Ruhani işdə «Yaradan Öz simasını çevirir» nə deməkdir
Rabaş, 33-cü Məqalə, 1991-ci il
Müdriklərimiz «Yaradan Öz simasını sənə çevirsin» ayəsi haqqında belə dedilər: «Yazının bir yerində “Yaradan Öz simasını sənə çevirsin”, digər yerində isə [Yaradan haqqında] “O, simasını çevirməz” deyilir. Bu iki [əks] kəlam necə bir-birilə uyuşa bilər? İsrail Yaradanın (hərfən: Məkanın) istəyini icra etdikdə – “Yaradan Öz simasını sənə çevirsin”, Yaradanın istəyini icra etmədikdə isə – “O, simasını çevirməz”». Sitatın sonu.
Və anlamaq lazımdır ki, əgər İsrail Yaradanın istəyini icra edirsə, o zaman simasın çevrilməsinə nə ehtiyac var? Və onların izah etdiklərini anlamaq üçün, əvvəlcə «Yaradanın istəyi» nədir və «Yaradanın siması» nədir, bunu anlamaq lazımdır. Və öyrəndiyimizə görə, bu o deməkdir ki, Yaradanın istəyi – əta etməkdir, necə ki deyilmişdir, yaradılışın məqsədi Onun Öz varlıqlarını həzzləndirmək, yəni onlara xeyir və həzz əta etmək istəyindədir. Yaradanın siması (panim) isə «simanın aşkar olması» adlanır, yəni [insan] aşkar İdarəetmənin dərkinə – Yaradanın dünyanı xeyirxah və xeyir verən kimi idarə etdiyini dərk etməyə layiq görüldükdə.
On Sfirot-un Tədrisinə (TES) ön sözdə yazıldığı kimi: «simanın aşkar olmasının ilk pilləsi, hansı ki mükafat və cəza idarəetməsinin tamamilə aydın dərk edilməsindən ibarətdir, insana yalnız Yaradan tərəfindən gələn qurtuluş vasitəsilə gəlir, o zaman ki, möcüzəvi dərketmə ilə o, Tövratda bəsirətə layiq görülür və “sanki getdikcə güclənən bir çeşməyə çevrilir” (Avot traktatı, 76). Və Tövratın hər bir ehkamında, artıq öz seçimi ilə sərf etdiyi zəhmətlər sayəsində onu icra etdikdən sonra, insan gələcək dünyada həmin ehkam üçün ona nəzərdə tutulmuş mükafatı, həmçinin ehkamın pozulmasında gizlənən böyük itkini görməyə layiq görülür».
Və deyilənlərin işığında, burada yazılanlar barədə soruşduğumuz şeyi izah etmək lazımdır: «Yaradanın istəyini icra etdikdə, Yaradan Öz simasını onlara çevirir». Axı onlar Yaradanın istəyini icra edirlər, bəs elə isə nə üçün burada onların «Yaradan Öz simasını sənə çevirsin» yazısına ehtiyac duyduqları deyilir?
Məsələ burasındadır ki, Yaradanın siması – Yaradanın idarəetməsinin xeyirxah və xeyir verən kimi aşkar olmasıdır. Və insan almaq istəyini əta naminə olacaq kimi islah etməyincə, Yaradanın idarəetməsi gizli və aşkar olmayan şəkildə olacaq. Buna görə də, insan Onun istəklərini icra etmək qabiliyyətinə çatmazdan əvvəl, – Yaradanın istəyi əta etmək olduğuna görə, – insan da həmçinin əta etmək istəyini qazanmalıdır.
Forma bərabərliyi olduqda isə, o zaman Yaradanın onu Öz simasının aşkar olması ilə, yəni “Tövratda gözlərin açılması” xüsusiyyəti ilə mükafatlandırması üçün yer yaranır, və o, Yaradanın dünyanı xeyirxah və xeyir verən kimi idarə etdiyini dərk etməyə layiq görülür. Və bu, yalnız insan Yaradanın istəyini icra etdikdən sonra, yəni insan artıq əta etmək istəyinə layiq görüldükdə baş verə bilər, və məhz o zaman gizlənmə və ixtisar yox olur.
