<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə «sevimli oğul» və «nifrət edilən oğul» nədir?

Barux Şalom Alevi Aşlaq (Rabaş)

Ruhani işdə «sevimli oğul» və «nifrət edilən oğul» nədir?

Məqalə 46, 1991

 

Midraş yazılanlar haqqında belə deyir: «Əgər bir insanın iki zövcəsi olsa, biri sevimli, o biri isə nifrət edilən»1: «“Əgər bir insanın” – bu, Yaradandır. “Sevimli” – üzünü göstərdiyi bütpərəstlərdir. “Nifrət edilən” – üzünü gizlətdiyi İsraildir»2.

Və başa düşmək lazımdır: məgər bu, Yaradanın İsrail xalqını sevdiyini yazan bütün digər yerlərə zidd deyilmi? Necə ki yazılmışdır: «Mən sizi sevdim, – deyir Yaradan. – Siz isə deyirsiniz: “Bizə olan sevgini nədə [təzahür etdirdin]?” Məgər Esav Yaqubun qardaşı deyilmi, Yaradanın sözüdür! Lakin Mən Yaqubu sevdim. Esava isə nifrət etdim»3. Həmçinin biz deyirik: «Öz xalqı İsraili sevgi ilə seçən»4. Və bunu ruhani iş müstəvisində izah etmək lazımdır.

Məlumdur ki, iş müstəvisində söhbət tək bir bədəndəki hər şeydən gedir. Buna görə də izah etmək lazımdır ki, o, «iki qadın» dedikdə, bu, tək bir bədəndə olan [qüvvələr] haqqında deyilir. Bu o deməkdir ki, insanın içində iki qüvvə var:

1. Öz xatirinə almaq istəyi.

2. Əta etmək istəyi, yəni hər şeyi Yaradanın xatirinə etmək.

Və bu iki qüvvə iki qadın adlanır. Yəni insanın içində dünyanın 70 xalqını, həmçinin İsrail xüsusiyyətini fərqləndirmək lazımdır. Dünyanın xalqlarını öz xatirinə almaq istəyinə aid edirik, İsrail xüsusiyyətini isə Yaradana əta etmək istəyinə aid edirik.

Və bilmək lazımdır ki, bu iki istək yuxarıdan gəlir. Yəni yalnız Yaradan onları verir və insanın öz gücü ilə onları əldə etməyə güvvəsi çatmaz.

Və «öz xatirinə almaq istəyi» adlanan birinci qüvvə insana əziyyət çəkmədən gəlir. Doğulduğu andan etibarən dərhal bu qüvvə ona onsuz da verilir. İkinci qüvvə olan əta etmək istəyi isə yuxarıdan əziyyət çəkmədən gəlmir. Yəni insan əvvəlcə onu necə əldə etməyin yollarını axtarmalıdır və yalnız bundan sonra o, yuxarıdan əta etmək istəyini alır. Lakin səy göstərmədən bu verilmir.

Və başa düşmək lazımdır ki, əta etmək istəyinin yalnız səylə, almaq istəyinin isə səysiz verilməsinin səbəbi nədədir? Cavab odur ki, Yaradanın öz məxluqlarına həzz vermək məqsədi olan yaradılış məqsədi xatirinə, məxluqu yaratmaq və onda həzz almaq istəyinin olması zəruri idi, çünki istək olmadan heç nədən həzz almaq qeyri-mümkündür. Ona görə də Yaradan məxluqa həzz almaq istəyini verdi.

Bu o deməkdir ki, əgər bu, insanın doğulduğu andan olmasaydı, o zaman reallıqda heç nə məxluq adlana bilməzdi, çünki bu bizə yoxdan var edilməni göstərir. Yəni istək və xisaron (çatışmazlıq) yaradılmışdı və o, öz xisaronunu doldurmağı arzulayır. Ona görə də istək heç bir əziyyət çəkmədən dərhal gəlir. Yəni əgər almaq istəyi olmasaydı, o zaman dünyada hər hansı bir şeyin mövcud olması üçün heç bir inkişaf olmazdı, çünki biz hər şeyi yalnız bizi irəliyə doğru sövq edən almaq istəyi sayəsində öyrənirik. Buna görə də bu istək bizə heç bir səy göstərmədən nəsib olur.

