<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 241. “ Onu yaxın olanda çağırın”

Yehuda Leyb Alevi Aşlaq (Ba’al Sulam)

241. “ Onu yaxın olanda çağırın”

 

“Onu yaxın olanda çağırın”¹. “Yaxın olanda” nə deməkdir – axı “bütün yer Onun şöhrəti ilə doludur”², elə isə O həmişə yaxındır.Belə çıxır ki, elə bir vaxt da var ki, O yaxın deyil.

Məsələ ondadır ki, hallar həmişə dərk edənin və hiss edənin nöqteyi-nəzərindən sayılır. İnsan əgər Yaradanın ona yaxınlığını hiss etmirsə, bundan heç nə hasil olmaz – çünki hər şey insanın hissinə görə ölçülür. Belə də ola bilər ki, bir insan dünyanı hər cür nemətlə dolu hiss edir, başqa biri isə dünyanın nemətini hiss etmədiyi üçün “dünya yaxşıdır” deyə bilmir, öz hissinə uyğun olaraq bu, əzablarla dolu bir dünyadır deyir.

Peyğəmbər buna görə xəbərdar edir: “Onu yaxın olanda çağırın”¹. Yəni deyir: “Bilin ki, sizin Yaradanı çağırmağınız Onun yaxın olmasından qaynaqlanır , deməli indi sizdə imkan var: əgər diqqət yetirsəniz, Yaradanın sizə yaxın olduğunu hiss edəcəksiniz. Bu, Yaradanın yaxınlığının əlamətidir”. Bunun sübutu kimi bilmək lazımdır ki, insan təbiəti etibarilə Yaradanla birləşməyə qadir deyil, çünki bu, onun təbiətinə ziddir: insana yaradılışdan yalnız almaq istəyi verilib, halbuki birləşmə yalnız verməkdir. Lakin Yaradan insanı çağırdığı üçün, onun içində ikinci bir təbiət formalaşır – yəni o, öz təbiətini ləğv edib Yaradana tutunmaq istəyir.

Buna görə də insan bilməlidir ki, onun Tövrat və dua sözlərini dilinə gətirməsi yalnız Yaradan sayəsindədir; qoy heç düşünməsin ki, bu, “onun gücü və əlinin qüdrətidir”, çünki bu, onun qüvvəsinə tam ziddir. Bu, sıx meşədə yolunu itirmiş və ordan çıxıb insan məskəni olan yerə necə gələcəyini bilməyən adama bənzəyir. Ümidsizliyə düşür və evə qayıtmaq fikri heç ağlına gəlmir. Amma uzaqdan bir adam görən kimi, yaxud bir səs eşidən kimi, dərhal yurduna qayıtmaq istəyi və həsrəti oyanır. Və qışqırıb xahiş etməyə başlayır ki, kimsə gəlib onu xilas etsin. Eləcə də, yaxşı yoldan azıb pis məkana düşən və yırtıcı heyvanlar arasında yaşamağa adət etmiş adamda  almaq istəyinə görə heç vaxt müqəddəslik biliyinin³ məskəni olan yerə qayıtmaq fikri yaranmaz. Lakin onu Yaradana qayıdışa çağıran səsi eşidəndə oyanır. Bu, Yaradanın səsidir, onun öz səsi deyil. Amma əgər hələ islah yolundakı işlərini tamamlamayıbsa, bunun Yaradanın səsi olduğunu hiss edə və inana bilmir, düşünür ki, bu, “öz gücü və əlinin qüdrətidir”. Peyğəmbər buna görə xəbərdar edir ki, insan öz rəyini və düşüncəsini dəf etməli, bunun Yaradanın səsi olduğuna tam inanmalıdır.

Odur ki, Yaradan onu meşənin qatılığından çıxarmaq istəyəndə, ona uzaqdan bir nur göstərir; insan da qalan gücünü toplayıb, ona görünən nur istiqamətində gedir ki, ona çatsın. Əgər o, bu nuru Yaradanla bağlamır və demirsə ki, onu Yaradan çağırır, nur onu tərk edir və o yenə meşədə qalır. Beləliklə, o, bütün qəlbini Yaradanın qarşısında açıb, Onun gəlib onu pis yerdən, yəni almaq istəyindən çıxarmasını və “biliyin məskunlaşdığı” (sözün əsl mənasında “Adəm oğullarının”yerinə) ,yəni“Mən Özümü Uca Olanla bənzərləşdirəcəyəm”⁴ deyildiyi kimi, vermək istəyinə, birləşmə adlanan xüsusiyyətə  gətirməsini  xahiş edə bilərdi.Lakin o, bu imkandan istifadə etmədi və yenə əvvəlki kimi qaldı.