<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani əməldə bir öçünün aşkarlanması və ikisinin gizlədilməsi nə deməkdir

 Ruhani əməldə bir öçünün aşkarlanması və ikisinin gizlədilməsi nə deməkdir

Məqalə 26, 1991

“Ölçünün aşkar edilməsi” nə deməkdir, bunu anlamaq lazımdır. Yəni əvvəl burada ölçünün gizlədilməsi var idi, sonra isə ölçünün aşkar edilməsi baş verdi, lakin iki ölçü gizlədildi. Belə çıxır ki, indi əvvəl aşkarlanandan daha çox gizlədilib. Deməli, gizlənmə əvvəlkindən daha güclü oldu. Onda elə deyilmi ki, ümumiyyətlə ölçü aşkarlanmasaydı, daha yaxşı olardı?

Lakin “Bir ölçü aşkar etdi və iki ölçü gizlətdi” deyilən sözləri izah etmək lazımdır — bu o deməkdir ki, burada aydınlaşdırma üçün yer yarandı, yəni onun aşkarladığını yoxlamaq mümkün oldu. Çünki bu hamı üçün aşkarlanmalı deyil, yalnız bunu bilməsi zəruri olanlar üçün, buna görə də iki ölçünü gizlətmək lazım idi. Buna ehtiyacı olmayan insanlar, bunu başa düşmək üçün səy göstərməyəcəklər. Lakin özlərini təkmilləşdirmək üçün bu biliklərin onlara çatmadığını hiss edənlər, gizlədilmiş hər şeyi aşkarlamaq üçün səy göstərəcəklər.

Deyilənləri ruhani işə münasibətdə izah etmək lazımdır ki, bu da insanın Tövrat və ehkamlarla məşğul olmasıdır ki, insanın yaradılma səbəbi olan kamilliyə çatsın. İki xüsusiyyəti ayırmaq lazımdır:

  1. Yaradılış Məqsədi: bu, məxluqların Yaradan’dan xeyir və həzz alacaqları vəziyyətə gəlməsindən ibarətdir.
  2. Yaradılmışların islahı: bu, “forma bənzərliyi” adlanan qovuşmaya gəlməkdən ibarətdir. Yəni bütün əməllərin yalnız əta etmək və Yaradan’a həzz çatdırmaq naminə yerinə yetirilməsi. Buna görə də, hansısa bir aşkarlanma baş verdikdə, insan isə onu əta etmək naminə qəbul etməyə hazır olmadıqda, bununla zərər vurur. Buna görə də gizlənmə mütləq olmalıdır, insan əta etmək naminə almağa qadir olana qədər.

Buna görə də, “Bir ölçü aşkar etdi və iki ölçü gizlətdi”1 deyiləndə, nəzərdə tutulur ki, buna ehtiyacı olmayan kəs onu aşkarlamaq üçün zəhmət çəkməyəcək. Lakin buna ehtiyacı olanlara, onlara “Mən bir ölçünü aşkar etdim və iki ölçünü gizlətdim” deyiləndə, onlar artıq işə hazır olurlar, ölçünün aşkarlanmasına çatana qədər. Və Yaradan bu işdə onlara kömək edir. İnsan aşağıdan oyaniş yaratdığı zaman, yuxarıdan kömək alır.

Beləliklə, buna layiq olanlara, səy göstərənlərə aşkarlanır. Ölçü onlara, onların öz aşkarlanmasına uyğun olaraq aşkarlanır. Başqa sözlə, yaradılmışın islah xüsusiyyətinə malik olmayan kəs, məxluqlara həzz verməkdən ibarət olan yaradılış Məqsədindən heç nə ala bilməz.

Ölçünün aşkarlanması və iki ölçünün gizlədilməsi məsələsi işə hazırlıq dövründə də mövcuddur. Yəni, insan hələ işə başlamaq istədiyi başlanğıcda da bu yer alır. Çünki alidən layiq görülən insanlara, yuxarıdan bir az nurlanma açılır, onlara nur saçır. Və onlar işə böyük ruhlanma və böyük qüvvələrlə daxil olurlar.

