<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani əməldə həqiqət və yalan nədir

Ruhani əməldə həqiqət və yalan nədir

Məqalə 40, 1991-ci il

Anlamaq lazımdır ki, həqiqət və yalanın Yaradanın işi ilə nə əlaqəsi var. Bu, o deməkdir ki, hətta bu yalan olsa belə, Yaradanın işçisi olmaq mümkündür. Belə bir şeyi necə demək olar?

Zoar kitabında yazılıb: ““Yaradana pay” – yoxsulları sevindirmək deməkdir... Axı bu günlərdə, bayramlarda, Yaradan Öz bu qırılmış kelimlərini yoxlamaq üçün gəlir. Və O ... görür ki, onların sevinməyə heç nəyi yoxdur. Və O, onlar üçün ağlayır”.

Və [Baal Sulam] bu kəlamı Sulam şərhində belə izah edir: “Əvvəlcə müdriklərimizin izahını anlamaq lazımdır: dünyanın yaradılması zamanı, O mələklərə: “Bizim surətimizə görə insan yaradaq” dedikdə, Mərhəmət dedi: “Yaradılsın, çünki o mərhəmət göstərir”. Həqiqət dedi: “Yaradılmasın, çünki o bütövlüklə yalandır”. Ədalət dedi: “Yaradılsın, çünki o ədalətlə davranır”. Sülh dedi: “Yaradılmasın, çünki o bütövlüklə ixtilafdır”. Yaradan nə etdi? Həqiqəti götürüb yerə atdı”1.

İzah: biz müdriklərimizin sözlərini bilirik: “İnsan həmişə Tövrat və ehkamlarla məşğul olmağa borcludur, hətta “lo lişma”da olsa belə, çünki “lo lişma”dan “lişma”ya gəlirlər”. Axı insan öz alçaqlığı səbəbindən dərhal Yaradanın ehkamları ilə məşğul olub öz Yaradanına həzz verməyə qadir deyil. Və onun təbiətinə görə özü naminə olmayan hər hansı bir hərəkət etməsi mümkün deyil. Deməli, o əvvəlcə ehkamları “lo lişma” niyyəti ilə, yəni öz faydası üçün yerinə yetirməyə məcburdur. Lakin bununla birlikdə o, ehkamların yerinə yetirilməsi hərəkətlərinə müqəddəslik nurunu cəlb edir. Nurun cəlbi sayəsində o, sonda ehkamları “lişma”-da yerinə yetirməyə gələcək.

Buna görə də Həqiqət insanın yaradılmasından şikayət edərək dedi: “O bütövlüklə yalandır” və sair, axı lap əvvəlindən Tövrat və ehkamlarla tam yalan içində, yəni “lo lişma”da məşğul olacaq belə bir insan necə yaradıla bilər? Lakin Mərhəmət dedi: “Yaradılsın, çünki o mərhəmət göstərir” və sair, və onun köməyi ilə o tədricən islah olunacaq, ta ki bütün ehkamları əta etmək naminə niyyətlə yerinə yetirə bilənə qədər. Həmçinin Sülh şikayət etdi ki, “O bütövlüklə ixtilafdır” və sair, lakin Ədalət dedi: “Yaradılsın” və sair, çünki onun yoxsullara mərhəmət ehkamını yerinə yetirməsi sayəsində o tədricən əta etmə xüsusiyyətinə yaxınlaşacaq, ta ki gəlib “lişma” ilə məşğul olana qədər və sair. Onların bütün dəlilləri eşidildikdən sonra, Yaradan Mərhəmət və Ədalət mələkləri ilə razılaşdı və Həqiqəti yerə atdı, yəni əvvəlcə ehkamları “lo lişma”da yerinə yetirməyə icazə verdi, baxmayaraq ki, bu yalandır, çünki sonda “lişma”ya gələcək və onda Həqiqət yerdən qalxacaq və sair”1. Sitatın sonu.

