<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə «inəyin külünün təmizliyi» nə deməkdir?

Ruhani işdə «inəyin külünün təmizliyi» nə deməkdir?

1991 - Məqalə 23

Raşi «Bu, Tövratın qanunudur» sözlərini aşağıdakı kimi izah edir: «Çünki Satan və dünya xalqları İsraildən istehza ilə soruşurlar: «Bu nə ehkamdır və bunda nə məna var?» Buna görə də onun haqqında yazılmışdır: «qanun» – «bu, Mənim tərəfimdən verilmiş qadağandır və sənin buna şübhə etməyə haqqın yoxdur»». Və «Sənin üçün alsınlar» sözlərini o belə izah edir: «O, həmişə sənin adınla bağlı olacaqdır». «Qırmızı dana» – «Sarayın həyətini çirkləndirmiş kəniz oğlunun məsəli. Dedilər: «Qoy onun anası gəlib çirkabı təmizləsin». Və eynilə dana üçün kəffarə verməyə inək də gələcəkdir».

Və anlamaq lazımdır ki, inəyin yandırılmasından danışıldıqda, külünün təmizləndiyi zaman, bizim ruhani işimizdə bununla nə nəzərdə tutulur. Həmçinin qırmızı inəyin mənasının nə olduğunu soruşanlara necə cavab vermək lazım olduğunu da anlamaq lazımdır. Axı bizim aləmdə qəbul olunub ki, sual verənə elə bir cavab verirlər ki, o, soruşanın ürəyincə olsun. Və burada o (Raşi) inəyin mənasını soruşur. Və cavab nədir? “Qanun qadağandır” – və məgər belə bir cavab ürəkdən qəbul olunurmu? Həmçinin onu da anlamaq lazımdır ki, [Raşi] əvvəlcə bunun qanun olduğunu niyə deyir, sonra isə inək haqqında məsəl gətirir: "ana gəlib oğulun əvəzindən təmizləyəcək". Əgər belədirsə, deməli, bunda artıq "ananın oğulun əvəzindən təmizləyəcəyi" mənası var.

Və bütün bunları ruhani işə uyğun olaraq anlamaq lazımdır. Məlumdur ki, yaradılışın məqsədi Öz yaratdıqlarını həzzləndirməkdir və buna görə də Yaradan öz yaratdıqlarında həzz almaq istəyi və canatması yaratdı. Lakin xeyir və həzz alarkən varlıqlar alma zamanı utanc hiss etməsinlər deyə – çünki əgər onlar utanc hiss etsələr, onların həzzi kamil olmayacaqdır – buna görə də elə bir islah edildi ki, insan xeyir və həzzi özü üçün almasın, yəni insan Padşahın hədiyyələrindən [özü üçün deyil] əksinə, Yaradan Onun istəyini yerinə yetirdiyinə və Ondan zövq aldıqlarına görə həzz alsın deyə. Yəni, Yaradan varlıqları həzzləndirmək istədiyi üçün insan Yaradanın iradəsini yerinə yetirir, əks halda, yəni özü üçün həzz almaq tərəfindən insan həzzdən imtina edərdi. Buradan belə çıxır ki, o zaman utanc hissi yoxdur, çünki hər şey şəxsi xeyir üçün deyil, göylər naminə yerinə yetirilir.