Bu ona görədir ki, onlar yuxarıdan aşkarlanma alıblar və görürlər ki, bu dünyada həyatda əsas olan maddiyyat deyil, ruhaniyyətdir. Və əminliklə hiss edirlər ki, bir az da keçsə artıq onlar padşah sarayına daxil olmağa, Yaradan’la qovuşmağa, Tövratın dadlarına və sirlərinə layiq olacaqlar. Və bütün bunları insan ona yuxarıdan aşkarlanmış ölçünün təzahürü sayəsində hiss edir.

Lakin bir müddət keçdikdən sonra, Yuxarıdan insanın artıq əta etmə işinə başladığını gördükdə — insanın öz gücü ilə Yaradana yaxınlaşmağa layiq olması və eyni zamanda müqəddəslikdən uzaqlığın nə olduğunu hiss etməsi üçün, həmçinin 'qaranlıqdan gələn nurun üstünlüyünü' anlaması üçün — insan sonradan 'ikiqat gizlilik' vəziyyətinə gəlir.

Və insanın gücü çatmır başa düşməyə ki, əvvəlcə, o hələ əta etmək naminə işin nə olduğunu bilmədiyi vaxt, ruhaniyyət ona aşkarlanma şəklində nur saçırdı. Və təbii ki, bu aşkarlanmadan sonra insan öz ağlına görə başa düşür ki, irəliləməli və qabağa getməlidir. Lakin nəticədə görür ki, indi əta etmək naminə işə daxil olmağa başlamazdan əvvəl olduğundan daha pis olub. Və insan bu hallara cavab tapa bilmir.

Bunun cavabı yuxarıda verilmişdir: insanın işə daxil olması üçün ona yuxarıdan mütləq aşkarlanma verməlidirlər ki, bu ona, işə başlamazdan əvvəl olduğu vəziyyətdən çıxmaq üçün qüvvə versin. Və buna "yuxarıdan oyaniş" deyilir. Lakin sonra bu aşkarlanmanı ondan aldılar ki, indi onda aşağıdan oyaniş vermək imkanı olsun.

Arinin dediyinə görə, Pesax gecəsi, Yaradan İsrail xalqını Misirdən çıxarmalı olduğu zaman, onlara yuxarıdan oyaniş xüsusiyyətində böyük bir nur aşkarlanmışdı. Buna görə də o zaman bu, moxin de-xaya pilləsində nur saçırdı. Və bütün bunlar yuxarıdan oyaniş vasitəsilə baş verirdi. Lakin sonra onların hamısı yenidən öz yerlərinə düşdülər. Yəni, sonra İsrail xalqı böyük vəziyyətdə — qadlut moxində qalmağa davam etmək üçün "aşağıdan oyaniş" xüsusiyyətində işləməli idi.

Və buna uyğun olaraq burada izah etmək lazımdır ki, insan işə başlayanda, ona ölçünü aşkarlayırlar, yuxarıdan hansısa bir nurlanma göstərirlər. Bu nurlanma ona Yaradan naminə işləmək üçün qüvvə verir. O hiss etməyə başlayır ki, bu, onun bu dünyaya gəlməsinin Məqsədidir. Bu hiss ona yuxarıdan aşkarlanma gücü ilə gəlir ki, müqəddəs işində ona irəliyə doğru təkan versin.

Beləliklə, insan irəliləmədiyini, əksinə geriyə getdiyini və hətta ruhani işdəki dərəcəsi ona aşkar olmazdan əvvəlki vəziyyətindən də uzaqlaşdığını gördükdə, o düşünür ki, bu, onun ruhani  işdən kənarlaşdırıldığı (atıldığı) üçün baş verir.

