Ruhani əməldə "insanın oğul və qız övladı dünyaya gətirməli olması" nə deməkdir?
1991-ci il, 24-cü Məqalə.
Zoar kitabında buyurulur: “Və buna görə də O, onu kişi və qadın olaraq yaratdı ki, ali bənzərliyə görə mükəmməl olsun. Və ondan və zövcəsindən oğul və qız dünyaya gəldi və bax o zaman o, ali bənzərliyə görə mükəmməl insandır. Və o, aşağıda olanı ali müqəddəs ada bənzər şəkildə tamamlayır, çünki Yud-Hey — bu Aba ve-Ima (Ata və Ana), Vav-Hey isə — oğul və qızdır. Və o zaman o, ali müqəddəs ad olaraq adlandırılır. Müqəddəs adı aşağıda tamamlamaq, yəni oğul və qız dünyaya gətirmək istəməl ən insan isə kaş ki heç yaradılmayaydı, axı onun müqəddəs adda qətiyyən heç bir qisməti yoxdur”. Sitatın sonu.
Və anlamaq lazımdır ki, ruhani əməldə bu bizə nəyi göstərir; əgər onun oğlu və qızı yoxdursa, kaş ki heç yaradılmayaydı.
Məlumdur ki, biz dünyada iki şeyi bir-birindən fərqləndirməliyik:
1. Yaradılışın məqsədi, yəni "Öz yaratdıqlarına həzz əta etmək", yəni yaradılanların xeyir və həzz əldə etmələridir və buna görə də O, yaradılanların daxilində elə bir təbiət yaratdı ki, onlarda zövq və həzz almağa dair istək və canatma olsun. Və əgər yaradılanlar Ondan xeyir və həzz alırlarsa, bununla Yaradanın arzusunu yerinə yetirərək və Ondan həzz alaraq Yaradana həzz əta etmiş olurlar.
2. Yaradılışın islahı, yəni yaradılanların həzz aldıqları andan etibarən utanc xüsusiyyətini (buşa) hiss etməmələri üçün; buna görə də yaradılanlar həzzi öz xatirlərinə deyil, yalnız Yaradana həzz əta etmək naminə almalıdırlar.
Yəni, onların həyatdan həzz almaq istəmələri — Yaradanın bunu arzulamasından irəli gəlir, onlar isə öz tərəflərindən həzzlərdən imtina etməyə hazırdırlar, çünki Yaradanla qovuşmuş olmaq istəyirlər və bu, "forma bənzərliyi" adlanır.
Buna görə də biz özümüzdə iki növ (kelim) fərqləndiririk:
1. Əta edən kelim . Onların daxilinə çəkilən nur “Xasadim nuru” (Or Xasadim) adlanır və bu nur“kişi nuru” (zaxar) olaraq adlandırılır, çünki nurun büründüyü kli — əta etmə klisidır, kişi klisi (kli de-zaxar) isə əta edən adlanır.
2. Alan klilərin daxilinə bürünən nur isə “Xoxma nuru” (Or Xoxma) və ya “Xaim nuru” (həyat nuru) adlanır və Xoxma nurunu qəbul edən kli qadın xüsusiyyəti (nekeva) adlanır, yəni alma xüsusiyyəti; bunun mənası odur ki, madəm ki bu nur “yaradılış məqsədinin nuru ” adlanır — hansı ki, Yaradanın Öz yaratdıqlarına həzz əta etmək istəyindən ibarətdir, yəni Yaradan Verəndir və aşağıda olanların almasını istəyir — buna görə də alan kli Yaradandan qəbul edən nekeva adlanır, Yaradan isə Verəndir.
Halbuki əta edən klilərdə , əksinə, aşağıda olan ali olana əta edir. Buna görə də “aşağıda olan kişi xüsusiyyətinin — zaxar adı ilə adlandırılır, çünki o, verəndir, ali olan isə alandır, necə ki müdriklərimiz buyurmuşlar: “İsrail göylərdəki Atasını ruzi ilə təmin edir”.