Lakin mənim atam və müəllimim hər şeyi əta naminə etməyin zəruri olmasının səbəbinə dair əlavə bir izahat verdi: bizim təbiətimizə görə, insan yaxşı əhval-ruhiyyədə olduqda, həyatdan zövq alaraq, özündə olandan daha artıq şeyə nail olmaq üçün qüvvə sərf etməyə ehtiyac duymur, çünki sahib olduğu şey onu tamamilə qane edir. Və madəm ki, ruhani həzzlər insanı doldurur, çünki hətta ən kiçik ruhani pillə də insanı bütün dünyəvi həzzlərdən daha artıq qane edir, buna görə də o, ruhundakı NARANXAY nuru hissini əldə etməyə ehtiyac duymadan, az şeylə kifayətlənərdi. Lakin insan əta etmək naminə işlədikdə, yəni bütün işi yalnız Yaradana həzz çatdırmağa yönəldikdə, o zaman insan hansısa ruhani pilləyə çatdığı an və bu həzzi Yaradan bundan həzz alsın niyyəti ilə qəbul etdikdə, insan deyə bilməz: "Yaradan, mən indiki pillədən daha yüksək bir pilləyə çatmaq istəmirəm, çünki aldığım bütün həzzlər yalnız Sənə həzz çatdırmaq istəməyimdəndir. Və mən Sənə artıq böyük həzz çatdırdım və istəmirəm ki, Sən həddindən artıq çox həzz alasan, Sənə daha çox əta etmək istəmirəm. Sənə əta etdiklərim kifayətdir və mən bundan artıq Sənə əta etmək istəmirəm".

Və bilmək lazımdır ki, insan əta etmək naminə qəbul etdikdə, o, hər dəfə Yaradana həzz çatdırmaqda daha böyük dad alır. Və buna görə də insan deyə bilməz ki, mən daha artıq zövq almaq istəmirəm, azla kifayətlənirəm. Buna görə də insanın Yaradanın xeyri naminə işləməsi onu məcbur edir ki, o, hər dəfə daha yüksək pillə əldə etsin ki, Yaradana deyə bilməsin: mən Sənə artıq o qədər həzz çatdırmışam ki, bundan artıq Sənə verə bilmirəm. Bütün bunların səbəbi məhz ondan ibarətdir ki, əta etmək naminə işləmək lazımdır.

Və əta etmək naminə işləməyin zəruri olmasının başqa bir səbəbi də var: xüsusiyyətlərin fərqinə görə, çünki ruhaniyyətdə xüsusiyyətlərin oxşarlığı qovuşma seli adlanır. Xüsusiyyətlərin fərqi isə uzaqlaşmağa və ayrılmağa gətirib çıxarır. Və madəm ki, insanın həyatında çalışmalı olduğu əsas məqsəd – Yaradanla qovuşmaqdır, ona görə də insan təsəvvür etməlidir ki, dünyada Hörmdarın sarayında olmaqdan daha vacib heç nə yoxdur. Buna görə də müdriklərin dediyi kimi, xüsusiyyətlərin oxşarlığı vasitəsilə: «Onun xüsusiyyətlərinə tutun – O mərhəmətli olduğu kimi, sən də mərhəmətli ol», bunun sayəsində insan Hökmdarın sarayına daxil olur və hər dəfə Hökmdar ilə danışmağa layiq olur.

Beləliklə, ümumilikdə üç səbəb alınır ki, biz özümüz üçün deyil, Yaradan naminə işləməliyik və bunun haqqında deyilib: «Bizləri Öz şöhrəti üçün yaradan Uca Rəbbimiz mübarəkdir». Və bunu necə başa düşməliyik, niyə biz özümüz üçün deyil, Yaradanın Öz şöhrəti üçün bizi yaratdığına görə Yaradana şükür edirik? Axı məntiqə görə, əgər O bizi bizim özümüz üçün yaratmışdırsa, onda bütün varlıqlar Ona şübhəsiz şükür edərdilər. Lakin deyilir ki, biz Ona şükür etməliyik ki, O bizi Öz şöhrəti üçün yaratmışdır, və o zaman bundan bizim nə xeyrimiz var?