Halbuki əgər İsrail Yaradanın istəyini icra etmirsə, Yaradanın onlara hər şeyi alan kelim-lərdə verməsini istəyirsə, – bu isə istəyi əta etmək olan Yaradanın istəyinə ziddir, – o zaman idarəetmə “O, simasını çevirməz” xüsusiyyətində, yəni Yaradanın simasının gizlənməsi adlanan axoraim (arxa tərəf) xüsusiyyətində olmalıdır. Və bu «O, simasını çevirməz» adlanır. Və bu, utancın olmaması üçün edilən islah səbəbindəndir.
Və eynilə yuxarıda deyilən kəlamı işin başlanğıc vaxtına münasibətdə də izah etmək lazımdır. Yəni insan artıq «Yaradanın istəyini icra edənlər» olmağa layiq görülmüş o insanların arasında olmağa layiq görülməzdən əvvəl. Və izah etmək lazımdır ki, «Yaradanın istəyini icra edənlər» – Yaradanın istəyini icra edənlər olmaq üçün yolla gedənlərdir, axı bu yolla gedənlər artıq getdikləri yolun adı ilə adlandırılırlar. Və bu, mənim atam və müəllimim Baal Sulamın yazılmış: «Müdriklərə müdriklik verir» ayəsi haqqında dediyi kimidir, və [Baal Sulam] soruşdu: məgər «axmaqlara müdriklik verir» deyilməli deyildimi? Və o dedi ki, müdriklik istəyənlər nəzərdə tutulur – onlar müdrikliyi qazanmaq yolu ilə getdiklərinə görə artıq müdriklər adlandırılırlar. Və onlar aşağıdan oyanış verdiklərinə görə, onlara yuxarıdan müdriklik verirlər.
Burada da həmçinin, onlar əta etmək istəyinin gücünü dərk etmək nöqtəsinə gəlmək istədikdə, bu artıq Yaradanın istəyini icra etdikləri adlanır. Və «təmizlənməyə gələnə kömək edərlər» qaydasına uyğun olaraq, onlar Yaradandan kömək alırlar. Buna görə də Yazı onlara deyir: «Yaradan Öz simasını sənə çevirsin», yəni Yaradan Öz siması ilə onlara nur saçır, bu isə Yaradanın onlara kömək etməsi deməkdir. Bəs kömək nədən ibarətdir? Bu, Zoar kitabında yazıldığı kimidir: «təmizlənməyə gələnə kömək edərlər». Və soruşur ki, nə ilə? Cavab – müqəddəs can (ruh) ilə, və bu «Yaradanın siması» adlanır, necə ki deyilmişdir: «Çünki Öz simasının nurunda Sən bizə həyat Tövratını və mərhəmət (xesed) sevgisini verdin». Yəni Yaradanın simasının nuru sayəsində onlar mərhəmət sevgisini, yəni əta etmək xüsusiyyətini alırlar. Yəni Yaradan onlara "xesed" xüsusiyyətini sevmək gücü verir. Yəni əta edən olmağı sevməyi.
Və bu «Yaradan Öz simasını sənə çevirsin və sənə sülh versin» adlanır, harada ki sülh (şalom), yazıldığı kimidir: «Qüdrətli Yaradanın nə deyəcəyini eşidim, axı O, Öz xalqına və Öz dindarlarına sülh vəd edir, təki onlar yenidən axmaqlığa qayıtmasınlar». Belə çıxır ki, «sülh» – Yaradanın onun bir daha günah etməməsi üçün «sülh» deməsi mənasına gəlir, və o, Yaradanla sülh daxilində olmağa layiq görülür. Və bu o deməkdir ki, «Yaradanın istəyini icra etdikdə», o zaman onlar Yaradanın köməyini alırlar. Və bu «Yaradan Öz simasını sənə çevirsin» adlanır.
