<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə baş kahinin bakirə bir qadınla evlənməli olması  nə deməkdir

Ruhani işdə baş kahinin bakirə bir qadınla evlənməli olması  nə deməkdir

Məqalə 29, 1991-ci il

 

Zoar kitabı deyir: «Bu ehkam böyük koenə 'baş kahinə' bakirə bir qadınla evlənməyi buyurur. Necə ki deyilib: “Dul qadını, boşanmışı, ləkələnmişi, fahişəni — bunları almayacaq; ancaq öz xalqından olan bakirə qızı özünə arvad edəcək”. [Zoar] soruşur: niyə axı o, yalnız bakirə, qüsursuz olanı almalıdır? Və cavab verir: Çünki qadın — xeyir-dua qədəhidir, və əgər ondan dadsalar, korlayarlar. Başqa sözlə, o, xeyir-dua qədəhi adlanan malxuta işarə edir. Yaradana qurban gətirən koen isə kamil, qüsursuz olmalıdır… Çünki qüsurlar koenləri yararsız edir. Öz bədənində kamil, öz arvadında ondan ötrü kamildir ki, onda bu gerçəkləşsin: “Başdan-başa gözəlsən, sevgilim, və səndə heç bir qüsur yoxdur!”». Sitatın sonu.

İşdə «böyük koen», «bakirə», «dul», «boşanmış», «ləkələnmiş» və «fahişə» anlayışlarının nə demək olduğunu anlamaq lazımdır. Niyə qoy yalnız bakirə, qüsursuz olanı alsın. Yəni «bakirə, qüsursuz olanı». «Bakirə, qüsursuz olan» nəyə işarə edir? Və qadının xeyir-dua qədəhinə, yəni malxuta işarə etdiyini deməsi ile bunun nə əlaqəsi var?

Ari malxut haqqında deyir ki, hər gün o, yenidən bakirə olur («On sfiotun tədrisi», 12-ci hissə, 144-cü bənd), o, sadəcə bir nöqtədir və onu böyük vəziyyətə 'gadlut'-a çatana qədər yenidən qurmaq lazımdır. Və «Şaar a-Kavanot»da yazıldığı kimi, hər gün müstəqildir və «dünyanın yaradılış anından dünyanın sonuna qədər digərinə bənzəyən bir dənə də olsun dua yoxdur. Və hər gün, bu ana qədər heç vaxt aydınlaşdırılmamış yeni qığılcımlar aydınlaşdırılır».

Və iş baxımından bunu belə anlamaq lazımdır ki, malxut «göylərin malxutu» xüsusiyyəti deməkdir, hansını ki insan hər gün öz üzərinə yenidən götürməlidir. Və dünən öz üzərinə «göylərin malxutu» xüsusiyyətini götürməsi kifayət deyil, hər gün öz-özlüyündə, yuxarıda deyildiyi kimi, yeni bir keyfiyyətdir. Buna görə də biz inanmalıyıq ki, hər dəfə öz üzərimizə «göylərin malxutunu» götürəndə, belə hesab olunur ki, biz müqəddəsliyin hüdudlarından kənarda olan qığılcımları aydınlaşdırırıq və bu (Şaar a-Kavanotda) belə adlanır ki, «Bu qığılcımlar əvvəllər klipotların arasında əsirlikdə idilər, və onar göylərin malxutunu öz üzərinə götürmək, Tövrat və ehkamlarla məşğul olmaq sayəsində müqəddəsliyə qaldırıldılar».

Və bu, duada dediyimiz kimidir: «Bunun sayəsində böyük xeyir bütün aləmlərə ötürüləcək». Buna görə də müqəddəs kitablarda deyilir ki, insan Şma duasını oxuyarkən göylərin malxutunu öz üzərinə götürdüyü zaman, göylərin malxutunu öz üzərinə götürməli və göylərin malxutunu qəbul etməsinin fədakarlıqla olmasına niyyət etməlidir. Və hər gün yeni bir keyfiyyət olduğuna görə və malxutu elə qurmaq lazım olduğuna görə ki, o, böyük vəziyyətə 'gadlut'a çatsın, və hər dəfə yenilənsin.