Və cavab, yuxarıda deyildiyi kimi, ondan ibarətdir ki, biz bilməliyik ki, Yaradanın bizim Ona nə isə verməyimizə ehtiyacı yoxdur, bütün Yaradılışın Məqsədi yalnız varlıqlar üçündür, necə ki deyilir: «Onun varlıqlarını həzzləndirmək istəyi», hansı ki, varlıqlar Yaradılış Məqsədinin öz tamamlanmasına çatmasına mane ola biləcək yuxarıda göstərilən üç səbəbə görə xeyir ala bilsinlər:

  1. Utanc üzündən.
  2. İnsan azla kifayətlənməsin, lakin hər kəs öz ruhundakı NARANXAY-ı dərk etsin.
  3. Qovuşmaq naminə, bu da xüsusiyyətlərin oxşarlığı deməkdir.

Buna görə də insan Yaradan kimi əta etmək naminə işləməlidir. Beləliklə, alınır ki, Yaradan bizi yaratdı və bizə Tövrat və ehkamlar verdi ki, onların köməyi ilə biz hər şeyi Onun şöhrəti naminə etməyə gələ bilək. Və buna görə də çıxır ki, biz Ona şükür edirik ki, O bizi Öz şöhrəti üçün yaratmışdır, çünki O bizi istiqamətləndirmiş və bizim Onun naminə işləyə bilməyimiz üçün bizə vasitələr vermişdir və bununla da «Onun varlıqlarını həzzləndirmək istəyi» olan Yaradılış Məqsədinə çata bilmişik. Və bunun haqqında müdriklər dedilər: «Yaradan dedi: Mən şər başlanğıc yaratdım, Mən Tövratı ona ədviyyə olaraq yaratdım» – bunlar məhz o vasitələrdir ki, onların köməyi ilə biz hər şeyi Ona şöhrət olsun deyə etməyə gələ bilərik və biz buna görə də Ona şükür edirik və deyirik: «Bizləri Öz şöhrəti üçün yaradan Uca Rəbbimiz mübarəkdir».

Və insan əta etmək naminə əməllərə gələ bilsin deyə, yəni öz mənfəəti üçün olmayan əməllər icra etsin deyə, bizə ağılda (moxa) və ürəkdə (liba) iş verilmişdir. Ağıl o deməkdir ki, insan ağıl və biliklərinin ona etməyi əmr etdiyi şeydən yuxarı qalxmalıdır və bu, «bilik üzərində» adlanır. Başqa sözlə, o, ağıl və biliyinin insanın etmək istədiyi ilə razılaşmamasına baxmayaraq inanır. Yəni bizə bilik üzərində inam əmri verilmişdir, yəni biliyin bizdən tələb etdiyinə tabe olmuruq, lakin Tövrata inanmağı əmr etdiyinə riayət edirik – biz bunu edirik və deyirik ki, inam daha yüksək vacibliyə malikdir, ağıl və ağlın tələb etdiyi isə daha aşağı vacibliyə malikdir. Və şübhəsiz ki, daha vacib olan şeyə qulaq asmaq lazımdır və bu, «bilik üzərində inam» adlanır.

Həmçinin inamda 3 növü fərqləndirmək lazımdır:

  1. Məsələn, insan öz yoldaşına min dollar verir və insan onları qəbul edir, çünki inanır ki, əlbəttə, bu onun dostu və dürüst insan olduğundan, əgər o, ona bu məbləği verirsə, təbii ki, orada min dollar var və yenidən hesablamağa ehtiyac yoxdur. Bu, bilikdən aşağı inam adlanır. Yəni o, ona inanır, çünki ağıl bu inama etiraz etmir və inam ilə ağıl arasında heç bir ziddiyyət yoxdur. Beləliklə, onun inamı bilikdən aşağıda yerləşir və bilik daha vacibdir. Yəni o, inanır, çünki ağıl qarşı çıxmır. Lakin əgər bu, ağılla ziddiyyət təşkil edərsə, o, şübhəsiz ki, inanmayacaqdır. Və bu hələ «bilik üzərində inam» adlanmır.
  2. O, ona deyir – budur sənə min dollar. Və alan şəxs gedib onları üç dəfə saydı və əmin oldu ki, həmin məbləğ oradadır. Və o, yoldaşına deyir – mən sənə inanıram ki, burada həqiqətən də dediyin məbləğ var. Və əlbəttə, belə inam «inam» hesab olunmur.