Buna görə də insan bilməlidir ki, işin üsulu belədir: insanın işə daxil olması üçün "yuxarıdan oyaniş" adlanan islah mövcuddur və bu, müqəddəs işə daxil olmağa qadir olan insana verilir. Yəni, sonradan insan aşağıdan oyaniş vasitəsilə işləməyə qadir olsun. Çünki insan həqiqi kelim-i məhz aşağıdan oyaniş sayəsində əldə edir. Buna görə də işin əvvəlində onda olan əminlik nuru sonradan ondan itir.

Və deyilənlərdən "bir ölçünün aşkarlanması və ikisinin gizlədilməsi" deyilən yazını aydınlaşdırmaq lazımdır:

  1. İşin başlanğıcı ruhani cansız səviyyədə baş verir, yəni yalnız əməl səviyyəsində, və düşüncə yönümü vacib deyil.
  2. Ona yuxarıdan bir ölçü aşkarlanır. Onda o, yeni bir aləm olduğunu hiss etməyə başlayır. O hiss edir ki, əgər müəyyən bir səy göstərsə, Padşahın səltənətlərinə daxil olmağa və Yaradanı hiss etməyə layiq olacaq. Onda görür ki, indi həqiqi kamilliyə çatmaq üçün onda nə qədər güclü əminlik var.

Qalan insanlara və onların Tövrat və ehkamları necə yerinə yetirdiklərinə baxanda isə, onlar haqqında deyir ki, onlar hər şeyi ağılsızcasına, Tövratın və ehkamın daxili mənasını heç bir şəkildə hiss etmədən, heyvani səviyyədə yerinə yetirirlər. Və bütün bunlar onda, bir ölçünün aşkarlanmasına layiq olması əsasında formalaşır.

  1. Bundan sonra, yəni yuxarıda deyildiyi kimi, yuxarıdan oyaniş vasitəsilə niyyətlə irəliləməyə başladıqdan sonra, o, iki ölçünün gizlədilməsi vəziyyətinə gəlir. Yəni o, enişə gəlir. Bu, qəsdən əvvəldən belə edilmişdir ki, indi o, aşağıdan oyaniş gətirsin. Və məhz bu işdə o, nur üçün qablar alır.

Yəni, "nurun qaranlıqdan üstünlüyü"2 deyildiyi kimi, qaranlığın dadını dadmayınca nurun dadını müəyyən etmək mümkün deyil. Bu o deməkdir ki, baxmayaraq ki, hər kəs nurla qaranlığı fərqləndirə bilər, lakin nurdan, hər hansı başqa həzz kimi həzz almaq mümkün deyil. Və biz bunu maddi dünyadan görürük.

Bizə inanmaq lazımdır ki, hər şey ruhani kökdən, "budaq və kök" qanununa uyğun olaraq gəlir, bunu özümüzün müşahidə etdiyimiz nümunə əsasında görürük: biz ayaqlarımızla yeriyir və əllərimizdən istifadə edirik. Və sağlam olduğumuzdan razı qalsaq da, bununla belə sağlamlığımızdan böyük bir sevinc duymuruq.

Lakin əgər biz ayaqları və ya əlləri iflic olmuş xəstələrin olduğu bir xəstəxanaya daxil olsaq və kimsə gəlib möcüzə ilə onlara əllərini və ayaqlarını qaytarsa və onlar sağalsalar, onda onlar sağlam olduqlarına görə nə qədər böyük sevinc hiss edərlər!

Belə çıxır ki, ayaq və əllərindən istifadə edə bilmədikləri zaman əziyyət çəkdikləri həmin qaranlıq – məhz bu qaranlıq onları sevincə gətirdi. "Nurun qaranlıqdan üstünlüyü"2 anlayışının mənası budur. Ruhani aləmdə elə bir anlayış yoxdur ki, "nur onlara yalnız sevinc əlavə edir". Biz bilməliyik ki, ruhaniyyətdə sevinc yalnız nurun dərki üçün xidmət edir, yəni sevinc Yaradanın ruaxı (ruhu) üçün libasdır.