Buna görə də, işdə Yaradanın qulluqçusu adlanan baş kahin haqqında göstəriş gətirilir, yəni gadlut vəziyyətində Yaradana yaxınlaşmaq istəyən kəs — baş kahin adlanır. Və o, «göylərin malxutu» adlanan «arvadı» almağa hazırlaşdıqda, «bakirə»ni almalıdır, Çünki bakirə o deməkdir ki, o hələ qüsursuzdur. Çünki bakirə — yazıldığı kimi, «bakirə torpaqdır», heç vaxt becərilməmiş torpağı belə adlandırırlar, necə ki yazılıb: «Bu, insanın heç vaxt becərmədiyi bakirə bir torpaq idi».

Başqa sözlə, insan göylərin malxutunun boyunduruğunu öz üzərinə elə götürməlidir ki, sanki onun heç vaxt göylərin malxutunun boyunduruğu olmayıb və bu onun üçün yeni bir şeydir, və əlbəttə ki, o indi hələ heç vaxt tanımadığı yeni bir şey etməyə hazırlaşdığını düşünməlidir. Belə çıxır ki, onun öz üzərinə götürdüyü bu qəbul etmə, göylərin malxutunu qəbul etmənin nə olduğunu və onda göylərin qorxusu olması üçün bunun nə tələb etdiyini bilməkdən ötrü xüsusi araşdırma tələb edir.

Bu o deməkdir ki, insan bunun onda daimi olması üçün nə etməli olduğu barədə düşünməlidir. Yəni, göylərin malxutunun boyunduruğunu öz üzərinə götürmüş insandan Yaradan nə tələb edir. Necə ki deyilib: «Sənin Qüdrətli olan Yaradanının Məndən ehtiramla qorxmaqdan başqa səndən nə tələb edir». Və ehtiramla qorxunun nə olduğu barədə düşünməlidir. Halbuki əgər insan, göylərin malxutunu qəbul etməyi xatırlamağı dayandırdıqdan sonra, və hansı səbəbdən olmasından asılı olmayaraq, rəngi qaçdıqdan sonra yenidən göylərin malxutunu öz üzərinə götürmək üçün oyandısa, o, «Mən gedib əvvəlki kimi davam edərək göylərin malxutu xüsusiyyətini oyatmalıyam» deyərək, dayanmazdan əvvəl etdiyi kimi göylərin malxutunu öz üzərinə götürməyə davam etməməlidir. Əksinə, o, işə yenidən başlamalıdır.

Bunu ölmüş və bundan əvvəl qiymətli şeyləri olan bir insana bənzətmək olar, onun uşaqları isə gəlib atalarının onlara vəsiyyət etdiyi mirası almaq istəyirlər. Bu barədə müdriklərimiz demişlər: «Özünü sənə miras olaraq ötürülməyən Tövratı öyrənməyə hazırla». Bunu belə izah etmək lazımdır ki, əgər insan hər şeyi unutduğu vəziyyətə gəlibsə, yəni eniş alıbsa, bu ölümə bənzəyir. Yəni əvvəllər o diri idi, yəni onda göylərin malxutu var idi və bu onun həyat Mənbəyinə bağlı olması adlanır. Ondan bu kəsildikdə isə o, ölü hesab olunur, necə ki deyilib: «Günahkarlar öz sağlığında ölü adlanırlar».

Ruhaniyyətdə səbəb və nəticə «ata və oğul» adlanır. Belə çıxır ki, indi o «oğul» adlanır və atanın ölümündən sonra qalanı öz üzərinə götürmək istəyir. Və bunu belə izah etmək lazımdır ki, «o sənə miras olaraq ötürülüb», insan isə Yaradanın işində sanki indi doğulubmuş kimi yeni bir səhifə başlamalıdır, və indi göylərin malxutu boyunduruğunu öz üzərinə götürmək istəyir və onun mirası alacağı kimsəsi yoxdur.