Belə ki, əta etmək istəyini Yaradan heç bir səy göstərmədən vermir. Başqa sözlə desək, məxluqun adlandığı şey artıq mövcud olduqdan sonra və Yaradan məxluqa dolğunluq verməli olduqda, O, onlara tələb etdikləri və bunun çatışmadığını dedikləri şeyi verir və o zaman Yaradan onların ehtiyaclarını doldurur. Buna əsasən belə çıxır ki, insanın Tövrat və ehkamlarda göstərdiyi bütün səylər əta etmək istəyinə qarşı xisaron əldə etmək üçündür. Yəni insan necə ki, həzz almaq istəyi olmadan dünyada yaşaya bilməz, yəni əgər insan görsə ki, həzz ala bilməsi üçün özünün almaq istəyinə verəcək heç nəsi yoxdur, insan şübhəsiz  bilir ki, onun dünyada mövcudluğu yoxdur, çünki həyat qüvvəsinə malik olmamaq Yaradanın öz məxluqlarına həzz vermək məqsədi olan yaradılış məqsədinə ziddir.

Həmçinin insan o hissə də çatmalıdır ki, əgər onun Yaradanla qovuşma halına gəlib çıxa biləcəyi əta etmək istəyi yoxdursa, onda bu dünyada həyatı və həzz alması da yoxdur. Yəni o görür ki, həyatda onun doyumu yoxdur. Ona görə də o, mükəmməlliyə çatmaq arzusundadır, çünki yaradılışda mütləq xeyir və həzz var. Lakin əta etmək istəyi olmadan insan mükəmməlliyə gəlib çıxa bilməz. Və bu vəziyyət «xisaron və tələbat» adlanır. Və insanın belə bir xisaronu olduqda, o zaman o, yuxarıdan, Yaradandan «əta etmək istəyi» adlanan ikinci istəyi alır.

Ona görə də insan əta etmək istəyinə qarşı xisaron əldə etmək üçün əlindən gələni etməlidir. Lakin insan bilməlidir ki, hər şeyi əta etmək xatirinə etmək istəməsinə baxmayaraq, bədən buna imkan vermir və onun hakimiyyətindən çıxmasına icazə vermir. Və buna görə də insan enişlərə və yüksəlişlərə gəlib çıxır. Başqa sözlə desək, bəzən almaq istəyi əta etmək istəyindən üstün gəlir, yəni almaq istəyi ona haqqın tərəfində olduğuna dair bir neçə fikir və istək təqdim edir. Yəni o, özünə qarşı eqoist sevgidə daha çox dad verir.

Yəni dünyanın xalqlarının xüsusiyyəti olan almaq istəyi hər dəfə daha çox dad alır. Buna görə də o, daha çox qüvvə əldə etdikdə, o, əta etmək istəyinə olan tələbatı ləğv edir. Ona görə də insanın əta etmək istəyinə qarşı tələbat əldə etmək üçün sərf etdiyi bütün səylər – bunların hamısı ondan uzaqlaşdı. Yəni eniş zamanı insan öz xatirinə almaq istəyi ilə razılaşır. Lakin sonra insan özünə gəlir və yenidən işləməyə başlayır, əta etmək istəyinə qarşı tələbat əldə etmək üçün səylər göstərir. Və bundan sonra yenə almaq istəyi üstün gəlir. Və belə çıxır ki, yüksəlişlərin və enişlərin səbəbi budur.

Və bu vəziyyət o vaxta qədər davam edir ki, insan qərara gəlir ki, Yaradanın köməyi olmadan təkcə əməldə əta etmək istəyinə deyil, hətta əta etmək istəyinə olan tələbata belə yüksəlişlər və enişlər vəziyyətində olmaqla nail olmaq qeyri-mümkündür. Bir neçə dəfə insan elə bir vəziyyətə gəlib çıxır ki, o, artıq verdiyindən daha çox qüvvə verməyə qadir olmadığını görür. Və buna görə də o, ruhani işdən qaçmaq istəyir.