Bir sözlə, ilahi dərketmə çoxlu adlara bürünür. Ümumi halda bu Tövrat nuru və xoxma nuru adlanır. Yəni belə bir anlayış yoxdur ki, ruhani həzz yalnız həzzin özündən ibarətdir, əksinə, bu Yaradanın adlarının aşkarlanmasından ibarətdir. Buna "kelim və ehtiyac" adlanan xisarona görə layiq olmaq olar. Buna görə də bizə aşağıdan oyaniş lazımdır, çünki məhz Tövrat və ehkamlar işindəki əməyimiz vasitəsilə biz "nura və Tövrata ehtiyac" adlanan bu kelim-i əldə edirik.

Buna görə də insan aldığı enişlərin güclü təsirinə məruz qalmamaq üçün ehtiyatlı olmalıdır. Baxmayaraq ki, onların köməyi ilə, yuxarıda qeyd olunan "nurun qaranlıqdan üstünlüyü" prinsipinə görə, Yaradanla yaxınlaşmanın vacibliyini qiymətləndirməyi öyrənir. Və buna uyğun olaraq, ruhani işdə "bir ölçünün aşkarlanması və iki ölçünün gizlədilməsi" deyilən sözü izah etmək olar. Yaradanla qovuşmağa çatmazdan əvvəl işin 3 kateqoriyasını ayırmaq lazımdır:

  1. Ruhani cansız səviyyədə olduqları zaman, yəni yalnız əməl səviyyəsində işləyərək, hansı ki, bir xətt adlanır.
  2. Ona bir ölçü aşkarlananda, əhatə edən nur (or makif) xüsusiyyətində göstərirlər ki, Yaradanın pilləsini əldə etməyə dəyər. Bununla o, böyük dərketmələrə çatacağına dair əminlik əldə edir. Onda anlayacaq ki, bunun üçün yaşamağa dəyər və onun həyatı qalan insanların həyatı kimi bu qədər məqsədsiz olmayacaq.
  3. Sonra o, üçüncü vəziyyətə — enişə gəlir. Çünki ondan aşağıdan oyaniş xüsusiyyətini göstərməsi istəyirlər. Bu vəziyyət də "iki ölçünün gizlədilməsi" adlanır. Yəni təkcə aşkarlanma vəziyyəti ondan gizlənmədi, indi həm də müqəddəs cansız vəziyyət, müqəddəsliyin cansız səviyyəsi də gizləndi. Və indi ona Tövrat və ehkamlarla hətta əməl səviyyəsində, niyyətsiz məşğul olmaq da çətindir.

Buradan belə çıxır ki, indi onda iki gizlənmə var:

  1. Bir ölçünün aşkarlanması gizlənib;
  2. Və ruhani cansız səviyyə (domem de-kduşa) da gizlənib, nə vaxt ki, o belə ruhlanma ilə Tövrat və ehkamlarla məşğul olurdu. İndi bu vəziyyət də yox olub. Və bütün bunlar nə üçündür? Nəyə görə indi, hətta birinci vəziyyətdə olan cansız ruhani səviyyədən də daha böyük bir gizlənmə olmalıdır?

Cavab belədir: insan indi azla kifayətlənməsin və cansız pillədə qalmasın deyə. Belə çıxır ki, bir ölçünün bütün o aşkarlanması hədər imiş. Yəni o, Yaradan’a yaxınlaşmaq üçün heç bir əməl etməyib. Amma buna baxmayaraq, indi o, özü heç nə etməyə qadir deyil, yalnız məcburiyyətlə. Buna görə də o, düşünməyə və müqəddəs işə yenidən necə qayıda biləcəyinin yollarını tapmağa borcludur. Məhz buna görə də indi ikiqat gizlənmə zəruridir.

Lakin insan məcburi işə laqeyd yanaşmamaq üçün ehtiyatlı olmalıdır, baxmayaraq ki, bu iş zamanı bədən belə işdə heç bir məna və dad tapmır. Biz məcburi əməyin vacibliyini maddi dünyada qəbul olunmuş şeylərə görə qiymətləndirə bilərik, necə ki, bunu görür və başa düşürük.