Deyilənlərdən belə nəticə çıxır ki, əməlin nizamı bu cürdür: madəm ki insan özü üçün alma arzusu təbiəti ilə yaradılmışdır, buna görə də insanın əməlinin başlanğıcı ondadır ki, insan etdiyi hər bir şeyin Yaradan naminə olacağı bir vəziyyətə gəlməyə can atmalıdır. Və burada insan çalışmağa və əlindən gələn hər şeyi etməyə başlayır, yəni o, bunun köməkliyi ilə şərin dərk edilməsi xüsusiyyətinə çatmaq üçün Tövrat və əmrləri icra edir; belə ki, riayət etdiyi Tövrat və əmrlər müqabilində o, mükafat almaq istəyir və bu mükafat — onda şərin dərk edilməsinin olmasıdır. Yəni o, hissiyyatında və biliyinda bilsin ki, öz xatirinə alma arzusu — şərdir və onun həyatına zərər vurur, yəni o, məhz bu səbəbdən ruhani həyata layiq ola bilmir. Və bu, onun “şərin dərk edilməsi” adlanan mükafatıdır. Və indi o dərk edir ki, öz xatirinə alma arzusu — bir zərərvericidir və onun ölüm mələyidir .
Buna görə də, əgər insan hələ də alma arzusunun ölüm mələyi olduğunu hiss etmədiyini söyləyirsə, o bilməlidir ki, bu, onda həqiqəti görmək üçün nurun çatışmamasının (xisaron) nəticəsidir, çünki qaranlıqda görmək qeyri-mümkündür, nur isə Tövrat adlanır, necə ki yazılmışdır: “Tövrat isə — nurdur”. Buna görə də o, Tövratdan nur almaq niyyəti ilə Tövratı artırmalıdır ki, o nur ona saçsın, o da öz düşməninin kim olduğunu və ona həqiqi həyat olan ruhani həyatla yaşamağa imkan verməyən ölüm mələyinin kim olduğunu öz gözləri ilə görə bilsin.
Buna görə də, insan bəzən “istəyin olmadığı günlər” adlanan vəziyyətlərə gəldikdə — başqa sözlə, nə düşüncədə, nə sözdə, nə də əməldə hər hansı bir şeyi etmək üçün onda heç bir gücün və enerjinin olmadığı zaman — bunun səbəbi odur ki, Yaradan insanı əməl üçün yaradıb, necə ki yazılmışdır: “Qüdrətli olan yaratdı ki, edilsin”. Beləliklə, insan ruhani əməl də özünün irəliləmədiyini gördükdə, o zaman insanda əməl aləti yox olur, yəni onun enerjisi çatışmır. Və o an sual doğur: insan belə bir vəziyyətdə olduqda nə etməlidir?
Cavab isə budur: insan o zaman bilik üzərində inanmalıdır ki, hətta bu vəziyyət də — yəni onda onu oyadacaq və doldurula biləcək heç bir çatışmazlığın (xisaron-un) olmadığı və insanın hazırda daxilində olduğu bu vəziyyətlə barışmaq istədiyi an belə — Yaradandan gəlir və ona ilkin niyyətlə (məqsədli şəkildə) göndərilir. Və bu, “nurun üstünlüyünün qaranlıqdan [bəlli olması]” qaydasına görədir.
Yəni, insan özünün eniş vəziyyətində olduğunu görür, daha sonra isə, bu vəziyyətdən çıxmağa layiq olduqda, o, yüksəliş vəziyyətinin əhəmiyyətini dəyərləndirəcəkdir. Digər sözlərlə, o zaman o, işıqla qaranlıq arasındakı fərqi ayırd edə biləcək və Yaradana onu ruhaniyyətə yaxınlaşdırdığı üçün şükür edə biləcəkdir. Və o an, o artıq bunun əhəmiyyətini dəyərləndirdiyi zaman, Tövratın nurunu özünə çəkmək qüdrətinə sahib olacaqdır, çünki o zaman “mübarək olan Mübarək olana bağlanır ”. Başqa cür desək, insan mükəmməlliyi nə dərəcədə dəyərləndirirsə, Yaradanın onu yaxınlaşdırdığına görə öz qismətindəki xeyir-duanı nə dərəcədə hiss edirsə, o ölçüdə də xeyir-duanı özünə cəlb edə bilər, necə ki deyilmişdir: “mübarək olan Mübarək olana bağlanır”.