Lakin sual vermək lazımdır ki, Yaradan niyə elə etdi ki, ümumiyyətlə yüksəlişlər və enişlər olsun? Lakin artıq deyildiyi kimi, insanın irəliyə doğru hərəkət etmək tələbatının olması və az şeylə kifayətlənməməsi üçün. Buna görə də insan yuxarıdan eniş alır. Bu o deməkdir ki, onu öz pilləsindən aşağı salmaqla insana irəliyə getməyə kömək edirlər. Və bu, onun özünə hesabat verməsinə və yuxarıdan ondan nə tələb olunduğunu görməsinə gətirib çıxarır və məhz buna görə onu öz pilləsindən aşağı saldılar.

Və bu, insanın Yaradana kömək etməsi üçün dua etməsinə gətirib çıxarır. İnsanın yuxarıdan aldığı kömək isə Zoarda yazıldığı kimi, müqəddəs ruhla ona kömək etdikləri kimi, insanın neşama xüsusiyyəti əldə edəcəyi hazırlıqdır.

Belə çıxır ki, həm yüksəlişlər, həm də enişlər yuxarıdan gəlir. Yəni enişlər də insana kömək edir. Onların sayəsində o, insanın gəlməli olduğu məqsədə gəlib çıxır.

Və bununla Zoar kitabının dediklərini izah etmək lazımdır: «İnsan təmizlənməyə gəldikdə, onun şər başlanğıcı onun qarşısında itaətkar olur və sağ tərəf sol tərəfə üstün gəlir və hər ikisi, xeyir və şər başlanğıc insanı getdiyi bütün yollarda qorumaq üçün birləşirlər. Necə ki deyilmişdir: “Çünki O, Öz mələklərinə əmr edəcək ki, getdiyin bütün yollarda səni qorusunlar”»5,6.

Və başa düşmək lazımdır ki, şər başlanğıcın insanı düz yolla getməsi üçün qoruduğunu necə demək olar? Axı o, insana Tövrat yolu ilə getməməyi məsləhət görür. Və hər yerdə onu büdrədir. Və ona Yaradanın xatirinə deyil, yalnız öz xeyri üçün işləməyə imkan vermir. Və əgər belədirsə, bilmək lazımdır ki, şər başlanğıc ona nədə kömək edir?

Lakin artıq deyildiyi kimi, insanın aldığı yıxılmalar ona  Tövrat ruhuna yad olan düşüncələr verən şər başlanğıcın təsir göstərməsi zamanı baş verir və bu, onu enişlərə gətirib çıxarır. İnsanın fikrincə, əlbəttə ki, şər başlanğıc onu elə bir hissə gətirir ki, özünə olan sevgi Yaradan sevgisindən qat-qat vacibdir və enişlərin səbəbi də budur. 

Lakin həqiqət budur ki, insan hər şeyi Yaradanın etdiyinə inanmalıdır. Yəni bu enişləri Yaradan insana işdə sürətləndirmə vermək üçün göndərir ki, o, az şeylə kifayətlənməsin. Çünki o zaman ki insan Tövrat və ehkamların yerinə yetirilməsində öz imkanı daxilində hər şeyi etdiyini hiss edir, onun niyyətinin necə olduğunu, Yaradanın xeyri üçündürmü, yoxsa öz xeyri üçündürmü, o zaman bunu ayırd edə bilmir. Çünki insan “klal” (ümumi) keyfiyyətində işlədikdə, o zaman insana əhatə edən nur şəklində işıqlanma parlayır və bu, insana ruhani işində heç bir çatışmazlıq hiss etməməsi üçün doyum verir.

Və yalnız o zaman ki insan “prat” (seçilmiş/xüsusi) keyfiyyətində işləmək istəyir, yəni onun niyyətinin təkcə əməl deyil, göylərin xatirinə olmasını istəyir, o zaman  yuxarıdan ona qaydasında olmadığı bildirilir. Və enişə gəlib çıxması sayəsində insan öz əsl vəziyyətini görür. Və o zaman o, eqoist sevgi hakimiyyətindən necə çıxmağın yollarını axtarmağa başlayır.