O halda isə ki, «Yaradanın istəyini icra etmirlər», yəni Yaradanın istəyinə, – əta etmək istəyinə – çatmaq üçün olan yolla getmirlər, o zaman onlar haqqında «O, simasını çevirməz» deyilir, yəni O onlara kömək edə bilməz, yəni onların istəyini doldura bilməz, çünki onların istəyi müqəddəsliyə tərsdir. Axı O onlara Yaradanın istəyinə zidd olan şeyi necə verə bilər, axı insanın ruhani işdə etməli olduğu hər şey – yalnız öz əməllərini əta etmək naminə olacaq kimi islah etməkdən ibarətdir. Əgər Yaradan «Öz simasını onlara çevirsəydi», yani onlar özləri üçün olan almaq istəyi naminə daha da çox işləyə bilsinlər deyə kömək alsaydılar, o zaman belə çıxardı ki, Yaradan sanki onları quyuya salır (bəlaya düçar edir). Buna görə də, Yaradanın «Öz simasını onlara çevirməməsi» ilə, O bununla onlara kömək edir ki, onlar eqoist sevgidə qalıb getməsinlər. Və bu barədə deyilmişdir: «Murdarlanmağa gələnə [yolu] açarlar», lakin ona kömək verməzlər. «Təmizlənməyə gələnə isə – kömək edərlər».
Deýilənlərdən anlayacağıq ki, «qayıdış» nə deməkdir. Yəni insanın nəyi qaytarmalı olduğu. Qayıdış o deməkdir ki, o nə isə alıb, və o aldığı şeyi geri qaytarmalıdır. Məsələ isə burada, yuxarıda deyildiyi kimi, ondadır ki, insan özü üçün almaq istəyi təbiəti ilə doğulduğuna görə, buna görə də insan yalnız öz mənfəəti üçün işləmək istəyir. Yəni o, Yaradanın onun alan kelim-lərini doldurmasını istəyir, və buna görə insan qayıdış etməlidir, yəni hər şeyi Göylər naminə etməlidir. Yəni aldığı şeyi o, öz mənfəəti üçün almaq istəmir, bəlkə aldığı hər şey, bu yalnız Yaradana həzz əta etmək üçündür, axı Yaradan insanın almasını istəyir, necə ki deyilmişdir: «Onun istəyi Öz varlıqlarını həzzləndirməkdir». Belə çıxır ki, onun aldığı bütün bu şeylər, yalnız geri qaytarmaq üçündür, əks halda o almaq istəmir. Və bu «qayıdış» adlanır. Yəni o, aldığı hər şeyi geri qaytarır.
Və bu, Zoar kitabında (Naso, bənd 28) yazıldığı kimidir: «Və qayıdış edən hər bir kəs, sanki “hey” (ה) hərfini, Malxut-u, “vav” (ו) hərfinə, Zeir Anpin-ə, “yud-hey”in (יה) oğlu ‘ben’nə qaytarır, və onun sayəsində AVAYA “hey-vav-yud-hey” (הויה) adı tamamlanır. Və bu, şübhəsiz ki, “hey” hərfinin “vav” hərfinə qaytarılacağı (taşuv hey) sözlərindən ibarət olan qayıdışdır (tşuva)».
Və Zoar kitabında (Naso, bənd 31) deyilir: «Və bu qayıdış, yəni Malxut və AVAYA adının “hey” (ה) hərfi, həyat adlanır, necə ki deyilmişdir: “Çünki ondan həyat çeşmələri çıxır”. Yəni Malxut-un nəticələri olan İsrailin (ruhları), hansı ki həyat adlanır. Bu, insanın ağzından heç bir zəhmət və heç bir güc sərf etmədən çıxan və daxil olan nəfəsdir, və “onların xəlq edilməsi” (ibaram) [sözündəki] “hey” (ה) hərfinin mənası bundadır, çünki “hey” (ה) hərfi ağızdan digər bütün hərflərdən daha asanlıqla tələffüz edilir. Və onun haqqında deyilmişdir: “Yaradanın surətini o [yəni Musa] görür”. Həmçinin: “İnsan yalnız bənzərlik (tselem) daxilində gəzəcək”. Və o, insanın başının üzərində qərar tutduğuna görə, ona başıaçıq halda dörd ama (dirsək) məsafəni keçmək qadağan edilib. Axı əgər o insanın başından getsə, həyat dərhal ondan gedər».