Buna görə də, əgər onda qaranlıq olmasa, o, nuru dəyərləndirməyə qadir olmaz. Belə olan halda, əgər o, yüksəliş vəziyyətini dəyərləndirə bilsəydi, Yaradana yaxınlaşmaqdan əldə edə biləcəyi o sevinc insanda mövcud olmazdı. Və buna görə də biri digərinə uyğundur; insan Yaradanın onu Özünə yaxınlaşdırdığı üçün Ona nə dərəcədə şükür və həmd edirsə və insan “Yaradanın xeyir-duasını” hiss edirsə, elə o ölçüdə də yuxarıdan nuru cəlb edə bilər. Belə çıxır ki, insanın cəlb edə biləcəyi ali xeyrin ölçüsü, sanki onun “mübarək olan” xüsusiyyətində olduğu o vəziyyətlə müəyyən edilir, necə ki yuxarıda deyildi.
Və insan özünə qalib gəldikdə və Yaradandan kömək dilədikdə — hansı ki, artıq qəlbində alma arzusu adlanan bir zərərvericinin olduğuna və ondan çıxmağa gücünün çatmadığına qərar verdikdən, yəni keçdiyi bir neçə eniş və yüksəlişdən sonra və nəhayətdə əlində heç nəyin qalmadığını gördükdə — bax o zaman onun duası qəlbinin dərinliyindən gəlir, yəni o zaman o görür ki: “əgər Yaradan ona kömək etməsəydi, o, dözə bilməzdi”.
Və hər nə qədər insan bilik üzərində yalnız Yaradanın ona kömək edə biləcəyinə inandığını söyləsə də, lakin bilik daxlində onda belə bir hissiyyat yoxdur; çünki insan ruhaniyyətdə nəsə əldə etmək üçün bütöv gücünü və səyini özünün qoyduğunu bilir. Lakin insan bütöv səylərini göstərdikdən sonra, alma arzusunun hökmranlığından müstəqil şəkildə çıxmağa qadir olmadığını görür və bax o zaman biliyin daxilində görür ki, ona yalnız Yaradan kömək edə bilər.
Belə çıxır ki, müdriklərin: “insanın şər meyli hər gün ona üstün gəlir və əgər Yaradan kömək etməsəydi, o, dözə bilməzdi”, — deyə buyurduqları kəlama, bilik üzərində inanmalı olanlar — Tövrat və əmrləri icra edən və Yaradanın onlara kömək etdiyinəbilikdən uca inanan Yaradanın adi işçiləri deyil. Əksinə, əta etmək naminə çalışmaq istəyən o insanlarda bu, o dərəcədə biliyin daxilindədir ki, onlar artıq biliyin üzərində Yaradanın onlara alma arzusunun hökmranlığından çıxmağa kömək edə biləcəyinə inanmalıdırlar.
Və bu, Zoar kitabında kəşfiyyatçılar barəsində: “[Hətta] Sahib belə öz mülkünü ( kelim-ini) xilas edə bilməz”, — deyildiyi kimidir. Və bu barədə Baal Sulam buyurmuşdur ki, İsrail torpağı haqqında pis danışan kəşfiyyatçılar, "kül" adlanan Malxut xüsusiyyətinə dil uzadırdılar. Və kəşfiyyatçılar dedilər ki, Yaradan belə Öz kelimini yəni “müqəddəs kliləri” — əta edən kliləri xilas etməyə kömək edə bilməz. Belə çıxır ki, insanın öz eqoizminin hökmranlığından təkbaşına çıxmağa qadir olmadığını hamı bilirdi, lakin Yaradanın kömək edə biləcəyinə inanmaq lazımdır.
Və o zaman insanın daxilinə şübhələr gəlir: görəsən bu doğrudurmu ki, Yaradan bu məsələdə ona kömək edə bilər? Və o deyir ki, artıq bir neçə dəfə Yaradandan ona kömək etməsini, ona əta etmək arzusu verməsini və Yaradanın sevgisinə layiq olmasını istəyib, lakin öz duasına heç bir cavab almır. Belə olan halda, o zaman onun üçün Yaradanın ona kömək edəcəyinə inanmaq çətin olur. Və hər nə olursa olsun, göstərdiyi bütün o səylərdən sonra o, döyüş meydanından qaçmır və əta etmək arzusunu qazanmağa layiq olur; bax o zaman o, bilik daxlində görür ki: “əgər Yaradan ona kömək etməsəydi, o, dözə bilməzdi”.
