<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 108.Əgər məni bir gün qoyub getsən, Mən səni iki gün qoyub gedərəm

108.Əgər məni bir gün qoyub getsən, Mən səni iki gün qoyub gedərəm
 

1943-cü ildə1, Qüdsdə eşidilmişdir

Hər bir insan Yaradandan özündəki alma xassəsinə görə uzaqdır.

Lakin sadəcə  — ondakı almaq arzusu səbəbi ilə — uzaqdır. Amma o, ruhaniyyətə can atmadığı, [əksinə] bu dünyanın ehtiraslarına [can atdığı] üçün belə çıxır ki, o, Yaradandan bir günlüyə uzaqdır. Yəni bir gün məsafəsinə; yəni o, Yaradandan yalnız bir xassəyə görə uzaqdır — bu dünyanın ehtiraslarına yönəlmiş almaq arzusuna qərq olduğuna görə.

Lakin insan özünü Yaradana yaxınlaşdıranda, yəni bu dünyada almanı ləğv edəndə belə çıxır ki, o, Yaradana yaxın adlanır. Amma sonradan o, gələcək dünyada almaqda uğursuzluğa düçar olarsa, onda alınır ki, o, Yaradandan iki günlüyə uzaqdır: çünki o, gələcək dünyanın həzzlərini almağı istəyir, həmçinin bu dünyanın həzzlərini almağa da düşür. Belə çıxır ki, indi o, Yaradandan iki günlüyə uzaq olur:

— bu dünyanın həzzlərini almağa, hansına ki, yenidən düşüb;

— indi onda gələcək dünyanın sərvətini almaq arzusu var. Axı o, Tövrat və ehkamlarla məşğul olmağa başladığı üçün Yaradana “Tövrat və ehkamlar yolunda gördüyü əməlinin əvəzini verməyi” məcbur edir.

Buna görə belə çıxır ki, əvvəlcə o, bir günü keçdi və Yaradana xidmətə yaxınlaşdı, sonra isə iki gün geri getdi. Axı indi insan iki növ almağa möhtac oldu: 1) bu dünyanın, 2) gələcək dünyanın.

Və buna görə belə çıxır ki, o, tərs vəziyyətdə gedirdi.

Və məsləhət budur — həmişə Tövrat yolu ilə getmək, yəni «vermək» yolu ilə. Və qayda belə olmalıdır ki, əvvəlcə iki şeyi gözləmək lazımdır:

— ehkamın öz hərəkətinin icrası;

— bu ehkamda həzzi hiss etmək. Axı insan inanmalıdır ki, biz Onun ehkamlarını icra etdiyimizə görə Yaradanda həzz var.

Buna görə belə çıxır ki, insan ehkamı praktikada yerinə yetirməlidir. Və həmçinin inanmalıdır ki, aşağı olanın Onun ehkamlarını icra etdiyinə görə Yaradanda həzz var. Və burada böyük ehkamla kiçik ehkam arasında fərq yoxdur. Yəni Yaradanda — Onun naminə edilən ən kiçik hərəkətdən belə — həzz var, O, həzz alır.

Daha sonra bir nəticə var və bu, insanın görməsi lazım olan əsas məqsəddir. Yəni insanın öz Yaradanını məmnun etdiyinə görə həzz və zövqə malik olması. Və işində əsas vurğu bunun üzərinə olmalıdır. Və bu, belə adlanır: «Yaradana sevinclə xidmət edin»2. Və bu, onun əməyinə görə haqq (ödəniş) olmalıdır. Yəni o, Yaradanı sevindirməyə layiq olduğuna görə həzz və zövq, sevinc alsın.

Bu isə, belə adlanır: «Sənin ətrafında olan gəlmə -ger sənə nisbətən yüksələrək get-gedə daha da ucalacaq… o, sənə borc verəcək, sən isə ona borc verməyəcəksən»3. Almaq arzusu «Ger» adlanır (insan Yaradana xidmətə girdikdə, almaq arzusu ger adlanır. Ondan əvvəl isə o, tamamilə başqa xalqlara — ‘goy gamur’a — aiddir).

«O, sənə borc verəcək» — o, iş üçün güc verdikdə, bu gücü yalnız borc və ödəniş şəklində verir. Yəni Tövrat və ehkamlarda bir gün keçəndə, qoy o, yerində mükafat almasın, amma o, [bədənə] inanıb ki, sonra Tövrat və ehkamlar üçün verdiyi o güclərə görə mükafatı ödəyəcək. Buna görə də bir günlük işdən sonra o, onun yanına gəlir və ona verdiyi borcu — vəd etdiyi borcu — tələb edir. Tövrat və ehkamlarla məşğul olması üçün bədənin ona verdiyi o güclərin əvəzini verməsini istəyir. Amma o, (yəni bədən) ona vermir. Onda ger qışqırır: «Bu nə işdir belə, ödənişsiz işləmək!» Buna görə bundan sonra ger İsrailə iş üçün güc vermək istəmir.

«Sən isə ona borc verməyəcəksən». Əgər sən ona qida versən və ondan istəyib iş üçün sənə güc verməsini xahiş etsən, o, sənə deyir ki, sən ona verdiyin qidaya görə sənə heç bir borcu yoxdur. «Axı mən sənə bundan əvvəl iş üçün enerji verirdim və bu, o şərtlə idi ki, mənim üçün [hansısa] (qazanclar) alasan. Bu halda, sən mənə indi nə verirsənsə, — hamısı əvvəlki şərtlərə uyğundur. Deməli, sən indi mənim yanıma ona görə gəlmisən ki, mən sənə iş üçün yenə güc verim və mənim üçün yeni qazanclar verəsən».

