Ruhani işdə insanın xeyir-duasının oğullarının xeyir-duası olması nə deməkdir
1991-ci il, 14-cü məqalə
Zoar kitabı bu ayə haqqında soruşur: «Və o [yəni Yaqub] Yusifə xeyir-dua verib dedi: “... qoy övladlarına xeyir-dua versin”». Və orada deyilmişdir: «“Və o, Yusifə xeyir-dua verdi” deyilən bu ayəyə diqqətlə baxmaq lazımdır. Lakin biz burada onun Yusifi xeyir-dua bəslədiyinə dair bir xeyir-dua tapmırıq, bəlkə o yalnız onun oğullarına xeyir-dua verdi]...» Və [Zoar] cavab verir: «Ravvin Yosi dedi: ““Et” – bu dəqiqliklə deyilmişdir, çünki “et” Malxuta işarə edir. Necə ki deyilmişdir: “Yusifə” 'et Yusif', hansı ki onun oğullarının xeyir-duasıdır, çünki oğullar, Menaşe və Efraim, – “et” adlanan Malxut xüsusiyyətidir. Onun oğulları xeyir-dua Əta edəndə isə, o özü birinci növbədə xeyir-dua alır. Buna görə də həmçinin: “Yusif” də həmçinin-deyilmişdir, çünki insanın oğulları onun xeyir-duasıdır”». Sitatın sonu.
Və ruhani işdə bunun nə məna ifadə etdiyini anlamaq lazımdır – əgər oğullar xeyir-dua alırsa, Yusif də xeyir-dua alır- bununla nə nəzərdə tutulur.
Məlumdur ki, bizim bütün işimiz Yaradanla qovuşmağa (dbekut), yəni forma etibarilə bənzərliyə nail olmaqdan ibarətdir. Bu, aşağıda olanlara əta edən Yaradan kimi əta xüsusiyyətində olmaq deməkdir. Və buna görə də bizə Tövrat və ehkamlarda işləmək verilib ki, onları əta naminə yerinə yetirək, çünki bunun sayəsində insan öz ruhunun kökündə, yəni ümumi İsrail xüsusiyyəti olan Malxut de-Atsilut-da islah aparır. Buna görə də Malxut “İsrailin Məclisi” adlanır, çünki bütün ruhlar ondan çıxır.
Buna görə də, onlar əta naminə olan əməlləri nə ölçüdə yerinə yetirirlərsə, Şxina adlanan Malxutun, “saleh” xüsusiyyəti adlanan və Malxuta əta edən Z"A (Zeir Anpin) və ya Yesod Z"A ilə, yəni Yaradanla birliyinə səbəb olurlar. Lakin Malxut öz şəxsi mənfəəti üçün almaq xüsusiyyətində olduğu zaman, o, Əta edənə, yəni “Yaradan” adlanana bənzəmir. Və bu, forma fərqliliyi ucbatından Şxinanın Yaradandan uzaqda olması adlanır. Bu isə o deməkdir ki, Yaradan Malxuta əta edə bilmir və avtomatik olaraq ruhlar üçün ali xeyir olmur.
Yaradan aralarındakı forma fərqliliyinə görə aşağıda olanlara əta edə bilməyəndə, bu “Şxinanın əzabı” adlanır. Yəni alan tərəfdən o, ali xeyri qəbul edə bilmir, çünki əgər o aşağıda olanlar üçün ali xeyri qəbul etsə, bütün bunlar “almaq naminə almaq” adlanan klipot-ların daxilinə gedəcək. Və həmçinin bu, Əta edən tərəfdən də “əzab” adlanır, çünki yaradılışın düşüncəsi varlıqları həzzləndirməkdən ibarətdir, indi isə O onlara xeyir və həzz verə bilmir, çünki varlıqların malik olacağı hər şey klipot-lara gedəcək.