Rambam isə belə demişdir: “Buna görə də azyaşlıları, qadınları və bütün savadsız kütləni öyrətdikdə, onları yalnız qorxudan və mükafat almaq üçün işləməyə öyrədirlər, ta ki onların biliyi artana və onlar daha böyük hikmətlə dolana qədər, bu sirr onlara tədricən açılır”.

Rambamın sözlərindən görürük ki, Yaradan üçün işi “lo lişma”da başlamaq lazımdır və “lişma” anlayışını onlara açmaq belə qadağandır ki, belə bir anlayış var. Lakin onlar bilməlidirlər ki, mükafat almaq üçün Tövrat və ehkamları yerinə yetirmələri həqiqi kamillikdir və buna miqdardan başqa əlavə ediləcək heç nə yoxdur. Yəni Tövrat və ehkamları yerinə yetirmək üçün daha çox vaxt və səy ayırmaq və Tövrat və ehkamları yerinə yetirdiklərinə sevinmək lzımdır, belə olduqda onların böyük mükafatı olacaq.

Buna əsasən görürük ki, onların kamillikdə Yaradanın işçiləri olmaları üçün onlara “lişma” anlayışının olduğunu bilmək qadağandır, çünki onlar hələ “lişma” işinə daxil olmağa layiq deyillər. Buna görə də əgər onlara desələr ki, işdə əsas olan “lişma”dır, onda onlar deyəcəklər: “Əgər bu həqiqi iş deyilsə, biz Tövrat və ehkamları “lo lişma”da necə yerinə yetirə bilərik?” Və onlar hələ “lişma”da işləməyə qadir olmadıqlarına görə, onlarda nə o, nə də bu olacaq.

Yəni “lo lişma” niyyəti onlar üçün əhəmiyyətsiz olacaq. “Lişma” niyyəti ilə isə onlar işləməyə qadir olmadıqlarını görəcəklər. Buna görə buna uyğun olaraq, onlara əta etmək naminə hərəkət etmək lazım olduğunu açmaq qadağandır. Onlar bunu bilmədikdə isə düşünürlər ki, həqiqətən Yaradana xidmət edirlər və salehdirlər. Buna görə bu onlara işləmək üçün qüvvə verəcək, çünki onlar Yaradanın işçiləri olduqlarına sevinirlər. Və Tövrat və ehkamları onlar kimi yerinə yetirməyən digər insanlara heyvanlar və vəhşi heyvanlar kimi baxırlar, onlarda heyvan və vəhşi heyvanlardan artıq ağıl yoxdur.

Aydınlaşdırmalar haqqında isə [Ari] “Həyat ağacı”nda yazmışdır: “Yaradan İsrailə Tövrat və ehkamları yalnız aydınlaşdırmaq, təmizləmək və gümüşdən qarışıqları çıxarmaq üçün verdi, bunlar ruhun libasıdır. Və insanın Tövrat və ehkamlardakı niyyəti sayəsində neşama ruhunun libası tamamlanır. Tövrat sayəsində isə Yetsira aləminin Noqa [klipası] təmizlənir. Ruax ruhunun libasları. Praktik ehkamlar sayəsində isə Asiya aləminin Noqa [klipası] təmizlənir və nefeş ruhunun libası yaranır”.

Bu o deməkdir ki, biz deyə bilmərik ki, ehkamların və Tövratın niyyətsiz yerinə yetirilməsi həqiqi deyil. Ari-nin sözlərindən isə belə çıxır ki, insanın etdiyi bütün hərəkətlər sayəsində kelimlərin qırılması zamanı klipotun içinə düşmüş müqəddəsliyin aydınlaşdırılması baş verir. Lakin niyyətsiz ehkamlar, niyyətsiz Tövrat və niyyətlə Tövrat və ehkamlar arasında fərq var, necə deyildiyi kimi: “Praktik ehkamlar sayəsində Asiya aləminin Noqa [klipası] təmizlənir və nefeş ruhunun libası yaranır”.

“Lo lişma” anlayışını isə yalan adlandırırlar, bunu belə izah etmək lazımdır: yaradılışın məqsədi yaradılanlara həzz vermək olduğuna görə, insan bunu praktik olaraq dərk etsin, yəni dünyada aşkarlanan xeyir və həzzi görsün deyə, yaradılanların bunu görməsi mümkün deyil, nə qədər ki, onlarda dünyada aşkarlanan xeyir və həzzi görə biləcəkləri həqiqi kelim yoxdur.

