82.Həmişə edilməli olan dua haqqında
1952-ci ilin noyabrında təkbətək eşidilmişdir
İnam Malxut xüsusiyyəti adlanır və o, ağıl “moxa” və ürək “liba” xüsusiyyətlərinə bölünür, yəni vermə və inam xüsusiyyəti. İnama qarşı isə “orla” – “sünnət dərisi” xüsusiyyəti dayanır və bu, bilik xüsusiyyətidir. Və [dünyada] qəbul olunmuşdur ki, “sünnət dərisi” xüsusiyyəti qiymətləndirilir, halbuki inam xüsusiyyəti, müqəddəs Şxina adlanan, tozdadır, yəni bu xüsusiyyətdə iş rüsvay hesab olunur və hamı bu yolla hərəkətdən qaçır. Lakin yalnız bu yol salehlərin yolu və müqəddəslik adlanır.
Və Yaradan istəyir ki, Onun adları yalnız bu şəkildə aşkar olsun, çünki bu halda ali nurlar qətiyyən zədələnməzlər, axı bütün əsas vermə (əta etmə) və tutunma xüsusiyyətidir və bu xüsusiyyətdən klipot qidalana bilməz, çünki onların bütün qidası alma və bilik xüsusiyyətindəndir.
Və “sünnət dərisi”in hakimiyyəti olan yerdə müqəddəs Şxina öz daxilinə ali nurları ala bilmir ki, bu nurlar klipota düşməsin. Buna görə də Şxina iztirab çəkir, yəni biz ali nurları saxlayırıq, onların ona cəlb olunmasına imkan vermirik ki, o da onları ruhlara ötürə bilsin.
Və bu yalnız aşağıların əlindədir, çünki Ali yalnız ali nuru verə bilər, halbuki masaxın gücü – aşağı alan kelimə almaq istəməməsi üçün – aşağıların işindən asılıdır, çünki bu aydınlaşdırmanı məhz aşağılar etməlidirlər.