Məsələn, yemək yemək – həm böyüklər, həm də uşaqlar arasında qəbul olunub. Burada sevgi və qorxu ünsürü var, burada qorxu dedikdə cəza qorxusu nəzərdə tutulur. Biz görürük ki, yemək istəməyən kiçik uşaqlar var. Valideynlər nə edirlər? Bəzən uşaqların yeməsi üçün onlara gözəl hekayələr danışırlar. Və uşaqlar maraqlı hekayələr dinləmək istədiklərinə görə yeyirlər. Amma bəzən valideynlərin səbri çatmır və onlar uşaqları yemələri üçün vururlar. Bəzən də insanın özünün iştahası olmur, amma o da özünü yeməyə məcbur edir, yenə də qorxudan. Çünki qorxur ki, bir neçə gün yeməsə, sonra gücü olmayacaq və zəifləyəcək. Əgər yeməksiz belə davam etsə, ölə də bilər.

Belə çıxır ki, o məcburən yeyir, yəni qorxudan. Və heç kim ona deməz ki, o, məcburən yeməklə səhv edir. Əlbəttə, sevgidən yesəydi, daha yaxşı olardı. Amma yaxşıdır ki, heç olmasa məcburən yeyir. Bununla belə, bəzən sağlam insan hansısa səbəbdən bir az gec yeməli olur və onda sevgidən yeyir. Hətta elə dərəcədə ki, bəzən heyfsilənir – nə üçün yeməyə başlayanda onda yeməyə olan sevgi yox olur. Yəni yemək prosesi zamanı, hər bir tikə ilə onun yeməyə olan sevgisi sönür və zəifləyir, çünki doyma süfrəyə olan sevgini sıxışdırıb çıxarır. Amma hamıya aydındır ki, insan istər sevgidən, istər qorxudan olsun, yeməyə borcludur.

Eyni şey ruhani işdə də qəbul olunub, o zaman ki, insan Tövrat və ehkamlara riayət etmək üçün əməllər edir və burada sevgi və qorxu anlayışları mövcuddur. Başqa sözlə, bəzən insan Tövrat və ehkamlarla məşğul olmaqdan həzz alır, bundan onun əhvalı yüksəlir, hansı səbəbə görə olmasının fərqi yoxdur. Yəni insan Tövrat və ehkamlara riayət etdiyinə görə yaxşı əhval-ruhiyyədədir, çünki bunun vasitəsilə sonradan "lo lişma" adlanan mükafatı alacaq.

Başqa bir səbəb də var - o, Padşaha xidmət etdiyinə görə sevinir. Və səbəbləri əməldən fərqləndirmək lazımdır. Başqa sözlə, insanı bu hissə gətirən səbəblə deyil, insanın hissləri ilə hesablaşırlar. Bir sözlə, insanın sevinməsi faktı "sevgidən iş" adlanır. Yəni o, sonradan mükafat alacağı üçünmü sevinir, yoxsa Padşaha xidmət etdiyinə görəmi - hər iki halda, o ilk növbədə sevinc hiss edir. Və buna "sevgidən işləmək" deyilir.

Lakin bəzən elə olur ki, insan qorxudan işləyir. Yəni o, bu dünyada və ya gələcək dünyada cəzalandırılacağından qorxur. Və onda o sevinc hiss etmir, çünki hər şeyi məcburiyyətlə edir. "Məcburiyyət" o deməkdir ki, bu iş ümumiyyətlə olmasaydı, insan daha razı qalardı, çünki onda buna görə cəza almazdı.