Deyilənlərdən belə çıxır ki, eniş vəziyyətinə gətirib çıxaran şər başlanğıc olmasaydı, insan yüksəlişlər vəziyyətində qalar və onun məqsədə, yəni Yaradanla qovuşmağa gəlmək üçün tələbatı olmazdı. Buna əsasən belə çıxır ki, şər başlanğıc Yaradanın mələyidir, yəni müqəddəslikdə cansız səviyyədə qalmasın, əksinə yuxarıda deyildiyi kimi, irəliyə doğru hərəkət etmək tələbatı olsun deyə onu qoruyan Yaradanın elçisidir. Və “Çünki O, Öz mələklərinə əmr edəcək ki, getdiyin bütün yollarda səni qorusunlar” deyilənlərin mənası məhz budur7. Yəni şər başlanğıc da – yuxarıda deyildiyi kimi, insanı qorumaq üçün Yaradanın elçisidir.

Və deyilənlərlə Midraşın sözləri haqqında soruşduğumuzu izah etmək lazımdır: «“Əgər bir insanın” – bu, Yaradandır. “Sevimli” – bütpərəstlərdir». Və Yaradanın bütpərəstləri sevdiyini necə demək olar? Ona görə də izah etmək lazımdır ki, «əgər bir insanın iki zövcəsi olsa» ifadəsinin mənası odur ki, Yaradana insana «iki zövcə», yəni iki istək verir. Biri sevimli, yəni öz xatirinə almaq istəyi nəzərdə tutulur. Və o, «bütpərəstlər» xüsusiyyəti adlanır. Yəni Yaradanın xeyri üçün deyil, öz xeyri üçün.

Və bu istək «sevimli» adlanır. Yəni məxluqlar bu istəyi sevirlər, cünki Yaradan onda Öz üzünü nümayiş etdirir. Yəni Yaradan dünyanı yaratdı, çünki Onun istəyi Öz məxluqlarına həzz vermək idi. Və buna Yaradanın onlara, yəni almaq istəyinə Öz üzünü göstərməsi deyilir. Çünki əgər həzzə can atma yoxdursa, həzz almaq qeyri-mümkündür. Və buna görə də Yaradan həzz almaq istəyinə Öz üzünü göstərir. Yəni insanın öz xatirinə etdiyi hər şeylə insan həzz alır. Və buna «O, ona Öz üzünü göstərir» deyilir.

Lakin bu, nə üçün bütpərəst olmaq adlanır? Cavab: «Çünki utanc olmasın deyə islah baş verdi və o zaman almaq xatirinə almaq qadağan edildi». Və almaq xatirinə alan hər kəs ruhani işdə bütpərəst adlanır. Yəni o, Yaradanın xeyrinə deyil, öz şəxsi xeyrinə işləyir və ruhani işdə buna yad iş və ya bütpərəstlik deyilir, hərçənd əməl müstəvisində o, İsrailə aiddir və Yaradanın işçisi adlanır, lakin ruhani iş müstəvisində, yəni əta etmək müstəvisində buna yad iş deyilir.

İzahı: bu, bizə yad olan işdir. Və məxluq təbiət etibarilə yalnız şəxsi xeyri üçün işləməyə qadir olaraq doğulduğundan və bu, Yaradanın onlara simasını göstərməsi səbəbindən insan üçün «sevimli» adlandığından, buna görə də insan nə zaman şəxsi xeyri üçün işləyirsə, onun işləmək istəyi olur, çünki almaq istəyi üçün işləmək təbiət etibarilə ona sevimlidir. O vaxt ki insan Göylərin xatirinə, yəni şəxsi xeyri üçün deyil, Yaradanın xatirinə işləmək istəyir, bu istək insandakı «İsrail» xüsusiyyətinə aiddir və bu istək «nifrət edilən» adlanır, çünki Yaradan onlardan Öz simasını  gizlədir.