Onda almaq arzusu ağıllanır və öz ağlından istifadə edir, faydası üçün hesabatlar aparmağa başlayır. Bəzən o, ona deyir ki, o, az ilə qane olacaq, onda əlində olan qazanclarla kifayətlənəcək. Və buna görə də güc vermək istəmir. Bəzən isə deyir ki, sənin indi getdiyin yol — təhlükəlidir və ola bilsin ki, bütün güclər hədər gedəcək. Bəzən də ona deyir ki, səylər ödənişi üstələyir, buna görə sənə iş üçün güc verməyəcəyəm.

Və onda, o, Yaradana gedən yolda — vermək naminə — güc istəyəndə, hər şey yalnız səmanın şöhrətinin çoxalması üçün olsun deyəndə, — bədən belə deyir: «Bundan mənə nə olacaq?» Və onda məşhur iddialarla çıxış edir: «kim?» və «nə?» Yəni: «Mənim itaət etməyim üçün Yaradan kimdir?» — Fironun sualında olduğu kimi. Yaxud: «Sizdə bu nə əməldir?» — günahkarın sualında olduğu kimi. Və bütün bunlar ona görədir ki, onun iddiaları haqlıdır, axı belə razılaşmışdılar. Və bu, belə adlanır: əgər sən Yaradana itaət etməsən, o, iddialarla gələcək, çünki sən şərtləri yerinə yetirmirsən.

Yoxsa — «sən Yaradana itaət edəndə». Başqa sözlə, elə girişin əvvəlində (və giriş daimi bir proses adlanır, çünki hər dəfə onda ruh düşkünlüyü vəziyyətində, yenidən başlamaq gərəkdir, buna görə də buna giriş deyilir. Və öz-özünə belə hasil olur ki, çox çıxışlar və  girişlər var) o, öz bədəninə deyir: «Bil ki, mən Yaradana xidmətə girmək istəyirəm. Və niyyətim — yalnız verməkdir, heç bir əvəz almaq deyil. Və sən ümid etməməlisən ki, səylərinə görə nəsə alacaqsan, hər şey vermək üçündür».

Və əgər bədən soruşsa: «Bu işdən sənə nə fayda olacaq?» Yəni «mən kim üçün işləyirəm, kimin üçün bu qədər böyük səylərlə işləmək üçün güc vermək istəyirəm?» Yaxud daha sadə soruşur: «Mən bu qədər böyük səylərlə kim üçün işləyirəm?»

Onda ona cavab vermək lazımdır ki, məndə müdriklərin sözlərinə iman var; onlar deyiblər ki, mən bilikdən yuxarı inamla inanmalıyam ki, Yaradan bizə belə əmr edib ki, inamı qəbul edək və O, bizə Tövrat və ehkamları yerinə yetirməyi əmr edib. Və həmçinin inanmaq gərəkdir ki, biz Tövrat və ehkamları bilikdən yuxarı inamla yerinə yetirdiyimizə görə Yaradanda həzz var. Və Yaradanda onun işindən həzz və zövq olduğuna görə insan həmçinin sevincli olmalıdır .

Beləliklə, burada 4 məqam var:

— Müdriklərin inamı ilə inanmaq ki, onların dediyi — həqiqətdir.

— İnanmaq ki, Yaradan Tövrat və ehkamlarla məşğul olmağı yalnız bilikdən yuxarı inam vasitəsilə əmr edib.

— Varlıqların Tövrat və ehkamları inam əsasında yerinə yetirməsindən sevinci (olduğunu) bilmək.

— İnsan Yaradanı sevindirməyə layiq olduğuna görə həzz, zövq və sevinc almalıdır. Və insanın işinin böyüklüyü və əhəmiyyətinin ölçüsü — insanın öz işi zamanı çıxardığı sevincin ölçüsü ilə ölçülür. Bu isə yuxarıda deyilənlərə insanın imanının ölçüsündən asılıdır.

Və buna görə belə çıxır ki, sən Yaradana itaət edəndə, bədəndən aldığın bütün güclər — artıq bədəndən borc aldığın sayılmır və bunu qaytarmaq gərək deyil — yuxarıda deyilən, Yaradana itaət etmədiyin haldan fərqli olaraq. Və əgər bədən soruşsa: «Mən niyə sənə iş üçün güc verməliyəm, axı sən mənə heç bir əvəz vəd etmirsən?» O, ona cavab verməlidir: «Axı sən bunun üçün yaradılmısan. Və mən sənə nə edə bilərəm ki, Yaradan səni sevmir?» — Zoar kitabında deyildiyi kimi, Yaradan bədənləri sevmir.

Və daha artıq: Zoarın «Yaradan bədənləri sevmir» deməsi — məhz Yaradana xidmət edənlərin bədənlərinə aiddir; çünki onlar həmişə alıcı olmaq istəyirlər, o da gələcək dünyanın sərvətini istəyir.

Və bu, belə sayılır: «Sən isə ona borc verməyəcəksən». Başqa sözlə, sən bədənin sənə iş üçün verdiyi o enerjiyə görə heç nə verməməlisən . Amma «əgər sən ona borc versən» — yəni sən ona hansısa həzz versən, bu yalnız borc olacaqdır. Yəni buna görə sənə iş üçün güc verməlidir. Amma təmənnasız yox.

Amma o, həmişə sənə enerji verməyə borcludur, yəni təmənnasız. Sən ona heç bir həzz vermirsən və ondan həmişə tələb edirsən ki, səndə iş üçün güc olsun; çünki «borclu — borc verənə quldur»4. Bu halda o, həmişə qul olacaq, sən isə ağa.