Və Zoar-da deyilənləri izah etmək lazımdır ki, qayıdış “hey” hərfinin “vav” hərfinə qaytarılması adlanır. Məsələ isə burada ondadır ki, bizim bütün işimiz – gizli və aşkar olmamasına baxmayaraq, ali hakimiyyətin, ali Malxut-un (hərfən: "göylər Malxutunun") boyunduruğunu öz üzərinə götürməkdən ibarətdir. Yəni yaradılışın düşüncəsi Öz varlıqlarını həzzləndirməkdən ibarət olmasına baxmayaraq, hər bir halda seçim yeri olması üçün ali Malxut üzərində ixtisar və gizlənmə baş verib. Yəni, insanın ali hakimiyyətin boyunduruğunu öz üzərinə götürməsinin özünüsevmədən deyil, Yaradana həzz əta etmək istədiyindən irəli gəldiyini demək qabiliyyətinin olması üçün. Əgər Padşah aşkar olsaydı, o zaman əlbəttə ki, insan Yaradanın aşkar olmasını özünüsevmə səbəbindən qəbul edərdi, çünki biz inanmalıyıq ki, dünyada Padşahın simasını görməkdən daha böyük bir həzz yoxdur. Belə çıxır ki, ali Malxut-u qəbul edən zaman insan forma fərqliliyi səbəbindən [Yaradandan] ayrılmış olmalıdır, axı məlumdur ki, fərqlilik ruhaniyyətdə ayrılıq yaradır.
Və belə alınır ki, bu gizlənmə bizim üçün ali Malxut-un boyunduruğunu qəbul etməyi və Yaradanın idarəetməsinin xeyirxah və xeyir verən olduğuna inanmağı çətinləşdirir. Və yalnız insan forma bərabərliyinə gəlməyə aparan yolla getdikdə, yəni onun bütün əməlləri Göylər naminə olduqda, onun əta etmək naminə olan niyyətinin ölçüsündə onun üçün gizlənmə və ixtisar yox olur. Və o zaman insan xeyir və həzzi dərk edə bilər, çünki o zaman o bütün bunları əks olunan nurda (or xozer) alır, yəni o hər şeydən yalnız öz Yaradanına zövq əta etmək istədiyinə görə həzz alır. Və buna görə də həzzin qəbulu ayrılıq yaratmır. Və insan ali xeyri «buzovun əmmək istədiyindən daha çox, inək onu yedizdirmək istəyir» qaydasına uyğun olaraq alır. Sonda insanın nə isə qazanmaq üçün artıq işi qalmır, çünki Uca olan artıq verə bilir, çünki onda artıq forma bərabərliyinin kelim-ləri var. Belə çıxır ki, insanın əsas işi əta etmək kelim-lərini qazanmaqdan ibarətdir.
Deyilənlərdən yola çıxaraq, “hey (ה) hərfi geri qayıdacaq”, yəni AVAYA adından ayrılmış olan Malxut, – hansı ki bütün ruhları özündə birləşdirir və ruhları qidalandırmalıdır, – deyildiyi zaman "qayıdışın" nə olduğunu izah etmək lazımdır. Və əgər varlıqlar onlara həvalə olunmuş şeyə uyğun olaraq işləyirlərsə, yəni hər şeyi əta etmək naminə edirlərsə, o zaman onlar, hər biri öz ruhunun kökündə, əta etmək istəyi xüsusiyyətinin qazanılmasına səbəb olurlar. Və o zaman Malxut Yaradanla, Əta Edənlə forma bərabərliyi qazanır.
Belə çıxır ki, ali xeyir aşağıdakılara heç bir zəhmət və güc sərf etmədən ötürülür, necə ki yuxarıda Zoar kitabından gətirilən sitatda deyildiyi kimi, çünki ali xeyrin verilməsi Yaradana aiddir, onu O verir, və buna nail olmaq üçün insana heç bir iş lazım deyil, insanın bütün işi isə yalnız kelim tərəfindəndir ki, onlarda forma bərabərliyi olsun, və bu «torpaq üzərindəki iş», yəni onların “göylərin Malxutu”nun əta etmək naminə olması üçün edilən iş adlanır.
Və bu barədə deyilmişdir: «Göylərə qarşı ehtiramla qorxudan başqa, hər şey Göylərin əlindədir». Və burada "hər şey" sözünün altında Yaradanın verdiyi həmin o dolum nəzərdə tutulmalıdır. Və ali xeyrdə bir çox fərqli dolumlar var. Və ümumilikdə onlar NaRaNXaY, yaxud Xoxma və ya Xasadim adlanırlar. Və bütün bunları Yaradan insanın tərəfindən heç bir zəhmət olmadan verir, göylərə qarşısında ehtiramla qorxudan başqa, harada ki qorxunun mahiyyəti ondan ibarətdir ki, insan əta etmək naminə hərəkət edə bilməyəcəyindən qorxmalı olduğu şey üzərində işləməlidir. Və bu, insanın işinə aid edilir.