Və yuxarıda deyilənlərlə soruşduğumuz şeyi izah etmək olar: «İşdə “baş kahin” və “sadə kahin” sözləri bizə nəyə işarə edir? Anlamaq lazımdır ki, «kahin» — Yaradanın qulluqçusu olan kəsdir. Və ümumi çoxluğa ‘klala’ aid olan elə qulluqçular var ki onları «sadə kahinlər» adlandırırlar. Elələri də var ki, böyük vəziyyətə -gadluta çatmaq üçün, yəni həqiqi şəkildə işləmək üçün fərdi şəkildə ‘prat’ işləmək istəyirlər. Və onu «baş kahin» adlandırırlar.

Və baş kahinlərdə ümumi çoxluqdan tamamilə fərqli bir iş qaydası mövcuddur. Bu o deməkdir ki, insan Tövrat və ehkamlarla praktiki əməllər müstəvisində məşğul olduqda, niyyətə aid şeylərdə o, ümumi çoxluğa arxalanır. Elə insanlar da var ki, niyyət müstəvisində də işləmək istəyirlər, yəni özlərini elə yönəltmək istəyirlər ki, onların bütün əməlləri səmalar naminə olsun.

Başqa sözlə, «sadə kahin» o deməkdir ki, onun işi «klal» səviyyəsindədir, «baş kahin» isə o deməkdir ki, onun işi «prat» səviyyəsindədir. Bununla biz Zoar kitabının dediyini izah edə bilərik: «Niyə axı o, yalnız bakirə, qüsursuz olanı almalıdır? Və cavab verir: Çünki qadın — xeyir-dua qədəhidir, və əgər ondan dadsalar, korlayarlar». İzah etmək lazımdır ki, baş kahin, yəni Yaradana həqiqi şəkildə qulluq etmək istəyən kəs, artıq onun tərəfindən korlanmış olan zövcəsi, yəni göylərin malxutunu almamalıdır. Yəni eniş almazdan əvvəl onda artıq mövcud olan göylərin malxutunun boyunduruğunu davam etdirməməlidir, Çünki bu artıq «bakirə» adlanmır, belə ki, bu göylərin malxutu onda əvvəllər artıq var idi və zədələnmişdi.

Yəni bu, xeyir-dua qədəhi kimidir: «Əgər ondan dadsalar, korlayarlar» — yəni bu malxutdan o, eniş almazdan əvvəl artıq dadmışdı. «Və əgər ondan dadsalar, korlayarlar» sözlərinin mənası bundadır, Çünki o artıq eniş alıb. Deməli, o artıq bu malxutu korlayıb, ona görə də o, göylərin malxutunu öz üzərinə yenidən götürməlidir, sanki göylərin malxutunun dadını heç vaxt dadmayıb, yuxarıda deyildiyi kimi, və işdə yeni bir səhifə açmalıdır.

Yuxarıda deyilənlərə görə, yazılmış olan haqqında soruşduğumuzu izah etmək lazımdır: «Dul qadını, boşanmışı, ləkələnmişi, fahişəni — bunları almayacaq». Və dul qadın — izah etmək lazımdır ki, eniş keçirdikdən sonra insan ölü hesab olunur. Belə çıxır ki, enişdən əvvəl sahib olduğu əvvəlki zövcəsi, yəni göylərin malxutu, buna nisbətdə dul qadın kimi hesab olunur.

Və həmçinin işdə boşanmış qadının nə olduğunu izah etmək lazımdır. Yəni o, onun xoşuna gəlmədiyi üçün boşanıb, çünki insanın onun naminə işləməyə razı olmadığı o dəqiqədə, onun əhəmiyyətini hiss etmir, bu «kişi zövcəsindən boşanır» hesab olunur. Və hərçənd o boşanmaq istəmir, çünki onun ona qarşı mərhəməti var, yəni malxut onun nə qədər özünüsevməyə batdığını görür və ona yazığı gəlir, lakin o, hətta onun iradəsinin ziddinə olaraq ondan boşanır.

