<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 91.Dəyişdirilmiş uşaqlar haqqında

91.Dəyişdirilmiş uşaqlar haqqında

 

Eşidilmişdir, 18 aprel 1948-ci il

Zoar kitabında Reuven haqqında izah gətirilir ki, o, Leahdan doğulmuşdur, halbuki o [yəni Yaqub] əməl zamanı Raxel barədə düşünürdü. Qanun isə belədir ki, əgər o, başqası barədə düşünmüşdürsə, uşaq dəyişdirilmiş oğul adlanır. Və Zoar bunu belə izah edir: çünki o, Raxel barədə düşünürdü və həqiqətən bunun Raxel olduğunu düşünürdü. Dəyişdirilmiş uşaqlar isə o zaman adlanır ki, onun düşüncəsi Raxel barədə olsun, lakin gerçəklikdə onun Lea olduğunu bilsin. Burada isə belə deyil – onun düşüncəsi Raxel barədə idi və gerçəklikdə də bunun həqiqətən Raxel olduğunu düşünürdü.

Və [Baal Sulam] buna belə bir izah verdi. Çünki ruhani aləmdə məlumdur ki, bu, möhür və izi kimidir, yəni hər bir pillə daha yüksək pillədən iz götürür. Möhür və iz isə həmişə iki əkslikdir, çünki iz həmişə möhürün əksidir. Buna görə də belə çıxır ki, Briya aləmində klipa adlanan şey, Yetsira aləmində müqəddəslikdir. Və Yetsira aləmində klipa olan şey, Asiya aləmində müqəddəslikdir.

Buna görə də əgər saleh insan hansısa pillədə birləşmə edirsə, o, şübhəsiz ki, həmin pillədə olan müqəddəslik xüsusiyyəti ilə birləşir. Lakin əgər əməl anında o, başqa bir pillə barədə düşünürsə, və həmin pillədə müqəddəslik adlanan şey başqa pillədə klipa adlanırsa – buna görə buna “dəyişdirilmiş oğul” deyilir. Yəni bu birləşmədən doğulan şey dəyişdirilmiş oğuldur, çünki pillələr bir-birinə nisbətən əkslikdədir.

Lakin Yaqub haqqında da belə deyildi: onun düşüncəsi Raxel barədə idi, yəni Raxel xüsusiyyətində olan müqəddəslik barədə. Və gerçəklikdə də o düşünürdü ki, bu həqiqətən Raxeldir. Belə olduqda, necə ki, düşüncəsində Raxeldə olan müqəddəslik xüsusiyyətini nəzərdə tuturdu, eləcə də gerçəklikdə  də onun niyyəti “Raxel” pilləsi idi. Belə olduqda burada Lea xüsusiyyəti yoxdur ki, bu dəyişdirilmə vəziyyəti sayılsın.