İndi, Yaradan ona kömək etdikdən və o, Yaradandan kömək diləyərkən Onun onun dualarını qəbul etməsindən sonra belə bir vəziyyət tapırıq, necə ki deyilmişdir: “O, Öz Tövratı ilə qəlbimizi açacaq, Onun iradəsinə uyğun davranmaq və Ona bütöv qəlblə xidmət etmək üçün qəlbimizə Öz sevgisini və Öz ehtiramla qorxusunu qoyacaq”. O, dualarına cavab verərək ona kömək etdiyi üçün indi Yaradanı necə də vəsf edir və Yaradandan əldə etdiyi xeyir-duaların ölçüsünü necə də yüksək dəyərləndirir. Görürük ki, indi insan həqiqi mənada “mübarək olan” adlanır və bunun böyüklüyünə əsasən deyirlər ki, “mübarək olan Mübarək olana bağlanır” və bax o zaman o, ən böyük nurlanmanı qəbul edə bilər; çünki onun “mübarək olan” xüsusiyyəti, yuxarıda deyildiyi kimi, həqiqətən də böyükdür.
Lakin insan əta edən (kelimə) layiq olduqdan sonra, insan oğul, yəni bir oğlan uşağı (zaxar) dünyaya gətirmiş adlanır; başqa sözlə, o, əta edən kelim qazanmışdır. Və bu o deməkdir ki, o artıq “yaradılışın islahı” xüsusiyyətinə layiq olub ki, bu da Xesed xüsusiyyətidir, yəni yuxarıdan gələn əta edən kelimlə Yaradana xidmət etməkdir (bu, daxilindən xasadimin çıxdığı Zeir Anpin (ZA) xüsusiyyətindəndir, ZA isə xasadimi verən zaxar-dır). Beləliklə, hazırlıq dövrü “ata” adlanır, çünki hər hansı bir şeyə olan hazırlıq səbəb adlanır, nəticə isə törəmə (övlad) adlanır. Və bu, insanın bir oğlan uşağı dünyaya gətirməsi adlanır, yəni o, indi əta etmək arzusu əldə edib və bu, yaradılışın islahı xüsusiyyətidir ki, onun köməkliyi ilə xeyir və həzzi qəbul etmək mümkündür.
Belə çıxır ki, yaradılışın islahı adlanan bir oğlu artıq olduqdan sonra, insanın həmçinin yaradılışın məqsədini də dərk etməyə çalışmalı olduğu bir vaxt gəlir – hansı ki, bu məqsəd Onun Öz yaratdıqlarına həzz əta etmək istəyindən ibarətdir; bu isə o deməkdir ki, ali xeyir yuxarıdan aşağıya doğru gəlir, yəni aşağıda olan onu qəbul edir. Və bu, indi “qız” xüsusiyyətinin doğulması adlanır ki, o, yaradılış məqsədinin nurunu qəbul edir; bu, Verəndən qəbul edən qadın xüsusiyyəti olan Nukva-dır və o, AVAYA adının sonuncu Hey hərfi olan Malxut xüsusiyyəti adlanır.
Yəni indi, onda artıq AVAYA adındakı Vav-Hey hərflərinə işarə edən oğul və qız olduqdan sonra (çünki AVAYA adı Yud-Hey-Vav-Hey hərfləridir ki, burada Yud — Xoxma, birinci Hey — Binadır və onlar xasadimi qəbul edən, Xesed adlanan ZA xüsusiyyətindən törəyirlər. Həmçinin Malxut da Yud-Hey hərflərindən törəyir, o zaman ki, “qız” adlanan Xoxmanı qəbul edir). Buna görə də, əgər insan öz ruhani əməli sayəsində “oğul” və “qız” xüsusiyyətlərini dünyaya gətirməyə (doğmağa) layiq olursa, belə bir insan “Müqəddəs Adı tamamlamış” adlanır.
Halbuki, əgər o, öz əməlində yuxarıda deyildiyi kimi oğul və qız doğmayıbsa, belə çıxır ki, o, Müqəddəs Adı hələ tamamlamayıb. Buna görə də Zoar kitabı buyurur: “kaş ki heç yaradılmayaydı”, çünki insan dünyaya islahatlar etmək və müqəddəs Adı tamamlamaq üçün gətirilmişdir, necə ki müdriklərimiz bu ayə barəsində buyurmuşlar: “Budur, əl Yaradanın taxtı üzərindədir ki, Yaradanın Amalekə qarşı savaşı var” — “Yaradan and içdi ki, Amalekin adı silinməyənə qədər nə Onun adı mükəmməl olacaq, nə də Onun taxtı mükəmməl olacaq”.