«Qadından onun iradəsinin ziddinə boşanırlar» qanununun mənası bundadır, çünki o, onun xoşuna gəlməyən kimi, hesab olunur ki, o ondan boşanıb. Ona görə də «baş kahin» adlanan Yaradanın qulluqçusu, boşanmış olan o qadını almayacaq, o isə indi göylərin malxutunun boyunduruğunu öz üzərinə yenidən götürməyə başlamalıdır və keçmişi nəzərə almamalıdır.

Və həmçinin biz «ləkələnmiş» sözünü izah etməliyik ki, kahinə ləkələnmiş qadını almaq qadağandır. Və bunu yuxarıda deyilənlərlə izah etmək olar ki, insan Yaradanın işinə yenidən oyandıqda, və əgər o «baş kahin» xüsusiyyətindədirsə, bu o deməkdir ki, o, Yaradanın əzəmətində işləmək istəyir. Yəni məlumdur ki, insan öz əməyi müqabilində mükafat almaq üçün işlədikdə, o, verənin kim olmasına, onun əhəmiyyətli bir insan olub-olmamasına baxmır, mükafata baxır. Bu o deməkdir ki, əgər sahibkar sadə bir insandırsa və hansısa fabriki olan və maaş verən əhəmiyyətli bir insandan iki qat çox ödəyirsə, o zaman insan mütləq daha yüksək maaş ödəyənin yanında işləyəcək.

Lakin əgər insan  əhəmiyyətli bir insana qulluq etmək istəyərək ödənişsiz işləyirsə, o zaman əlbəttə ki, o, hər zaman ən əhəmiyyətli olanı axtarır və onun üçün işləmək istəyir. Belə çıxır ki, böyük vəziyyətdə -gadlutda işləmək istəyən kəsin işi Yaradanın əzəmətinə əsaslanır, belə ki, o, heç bir mükafat olmadan işləmək istəyir, onu «baş kahin» adlandırırlar, çünki kahin — Yaradana yaxınlaşmaq istəyərək Yaradana qulluq edən kəsdir, necə ki deyiləni izah edirlər: «Aranızdan Yaradana qurban gətirəcək insan», «aranızdan» deyilməsi o deməkdir ki, qurban «sizin öz daxilinizdən» gəlir, yəni insanın Yaradana yaxınlaşması ilə o, «baş kahin» adlanır.

Bu insana ləkələnmiş qadını almaq qadağandır, yəni hər dəfə zövcə almağa hazırlaşdıqda, o, hər zaman bakirəni alacaq, yəni heç vaxt əri olmamış olanı, yəni o, bu malxutu heç vaxt istifadə etməyib və bu, hər zaman yeni bir zövcə olmalıdır. Və əksinə, əgər o, bu malxutu əvvəllər artıq istifadə edibsə və eniş alıbsa və onda göylərin malxutunu qəbul etmə kəsilibsə, bu ona görədir ki, o, onu murdarlayıb və göylərin malxutuna ehtiram bəsləmək lazım olduğu kimi onunla davranmayıb, və onunla laqeyd davranıb, ona görə də o, həmin xüsusiyyəti bir daha almayacaq, çünki o artıq ləkələnib.

Və baş kahin hər zaman bakirəni almağa çalışmalıdır, yəni o təsəvvür etməlidir ki, indi o, müqəddəs işə başlayır, və indiyə qədər olanlar onu maraqlandırmır, o isə deyir ki, ümid edir ki, bundan sonra onu qoruyacaq və ona hörmət edəcək. «O, zövcəni onun bakirəliyində alacaq» sözlərinin mənası bundadır.

Və həmçinin yazılmış olanı izah etmək lazımdır: «Dul qadını, boşanmışı, ləkələnmişi, fahişəni — bunları almayacaq; ancaq öz xalqından olan bakirə qızı özünə arvad edəcək». Və işdə fahişənin nə olduğunu aydınlaşdırmaq lazımdır. Bütün məsələ ondadır ki, baş kahin göylərin malxutu boyunduruğunu öz üzərinə götürmək istədikdə, o, bakirəni almalıdır, bu isə «bakirə torpaq» deməkdir, hansı ki heç vaxt becərilməmiş torpağın adıdır. Təbii ki, belə bir torpağın ruzi üçün məhsul gətirəcəyini gözləmək olmaz. Bu o deməkdir ki, insan bu torpaqdan özünü dolandıra bilməz, ancaq onu becərdikdən və torpağa lazım olan hər şeyi verdikdən sonra, o zaman o, bu torpaqdan özünü dolandıra biləcək, lakin daha əvvəl yox.