Buna görə də yaradılanlara hələ aşkarlanmayıb ki, yaradılışın məqsədi yaradılanlara həzz verməkdən ibarətdir. Və onlar görürlər ki, hər kəs öz xüsusiyyətinə görə dünyada əzab çəkir. Əgər belədirsə, izah etmək lazımdır ki, yaradılanlar Tövrat və ehkamları əta etmək naminə niyyətsiz yerinə yetirdikləri zaman, onlar hələ yaradılışın məqsədində olan və xeyir verməkdən ibarət olan həqiqəti görmək vəziyyətində deyillər.

Buna görə də izah belədir: Tövrat və ehkamları yerinə yetirənlər və hələ əta etmək naminə niyyətə layiq olmayanlar, həqiqət tərəfdən, hətta niyyətsiz Tövrat və ehkamları yerinə yetirdikləri zaman müqəddəslik naminə aydınlaşdırma aparırlar, yəni onların hərəkətləri vasitəsilə müqəddəslik artır, lakin bu yalnız müqəddəsliyin mövcudluğu baxımındandır. Yaradılanlar isə hələ onların hərəkətləri vasitəsilə nə baş verdiyini, yəni hətta “lo lişma”da öz işləri ilə hansı islahları etdiklərini görməyə qadir deyillər.

Buradan belə çıxır ki, “lo lişma”nın yalan adlandırılması haqqında deyilən yalan anlayışı yaradılanlara nisbətəndir. Yəni onlar hələ də həqiqəti görə bilmirlər ki, Tövrat və ehkamları niyyətsiz yerinə yetirməklə, əslində, onlar müqəddəsliyin islahını və aydınlaşdırılmasını edirlər.

Biz Ari-nin sözlərinə o dərəcədə inanmalıyıq ki, Tövrat və ehkamların hər bir hərəkətində islah baş verir. Belə ki, gördüyümüz şeylə bağlı sual vermək lazımdır: bir qayda var ki, əgər insan öz qonşusuna məsələn, Şabatı pozmasın deyə təsir göstərə bilirsə ki, əgər qonşunun onun köməyinə ehtiyacı varsa və bunun sayəsində qonşu Şabatı qoruyacaqsa, insan elə etməlidir ki, o, Şabatı pozmasın.

Və soruşmaq lazımdır: əgər burada Şabatı qorumaq niyyəti yoxdursa, o isə dostunun ona məcbur etdiyi ehkamı qoruyursa, belə işdən nə fayda ola bilər? Lakin yuxarıda deyildiyi kimi, etdiyimiz hər bir hərəkət, hətta niyyətsiz olsa belə, öz işini görür. Yəni müqəddəsliyin aydınlaşdırılması baş verir, yalnız yaradılanlar hələ islahı görmək vəziyyətində deyillər, çünki onlar zərər vura bilərlər, çünki hələ də almaq arzusunun hakimiyyəti altındadırlar.

Bu səbəbdən, insan özü tərəfindən edilən islahları görməzdən əvvəl, onun hərəkətləri vasitəsilə aşkarlanan həmin ali bolluğu hələ ala bilmir. Buna görə də onlar aşkarlanan ali bolluğu görmədikdə, zərər vura bilmirlər, çünki burada almaq mümkün olan bir şey olduğunu görmürlər. Lakin insan inanmalıdır ki, Tövrat və ruhani işdə bütün hərəkətlər mühümdür, və o, belə inanmalıdır.

Və yalnız o, əta etmək arzusu adlanan ikinci təbiəti almağa layiq olduqdan sonra, onda həqiqəti görməyə layiq olacaq ki, yaradılışın məqsədi yaradılanlara həzz verməkdir. Buradan belə çıxır ki, biz “lo lişma”nın “yalan” adlandırıldığını dedikdə, bu, insanın nöqteyi-nəzərindəndir, çünki insan hələ də görmür ki, yaradılışın məqsədi Onun yaratdıqlarına həzz verməkdir.

