<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Məqalələr / Ruhani işdə «həqiqi mərhəmət» nə deməkdir

Ruhani işdə «həqiqi mərhəmət» nə deməkdir

 

1990-cı il, 14-cü məqalə

 

Yaqubun Yusifə: «Və mənə həqiqi mərhəmət göstərdi» dediyi ayəni Raşi belə izah edir ki, «ölülərə göstərilən mərhəmət – həqiqi mərhəmətdir, çünki [bu halda] o, mükafat gözləmir». Bu o deməkdir ki, o ondan bir yaxşılıq xahiş edirdi: «məni Misirdə basdırma», və xahiş edirdi ki, o bu həqiqi mərhəməti təmənnasız göstərsin. Və bunu anlamaq lazımdır, axı zəka buyurur ki, əgər o, çəkdiyi zəhmətə görə ona pul ödəmiş olsaydı, o zaman şübhəsiz ki, onun bunu onun üçün edəcəyinə daha çox əmin olardı, axı bu dünyada belə qəbul edilib, – nəyinsə tam şəkildə gerçəkləşməsini istədikdə, daha çox ödəyirlər. Belə olan halda, nə üçün o özü üçün ikinci yolu seçdi ki, o, işi ödənişsiz yerinə yetirsin?

Ayə haqqında Raşinin bu sözlərini anlamaq isə daha da çətindir: «Mən isə sənə qardaşlarından [əlavə] bir pay artıq verdim». Və Raşi "mən sənə verdim" ifadəsini sən mənim dəfnim üçün zəhmət çəkdiyinə görə «qardaşlarından [əlavə] bir 'şexem' pay» olaraq izah edir, məhz Şxem səndə olacaq – qardaşlarında olandan bir pay çox. Belə olan halda, bu, heç bir ödənişsiz olan həqiqi mərhəmətlə ziddiyyət təşkil edir. Burada isə o ona ödəniş verir, yəni "bir pay", yəni qardaşlarından bir hissə çox.

Və bütün bunları ruhani iş baxımından belə izah etmək lazımdır ki, bununla Yaqub Yusifə işin nizamını göstərirdi. Və biz görürük ki, Tövrat və ehkamlarda bizə verilən işin nizamı ilk baxışdan həmçinin ziddiyyətli görünür. Çünki bir tərəfdən biz görürük ki, bizim müdriklərimiz dünyanın yaradılmasının səbəbinin Yaradanın Öz varlıqlarını həzzləndirmək istəyi olduğunu dedilər. Yəni, varlıqlar Ondan xeyir və həzz alsınlar, çünki Yaradan – O, mütləq kamillikdir, yaradılışda yaratdığı hər şey – varlıqlara bütün xeyirləri vermək üçündür, necə ki deyilmişdir, Yaradan insanı yaratmaq istədiyi həmin saatda mələklərə cavab verərək demişdi ki, bu, «hər cür xeyirlə dolu bir sarayı olan, lakin qonaqları olmayan bir padşaha bənzəyir, [bəs belə olduqda] bunu edənin həzzi nədədir?». Belə çıxır ki, yaratdığı hər şey, hər şey varlıqların xeyir və həzz almaları və Yaradanın xeyirxah və həzz gətirən İdarəetməsini hiss etmələri üçün idi.

Digər tərəfdən isə, biz görürük ki, bu, yaradılışın məqsədinə tamamilə ziddir, yəni, ixtisar və gizlənmə baş verib, və öz şəxsi mənfəəti üçün qəbul etmək olmaz, qəbul etdiyimiz hər şey Yaradan naminə olmalıdır. Buradan belə çıxır ki, bizim işimizdə əsas məsələ, Onun naminə işləməyimizdir. Və bu, deyilən kimidir: «Bizim Qüdrətlimiz mübarəkdir, hansı ki bizi Öz şərəfi üçün yaradıb». Yəni bütün yaradılış – varlıqlar üçün deyil, yalnız Yaradanın şərəfi üçündür. Və buna görə də o bizə riayət etməli olduğumuz 613 ehkam verdi.

