<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 118. “Baal qarşısında təzim edən dizlər” nə demək olduğunu anlamaq lazımdır

118. “Baal qarşısında təzim edən dizlər” nə demək olduğunu anlamaq lazımdır

Eşidilmişdir

“İşa” – qadın xüsusiyyəti və “baal”  – ər xüsusiyyəti mövcuddur. “Qadın” o deməkdir ki, onun özündə ərinin ona verdiyindən başqa heç nə yoxdur. “Ər” isə o deməkdir ki, öz xüsusiyyətinə bütün bərəkəti özü cəlb edir. “Dizlər” təvazökarlıq xüsusiyyəti adlanır, necə ki, deyilmişdir: “Hər bir diz Sənin qarşında əyiləcək”.

Təvazökarlıq anlayışında iki cəhət vardır.

  1. Özündən böyük olanın qarşısında boyun əyən. O, onun böyüklüyünü bilməsə də, onun böyük olduğuna inanır və buna görə onun qarşısında boyun əyir.
     
  2. Onun böyüklüyünü və ucalığını tam aydınlıqla bildiyi zaman.

Ali olanın böyüklüyünə inam anlayışında da iki cəhət vardır.

  1. O inanır ki, O böyükdür, çünki onun başqa məsləhəti yoxdur. Yəni Onun böyüklüyünü bilmək üçün heç bir yolu və vasitəsi yoxdur.
  2. Onun aydın və dəqiq ağılda Yaradanın böyüklüyünü bilmək üçün məsləhəti vardır. Lakin buna baxmayaraq, o inam yolunu seçir, çünki “Yaradanın şöhrəti işi gizlətməkdədir”. Yəni onun bədənində Onun böyüklüyünü məhz bilmək istəyən, heyvanlar kimi getməməyi arzulayan qığılcımlar olsa da, buna baxmayaraq, yuxarıda deyilən səbəbə görə inam yolunu seçir.

Belə çıxır ki, başqa məsləhəti olmayan və inamı seçən “qadın” xüsusiyyətindədir. Yəni “nekeva” xüsusiyyətindədir: “onun gücü qadın kimi zəifləmişdir” və o yalnız öz “ərindən” – “baal”dan alır.

Lakin məsləhəti olan və inam yolu ilə getmək üçün mübarizə aparan “döyüşçü” xüsusiyyəti ilə adlanlandırılır. Buna görə də bilik xüsusiyyətində, yəni Baal adlanan xüsusiyyətdə işləmək üçün məsləhətləri olduğu halda inam xüsusiyyətini seçənlər “Baal qarşısında diz çökməyənlər” adlanırlar. Yəni Baala xidmət etməyənlər, bilik xüsusiyyətinə boyun əyməyən və inam yolu ilə gedənlər.