Buna uyğun olaraq, biz anlaya bilərik ki, niyə “lişma” “həqiqət” adlanır, çünki insan “lişma” xüsusiyyətinə layiq olduğu sayəsində, insan Yaradan sevgisi pilləsinə çatmalıdır – yəni Yaradan insanı şəxsən idarə edir. Yəni insan bütün xeyri Yaradandan aldığı zaman, onda o həqiqəti görür ki, yaradılışın məqsədi Öz yaratdıqlarına həzz verməkdir. Bundan əlavə, insan layiq olmalı və görməlidir ki, ali idarə bütün yaradılanlara Xeyirxah və Xeyir verən xüsusiyyətində münasibət göstərir.

Və bu, böyük bir pillədir: insan Yaradanın onu fərdi şəkildə Xeyirxah və Xeyir verən xüsusiyyətində necə idarə etdiyini görür. Lakin insan görməlidir ki, Yaradan bütün yaradılanları belə idarə edir – Xeyirxah və Xeyir verən xüsusiyyətində. Buna görə  də “lişma” “həqiqət” adlanır, çünki “lişma” xüsusiyyətində iş sayəsində insan layiq olur və həqiqəti görür ki, Yaradan bütün yaradılanları Xeyirxah və Xeyir verən xüsusiyyətində idarə edir.

Və bu, TES-ə Ön sözdə deyildiyi kimidir: “Buna görə də müdriklər bizi xəbərdar etdilər … Tövratla məşğul olmaqda məcburi şərt haqqında: bu məşğuliyyət məhz “lişma” olmalıdır. Yəni elə olmalıdır ki, onun sayəsində insan həyata layiq olsun, çünki bu həyat Tövratıdır. … Və qoy ağlını və ürəyini onda həyat Padşahının üzünün nurunu tapmağa yönəltsin, yəni simanın  nuru adlanan aşkar idarənin dərk edilməsinə”.

Başqa sözlə, insan “lişma” xüsusiyyətinə layiq olmayınca, simanın gizlədilməsindədir, yəni hələ Yaradanın dünyanı Xeyirxah və Xeyir verən xüsusiyyətində necə idarə etdiyini görmür. Buradan belə çıxır ki, o, (müdriklərin) dediyini deyəndə ki, yaradılışın məqsədi Öz yaratdıqlarına həzz verməkdir-yalan vəziyyətindədir. Bu yalandır, çünki biz əksini görürük.

Lakin Tövratı “lişma” öyrənən kəs layiq olur və həqiqəti görür, çünki o özü layiq olur və Yaradandan aldığı xeyir və həzzi görür. Bundan əlavə, o, kamillik vəziyyətinə gəlməli və Yaradanın bütün dünyanı Öz yaratdıqlarına həzz vermək məqsədi ilə necə idarə etdiyini görməlidir. Buradan belə çıxır ki, həqiqət və yalan insanın öz dərk etməsinə aiddir. Və deyilənlərdən belə çıxır ki, Tövratı “lo lişma” öyrənən kəs – bu, yalnız ona görə yalan sayılır ki, o, Yaradanın dünyanı Xeyirxah və Xeyir verən xüsusiyyətində necə idarə etdiyini, həqiqəti görməyə hazır deyil.

Və bu, Ari-nin dediyi kimidir: insanın müqəddəslikdə etdiyi bütün hərəkətlər vasitəsilə islah baş verir. Lakin insan hələ Tövrat və ehkamlar sayəsində nə baş verdiyini görə bilmir, bunları yaradılanlar hətta niyyətsiz etdikdə belə, yəni hətta “lo lişma”da, öz faydası naminə etdikdə belə. Buna görə Rambam deyir ki, başlanğıcda azyaşlıları və qadınları öyrətmək lazımdır ki, bu, mükafat almaq naminə olsun, çünki ehkamlar öz-özlüyündə islah edir.