Və bu, bizim müdriklərimizin dediyi kimidir: «Mən şər başlanğıcı yaratdım və Tövratı ona qarşı ədviyyat (şəfa) kimi yaratdım», – Yaradan belə dedi. Yəni, insan ona mane olan şər başlanğıc ucbatından Yaradan naminə işləyə bilmir. Buna görə də Yaradan bizə Zoar kitabının dilində «eytin» 'məsləhətlər' adlanan 613 ehkam verdi ki, onların köməyi ilə Yaradan naminə işləyə bilək. Belə çıxır ki, yuxarıda deyildiyi kimi, bu, əslində yaradılışın məqsədinə – Onun varlıqlarını həzzləndirməyə tamamilə əksdir.

Məsələ burasındadır ki, biz böyük Arinin dediyi bu sözlərə inanmalıyıq: «Onun sadə istəyində dünyaları xəlq etmək və varlıqlar yaratmaq [ehtiyacı] oyandıqda, Öz əməllərinin kamilliyini nura çıxartmaq üçün». Və On sfirot-un Tədrisində daxili nurda o, əvvəlcə Onun əməllərinin kamilliyinin nə olduğunu aydınlaşdırır. İzahı budur: Yaradanın yaradılmışlara verməyi düşündüyü xeyir və həzz, onların kamil olmaları, yəni xeyir və həzzi qəbul edərkən utanc hiss etməmələri üçün nəzərdə tutulmuşdur. Bu isə Onun əməllərinin kamilliyi adlanır.

Belə çıxır ki, ixtisar nurun yalnız varlıqların hər şeyi göylər naminə, yəni Yaradan naminə etdikləri zaman parıldaması üçün idi. O zaman xeyir və həzzin qəbulu mümkündür və utanc hissi olmayacaq. Və bu, hər zaman öz şəxsi mənfəəti üçün deyil, göylər naminə işləməli olduqları zaman tətbiq edilən ixtisar islahıdır. Belə çıxır ki, buna əsasən, işdə Yaradan naminə etməli olduğumuz hər bir şey – yalnız bizim öz xeyrimiz üçündür. Yəni, bunun sayəsində biz utanc çörəyinə görə heç bir narahatlıq keçirmədən xeyir və həzzi kamil şəkildə ala biləcəyik. Və bu, «Öz əməllərinin kamilliyini nura çıxarmaq» mənası verir, yəni Onun Öz varlıqlarını həzzləndirmək istədiyi əməl, varlıqlar xeyir və həzz alan zaman kamil olsun.

Buna əsasən belə çıxır ki, yaradılışın məqsədi – hansı ki Öz varlıqlarını həzzləndirməkdən ibarətdir, yəni məqsəd varlıqlara yaxşı olmasından ibarətdir – ilə, – ağla gətirmək belə qorxuludur ki, – Yaradanın Onun üçün işləmələrini istəməsi arasında heç bir ziddiyyət yoxdur. Bütün bunlar yalnız varlıqlar üçündür, və Yaradanın mənfəəti üçün heç nə yoxdur, çünki Onun heç bir çatışmazlığı yoxdur. Və bundan da əlavə, O istəyirdi ki, varlıqlara o dərəcədə yaxşı olsun ki, onlar xeyir və həzzi qəbul edən zaman narahatlıq hissi keçirmədən özlərini xeyir daxilində hiss etsinlər.

Beləliklə, “mərhəmət çörəyini yeyən hər kəs utanc hiss edir” qaydasına əsasən, Yaradan onları bu utancdan xilas etmək istədiyi üçün “ixtisar (tsimtsum) və gizlənmə” adlanan islahı etdi. Yəni onlar hər şeyi Göylər naminə edəcək islaha çatmayana qədər xeyir və həzzi ala bilməyəcəklər. Çünki sonradan hər şeyi Yaradan naminə etdikdə, almaq istədikləri xeyir və həzz yalnız Yaradan naminə olacaq. Beləliklə, onlar başqasından hədiyyə şəklində ruzi alanın hiss etdiyi utanc xüsusiyyətindən təbii olaraq xilas olacaqlar.