Yəni insan almaqdan qorxur və çəkinir, – ola bilsin ki, o [bu zaman] əta etmək naminə olan niyyətdə ola bilməsin. Və «almamaq» qabiliyyətini biz insana aid edirik, «əta etməyi» isə Yaradana aid edirik. Belə çıxır ki, göylərə qarşısında ehtiramla qorxu ondan ibarətdir ki, o almaqdan qorxur, axı ola bilsin ki, bu onu Yaradandan ayrılığa gətirsin. Və bu işi biz insana aid edirik. Başqa sözlə, insanın bütün işi bundan, əta etmək kelim-lərini necə qazanmaqdan ibarətdir. Lakin insanın ali xeyri necə almaq barədə məsləhətlər axtarmasına ehtiyac yoxdur, çünki insanın bütün qayğıları yalnız əta etmək istəyinə necə çatmaq barədə olmalıdır. Çünki Malxut həyat adlanır, – həyat ondan irəli gəlir.
Və bu, insan artıq əta etmək kelim-lərini qazandıqdan sonra, «alan kli» adlanan Malxut-u indi «əta edən kli» vəziyyətində olacaq kimi geri qaytarması ilə belə olur. Yəni varlıqlar öz ruhlarının kökündə, yəni Malxut-da, onun almaq naminə deyil, əta etmək naminə olması üçün islah etsinlər. O zaman Malxut onlara həyat verir, necə ki yazılıb: «çünki ondan həyat çıxır». Və bunu insan zəhmət və güc sərf etmədən alır, və yuxarıda deyildiyi kimi, «onların xəlq edilməsi» (ibaram) [sözündəki] hey hərfinin mənası bundadır. Çünki insan Malxut-u, hansı ki sonuncu "hey"dir (ה), yud-hey-vav (יה"ו) ilə forma bərabərliyi xüsusiyyətində islah etdikdən sonra, o zaman insana doğru ali xeyir zəhmət və güc sərf etmədən yayılır, çünki o onu islah edib.
Və bu, (Zoar-ın) dediyi şeydir: «Və onun haqqında deyilmişdir: “Yaradanın surətini o görür”, çünki Malxut Yaradanın surəti adlanır». Və izah etmək lazımdır ki, o bununla -bütün iş yalnız ehtiramla qorxu xüsusiyyətindədir- demək istəyir. Yəni «ali xeyri qəbul etməmək üçün, çünki ola bilsin ki, onun əta etmək naminə yönəltməyə kifayət qədər gücü olmasın». Və bu, Musa haqqında yazıldığı kimidir: «Və Musa öz simasını gizlətdi, çünki baxmağa qorxurdu». [Müdriklər] dedilər: «Musanın baxmağa qorxurduğu üçün öz simasını gizlətməsinin mükafatı olaraq o: “Yaradanın surətini o görür” şərtinə layiq görüldü».
Yəni, yuxarıda deyildiyi kimi, sərf edilən güc, o yalnız qorxu xüsusiyyətindədir, necə ki «çünki baxmağa qorxurdu» deyilib, sonradan isə mükafat hər hansı bir güc və zəhmət olmadan gəlir, o zaman ki Yaradanın surətini, yəni Malxut xüsusiyyətini görməyə layiq oldu, necə ki deyilib, «Malxut Yaradanın surəti adlanır». Və belə çıxır ki, bütün həyat Malxut-dan irəli gəlir. Deyildiyi kimi, AVAYA-dakı (הויה) hey (ה) hərfı həyat adlanır. Və bu, hər hansı bir zəhmət və güc sərf etmədən gəlir.