Baal Sulamın müdriklərimizin dediyi haqqında söylədiyinə görə: “İsrail sevilir, çünki onlar “Yaradanın oğulları” adlandırılıblar. Onlara xüsusi məhəbbət göstərilir, çünki onlar “Yaradanın oğulları” adlandırılıblar, necə ki deyildiyi kimi: “Siz Rəbbiniz Yaradanın oğullarısınız””. Və o dedi ki, “Yaradanın oğulları” adlanmaq ümumi şəkildə mümkündür, lakin daha böyük rəğbətə şəxsi şəkildə layiq olurlar. Soruşur: “Daha böyük rəğbət” nə deməkdir? Və cavab verir: “Daha böyük rəğbət ondadır ki, bu onlara məlumdur, yəni onlar bilirlər və hiss edirlər ki, “Yaradanın oğulları” adlanırlar”.

Və burada da eyni şəkildə izah etmək lazımdır ki, niyyətsiz hərəkətlərin yerinə yetirilməsi vasitəsilə, “lo lişma” adlanan şey vasitəsilə, İsrail yenə də “Yaradanın oğulları” adlanır, çünki onlar böyük islahlar edirlər, Ari-nin dediyi kimi. Yalnız onlar bunu bilmirlər. Yəni onlar öz işləri vasitəsilə hansı islahların edildiyini görmək vəziyyətində deyillər.

Lakin insan “lişma” xüsusiyyətinə layiq olduqdan sonra, etdikləri onlara məlum olur. Və bu, necə deyildiyi kimidir: “Ravvin Meir deyir: Tövratla “lişma”da məşğul olan hər kəs çox şeyə layiq olur. Və nəinki bu, bütün dünya onun üçün faydalı olur. Və ona Tövratın sirləri açılır”.

Bunu belə izah etmək lazımdır ki, “bütün dünya onun üçün faydalı olur”10, çünki o artıq həqiqəti görür ki, yaradılışın məqsədi Öz yaratdıqlarına həzz verməkdir. Bunun sübutu isə odur ki, o indi görür ki, “bütün dünya onun üçün faydalı olur”10, çünki o xeyir və həzz hiss edir.

Həmçinin “Və ona Tövratın sirləri açılır”10 ifadəsinin mənasını izah etmək lazımdır. Bu o deməkdir ki, o, Tövrat və ehkamlardakı işi vasitəsilə yuxarıda islahların necə edildiyini gördüyünə görə mükafat alır. Lakin o, Tövrat və ehkamları “lişma” yerinə yetirməyə görə mükafatlandırılmadan əvvəl, baxmayaraq ki, Tövrat və ehkamlardakı işi vasitəsilə islahlar edir, o, əta edən kelimlə mükafatlandırılmayınca bunu görə bilməz.

Deyilənlərin işığında biz müdriklərimizin dediyini izah etməliyik: “Əsas olan tədris deyil, əməldir”. Burada qarşımızda iki şey var:

  1. əməllər,
  2. niyyətlər.

Bir tərəfdən başa düşürük ki, niyyət həlledici əhəmiyyət daşıyır. Başqa sözlə, insan yaxşı və ya pis bir şey etdikdə, biz niyyəti nəzərə almalıyıq, əməli deyil. Məsələn, iki insanın mübahisəsində biri bıçaq götürüb digərini vurdu. Əlbəttə, bu pis bir əməldir. Zərərçəkən onu məhkəməyə verdi və pozuntu edən buna görə cərimələndi.

Və bıçaqla vuran belə bəyan edir: “Mən bu insanı yalnız əlinə bıçaqla vurdum və onu yalnız cızdım, və mən ona cərimə ödəməliyəm. Amma mən gördüm ki, bu yaxınlarda bu insan xəstəxanaya düşmüşdü və həkim onun qarnını kəsib oradan nəsə çıxardı, və o bunun üçün həkimə çox pul ödədi. Mənim ona vurduğum balaca kəsiyə görə isə mən ona pul ödəməliyəm. Yəni bu, həkimdə olanın əksidir”.