Yuxarıda deyilənlərdən belə çıxır ki, yaradılışın məqsədi – yaradılmışlara həzz vermək, yəni yaradılmışların xeyri üçün olmaq ilə yaradılışın islahı arasında heç bir ziddiyyət yoxdur. Yaradılışın islahı isə ondan ibarətdir ki, insan həmişə yalnız Yaradan naminə işləməlidir, özü üçün deyil. Bu da yaradılmışların xeyri üçündür, yoxsa, Allah eləməsin, Yaradana Onun üçün işləməyimiz və Ona nəsə verməyimiz lazım deyil. Bütün bunlar yalnız yaradılmışların xeyri üçündür.

Və deyilənlərə əsasən, Yaqubun Yusifə nə üçün ona «həqiqi mərhəmət» göstərməsini söylədiyini də izah etmək olar. Burada nəzərdə tutulur ki, Yaqub bizim burada yerinə yetirməli olduğumuz işin qaydasını müəyyən etmişdir. O, ona yaradılışın islahının qaydasını və yaradılışın məqsədini göstərdi və onların hər ikisinin bir niyyəti var — varlıqların xeyri.

Buna görə də əvvəlcə ona dedi ki, işə «həqiqi mərhəmət» yolu ilə başlamaq lazımdır, yəni heç bir qarşılıq gözləmədən. Və hər şey öz mənfəəti üçün deyil, Yaradanın xeyri üçün olmalıdır. Necə ki, «Tövratın verilməsi» kitabında (əvvəlində) deyilir: insan yaxınının xeyri üçün işlədikdə belə, bu da Yaradanın əmri naminə olmalıdır. Yəni insanın etdiyi hər bir şey Yaradan naminə olmalıdır. Onda insan yerinə yetirdiyi bütün əməlləri ilə avtomatik olaraq Yaradanla birləşir.

Daha sonra o göstərir ki, Yaradan naminə işləmək insanın özü üçün fayda əldə etməsi üçündür. Yəni əgər insan həqiqətən Yaradan naminə işləyirsə və özü üçün heç nə istəmirsə, o, Yaradana Ona zövq vermək üçün nəsə vermək istədiyi bir səviyyəyə yüksəlir. Onda görür ki, Yaradana yalnız bir şeylə zövq verə bilər — Ondan xeyir və həzzi qəbul etməklə. Çünki yaradılış yalnız bunun üçün yaradılmışdır. Buna görə də o, Yaradana zövq vermək istəyir. Şübhəsiz ki, insan Padşahın hədiyyəsindən həzz aldıqda, Padşah daha böyük həzz alır.

Məsələn, bu dünyada kimsə yoldaşına hədiyyə verir. Və əgər hədiyyəni alan yoldaşından aldığı hədiyyəyə sevinirsə, yoldaşı daha çox həzz alır. Əgər hədiyyəni alan ona, onun ona verdiyi hədiyyəyə çox da ehtiyacı olmadığını deyirsə, o zaman yoldaşı bundan çox da razı qalmır, və əksinə, alan hədiyyəyə qarşı nə qədər çox ehtiyac hiss edirsə, verən də bir o qədər çox həzz alır. Və bu, hədiyyəni alanın onu verənə ifadə etdiyi minnətdarlığın ölçüsündə ifadə olunur. Buna görə də, insan Yaradanın ona verdiyi xeyir və həzzdən nə dərəcədə çox həzz almağa çalışırsa, şübhəsiz ki, aşağıda olanın daha çox həzz almasından yuxarıda daha çox həzz yaranır.

Buna görə də, Yusif hər hansı bir ödəniş olmadan əta naminə olan işi öz üzərinə götürdükdən sonra, artıq əta naminə işlədiyinə görə xeyir və həzz almalıdır. Buna görə də yazılmışdır ki, Yaqub ona dedi: «Mən isə sənə qardaşlarından [əlavə] bir pay artıq verdim». Və Raşi "mən sənə verdim" ifadəsini sən mənim dəfnim üçün zəhmət çəkdiyinə görə» olaraq izah edir. Yəni sən heç bir mükafat olmadan işi öz üzərinə götürdüyünə görə, indi ödəniş almağının, yəni əta naminə işləmək üçün açılması zəruri olan nur və bol bərəkət payını almağının vaxtı gəldi. Çünki əta naminə işdə əsas məsələ yalnız təmənnasız hədiyyələr alanlarda mövcud olan utanc olmadan xeyir və həzzi qəbul edə bilmələri üçün idi.

