.

Lakin insan yüksəliş vəziyyətində olanda düşünür ki, Yaradanın köməyinə ehtiyacı yoxdur, çünki onda indi hiss etmək üçün bünövrə var və bu, onun «bilik» xassəsinə malik olması deməkdir. Və indi o, hansı məqsədlə işlədiyini bilir. Onun işi artıq bilik üzərində yerinə yetirilmir, onda artıq söykənmək üçün bünövrə var. Yəni bu hiss onda yaxşı vəziyyət kimi hiss olunur. Və bu bünövrə əsasında o, öz işini müəyyənləşdirir.

Və o zaman dərhal onu yuxarıdan aşağıya atırlar, sanki soruşurlar: «İşinin nədən ibarət olduğunu bildiyini söylədiyin müdrikliyin haradadır?» Lakin insan özünü hər dəfə sadəlövh hesab etdikdə, yəni işinin bünövrəsi bilik üzərində olanda və o, Yaradanın köməyinə ehtiyac duyanda, o zaman insan deyir: «Əgər Yaradan evi tikməsə — tikənlər əbəs yerə zəhmət çəkirlər»¹⁸. Və məhz bu cür Yaradan «İsraili qoruyur» deyilir.

Və bununla da izah olunur ki, insan ruhani işdə bəlalarda olanda bu nə deməkdir. Cavab belədir: məlumdur ki, «bəla»  xasadim (mərhəmət) çatışmazlığı adlanır. Buna görə də insan gördükdə ki, əta etmək xatirinə heç nə etməyə qadir deyil, bu, onun mərhəmət etməyə gücünün çatmadığını, yalnız özü üçün edə bildiyini göstərir. Və o görür ki, olduğu vəziyyətdə heç vaxt Yaradanla qovuşmağa layiq ola bilməyəcək və o, bundan təəssüflənir. O nə edə bilər? Onun özünə kömək etmək üçün Yaradana fəryaddan başqa heç bir yolu yoxdur. Və Yaradan eşidəcək. «Və onların bütün bəlalarından», yəni xasadim çatışmazlığından qaynaqlanan və dəf edə bilmədiyi bütün vəziyyətlərdən və bəlalardan — Yaradan onu xilas edir, necə ki, deyilib «O, onları bütün bəlalardan xilas etdi». Yazılan «onun bəlaları yoxdur» kəlamı isə o deməkdir ki, insan əta etmək xatirinə nəsə etməyə gücü çatmadığı üçün təəssüflənmir. Və buna görə də Yaradanın onu xilas etməsi üçün kelimi yoxdur. Çünki o, indiki vəziyyətində hər şeyin qaydasında olduğunu hiss edir.

Və yuxarıda söylənilənlərlə müdriklərin yazdıqlarını izah etmək lazımdır: «Layiq olmayan şagirdi öyrədən hər kəs cəhənnəmə düşür»¹⁹. Yazılanları başa düşmək lazımdır: «Yaradan dedi: "Mən şər başlanğıc yaratdım və ona ədviyyat olaraq Tövratı yaratdım"»²⁰. Əgər belədirsə, onda şübhəsiz ki, onun dəf edə bilmədiyi şər başlanğıcı var. Lakin O həm də dedi: «Mən ədviyyat olaraq Tövratı yaratdım». Məgər biz görmürük ki, hətta layiq olmadığımız zaman da Tövratı öyrənməliyik?

Və bunu atam və müəllimimin dediklərinə əsasən izah etmək lazımdır: yazılıb «Müdriklərə müdriklik verir». Məgər «axmaqlara» demək lazım deyildimi? Buna cavab belədir: müdrikliyə hələ sahib olmasa da, onu axtaran şəxs artıq müdrik olmağı arzuladığı üçün «müdrik» adlanır. Həmçinin burada da izah etmək lazımdır ki, layiq şagird olmaq istəyən hər kəs artıq «həqiqi şagird» adlanır.

Yəni Tövratı öyrənmək istəyən şəxs layiq olmaq istədiyi üçün artıq «layiqli» adlanır. Və bu, onun Yaradanın işindən nə qədər uzaq olduğunu, yalnız özü üçün işləməkdən başqa işləməyə gücünün çatmadığını, mənfur olduğunu, lakin layiq olmaq istədiyini, amma alınmadığını hiss etməsi nəticəsində baş verir. Və belə insanlar haqqında deyilmişdir: «Yaradan dedi: Mən şər başlanğıc yaratdım və Tövratı ədviyyat olaraq yaratdım».

Buna görə də izah etmək lazımdır ki, «layiq olmaq istəməyən şagirdə Tövratı öyrətmək olmaz». Lakin layiqli və həqiqi şagird olmaq istəyənə onu öyrətmək olar.