Belə çıxır ki, insan «qadın» adlanan göylərin malxutunun boyunduruğunu öz üzərinə götürdükdə, o, qadının "qidalanır və bəslənir" 'zan u-mefarnes' sözlərindən olan fahişə- 'zona' olmasını istəməmək üçün diqqətli olmalıdır. Yəni, əgər göylərin malxutu boyunduruğunu qəbul etmə onu qidalandıracaqsa, yəni o, Tövrat və ehkamlarla məşğul olduğu müddətdə ondan qida alacaqsa, o zaman onu qəbul etməyə hazırdır, əks halda isə bu qadını almağa razı olmayacaq, bu, işdə «fahişə» adlanır.

O isə göylərin malxutunu heç bir şərt olmadan bir boyunduruq kimi, yəni «boyunduruq altında öküz  və yük altında eşşək girən kimi» qəbul etməlidir. Bu, «bakirə qadın», yəni heç bir ruzi gətirməyən «bakirə torpaq» hesab olunur. Və əgər insan bu şərtlərə razı olarsa, özünü Yaradana yaxınlaşdıraraq baş kahin olmağa layiq görülər.

Yuxarıda deyilənlərə görə, müdriklərimizin işə dair dediklərini izah etmək olar: «Sərvət naminə qadınla evlənənin ləyaqətsiz övladları olar, necə ki deyilib: “Onlar Yaradana xəyanət etdilər, çünki yad övladlar dünyaya gətirdilər”». Və «sərvət naminə qadınla evlənməyin» nə olduğunu anlamaq lazımdır. Bu o deməkdir ki, işdə «qadın» göylərin malxutu adlanır. Və o, göylərin malxutunun boyunduruğunu öz üzərinə ona görə götürür ki, onun böyük sərvəti olduğunu eşidib, sərvət isə onun onu təmin edəcəyi deməkdir; yəni göylərin malxutu vasitəsilə o, Tövrat və duanın gözəl dadını qazanacaq, əks halda isə ona tərbiyə vasitəsilə aldığı eyni yolla getməyə davam etmək kifayətdir.

Və əgər göylərin malxutu onun qazancını artırmırsa ki, o, özünü daha böyük bolluqda saxlaya bilsin, onda indi göylərin malxutunun boyunduruğunu öz üzərinə götürmək və səy göstərmək onun nəyinə lazımdır. Halbuki onu indi saxlayan şey, hal-hazırda bu dünyanın həzzlərində tapdığı bütün ruzisi onu qane etmir. Buna görə də o, göylərin malxutunu əldə etmək istəyir.

Bu, «sərvət naminə qadınla evlənmək» adlanır, yəni onun göylərin malxutunu qəbul etməsinin yeganə səbəbi — özünə olan eqoist sevgini təmin etməkdir. Həmçinin bu, onun «ləyaqətsiz qadınla evlənməsi» adlanır, çünki bütün müqəddəs kitablarda yazılıb ki, göylərin malxutunu qəbul etmə fədakarlıqla olmalıdır. Və bu barədə çoxlu şərhlər var.

Bizim öyrəndiyimizə görə isə məna ondan ibarətdir ki, o, göylərin malxutunu öz mənfəəti üçün deyil, Yaradanın naminə qəbul edir. Bu o deməkdir ki, o, göylərin malxutunu öz üzərinə götürərək, özü üçün deyil, Onun adının «böyüməsini və müqəddəsləşməsini» istəyir. Belə çıxır ki, əgər o, göylərin malxutunu özü üçün qəbul edərsə, o, «ləyaqətsiz qadın» hesab olunur. Bu, «sərvət naminə» adlanır, çünki «sərvət» bunun sayəsində onun özünü dolandıra biləcəyi deməkdir, yəni sərvət sayəsində o, həyatda təmin olunacaq. Lakin insan zövcəni Yaradan naminə almağa çalışmalıdır, yəni «qadın» adlanan göylərin malxutunu özü üçün deyil, Yaradan naminə olsun.