     3.İnsan min dolları üç dəfə saydıqdan sonra orada bir dolların çatmadığını  görür, amma verənə deyir: «Mən sənə inanıram ki, burada min dollar var».Bu halda həm ağıl, həm də bilik burada çatışmazlıq olduğunu göstərir. Lakin o deyir ki, inanır.Beləliklə, bu, həqiqi «bilik üzərində iman» adlanır. Amma insanın bilik üzərində inana bilməsi, yəni öz ağlını ləğv edib: «Mən üç dəfə saymışam, amma bunun heç bir əhəmiyyəti yoxdur və  mən bilik üzərində inanıram» deməsi, yəni ki yuxarıda deyildiyi kimi, onun üçün inam biliyə nisbətən daha vacibdir – bu, çox ağır bir işdir.

Buradan belə başa düşülür ki, Yaradana iman etmək o deməkdir ki, insan ağlının ona dediyi fikri ləğv edərək inanmalıdır.Beləliklə, insan öz fikrini «yerin külü» kimi ləğv edir, öz ağlını Tövratın fikri qarşısında ləğv edir. Bu isə ağılda (moxa) iş adlanır.

Lakin ürəkdə də (liba) iş mövcuddur, çünki «ürək» istək adlanır, ona görə ki, insan həyatından zövq alsın deyə, özü üçün almaq istəyi təbiətində yaradılmışdır. Və ona Yaradan naminə işləmək lazım olduğu deyildikdə, bu, onun təbiətinə ziddir və bu nə üçündür? Yuxarıda deyildiyi kimi, insan hər şeyi Yaradanın xeyri üçün etməlidir və bu, yuxarıda sadalanan üç səbəbə görədir və buna görə də bu, xüsusi bir işdir ki, onun sayəsində insan bilir ki, o, həmişə öz şəxsi mənfəəti üçün hərəkət etmək istəyir, çünki insan özü üçün almaq istəyi təbiətində doğulur və o, öz işini 2 hissəyə bölməyə borcludur:

  1. «Moxa» (ağıl) xüsusiyyətində insan öz inam vəziyyətinə diqqət yetirməlidir. Çünki hətta  inam halında da o, mükafat naminə işləyə bilər: Tövrat və ehkamları ona görə yerinə yetirər ki, sonradan buna görə öz şəxsi mənfəəti üçün mükafat alsın.Belə olan halda isə, təbii ki, o, ayrılıq halında qalacaq.

 

  1. Və buna görə də «liba» (ürəkdə iş) xüsusiyyəti adlanan əlavə, xüsusi bir iş vardır və bu, yaxınını sevməkdir. Lakin əgər o, yalnız yaxınını sevmək üzərində işləsə, o da müqəddəslikdən kənarda qalacaqdır, çünki yaxınını sevmək Yaradılışın Məqsədi deyil. Çünki Yaradılışın Məqsədi – Yaradanın Öz varlıqlarını həzzləndirməsidir, yəni varlıqlar Yaradandan xeyir və həzz almalıdırlar, əgər onların inamı yoxdursa, onlar Yaradana inamları olmadan Ondan necə bir şey ala bilərlər? Buna görə də iş iki istiqamətdə aparılmalıdır.