Buna görə də əta edə bilmədiyi üçün Əta edəndə əzab var. Eynilə öz uşağını yedizdirmək istəyən, lakin uşağı xəstə olduğu üçün yeyə bilməyən anaya bənzəyir. Və o zaman əta edən tərəfdən əzab yaranır. Və Zoar dilində bu, yuxarıda əzabın olması adlanır, çünki birlik (vahidlik) ola bilmir, yəni Əta edən alana ali xeyir verir, aşağıda olanlara nur əta edən isə Zeir Anpindən nur alan Malxut adlanır ki, bu da bizim müdriklərimizin dilində: “İsrail göylərdəki Atalarını ruzi ilə təmin edir” adlanır. Bəs bu ruzi nədir? Bu, İsrailin özünü ali xeyri qəbul etməyə layiq hala gətirməsidir, və bu Onun ruzisidir, çünki yaradılışın məqsədi bundan – Öz varlıqlarını həzzləndirməkdən ibarət idi.
Buna görə də, aşağıda olanlar əta niyyəti ilə Tövrat və ehkamlarla məşğul olduqlarında, yuxarıda birliyə səbəb olurlar, yəni aşağıda olanlar üçün ali xeyri qəbul edən Malxut da əta edənə çevrilir. Bu “Yaradanla Şxinanın birliyi” adlanır, yəni aşağıda olanların nurun aşağıya keçməsinə yardım etmələrindən yuxarıda bir həzz yaranır.
Lakin aşağıda olanlar əta etmək niyyəti ilə işləmədikdə, bu Şxinanın əzabına səbəb olur. Yəni “Şxina” adlanan Malxutun varlıqlara xeyir və həzz verə bilməməsindən yuxarıda əzab yaranır.
Lakin Şxinanın əzabına münasibətdə yuxarıda deyildiyi kimi həmçinin iki anlayışı fərqləndirmək lazımdır. Yəni “Yaradan” adlanan Əta edən tərəfdən olan əzabı fərqləndirmək lazımdır. Və “oğulların anası”, yəni “İsrail ruhlarını” dünyaya gətirən “İsrail məclisi” adlanan Şxinanın əzabı var. Və buna görə də Malxuta aid edirik ki, o, klipot-lara həyat gücü verir, necə ki yazılmışdır: «Və onun ayaqları ölümə doğru enir», – hansı ki «onun ayaqları», yəni Malxutun öz sonundakı “ayaqlar” adlanan hissəsi, «ölüm» xüsusiyyəti adlanan klipot-ları saxlamaq üçün onlara həyat gücü verməyə enir, əks halda klipot-lar mövcud olmazdı. Və klipot-lar zəruri olduğuna görə, necə ki yazılmışdır: «Və Yaradan elə etdi ki, Ondan qorxsunlar», – buna görə də Malxut onları yalnız mövcudluq üçün, yəni mövcud ola biləcəkləri ölçüdə bəsləyir.
Və buna mövcud ola bilmələri üçün “incə parıltı” (or dak) deyirlər. Yəni biz görürük ki, maddi dünyada bir həzz var, və bütün dünya ona nail olmaq üçün bu həzzin ardınca qaçır. Və ümumiyyətlə, bu həzz həsəd, ehtiras və şərəf adlanan üç şeyə bürünmüşdür. Əgər orada bu maddi şeylərin daxilinə həzz Əta edən “incə parıltı” olmasaydı, dünyada kim mövcud ola bilərdi? Çünki həzz olmadan yaşamaq qeyri-mümkündür, axı yaradılışın məqsədi Onun Öz varlıqlarını həzzləndirmək istəyi idi. Buna görə də xeyir və həzz olmadan yaşamaq qeyri-mümkündür.
Lakin anlamaq lazımdır ki, nə üçün bu “Şxinanın əzabı” adlanır, axı Yaradan dünyanı Öz varlıqlarını həzzləndirmək üçün yaradıb. Əgər belədirsə, o zaman buna “Yaradanın əzabı” deyilməli idi. Yəni varlıqların əta etmək naminə Tövrat və ehkamlarla məşğul olmamaları Yaradanın əta edə bilməməsinə gətirib çıxarır. Belə çıxır ki, əzab Malxut adlanan Şxinaya deyil, Yaradana aid edilməlidir.
