Ruhani əməldə Şər başlanğıcın və xeyir başlanğıcın insanı qoruması nə deməkdir
Rabaş. Məqalə 11 (1991)
Zoar buyurur: «Ravvin Yehuda dedi (Vaişlax fəslində): «Çünki Öz mələklərinə səni bütün yollarında qorumağı əmr edəcək». İnsan dünyaya gəldiyi anda, dərhal onunla birlikdə şər başlanğıc da peyda olur.
Necə ki buyurulub: «Günahım hər zaman qarşımdadır», çünki hər gün o, insanı öz Sahibinin qarşısında günah işlətməyə sövq edir. Xeyir başlanğıc isə insana, onun paklanmağa gəldiyi gündən etibarən peyda olur. Bəs insan nə zaman paklanmağa gəlir? Onun on üç yaşı tamam olduğu anda, insan hər ikisi ilə birləşir, biri – sağda, digəri isə – solda: xeyir başlanğıc – sağda, şər başlanğıc isə – solda. Və bu ikisi – onun əsl qoruyucu mələkləridir. İnsan paklanmağa gəlir, onun şər başlanğıcı ona tabe olur, va sağ tərəf sol tərəf üzərində hökmranlıq edir, və onların hər ikisi, xeyir başlanğıc və şər başlanğıc, insanı getdiyi bütün yollarında qorumaq üçün birləşirlər».
Və anlamaq lazımdır ki, biz ruhani iş baxımından danışdıqda, anlayırıq ki, xeyir başlanğıc insanı, o Yaradanın yolu ilə getdikdə və Yaradanla qovuşmağa nail olmaq istədikdə qoruyur, buna görə də o, xeyir başlanğıcndən dəstək alır. Lakin insan şər başlanğıcından hansı dəstəyi alır ki, onun sayəsində Yaradanla qovuşmağa nail olmaq? Bu o deməkdir ki, əgər o, şər başlanğıcından dəstək almasa, Onunla qovuşmağa nail ola bilməz.
Və Toldot fəslində buyurulub: «Bətnində iki tayfa var, və iki xalq bətnindən ayrılır; və xalq xalqdan güclü olacaq, və böyük kiçiyə xidmət edəcək». Və Raşi izah edib, «Xalq xalqdan güclü olacaq» – o deməkdir ki, onlar bərabər dərəcədə böyük olmayacaqlar: biri ucaldıqda, digəri düşəcək. Bu o deməkdir ki, onların hər ikisi eyni zamanda böyük olmayacaqlar.
Ruhani iş nizamına əsasən, insanın bütün əməllərinin Yaradan naminə olması üçün, yuxarıdan güc almaq lazımdır, va bunu etmək insanın gücü daxilində deyil, necə ki müdriklər tərəfindən buyurulub: «Paklanmağa gələnə kömək edirlər». Lakin Yaradana əta etmək və Onun hər zaman həzz alması pilləsinə nail olmaq, yalnız insan daxilində ehtiva olunan bütün şəri aşkar etdikdən sonra gəlir. O zaman insan ikinci təbiət adlandırılan bu gücü – əta etmək istəyini əldə edir.
Yəni insan öncə özünün bütün şərini aşkar etməyə borcludur, və bu, onun bütöv bir kli, mütləq bir xisaron əldə etməsi adlanır. Və o zaman o, müdriklərin: «Mənbəyə qaytaran nur» barəsində söylədikləri bütöv, mükəmməl nuru alır, lakin onda Yaradanın köməyinə qarşı bu cür kli və xisaron aşkarlanmazdan əvvəl yox, nə zaman ki bu kömək, müdriklər tərəfindən buyurulduğu kimi mükəmməl olmalıdır: «Göylərdən heç nəyi yarıbayarı vermirlər, yalnız bütöv şəkildə verirlər».