Lakin mənim atam və müəllimim dedi ki, inam xüsusiyyəti ilə getmək lazımdır, Yaradan isə bizə bilik xüsusiyyətində işləməyə imkan vermir, o da bununla izah olunur ki, iş şəxsi mənfəət üçün olmamalıdır. Çünki əgər Yaradan varlıqlara açılarsa və inama ehtiyac qalmazsa, o zaman insanın Yaradan üçün bir şey etməsi qeyri-mümkün olacaqdır. Və maddi həzzlərdən görünür ki, onları yalnız əta etmək naminə əldə etmək nə qədər çətindir, ruhani həzzlər isə özünün ən kiçik dərəcəsində maddi həzzləri üstələyir. Və əlbəttə, insan onları əta etmək naminə ala bilməyəcəkdir. Buna görə də iş iki xüsusiyyətdə yerinə yetirilir:

  1. Ağılda (moxa)
  2. Ürəkdə (liba)

Yuxarıda deyilənlərə əsasən, ruhani işdə «inək külü ilə təmizlənmə» ifadəsinin mənasının nədən ibarət olduğunu soruşduğumuz sualı izah etmək olar. Və müdriklər dedilər ki, Satan (şər başlanğıc) və dünya xalqları İsraili bu ehkama əməl etməkdən saxlayırlar. Və buna cavab o idi ki, bu qanundur. Və soruşdular – ürəkdən hansı cavab qəbul oluna bilər? Axı onlar soruşurlar – bu nə üçündür? Ağıl tələb edir ki, verilən cavab elə olsun ki, soruşan onun səbəbini başa düşsün. Lakin ona belə cavab verilir: «Bu, Mənim qoyduğum hökmdür və sənin onu şübhə altına almağa haqqın yoxdur».Məsələ ondadır ki, işin qaydası belədir: əvvəlcə «moxa» (ağıl) xüsusiyyətində işə başlamaq lazımdır, yəni bilik üzərində inamı qəbul etmək.Buna görə də, əgər dünya xalqları soruşmursa: «Bu nə ehkamdır?», insan isə sadəcə özü inam xüsusiyyətini qəbul edərək bilik üzərində inanırsa, bu, yuxarıda izah etdiyimiz inamın birinci növünə aiddir. Bu, min dollar almış və onları saymadan orada həmin məbləğin olduğuna inanan insan nümunəsinə bənzəyir.

 

Lakin onlar gəlib soruşduqda ki – bu nə ehkamdır və bunda nə məna var, bu, üçüncü növ inama bənzərdir, o zaman ki, insan məbləği hesablayır, onda çatışmayan bir dollar aşkar edir, lakin bilik üzərində inanır, yəni verənə zidd olan öz fikrini və ağlını ləğv edir. Buna bilik üzərində inam deyilir. Buna görə də, məhz insan bədənində olan dünya xalqları soruşduqda ki – bu nə ehkamdır və bunda nə məna var, çünki bədən bundan heç bir dad hiss etmir, bu ehkam ağıl və biliyə ziddir. O zaman bədənə qarşı ən düzgün cavab aşağıdakı kimi olmalıdır: mən inanıram ki, bu suallar yuxarıdan göndərilmişdir ki, indi bilik üzərində inam ehkamını yerinə yetirmək üçün yerim olsun. Və buna görə də düzgün cavab məhz bundan ibarətdir ki, bu, müəyyən edilmiş qanundur və bu halda bədənə ağlabatan əsaslarla, insanın nə üçün Padşahın xeyri üçün işləmək istədiyini cavablandırmaq olmaz. Buradan belə çıxır ki, insan yalnız cavabın «bu, müəyyən olunmuş hökmdür» olmasında israr etdikdə, Yaradanın işində irəliləyə bilər.Və baxmayaraq ki, o görür ki, dünya xalqlarının irad və iddialarını dəf etməyə qadir deyil, buna münasibətdə də o, bilik üzərində inamla getməlidir. Yəni onların öhdəsindən gələ bilməməsinin səbəbi onun iradəsiz və ya zəif xarakterli olması deyil və buna görə onları məğlub edə bilməməsi deyil.Əksinə, bunun səbəbi Yuxarıdan belə bir iradənin olmasıdır ki, insana onları öz gücü ilə dəf etmək imkanı verilməsin.