İndi biz insanın niyə ağıl üzərində inamı qəbul etməli olduğunu başa düşə bilərik, çünki adətən insan hər zaman qazanc haqqında düşünür, yəni əgər o, işdən nə isə alacağını görmürsə, rahat qalmağı üstün tutur və nə isə almayana qədər heç bir hərəkət etmək istəmir.

Buna görə də, insana göylərin malxutunu Yaradanın naminə, yəni Onun adının «müqəddəsləşməsi» naminə qəbul etməli olduğu deyildikdə, bədən soruşur: «göylərin malxutunu öz üzərimə götürməklə mən nə qazanacağam və bundan mənə nə mənfəət olacaq?» Ona deyirlər ki, bədənin başa düşə biləcəyi heç bir söz yoxdur. Sən isə inanmalısan ki, padşaha xidmət etmək sənin üçün böyük bir şərəfdir. Və bu, «ağıl üzərində» adlanır, çünki bədənə onun dəyərini başa düşməsi üçün deyilə biləcək heç bir söz yoxdur.

Ona görə də, insan ağlın daxilində qazanc görmədikdə, belə hesab olunur ki, onun səyi mükafatından daha böyükdür, çünki o, bu mükafatın nə olduğunu bilmir, səyləri isə görür və səy göstərməyə inanmağa ehtiyacı yoxdur. Buna görə də, insan Yaradanın qarşısında ehtiramla qorxu qazanmayana qədər, hər zaman səylərə baxır, çünki işin faydasını başa düşə bilmir, yalnız ağıl üzərində inanır. Ona görə də bu iş «ağır əmək» adlanır və göylərin mərhəməti mütləq lazımdır.

Yuxarıda deyilənlərdən bu ayəni başa düşərik: «Sən əldən düşmüş və yorulmuşdun, o isə Yaradandan qorxmadı». Bu o deməkdir ki, yuxarıda deyildiyi kimi, o, səy göstərdiyini gördüyü, lakin bu əməyin faydasını hələ görmədiyi üçün ona yalnız inanmaq qalır. Və belə çıxır ki, insan əldən düşmüş və yorulmuş olur. Hər şey isə ona görədir ki, o, hələ Yaradanın qarşısında ehtiramla qorxu qazanmayıb. Və insan bilməlidir ki, inam — klidir (qabdır). Kli lazımi şəkildə tamamlandıqda və qəbul etməyə hazır olduqda isə, ali xeyir dərhal ağıl üzərində olan inam klisini doldurur. Və ali xeyir «göylərin qorxusu» adlanır, insan isə bu işığı «ağıl üzərində inam» adlanan həmin klini qazandıqdan sonra əldə edir. Lakin insan Yaradanın qarşısında ehtiramla qorxu qazanmazdan əvvəl, səylərdən əziyyət çəkir, çünki nur ona işıq  saçmır.

Belə çıxır ki, göylərin malxutu boyunduruğunu öz üzərinə götürmək istəyən kəs ağıl üzərində işləməlidir. Yəni özü üçün deyil, Yaradanın naminə. Bu, «ağıl üzərində» adlanır, çünki bədən buna razı olmur, belə ki, o, öz şəxsi mənfəəti üçün olandan başqa heç nəyi başa düşmür.