Buna görə də aşağıdakının istəyi də həmçinin bütöv olmalıdır. Lakin insanın bütün şəri aşkarlaması qeyri-mümkündür, axı əgər onda hələ ki xeyir başlanğıc yoxdursa, onun şəri üstələməyə gücü çatmaz, çünki şər xeyir üzərində üstünlük təşkil edir. Buna görə də insan Tövrat va ehkamlarla məşğul olmağa başladıqda, hər dəfə onda xeyir çoxalır, lakin eyni dərəcədə ona şər də aşkarlanır, beləliklə onun işi tarazlaşır. Necə ki buyurulub: «İnsan hər zaman özünü yarıbayarı borclu, yarıbayarı isə bəraət qazanmış kimi görməlidir» (Kiduşin, səh. 40). Buna görə də, onun xeyrə və Tövrat ilə ehkamlarda ucalmağa nail olmaq üçün göstərdiyi səylər ölçüsündə, ona şər hissə-hissə aşkarlanır.
Və deyilənlərdən belə çıxır ki, insan hər şeyi Onun naminə edərək və özünü yox, Yaradanı həzzləndirərək Yaradanla qovuşma (dvekut) yolu ilə getmək istədikdə, bu, öz şəxsi mənfəəti naminə almaq istəyi ilə yaradılmış insanın təbiətinə zidd olur. Və bütün iş ondan ibarətdir ki, ona, özünün buna nail olmağa gücünün çatmadığını, bəlkə yalnız Yaradanın ona əta istəyi adlandırılan bu gücü verə biləcəyini söyləyirlər, insana isə yalnız bu gücü, ikinci təbiəti qəbul etmək üçün kli hazırlamaq lazımdır. Belə çıxır ki, məhz bütün dolğunluğu ilə çoxalan şər başlanğıc sayəsində, insanın öz həqiqi çatışmazlıqlarını (xisaronlarını) görməsi və öz gücü ilə əta istəyinə gəlib çıxa bilməyəcəyini anlaması – onu, Yaradanın ona əta etmək təbiətini bəxş etdiyi vəziyyətə gətirib çıxarır. Deməli, həm xeyir başlanğıc, həm də şər başlanğıc insanı məqsədə – "Yaradanla qovuşma" adlandırılan xüsusiyyətlərə görə bənzərliyə nail olmağa aparır.
Və bununla Zoarda buyurulan bu sözləri izah etmək lazımdır: «Çünki Öz mələklərinə səni bütün yollarında qorumağı əmr edəcək» – burada şər başlanğıcın da insanın Yaradanla qovuşmağa nail olması barəsində qayğı qaldırdığı nəzərdə tutulur. Əgər belədirsə, bəs o nə üçün «şər başlanğıc» adlanır? «Şər başlanğıc» o deməkdir ki, o, insana əta etməyı zidd olan düşüncələr və istəklər göndərərək, insana Tövrat və ehkamlarda səy göstərməyə dəymədiyini anlatmağa çalışır. Elə isə nə üçün buyurulub ki, o, hər şeyi öz şəxsi mənfəəti üçün yox, Onun naminə etməsi üçün, insanı Yaradanla qovuşmağa nail olmaq yolunda qoruyur?
Cavab belədir: əgər şər başlanğıc insanda öz həqiqi bütöv ölçüsündə aşkarlanmayıbsa, o zaman insan Yaradandan kömək almağa qadir olmur, madam ki onda hələ buna qarşı həqiqi bir tələbat yoxdur, və belə çıxır ki, hələ həqiqi kli yoxdur. Buna görə də bu başlanğıc «şərdir», çünki ona əta etməyin əleyhinə düşüncələr və istəklər göndərir, və buna görə də o, «şər» adlanır. Atam və müəllimimin buyurduğu kimi, «şər başlanğıc» – «şərin surəti » deməkdir, yəni şər başlanğıc insana elə (göstərir) ki, əgər o, əməlləri öz şəxsi mənfəəti naminə yox, Yaradan naminə edərsə, o zaman ona pis olacaq. O, insana bu cür r (təsəvvürlər) yaradır. Və bu, insanı Yaradana əta etmək üzrə olan işdən imtina etməyə gətirib çıxarır.
