196.Kənar olanın yapışması
1938-ci ildə eşidilmişdir
Bilmək lazımdır ki, klipotlar yalnız çatışmazlıq olan yerdə yapışa bilirlər. Kamillik olan yerdə isə onlar qaçırlar və toxuna bilmirlər. Buradan başa düşəcəyik ki, parçalanma nədir. Bir neçə yerdə deyildiyi kimi, bu xoxma nurunun xasadim nurundan ayrılması deməkdir. Yəni Atsilut ilə BYA aləmləri arasında parsa yarandığı üçün xoxma nuru təbii olaraq aşağı enə bilmir. Yalnız xasadim nuru enir, hansı ki əvvəl xoxma nurunu da özündə ehtiva edirdi. İndi isə o xoxma nurundan ayrılaraq aşağı enir. Belə çıxır ki, onlarda əvvəllər malik olduqları şeydən əlavə güc yaranır. Və bu belə adlanır: “müqəddəsliyi klipotlara endirir”.