«İnsan yalnız bənzərlik (tselem) daxilində gəzəcək» kəlamında , "tselem" sözü, mənim atam və müəllimim Baal Sulamın dediyi kimi, "kölgə" (tsel) sözündən yaranıb. Yəni kölgə – günəşin parıldamadığı, gizlənmənin olduğu yerdir. Yəni insan göylərin Malxut-unu bilik üzərində gizlənmə şəklində qəbul etdikdən sonra, o zaman müqəddəslik biliyinə layiq görülür. Və məhz bu barədə deyilmişdir: «İnsan yalnız bənzərlik daxilində gəzəcək». Yəni məhz insan göylərin Malxut-unu öz üzərinə «tselem» (kölgə) şəklində götürdükdə, – bunun köməyi ilə insan müqəddəslik pillələri üzrə irəliləyə bilər. Və bu «insan gəzəcək» mənası verir.
Həmçinin «insana başıaçıq halda dörd ama (dirsək) məsafəni keçmək qadağan edilib» yazılanı da izah etmək lazımdır, harada ki «roş» (baş) bilik və zəka mənası verir. «Başın örtülməsi» – o öz zəkasını örtdükdə və ona baxmadıqda, bilik üzərində getdikdədir. «Dörd ama» - insan belə adlanır, yəni bu insanın pilləsidir, yəni nəzərdə tutulur ki, insana bilik üzərində inam olmadan getmək qadağandır. Əgər o zəkanın daxilində getsə, yəni "başını açaraq", "həyat dərhal ondan gedər". Lakin məhz başını örtməsi sayəsində o, müqəddəs biliyə layiq görülür.
Lakin bilik üzərində inam daxilindəki bu iş (mühakiməli) olmalıdır, çünki yalnız o zaman insan «bilik üzərində» anlayışının nə olduğunu anlaya bilər. Əks halda insan bu «bilik üzərində» anlayışında səhvə yol verir. Və bu, müdriklərin dediyi kimidir: «Yoldaşını o qəzəbli olan zaman sakitləşdirməyə [çalışma]». Buna görə də insan qəzəblənəndə, yəni yerləşdiyi vəziyyətindən narazı olanda və özünü yoxlamağa başlayanda, o zaman o ümumiyyətlə səhvə yol verir, və doğru hesablama apara bilmir, necə ki müdriklər dedilər: «O [Musa] qəzəbə qapıldığına görə, səhvə yol verdi».
İşdə insanın özünə qarşı olan qəzəbinin əsas məsələsi isə, yerləşdiyi həmin vəziyyətdən olan kədərdə ifadə olunur. Buna görə də onun etdiyi bütün hesablamalar, onlar yanlışdır, ona görə ki onun öz daxilində mühakimə qabiliyyətinin olmadığı bir vəziyyətdə yerləşir. Və bu vəziyyətdə o heç bir hesablama aparmamalı, ali Malxut-u hər hansı bir hesablama olmadan öz üzərinə götürməlidir. Və yalnız o, ali Malxut-un boyunduruğunu məcburi şəkildə öz üzərinə götürdükdən və sakitləşdikdən sonra hesablamalar apara bilər və nəyin "bilik üzərində", nəyin "bilikdən aşağı", və nəyin "biliyin daxilində" olduğunu bilər.
Çünki bilmək lazımdır ki, o zaman ki insan nəyəsə görə qıcıqlanıb, özünü narahat bir vəziyyətdə hiss edir, fərdi idarəetməyə, Yaradanın dünyanı xeyirxah, xeyir verən kimi idarə etdiyinə inanmaq qeyri-mümkündür. Buna görə də bu vəziyyətdə o, Yaradanın idarəetməsi haqqında pis danışır (şər söyləyir). Və insan dərhal inamdan qopur. Çünki yuxarıdan edilən elə bir islah var ki, onun barəsində müdriklər dedilər: «İçinə axmaqlıq ruhu daxil olmayınca, insan günah etməz». Bu o deməkdir ki, onda olan müqəddəslik ruhu gedir. Və bu insanın xeyri üçün edilir, çünki o zaman ki insanda müqəddəslik ruhu yoxdur, o onda olmayan şeyə zərər vura bilməz.
Buna görə də, insan kədər vəziyyətinə düşəndə, yəni sevinci qəbul edəsi bir yeri olmayanda, o müqəddəslikdən qopur. Və o zaman insan üçün yalnız bircə məsləhət var ki, ali Malxut-un boyunduruğunu məcburi şəkildə öz üzərinə götürsün, və Yaradana dua ucaltsın ki, ona kömək etsin. Öz üzərinə götürdüyü bu məcburiyyətin, Yaradanın ona kömək etməsi ilə sevincə çevrilməsi üçün, necə ki deyilmişdir: «Yaradana sevinclə xidmət edin». Amma bu xidmət onda indi məcburiyyətlə olduğuna görə, o sevinci haradan götürsün?