Və mənim atam və müəllimim (Baal Sulam) Yaradanla Şxina arasındakı fərqin nədən ibarət olduğunu dedi. Və dedi ki, bu vahid bir tamdır. Və bu, Zoar kitabında deyilən kimidir: «O – Şoxen 'Sakin Olan', o isə – Şxina 'sakinlik yeri'». Bu o deməkdir ki, bu iki adın hər ikisi eyni mahiyyətdir, və onlar nur və kli-dir. Yəni Şoxenin açıldığı yer Şxina adlanır. Buna görə də onlar – vahid bir tamdır, lakin nurun və kli-nin forma fərqliliyi ucbatından nurun açıla bilmədiyi yerdə, Şoxenin açılmalı olduğu Şxinanın xisaron-da olduğu hesab edilir.
Buna görə də biz bunu Şxinaya aid edirik. Yəni Şoxen forma fərqliliyinə görə aşağıda olanlara açıla bilmir. Biz isə yalnız kelim baxımından danışdığımıza görə, sürgünü “küldəki Şxina”, “sürgündəki Şxina” adlandırırıq, çünki biz nurlar tərəfdən deyil, kelim tərəfindən danışırıq. Buna görə də bu, aşağıda olanlara əta edə bilmədiyi üçün sanki onun əzab çəkməsi mənası Əta edən “Şxinanın əzabı” adlanır. Lakin ətraflı danışsaq, demək lazımdır ki, burada “aşağıda olanlara Əta edən” adlanan Əta edən tərəfdən də əzab var. Lakin kelim tərəfindən danışanda biz bunu “Şxinanın əzabı” adlandırırıq.
Deyilənlərdən belə çıxır ki, yuxarıda həzzin olması üçün, çünki: «Dedi və Onun istəyi yerinə yetdi», yəni Onun varlıqları həzzləndirmək istəyi gerçəkləşəndə və varlıqlar Ondan xeyir və həzz alanda, aşağıda olanların yuxarıda səbəb olduqları sevinc bundadır, necə ki bizim müdriklərimiz dedilər: «Göyün və yerin yaradıldığı günkü kimi Onun önündə bir sevinc olmamışdı».
Buna görə də, varlıqlar düz yolla gedəndə, hansı ki onların bütün əməllərinin öz Yaradanlarına həzz vermək üçün əta etmək niyyətində olması deməkdir, və o zaman onlar ruhların kökü olan Malxutun ruhlarının ehtiyacları üçün, yəni onların əta etmək naminə qəbul etməyə qadir olmaları üçün aldığı şeyi əta etmək niyyətində olmasına səbəb olurlar, və bu, varlıqların Yaradanla Onun Şxinasının birliyinə səbəb olması adlanır.
Beləliklə, nur aşağıda olanlara ötürülür, çünki cəlb olunan nur islah üçündür. Yəni forma etibarilə bənzərlik yolu ilə olan bu qəbul sayəsində yuxarıda həzz yaranır, çünki nurun qəbulu zamanı, onların əta etmək naminə qəbul etmələrindən ibarət olan islah sayəsində orada utanc olmur.
Yuxarıda deyilənlərə əsasən “İnsanın xeyir-duası – onun oğullarıdır” ifadəsinin nə olduğunu anlayacağıq. Lakin oğullar, yəni “Məkanın (Yaradanın) oğulları” adlanan varlıqlar xeyir-duanın islahı üçün nur aldıqlarına görə, yəni qəbul etmək istədikləri hər şey yalnız Yaradanı həzzləndirmək istədiklərinə görədir, “xeyir-dua” isə xesed [mərhəmət/lütf] xüsusiyyəti olan əta etmək xüsusiyyətidir, yəni əta etmək naminədir, necə ki Zoar kitabında yazılmışdır: «bet hərfi... xesed... xüsusiyyətini təmsil edir ki, bu da xeyir-duaya, yəni xasadim-ə işarə edir, və bu, bet hərfinin içinə daxil olan xoxma sarayıdır».