Buna görə də insan şər başlanğıcın tablolarını hiss etməyə başladıqda, o, yalnız Yaradan naminə icra olunan bu işdən qaçmaq istəyir. Və o zaman o görür ki, şər başlanğıcın ona çəkdiyi həmin tabloları üstələmək üçün heç bir imkan yoxdur. Və yalnız o zaman o, bunu dəf edə və yalnız Yaradanın ona şər başlanğıcın hakimiyyətindən çıxmağa kömək edəcəyini söyləyə bilər. Axı insan o zaman bunun onun təbiətindən nə dərəcədə yüksək olduğunu görür. Və şər başlanğıcın ona çəkdiyi bu qaranlıq vəziyyətə qarşı nəsə etməyə gücünün çatmadığını anlayır.
Bu (təsəvvürlərdən) insan şərin əslində nə olduğunu aşkar etməyə başlayır. Yəni, əgər o, bunda öz şəxsi mənfəəti naminə azca da olsa bir şey görməzsə, şərin onun qəlbində nə dərəcədə var olduğunu və ona Yaradan naminə hər hansı bir şey etməyə imkan vermədiyini [aşkar edir]. Bu surətlərin köməyi ilə insan hər dəfə şərin tablosunu alır. Lakin o, bu surətləri bir dəfəyə tam fərq etməyə qadir olmur, və sözsüz ki, onları saxlamaq onun gücü daxilində deyil.
İnsana az-az göstərirlər, və dərhal surət (təsəvvür) yox olur. Və o zaman o, sanki bu tablonu unudur – hansı ki «öz şəxsi mənfəəti naminə yox, Yaradanın faydasına» mənasına gəlir. Və buna görə də onda yenidən əta üzrə çalışmaq üçün güc peyda olur. O isə artıq ancaq Yaradan naminə çalışa biləcəyi mərhələdə olduğunu düşündükdə, dərhal şər başlanğıc gəlir və yenidən onun qarşısında Yaradan naminə olan işin tablosunu çəkir. Və bu surət onu Yaradana əta etmək üzrə olan işdən yenidən uzaqlaşdırır.
Buradan belə çıxır ki, məhz şər başlanğıc sayəsində insan, Yaradan naminə çalışdığını və onun bütün əməllərinin yalnız Onun üçün olduğunu söyləyərək özünü aldada bilmədiyi həqiqi vəziyyətə gəlməyə qadirdir. Çünki şər başlanğıc ona «Yaradan naminə»nin nə demək olduğunun tablosunu çəkdiyi həmin vaxtda, o, bu cür işdən uzaq olduğunu görür, və deməli, insan həqiqət yolu ilə getdiyinə dair özünə yalan danışa bilmir. Axı o, öz bədəninin buna necə müqavimət göstərdiyini görür, o dərəcədə ki, o, yalnız Yaradanın ona eqoist sevgidən yaxasını qurtarmağa kömək edə biləcəyinə bilikdən yuxarı inanmalıdır.
Deməli, şər başlanğıcın dəstəyi olmadan insan heç vaxt həqiqəti görə bilməzdi. Hamıya bəllidir ki, xeyir başlanğıc insanı tamamilə əta üzrə çalışaraq, onun mükəmməlliyə və Yaradanla qovuşmağa (dvekuta) gedən yolunda qoruyur. Lakin şər başlanğıc olmasaydı, insan hər şeyi Yaradan naminə etdiyini düşünərdi.
Hərçənd şər başlanğıc insana fəsadlı surətlər göndərdikdə və Yaradan naminə çalışmağa dəymədiyini söylədikdə, o zaman insan əvvəllər Tövrat və ehkamlarda yerinə yetirdiyi hər şeyin necə öz şəxsi mənfəəti naminə olduğuna dair dəqiq aydınlaşdırmalar aparır. Və indi o bunu görür, çünki şər başlanğıc ona Yaradan naminə olan işin vəziyyətini göstərir. Və insan şər başlanğıcla razılaşır, ona bəraət qazandırır – həqiqətən də, Yaradanın faydasına çalışmaqdan nə qazanacağı ona aydın deyil.