Yəni insanın «İsrail» xüsusiyyətinə layiq görülməsi üçün Yaradan Öz simasını gizlədir, çünki insan «bütün əməlləri Yaradanın xeyrinə yönəlsin» xüsusiyyətində irəliləmək istədiyi o vaxtda və onun əta etmək xatirinə almağa gəlib çıxa bilməsi üçün Tövrat və ehkamlara gizlədilmə və ixtisar olmalı idi ki, onların heç bir ödəniş olmadan, yalnız Yaradanın xeyri üçün Tövrat və ehkamları yerinə yetirdiklərini demək imkanları olsun və bu, təbiətə zidd olduğundan, buna görə də bu iş bizim bədənimiz üçün nifrət ediləndir. Və əgər insan məhz Yaradana işləmək istəyirsə, almaq istəyini tabe etmək üçün ona qələbə gücünü verməsini Yaradandan dua etməkdən başqa onun heç bir başqa məsləhəti yoxdur.

Və insan bu qüvvəni yuxarıdan alır, necə ki yazılmışdır: «Təmizlənməyə gələnə kömək edirlər». Yəni ona yuxarıdan ruh verirlər. Məlum olur ki, məhz insandakı İsrail xüsusiyyətinə «nifrət edilən»in olması sayəsində və buna görə də yuxarıda deyildiyi kimi, bədəndə əta etməyə nifrət olduğundan insanın qalib gəlməyə gücü çatmır, məhz o zaman insanın həqiqətən də «İsrail» pilləsinə layiq görülmək imkanı yaranır. Yəni yuxarıdan kömək istəməyi sayəsində.

Və bu, yuxarıda qeyd edildiyi kimi, insandakı iki qüvvənin, yəni şər başlanğıcın və xeyir başlanğıcın sayəsində insanın məqsədin dolğunluğuna çatmasının, həm sağa, həm də sola əyilmədən ,düz yoldan sapmayaraq hər iki qüvvənin onu qoruması sayəsində məqsədə – Yaradanın məxluqlara vermək istədiyi bütün xeyir və həzzin alınmasına dolğunluğunda çatmasıdır.

Buna əsasən belə çıxır ki, «sevimli zövcə» – bütpərəstlər xüsusiyyətidir, «nifrət edilən zövcə» isə – İsrail xüsusiyyətidir. Və burada əlavə etmək olar ki, bu iki qüvvə, yəni almaq istəyi və əta etmək istəyi «insan» və «heyvan» adlanır. Yəni insanda olan almaq istəyi yalnız şəxsi xeyrinin qayğısına qalmaq xassəsinə malik olan «heyvan» səviyyəsinə aid olan heyvani xüsusiyyətdir. «Danışan» səviyyəssi isə «insan» səviyyəsidir və bu, insanın əldə etməli olduğu əta etmək istəyidir. Və o, buna yalnız yuxarıda göstərilən səbəbdən böyük səylər sayəsində nail ola bilər, çünki təbiət etibarilə insan Yaradanın xatirinə nəsə etməyin necə mümkün olduğunu başa düşməyə qadir deyil.

Yəni insan yalnız heyvani hissəsinin tələblərini doldurmağın qayğısına qalır. Və onun içindəki «insanın» tələb etdiyi şeyi isə insan doldurmağa qadir deyil, əksinə, heyvani hissəsinə qalib gəlmək üçün güc verməsini Yaradandan xahiş etmək lazımdır. Çünki Yaradanın köməyi olmadan yuxarıda deyildiyi kimi, «insan» xüsusiyyətinə nifrət edən fikirlər və istəklər onun üzərində hökmranlıq edir ki, bu da «insan» adlanan «İsrail» xüsusiyyətidir. Müdriklərin dediyi kimi: «Siz insan adlanırsınız, bütpərəstlər isə insan adlanmırlar»8. Və yuxarıda deyildiyi kimi, «nifrət edilən zövcə» «İsrail» xüsusiyyətidir, çünki Yaradan onlardan Öz simasını gizlədir.

Və deyilənlərdən müdriklərimizin söylədiyi «Hər bir insanı xoş üzlə qarşıla»[9] sözlərini də başa düşmək olar. Və bunu ruhani işdə necə başa düşmək lazım olduğunu anlamaq gərəkdir. Yuxarıda deyildiyi kimi, insan özünün «insan» xüsusiyyəti üçün nəsə etmək istədiyi zaman, «insan» xüsusiyyəti nifrət edilən bir xüsusiyyət olduğu üçün, çünki insanın bütün qayğıları yalnız öz heyvani xüsusiyyətinin tələb etdiyi tələbləri yerinə yetirməyə yönəlmişdir. Və bu heyvani xüsusiyyət bədən tərəfindən sevilir, halbuki «insan» xüsusiyyəti, yəni «İsrael» xüsusiyyətinə bədən tərəfindən nifrət edilir. Buna görə də müdriklər xəbərdarlıq edirlər ki, hər bir insanı xoş üzlə qarşılamaq lazımdır və «hər bir» dedikdə hətta «insan» xüsusiyyətinə aid olan hər hansı bir şey nəzərdə tutulur.