“Cavab sadədir”, – hakim dedi. “Çünki biz niyyətə görə mühakimə edirik, və siz onu ona görə vurdunuz ki, həzz almaq istəyirdiniz, buna görə aldığınız həzz üçün ödəməli olacaqsınız. Lakin cərrah onun ətini bıçaqla kəsəndə, o istəyirdi ki, xəstə bundan fayda alsın. Buna görə xəstə həkimə ödəməlidir”. Beləliklə, biz görürük ki, əsas olan niyyətdir, əməl deyil. Bəs niyə müdriklərimiz dedilər: “Əsas olan tədris deyil, əməldir”11?

Lakin yuxarıda deyildiyi kimi, ruhaniyyətdə, Tövrat və ehkamlarla bağlı olanda, əsas olan əməldir, Ari-nin dediyi kimi, ehkamların yerinə yetirilməsi əməlləri ilə müqəddəslik qığılcımları klipotdan aydınlaşdırılır. Lakin insan bunu görə bilməz, nə qədər ki, onda əta edən kelim yaranmayıb, yoxsa əgər o, öz işi ilə nə edildiyini görsə, bu onun alan keliminə gedəcək və avtomatik olaraq o, hər şeyi yenidən klipota qaytaracaq. Belə çıxır ki, əməl əsasdır.

Lakin, əlbəttə, əgər o niyyət yarada bilirsə ki, niyyət də əta etmək naminə olsun, onda o, əməl üzərində hakim olan niyyət vasitəsilə daha yüksək pilləyə qalxır, yuxarıda deyildiyi kimi: “İnsanın Tövrat və ehkamlardakı niyyəti sayəsində neşama ruhunun libası tamamlanır. Tövrat sayəsində isə Yetsira aləminin Noqa [klipası] təmizlənir. Ruax ruhunun libasları. Praktik ehkamlar sayəsində isə Asiya aləminin Noqa [klipası] təmizlənir və nefeş ruhunun libası yaranır”.

Buna görə də əsas olan əməldir, əmələ isə biz niyyəti də əlavə etməliyik. Və biz inanmalıyıq ki, budaqlar və köklər baxımından bizdə baş verən bütün maddi şeylər ali köklərdən gəlir. Yəni necə ki, maddi əməllər bədəni islah edir və onlarsız bədən mövcud ola bilməz, eləcə də ruh məsələlərində: Tövrat və ehkamların yerinə yetirilməsi əməlləri olmadan ruh üçün qida yoxdur ki, o mövcud ola bilsin.

Və bu, “Beyt Şaar ha-Kavanot” kitabında deyildiyi kimidir (bənd 83): “Və bil ki, Adam Rişonda bütün aləmlərin və bütün ruhların bütün aydınlaşdırmaları edilmişdi və bütün heyvanlar aydınlaşdırılmışdı. Cansız və bitki aydınlaşdırması isə tamamlanmamışdı. Buna görə də onları aydınlaşdırmaq üçün yeyirdilər. Günah etdikdə isə ruhlar və heyvanlar klipotun dərinliklərinə qayıtdılar. Və yalnız təmiz heyvanlar bizim yeməyimiz vasitəsilə aydınlaşdırılır. Həmçinin cansız və bitki də”.

Deyilənlərdən belə çıxır ki, məhz bizim yeməyimiz vasitəsilə cansız, bitki və heyvanla bağlı aydınlaşdırma edilir. Buna yalnız niyyəti əlavə etmək lazımdır. Əməl olmadan isə niyyət fayda gətirmir. Buna görə demək olmaz: “Niyə tfillin taxmaq lazımdır, əgər əsas olan niyyətdirsə? Əgər belədirsə, o tfillin niyyətini yarada bilər və bunu əməldə yerinə yetirməsinə ehtiyac yoxdur”. Lakin əməl əsasdır, niyyət isə əlavədir.

Buna görə də maddiyyatda olduğu kimi, əgər insan yemək və ya içmək üçün niyyət yaratsa, lakin yeməyib-içməsə, öləcək. Eynilə, əgər insan Tövrat və ehkamları əməldə yerinə yetirməsə, onun ruhunun da, Tövrat və ehkamlar işindən qidalanan ruhunun da yaşamaq üçün heç nəyi olmayacaq.