Deyilənlərdən görürük ki, maddi aləmdə əməllər bədənə təsir edir, hətta onlar qorxudan, yəni məcburən yerinə yetirilsə belə. Buradan dərs götürməliyik və inanmalıyıq ki, ruhani işdə də eyni cür baş verir. Hətta məcburən də olsa, hətta insan Tövrat və ehkamlarda heç bir məna və dad tapmasa da, qoy onlarla məcburən məşğul olsun, çünki "əməl öz işini görür". Necə ki, maddi əməllərdə bir şeyi məcburən edəndə, bu işləyir, istər xeyirə, istər şərə olsun, qoy məcburən olsun. Eləcə də ruhani işdə, hətta insan Tövrat və ehkamları məcburən yerinə yetirsə belə, bu ona təsir edir.

Lakin, əlbəttə ki, sevgi üzərində qurulan işlə qorxu üzərində qurulan iş arasında fərq var. Yenə də bilmək lazımdır ki, sevgi vasitəsilə görülən işdə də fərqləndirmə aparmaq lazımdır: insan bu işi 'Mən Yaradana lazım olduğum üçün Tövratı və əmrləri (islah metodikasını) yerinə yetirəcəyəm, hərçənd mənim buna heç bir ehtiyacım yoxdur və mənim özümün Tövratı və əmrləri icra etməyə ehtiyacım yoxdur' deyərəkmi edir? Yəni, o, bu işlə məşğul olmaq üçün (özündə) heç bir çatışmazlıq (ehtiyac) görmür və deyir: 'Bu Tövrat və əmrlərlə məşğul olmaq mənə nə verəcək?".

Bununla belə, insan buna görə alacağı mükafata inanır. Buna görə də o, Tövrat və ehkamları yerinə yetirir. Bu, bir qaydaya uyğundur ki, əgər kimsə nəyəsə ehtiyac duyursa, buna görə ödəniş etməlidir, buna görə də o bunu sevgidən edir, çünki Yaradan şübhəsiz ki, onun zəhmətinin əvəzini ona ödəyəcək.

Lakin əgər insan Tövrat və ehkamları ona görə yerinə yetirirsə ki, Tövrat və ehkamlar onu islah edir, deməli, o hiss edir ki, islah olunmağa ehtiyacı var. Bu, müdriklərin dediyinə uyğundur: «Yaradan dedi: Mən şər başlanğıcı yaratdım və Tövratı onun üçün ədviyyat kimi yaratdım və əgər siz Tövratla məşğul olsanız, sizi onun əlinə verməzlər».

Beləliklə, insan Tövrat və ehkamları özü üçün yerinə yetirməlidir və təbii ki, bunun üçün Yaradan’dan ona mükafat verməsini istəmək mümkün deyil, çünki o bunu Yaradan üçün yerinə yetirmir. Axı Yaradanın aşağıların Onun üçün Tövrat və ehkamları yerinə yetirməsinə ehtiyacı yoxdur, buna insanın özünün ehtiyacı var. Belə çıxır ki, o sevgidən işləyir, çünki bunun vasitəsilə insan kamil, islah olunmuş olur. Və onda, təbii olaraq, Yaradanın ona Tövrat və ehkamlarla məşğul olmasına görə mükafat verəcəyini demək yersizdir.

Buradan belə çıxır ki, Tövrat və ehkamları sevgidən yerinə yetirərkən, onun sevgisi sonradan mükafat almaq üçün vasitə deyil, əksinə, bədəni islah etmək üçün ona dərman verdiyinə görə Yaradan’a minnətdarlıqdan və tərifdən doğur. Maddi dünyada da belə olur: müalicə alan həkimə pul ödəyir, həkim isə xəstəni müalicə etdiyinə görə xəstəyə pul ödəmir.

Lakin dəqiqləşdirmək lazımdır – insanda hansı şər mövcuddur ki, onu Tövrat və əmrlərin köməyi ilə islah etmək lazımdır? Yəni, Tövrat və əmrlər olmadan o, bu şərlə qalacaq və buna görə özünü pis hiss edəcək. Əks halda, içindəki şərlə qalsa, onun üçün nə fərqi var? Bu o deməkdir ki, insandakı şəri aşkar etmək zəruridir. Əks halda, o, bu vəziyyətdə mövcud ola bilmədiyi üçün əzab çəkəcək və nəticədə öləcək. Lakin Tövratın və əmrlərin möcüzəvi gücü sayəsində şər ondan uzaqlaşacaq, o isə firavan bir həyata və evində sülhə və əmin-amanlığa qovuşacaq.