Buradan belə çıxır ki, oğullar xeyir-dua xüsusiyyəti ilə, yəni əta etmək naminə işlə məşğul olduqlarına görə, bununla onlar yuxarıda da Malxutun Zeir Anpinlə birləşməsinə yardım edirlər ki, bu da “Yaradanın Öz Şxinası ilə birliyi” adlanır, və bu birlikdən yuxarıda əta edə bilirlər, çünki oğullar əta etməklə məşğuldurlar. Və bu, yuxarıdakı ali kökdə də oğullar üçün aşağıya xeyir-duanın cəlb olunmasına gətirib çıxarır. Və bu, “İsrail xalqı nuru göylərdəki öz ata-babalarından alır” adlanır.
Necə ki Zoar kitabında yazılmışdır: «Şənbə gününün böyük moxin-lərinin irs adlandırılması onunla bağlıdır ki, İsrail oğullarının göylərdəki öz Atalarından aldıqları bütün moxin-ləri, aşağıdan olan oyanış sayəsində [alırlar], necə ki deyilmişdir: “Zəhmət çəkdi və tapdı – inan!” Bu, insanların bu dünyanın mülkiyyətini qazanmalarına bənzəyir. Və qazanc nə qədər böyükdürsə, onun üçün göstərilən zəhmət də bir o qədər çox olmalıdır. Lakin şənbə nurları onları cəlb etmək üçün heç bir zəhmət tələb etmir».
Şənbə nurlarının zəhmət tələb etməməsinin səbəbi ondadır ki, şənbə göyün və yerin məqsədidir, hər şeyin islah olunacağı son islahın (gmar tikun) bənzəridir. Buna görə də şənbədən əvvəl altı adi gün var ki, bu da biz son islah dərəcəsinə çatana qədər olan iş “altı min il”ə işarə edir. Və həmçinin “altı iş günü” var, və bu iş vaxtıdır, şənbə isə – istirahətdir.
Buna görə də bizim müdriklərimiz dedilər: «Şənbə ərəfəsində çalışmayan kəs şənbə günü nə yeyəcək?».
Belə çıxır ki, özünə sevgidən çıxmaq və xeyir-dua adlanan Əta edən kelim-lərə layiq olmaq üçün zəhmət göstərilməsi sayəsində yuxarıda oğullara verə bilməkdən irəli gələn bir həzz yaranır.
Deyilənlərdən Zoar kitabının yazılanlar barədə nəyi izah etdiyini anlayacağıq: «Və o, Yusifə xeyir-dua verdi». «Lakin biz burada onun Yusifə xeyir-dua bəslədiyinə dair bir xeyir-dua tapmırıq, bəlkə o yalnız onun oğullarına [xeyir-dua verdi]. Onun oğullarına xeyir-dua verəndə isə, o özü xeyir-dua alır. Buna görə də həmçinin: Həmçinin “Yusif” də deyilmişdir, çünki insanın oğulları onun xeyir-duasıdır». Yəni, yuxarıda deyildiyi kimi, “Yusif” “Əta edən” adlanır, və onun “oğulları”, Zoar kitabı aydınlaşdırır, «çünki oğullar, Menaşe və Efraim, – “et” adlanan Malxut xüsusiyyətidir».
Bu o deməkdir ki, Malxut Et adlanır, çünki o, Alefdən (yəhudi əlifbasının birinci hərfi) Tav-adək (sonuncu hərf) bütün hərfləri özündə saxlayır, çünki hərflər kelim adlanır və onlar nuru qəbul edirlər, və “onun oğulları” adlanırlar, çünki o, varlıqlar üçün qəbul edir, buradan belə çıxır ki, onun oğulları xeyir-dua alanda, o özü də xeyir-dua alır, yəni verir. Yəni yesod adlanan Yusif, Malxut oğullar üçün qəbul edə bildiyi zaman Malxuta verir, və o zaman Malxut “oğullarına sevinən ana, Alliluya” adı ilə adlanır.