Bu, insanı eniş vəziyyətinə gətirib çıxarır. Axı şər başlanğıc öz tabloları ilə onun yanına gəlməzdən əvvəl, o bilirdi ki, sözsüz ki, hər şeyi Yaradan naminə edirdi, yəni Yaradanın ona etməsini buyurduğu hər şeyi yerinə yetirirdi, əks halda o nə üçün Tövrat və ehkamlarla məşğul olurdu. Əgər Yaradan naminə çalışılmırsa, o zaman hamıya məlumdur ki, belə bir iş heç bir şeyə dəyməz. Buna görə də, insan Tövrat və ehkamlarla məşğul olduqda, Yaradan naminə fəaliyyət göstərdiyinə əmindir.
Lakin indi, şər başlanğıc ona əta üzrə olan iş barəsində bu pis tabloları təqdim etdikdə, o, Yaradan naminə olan işdən uzaq olduğunu görür. Yaradanın faydasına olmayan iş isə, sözsüz ki, artıq vacib deyil, və buna görə də o, ümumiyyətlə onu da, Tövrat və ehkamların icrasını da tərk etmək istəyir. Çünki öz təbiəti etibarilə insan, ehtiyac olmadan işi icra etməyi qadir deyil. İşi icra edən insan, nə isə etdiyini görməyə borcludur. Buna görə də, əgər o, şər başlanğıcın ona ancaq Yaradan üçün və heç bir şeydə özü üçün çalışmamağın nə demək olduğunu göstərərək təqdim etdiyi kimi, Yaradan naminə fəaliyyət göstərməyə gücünün çatmadığını görürsə, — əgər Yaradan naminə deyilsə, o zaman ümumiyyətlə çalışmağa dəyməz, — o zaman insan bu işdən tamamilə qaçmaq istədiyi vəziyyətə gəlir.
Və yuxarıda deyilənlərdən Zoarda yazılan bu sözləri anlayarıq: «Çünki Öz mələklərinə səni bütün yollarında qorumağı əmr edəcək». Belə ki, şər başlanğıc olmadan insan heç vaxt əta naminə olan işə layiq görülə bilməzdi, və hər şeyi əta naminə etmək üçün bu gücü yalnız Yaradan verə bilər. Lakin xisaron , buna qarşı tələbat olmadan insan heç nə qəbul edə bilməz. Xisaron isə ondan ibarətdir ki, Yaradan ona ikinci təbiəti, yəni onda olmayan əta etmək istəyini versin, çünki o, artıq Yaradanın rifahı üçün fəaliyyət göstərdiyini düşünür. İnsan Yaradan naminə çalışmaq istəmədiyi müddətcə, Yaradanın köməyinə möhtac olduğu an gələnə qədər, bədən bu işə o qədər də müqavimət göstərmir.
Halbuki insan əta naminə çalışmaq istədikdə, o zaman şər başlanğıc işə girişir və ona Yaradanın faydasına fəaliyyət göstərməyə dəymədiyini anladır. Və bu şəkildə şər daxildə Yaradanın köməyinə qarşı tələbat doğurur. Buradan belə çıxır ki, insan məhz şərin sayəsində Yaradana yaxınlaşır, yəni şər başlanğıc onu Yaradan naminə fəaliyyət göstərdiyinə dair özünü aldatmaması üçün qoruyur.
Deməli, insan kömək üçün Yaradana dua etdikdə, onun duası aydın olmalıdır. Yəni o, nəyin çatışmadığını bilməlidir, və onun xisaronu heç bir şübhə olmadan aşkarlanmalıdır. Əgər onun xisaronu yəqinliklə açılmayıbsa, bəlkə onun tələbatında hansısa şübhələr hiss olunursa, o zaman bu, dua deyil. Buna görə də, şər başlanğıc pis tablolarla onun yanına gəldikdə, insan ona nəyin çatışmadığını dəqiq bilir. Və bu, bütöv xisaron adlanır.