Bunun mənası ondadır ki, məhz insanın öz gücü ilə öhdəsindən gələ bilməməsi sayəsində onda dua etmək imkanı yaranır ki, Yaradan ona kömək etsin və o, qalib gələ bilsin.Bunun faydası ondadır ki, məhz Yuxarıdan gələn kömək vasitəsilə insan öz ruhunun NARANXAY-ını dərk etməyə layiq ola bilər. Çünki insan hər dəfə kömək aldıqda, bu kömək Yuxarıdan aldığı bir nurlanma şəklində olur və bunun sayəsində o, Yaradanın köməyinə ehtiyac duyduğu ölçüdə ruhun qadlutuna (böyüklüyünə) layiq olmaq imkanı qazanır.

Və məlumdur ki, Zoar kitabında deyilir ki, Yaradanın köməyi insana yuxarıdan ruh xüsusiyyətinin verilməsindən ibarətdir və buna görə də o, bədən gəlib soruşanda ki, – Tövrat və ehkamlardə səy göstərməyə nə ehtiyacın var, məgər görmürsən ki, onların sənə heç bir xeyri yoxdur – həmin anda ehtiyatlı olmalıdır. Və insan düşünməməlidir ki, bədənə mühakiməli və ağlabatan şəkildə cavab vermək olar, lakin yalnız bu şəkildə: mən məhz sənə təşəkkür edirəm ki, mənə bu iddialarla müraciət edirsən və mən təsdiq edirəm ki, əgər ağıldan çıxış etsək, sən haqlısan. Yəni, sağlam məntiq baxımından mən indi "otur və heç nə etmə" vəziyyətində olmalıyam. Lakin mən bilik üzərində işləyirəm və hətta sən mənə bunu dəf etməyə imkan verməsən də, mən məhz buna görə səni bacardığım qədər üstələmək istəyirəm. Və buna görə də mən səni dəf edə bilməyim üçün Yaradanın köməyini diləyirəm. Və ehtimal ki, indinin özüdə müqəddəsliyə daxil olmağa və hər şeyi əta etmək naminə etməyə layiq ola biləcəyim ən vacib imkandır. Məlum olur ki, "Qarşımda müəyyən edilmiş qanundur" cavabı insanın işdə irəliləməsi və Yaradanın ona "moxa" və "liba" xüsusiyyətlərinə layiq olmaqda kömək etməsi üçün daimi əsasda inam xüsusiyyətinə gəlməsi üçün həqiqi cavabdır.

Və deyilənlərlə sualımızı belə izah etmək olar ki, bir tərəfdən "inək" mənası olmayan qanundur. Lakin sonra müdriklər "kəniz oğlunun sarayını çirkləndirməsi"məsəli ilə buna məna verirlər. Dedilər: "Qoy onun anası gəlib oğulun əvəzindən çirkabı təmizləsin". Eynilə dananın kəffarəsini vermək üçün inək də gələcəkdir" məsəlinə uyğun olaraq. Belə çıxır ki, "qırmızı inəyin" mənası var. Və buna cavab belədir: «Ana gəlib təmizləsin». Məhz bu, qırmızı inəyin mənasız bir qanun olması ilə bağlı irada cavabdır.Bunun izahı qızıl buzov günahından qaynaqlanır. Necə ki, Zoarda deyilir (Zoar Kitabına Giriş, 23; Sulam şərhi, 14-cü bənd): «Qızıl buzovla günah edənlər bu sirri açıqlayaraq dedilər: “Ey İsrail, bax, sənin allahların bunlardır”. Bununla onlar libasa zərər vurdular və bolluğu başqa allahlara ötürdülər».Bunun mənası odur ki, onlar Xoxma nurunu Xasadim libası olmadan almaq istəyirdilər.Bu isə o deməkdir ki, onlar Xasadim libasını , yəni bilik üzərində imanı, qəbul etmək istəmirdilər.