Yəni «insan» xüsusiyyətinə aid olsa belə, hətta ən kiçik bir şeyə də dəyər vermək lazımdır. Müdriklər bizə dedilər ki, biz «İsrael» xüsusiyyətini bədənə nifrət edilən bir xüsusiyyət kimi görsək də, «insan» xüsusiyyətini mehribanlıqla qəbul etməyə çalışmalıyıq, çünki Yaradan Öz simasını onlardan gizlədir. Və biz bilik üzərində getməli və bədənimizin ağlının bizə dediklərindən üstün olaraq hər hansı bir insanı qəbul etməliyik. Yəni biz «insan» xüsusiyyətinə aid olan işləri yerinə yetirməliyik.

Və hərçənd «heyvani xüsusiyyət» içimizdə qışqırır və deyir ki, «insan» xüsusiyyəti üçün arzuolunan bu işlər sağlam ağılda olmayan insanlara uyğundur, çünki içimizdəki «heyvani xüsusiyyətin» tələb etdiyi şey ağıl tərəfindən qəbul olunur və bunun sübutu odur ki, bu iş bədənə sevimlidir. Və onun «insan» xüsusiyyəti üçün işləməyə hazırlaşdığı şeyə gəldikdə isə, [ağıl deyir:] məgər sən görmürsən ki, bu, bədənə nifrət ediləndir? Əlbəttə ki, ağıl işin mahiyyətindən danışır, çünki onun dediyi şey odur ki, sən «heyvani xüsusiyyət» üçün işləyəcəksən, bu isə rasionaldır və bu iş ağılı olan insana uyğundur, lakin sənin «insan» xüsusiyyəti üçün etmək istədiyin o iş isə «heyvani əməldir», yəni biliksizdir.

Müdriklərimiz bunun barəsində dedilər ki, bədənin guya «insani iddiasına» qulaq asmaq lazım deyil, əksinə hər hansı bir «insan» xüsusiyyətini mehribanlıqla almaq və demək lazımdır ki, ağıl və bilik üçün «insan» xüsusiyyəti nifrət edilən olmasına baxmayaraq, mən müdriklərin sözlərinə inanıram və onları mehribanlıqla qəbul edirəm.

Və burada müdriklərin dediklərini başa düşmək lazımdır: «İnsanı da, heyvanı da xilas edirsən Sən, Yaradan»10. Yəni adi «insani» biliyi özündən kənarlaşdıran və özlərini «heyvan» vəziyyətinə qoyan o insanları. Yəni yuxarıda deyildiyi kimi, ağıla görə sənin haqlı olmağına baxmayaraq, yenə də insan sevdiyi yolla getməlidir, necə deyilir, «özünü heyvan kimi hesab et», hansı ki onun ağılı yoxdur və o, bilik üzərində inamla gedir.

Lakin biz inanmalıyıq ki, Tövrat və ehkamları bütün təfərrüatları və incəlikləri ilə əməl müstəvisində yerinə yetirməklə biz o şeyə layiq oluruq ki, Yaradan bizə irəliyə getmək və yaradılış planında ehtiva olunan bütün həzz və xeyri əldə etmək məqsədinə gəlib çıxmaq üçün gücə sahib olmağımız məqsədilə yuxarıdan kömək versin. Və bu ona görədir ki, biz Tövrat və ehkamları heç bir şərt olmadan, yalnız Yaradanın əmri səbəbindən yerinə yetirdikdə, buna aşağıdan oyanış deyilir. Və bunun vasitəsilə yuxarıdan nur və Ali xeyir cəlb olunur və beləliklə onlar şərin hakimiyyətindən çıxa bilirlər.