Və bununla Yaqubun söylədiyi bu sözlər izah olunur: «Məni qardaşımın əlindən, Esavın əlindən qurtar, çünki mən ondan qorxuram: birdən o gələr və məni, ananı uşaqlarla birgə öldürər» (Vaişlax və «Sulam», fəs. 70). Və bu o deməkdir ki, dua ilə müraciət edən kəs öz sözlərini lazımınca aydınlaşdırmalıdır: «Məni qurtar». İlk baxışdan bu kifayətdir, çünki qurtulmaqdan başqa heç nə lazım deyil. Və bununla bərabər Yaradana dedi: «Ola bilsin, Sən deyəsən ki, məni artıq Lavanın əlindən qurtarmısan». Buna görə də aydınlaşdırdı: «qardaşımın əlindən». «Ola bilsin, deyəsən ki, digər yaxınlar da qardaş adlanır», necə ki Lavan Yaquba demişdi: «Məgər sən mənim qohumumsan deyə, mənə havayı çalışmalısan?» Buna görə də aydınlaşdırdı: «Esavın əlindən», çünki məsələni lazımınca aydınlaşdırmaq gərəkdir.
Burada soruşmaq lazımdır – aydındır ki, insan adi bir padşahla danışdıqda və ondan kömək istədikdə, padşah onun nə istədiyini anlasın deyə onun xahişi aydın olmalıdır. Lakin o, Yaradandan bir şey istədikdə, onun xahişi nə üçün bu qədər anlaşıqlı olmağa borcludur? Məgər Yaradan insanın qəlbində nələrin baş verdiyini bilmir? Axı O, insanların düşüncələrini dəqiq bilir, Yaradan elə «Düşüncələri Bilən» adlanır, necə ki duada buyurulub: «Düşüncələri Bilən, bizi qurtar». Əgər belədirsə, o zaman duanı və xahişi, onlar «lazımınca aydınlaşdırılsın» deyə dəqiqləşdirmək nə üçün lazımdır?
Bunun cavabı isə belədir: insan duanı, o duanın məhz insanın özü üçün aydın və dəqiq olması üçün aydınlaşdırmalıdır. Yəni insan ona nəyin çatışmadığını bilməlidir. Çünki bəzən insan ona ifrat dərəcədə artıq şeylərin çatışmadığını düşünür. Və bunun üçün o, var gücü ilə dua edir. Həyatının asılı olduğu və onlar olmadan əta etmək içində yaşaya bilməyəcəyi şeylər barədə isə o unudur və onlarsız keçinir. O hesab edir ki, ona sayəsində mükəmməl və xeyirxah ola biləcəyi şeylər çatışmır, və o, bu barədə xahiş edir. Amma əslində, ona həyati vacib şeylər çatışmır, hansılara ki nail olmadan o, ölünün xüsusiyyətində qalacaq, necə ki müdriklər buyurublar: «Günahkarlar öz sağlığında da ölü adlanırlar».
Buna görə də, şər başlanğıc onaəta üzrə olan iş və Yaradanı həzzləndirmək barəsində pis tablolar çəkdikdə, bu şər başlanğıc sayəsində o, bəzən Zoarda izah edildiyi kimi, İsrail torpağı barədə şər danışan (casusların) nümunəsində olduğu kimi «əvvəl etdiklərinə kədərlənir». Və o zaman o görür ki, o, əsl günahkardır və onda Yaradana qarşı heç bir inam yoxdur.