«Bir pay – Şexem» haqqında deyilənlərə gəlincə, bunu atam və müəllimimin Şaul padşah haqqında yazılanları izah etdiyi kimi açıqlamaq lazımdır. Orada deyilir ki, o, «çiynindən (şexem) yuxarı bütün xalqdan hündür idi» [yəni başı ilə hamısından uca idi]. Maddi mənada bu o deməkdir ki, o, bütün xalqdan bir baş hündür idi, yəni onun başı bütün xalqın başından yuxarı idi. O (Baal Sulam) dedi ki, ruhaniyyətdə dərəcələr roş və qufa bölünür. «Quf» hələ kamilliyin olmadığı hal adlanır, «roş» isə kamilliyin olduğu hal adlanır.

Kamillik isə o deməkdir ki, insan artıq yaradılışın islahı adlanan əta edən kelim xüsusiyyətinə layiq olmuşdur. Bu o deməkdir ki, o artıq əta edən kelimdəki əməlləri əta etmək niyyəti ilə yerinə yetirə bilir və buna əta edən kelimə bürünmiş xasadim nuruna layiq olmaq deyilir. Həmçinin o artıq yaradılışın məqsədinə də layiq olmuşdur, yəni artıq alan kelimdən əta etmək naminə istifadə edə bilir və buna artıq xoxma nuruna layiq olmaq deyilir.

Beləliklə, «çiynindən yuxarı» ifadəsi artıq «roş» xüsusiyyəti adlanan kamillik xüsusiyyətinə layiq olmaq deməkdir. Buna görə də Yaqubun Yusifə dediyi sözləri belə izah etmək lazımdır: «Mən isə qardaşlarından əlavə sənə bir pay verdim»³. Yəni, yuxarıda deyildiyi kimi, o öz işini həqiqi mərhəmətlə, yəni heç bir qarşılıq gözləmədən qəbul etdiyi üçün, sonradan alan kelimdən əta etmək naminə istifadə etmək kamilliyinə layiq oldu. Başqa sözlə, eyni zamanda iki şeyə layiq oldu:

  1. yaradılışın islahına,
  2. yaradılışın məqsədinə.

Bununla həm də Şənbə ərəfəsində oxunan mahnıda yazılanları izah etmək olar: «Yeddinci günü müqəddəsləşdirən hər kəsin... mükafatı əməyinə görə çox böyükdür». Burada «mükafatı əməyinə görə çox böyükdür» deyilməsində nə yenilik olduğunu anlamaq lazımdır. Axı maddi dünyada da qəbul olunmuş qayda budur ki, hər bir işçi nə qədər işləyibsə, o qədər də əmək haqqı alır. Əgər belədirsə, onda bizə onun əməyinə görə mükafat aldığını bildirməyin nə yeniliyi var? Bundan başqa, bu da aydın deyil: axı insan mükafat almaq üçün deyil, Göylər naminə, yəni Yaradan naminə işləməlidir, öz şəxsi mənfəəti naminə yox. Əgər belədirsə, onda «onun mükafatı çox böyükdür»¹⁰ ifadəsi nə deməkdir?

 

Lakin, yuxarıda deyildiyi kimi, insan yaradılışın altı günü ərzində yaradılışın islahı üzərində, yəni əta etmək naminə, öz şəxsi mənfəəti üçün deyil, işlədikdən sonra, məlum olur ki, o, heç bir mükafat almaq üçün deyil, yalnız Göylər naminə çalışmışdır. Belə olduqda, Şənbə gəldikdə, hansı ki, «gələcək dünyanın bənzəri»dir, yəni göylə yerin məqsədidir, insan mükafat alır, yəni alan kelimdən istifadə edir və yaradılışın məqsədi olan xeyir və həzzdən zövq alır. Buna görə də artıq indi o, hər şeyi əta etmək naminə qəbul edə bilir.