Və bu, müdriklərin yazılanlar haqqında dedikləri kimidir: «Və qanı görüb sizin üzərinizdən keçəcəyəm və aranızda ölümcül taun olmayacaq»11. «Və qanı görüb» – hər şey Onun qarşısında açıqdır. Lakin Yaradan dedi: «Mən, ehkamlarımla necə məşğul olduğunuzu görmək üçün nəzərimi yönəldəcəyəm və sizdən yan keçəcəyəm»12.

Biz görürük, müdriklər deyirlər ki, onların arasında taun olmaması üçün, yəni müdriklərin “həyatda ikən günahkarlar ölü adlanırlar”13 dedikləri “ölüm” adlanan şərin hakimiyyətindən çıxmaq üçün bizə əməlləri yerinə yetirmək işi verilmişdir. Və gördüyümüz əməllər sayəsində Yaradan bizə yenidən aşkar olur, necə ki deyilmişdir: «Və bu sizə əlamət olsun. O deməkdir ki, yerinə yetirdiyiniz ehkam sayəsində Mən sizə rəhm edirəm»14. Axı ehkamların yerinə yetirilməsi sayəsində insan şər başlanğıc adlanan almaq istəyinin hakimiyyətindən xilas olur və əta etmək istəyini əldə etməyə layiq olur.

Lakin bir xətt üzrə gedən, yəni təkcə göylərin xatirinə yerinə yetirdiyi əməllərin icrası ilə kifayətlənən və niyyətə, yəni niyyətin də göylərin xatirinə olmasına baxmayan kəs, qovuşma adlanan əta etmək istəyini əldə etməyə gəlib çıxa bilməz. Və bu, onun xisaronunun olmaması səbəbindəndir. Buna görə də bir xəttdən sağ xəttə keçmiş və o zaman heç bir orqanın Yaradanın xatirinə nəsə etmək istəmədiyini öz alçaqlıqlarında görən həmin insanlar, Yaradanın onları ölümdən, yəni özünü eqoist sevgi hakimiyyətindən xilas etməsini arzulayır. O zaman onun layiq olması üçün məsləhət odur ki, Yaradan ona aşkar olsun, yəni əta etmək istəyinə layiq olsun və o zaman insan Yaradanla qovuşmağa gəlib çıxsın – insan bunu yalnız əməl hesabına əldə edə bilər. Və o istəyir ki, Tövrat və ehkamların yerinə yetirilməsinin mükafatı Yaradanla qovuşmaq olsun. Və budur «yerinə yetirdiyiniz əmr sayəsində Mən sizə rəhm edirəm» deyilənlərin mənası. Yəni O, bizə rəhm edir və yuxarıda deyildiyi kimi, ölümdən, yəni almaq istəyinin hakimiyyətindən xilas edir.

Lakin biz görürük ki, islah yolu ilə əlaqədar olmayan hər şeyi insan etməyə qadirdir. Həmçinin görürük ki, bu, həm böyüklərə, həm də kiçik uşaqlara xasdır. Və əsasən biz bunu kiçik uşaqlarda görürük, çünki böyüklərdə hər bir şeydə bir neçə səbəb mövcuddur. Ona görə də biz həqiqəti görə bilmirik. Uşaqlarda isə bu daha açıq şəkildə görünür ki, uşaqlar bütün günü enerjili ola bilərlər, lakin onlardan nəsə etməyi xahiş etdikdə, iş üçün güclərinin olmadığını deyirlər. Və bilmək lazımdır ki, bu, kelimlərin sınmasının baş verdiyi Nekudim dünyasından qaynaqlanır. Buna görə də islaha aid olmayan hər şey üçün işləməyə güc var. İslaha aid olduqda isə bədənin müqaviməti səbəbindən artıq səylər göstərmək lazımdır.

Ona görə də insan bir xətt üzrə getdikdə, o, bütün hallarda Tövrat və ehkamlara əməl etməyə qadirdir. Lakin o, sağ xətt xüsusiyyətində getdikdə və islah yolunda işlədikdə, insan sağ xətt ilə getmək üçün artıq böyük səylər göstərməlidir. Buna görə də dəfetmə gücü lazımdır.