Bunun cavabı belədir: şər – insanın onunla yaradıldığı almaq arzusudur. Bu, öz xeyrini düşünmək arzusudur. Yaxının xeyrinə gəldikdə isə, onda buna dair tamamilə heç bir hiss və anlayış yoxdur. İnsan yalnız o zaman başqasının xeyrinə çalışmağın nə demək olduğunu anlamağa qadirdir ki, bunun köməyi ilə alma arzusu özü üçün nəsə qazansın; və bu, 'almaq naminə əta etmə' adlanır.

Buna görə insanlar işə gedirlər, yəhudilər qeyri-yəhudilər üçün işləyirlər, qeyri-yəhudilər yəhudilər üçün işləyirlər. Və hər şey almaq arzusunun özü üçün alacağı mükafata uyğun olur. Lakin həqiqətən başqasının xeyrinə çalışmaq — buna qarşı insanda reallıqda belə bir şeyin ümumiyyətlə mümkün olduğuna dair heç bir hiss yoxdur. İnsan yalnız 'yaxın dostunun xeyrinə çalışmaq' kimi bir şeyin mövcud olduğuna inana bilər. Lakin soruşmaq lazımdır: əslində, insan niyə başqasının xeyrinə çalışmalıdır?

Buna cavab belə verilir – yaradılış Məqsədi və yaradılmışın islahı deyilən bir anlayış var. Yaradılışın Məqsədi Yaradanın Öz yaratdıqlarını həzzləndirmək arzusudur ki, onlar xeyir və həzzlər alsınlar. Buna görə də Yaradanın ümumiləşdirici adı – "xeyirxah və xeyir verən"dir. Yalnız buna görə islah həyata keçirilmişdir ki, neməti (həzzi) alarkən utanc hissi duyulmasın; və buna görə də insan 'əta etmək naminə almalıdır'. İnsan isə 'əta etmək' arzusu ilə deyil, 'almaq' təbiəti ilə yaradıldığı üçün, o, əta etmək naminə hərəkət edə bilməsi üçün islah olunmağa borcludur.

Belə bir arzunu qazanmazdan əvvəl, insan Yaradanla arasındakı xüsusiyyət fərqliliyinə görə çılpaq və yoxsul qalır. Məhz bu, 'şər' adlanır — yəni yalnız özü üçün almaq arzusu. Və əgər o, bu arzunu 'əta etməyə' doğru islah etməsə, qaranlıqda qalacaq. Buna görə də, insana öz şərini islah etmək və ikinci təbiəti — 'əta etmək naminə' təbiətini qazanmaq üçün Tövrat və əmrlərə riayət etmək lazımdır. Belə çıxır ki, insan əmrləri və Tövratı özü üçün yerinə yetirir. Yəni, 'ədviyyat' olan Tövrat və əmrlərə riayət etməyin köməyi ilə o, yaradılışın məqsədinə — 'məxluqlarını həzzləndirmək' məqsədinə çatacaq.

Və bunun sayəsində insan 'evindəki əmin-amanlığa' (şalom ba-bayit) layiq görülür. Zoar kitabında deyildiyi kimi, 'ev' insanın qəlbi adlanır: 'Gözəl məskən — onun qəlbidir'. Lakin insanın qəlbi Yaradanla sülh içində deyil, çünki insanın Yaradana qarşı iddiaları var — niyə O, insanın bütün arzularını təmin etmir? Bunun səbəbi isə aralarındakı xüsusiyyət fərqliliyindədir. Buna görə də, insan özünü əta edən (bağışlayan) birinə çevirdikdə, Yaradandan bütün nemətləri və həzzləri alır. Məhz o zaman sülh bərqərar olur ki, bu da 'evdəki hüzur' adlanır."