73.İxtisardan sonra
1943-cü ildə eşidilmişdir1
İxtisardan sonra ilk doqquz [sfirot] müqəddəslik məkanına çevrilir. Və ixtisarın həyata keçirildiyi Malxut aləmlər üçün məkana çevrilir. Və onda iki xüsusiyyəti fərqləndirmək lazımdır:
boş yer, yəni klipot üçün məkan, onların mahiyyəti isə ancaq özün üçün almaq arzularıdır;
azad yer, yəni seçdiyimizi — müqəddəslik və ya əksi — yerləşdirmək üçün azad bir yer yaranır.
Və əgər ixtisar olmasaydı, bütün reallıq sadə nur şəklində olardı. Və yalnız ixtisardan sonra şəri və ya xeyri seçmək imkanı üçün yer yarandı.
Və xeyiri seçmək sayəsində bu yerə Yaradanın neməti cəlb olunur. Və bu, Ari’nin əsərlərində gətirilən, Sonsuzluq nurunun aşağılar üçün parlamasının mənasıdır. Axı Sonsuzluq Öz məxluqlarını həzzləndirmək istəyi adlanır. Və baxmayaraq ki, biz çoxlu aləmləri və on sfirotu və digər adları ayırd edirik, lakin hər şey Yaradılış Məqsədi adlanan Sonsuzluqdan çıxır.
Və sfiranın və ya aləmin adı [belə] verilir ki, Sonsuzluqdan ötürülən ali nemət bu sfira və ya aləm vasitəsilə enir. Nəzərdə tutulur ki, aşağılar Yaradanın nemətini hazırlıq və islah olmadan qəbul edə bilmədikləri üçün — aşağı olanın almağa qadir olması üçün — buna görə də almağın mümkünlüyünü təmin edən və edilmiş olan o islahlar «sfirot» adı ilə adlandırılır.
Yəni hər bir sfiranın özünəməxsus bir islahı var. Və buna görə də yalnız alana nisbətdə mövcud olan çoxlu xüsusiyyətlər var. Axı aşağı olan Sonsuzluqdan ali neməti qəbul edəndə, o, bunu ali neməti qəbul etməyə uyğunlaşdıran xüsusi bir islah vasitəsilə qəbul edir. Və bunun mənası odur ki, o, xüsusi bir sfiranın köməyi ilə alır. Halbuki, nemətin özündə heç bir dəyişiklik yoxdur.
Və buradan anlayacaqsan ki, biz Yaradan — Sonsuzluq nurunu xüsusiyyəti olan, Yaradanın məxluqları ilə mövcud olan və «Öz məxluqlarını həzzləndirmək Onun istəyi» adlanan əlaqə — qarşısında etdiyimiz dua nədir. Və baxmayaraq ki, duanın niyyətlərində çoxlu adlar var, bunun mənası odur ki, nemət həmin adlarda olan islahlar vasitəsilə ötürüləcək, çünki məhz həmin adlarda olan islahlar sayəsində nemət alanların əlinə çatacaq.