Və atam və müəllimimin buyurduğu kimi, insan hansı yolla getdiyini izləməlidir ki, onun aşağıdan gələn bütün əməlləri onu Yaradana inam xüsusiyyətinə gətirib çıxarsın. Və bu, «Mən – sənin Yaradanınam, və sənin başqa tanrıların olmayacaq» mənasına gəlir. Bu, heyvanların həyatının asılı olduğu iki rəmz olan «boğaz və qida borusu» xüsusiyyətləri adlanır. Yəni maddi dünyada olduğu kimi, əgər həyatın bu iki əlaməti fəaliyyətini dayandırarsa, heyvanın həyatı dayanır. Ruhani işdə də belədir: əgər insandan «Mən... və sənin olmayacaq» xüsusiyyətləri alınarsa, onun ruhani həyatı da başa çatır.
Buna görə də bəzən belə olur ki, insan ağlayır və Yaradana, insanın vacib hesab etdiyi şeydə kömək etməsi üçün dua edir. Və o, göz yaşları tökməsinə baxmayaraq, yenə də onun yalvarışlarına kömək göndərilmir, çünki o, ölüm təhlükəsində yerləşir, özü isə axmaqlıqlar barədə xahiş edir. Yəni insan hər şeyin qaydasında olduğunu və yalnız hansısa bir əlavənin çatışmadığını düşünür. Lakin əslində, ona həyat çatışmır. Buna görə də «şər başlanğıc» adlandırılan mələk gəlir və öz tablolarının köməyi ilə göstərir ki, Yaradanın qarşısında özünü ləğv etməyə dəyməz, madam ki almaq istəyi bundan heç nə qazanmayacaq. Və o zaman insan həqiqəti, onun doğrudan da bir günahkar olduğunu görə bilir.
Belə çıxır ki, insanı qoruyan bu şərin aşkarlanması sayəsində məhz o, Yaradandan ona Yaradana inam adlandırılan həyatı verməsini təvəqqe edə bilər ki, Onunla qovuşmağa (dvekuta) nail olsun, necə ki buyurulub: «Siz isə, Yaradanınıza qovuşanlar – bu gün hamınız dirisiniz». Və bu barədə Zoarda yazılıb: «Çünki Öz mələklərinə səni bütün yollarında qorumağı əmr edəcək». Hansı ki hər ikisinin – həm xeyir başlanğıc, həm də şər başlanğıcın – Yaradanla qovuşmağa nail olmaqda insanı qoruduğu mənasına gəlir. Şər başlanğıc olmasaydı isə, o, həqiqəti – Yaradandan ona kömək etməsi üçün nəyi əvəqqe edəcəyini bilməzdi.
Və yuxarıda deyilənlərlə müdriklərin: «Salehə şər başlanğıc uca bir dağ kimi görünür» barəsində dediklərini izah etmək lazımdır. Bu o deməkdir ki, insan öz şər başlanğıcının uca bir dağ kimi nə dərəcədə böyük olduğunu gördükdə – bu, onun sayəsində salehə çevriləcəyi həqiqi yolla getdiyinin əlamətidir. Əks halda şər başlanğıc ona uca bir dağ kimi görünməzdi, madam ki insana daxilindəki bütün şər göstərilmir, bəlkə o, yalnız xeyir ölçüsündə aşkarlanır, axı xeyir və şər tarazlaşdırılmalıdır. Və o zaman söyləmək lazımdır ki, insan qərar qəbul etməli və xeyri seçməlidir.
Və bununla buyurulan bu sözlər izah olunur (Vayetse, fəs. 1): «Və budur, Yaradanın mələkləri onunla qalxır və enirlər». Və Kuşiyada soruşulur: «Nə üçün Yaradanın mələkləri ilk öncə qalxırlar?» Məgər belə yazılmalı deyildimi: «İlk öncə enirlər, sonra isə qalxırlar?» Ruhani işə əsasən aydınlaşdırmaq lazımdır ki, Yaradanın elçiləri olmaq və əta üzrə olan müqəddəs işi icra etmək istəyən həmin insanlar «Yaradanın mələkləri» adlanırlar, necə ki müdriklər buyurublar (Sukka, 10): «Biz – ehkamın elçiləriyik».