 

Buna görə də bunun üzərinə bütövlükdə Qanun və hökm olan və tamamilə bilik üzərində inamda olan qırmızı inək əmri gətirilir ki, bu "inək" Xasadim bəzəklərini almaq istəmədikləri zaman törədilmiş günahları islah edəcək "ana" o deməkdir ki, bununla da günah islah olunacaqdır. Belə çıxır ki, qırmızı inək ehkamı özlüyündə heç bir məna daşımır, əksinə, qırmızı inək ehkamı  tamamilə bilik üzərində yerinə yetirildiyi üçün qızıl dana günahı məhz bununla islah olunur ki, o da "budur sənin tanrıların, İsrail" dedikləri kimi bütünlükdə bilik daxilində yerinə yetirilmişdi. Bundan belə çıxır ki, qırmızı inək ehkamı bütövlükdə bilik üzərindədır ki, bu da nacislik və murdarlıqdan təmizləyən inama işarə edir, çünki "murdarlıq" anlayışı özü üçün almaq istəyindən qaynaqlanır və almaq istəyindən çıxmaqdan ibarət olan islah yalnız bilik üzərində inamda işi qəbul etməklə mümkündür. Və o zaman insan Yaradandan kömək diləyir və onun sayəsində o, almaq istəyinin hakimiyyətindən çıxır. Və bu, Misirdən çıxış adlanır, o zaman ki, yalnız Yaradanın Özü onları Misirdən çıxarır. Necə ki deyilir: "Mən Özüm, başqa elçi deyil".

Belə çıxır ki, "külü təmizləyən qırmızı inəyin" mənası inəyin yandırılmasından sonra yalnız kül xüsusiyyətinin qalması kimi ləğv olunan, aradan qaldırılan bir şeyə işarə edən küldür. Və bu, ləğv olunmağa işarə edir, yəni insan öz ağlını və istəyini Yaradanın istəyi qarşısında ləğv etdikdən sonra, o zaman insan Yaradanın istəyi xüsusiyyətinə layiq olur. Və Yaradanın istəyi – əta etmək istəyidir və insanın əta etmək istəyi olduqda o, "təmiz insan" adlanır. Çünki o zaman o, Yaradana həzz çatdırmaqdan başqa heç bir şey etmir.

 

Yuxarıda deyilənlərə əsasən belə izah etmək olar: «Murdarlanmışları təmizləmək, təmizləri isə murdarlamaq, “Müqəddəsdir” deyərək» (Yotser, Qırmızı İnək bölməsi).Burada başa düşmək lazımdır: necə ola bilər ki, bir obyektin daxilində iki ziddiyyət mövcud olsun? Ruhani işdə bunu belə izah etmək lazımdır: insan ağıldan yuxarı inam xüsusiyyətini qəbul etməyə hazırlaşmağa başlayan kimi, dərhal murdarlanmış olur. Yəni o, bu işə başlamazdan əvvəl mükafat almaq naminə çalışırdı və özünü saleh hesab edirdi. O görürdü ki, Tövratı və ehkamları yerinə yetirir və özündə heç bir nöqsan tapmır.

Buna görə də o bilirdi ki, təmizdir və salehdir, onda heç bir murdarlıq yoxdur. Çünki onun qayğısı yalnız Yaradanın yolu ilə getməyən başqa insanlar idi və o, onlara inam xüsusiyyətini vermək istəyirdi, lakin onlar buna qulaq asmaq istəmirdilər.Özü isə bilirdi ki, onda o qədər inam var ki, istəsələr, onu bir neçə insanla bölüşə bilər.Lakin o, əta etmək naminə işləməyə və Yaradana bilik üzərində inamla getməyə başladıqda, həqiqəti görür: nə qədər dərin şəkildə eqoist özünüsevərlik içində batdığını və ona inamın çatmadığını.Beləliklə, indi o, murdarlanmış olur və bu, «təmizləri murdarlamaq» adlanır.Lakin bundan sonra o, «murdarlanmışların təmizlənməsinə» layiq olur.