Və yuxarıda deyildiyi kimi izah etmək lazımdır ki, XUB (Xoxma-Bina) adlanan Yud-Hey adı Vav-Hey daxilində nur saçmalıdır və bu, oğul və qız doğan insanın əməli sayəsində baş verir. Yəni, daxilində xasadim nurunun saçdığı, əta edən kelim olan zaxar (kişi) xüsusiyyəti. Və həmçinin bunu “qız” adlanan, daxilində xoxma nurunun saçdığı alan kelim olan malxut xüsusiyyətinə doğru davam etdirmək (çəkmək) lazımdır. Və bax o zaman insan öz əməli sayəsində Yud-Hey-Vav-Hey adlanan müqəddəs Adı tamamlamış olur. Və bu, “Amalekin silinməsi” vasitəsilə, yəni müqəddəs Adı tamamlamaq üçün Tövrat və əmrlərlə məşğul olmağımız sayəsində baş verir. Və o zaman “O və Onun adı birdir” adlanan mükəmməllik aşkar olacaqdır.
Belə çıxır ki, yuxarıda deyildiyi kimi müqəddəs Adı tamamlamayan və oğul ilə qız xüsusiyyətlərini doğmayan — yəni daxilində Xasadim nurunun saçdığı alan kelimi, yəni zaxarı (kişi xüsusiyyətini) islah etməyən və yaxud hətta zaxar adlanan bir oğul doğsa belə, lakin öz əməlini hələ tamamlamayıb bir nekeva doğmayan, yəni alan kelimim müqəddəsliyə daxil olmasını təmin etməyən kəs — hansı ki, onların daxilində qadın xüsusiyyəti adlanan Xoxma nuru saçır və bu, yaradılanlara yuxarıdan aşağıya doğru saçan nurdur, axı ali xeyri qəbul edənlər qadın xüsusiyyəti olan “nekeva” adlanır — bizə deyirlər ki, o, öz əməlini hələ də tamamlamayıb. Buna görə də: “kaş ki heç yaradılmayaydı, çünki onun Müqəddəs Adda qətiyyən heç bir qisməti yoxdur”.
Və bu, yuxarıda deyildiyi kimi, Vav-Hey xüsusiyyətini davam etdirmədiyi üçündür, çünki nurun Vav-Hey xüsusiyyətinə doğru çəkilməsi aşağıda olanların əməllərindən asılıdır və “bunu Qüdrətli olan yaratdı ki, edilsin” kəlamının mənası da bundadır; yəni aşağıda olanlar öz xeyirli əməllərinin gücü ilə nuru cəlb etməlidirlər. Və bu, Arinin buyurduğu kimidir: aşağıda olanların bütöv əməlləri — həm xeyirli əməlləri, həm də (bunu demək dəhşət olsa da) pis əməlləri — yalnız ZA və Malxut xüsusiyyəti adlanan Vav-Hey hərflərinə toxunur.
Və deyilənlərlə yazılmış bu ayəni izah etmək lazımdır: “Bu ay [hərfi mənada: təzələnmə, yenilik] sizin üçündür”. Və bunu ruhani əməldə izah etmək gərəkdir, madəm ki "günəşin altında yeni heç nə yoxdur", bəs o zaman barəsində “bu təzələnmə sizin üçündür” deyə yazılan o yenilik nədir? Cavab isə belədir — "sizin üçündür", bütöv yeniliklər və dəyişikliklər yalnız və məhz sizin üçündür, yəni sizin daxilinizdədir. Bu o deməkdir ki, Yaradana münasibətdə belə yazılmışdır: “Mən, Avaya, dəyişmədim”, bunun mənası odur ki, Yaradan tərəfdən heç bir dəyişiklik yoxdur, bütöv o pillələrin çoxluğu və dəyişikliklər isə yalnız qəbul edənlərin tərəfindədir. Bəs niyə qəbul edənlərdə dəyişikliklər baş verir, axı ruhaniyyətdə dəyişiklik yoxdur? Cavab ondadır ki, hər hansı bir nuru qəbul etmək [birbaşa] qeyri-mümkündür, bu yalnız bürünmənin ölçüsünə uyğun olaraq mümkündür; buna görə də bürünmə nurda dəyişikliklər yaradır, çünki bürünmənin böyüklük ölçüsü ilə nurun dərk edilməsi müəyyən olunur.
