93.Üzgəclər və pulcuqlar haqqında
Eşidilmişdir, 1945-ci il
Müdriklərimizin dediklərini anlamaq lazımdır: “Hər bir pulcuqları olan balığın, məlumdur ki, üzgəcləri də var. Lakin hər bir üzgəcləri olan balığın , pulcuqlarının olması məlum deyil.”
İşə münasibətdə izah etmək lazımdır ki, pulcuq ‘kaskeset’ nədir – yəni onun Yaradanın xidmətində malik olduğu suallar ‘kuşiyot’dur. Çünki suallar izahları qəbul etmək üçün kelimdir. Axı izahlar zahiri ağılda deyil, məhz daxili ağılda dolur və buna insanın daxilinə bürünən ali nur deyilir. Və o zaman onun bütün sualları həll olunur.
Buna görə də sualların miqdarı nə qədərdirsə – ali nur da insana o qədər ölçüdə bürünür. Buna görə də pulcuq ‘kaskeset’ təmizlik əlamətlərinə aiddir, çünki bunun sayəsində o, özünü təmizləyə bilər, bununla ki, onda sualların olmamasını istəyir. Buna görə də imkanında olan hər şeyi edir ki, özünü təmizləsin və ali nura layiq ola bilsin.
“Üzgəc” də təmizlik əlamətlərinə aiddir, çünki “üzgəc” ‘snapir’ “ali nura nifrət edir” ‘sone-pe-or elyon’a işarə edir. Və onda suallar varsa, bu, şübhəsiz ki, ali nura nifrətdən irəli gəlir. Lakin “üzgəci” ‘snapir’i olanın mütləq sualları ‘kuşiyot’u olmaya da bilər. Çünki ola bilər ki, o, ali nura sualları olduğu üçün deyil, sadəcə xəsis olduğu üçün nifrət edir. Və deyir: “Onsuz da, belə də, elə də, mən yenə də keçməyəcəyəm.”
Və bunlar təmizlik əlamətləridir. Yəni onda balıq olduqda. Balıq isə üzgəclərə və pulcuqlara bürünmüş ət deməkdir. Başqa sözlə, ali nur bu iki əlamətdə nur saçır. Halbuki işləyən və işində heç bir sualı olmayan kəs – bu, onun təmizlik əlaməti deyil, yəni işində suallarının olmaması. Bu ona görədir ki, onda ali nurun məskunlaşa biləcəyi yer yoxdur. Çünki ali nuru cəlb etməyə onu sövq edən səbəb yoxdur, axı ali nur olmadan da, onun fikrincə, hər şey tam qaydasındadır.
Buna görə də, İsrail xalqının onun hakimiyyəti altında qalmasını istəyən Misir padşahı Firon,onlara saman- ‘kaş’ verməməyi əmr etdi, deyildiyi kimi: “Və xalq saman toplamaq üçün dağıldı….” Və onda, əlbəttə ki, onların heç vaxt Yaradanın onları natəmizlik hakimiyyətindən müqəddəsliyə çıxarmasına ehtiyacı olmayacaq.