Çünki aşağıda olanlar əta etmək naminə Tövrat və ehkamlarla məşğul olduqlarında, bununla onlar öz ruhlarının kökündə, yəni Malxutda Əta edənlə forma etibarilə bənzərliyin olmasına səbəb olurlar, və bu birlik adlanır, və o zaman nur aşağıda olanlara gəlir. Beləliklə, onlar Malxutun onlar üçün nur qəbul etməsinə imkan yaradırlar. Buna görə də Malxut oğullarına sevinən ana adlanır.
Allilu – ya [Alliluya], yəni Allilu Yud Hey, Yaradana Həmd olsun, Yusif xüsusiyyətinə öz nurunu Əta edən Xoxma və Bina adlanır. Yesod olan Yusifdən isə – Et adlanan Malxuta doğru. Yazılanın mənası bundadır: «Və o, Yusifə xeyir-dua verdi». Və “insanın xeyir-duası – onun oğullarıdır” sözlərinin mənası bundadır. Əgər oğullar xeyir-dua alıblarsa, bu, onun xeyir və həzz verə bildiyi bir vaxtda insan üçün xeyir-dua hesab olunur.
Lakin onun bütün əməllərinin əta etmək naminə olması üçün olan bu iş, ağır bir işdir, çünki bədənin bütün orqanları buna müqavimət göstərir. Və bu, öz şəxsi mənfəəti üçün almaq istəyi ilə yaradılmış insanın təbiətinə ziddir. Və bu ayənin mənası bundadır: «Mən – bir qurdam qurd, insan deyiləm, insanlar tərəfindən rüsvay edilmişəm, xalq tərəfindən rədd olunmuşam».
Və izah etmək lazımdır ki, “Mən” ifadəsi «Mən – sənin Qüdrətli Yaradanınam» ifadəsinə aiddir ki, ondakı bu keyfiyyət qurd kimidir, yəni o, qurd kimi zəifdir. «İnsan deyiləm» o deməkdir ki, mən «Mən – sənin Qüdrətli Yaradanınam» ifadəsinə qovuşmaq istədiyim zaman, onlar deyirlər ki, zəkası və biliyi olan bir insana bilik üzərində getmək yaraşmaz. Bu daha çox dəliyə bənzəyir.
«İnsanlar tərəfindən rüsvay edilmişəm»- biliyin üzərində olan inamdakı bu işdir. Bu, insanın əsas məqsədinin «Mən – sənin Qüdrətli Yaradanınam» ifadəsinə qovuşmaq olduğunu düşünən insan üçün bir rüsvayçılıqdır. Yəni onun layiq olmaq istədiyi şey, “Mən”in Qüdrətli Yaradan xüsusiyyətində olmasıdır. Yəni, onun şəxsən “sənin Qüdrətli olanın” adlanan şeyə layiq olmasıdır, və o zaman onlar lağ edir və lənətləyirlər, yəni onlar deyirlər ki, bu iş insanlar üçün deyil, mələklər üçündür, əgər insan bunu etmək istəyirsə bu onun üçün rüsvayçılıqdır, hərçənd o onlara: “Lakin siz görürsünüz ki, “Yaradanın sənin Qüdrətlin olmasına” layiq olmaq üçün bu yolla gedən çoxlu insanlar var” desə də.
Və onda onlar bu insanlar haqqında deyirlər ki, onlar sadəcə «xalq tərəfindən xor görülənlərdir»¹⁵. Bununla onlar nəzərdə tuturlar ki, insanın bədənindəki dünya xalqları ona deyirlər: insanın «Mən sənin Qüdrətli olan Yaradanam»¹⁶ xüsusiyyətinə layiq olması üçün olan bu iş yalnız xor görülənlər, yəni alçaq insanlar üçündür; elə insanlar ki, onlarla danışmaq belə ayıbdır, çünki onlar Yaradanın yolu ilə ağılsız səfehlər kimi gedirlər.
Hər bir halda, kimsə onların dəlillərinə üstün gəlmək istəyəndə, bu ağır bir işdir. Və burada enişlər və yüksəlişlər var. Və insanın böyük bir üstün gəlmə gücünə ehtiyacı var, çünki insanın daxilindəki dünya xalqlarının dəlilləri insana göstərmək üçün işdə hansısa bir zəiflik tapmağa hazırdırlar ki, onun göstərdiyi səylərə heyfi gəlsin, çünki bu iş ona görə deyil. Və onlar ona döyüş meydanından qaçmağı məsləhət görürlər. İnsan onlara müqavimət göstərməkdə acizdir, yalnız Yaradanın onun daxilində olan düşmənlərinə qalib gəlməsinə kömək etməsi üçün öz duasını gücləndirməlidir.