Bəs nurun büründüyü bu örtük (libas) nədir? Bu örtük — əks olunan nurdur (Or Xozer). Bunun mənası odur ki, xeyir və həzzi alarkən utanc hissinin olmaması üçün bir islah baş verdiyindən — bir ixtisar (tsimtsum) və gizlənmə baş verdi, belə ki, əgər insan əta etmək naminə qəbul etməyə qadir deyilsə, nur görünməz olur. Yəni, insan əta etmək naminə qəbul etməyə nə dərəcədə qadirdirsə, nur da ona o ölçüdə aşkar olur.
Belə çıxır ki, nuru qəbul edə biləcək əsas kli (kli), onun Yaradana əta etmək istiqamətində hərəkət etməyə və Yaradan naminə olandan başqa heç bir şey etməməyə nə dərəcədə qadir olması ilə müəyyən edilir. Və madəm ki əta etmək naminə olan niyyət təbiətə ziddir, bu əməl tədricən, çox yavaş-yavaş gedir. Və insanın əta etmək naminə hərəkət etmək üçün özünə qalib gəlməsinin ölçüsü ilə, bürünmənin və onun tərəfindən nurun dərk edilməsinin ölçüsü müəyyən olunur. Və təbii ki, qəbul edənlərin əməlinin ölçüsü ilə müəyyən olunan bir çox pillələr var. Lakin Verən tərəfdən heç bir dəyişiklik yoxdur. Və bu barədə deyilmişdir: “bu təzələnmə sizin üçündür”, yəni bütöv yeniliklər sizin üçündür. Yəni bu, sizin əməlinizdir, o sizin üçündür, yəni aşağıda olanlar üçün lazımdır.
Və əməl də xüsusilə böyük səy tələb edən ən əsas şey — biliyin üzərindəki inamdır; yəni əməldəki bütöv yenilik məhz biliyin üzərindəki inam sayəsində gəlir, halbuki biliyin daxilindəki inamla çalışan o insanların əməlində heç bir yenilik yoxdur. Və bu barədə yazılmışdır ki, “günəşin altında yeni heç nə yoxdur”. Yəni, məhz günəşin altında yeniliklər yoxdur, lakin günəşdən uca yeniliklər var.
Və ruhani əməldə “günəş”in nə ifadə etdiyini anlamaq lazımdır. Günəş gündüz vaxtı saçır, “gündüz”isə deyildiyi kimi məna verir: “‘Zalım işıqla qalxar — yoxsulu və möhtacı məhv edər...’... Bu [ayə] buyurur: əgər bir məsələ sənə gündüz kimi [hərfən: nur kimi] aydındırsa”. Və bunun mənası odur ki, əgər bu sənə gündüz kimi aydındırsa, bu, günəş, yəni idrak (ağıl/bilik) adlanır, halbuki gecə — şübhədir. Belə çıxır ki, günəşin altında yeni heç nə yoxdur. Yəni, əgər günəş, yəni idrak əhəmiyyətinə görə daha ucadırsa, yəni idrak əməllərin səbəbidirsə — bu mənada əməldə yeniliklər yoxdur. Çünki əməl idraka zidd deyil və əməldə heç bir yenilik yoxdur.
O halda ki, əgər insan günəşdən uca, yəni biliyin üzərində çalışmağı arzulayırsa, o zaman onun ruhani əməlində yeniliklər baş verir; yəni hər dəfə ona zalımlar (yad düşüncələr) yaxınlaşır və fironun sualını, həmçinin zalımın “kim və nə” adlanan o suallarını verirlər. Və insan onları özü üçün aydınlaşdırmalıdır . Bu əməl sizə aiddir və bu suallar ilə cavablar hər zaman yeniliklər doğurur. Və günəşin altında yeni heç bir şeyin olmaması, lakin günəşdən uca, yəni biliyin üzərində yeniliklərin olmasının mənası məhz bundadır.