Və “Əsas olan təlim deyil, əməldir”11 ifadəsinin mənası budur, yəni həqiqi praktik əməl. Sonra isə əlavə olaraq insanın etdiyi əməllərə niyyət əlavə etmək lazımdır. Və bu, müqəddəsliyin ruhani cansız səviyyəsidir. Ruhani cansız səviyyədən isə biz bitki, heyvan və danışan səviyyələrinə çıxa bilərik.

Deyilənlərdən yuxarıda gətiriləni başa düşəcəyik: Yaradan Öz qırılmış kelimlərini yoxlamağa gəlir, onlar axırda “lişma”ya gəlməlidirlər və onda Həqiqət yerdən qalxacaq. Və orada deyir: “Və bu da dünyanın yaradılmasından əvvəl baş vermiş kelimlərin qırılmasının mənasıdır. Çünki müqəddəsliyin kelimlərinin qırılması və onların ayrılıq BYA aləmlərinə düşməsi nəticəsində, onlarla birlikdə müqəddəslik qığılcımları da klipota düşdü. Və bu kelimlər səbəbindən müxtəlif növ həzz və məhəbbət klipotun hakimiyyəti altına düşür, çünki onlar bu qığılcımları insana almaq və həzz üçün ötürürlər. Və bununla hər cür günahlara gətirirlər… Lakin bununla birlikdə, O bizə Tövrat və ehkamları əta etdi. Və hətta insan onlarla hələ “lo lişma”da, yəni özündən həzz almaq naminə, öz alçaq arzularını doldurmaq üçün məşğul olmağa başlasa belə, … sonda o, onların sayəsində yenə də “lişma”ya gələcək və yaradılışın məqsədinə layiq olacaq – yəni Yaradana həzz vermək üçün” yaradılışın niyyətində hazırlanmış bütün həzz və xeyri almağa.

İşlə bağlı qaydaları yadda saxlamaq lazımdır: insan özünə baxmamalı və özünü yoxlamamalıdır ki, qaydasındadır, ya yox. Yəni əgər insan görürsə ki, o qaydasında deyil, bu, insanın Yaradana dua etməli olduğu vaxtdır ki, O ona kömək etsin, o qaydasında olsun. Və bu, məhz insan özü Yaradanla müəyyən yaxınlaşmasının olduğunu hiss etdiyi zamandır, onda o öz vəziyyətinə tənqidi baxa bilər. Lakin insan ruhani işdən uzaqlaşma olduğunu hiss etdiyi zaman, yəni onda işə xüsusi arzu olmadığı zaman, onda ona özünə baxmaq və dua etmək qadağandır. Onda o diqqətini buna yönəltməli və deməlidir: “Məndə işlə heç olmasa hansısa bir əlaqə nə qədər varsa, buna sevinirəm və buna görə Yaradana təşəkkür edirəm”. Lakin onda Yaradana dua etmək lazım deyil ki, O onu yaxınlaşdırsın. Onun dua etməsi, Yaradanın onu yaxınlaşdırması üçün dua etməsi məsələsinə gəlincə, bu məhz işdə hansısa yüksəlişi olduğu zaman olmalıdır.

Və bu, Zoar kitabında deyildiyi kimidir: “Gəl və gör: o gündüz vaxtı mühakimələri tamamlamaq üçün Tövratla məşğul olurdu. Gecə isə gün doğana qədər nəğmə və təriflə məşğul olurdu. … Bütün gün o, sol xətt xüsusiyyəti olan mühakimələri tamamlamaq və aydınlaşdırmaqla məşğul olurdu … Gecə isə təriflərlə, yəni xasadimlə məşğul olurdu”.

Buna görə də izah, yuxarıda deyildiyi kimi, bundan ibarətdir ki, məhz “gündüz” vaxtı, yəni yüksəliş zamanı, o sol xəttdə işləyirdi ki, mühakimələri aydınlaşdırsın. Halbuki “gecə”, nur işıq saçmadığı zaman, o təriflərlə məşğul olurdu.