Buna görə də insan Yaradana dua etməlidir ki, ona kömək etsin ki, o: «Yaradana sevinclə xidmət edin» şərtini icra edə bilsin. Və həmçinin insan o zaman aşağıdan oyanış adlanan dəfetmə (səy) göstərməlidir və inanmalıdır ki, o öz vəziyyətinə üstün gəlmək və zəkaya qarşı nə isə etmək gücünə malik olmasında böyük bir şərəfə layiq görülüb, və bu «bilik üzərində» adlanır. Və həmçinin bilik üzərində olanda inanmalıdır ki, bu onun “Yaradanın işçisi” olması deməkdir. Yəni onun indi gerçəkləşdirdiyi bu dəfetmə Yaradanın işi adlanır, çünki o indi “bilik üzərində inam” xüsusiyyətində işləyir. Yəni yalnız indi o, işi gerçəkləşdirən adlanır, çünki bədən bu işlə razı deyil.
Deyilənlərdən belə alınır ki, o zaman ki insan bədənin müqəddəslik işini icra etmək istəmədiyi bir vəziyyətə gəlir, və həyat ruhunun olmadığı bir vəziyyətdə yerləşir, belə bir vaxtda insan Yaradana inamı olmayan kəs adlanır, çünki Yaradana inam sevinç gətirir. Buna görə də, o qıcıqlananda və özünə qarşı o dərəcədə qəzəblənəndə ki, ətrafında olan heç bir şeyə dözə bilmir, o zaman o “bütpərəst” xüsusiyyətində yerləşir.
Və bu barədə müdriklər dedilər: «Qəzəblənən kəs sanki bütlərə sitayiş edir». Və bu, yuxarıda deyildiyi kimidir, çünki onda inam yoxdur. Buna görə də insan ruhaniyyətə olan hər bir toxunuşuna görə Yaradana şükür etməyə çalışmalıdır. Və o zaman o Yaradanla əlaqə qurur. Başqa sözlə, hətta o bədənin müqəddəslikdə olan hər şeyi (rədd etdiyi) bir vəziyyətdə yerləşsə belə, o bununla da həmçinin Yaradanla əlaqəni gerçəkləşdirə bilər. Yəni insan o zaman deməlidir: "mənim işə qarşı heç bir istəyimin olmadığını hiss etməyim də [Yaradanla] təmas adlanır.
Yəni insan görür ki, o heç də həmişə işləmək istəyir ya yox- haqqında düşünmür, yəni, onun ruhaniyyətə aid olmayan başqa müxtəlif şeylər haqqında düşünməyə və qayğısına qalmağa ehtiyacı var. Buna görə də indi, onda təmas olanda, o buna görə şükür edir, və o zaman bunun sayəsində insan yenidən işə daxil ola və müqəddəslik həyatı ilə yaşamağa başlaya bilər.
Və baxmayaraq ki, insanın əlaqəsində, insan özünü Yaradanla bağladığı zaman bir çox aspektlər var, lakin hər bir təmas — böyük bir şeydir. Və bu barədə deyilmişdir: «Sənin adın Qüdrətli olduğu kimi, Sənin şərəfin də elədir». Yəni insan Yaradanın əhəmiyyətini və əzəmətini nə dərəcədə qiymətləndirə bilirsə, o həmin ölçüdə Yaradana şükür edə və Ona təriflər deyə bilər. Və əlbəttə ki, əgər insan Yaradanın daha böyük əhəmiyyətini və əzəmətini təsəvvür edə bilirsə, şübhəsiz ki o, Yaradana daha da böyük təriflər verməyə qadir olacaq. Və insanın üstün gəlməsi və nəyəsə görə Yaradana təriflər verməsi sayəsində, və onun Yaradana nəyə görə şükür etməsinin fərqi yoxdur, bu əməl artıq Yaradanla əlaqə yaradır, çünki bunun köməyi ilə o, müqəddəslik işinə həqiqi şəkildə daxil ola bilər. Buna görə də bütün vəziyyətlərdə yalnız dua kömək edir.