Və bununla müdriklərimizin dediklərini izah etmək lazımdır: «Kasıb cəmiyyət yoxdur». Məlumdur ki, «kasıb» — «ağıldan kasıb» deməkdir, necə ki müdriklərimiz demişlər: «Yalnız ağılda yoxsul olmaq olar». Mənim atam və müəllimim isə dedi ki, malxut — «cəmiyyət» deməkdir. Bununla aydınlaşdırmaq lazımdır ki, «kasıb cəmiyyət yoxdur», yəni göylərin malxutunun boyunduruğunu ağıl üzərində qəbul edən kəs, o demək deyil ki, onun ağlı yoxdur və o kasıbdır, və məhz buna görə də göylərin malxutunun  boyunduruğunu ağıl üzərində qəbul edir. Əksinə, o, ağıldan da üstün olan, yəni ağıldan daha əhəmiyyətli bir pillədə dayanır. Çünki «üstün» və «aşağı» anlayışları işdə o deməkdir ki, «üstün» — daha əhəmiyyətli, «aşağı» isə daha az əhəmiyyətli deməkdir.

Və bu barədə deyilib ki, «kasıb cəmiyyət yoxdur», bu isə o mənaya gəlir ki, göylərin malxutunu ağıldan üstün öz üzərinə götürən kəs «kasıb», yəni ağlı olmayan hesab edilmir. Belə çıxır ki, işdə əsas şey — ağıl üzərində işləməkdir, çünki insan Yaradanın naminə işləmək istədikdə, bu «ağıl üzərində», konkret olaraq bədənin ağlına zidd adlanır. Lakin insan bilməlidir ki, Tövrat da bizə lazımdır, necə ki müdriklərimiz demişlər: «Mən şər başlanğıcı yaratdım və Tövratı ona ədviyyat olaraq yaratdım».

Və bu barədə «Hikmət bəhrələri» kitabında yazılıb: «Çünki ruh bədənə daxil olduqda onun qayəsi — hələ bədənə bürünmüşkən öz kökünə qayıtmağa və Yaradanla qovuşmağa layiq olmaqdır, necə ki deyilib: “Sizin Yaradanınızı sevmək, Onun bütün yolları ilə getmək, Onun ehkamlarını qorumaq, Ona qovuşmaq”. … Bəs Yaradanın yollarını kim bilir? Belə ki bu, “613 yoldan ibarət olan Tövrat” adlanır, və bu yolla gedən, nəticədə təmizlənəcək — o dərəcədə ki, onun bədəni özü ilə onun Yaradanı arasında dəmirdən bir arakəsmə təşkil etməyəcək. Necə ki deyilib: “Və daş qəlbi sizin ətinizdən çıxaracağam”, və o zaman o, öz Yaradanı ilə qovuşacaq… Ona görə də sənə sahibinin hədəfindən tutmaq daha yaxşıdır (yəni Tövrat xüsusiyyətinə can atmaq), “axı Sahibinin yollarını və göstərişlərini, yəni Tövratın sirlərini bilməyən kəs, Ona necə qulluq edəcək”».

Deyilənlərdən biz görürük ki, Tövrat xüsusiyyətini qazanmaq üçün səy göstərmək lazımdır. Tövrat xüsusiyyətini qazanmaq üçün isə, insan göylərin malxutunun xüsusiyyətini ağıl üzərində qəbul etməlidir. Yəni öz rəyinə zidd olaraq, özü üçün ona heç nəyin lazım olmaması, yalnız Yaradanın naminə olması üçün. Və bununla yazılmış olanı izah etmək lazımdır: «Və sənin nəslin yerin torpağı kimi olacaq». «Sənin nəslin» — oğullardır. İşdə isə «oğullar» 'banim' — Tövrat və ehkamlarda dərk etmə 'avana' deməkdir. Və Yaradan Yaquba əhd etdi ki, Tövrat və ehkamlarda dərk etməni yalnız o zaman almaq olar ki, insan «yerin torpağı kimi» olmağa razıdır, yəni o, Tövrat və ehkamları yerinə yetirməyə razıdır, hətta bunda heç bir şey hiss etməsə və Tövrat ilə ehkamlarda yalnız kül dadı dadsa belə, çünki o deyir: «Mən Yaradanın naminə işləyirəm». «Və əgər O istəyirsə ki, mən Onun üçün bu şəkildə işləyim, mən razıyam». O zaman o, əzəmətə və dərk etməyə layiq görülür.