Və bu ayənin mənası bundadır: «Günahkarın əzabları çoxdur, Yaradana ümid edəni isə mərhəmət əhatə edir».
Və «Günahkarın əzabları çoxdur» ifadəsinin nə olduğunu anlamaq lazımdır. Belə çıxır ki, buna görə: «Yaradana ümid edəni isə mərhəmət əhatə edir». Lakin işdə biz bütün dünyanı özündə birləşdirən bir insandan danışırıq.
Və izahı, məlum olduğu kimi ondan ibarətdir ki, insan nə qədər ki almaq istəyinin hakimiyyəti altındadır, onu günahkar adlandırırlar, çünki o, Onun İdarəetməsinin Xeyirxah və Xeyir Əta edən olduğunu deyə bilmir. Buna görə də o, əta etmək naminə işləmək istəyəndə əzab çəkir. Və insan soruşur ki, niyə o, işin əta etmək naminə olması üçün ruhani işə daxil olmazdan əvvəl, Tövrat və ehkamlarla məşğul olanda əzab çəkmirdi, bəlkə işdən həzz alırdı və hər zaman şən idi, çünki mükafata və cəzaya inanırdı, və məhz buna görə də Tövrat və ehkamları icra edirdi.
Lakin indi, o əta etmək naminə işə başladıqda, Tövrat və ehkamlarla məşğul olmaq istəyəndə əzab hiss edir. Və onun üçün Yaradan naminə hər hansı bir şey etmək çətindir. Və o hər dəfə müqəddəslikdən nə qədər uzaq olduğunu görür, axı müqəddəslik “forma etibarilə bənzərlik” deməkdir. Və indi o, bundan uzaq olduğunu görür.
Cavab isə ondan ibarətdir ki, o inanmalıdır ki, indi onun Yaradandan daha uzaq olması, və insanın soruşduğu bu hiss, hansında ki o indi mükafat almaq üçün işlədiyi vaxtdan daha pis olduğunu hiss edir, – o bunu indi doğrudan da əvvəlkindən daha pis olduğuna görə hiss etmir, və məsələ indi onda şərin daha da artmasında və bundan onun daha da pisləşməsində deyil. Bəlkə bu ona görədir ki, indi o çoxlu yaxşı əməllər etdikdə, onda olan şərin onun üzərində necə hökm sürdüyünə dair həqiqət ona açıldı. Və əksinə, nə qədər ki onda xeyir yox idi, ona həqiqəti göstərmək olmazdı, çünki pis və yaxşı hər zaman tarazlıqda olmalıdır. Belə çıxır ki, insan bu işin ona görə olmadığını düşünəcək və döyüş meydanından qaçmaq istəyəcək dərəcədə eniş vəziyyətində deyil. Bəlkə bu hiss ona məhz onda xeyir olduğu zaman gəlir.
O isə Yaradana inanır, çünki yuxarıdan ona bu əzab vəziyyətlərini hiss etmək imkanı veriblər. Və insan hələ “günahkar” pilləsində, xeyir və həzzlə İdarəetməyə inana bilmədiyi bir vəziyyətdə olanda, və bu insan özünə üstün gəldikdə “Yaradana ümid edən” adlanır, o zaman o “mərhəmətlə əhatə olunmağa” layiq görülür. Və əhatə olunub sözünü mesuvav, döndərilmiş kimi anlamaq lazımdır. Başqa sözlə, günahkarın çəkdiyi əzablar xesed-in (mərhəmətin) səbəbi idi, yəni onun xesed xüsusiyyətinə layiq görülməsi üçün idi. Buradan belə çıxır ki, «günahkarın çoxlu əzabları» onun xesed-ə layiq görülməsinə səbəb oldu.