Və budur, biliyin üzərindəki bu əməl heç bir şərt olmadan tam bir təslimiyyət (itaət) şəklində olmalıdır, yəni insan ali Malxutun boyunduruğunu biliyin fövqü xüsusiyyətində öz üzərinə götürməlidir. Yəni, insan deməlidir ki: “Mən ruhani əməldə heç bir anlayışa sahib olmasam da, əməldə heç bir dad-tam hiss etməsəm də, yenə də bütöv gücümlə elə çalışmağa hazıram ki, sanki daxilimdə dərketmə, hissiyyat və əməlin dadı var; və mən heç bir şərt irəli sürmədən çalışmağa hazıram”. Və bax o zaman insan irəli gedə bilər və onun öz vəziyyətindən aşağı yuvarlanması üçün heç bir ehtimal qalmır, çünki o, hətta birbaşa yerdə uzandığı zaman belə — yəni yerdən daha aşağı bir vəziyyətdə olmaq mümkün olmadığı halda belə — çalışmaq [öhdəliyini] öz üzərinə götürür.
Və bu, deyildiyi kimidir: “Nəsil gedir, nəsil gəlir, torpaq isə əbədi qalır”. ruhani əməldə “nəsil gedir və nəsil gəlir” ifadəsini izah etmək lazımdır: bu, yüksəlişlər və enişlər deməkdir. Yəni, insan idraka (elmə/ağla) çatmağa can atır — başqa sözlə, biliyin üzərində deyil, məhz bilik daxlində çalışmağı arzulayır. Yəni, insan deyir ki, əgər bədən çalışmağın və Padşahın əmrlərini yerinə yetirməyin onun üçün xeyirli (mənfəətli) olduğunu anlasa, o zaman əməldə səy göstərməyə hazır olacaq; lakin biliyin üzərində inanmağa bədən razı deyil. Və o, dayanıb bədənin bunu anlayacağı o vəziyyətə nə vaxt çatacağını gözləyir, əks halda isə o, müqəddəs əməli icra etmək iqtidarında olmur. Bəzən isə o, bu düşüncələrə və arzulara həqiqətən də qalib gəlir və bu, onda yüksəlişlər ilə enişlərə səbəb olur.
Lakin əgər insan “kül” vəziyyətində çalışmağı qərara alırsa — yəni ruhani əməldə kül dadı hiss etsə belə, o deyir ki, əgər o, Yaradan naminə nəsə edə bilirsə, bu onun üçün çox mühümdür; özü üçün isə — hansı dadı hiss etməsi onun üçün əhəmiyyət kəsb etmir; və o, kül dadı hiss edildiyi o vaxtda — yəni bədən bu əmələ rişxənd etdiyi zaman — bədənə söyləyir ki, onun fikrincə, bu əməl “Şxinanın küldən qaldırılması” adlanır.
Yəni, hər nə qədər bədən bu əməldə kül dadı hiss etsə də, insan bunun müqəddəslik (keduşa) olduğunu söyləyir və əməldə hiss etdiyi dadın necə olduğunu ölçüb-biçmir. Əksinə, o inanır ki, Yaradan bu əməldən həzz alır, çünki burada öz xatirinə alma arzusunun heç bir qarnuru yoxdur — axı onun əldə edəcəyi bir şey yoxdur, çünki bu əməldə heç bir dad və məna yoxdur, burada yalnız kül dadı var. Və buna görə də o inanır ki, ruhani əməl məhz belə olur və hər bir halda o, şaddır və sevinclidir.
Və deyilənləri izah etmək lazımdır ki, “nəsil gedir və nəsil gəlir” ifadəsi yüksəlişləri və enişləri ifadə edir. Yəni, “nəsil gedir” — yüksəliş vəziyyətinin ondan getməsi, “nəsil gəlir” isə — ona başqa bir yüksəlişin gəlməsi deməkdir. Və bu, sonsuza qədər belə davam edir. Lakin “torpaq (yer) əbədi qalır” — yəni torpaq, kül xüsusiyyətidir; insan özünün yerə sərildiyini, daxilində olduğu o vəziyyətdən daha aşağı bir vəziyyətin olmadığını hiss etdikdə, əgər insan “torpaq” xüsusiyyətində çalışırsa — yəni hətta kül vəziyyətində belə çalışmağa razıdırsa — bu, “əbədi qalır”. Yəni onun heç bir enişi olmur, çünki o artıq yerə sərilib və o, torpağı müqəddəsləşdirir (təqdis edir).