Buna görə də, mələk xüsusiyyətində olmaq, yəni hər şeyi Yaradanın faydası üçün etmək istəyən həmin insanlar «Yaradanın elçiləri» adlanırlar. Onlar ilk öncə pillə üzrə yüksəliş adlandırılan xeyirxah əməllər edərək pilləyə ucalmalıdırlar, və yalnız sonra, ucalıqda yerləşdikdə və artıq mükəmməllik yolu ilə gedənin keyfiyyətlərini əldə etdikdə, onlar tam mükəmməlliyə nail olduqlarını düşünə bilərlər. İnsanda Yaradanla qovuşmağa gəlmək istəyi olduğu üçün, yuxarıdan ona həqiqət — onun öz bütün əməllərini Yaradan naminə etməkdən hələ nə dərəcədə uzaq olduğu aşkarlanır. Və şərin ona aşkarlanması vasitəsilə o, öz pilləsindən enir və həqiqəti, həmçinin ona nəyin çatışmadığını görməyə başlayır. İş nizamı belədir. Yəni başlanğıcda insan yuxarıdan yüksəliş alır. Sonra isə o, yuxarıdan eniş alır, və bütün bunlar onunla bağlıdır ki, yüksəliş və enişlərin köməyi ilə insan tam, mükəmməl xisarona nail olur. Və bu xisaron o qədər böyükdür ki, Yaradanın Özündən başqa dünyada heç kim onu doldurmağa qadir deyil. Bu, Yaradanın köməyini almaq üçün yararlı olan bütöv kli adlanır.
Və bununla atam və müəllimim müdriklərin: «İşi tamamlamaq sənə aid deyil, lakin ondan boyun qaçırmağa da ixtiyarın yoxdur» sözlərini izah etdi. Və «İşi tamamlamaq sənə aid deyil» sözlərini onunla dəqiqləşdirdi ki, iş bütün əməlləri yalnız Yaradan naminə etməkdən ibarətdir, və bunu yerinə yetirmək insanın gücü daxilində deyil. Əgər belədirsə, o zaman insan onu bitirə bilməyəcəyi təqdirdə, bu işə başlamaq onun nəyinə lazımdır? Axı dünyada belə qurulub ki, insan bitirməyə qadir olmadığını qabaqcadan bildiyi işə başlamır. Bəs onda nə üçün buyurulub ki, «lakin ondan boyun qaçırmağa da ixtiyarın yoxdur»? Yəni, insan hər halda bu işə başlamağa borcludur. Sual olunur, o, hansı məqsədlə buna başlamalıdır?
Cavab isə belədir ki, hər bir işdə arzulanan şeyə nail olmaq üçün istək və iradə olmalıdır. Əks halda, əgər bir şeyi ona qarşı öncədən istək olmadan alırlarsa, ondan həzz ala bilmirlər. Məlum olduğu kimi, kli olmadan nur yoxdur. Buna görə də insan əta etmək üzrə çalışmağa başlamağa borcludur. Və o zaman o, güc almaq üçün bura çoxlu səy qoyduqdan sonra görəcək ki, bunu almağa qadir deyil. Və buna görə də, daha sonra Yaradan ona bu əta gücünü bəxş etdikdə, o, bununla həzz ala bilir.
Və bu barədə müdriklər tərəfindən «Edəcəyik və eşidəcəyik» buyurulub, necə ki İsrail xalqı, dünya xalqları bunu qəbul etmək istəmədikdə söyləmişdi, çünki onlar təbiətə zidd getməyin qeyri-mümkün olduğunu görürdülər. Lakin İsrail xalqı dedi – məcburiyyətlə edəcəyik, qoy hətta qəlbimiz bunu istəməsin, lakin bunun sayəsində biz «eşidəcəyik» xüsusiyyətinə layiq görüləcəyik. Başqa sözlə, Yaradan bizə eşitdirəcək (anladacaq) ki, bu iş qəlb tərəfindən qəbul edilir, hansı ki «Və onu qəlbinə yerləşdir» mənasına gəlir.