174.Gizlilik haqqında
Mən eşitdim
İslah hesab olunan gizlilik barədə deyilir ki,əgər o olmasaydı, insan heç bir kamilliyə çata bilməzdi, çünki onun əhəmiyyətini dərk etməyə layiq deyil. Eynilə gizlilik olanda, o, insan üçün əhəmiyyətli olur. Baxmayaraq ki, insan özü-özlüyündə bu əhəmiyyəti onun həqiqi şəklində qiymətləndirməyə qadir deyil. Lakin gizlilik buna əhəmiyyət verir. Axı o, gizliliyi nə qədər hiss edirsə, bir o qədər də onda əhəmiyyətin əsası yaranır.
Bu, pillələr kimidir, və o, hər dəfə, pillə-pillə qalxır, təyin olunmuş yerinə gələnə qədər. Yəni o, bu vəziyyətdə qala bilsin deyə müəyyən bir əhəmiyyət ölçüsünə çatır. Baxmayaraq ki, həqiqi əhəmiyyətin və Yaradanın ucalığının nə ölçüsü, nə dərəcəsi var, lakin yenə də varlığını davam etdirməsi üçün ona kifayət edəcək bir ölçüyə çatır.
Anjaq gizlilik özü-özlüyündə gizlilik adlanmır, çünki gizlilik ehtiyac ilə ölçülür. Belə ki, müəyyən bir şeyə ehtiyac nə qədər böyükdürsə, gizlilik də bir o qədər çox görünür. Və buradan «Bütün yer Onun şöhrəti ilə doludur»-nə deməkdir aydın olur. Baxmayaraq ki, biz buna inanırıq, necə olsa da, bütün yer gizlilik ilə də doludur.
Gələcək barəsində isə yazılmışdır: «Və Mən ona ətrafda od divarı olacağam, şöhrət isə – onun ortasında»2. Və «od» gizlilik xüsusiyyətini bildirir. Lakin necə olsa da, «şöhrət – onun ortasında», yəni o zaman şöhrət aşkar olacaq. Və bu ona görədir ki, o zaman da gizlilik xüsusiyyəti olmasına baxmayaraq , ehtiyacı böyük olacaq. Lakin bizim vaxtımıza nisbətdə fərq ondadır ki, gizlilik var, lakin ehtiyac yoxdur. Belə olan halda, bu, sürgün xüsusiyyəti sayılır. Halbuki o zaman gizlilik olmasına baxmayaraq, həm də ehtiyac olacaq. Və əsas olan budur – yalnız ehtiyac.