Beləliklə, yuxarıda deyildiyi kimi, əgər o həzz almırsa, bu, ev sahibinin qonağına yemək verməsinə və onun üçün hər cür nemətlə dolu bir saray hazırlamasına bənzəyir. Əgər qonaq ev sahibinə desə: «Mən sənin süfrəndən heç bir həzz almadım», onda ev sahibinin bundan nə zövqü olar? Lakin qonaq süfrədən nə qədər çox həzz alarsa, ev sahibinin də bir o qədər çox zövqü olar.

Bu, müdriklərimizin dediyi kimidir: «Yaxşı qonaq nə deyir? “Ev sahibi mənim üçün nə qədər zəhmət çəkib... və onun bütün zəhməti yalnız mənim üçün idi.” Bəs pis qonaq nə deyir? “Ev sahibinin bütün zəhməti yalnız arvadı və övladları üçün idi.”»

İş baxımından «yaxşı qonaq» və «pis qonaq» anlayışlarını izah etmək lazımdır. İnsan hələ öz şərini, yəni özü üçün alma arzusunu islah etmədiyi müddətdə, şərin hakimiyyəti altındadır. Buna görə də o deyir ki, Yaradan ona Tövrat və ehkamları yerinə yetirmək imkanı verir, çünki Ona bizim işimiz lazımdır və buna görə də bizə Tövratı və ehkamları yerinə yetirməyi əmr etmişdir. Bunun müqabilində O bizə mükafat verəcək. Yəni, onların dediyi kimi, O dünyanı Öz məxluqlarına həzz vermək üçün deyil, Öz xeyri üçün yaratmışdır – belə deməkdən Allah qorusun.

O istəyir ki, biz Onun üçün işləyək və bunun müqabilində bizə mükafat versin. Belə olduqda, bəzən pis qonaq deyir: «Mən Onun üçün işləmək istəmirəm, yəni Onun Tövratını və əmrlərini yerinə yetirmək istəmirəm. Mən Onun mükafatından da imtina edirəm və deyirəm ki, mənə nə Tövrat və ehkamlardakı iş, nə də buna görə verilən mükafat lazımdır». Yəni Yaradanın bizə əmr etdiyi bu iş üçün verilən mükafat ona kifayət etmir.

İşdə yaxşı qonaq isə artıq öz şərini islah etmiş insandır. Onda artıq əta edən kelim vardır və bundan sonra yaradılışın məqsədinə layiq olur, yəni artıq şərini islah etdiyi üçün xeyir və həzzi qəbul edir. O zaman deyir ki, Ev Sahibinin bütün zəhməti mənim xeyrim üçün idi, yoxsa Yaradanın bizim Onun üçün işləməyimizə ehtiyacı olduğu üçün deyil.

Bizim Onun üçün işləməyimiz isə yalnız bizim xeyrimiz üçündür ki, biz xeyir və həzzi qəbul edə bilək və onu qəbul edərkən utanc hiss etməyək. «Pis qonaq», yəni hələ də öz şərinin, yəni almaq naminə alan arzunun hakimiyyəti altında olan insan isə tam əksini deyir: guya Yaradan hər şeyi Özü üçün edib, məxluqlar naminə yox.

Yuxarıda deyilənlərdən «həqiqi mərhəmət» (hərfən: «mərhəmət və həqiqət») anlayışını belə izah etmək olar. Bu, iki şeydən ibarətdir:

  1. «Mərhəmət» – hər şeyi öz şəxsi mənfəəti üçün deyil, yalnız Göylər naminə etmək deməkdir.
  2. «Həqiqət» – bundan sonra insan həqiqəti görməyə layiq olur ki, bütün aləmlərin islahlarla birlikdə yaradılmasının səbəbi yalnız məxluqlar üçündür ki, onlar xeyir və həzz alsınlar. Halbuki insan mərhəmət xüsusiyyətinə layiq olmamışdan əvvəl, dünyanın yaradılmasının məqsədinin Öz məxluqlarına həzz vermək olduğu həqiqəti ona hələ açıqlanmır.